Bu məqalədəki məlumatların olması üçün əlavə mənbələrə ehtiyac var. |
Ceyms Fenimor Kuper (ing. James Fenimore Cooper; 15 sentyabr 1789 - 14 sentyabr 1851) — məşhur Amerika yazıçısı. Amerika romantizminin ilk görkəmli nümayəndələrindən biri olan Ceyms təkcə öz vətənində deyil, eləcə də dünyanın bir çox ölkələrində yaxşı tanınır. Macəra romanlarının və ovçu Natti (Nataniel) Bamponun sərgüzəştləri haqqında çoxsaylı əsərlərin müəllifidir. Həmin seriyadan olan "Sonuncu mogikan" əsəri onun yaradıcılığının zirvəsi hesab olunur.
Ceyms Fenimor Kuper | |
---|---|
ing. James Fenimore Cooper | |
Doğum tarixi | |
Doğum yeri | Berlinqton, Nyu-Cersi, ABŞ |
Vəfat tarixi | (61 yaşında) |
Vəfat yeri | Kuperstaun, Nyu-York ştatı, ABŞ |
Vəfat səbəbi | qaraciyər sirrozu |
Vətəndaşlığı | Amerikalı |
Milliyyəti | Amerikan |
Təhsili | Tam orta |
Fəaliyyəti | Yazıçı |
Fəaliyyət illəri | 1820-1851 |
Əsərlərinin dili | İngilis |
İstiqamət | Romantizm |
Janr | Tarixi |
İlk əsəri | "Ehtiyat" (Precaution, 1820) |
Tanınmış əsəri | |
Ceyms Fenimor Kuper Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Kuperədək Amerika...
...İstiqlaliyyət uğrunda gedən müharibədə xalq kütlələri böyük qəhrəmanlıq göstərmiş, onların sayəsində qazanılan qələbədən isə iri torpaq və sənaye sahibləri öz mənafeləri üçün istifadə etmişdilər. Amerika burjua inqilabı torpaq və quldurluq məsələlərini heç də mübarizəyə qoşulanların arzuladıqları kimi həll edə bilməmişdi. Azadlıq, bərabərlik və torpaq gözləyən sadə amerikalılar aldadılmışdılar.
Amerika romantizmini yaradan səbəblərdən biri bu idi. Doğrudan da, Vaşinqton İrvinq və Fenimor Kuper kimi ilk romantiklərin əsərlərində kapitalist qayda-qanunlarının insafsızlığı və qəddarlığı, iri sənaye sahiblərinin, maliyyəçilərin, plantasiyaçıların xalqı soymağa can atmalarından narazı qalanların əfval-ruhiyyəsi əks olunurdu. Kuperin maarifçilik ideyaları ilə silahlanan romanlarının qəhrəmanları, təsadüfi deyil ki, "mədəni mərkəzlər"-dən uzaqlaşıb romantik aləmlərdə - Amerikanın Qərb sərhədlərində, Avropadan gələnlərin yerləşdiyi ərazilərlə hindi qəbilələrinə məxsus torpaqlarda məskən salır, gəlmələrlə yerliləri barışdırmağa, vahid Amerika yaratmağa çalışırdılar...
Həyatı
Ceyms Fenimor Kuper 1789-cu il sentyabrın 15-də Amerikanın Nyu-Cersi ştatının Berlinqton şəhərində, varlı ailədə anadan olmuşdur. Onun atası Uilyam Kuper iri torpaq sahibkarı olsa da, uzun müddət məhkəmədə hakim vəzifəsində çalışmış, ədəbiyyata, sənətə yüksək qiymət vermişdir. Ona görə də yaşadığı şəhər (Kuperstaun) sonralar onun adını daşımışdır. O, yazıçı və şairləri tez-tez evinə dəvət edirmiş. Qonaqların ədəbiyyata dair söhbətləri hələ uşaqlıqdan Ceymsin qəlbində yazıçılığa maraq oyadır.
Ceyms ilk təhsilini "Akdemiya" adlanan kütləvi kənd məktəbində almışdır. Təhsilini davam etdirmək üçün valideynləri onu Nyu-York ştatının mərkəzi olan Olbani şəhərinə göndərirlər. Burada o, latın dilini öyrənir, antik Roma şairi Vergilinin şerlərini əzbərləyir və çoxlu mütaliə edirdi. Ceyms Amerika və İngilis yazıçılarının romanlarını oxuyur, dram əsərləri və şerlərlə maraqlanır. O, hətta iqtisadiyyata, fəlsəfəyə, kənd təsərüffatına və din tarixinə aid elmi əsərləri də öyrənir. 1803-cü ildə Ceyms Yel kollecinə daxil olmuşdur. Başqa tələbə yoldaşlarından yaşca xeyli kiçik olmasına baxmayaraq, o öz biliyinə görə onlardan xeyli üstün idi. O, burada darıxır, tez-tez kollecin daxili qaydalarını pozur və şıltaqlıq edirdi. Elə buna görə də onu məktəbsən çıxarırlar. Atası bir müddət oğluna evdə təhsil verir, ancaq o, oxumağa elə də meyl göstərmirdi. Oğlunun özünü bu sayaq aparması atasını narahat edir və onu adi dənizçi kimi Avropaya gedən bir ticarət gəmisinə verir. Bu gəmidə bir il xidmət edən Ceymsin "ağlı başına gəlir", nizam-intizamlı olur və ağır dənizçilik sənətində səriştə qazanır. Sonra o, bit müddət hərbi gəmilərdə xidmət edir. Ona bir müddət sahildə qalıb gözətçi gəmisi üçün matros toplamaq tapşırılır. Elə bu vaxt - 1810-cu ildə Ceyms on səkkiz yaşlı gözəl Süzan Delansi ilə tanış olur və onlar 1811-ci ildə evlənirlər.
Atasından kifayət qədər miras qaldığından C.F.Kuper dənizçilik peşəsindən imtina edir və bundan sonrakı dövrdə kənddə yaşayaraq təsərüffatla məşğul olmaq qərarına gəlir. İlk vaxtlar onlar Süzana miras qalmış və Nyu-York yaxınlığında yerləşən Mamorenek adlı bir kənddə yaşayırlar, sonra isə tezliklə Kuperstauna köçmək haqqında fikirləşirlər. Kuper Osteqo gölünün qərb sahilində bir torpaq sahəsi alır, bir müddət burada özünə daşdan böyük bir ev tikir və kənd təsərüffatı işləri ilə məşğul olur.
Ona məxsus olan torpaqların bir hissəsini icarəyə verən Ceyms əlindəki pullarını ticarətə qoyur və eyni zamanda siyasətlə də məşğul olmaq qərarına gəlir. O, öz istedadına, qabiliyyətinə çox güvənirdi və düşünürdü ki, tezliklə ölkənin siyasi həyatından əhəmiyyətli yerlərdən birini tuta biləcəkdir. Lakin bir təsadüf onun bütün planlarını pozur və həyatını tamamilə başqa məcraya çevirir. O vaxtın dəbdə olan Avropa romanlarından birini oxuyan Kuper öyünərək deyir ki, bundan da yaxşı əsər yaza bilərəm. Süzan və onun əmisi qızı onu ələ salır və cırnadırlar. Tərsliyə düşən Kuper roman yazmaq və boş-boş danışmadığını sübut etmək qərarına gəlir və beləliklə, onun və eləcə də bütün Amerikanın həyatında əlamətdar bir hadisə baş verir. O, yazıçılıq fəaliyyətinə başlayır və dünya ədəbiyyatının korifeylərindən biri kimi məşhur olur...
Yaradıcılığı
"Yeni Dünya"da ingilis müstəmləkəçiliyinin dönüş mərhələsi sayılan milli istiqlaliyyət uğrunda müharibə (1776-1783) qitədə böyük bir dövlətin - Amerika Birləşmiş Ştatlarının yaranması ilə nəticələnmişdir. Bu hadisədən altı il sonra dünyaya gəlməsinə baxmayaraq, Kuperin yaradıcılığında müharibə ən aparıcı mövzuya çevrilmişdi ki, bu da səbəbsiz deyildi. Kuperlər ailəsi müharibə illərinin xatirəsini uzun illər unuda bilməmişdilər. Tez-tez qohumları, tanışları (onların əksəriyyəti müharibədə iştirak etmişdi) malikanənin qonaq otağına toplaşıb, qanlı günlərdə Amerika torpaqlarına vurulan ağır yaralardan danışardılar. Uşaqlığında hadisələri beləcə, şahidlərin öz dilindən eşidən Fenimor böyüyəndən sonra müharibə illərinin tarixçisinə çevrildi.
Milli Amerika ədəbiyyatının ilk qiymətli nümunələrini yaradan Kuper məhsuldar yazıçılardan olmuşdur. Tədqiqatçılar onun yaradıcılığını üç dövrə bölürlər: Birinci dövrdə (1821-1826) "Casus", "Losman", "Pionerlər", "Sonuncu Mogikan"; İkinci dövrdə (1826-1833) "İgid", "Heydenmauer", "Cəllad"; Üçüncü dövrdə (1833-1850) "Evə", "Evdə", "Mogikanlar", "Ləpirçi", "Vəhşi heyvan ovçusu" əsərləri yaranmışdır.
C.F.Kuper əvvəlcə kiçik tarixçələr, sonralar isə Qərbi Avropa yazıçılarının təsiri altında ilk romanlarını yazmağa başlayır. İlk romanı olan "Ehtiyat" heç bir uğur qazanmamasına baxmayaraq, bu gənc yazıçı həvəsdən düşmür və yeni əsər "Casus" romanı üzərində işləyir. Müəllifin fikrincə, bu əsl Amerika romanı olmalı idi. Doğrudan da o dövrə qədər Yeni Dünyada yaranan bədii əsərlər daha çox Avropa ədəbiyyatlarının, xüsusilə, ingilis ədəbiyyatının təsiri altında yazıldığından, onlarda milli xüsusiyyətlər çox az idi. Digər tərəfdən də hələ Amerika xalqı heç də düz-əməlli formalaşmamışdı. Bunu çox yaxşı dərk edən Kuper məhz milli Amerika ədəbiyyatını yaratmağa çalışır.
"Casus" romanının uğurlarından sonra Kuper daha böyük həvəslə milli Amerika romanları yazmaq qərarına gəlir və "Pionerlər" adlı əsəri üzərində işləyir. İlk dəfə olaraq bu romanın səhifələrində sonradan Dəri Corab, Vəhşi heyvan ovçusu, Şahingöz, Uzun Karabin və Ləpirçi ləqəbləri ilə tanınacaq "ağ adam" Nataniel (Natti) Bamponun və onun "qırmızı dərili" hindu dostları Çinqaçkuk, onun oğlu Unkas göründü.
"Pionerlər" romanı çap olunandan bir il sonra dəniz mövzusuna həsr etdiyi ilk romanını - "Losman" əsərini yazır. Valter Skotun "Pirat" (Dəniz qulduru) romanı çapdan çıxandan sonra C.F.Kuper bu məşhur ingilis tarixi roman ustası ilə yarışa girmək qərarına gəlir və dəniz mövzusunda bu əsərini yazır.
Boston uğrunda müharibə mövzusu da o dövrdə çox populyar idi və Kuper bu mövzuda ingilis zadəganlarının həyatından bəhs edən "Layonel Lankoli" romanını yazmışdır.
Kuper 1826-1833-cü illərdə Avropaya səyahətə çıxmış, Fransanı, İtalyanı və Almaniyanı gəzmiş, 1830-cu il "İyul İnqilabı"-nın şahidi olmuş, vətənə qayıdandan sonra "Amerikanın Avropa qeydləri" adlı publisistik əsərini qələmə almışdır. Avropa səyahəti yazıçının dünyagörüşünü dəyişmiş və onu Amerika hadisələrinə düzgün qiymət verməyə sövq etmişdir.
Kuper uşaqlıqdan haqsızlıqlara qarşı barışmaz olmuşdur. Gözləri önündə hindilərə məxsus torpaq sahələri hərraca qoyulanda, siyasi avanturistlər cəzasız qalanda, müstəmləkəçilər yerli əhali ilə qəddarcasına rəftar edəndə o kədərlənmiş, qəlbində yaşadığı quruluşa nifrət oyanmışdır. Avropa səyahətindən sonra "Mədəni Amerikada" törənən haqsızlıqlara daha kəskin etirazını bildirmiş və 1835-ci ildə "Mogikanlar" adlı alleqorik satirasını yazmışdır. Yazıçı bu original romanında Amerika həyatının xarakterik cizgilərini mahir rəssam fırçası ilə çəkməyə nail olmuşdur. Yazıçının digər romanlarında da sosial həyatın eybəcərlikləri açılıb göstərilirdi. Bu əsərləri oxuyan Amerika "Vətənpərvərləri" özlərini təhqir olunmuş hesab etmiş və cəmiyyətə guya böhtan atdığına görə Kuperi məhkəməyə vermişdilər. Amerikalılar bundan sonra uzun müddət Kuperlə barışa bilməmişlər. Məşhur tarixi romanları çap olunandan, şöhrəti bütün dünyaya yayılandan sonra belə o, müasirlərinin haqsız hücumlarına məruz qalmışdır. Belə ki, Atlantik okeanının o biri sahilində, Avropada Kuperin adını Valter Skotla, Balzakla, hətta Şekspirlə yanaşı çəkirdilər, vətənində isə ona töhmətlər yağdırırdılar. Görkəmli Amerika yazıçısı German Mervilin sözləri ilə deyilərsə, "müasirləri sadəürəkli adamın, böyük insanın yaradıcılığını düzgün qiymətləndirə bilməmişdilər".
Tarixi mövzular bütün yaradıcılığı boyu Kuperi özünə cəlb etmişdir. Doğrudur, onun tarixə müraciəti heç də uğurlu olmamışdır. Avropa səyahəti zamanı böyük Şotland yazıçısı Valter Skotun yolu ilə gedərək mövzusunu orta əsr Avropa həyatından aldığı "İgid", "Heydenmauer", "Cəllad" trilogiyasını yazmışdır. Bu əsərlər yazıçının əvvəlki romanlarından zəif alınmışdır.
Dəri Corab
Kuperin bədii yaradıcılığında əsas yeri Dəri Corab daqqında romanlar silsiləsi təşkil edir. Kuper sanki ona görə dünyaya gəlmişdi ki, hindi mövzusunu böyük ədəbiyyata gətirsin. O, hindiların həyat və məişətini, inam və etiqadlarını diqqətlə öyrənmişdir. Onların folkloru Kuper üçün mənəvi qida mənbəyi olmuşdur. Hindilərin şifahi xalq ədəbiyyatının təsiri məhz Dəri Corab haqqında romanlar silsiləsində daha qabarıq nəzərə çarpır.
Kuper Natti Bampoya həsr olunan epopeya üzərində qısa fasilələrlə on səkkiz il işləmişdir.
Dəri Corab haqqında romanlar silsiləsinə beş əsər ("Pionerlər", "Sonuncu Mogikan", "Ləpirçi", "Preriya", "Vəhşi heyvan ovçusu") daxildir. Bunlar dünya ədəbiyyatı xəzinəsində "Pentalogiya" adı ilə tanınır.
Pentalogiyanın birinci romanı "Pionerlər"-də hadisələr unudulmuş Templtaun şəhərində cərəyan edir. Bu şəhər Avropanın müxtəlif ölkələrindən köçən ailələri qoynuna almışdı. Burada "Vəhşi Amerika" ilə "Mədəni Avropa" qarşı-qarşıya dayanmışdır. Vəhşi sayılan hindilər idi, mədəni sayılan isə avropalılar. Ağdərili müstəmləkəçilər məhz bu prinsip əsasında hindi qəbilələrinə basqınlar edir, onların kökünü kəsməyə can atırdılar.
Kuper "Pentalogiya"-ya daxil olan romanlarındakı hadisələri də məhz bu konflikt üzərində qurmuşdur.
Amerikanın dramatik və faciəli dövrünü əks etdirən Kuper bəzən qəhrəmanlarını ideallaşdıraraq qeyd edir ki, "Unkas mogikanların sonuncu nümayəndəsidirsə, Bampo da axrıncı Pionerdir". Yazıçı Dəri Corabın və onun sadiq dostlarının macəralarını romantik boyalarla təsvir etdiyi halda, Amerikanın müstəmləkəyə çevrilməsini real cizgilərlə göstərir.
Natti Bampo obrazı
Kuper "Pentalogiya"-ya daxil olan romanlarındakı hadisələri də məhz bu konflikt üzərində qurmuşdur. Xeyirxah Natti Bampo və onun köhnə dostu hindi Çinqaçkukla gecə-gündüz qazanc əldə etməyə çalışan tamahkar insanlar arasında toqquşma baş verir. Məşhur rus yazıçısı Maksim Qorki Natti Bampo obrazının faciəli taleyi və ictimai mənası barədə yazırdı ki, "özünün saf və düzgün fikirləri, cəsarətli işləri ilə hər yerdə oxucuların rəğbətini qazanmışdır. Yeni Dünyanın meşə və səhralarının tədqiqatçısı olan bu adam həmin səhra və meşəliklərdə insanlar üçün yollar salmışdı. Sonradan onlar Bamponu bir cani kimi mühakimə edirlər. Çünki Bampo onların mənfəətini güdən qanunları pozmuşdu... O, bütün həyatı boyu vəhşi adamlar arasında mədəniyyət yaymaq üçün böyük coğrafi miqyasda fədakarcasına çalışmışdı. Axırda isə özünün ilk dəfə cığır açıb yaydığı həmin mədəniyyətin törətdiyi şəraitdə yaşamaq haqqında sahib ola bilməmişdir".
Nataniel Bampo cəsarət, mərdlik, dosta sədaqət, nəciblik və namusluluq kimi gözəl insani keyfiyyətləri özündə təcəssüm edir. O, "göyərçin ürəyinə və şir sinəsinə" (V.Belinski) malik insan idi. Natti Bampo "işgüzar gəlmələrin" Amerikanın füsunkar təbiəti və əsil sakinləri üzərində zor işlətmələrinə göz yuma bilmirdi. Cavanlığında o, özü də haqsızlığın acısını dadmış, böhtanlara məruz qalmışdır. Ona görə də şəhərdən və insanlardan üz döndərib geniş çöllərə pənah aparmışdı.
Natti Bampo incidilənlərin, var-yoxdan çıxarılanların müdafiəçisi və xilaskarıdır. O, geniş düzənlərin yazılmamış təmiz qanunlarının qoruyucusu və bəroaçısıdır. Yaxın dostları və tərəfdarları Çinqaçkuk — Böyük İlan, onun igid oğlu, mogikan nəslinin axrıncı nümayəndəsi Unkas da sədaqətli və səmimi olub məqsəd uğrunda mübarizədə ardıcıldılar.
Kuper hətta öz qəhrəmanını "tərkidünya filosof" adlandırır. Lakin Natti Bampo o adamlardan qaçır ki, onlar qəddarlıqdan, tamahkarlıqdan və xəyanətkarlıqdan yaxa qurtara bilmirlər. Dostlarından isə Bampo heç vaxt uzaq gəzmir, əksinə onların yolunda canından keçməyə hazırdır. O, ömrünün sonunadək Con Mogikandan, Unkasdan ayrılmır. "Preriya" romanından da göründüyü kimi, Natti Bampo hindilərin və ağdərili həmfikirlərinin əhatəsində olur. Doğrudur, o vaxtilə ailə həyatı qurmadığından özündən sonra adını daşıyacaq heç kimi olmur. Dostları isə xatirəsini uzun müddət yaşadırlar. Adına nəğmələr qoşurlar.
Pionerlər
Müəllif bu romanı yazarkən heç özü də bilmirdi ki, bu əsərin mövzusu gələcəkdə onun yazacağı və beş romandan ibarət olacaq "Dəri Corab" pentalogiyasının əsasını təşkil edəcəkdir. 1823-cü ildə Amerikanın və İngiltərənin kitab bazarına daxil olan "Pionerlər" romanı o dəqiqə satılıb qurtarır.
Bu romanda da avtobioqrafik ünsürlər çoxluq təşkil edir. Tənqidçilərin dediyinə görə, əsərin qəhrəmanlarından biri hakim Marmadiyuk Templ çox güman ki, Uilyamın (Kuperin atasının) prototipidir. Hər halda, romadna təsvir olunan əsas qəhrəmanların əksəriyyətini - hakim və onun qızını, Edvardsı, şerif Riçardı və nökər Bencameni yazıçı hələ uşaq yaşlarından çox yaxşı tanıyırdı.
Romanda hadisələr unudulmuş Templtaun şəhərində cərəyan edir.
Sonuncu Mogikan
Amerika hindularının həyatına böyük maraq göstərən C.F.Kuper bu romanda Nataniel Bampo ilə yanaşı, cəsur, mərd, igid hindu obrazlarına xüsusi yer ayırır. Belə ki, bu əsərdə başdan-başa romantik səciyyə daşıyan hindu aləminin arxada qalması, ayrı-ayrı hindu qəbilələrinin (delavarlar, quronlar və s.) bir-biri ilə və Amerikada hökmranlıq etmək uğrunda mübarizə aparan ingilis və fransız ordularının öz aralarında müharibə etmələri, nəhayət bütün bu tarixi və siyasi hadisələrin fonunda ağdərili Şahingözün (Natti Bamponun) və onun qırmızıdərili dostu hindu Çinqaçkukun, onun oğlu Unkasın, polkovnik Munronun, onun qızları Alisa və Koranın, mayor Dunkanın və bir sıra başqa qəhrəmanların həyatı və onların başlarına gələn macəralar təsvir olunmuşdur. Natti Bampo igid mogikan dostları — Çinqaçkuk və Unkasla birlikdə Munro bacılarını düşmən quron hindularının (Bic Tülkü) əsirliyindən xilas edir. Doğrudur, bu zaman Unkas və Kora həlak olurlar. Müəllif Unkası sonuncu mogikan adlandırır. Çünki artıq heç kim bu qəbilənin nəslini davam etdirməyəcəkdir. Müəllif bu romanda yeni torpaqlar ələ keçirməyə çalışan ingilis və fransız müstəmləkəçilərinin mübarizəsini və bu mübarizədə şəxsən iştirak edən Şahingözün başına gələn macəraları xüsusi romantik üslubda, ancaq müəyyən realist təsvirlərlə qələmə almışdır. Bu romanda eyni zamanda müxtəlif hindu qəbilələrinin də öz aralarında apardıqları ölüm-dirim mübarizəsi böyük sənətkarlıqla təsvir edilmişdir.
Romanları
Casus
C.F.Kuper "Casus" romanı ilə dünyaya əsl Amerikanı tanıtdı. Amerika romantik ədəbiyyatının ilk nümunələri yarandıqca bu ədəbiyyatın milli özünəməxsusluqları da yaranmağa başladı. N.Hotorn, V.İrvinq, E.A.Po, H.Lonqfello və G.Melvillə birgə dünya ədəbiyyatı tarixində xüsusi yeri və çəkisi olan Amerika romantizm ədəbiyyatını yaradan Kuperin bədii yaradıcılığı demək olar ki, bu əsərlə başlanır.
Amerika getdikcə inkişaf edir, bir dövlət kimi formalaşır, onun iqtisadiyyatı güclənir, ticarət əlaqələri genişlənir, hərbi qüvvələri və donanması yaranır. Bütün bu proseslər "Casus" romanının yaranması üçün bir zəmin olmuşdur...
Yazıçının bəzi tədqiqatçıları bu əsərin müəyyən qədər avtobioqrafik səciyyə daşıdğını da iddia edirdilər. Daha doğrusu, onların fikrincə əsərin bəzi qəhrəmanları onun arvadı Süzanın yaxın qohumlarının prototipləri olmuşdur. Həqiqətən də əsərin bir sıra qəhrəmanlarının prototiplərini Ceyms hələ gənclik illərindən etibarən yaxşı tanıyırdı. Onların bəziləri müstəqillik uğrunda müharibənin iştirakçıları olmuşdur. Belə qəhrəmanlardan biri də vaxtilə bu müharibələrdə iştirak etmiş, sonra istefaya çıxaraq Kuperin malikanəsinin yaxınlığında yerləşən Vetçesderdə öz fermasında yaşayan Con Cey olmuşdur. Kuper tez-tez bu müharibə qəhrəmanına baş çəkər, onun bu müharibə və Amerikanın o dövrkü siyasi həyatı haqqında söhbətlərinə diqqətlə qulaq asardı...
Losman
Valter Skotun "Pirat" (Dəniz qulduru) romanı çapdan çıxandan sonra C.F.Kuper bu məşhur ingilis tarixi roman ustası ilə yarışa girmək qərarına gəlir və dəniz mövzusunda bu əsərini yazır. Meşə dünyası kimi, dəniz aləminə də yaxından bələd olan, gəncliyinin bir neçə ilini fırtınalı dənizlərdə keçirən Kuperin "Losman" romanında da dramatik səhnələr, dənizçilərin ağır həyatı və dənizin rəngarəng görüntüləri təsvir edilmişdir. Bu əsər də obrazların təbiiliyi və reallığı ilə diqqəti cəlb edir.
"Losman" romanında bəhs olunan məhəbbət tarixçəsinin başlıca iştirakçıları "Ariel" gəmisinin gənc kapitanı Dik Barnsteybl və leytnant Qrifitdir. Romanın baş qəhrəmanı isə həyatı sirlərlə dolu olan Losman Qreydir.
Bu romanın qəhrəmanları təbiət qüvvələri — tufanlar, fırtınalar və insanlarla ölüm-dirim mübarizəsi aparırlar, hərçənd ki, bu mübarizə onlara baha başa gəlir — düşmən topunun mərmisi kapitanın həyatına son qoyur, bir çox igid dənizçilər həlak olur, ancaq Barnsteybl və Qriffit öz nişanlıları ilə sağ-salamat vətənə qayıdırlar.
Con Cey
Con Cey yalnız müharibə qəhrəmanı deyildi, o, həm də Nyu-York ştatının konstitusiyasının ilk tərtibçilərindən biri olmuşdur. Bundan başqa, C.Cey ABŞ-nin İspaniyada ilk səfiri vəzifəsində işləmiş, C.Adams və B.Franklinlə birgə 1783-cü il Versal sülh müqaviləsini hazırlamışdır. C.Cey uzun müddət ABŞ-nin xarici işlər üzrə dövlət katibi, Ali məhkəmənin ilk sədri və Nyu-York ştatının qubernatoru vəzifələrində çalışmışdır
Xarici keçidlər
- Ceyms Fenimor Kuper. Sonuncu mogikan /Tərc.: Ə. Zeynalov; Red.: C.Nağıyev (ön sözün müəllifi), S.Mustafayev.- B.: Öndər, 2005.- 376 s.
- Ceyms Fenimor Kuper. Ləpirçi /Tərc. Ə. Zeynalov.- Bakı: Şərq-Qərb, 2006.- 384 s.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu meqaledeki melumatlarin yoxlanilabiler olmasi ucun elave menbelere ehtiyac var Daha etrafli melumat ve ya meqaledeki problemlerle bagli muzakire aparmaq ucun diqqet yetire bilersiniz Lutfen meqaleye etibarli menbeler elave ederek bu meqaleni tekmillesdirmeye komek edin Menbesiz mezmun problemler yarada ve siline biler Problemler hell edilmemis sablonu meqaleden cixarmayin Ceyms Fenimor Kuper ing James Fenimore Cooper 15 sentyabr 1789 14 sentyabr 1851 meshur Amerika yazicisi Amerika romantizminin ilk gorkemli numayendelerinden biri olan Ceyms tekce oz veteninde deyil elece de dunyanin bir cox olkelerinde yaxsi taninir Macera romanlarinin ve ovcu Natti Nataniel Bamponun serguzestleri haqqinda coxsayli eserlerin muellifidir Hemin seriyadan olan Sonuncu mogikan eseri onun yaradiciliginin zirvesi hesab olunur Ceyms Fenimor Kupering James Fenimore CooperDogum tarixi 15 sentyabr 1789Dogum yeri Berlinqton Nyu Cersi ABSVefat tarixi 14 sentyabr 1851 61 yasinda Vefat yeri Kuperstaun Nyu York stati ABSVefat sebebi qaraciyer sirrozuVetendasligi AmerikaliMilliyyeti AmerikanTehsili Tam ortaFealiyyeti YaziciFealiyyet illeri 1820 1851Eserlerinin dili IngilisIstiqamet RomantizmJanr TarixiIlk eseri Ehtiyat Precaution 1820 Taninmis eseri Sonuncu MogikanCeyms Fenimor Kuper Vikimenbede Vikianbarda elaqeli mediafayllarKuperedek Amerika Istiqlaliyyet ugrunda geden muharibede xalq kutleleri boyuk qehremanliq gostermis onlarin sayesinde qazanilan qelebeden ise iri torpaq ve senaye sahibleri oz menafeleri ucun istifade etmisdiler Amerika burjua inqilabi torpaq ve quldurluq meselelerini hec de mubarizeye qosulanlarin arzuladiqlari kimi hell ede bilmemisdi Azadliq beraberlik ve torpaq gozleyen sade amerikalilar aldadilmisdilar Amerika romantizmini yaradan sebeblerden biri bu idi Dogrudan da Vasinqton Irvinq ve Fenimor Kuper kimi ilk romantiklerin eserlerinde kapitalist qayda qanunlarinin insafsizligi ve qeddarligi iri senaye sahiblerinin maliyyecilerin plantasiyacilarin xalqi soymaga can atmalarindan narazi qalanlarin efval ruhiyyesi eks olunurdu Kuperin maarifcilik ideyalari ile silahlanan romanlarinin qehremanlari tesadufi deyil ki medeni merkezler den uzaqlasib romantik alemlerde Amerikanin Qerb serhedlerinde Avropadan gelenlerin yerlesdiyi erazilerle hindi qebilelerine mexsus torpaqlarda mesken salir gelmelerle yerlileri barisdirmaga vahid Amerika yaratmaga calisirdilar HeyatiCeyms Fenimor Kuper 1789 cu il sentyabrin 15 de Amerikanin Nyu Cersi statinin Berlinqton seherinde varli ailede anadan olmusdur Onun atasi Uilyam Kuper iri torpaq sahibkari olsa da uzun muddet mehkemede hakim vezifesinde calismis edebiyyata senete yuksek qiymet vermisdir Ona gore de yasadigi seher Kuperstaun sonralar onun adini dasimisdir O yazici ve sairleri tez tez evine devet edirmis Qonaqlarin edebiyyata dair sohbetleri hele usaqliqdan Ceymsin qelbinde yaziciliga maraq oyadir Ceyms ilk tehsilini Akdemiya adlanan kutlevi kend mektebinde almisdir Tehsilini davam etdirmek ucun valideynleri onu Nyu York statinin merkezi olan Olbani seherine gonderirler Burada o latin dilini oyrenir antik Roma sairi Vergilinin serlerini ezberleyir ve coxlu mutalie edirdi Ceyms Amerika ve Ingilis yazicilarinin romanlarini oxuyur dram eserleri ve serlerle maraqlanir O hetta iqtisadiyyata felsefeye kend teseruffatina ve din tarixine aid elmi eserleri de oyrenir 1803 cu ilde Ceyms Yel kollecine daxil olmusdur Basqa telebe yoldaslarindan yasca xeyli kicik olmasina baxmayaraq o oz biliyine gore onlardan xeyli ustun idi O burada darixir tez tez kollecin daxili qaydalarini pozur ve siltaqliq edirdi Ele buna gore de onu mektebsen cixarirlar Atasi bir muddet ogluna evde tehsil verir ancaq o oxumaga ele de meyl gostermirdi Oglunun ozunu bu sayaq aparmasi atasini narahat edir ve onu adi denizci kimi Avropaya geden bir ticaret gemisine verir Bu gemide bir il xidmet eden Ceymsin agli basina gelir nizam intizamli olur ve agir denizcilik senetinde seriste qazanir Sonra o bit muddet herbi gemilerde xidmet edir Ona bir muddet sahilde qalib gozetci gemisi ucun matros toplamaq tapsirilir Ele bu vaxt 1810 cu ilde Ceyms on sekkiz yasli gozel Suzan Delansi ile tanis olur ve onlar 1811 ci ilde evlenirler Atasindan kifayet qeder miras qaldigindan C F Kuper denizcilik pesesinden imtina edir ve bundan sonraki dovrde kendde yasayaraq teseruffatla mesgul olmaq qerarina gelir Ilk vaxtlar onlar Suzana miras qalmis ve Nyu York yaxinliginda yerlesen Mamorenek adli bir kendde yasayirlar sonra ise tezlikle Kuperstauna kocmek haqqinda fikirlesirler Kuper Osteqo golunun qerb sahilinde bir torpaq sahesi alir bir muddet burada ozune dasdan boyuk bir ev tikir ve kend teseruffati isleri ile mesgul olur Ona mexsus olan torpaqlarin bir hissesini icareye veren Ceyms elindeki pullarini ticarete qoyur ve eyni zamanda siyasetle de mesgul olmaq qerarina gelir O oz istedadina qabiliyyetine cox guvenirdi ve dusunurdu ki tezlikle olkenin siyasi heyatindan ehemiyyetli yerlerden birini tuta bilecekdir Lakin bir tesaduf onun butun planlarini pozur ve heyatini tamamile basqa mecraya cevirir O vaxtin debde olan Avropa romanlarindan birini oxuyan Kuper oyunerek deyir ki bundan da yaxsi eser yaza bilerem Suzan ve onun emisi qizi onu ele salir ve cirnadirlar Tersliye dusen Kuper roman yazmaq ve bos bos danismadigini subut etmek qerarina gelir ve belelikle onun ve elece de butun Amerikanin heyatinda elametdar bir hadise bas verir O yaziciliq fealiyyetine baslayir ve dunya edebiyyatinin korifeylerinden biri kimi meshur olur Yaradiciligi Yeni Dunya da ingilis mustemlekeciliyinin donus merhelesi sayilan milli istiqlaliyyet ugrunda muharibe 1776 1783 qitede boyuk bir dovletin Amerika Birlesmis Statlarinin yaranmasi ile neticelenmisdir Bu hadiseden alti il sonra dunyaya gelmesine baxmayaraq Kuperin yaradiciliginda muharibe en aparici movzuya cevrilmisdi ki bu da sebebsiz deyildi Kuperler ailesi muharibe illerinin xatiresini uzun iller unuda bilmemisdiler Tez tez qohumlari tanislari onlarin ekseriyyeti muharibede istirak etmisdi malikanenin qonaq otagina toplasib qanli gunlerde Amerika torpaqlarina vurulan agir yaralardan danisardilar Usaqliginda hadiseleri belece sahidlerin oz dilinden esiden Fenimor boyuyenden sonra muharibe illerinin tarixcisine cevrildi Milli Amerika edebiyyatinin ilk qiymetli numunelerini yaradan Kuper mehsuldar yazicilardan olmusdur Tedqiqatcilar onun yaradiciligini uc dovre bolurler Birinci dovrde 1821 1826 Casus Losman Pionerler Sonuncu Mogikan Ikinci dovrde 1826 1833 Igid Heydenmauer Cellad Ucuncu dovrde 1833 1850 Eve Evde Mogikanlar Lepirci Vehsi heyvan ovcusu eserleri yaranmisdir C F Kuper evvelce kicik tarixceler sonralar ise Qerbi Avropa yazicilarinin tesiri altinda ilk romanlarini yazmaga baslayir Ilk romani olan Ehtiyat hec bir ugur qazanmamasina baxmayaraq bu genc yazici hevesden dusmur ve yeni eser Casus romani uzerinde isleyir Muellifin fikrince bu esl Amerika romani olmali idi Dogrudan da o dovre qeder Yeni Dunyada yaranan bedii eserler daha cox Avropa edebiyyatlarinin xususile ingilis edebiyyatinin tesiri altinda yazildigindan onlarda milli xususiyyetler cox az idi Diger terefden de hele Amerika xalqi hec de duz emelli formalasmamisdi Bunu cox yaxsi derk eden Kuper mehz milli Amerika edebiyyatini yaratmaga calisir Casus romaninin ugurlarindan sonra Kuper daha boyuk hevesle milli Amerika romanlari yazmaq qerarina gelir ve Pionerler adli eseri uzerinde isleyir Ilk defe olaraq bu romanin sehifelerinde sonradan Deri Corab Vehsi heyvan ovcusu Sahingoz Uzun Karabin ve Lepirci leqebleri ile taninacaq ag adam Nataniel Natti Bamponun ve onun qirmizi derili hindu dostlari Cinqackuk onun oglu Unkas gorundu Pionerler romani cap olunandan bir il sonra deniz movzusuna hesr etdiyi ilk romanini Losman eserini yazir Valter Skotun Pirat Deniz qulduru romani capdan cixandan sonra C F Kuper bu meshur ingilis tarixi roman ustasi ile yarisa girmek qerarina gelir ve deniz movzusunda bu eserini yazir Boston ugrunda muharibe movzusu da o dovrde cox populyar idi ve Kuper bu movzuda ingilis zadeganlarinin heyatindan behs eden Layonel Lankoli romanini yazmisdir Kuper 1826 1833 cu illerde Avropaya seyahete cixmis Fransani Italyani ve Almaniyani gezmis 1830 cu il Iyul Inqilabi nin sahidi olmus vetene qayidandan sonra Amerikanin Avropa qeydleri adli publisistik eserini qeleme almisdir Avropa seyaheti yazicinin dunyagorusunu deyismis ve onu Amerika hadiselerine duzgun qiymet vermeye sovq etmisdir Kuper usaqliqdan haqsizliqlara qarsi barismaz olmusdur Gozleri onunde hindilere mexsus torpaq saheleri herraca qoyulanda siyasi avanturistler cezasiz qalanda mustemlekeciler yerli ehali ile qeddarcasina reftar edende o kederlenmis qelbinde yasadigi qurulusa nifret oyanmisdir Avropa seyahetinden sonra Medeni Amerikada torenen haqsizliqlara daha keskin etirazini bildirmis ve 1835 ci ilde Mogikanlar adli alleqorik satirasini yazmisdir Yazici bu original romaninda Amerika heyatinin xarakterik cizgilerini mahir ressam fircasi ile cekmeye nail olmusdur Yazicinin diger romanlarinda da sosial heyatin eybecerlikleri acilib gosterilirdi Bu eserleri oxuyan Amerika Vetenperverleri ozlerini tehqir olunmus hesab etmis ve cemiyyete guya bohtan atdigina gore Kuperi mehkemeye vermisdiler Amerikalilar bundan sonra uzun muddet Kuperle barisa bilmemisler Meshur tarixi romanlari cap olunandan sohreti butun dunyaya yayilandan sonra bele o muasirlerinin haqsiz hucumlarina meruz qalmisdir Bele ki Atlantik okeaninin o biri sahilinde Avropada Kuperin adini Valter Skotla Balzakla hetta Sekspirle yanasi cekirdiler veteninde ise ona tohmetler yagdirirdilar Gorkemli Amerika yazicisi German Mervilin sozleri ile deyilerse muasirleri sadeurekli adamin boyuk insanin yaradiciligini duzgun qiymetlendire bilmemisdiler Tarixi movzular butun yaradiciligi boyu Kuperi ozune celb etmisdir Dogrudur onun tarixe muracieti hec de ugurlu olmamisdir Avropa seyaheti zamani boyuk Sotland yazicisi Valter Skotun yolu ile gederek movzusunu orta esr Avropa heyatindan aldigi Igid Heydenmauer Cellad trilogiyasini yazmisdir Bu eserler yazicinin evvelki romanlarindan zeif alinmisdir Deri CorabEsas meqale Deri Corab romanlar silsilesi Kuperin bedii yaradiciliginda esas yeri Deri Corab daqqinda romanlar silsilesi teskil edir Kuper sanki ona gore dunyaya gelmisdi ki hindi movzusunu boyuk edebiyyata getirsin O hindilarin heyat ve meisetini inam ve etiqadlarini diqqetle oyrenmisdir Onlarin folkloru Kuper ucun menevi qida menbeyi olmusdur Hindilerin sifahi xalq edebiyyatinin tesiri mehz Deri Corab haqqinda romanlar silsilesinde daha qabariq nezere carpir Kuper Natti Bampoya hesr olunan epopeya uzerinde qisa fasilelerle on sekkiz il islemisdir Deri Corab haqqinda romanlar silsilesine bes eser Pionerler Sonuncu Mogikan Lepirci Preriya Vehsi heyvan ovcusu daxildir Bunlar dunya edebiyyati xezinesinde Pentalogiya adi ile taninir Pentalogiyanin birinci romani Pionerler de hadiseler unudulmus Templtaun seherinde cereyan edir Bu seher Avropanin muxtelif olkelerinden kocen aileleri qoynuna almisdi Burada Vehsi Amerika ile Medeni Avropa qarsi qarsiya dayanmisdir Vehsi sayilan hindiler idi medeni sayilan ise avropalilar Agderili mustemlekeciler mehz bu prinsip esasinda hindi qebilelerine basqinlar edir onlarin kokunu kesmeye can atirdilar Kuper Pentalogiya ya daxil olan romanlarindaki hadiseleri de mehz bu konflikt uzerinde qurmusdur Amerikanin dramatik ve facieli dovrunu eks etdiren Kuper bezen qehremanlarini ideallasdiraraq qeyd edir ki Unkas mogikanlarin sonuncu numayendesidirse Bampo da axrinci Pionerdir Yazici Deri Corabin ve onun sadiq dostlarinin maceralarini romantik boyalarla tesvir etdiyi halda Amerikanin mustemlekeye cevrilmesini real cizgilerle gosterir Natti Bampo obrazi Kuper Pentalogiya ya daxil olan romanlarindaki hadiseleri de mehz bu konflikt uzerinde qurmusdur Xeyirxah Natti Bampo ve onun kohne dostu hindi Cinqackukla gece gunduz qazanc elde etmeye calisan tamahkar insanlar arasinda toqqusma bas verir Meshur rus yazicisi Maksim Qorki Natti Bampo obrazinin facieli taleyi ve ictimai menasi barede yazirdi ki ozunun saf ve duzgun fikirleri cesaretli isleri ile her yerde oxucularin regbetini qazanmisdir Yeni Dunyanin mese ve sehralarinin tedqiqatcisi olan bu adam hemin sehra ve meseliklerde insanlar ucun yollar salmisdi Sonradan onlar Bamponu bir cani kimi muhakime edirler Cunki Bampo onlarin menfeetini guden qanunlari pozmusdu O butun heyati boyu vehsi adamlar arasinda medeniyyet yaymaq ucun boyuk cografi miqyasda fedakarcasina calismisdi Axirda ise ozunun ilk defe cigir acib yaydigi hemin medeniyyetin toretdiyi seraitde yasamaq haqqinda sahib ola bilmemisdir Nataniel Bampo cesaret merdlik dosta sedaqet neciblik ve namusluluq kimi gozel insani keyfiyyetleri ozunde tecessum edir O goyercin ureyine ve sir sinesine V Belinski malik insan idi Natti Bampo isguzar gelmelerin Amerikanin fusunkar tebieti ve esil sakinleri uzerinde zor isletmelerine goz yuma bilmirdi Cavanliginda o ozu de haqsizligin acisini dadmis bohtanlara meruz qalmisdir Ona gore de seherden ve insanlardan uz donderib genis collere penah aparmisdi Natti Bampo incidilenlerin var yoxdan cixarilanlarin mudafiecisi ve xilaskaridir O genis duzenlerin yazilmamis temiz qanunlarinin qoruyucusu ve beroacisidir Yaxin dostlari ve terefdarlari Cinqackuk Boyuk Ilan onun igid oglu mogikan neslinin axrinci numayendesi Unkas da sedaqetli ve semimi olub meqsed ugrunda mubarizede ardicildilar Kuper hetta oz qehremanini terkidunya filosof adlandirir Lakin Natti Bampo o adamlardan qacir ki onlar qeddarliqdan tamahkarliqdan ve xeyanetkarliqdan yaxa qurtara bilmirler Dostlarindan ise Bampo hec vaxt uzaq gezmir eksine onlarin yolunda canindan kecmeye hazirdir O omrunun sonunadek Con Mogikandan Unkasdan ayrilmir Preriya romanindan da gorunduyu kimi Natti Bampo hindilerin ve agderili hemfikirlerinin ehatesinde olur Dogrudur o vaxtile aile heyati qurmadigindan ozunden sonra adini dasiyacaq hec kimi olmur Dostlari ise xatiresini uzun muddet yasadirlar Adina negmeler qosurlar Pionerler Esas meqale Pionerler roman Muellif bu romani yazarken hec ozu de bilmirdi ki bu eserin movzusu gelecekde onun yazacagi ve bes romandan ibaret olacaq Deri Corab pentalogiyasinin esasini teskil edecekdir 1823 cu ilde Amerikanin ve Ingilterenin kitab bazarina daxil olan Pionerler romani o deqiqe satilib qurtarir Bu romanda da avtobioqrafik unsurler coxluq teskil edir Tenqidcilerin dediyine gore eserin qehremanlarindan biri hakim Marmadiyuk Templ cox guman ki Uilyamin Kuperin atasinin prototipidir Her halda romadna tesvir olunan esas qehremanlarin ekseriyyetini hakim ve onun qizini Edvardsi serif Ricardi ve noker Bencameni yazici hele usaq yaslarindan cox yaxsi taniyirdi Romanda hadiseler unudulmus Templtaun seherinde cereyan edir Sonuncu Mogikan Esas meqale Sonuncu mogikan roman Amerika hindularinin heyatina boyuk maraq gosteren C F Kuper bu romanda Nataniel Bampo ile yanasi cesur merd igid hindu obrazlarina xususi yer ayirir Bele ki bu eserde basdan basa romantik seciyye dasiyan hindu aleminin arxada qalmasi ayri ayri hindu qebilelerinin delavarlar quronlar ve s bir biri ile ve Amerikada hokmranliq etmek ugrunda mubarize aparan ingilis ve fransiz ordularinin oz aralarinda muharibe etmeleri nehayet butun bu tarixi ve siyasi hadiselerin fonunda agderili Sahingozun Natti Bamponun ve onun qirmiziderili dostu hindu Cinqackukun onun oglu Unkasin polkovnik Munronun onun qizlari Alisa ve Koranin mayor Dunkanin ve bir sira basqa qehremanlarin heyati ve onlarin baslarina gelen maceralar tesvir olunmusdur Natti Bampo igid mogikan dostlari Cinqackuk ve Unkasla birlikde Munro bacilarini dusmen quron hindularinin Bic Tulku esirliyinden xilas edir Dogrudur bu zaman Unkas ve Kora helak olurlar Muellif Unkasi sonuncu mogikan adlandirir Cunki artiq hec kim bu qebilenin neslini davam etdirmeyecekdir Muellif bu romanda yeni torpaqlar ele kecirmeye calisan ingilis ve fransiz mustemlekecilerinin mubarizesini ve bu mubarizede sexsen istirak eden Sahingozun basina gelen maceralari xususi romantik uslubda ancaq mueyyen realist tesvirlerle qeleme almisdir Bu romanda eyni zamanda muxtelif hindu qebilelerinin de oz aralarinda apardiqlari olum dirim mubarizesi boyuk senetkarliqla tesvir edilmisdir RomanlariExcursion in Italy 1838Casus Esas meqale Casus roman C F Kuper Casus romani ile dunyaya esl Amerikani tanitdi Amerika romantik edebiyyatinin ilk numuneleri yarandiqca bu edebiyyatin milli ozunemexsusluqlari da yaranmaga basladi N Hotorn V Irvinq E A Po H Lonqfello ve G Melville birge dunya edebiyyati tarixinde xususi yeri ve cekisi olan Amerika romantizm edebiyyatini yaradan Kuperin bedii yaradiciligi demek olar ki bu eserle baslanir Amerika getdikce inkisaf edir bir dovlet kimi formalasir onun iqtisadiyyati guclenir ticaret elaqeleri genislenir herbi quvveleri ve donanmasi yaranir Butun bu prosesler Casus romaninin yaranmasi ucun bir zemin olmusdur Yazicinin bezi tedqiqatcilari bu eserin mueyyen qeder avtobioqrafik seciyye dasidgini da iddia edirdiler Daha dogrusu onlarin fikrince eserin bezi qehremanlari onun arvadi Suzanin yaxin qohumlarinin prototipleri olmusdur Heqiqeten de eserin bir sira qehremanlarinin prototiplerini Ceyms hele genclik illerinden etibaren yaxsi taniyirdi Onlarin bezileri musteqillik ugrunda muharibenin istirakcilari olmusdur Bele qehremanlardan biri de vaxtile bu muharibelerde istirak etmis sonra istefaya cixaraq Kuperin malikanesinin yaxinliginda yerlesen Vetcesderde oz fermasinda yasayan Con Cey olmusdur Kuper tez tez bu muharibe qehremanina bas ceker onun bu muharibe ve Amerikanin o dovrku siyasi heyati haqqinda sohbetlerine diqqetle qulaq asardi Losman Esas meqale Losman roman Valter Skotun Pirat Deniz qulduru romani capdan cixandan sonra C F Kuper bu meshur ingilis tarixi roman ustasi ile yarisa girmek qerarina gelir ve deniz movzusunda bu eserini yazir Mese dunyasi kimi deniz alemine de yaxindan beled olan gencliyinin bir nece ilini firtinali denizlerde keciren Kuperin Losman romaninda da dramatik sehneler denizcilerin agir heyati ve denizin rengareng goruntuleri tesvir edilmisdir Bu eser de obrazlarin tebiiliyi ve realligi ile diqqeti celb edir Losman romaninda behs olunan mehebbet tarixcesinin baslica istirakcilari Ariel gemisinin genc kapitani Dik Barnsteybl ve leytnant Qrifitdir Romanin bas qehremani ise heyati sirlerle dolu olan Losman Qreydir Bu romanin qehremanlari tebiet quvveleri tufanlar firtinalar ve insanlarla olum dirim mubarizesi aparirlar hercend ki bu mubarize onlara baha basa gelir dusmen topunun mermisi kapitanin heyatina son qoyur bir cox igid denizciler helak olur ancaq Barnsteybl ve Qriffit oz nisanlilari ile sag salamat vetene qayidirlar Con Cey Esas meqale Con Cey Con Cey yalniz muharibe qehremani deyildi o hem de Nyu York statinin konstitusiyasinin ilk tertibcilerinden biri olmusdur Bundan basqa C Cey ABS nin Ispaniyada ilk sefiri vezifesinde islemis C Adams ve B Franklinle birge 1783 cu il Versal sulh muqavilesini hazirlamisdir C Cey uzun muddet ABS nin xarici isler uzre dovlet katibi Ali mehkemenin ilk sedri ve Nyu York statinin qubernatoru vezifelerinde calismisdirXarici kecidlerCeyms Fenimor Kuper Sonuncu mogikan Terc E Zeynalov Red C Nagiyev on sozun muellifi S Mustafayev B Onder 2005 376 s Ceyms Fenimor Kuper Lepirci Terc E Zeynalov Baki Serq Qerb 2006 384 s