Leksika (q.yun. τὸ λεξικός) – Sözün Lüğət Tərkibini öyrənir. Leksikologiya dilin lüğət tərkibindən bəhs edir. Dilin əsas vahidlərindən biri sözdür. Dildəki sözlərin hamısı birlikdə dilin leksikasını, yəni lüğət tərkibini təşkil edir. Leksika yunan sözüdür: lexikos – lüğət, loqos – təlim deməkdir.
Leksikanı öyrənən dilçilik bölməsi leksikologiya adlanır. Leksikologiyada sözlərin mahiyyəti, onların formaca və məzmunca əmələ gətirdiyi qruplar, sözlərin mənşəyi və işlənmə dairəsi öyrənilir. Dilimizdəki sözlərin çoxunun həm leksik, həm də qrammatik mənası vardır. Sözün birbaşa ifadə etdiyi mənaya onun leksik mənası deyilir. Başqa sözlə desək, sözün leksik mənası onun məzmununu bildirməsi, hər hansı bir anlayışı ifadə etməsidir. Məsələn: qələm sözünün leksik mənası yazı alətidir. Sözün leksik mənasını bir neçə yolla izah etmək olar:
- Verilən sözə yaxın mənalı söz seçməklə. Məsələn: azadlıq – müstəqillik – sərbəstlik.
- Verilən sözə əks mənalı söz seçməklə. Məsələn: quzey – güney
- Əşyanın, hərəkətin əlamətlərini izah etməklə. Məsələn: dəmirçi – metaldan müxtəlif alətlər hazırlayan peşə sahibi.
- Sözün hissələrinin mənasını açmaqla. Məsələn: mürəkkəbqabı – içində yazı üçün mürəkkəb saxlanılan qab.
Sözün leksik mənası ilə yanaşı, onun qrammatik mənası da olur. Sözün qrammatik mənası onun hər hansı bir əşyanın adını, əlamətini, miqdarını və s. bildirməsidir. Məsələn: qələm sözü əşyanın adını, qırmızı əlamətini, bir isə miqdarını bildirir. Buna görə də bu sözlərdən birincisi isim, ikincisi sifət, üçüncüsü isə saydır. Deməli, sözün qrammatik mənası onun hansı nitq hissəsi olması deməkdir.
Sözün həqiqi və məcazi mənası
Dilimizdəki sözlərin bir çoxu həm həqiqi, həm də məcazi mənada işlədilir. Sözün ilkin, əsas mənası onun həqiqi mənasıdır. Məsələn: dəmir qapı, daş divar, yumşaq çörək və s. söz birləşmələrindəki birinci tərəflər həqiqi mənada işlənmişdir. Sonradan qazandığı törəmə mənası isə onun məcazi mənası adlanır. Məna çox vaxt bənzətmə vasitəsilə və ya insanlara məxsus hərəkətlərin cansız əşyalara aid edilməsi yolu ilə yaranır. Məsələn: dəmir iradə, daş ürək, yumşaq söz və s. söz birləşmələrindəki birinci tərəflər – dəmir, daş və yumşaq sözləri bənzətmə yolu ilə yaranmışdır. Külək yatdı, Təbiət gülür, Təbiət oyanır, Günəş giz-ləndi və s. cümlələrindəki xəbərlər isə insana aid hərəkətin cansız əşya üzərinə köçürülməsi yolu ilə ortaya çıxmış məcazi mənalı sözlərdir.
Təkmənalı və çoxmənalı sözlər
Yalnız bir leksik mənası olan sözlərə təkmənalı sözlər deyilir. Məsələn: dənizçi, səkkiz, yaraşıqlı, yadırğamaq, sığırçın və s. kimi sözlər bir leksik mənada işlənən təkmənalı sözlərdir.
Eyni leksik məna ilə bağlı bir neçə yaxın mənada işlənən sözlərə isə çoxmənalı sözlər deyilir. Çoxmənalı sözlər əsas məna ilə bağlı əlavə mənalar da bildirir. Məsələn: ayaq, ağız, dil, boğaz, almaq, çəkmək və s. sözləri eyni leksik məna ilə bağlı bir neçə yaxın mənalarda da işlənir: Ayaq – uşağın ayağı, masanın ayağı, kəndin ayağı və s. Ağız – quşun ağzı, qazanın ağzı, baltanın ağzı və s. Dil — insanın dili, alovun dili, qarmonun dili, çəkmənin dili Boğaz – uşağın boğazı, bardağın boğazı, çəkmənin boğazı və s. Almaq – kitabı almaq, tərbiyə almaq, xəbər almaq və s. Çəkmək – ipi çəkmək, yol çəkmək, sıxıntı çəkmək və s. Tutmaq – topu tutmaq, üz tutmaq, fikri tutmaq və s. Acı – acı dərman, acı xatirə, acı söz və s. Ağır – ağır yük, ağır itki, ağır cəza, ağır xasiyyət və s. Çoxmənalı sözlərdə sözün mənalarından biri əsas, qalanları isə məcazi mənada işlədilir. Məsələn: adamın gözü birləşməsindəki göz sözü həqiqi mənada, bulağın gözü birləşməsində isə bu söz məcazi mənada işlənmişdir. Yuxarıdakı nümunələrdə də sözlərin birinci mənaları (uşağın ayağı, quşun ağzı və s.) həqiqi mənada, sonrakı mənaları isə məcazi mənada işlənmişdir. Çoxmənalı sözlər daha çox isim, sifət və fellərdən ibarət olur. Dilimizdə çox işlək olan çoxmənalı sözlər əsasən bunlardır: ağ, ağız, ağır, ayaq, almaq, alçaq, baş, burun, boğaz, boz, bişmək, çevirmək, çıxmaq, dil, diş, düşmək, ətək, qaş, qol, kök, üz, göz, yol, yumaq, qara, yüngül, soyuq, yüksək, tutmaq, kəsmək, yaymaq, getmək, salmaq və s. Çoxmənalılığı təşkil edən sözlər eyni bir nitq hissəsinə aid olur. Məsələn: diş – uşağın dişi, darağın dişi; maşın – paltaryuyan maşını, təbliğat maşını, reklam maşını; lövhə – yazı lövhəsi, təbiət lövhəsi; şirin meyvə – şirin söhbət.
Çoxmənalı sözlərdə əsas məna ilə bağlılıq zəruri şərtdir. Bu bağlılıq olmadıqda həmin sözlər çoxmənalılıq yox, omonimlik xüsusiyyətini daşıyır.
Omonimlər
Deyilişi və yazılışı eyni olan, leksik mənaca isə tamamilə fərqlənən sözlərə omonimlər deyilir. Omonimlər bir-biri ilə mənaca heç bir əlaqəsi olmayan sözlərdən ibarət olur. Məsələn: Bağ – meyvə ağacları əkilmiş sahə. Bağ – bir şeyi bağlamaq üçün ip. Şam – yandırmaq üçün cisim. Şam – ağac adı. Şam – axşam yeməyi. Fokus – linzanın fokusu. Fokus – sirkdə göstərilən nömrə. Bu nümunələrdəki bağ, şam və fokus sözlərinin deyilişi və yazılışı eyni olsa da, onlar ayrı-ayrı anlayışları bildirir. Deməli, həmin sözlər omonimlərdir.
Dilimizdə ən çox işlənən omonimlər bunlardır: al, an, aş, aşıq, at, ay, az, ağrı, bağ, bal, bar, bel, biz, bez, bənd, çat, çap, çay, çaxmaq, çən, dad, dağ, dan, dar, daş, din, don, doğru, dolu, divan, düz, en, əqrəb, əsər, göy, gül, hava, iç, inci, it, kök, köç, kürək, qala, qat, qaş, qaz, qır, qız, qurd, qan, qol, qovaq, qoyun, ləpə, mürəkkəb, nəticə, ov, oxu, oxşamaq, saç, şam, şor, tala, tək, top, tut, uçmaq, üz, var, yağ, yal, yan, yaş, yad, yay, yar, yara, yaz, yol və s.
Omonimliyi təşkil edən sözlər həm eyni bir nitq hissəsinə, həm də ayrı-ayrı nitq hissələrinə aid ola bilər. Bağ və şam omonimlərinin hər ikisi isimdir.
Aşağıdakı omonimlər də eyni bir nitq hissəsinə (ismə) aiddir:
- Ay – yerin peyki: Ay göründü. Ay – 30 gün: Bu gün ayın beşidir.
- Bal – qatı şirin maddə: Bal tutan barmaq yalar. Bal – zəlzələnin, küləyin gücünü bildirən ölçü vahidi: Beş bal gücündə zəlzələ oldu. Bal – rəqs gecəsi, şənlik: Yeni il balı maraqlı keçdi.
- Əqrəb – saatın mili: Saatın əqrəbləri 12-ni göstərir. Əqrəb – zəhərli həşərat: Çöldə əqrəb gördük və s.
Dilimizdə fel kimi işlənən omonimlər də vardır. Məsələn:
- Uçmaq – qanadlanmaq: Quş qanadlanıb uçdu. Uçmaq – dağılmaq: Köhnə divar uçdu.
- Oxşamaq – bənzəmək: Uşaq atasına oxşayır. Oxşamaq – əzizləmək, nazlamaq: Ana körpəsini oxşayır.
- Alışmaq – öyrənmək, adət etmək: Uşaq yeni mühitə alışdı. Alışmaq – yanmaq: Quru odun tez alışdı.
Dilimizdə ayrı-ayrı nitq hissələrinə aid sözlərdən təşkil olunan omonimlər daha çoxdur. Bu cür omonimlərə aid bir neçə nümunə: Isim və sifət kimi işlənən omonimlər:
- Yaş – insan ömrünün müəyyən dövrü: Uşağın 5 yaşı var. Yaş – nəm, islanmış: Yaş odun yanmadı.
- Kök – tərəvəz: Kök dadlı idi. Kök – yoğun, dolu, şişman: Kök adamdan xoşum gəlir.
- Mürəkkəb – yazı üçün maye: Qələmin mürəkkəbi qurtardı. Mürəkkəb – çətin: Imtahana çətin suallar düşmüşdü.
Omonimlərin bir çoxu isim və fel kimi işlənə bilir. Məsələn:
- Gül ətri (isim) – Ağlama, gül (fel).
- Divarda çat var (isim) – Qaç, uşaqlara çat (fel) və s.
Omonimlər quruluşca düzəltmə də olur. Məsələn: oynaq (bədəndə sümük) ismi ilə oynaq hava birləşməsindəki oynaq sifəti düzəltmə omonimlərdir. Buruq (neft buruğu) ismi ilə buruq sifəti (buruq saç) və ya iki müxtəlif mənada işlənən vergi ismi (gəlir üçün dövlətə ödənilən məbləğ və istedad mənalarında) düzəltmə omonimlərdir.
Səslənməsinə görə bir-birinə oxşar olan sənəd – sənət, süfrə – sürfə, qəlb – qəlp, məhsul – məsul, mətn – mətin, əmr – əmir, atlaz – atlas, əsr – əsir, şahid – şəhid, xeyr – xeyir, həyat – həyət, ahəng – əhəng və s. kimi sözlər omonim deyil, çünki yazılışları fərqlidir. Tərkibindəki bir hərfə görə fərqlənən belə sözlər paronim adlanır. Yazılışları eyni olan, lakin vurğunun yerinə görə fərqlənən sözlər də omonim deyil. Məsələn:
- alma (isim) – alma (fel),
- əkin (isim) – əkin (fel),
- dondurma (isim) – dondurma (fel),
- dimdik (isim) – dimdik (sifət) və s.
Bu cür sözlərin yazılışları eyni olsa da, tələffüzləri bir-birindən fərqlənir. Belə sözlər omoqraf adlanır. Tələffüzü və yazılışı eyni, lakin kökləri (və ya başlanğıc formaları) fərqli olan sözlər də omonim deyil. Məsələn: "əsgər çoxlu yara almışdı" və "Sözümü yara çatdır" cümlələrindəki "yara" sözləri köklərinə görə fərqlənir. Birinci cümlədəki "yara" sözü başlanğıc formadadır. Ikinci cümlədəki "yara" sözünün kökü isə "yar" ismidir. ("a" qrammatik şəkilçidir).
Qrammatik şəkilçilərin köməyi ilə aralarında bu cür oxşarlıq yaradan sözlər omoform adlanır.
- Mehriban (şəxs adı) – mehriban,
- çiçək – Çiçək (şəxs adı),
- yaqut – Yaqut (şəxs adı) kimi tərəflərindən biri xüsusi isim olan sözlər omonimlik yaratmır.
Belə ki, bu vaxt məna–məfhum fərqi meydana çıxmır, anlayış dəyişmir. Bundan başqa, nərə, əyan, bəzən tipli sözlər də omonim sayılmır. Çünki nərə (qışqırtı), əyan (dövlət məmuru), bəzən (hərdən) sözlərində birinci hecadakı sait uzun tələffüz olunur. Eyni cür yazılan nərə (balıq növü), əyan (aşkar), bəzən (bəzənmək) sözlərində isə heç bir sait uzanmır. Omonimin tərifindən çıxış edərək, bu sözlərin yazılışı eyni olsa da, tələffüzünün fərqli olması onların omonim olmadığını söyləməyə əsas verir. Dilimizdəki bəzi sözlər həm çoxmənalılıq, həm də omonimlik keyfiyyətinə malikdir. Məsələn: kök sözü insanın kökü, ağacın kökü, sözün kökü birləşmələrində çoxmənalıdır. Kök oğlan və şirəli kök birləşmələrindəki kök sözü isə omonimdir. boğaz, yar, qaş, qol, yol, dolu, düz, dil, yay, üz, tut, bel sözləri də həm çoxmənalılıq, həm də omonimlik keyfiyyətinə malikdir.
Sinonimlər
Yazılışı və deyilişi müxtəlif olan, lakin eyni və ya yaxın mənaları bildirən sözlərə sinonimlər deyilir. Məsələn: ürək – könül – qəlb, böyük – iri – yekə, odlamaq – alışdırmaq – yandırmaq və s.
Sinonimlər yaxın mənaları bildirsələr də, onların işlənməsində incə məna fərqləri vardır. Məsələn: qalın və sıx sinonimlərini meşə isminə qoşmaqla işlətmək mümkün olduğu halda (qalın meşə, sıx meşə), bu sözlərdən yalnız birincisini kitab isminə aid etmək olar: qalın kitab. Sinonimləri təşkil edən sözlər eyni nitq hissəsinə aid olur. -bi, -sız4; -la, -sız4 sinonim şəkilçiləri ilə yaranan sözlər də sinonim deyil. Məsələn: bivəfa – vəfasız; laməkan – məkansız
Bədii ədəbiyyatda hər hansı bir deyimin təsir gücünü, bədiiliyini artırmaq üçün sinonim sözlərdən istifadə olunur. Sinonimlər dilin zənginliyini və ifadə qüdrətini göstərən əlamətlərdən biri sayılır.
Antonimlər
Bir-birinə zidd, əks olan mənaları bildirən sözlərə antonimlər deyilir. Məsələn: yer – göy, sülh – müharibə, igid – qorxaq, gülmək – ağlamaq, oturmaq – qalxmaq, gecə – gündüz və s. Antonimləri təşkll edən sözlər eyni bir nitq hissəsinə aid olur. -lı4, -sız4; -bi, -lı4 antonim şəkilçiləri ilə yaranan sözlər leksik antonim deyil. Məsələn: güclü sözünün antonimi gücsüz yox, zəif sözü sayılır.
Ümumişlək sözlər
Dilimizdəki sözlər işlənmə dairəsinə görə iki qrupa bölünür: ümumişlək sözlər və ümumişlək olmayan sözlər. Mənası hamı tərəfindən anlaşılan sözlərə ümumişlək sözlər deyilir. Dilimizdə işlənən sözlərin böyük əksəriyyəti hamı üçün anlaşıqlı olan ümumişlək sözlərdir. Məsələn: od, su, hava, torpaq, vətən, şən, azad, çalışmaq, oxumaq, öyrənmək və s.
Ümumişlək olmayan sözlər
Hamı tərəfindən istifadə olunmayan və anlaşılmayan sözlərə ümumişlək olmayan sözlər deyilir. Ümumişlək olmayan sözlər iki qrupa bölünür: 1. dialekt sözləri 2. ixtisas sözləri (terminlər)
Dialekt sözləri
Yalnız ayrı-ayrı bölgə və kəndlərdə işlədilən sözlərə dialekt sözləri deyilir. Məsələn: döşəkçə ümumişlək sözdür – hamı tərəfindən başa düşülür. Eyni mənanı bildirən nimdər sözü isə yalnız ayrı-ayrı bölgə və kəndlərdə yaşayanların işlətdiyi dialekt sözüdür. Hancarı (necə?), doqqaz (küçə), becid (tez), ciyi;ciji (ana), digə (dağ yerində yaşayış yeri, alaçıq), gəvəzə (boşboğaz), əlardan (dəsmal), düşğu; düşgi (stol silmək üçün əsgi), dənab (qaynadılmış su), qəməlti (bıçaq), siyəzi (kisə), zivə (paltar asmaq üçün ip), manşırlamaq (nişanlamaq), maş (lobya), əppək (çörək), məhrəba (dəsmal), təlis (dəsmal), qarqundey, peyğəmbəri, kəbə, məkə (qarğıdalı), yerpənək (xiyar), qəlbi (hündür), lapdan (qəfildən) və s. sözləri də dialekt sözləridir.
Terminlər (İxtisas sözləri)
Müxtəlif ixtisas və peşə sahələrinə aid sözlərə terminlər (ixtisas sözləri) deyilir.
Məsələn: frazeologiya, mübtəda, orfoepiya, embriologiya, süjet, epitet, subtropik, flora, qələvi və s. Cəmiyyət mədəni cəhətdən inkişaf etdikcə bəzi terminlər get-gedə ümumişlək sözlərə çevrilir. Məsələn: ekran, süita, solo, fauna, flora və s.
Terminlərdən elmi üslubda daha çox istifadə olunur. Bu, elmi üslubu başqa üslublardan fərqləndirən əsas səciyyəvi xüsusiyyətdir. Hər elm və ya peşə sahəsinin özünəməxsus terminləri var.
Terminlərin xarakterik xüsusiyyətləri yığcamlıq, yeni söz yaratmaq qabiliyyətinin, emosionallığın və məcaziliyin olmaması, çox vaxt da sinoniminin olmamasıdır.
Dilimizdə elə sözlər var ki, onlar dildə yalnız termin kimi çıxış edir. Məsələn: metonimiya, sinekdoxa, fiksaj, akvarel, hiperbola və s. Elə sözlər də vardır ki, həm termin, həm də ümumişlək söz kimi işlənir. Məsələn: güc, qüvvə, xəbər, say, enerji, zərf, sifət, fel və s. Bəzən bədii əsərlərdə də təsvir olunan hadisə ilə bağlı terminlərə rast gəlirik.
Sözün tərkib hissələri
Dilimizdəki sözlər tərkib hissələrinə görə iki yerə ayrılır: kök və şəkilçi. Bunlar sözün mənalı tərkib hissələridir. Sözün ayrılıqda işlənə bilən və leksik mənası olan hissəsinə kök deyilir.
Sözün ayrılıqda işlənə bilməyən və leksik mənası olmayan hissəsinə isə şəkilçi deyilir. Dilimizdə, bir qayda olaraq, əvvəl kök, sonra isə şəkilçi gəlir. Məsələn: məktəb+li, dəniz+çi, çəmən+lik və s. Dilimizdə sözün kökündən əvvəl gələn şəkilçilər də vardır: na-, bi-, ba-, la-, a-, anti- və s. Məsələn: namərd, narahat, narazı, bixəbər, biçarə, bitərəf, laqeyd, laməkan, anormal, antihumanist və s.
Bu şəkilçilərdən ilk dördü ərəb-fars mənşəli, sonuncu ikisi isə Avropa mənşəlidir. Belə şəkilçilərə ön şəkilçi deyilir. Həmin şəkilçi ilə işlənən sözlərin çoxu şəkilçi ilə birlikdə dilimizə daxil olmuşdur.
Sözün quruluşca növləri
Dilimizdəki sözlər quruluşuna görə üç növə bölünür: sadə, düzəltmə və mürəkkəb. Yalnız bir kökdən (və ya kök və qrammatik şəkilçidən) ibarət olan sözlər sadə sözlər adlanır. Məsələn: ev (evlər, evdə), uşaq (uşaqlarda, uşaqlarımız), şagird (şagirddə, şagirdin) və s.
Leksik şəkilçilərin köməyi ilə yaranan sözlər düzəltmə sözlər adlanır. Düzəltmə sözlər kök və leksik şəkilçidən ibarət olur. Məsələn: işçi (iş+çi), enli (en+li), başla (baş+la), baxış (bax+ış) və s. Mürəkkəb sözlər iki (bəzən də üç) kökdən (sözdən) ibarət olur. Məsələn: qızılgül (qızıl, gül), göygöz (göy, göz), tozsoran (toz, soran), əlüzyuyan (əl, üz, yuyan) və s.
Söz yaradıcılığı
Söz yaradıcılığı dilçiliyin xüsusi bir bölməsidir. Bu bölmədə sözlərin yaranma üsulları öyrənilir. Dilimizdə söz yaradıcılığının iki əsas üsulu var: 1. Leksik şəkilçilərin köməyi ilə yeni – düzəltmə sözlərin yaranması. Məsələn: su+çu, su+lu, su+la; gül+çü, gül+lük, gül+dan və s.
Leksik şəkilçilərin köməyi ilə düzəltmə sözlərin yaranması qaydası morfoloji üsul adlanır. 2. İki müstəqil leksik mənalı sözün birləşməsi ilə yeni – mürəkkəb sözlərin yaranması. Məsələn: ayaq və qab = ayaqqabı, uca və boy = ucaboy, aş və süzən = aşsüzən və s.
Sözlərin bu cür yaranma qaydası isə sintaktik üsul adlanır.
Xarici keçidlər
Omonim (yun. ὁμός ὄνομα — eyni ad) — linqvistikada deyilişi və yazılışı eyni olan, lakin leksik mənalarına görə tamamilə fərqlənən sözlərə deyilir. Məs. Bağ-sözü iki mənada işlənir: "Meyvə ağacları əkilmiş sahə" və "Bir şeyi bağlamaq üçün ip" mənasında. Omonim və paronim anlayışları bir-birinə çox bənzəyir. Paronim semantik fərqə görə səsləri üst-üstə düşən sözlərə deyilir. Omonimlər bir-biri ilə mənaca heç bir əlaqəsi olmayan sözlərdən ibarət olur. Omonimliyi təşkil edən sözlər həm eyni bir nitq hissəsinə, həm də ayrı-ayrı nitq hissələrinə aid ola bilər.
Omonim, Omofon, omoqraf
- Omonim — deyilişi və yazılışı eyni olan, lakin leksik mənalarına görə fərqlənən sözlərdir.
- Omofon — səslənməsinə görə eyni olan, lakin yazılmasına görə fərqlənən sözlərdir.
- Omoqraf — yazılışına görə eyni olan, lakin səslənməsinə görə fərqlənən sözlərdir.
- Omonim – səs tərkibinə görə eyni, mənasına görə müxtəlif söz qrupu.
Ədəbiyyat
- R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 2010 s.
Xarici keçidlər
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Leksika q yun tὸ le3ikos Sozun Luget Terkibini oyrenir Leksikologiya dilin luget terkibinden behs edir Dilin esas vahidlerinden biri sozdur Dildeki sozlerin hamisi birlikde dilin leksikasini yeni luget terkibini teskil edir Leksika yunan sozudur lexikos luget loqos telim demekdir Leksikani oyrenen dilcilik bolmesi leksikologiya adlanir Leksikologiyada sozlerin mahiyyeti onlarin formaca ve mezmunca emele getirdiyi qruplar sozlerin menseyi ve islenme dairesi oyrenilir Dilimizdeki sozlerin coxunun hem leksik hem de qrammatik menasi vardir Sozun birbasa ifade etdiyi menaya onun leksik menasi deyilir Basqa sozle desek sozun leksik menasi onun mezmununu bildirmesi her hansi bir anlayisi ifade etmesidir Meselen qelem sozunun leksik menasi yazi aletidir Sozun leksik menasini bir nece yolla izah etmek olar Verilen soze yaxin menali soz secmekle Meselen azadliq musteqillik serbestlik Verilen soze eks menali soz secmekle Meselen quzey guney Esyanin hereketin elametlerini izah etmekle Meselen demirci metaldan muxtelif aletler hazirlayan pese sahibi Sozun hisselerinin menasini acmaqla Meselen murekkebqabi icinde yazi ucun murekkeb saxlanilan qab Sozun leksik menasi ile yanasi onun qrammatik menasi da olur Sozun qrammatik menasi onun her hansi bir esyanin adini elametini miqdarini ve s bildirmesidir Meselen qelem sozu esyanin adini qirmizi elametini bir ise miqdarini bildirir Buna gore de bu sozlerden birincisi isim ikincisi sifet ucuncusu ise saydir Demeli sozun qrammatik menasi onun hansi nitq hissesi olmasi demekdir Sozun heqiqi ve mecazi menasiDilimizdeki sozlerin bir coxu hem heqiqi hem de mecazi menada isledilir Sozun ilkin esas menasi onun heqiqi menasidir Meselen demir qapi das divar yumsaq corek ve s soz birlesmelerindeki birinci terefler heqiqi menada islenmisdir Sonradan qazandigi toreme menasi ise onun mecazi menasi adlanir Mena cox vaxt benzetme vasitesile ve ya insanlara mexsus hereketlerin cansiz esyalara aid edilmesi yolu ile yaranir Meselen demir irade das urek yumsaq soz ve s soz birlesmelerindeki birinci terefler demir das ve yumsaq sozleri benzetme yolu ile yaranmisdir Kulek yatdi Tebiet gulur Tebiet oyanir Gunes giz lendi ve s cumlelerindeki xeberler ise insana aid hereketin cansiz esya uzerine kocurulmesi yolu ile ortaya cixmis mecazi menali sozlerdir Tekmenali ve coxmenali sozlerYalniz bir leksik menasi olan sozlere tekmenali sozler deyilir Meselen denizci sekkiz yarasiqli yadirgamaq sigircin ve s kimi sozler bir leksik menada islenen tekmenali sozlerdir Eyni leksik mena ile bagli bir nece yaxin menada islenen sozlere ise coxmenali sozler deyilir Coxmenali sozler esas mena ile bagli elave menalar da bildirir Meselen ayaq agiz dil bogaz almaq cekmek ve s sozleri eyni leksik mena ile bagli bir nece yaxin menalarda da islenir Ayaq usagin ayagi masanin ayagi kendin ayagi ve s Agiz qusun agzi qazanin agzi baltanin agzi ve s Dil insanin dili alovun dili qarmonun dili cekmenin dili Bogaz usagin bogazi bardagin bogazi cekmenin bogazi ve s Almaq kitabi almaq terbiye almaq xeber almaq ve s Cekmek ipi cekmek yol cekmek sixinti cekmek ve s Tutmaq topu tutmaq uz tutmaq fikri tutmaq ve s Aci aci derman aci xatire aci soz ve s Agir agir yuk agir itki agir ceza agir xasiyyet ve s Coxmenali sozlerde sozun menalarindan biri esas qalanlari ise mecazi menada isledilir Meselen adamin gozu birlesmesindeki goz sozu heqiqi menada bulagin gozu birlesmesinde ise bu soz mecazi menada islenmisdir Yuxaridaki numunelerde de sozlerin birinci menalari usagin ayagi qusun agzi ve s heqiqi menada sonraki menalari ise mecazi menada islenmisdir Coxmenali sozler daha cox isim sifet ve fellerden ibaret olur Dilimizde cox islek olan coxmenali sozler esasen bunlardir ag agiz agir ayaq almaq alcaq bas burun bogaz boz bismek cevirmek cixmaq dil dis dusmek etek qas qol kok uz goz yol yumaq qara yungul soyuq yuksek tutmaq kesmek yaymaq getmek salmaq ve s Coxmenaliligi teskil eden sozler eyni bir nitq hissesine aid olur Meselen dis usagin disi daragin disi masin paltaryuyan masini tebligat masini reklam masini lovhe yazi lovhesi tebiet lovhesi sirin meyve sirin sohbet Coxmenali sozlerde esas mena ile bagliliq zeruri sertdir Bu bagliliq olmadiqda hemin sozler coxmenaliliq yox omonimlik xususiyyetini dasiyir OmonimlerDeyilisi ve yazilisi eyni olan leksik menaca ise tamamile ferqlenen sozlere omonimler deyilir Omonimler bir biri ile menaca hec bir elaqesi olmayan sozlerden ibaret olur Meselen Bag meyve agaclari ekilmis sahe Bag bir seyi baglamaq ucun ip Sam yandirmaq ucun cisim Sam agac adi Sam axsam yemeyi Fokus linzanin fokusu Fokus sirkde gosterilen nomre Bu numunelerdeki bag sam ve fokus sozlerinin deyilisi ve yazilisi eyni olsa da onlar ayri ayri anlayislari bildirir Demeli hemin sozler omonimlerdir Dilimizde en cox islenen omonimler bunlardir al an as asiq at ay az agri bag bal bar bel biz bez bend cat cap cay caxmaq cen dad dag dan dar das din don dogru dolu divan duz en eqreb eser goy gul hava ic inci it kok koc kurek qala qat qas qaz qir qiz qurd qan qol qovaq qoyun lepe murekkeb netice ov oxu oxsamaq sac sam sor tala tek top tut ucmaq uz var yag yal yan yas yad yay yar yara yaz yol ve s Omonimliyi teskil eden sozler hem eyni bir nitq hissesine hem de ayri ayri nitq hisselerine aid ola biler Bag ve sam omonimlerinin her ikisi isimdir Asagidaki omonimler de eyni bir nitq hissesine isme aiddir Ay yerin peyki Ay gorundu Ay 30 gun Bu gun ayin besidir Bal qati sirin madde Bal tutan barmaq yalar Bal zelzelenin kuleyin gucunu bildiren olcu vahidi Bes bal gucunde zelzele oldu Bal reqs gecesi senlik Yeni il bali maraqli kecdi Eqreb saatin mili Saatin eqrebleri 12 ni gosterir Eqreb zeherli heserat Colde eqreb gorduk ve s Dilimizde fel kimi islenen omonimler de vardir Meselen Ucmaq qanadlanmaq Qus qanadlanib ucdu Ucmaq dagilmaq Kohne divar ucdu Oxsamaq benzemek Usaq atasina oxsayir Oxsamaq ezizlemek nazlamaq Ana korpesini oxsayir Alismaq oyrenmek adet etmek Usaq yeni muhite alisdi Alismaq yanmaq Quru odun tez alisdi Dilimizde ayri ayri nitq hisselerine aid sozlerden teskil olunan omonimler daha coxdur Bu cur omonimlere aid bir nece numune Isim ve sifet kimi islenen omonimler Yas insan omrunun mueyyen dovru Usagin 5 yasi var Yas nem islanmis Yas odun yanmadi Kok terevez Kok dadli idi Kok yogun dolu sisman Kok adamdan xosum gelir Murekkeb yazi ucun maye Qelemin murekkebi qurtardi Murekkeb cetin Imtahana cetin suallar dusmusdu Omonimlerin bir coxu isim ve fel kimi islene bilir Meselen Gul etri isim Aglama gul fel Divarda cat var isim Qac usaqlara cat fel ve s Omonimler qurulusca duzeltme de olur Meselen oynaq bedende sumuk ismi ile oynaq hava birlesmesindeki oynaq sifeti duzeltme omonimlerdir Buruq neft burugu ismi ile buruq sifeti buruq sac ve ya iki muxtelif menada islenen vergi ismi gelir ucun dovlete odenilen mebleg ve istedad menalarinda duzeltme omonimlerdir Seslenmesine gore bir birine oxsar olan sened senet sufre surfe qelb qelp mehsul mesul metn metin emr emir atlaz atlas esr esir sahid sehid xeyr xeyir heyat heyet aheng eheng ve s kimi sozler omonim deyil cunki yazilislari ferqlidir Terkibindeki bir herfe gore ferqlenen bele sozler paronim adlanir Yazilislari eyni olan lakin vurgunun yerine gore ferqlenen sozler de omonim deyil Meselen alma isim alma fel ekin isim ekin fel dondurma isim dondurma fel dimdik isim dimdik sifet ve s Bu cur sozlerin yazilislari eyni olsa da teleffuzleri bir birinden ferqlenir Bele sozler omoqraf adlanir Teleffuzu ve yazilisi eyni lakin kokleri ve ya baslangic formalari ferqli olan sozler de omonim deyil Meselen esger coxlu yara almisdi ve Sozumu yara catdir cumlelerindeki yara sozleri koklerine gore ferqlenir Birinci cumledeki yara sozu baslangic formadadir Ikinci cumledeki yara sozunun koku ise yar ismidir a qrammatik sekilcidir Qrammatik sekilcilerin komeyi ile aralarinda bu cur oxsarliq yaradan sozler omoform adlanir Mehriban sexs adi mehriban cicek Cicek sexs adi yaqut Yaqut sexs adi kimi tereflerinden biri xususi isim olan sozler omonimlik yaratmir Bele ki bu vaxt mena mefhum ferqi meydana cixmir anlayis deyismir Bundan basqa nere eyan bezen tipli sozler de omonim sayilmir Cunki nere qisqirti eyan dovlet memuru bezen herden sozlerinde birinci hecadaki sait uzun teleffuz olunur Eyni cur yazilan nere baliq novu eyan askar bezen bezenmek sozlerinde ise hec bir sait uzanmir Omonimin terifinden cixis ederek bu sozlerin yazilisi eyni olsa da teleffuzunun ferqli olmasi onlarin omonim olmadigini soylemeye esas verir Dilimizdeki bezi sozler hem coxmenaliliq hem de omonimlik keyfiyyetine malikdir Meselen kok sozu insanin koku agacin koku sozun koku birlesmelerinde coxmenalidir Kok oglan ve sireli kok birlesmelerindeki kok sozu ise omonimdir bogaz yar qas qol yol dolu duz dil yay uz tut bel sozleri de hem coxmenaliliq hem de omonimlik keyfiyyetine malikdir SinonimlerYazilisi ve deyilisi muxtelif olan lakin eyni ve ya yaxin menalari bildiren sozlere sinonimler deyilir Meselen urek konul qelb boyuk iri yeke odlamaq alisdirmaq yandirmaq ve s Sinonimler yaxin menalari bildirseler de onlarin islenmesinde ince mena ferqleri vardir Meselen qalin ve six sinonimlerini mese ismine qosmaqla isletmek mumkun oldugu halda qalin mese six mese bu sozlerden yalniz birincisini kitab ismine aid etmek olar qalin kitab Sinonimleri teskil eden sozler eyni nitq hissesine aid olur bi siz4 la siz4 sinonim sekilcileri ile yaranan sozler de sinonim deyil Meselen bivefa vefasiz lamekan mekansiz Bedii edebiyyatda her hansi bir deyimin tesir gucunu bediiliyini artirmaq ucun sinonim sozlerden istifade olunur Sinonimler dilin zenginliyini ve ifade qudretini gosteren elametlerden biri sayilir AntonimlerBir birine zidd eks olan menalari bildiren sozlere antonimler deyilir Meselen yer goy sulh muharibe igid qorxaq gulmek aglamaq oturmaq qalxmaq gece gunduz ve s Antonimleri teskll eden sozler eyni bir nitq hissesine aid olur li4 siz4 bi li4 antonim sekilcileri ile yaranan sozler leksik antonim deyil Meselen guclu sozunun antonimi gucsuz yox zeif sozu sayilir Umumislek sozlerDilimizdeki sozler islenme dairesine gore iki qrupa bolunur umumislek sozler ve umumislek olmayan sozler Menasi hami terefinden anlasilan sozlere umumislek sozler deyilir Dilimizde islenen sozlerin boyuk ekseriyyeti hami ucun anlasiqli olan umumislek sozlerdir Meselen od su hava torpaq veten sen azad calismaq oxumaq oyrenmek ve s Umumislek olmayan sozlerHami terefinden istifade olunmayan ve anlasilmayan sozlere umumislek olmayan sozler deyilir Umumislek olmayan sozler iki qrupa bolunur 1 dialekt sozleri 2 ixtisas sozleri terminler Dialekt sozleriYalniz ayri ayri bolge ve kendlerde isledilen sozlere dialekt sozleri deyilir Meselen dosekce umumislek sozdur hami terefinden basa dusulur Eyni menani bildiren nimder sozu ise yalniz ayri ayri bolge ve kendlerde yasayanlarin isletdiyi dialekt sozudur Hancari nece doqqaz kuce becid tez ciyi ciji ana dige dag yerinde yasayis yeri alaciq geveze bosbogaz elardan desmal dusgu dusgi stol silmek ucun esgi denab qaynadilmis su qemelti bicaq siyezi kise zive paltar asmaq ucun ip mansirlamaq nisanlamaq mas lobya eppek corek mehreba desmal telis desmal qarqundey peygemberi kebe meke qargidali yerpenek xiyar qelbi hundur lapdan qefilden ve s sozleri de dialekt sozleridir Terminler Ixtisas sozleri Muxtelif ixtisas ve pese sahelerine aid sozlere terminler ixtisas sozleri deyilir Meselen frazeologiya mubteda orfoepiya embriologiya sujet epitet subtropik flora qelevi ve s Cemiyyet medeni cehetden inkisaf etdikce bezi terminler get gede umumislek sozlere cevrilir Meselen ekran suita solo fauna flora ve s Terminlerden elmi uslubda daha cox istifade olunur Bu elmi uslubu basqa uslublardan ferqlendiren esas seciyyevi xususiyyetdir Her elm ve ya pese sahesinin ozunemexsus terminleri var Terminlerin xarakterik xususiyyetleri yigcamliq yeni soz yaratmaq qabiliyyetinin emosionalligin ve mecaziliyin olmamasi cox vaxt da sinoniminin olmamasidir Dilimizde ele sozler var ki onlar dilde yalniz termin kimi cixis edir Meselen metonimiya sinekdoxa fiksaj akvarel hiperbola ve s Ele sozler de vardir ki hem termin hem de umumislek soz kimi islenir Meselen guc quvve xeber say enerji zerf sifet fel ve s Bezen bedii eserlerde de tesvir olunan hadise ile bagli terminlere rast gelirik Sozun terkib hisseleriDilimizdeki sozler terkib hisselerine gore iki yere ayrilir kok ve sekilci Bunlar sozun menali terkib hisseleridir Sozun ayriliqda islene bilen ve leksik menasi olan hissesine kok deyilir Sozun ayriliqda islene bilmeyen ve leksik menasi olmayan hissesine ise sekilci deyilir Dilimizde bir qayda olaraq evvel kok sonra ise sekilci gelir Meselen mekteb li deniz ci cemen lik ve s Dilimizde sozun kokunden evvel gelen sekilciler de vardir na bi ba la a anti ve s Meselen namerd narahat narazi bixeber bicare biteref laqeyd lamekan anormal antihumanist ve s Bu sekilcilerden ilk dordu ereb fars menseli sonuncu ikisi ise Avropa menselidir Bele sekilcilere on sekilci deyilir Hemin sekilci ile islenen sozlerin coxu sekilci ile birlikde dilimize daxil olmusdur Sozun qurulusca novleriDilimizdeki sozler qurulusuna gore uc nove bolunur sade duzeltme ve murekkeb Yalniz bir kokden ve ya kok ve qrammatik sekilciden ibaret olan sozler sade sozler adlanir Meselen ev evler evde usaq usaqlarda usaqlarimiz sagird sagirdde sagirdin ve s Leksik sekilcilerin komeyi ile yaranan sozler duzeltme sozler adlanir Duzeltme sozler kok ve leksik sekilciden ibaret olur Meselen isci is ci enli en li basla bas la baxis bax is ve s Murekkeb sozler iki bezen de uc kokden sozden ibaret olur Meselen qizilgul qizil gul goygoz goy goz tozsoran toz soran eluzyuyan el uz yuyan ve s Soz yaradiciligiSoz yaradiciligi dilciliyin xususi bir bolmesidir Bu bolmede sozlerin yaranma usullari oyrenilir Dilimizde soz yaradiciliginin iki esas usulu var 1 Leksik sekilcilerin komeyi ile yeni duzeltme sozlerin yaranmasi Meselen su cu su lu su la gul cu gul luk gul dan ve s Leksik sekilcilerin komeyi ile duzeltme sozlerin yaranmasi qaydasi morfoloji usul adlanir 2 Iki musteqil leksik menali sozun birlesmesi ile yeni murekkeb sozlerin yaranmasi Meselen ayaq ve qab ayaqqabi uca ve boy ucaboy as ve suzen assuzen ve s Sozlerin bu cur yaranma qaydasi ise sintaktik usul adlanir Xarici kecidlerOmonim yun ὁmos ὄnoma eyni ad linqvistikada deyilisi ve yazilisi eyni olan lakin leksik menalarina gore tamamile ferqlenen sozlere deyilir Mes Bag sozu iki menada islenir Meyve agaclari ekilmis sahe ve Bir seyi baglamaq ucun ip menasinda Omonim ve paronim anlayislari bir birine cox benzeyir Paronim semantik ferqe gore sesleri ust uste dusen sozlere deyilir Omonimler bir biri ile menaca hec bir elaqesi olmayan sozlerden ibaret olur Omonimliyi teskil eden sozler hem eyni bir nitq hissesine hem de ayri ayri nitq hisselerine aid ola biler Omonim Omofon omoqrafOmonim deyilisi ve yazilisi eyni olan lakin leksik menalarina gore ferqlenen sozlerdir Omofon seslenmesine gore eyni olan lakin yazilmasina gore ferqlenen sozlerdir Omoqraf yazilisina gore eyni olan lakin seslenmesine gore ferqlenen sozlerdir Omonim ses terkibine gore eyni menasina gore muxtelif soz qrupu EdebiyyatR Eliquliyev S Sukurlu S Kazimova Elmi fealiyyetde istifade olunan esas terminler Baki Informasiya Texnologiyalari 2009 2010 s Xarici kecidler