Əliyev Maqsud İsfəndiyar oğlu (27 avqust 1924, Tiflis – 23 dekabr 2016, Bakı) — akademik, Azərbaycan Respublikası EA fizika-riyaziyyat və texnika elmləri bölməsinin akademik-katibinin müavini.
Maqsud Əliyev | |
---|---|
Maqsud İsfəndiyar oğlu Əliyev | |
Doğum tarixi | |
Doğum yeri | Tiflis, Gürcüstan SSR, SSRİ |
Vəfat tarixi | (92 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Elm sahəsi | fizika |
Elmi dərəcəsi | fizika-riyaziyyat elmləri doktoru (1966) |
Elmi adları | professor (1967), akademik |
İş yeri | |
Təhsili | |
Üzvlüyü | |
Mükafatları |
Həyatı
Maqsud Əliyev 1924-cü il avqustun 27-də Tiflis şəhərində anadan olmuşdur. 1931-ci ildə Tiflisdə orta məktəbin birinci sinfinə getmiş, 1941-ci ildə həmin məktəbi bitirmişdir. 1941-1943-cü illərdə Tiflis Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsində tələbə olmuş, 1943-1945-ci illərdə isə Sovet Ordusu sıralarında xidmət etmişdir.
1950-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini bitirmiş, Politexnik İnstitutunda, Neft və Kimya İnstitutunda, Azərbaycan Dövlət Universitetində pedaqoji iş aparmışdır. O, eyni zaman da Azərbaycan EA Fizika və Riyaziyyat İnstitutunda elmi-tədqiqat işləri ilə də məşğul olmuşdur.
Elmi fəaliyyəti
Maqsud Əliyevin elmi fəaliyyəti çox maraqlı xüsusiyyətlərə malik olan selen yarımkeçiricisinin fiziki xassələrinin öyrənilməsinə yönəlmişdir. O, selenin kristallaşmasına, elektrik, optik və istilik xassələrinə az miqdarda aşqarların tə’sirinin ilk tədqiqatçılarından biridir. M.İ. Əliyev bu nəticələri ümumiləşdirərək 1957-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir.
M.İ. Əliyev 1961-ci ildən Azərbaycan EA Fizika İnstitutunda əvvəlcə böyük elmi işçi, sonralar isə "Yarımkeçiricilərdə köçürmə hadisələri" laboratoriyasının müdiri vəzifəsində çalışmışdır. Maqsud Əliyevin tədqiqatlarında əsas yerlərdən birini yarımkeçiricilərin istilikkeçirməsi problemi tutur. Bu problemin həlli fononlar, elektronlar, elektron-deşik cütləri, eksitonlar, maqnonlar ilə əlaqədar olan bir çox əsaslı məsələləri aydınlaşdırmağa imkan vermişdir.
M. Əliyevin güclü legirə olunmuş klassik yarımkeçiricilər olan germanium, silisium və "A" "V" birləşməsinin istikkeçirməsinin tədqiqinə aid işlərini H.M. Abdullayev, professorlar D.N. Nasledov, A.R. Regel, L.S. Stilbans və digər məşhur alimlər yüksək qiymətləndirmişlər. Bu nəticələr M.İ. Əliyevin doktorluq dissertasiyasının əsasını təşkil etmiş, o, 1966-cı ildə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini, 1967-ci ildə isə professor adını almış, bir sıra orden, medal və diplomlara layiq görülmüşdür.
Son illər akademik Maqsud Əliyev ənənəvi elmi istiqamətilə bərabər çox maraqlı və aktual olan problem-məşhur alim Lütfi Zadənin qeyri-səlis çoxluqlar, qeyri-səlis məntiq sahəsində fəaliyyət göstərir. "Fizika problemləri və qeyri-səlis məntiq" üzrə elmi problemləri inkişaf etdirməklə məşğul olur. Bu sahədə keçirilən bir neçə beynəlxalq konfranslarda (Almaniya, İran) məruzələrlə çıxış etmişdir.
Əsərləri
Akademik Maqsud Əliyev ittifaq mətbuatında və xarici mətbuatda dərc olunmuş 300-dən artıq elmi məqalənin və 20 ixtiranın müəllifidir. Onun "Yarımkeçiricilərin istilikkeçirməsi" adlı kitabı şöhrət qazanmışdır.
Yüksək ixtisaslı elmi kadrların hazırlanmasında alimin xidmətləri böyükdür. Belə ki, o, yarımkeçiricilər fizikası və onun tədris metodikası sahəsində 40-a qədər elmlər namizədi və elmlər doktoru yetişdirmişdir. O, 1950-ci ildən respublikanın bir çox ali məktəblərində assistent, baş müəllim, dosent və professor vəzifələrində işləyərək pedaqoji fəaliyyət göstərmişdir. Akademik M.İ. Əliyev BDU-da yarımkeçiricilər fizikası üzrə xüsusi kursdan mühazirələr oxumaqla bərabər, respublikamızda kadrlar hazırlanmasında da böyük əmək sərf edir.
Alim yarımkeçiricilər fizikası sahəsindəki və elmi kadrlar hazırlanmasındakı böyük xidmətlərinə görə 1969-cu ildə Azərbaycan Respublikası EA-nı müxbir üzvü, 1980-cı ildə isə həqiqi üzvü seçilmişdir.
Maqsud Əliyev Azərbaycan Respublikası EA fizika-riyaziyyat və texnika elmləri bölməsinin akademik-katibinin müavini vəzifəsində işləyərək, aktiv elmi təşkilatçılıq işi aparır. O, Azərbaycan EA-nın "Fizika problemləri" elmi şurasının sədr müavini, Rusiya EA Rəyasət Heyətinin "Yarımkeçiricilər fizikası və kimyası" kompleks problemi və "Yarımkeçirici materialşünaslığının fiziki-kimyasının əsasları" üzrə elmi şuraların üzvüdür. Akademik M. Əliyev "Fundamental və tətbiqi işlər" üzrə komissiyanın sədri kimi 1986-2005-ci illər üçün elmi-texniki tərəqqi kompleks proqramının tərtib olunmasında fəal iştirak etmişdir. O, Azərbaycan Ensiklopediyasının və respublika Akademiyasının nəşr işində yaxından iştirak etmişdir.
Elmi nailiyyətlərin fəal təbliğatına görə Maqsud Əliyev keçmiş Ümumittifaq "Bilik" Cəmiyyətinin Fəxri Fərmanı ilə təltif olunmuşdur. Akademik Maqsud Əliyevin adı Respublika Əmək Şöhrəti kitabına yazılmışdır.
Akademik Maqsud Əliyev 24 dekabr 2016-cı ildə 92 yaşında, Bakıda vəfat edib.
İstinadlar
- . 2010-04-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-20.
- . 2016-12-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-12-24.
Mənbə
- Maqsud Əliyev Qafqaz Universiteti[ölü keçid]
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Eliyev Maqsud Isfendiyar oglu 27 avqust 1924 Tiflis 23 dekabr 2016 Baki akademik Azerbaycan Respublikasi EA fizika riyaziyyat ve texnika elmleri bolmesinin akademik katibinin muavini Maqsud EliyevMaqsud Isfendiyar oglu EliyevDogum tarixi 27 avqust 1924Dogum yeri Tiflis Gurcustan SSR SSRIVefat tarixi 24 dekabr 2016 92 yasinda Vefat yeri Baki AzerbaycanVetendasligi SSRI AzerbaycanElm sahesi fizikaElmi derecesi fizika riyaziyyat elmleri doktoru 1966 Elmi adlari professor 1967 akademikIs yeri AMEA Fizika InstitutuTehsili Baki Dovlet UniversitetiUzvluyu Azerbaycan Milli Elmler Akademiyasi SSRI Elmler AkademiyasiMukafatlariHeyatiMaqsud Eliyev 1924 cu il avqustun 27 de Tiflis seherinde anadan olmusdur 1931 ci ilde Tiflisde orta mektebin birinci sinfine getmis 1941 ci ilde hemin mektebi bitirmisdir 1941 1943 cu illerde Tiflis Dovlet Universitetinin fizika riyaziyyat fakultesinde telebe olmus 1943 1945 ci illerde ise Sovet Ordusu siralarinda xidmet etmisdir 1950 ci ilde Azerbaycan Dovlet Universitetinin fizika riyaziyyat fakultesini bitirmis Politexnik Institutunda Neft ve Kimya Institutunda Azerbaycan Dovlet Universitetinde pedaqoji is aparmisdir O eyni zaman da Azerbaycan EA Fizika ve Riyaziyyat Institutunda elmi tedqiqat isleri ile de mesgul olmusdur Elmi fealiyyetiMaqsud Eliyevin elmi fealiyyeti cox maraqli xususiyyetlere malik olan selen yarimkeciricisinin fiziki xasselerinin oyrenilmesine yonelmisdir O selenin kristallasmasina elektrik optik ve istilik xasselerine az miqdarda asqarlarin te sirinin ilk tedqiqatcilarindan biridir M I Eliyev bu neticeleri umumilesdirerek 1957 ci ilde namizedlik dissertasiyasini mudafie etmisdir M I Eliyev 1961 ci ilden Azerbaycan EA Fizika Institutunda evvelce boyuk elmi isci sonralar ise Yarimkeciricilerde kocurme hadiseleri laboratoriyasinin mudiri vezifesinde calismisdir Maqsud Eliyevin tedqiqatlarinda esas yerlerden birini yarimkeciricilerin istilikkecirmesi problemi tutur Bu problemin helli fononlar elektronlar elektron desik cutleri eksitonlar maqnonlar ile elaqedar olan bir cox esasli meseleleri aydinlasdirmaga imkan vermisdir M Eliyevin guclu legire olunmus klassik yarimkeciriciler olan germanium silisium ve A V birlesmesinin istikkecirmesinin tedqiqine aid islerini H M Abdullayev professorlar D N Nasledov A R Regel L S Stilbans ve diger meshur alimler yuksek qiymetlendirmisler Bu neticeler M I Eliyevin doktorluq dissertasiyasinin esasini teskil etmis o 1966 ci ilde fizika riyaziyyat elmleri doktoru elmi derecesini 1967 ci ilde ise professor adini almis bir sira orden medal ve diplomlara layiq gorulmusdur Son iller akademik Maqsud Eliyev enenevi elmi istiqametile beraber cox maraqli ve aktual olan problem meshur alim Lutfi Zadenin qeyri selis coxluqlar qeyri selis mentiq sahesinde fealiyyet gosterir Fizika problemleri ve qeyri selis mentiq uzre elmi problemleri inkisaf etdirmekle mesgul olur Bu sahede kecirilen bir nece beynelxalq konfranslarda Almaniya Iran meruzelerle cixis etmisdir EserleriAkademik Maqsud Eliyev ittifaq metbuatinda ve xarici metbuatda derc olunmus 300 den artiq elmi meqalenin ve 20 ixtiranin muellifidir Onun Yarimkeciricilerin istilikkecirmesi adli kitabi sohret qazanmisdir Yuksek ixtisasli elmi kadrlarin hazirlanmasinda alimin xidmetleri boyukdur Bele ki o yarimkeciriciler fizikasi ve onun tedris metodikasi sahesinde 40 a qeder elmler namizedi ve elmler doktoru yetisdirmisdir O 1950 ci ilden respublikanin bir cox ali mekteblerinde assistent bas muellim dosent ve professor vezifelerinde isleyerek pedaqoji fealiyyet gostermisdir Akademik M I Eliyev BDU da yarimkeciriciler fizikasi uzre xususi kursdan muhazireler oxumaqla beraber respublikamizda kadrlar hazirlanmasinda da boyuk emek serf edir Alim yarimkeciriciler fizikasi sahesindeki ve elmi kadrlar hazirlanmasindaki boyuk xidmetlerine gore 1969 cu ilde Azerbaycan Respublikasi EA ni muxbir uzvu 1980 ci ilde ise heqiqi uzvu secilmisdir Maqsud Eliyev Azerbaycan Respublikasi EA fizika riyaziyyat ve texnika elmleri bolmesinin akademik katibinin muavini vezifesinde isleyerek aktiv elmi teskilatciliq isi aparir O Azerbaycan EA nin Fizika problemleri elmi surasinin sedr muavini Rusiya EA Reyaset Heyetinin Yarimkeciriciler fizikasi ve kimyasi kompleks problemi ve Yarimkecirici materialsunasliginin fiziki kimyasinin esaslari uzre elmi suralarin uzvudur Akademik M Eliyev Fundamental ve tetbiqi isler uzre komissiyanin sedri kimi 1986 2005 ci iller ucun elmi texniki tereqqi kompleks proqraminin tertib olunmasinda feal istirak etmisdir O Azerbaycan Ensiklopediyasinin ve respublika Akademiyasinin nesr isinde yaxindan istirak etmisdir Elmi nailiyyetlerin feal tebligatina gore Maqsud Eliyev kecmis Umumittifaq Bilik Cemiyyetinin Fexri Fermani ile teltif olunmusdur Akademik Maqsud Eliyevin adi Respublika Emek Sohreti kitabina yazilmisdir Akademik Maqsud Eliyev 24 dekabr 2016 ci ilde 92 yasinda Bakida vefat edib Istinadlar 2010 04 12 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2021 01 20 2016 12 25 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2016 12 24 MenbeMaqsud Eliyev Qafqaz Universiteti olu kecid