Hacıəlili eli— Cənubi Azərbaycanda yaşayan türk tayfalarından biridirlər. Onlar Cənubi Azərbaycanın kütləvi olaraq iki bölgəsində yaşamaqdadırlar: Qaradağın Əhər bölgəsində və Vərziqanın şimalında, digər qolları isə Marağa ətrafında yaşamaqdadır. 1960-cı ildə hələ də köçəri həyat sürən hacıəlililərin yaylaqları Qaradağın Dizmar və Üzümdil şəhristanlarında, qışlaqları isə Keyvan və Qarmaduz bölgəsində yerləşməkdə idi. Marağadakı hacıəlililərin yaylaqları Səhənd dağı ətəklərində, qışlaqları isə Urmiya gölünün şərq sahillərində, Azərşəhrin şimal-qərindəki Qoğanda, Cığatıçay idi. Qaradağda yaşayan hacıəlililərin tirələri bunlar idi: Qaraxanlı, Tərəkəmə, Yağbastılı, Müqəddəm, Özbək Müqəddəm, Gəncəli, Qarabağlı, Çərikli, Mədədli, Pirəlili, Zeynbəyli, Kəngərli və Qaradağlı. Marağada yaşayanların tirələri isə bunlar idi: İnallı, Zərgər, Yağbastılı və Dosmallu. Lady Sheilin bildirdiyinə görə, hacıəlililər 1849-cu ildə 800 ailədən ibarət olmuşdur. İran ordusu sənədlərində nolrın sayı 985 ailə kimi göstərilir. Hacıəlililər Məşrutə inqilabı zamanı mühüm rol oynamış və konstitusiya tərəfdarlarını müdafiə etmişdirlər. Eyni zamanda onların bir hissəsi Şimali Azərbaycanda da yaşamışdırlar. Ən azından Qacar-Rus müharibələrinə qədər onların Arazın şimalında da yaşamaları dəqiqdir. Hacıəlililər ruslarla müharibədə Abbas Mirzə tərəfindən igidliklə döyüşmüş, tayfanın rəisi Əsədullah Sultan özünün 9 oğlunu bu müharibələrdə itirmişdir. Buna qarşılıq olaraq, Abbas Mirzə müharibədən sonra Qarabağda yaşayan hacıəlililəri öz yanına dəvət etmiş, onlara yeni otlaqlar vermişdir
Tayfa 1960-cı illərdə 13 tirəyə bölünmüşdü.
Tarixi
Hacıəlililərin 1960-cı illərində əvvəllərindəki rəisi Nüsrətullah Hacıəlilinin Pierre Oberlinqə bildirdiyinə görə, Gəncəli tirəsinin adı Gəncə şəhərindən, Qarabağlı tirəsinin adı Qarabağdan gəlməkdə idi. Hacıəlililərin bir digər tirəsi olan Çaxırlılar isə 1828-ci il Türkmənçay müqaviləsinə qədər İrəvan əyalətində yaşamış, əyalət ruslar tərəfindən ələ keçirildikdən sonra Arazın cənubuna keçib Qaradağda məskunlaşmışdırlar. Bu dövrdə Qacar taxtının vəliəhdi olan Abbas Mirzə türk tayfalarından olan döyüşçülərə çox güvəndiyi üçün onların bu ərazilərdə məskunlaşmasında maraqlı idi. O, belə tayfaların Cənubi Azərbaycan ərazisinə keçmələri üçün onlara münbit torpaqlar və yaxşı otlaqlar təklif edirdi. Nüsrətullahın bildirdiyinə görə bu siyasətdən yararlananlar arasında Gəncəli, Qarabağlı və Çaxırlılar da olmuşdur. Oberling Səfəvi impriyasında Ustaclı tayfasının bir hissəsi olmuş Kəngərli tirəsinin də bu yolla Qaradağda məskunlaşdığını yazır. Anadoludan gələn Ustaclıların izləri hələ də Anadoluda qalmaqdadır. Qacarların hakimiyyətlərinin erkən dönəmində onların bir qrupu İrəvan ətrafında da yaşamaqda idi. Müqəddəmlər və Müqəddəm Özbəklər tirələri Marağadakı Müqəddəm tayfasının qollarıdırlar. Tayfa daxilində yayılmış əfsanəyə görə onlar Qaradağa yüz və ya əlli il əvvəl köç etmişdilər. Nüsrətullaha görə, Qaraxanlılar əslən Əfşar kökənli idilər və Nadir şahın dönəmində Xorasandan Azərbaycana köçürülmüşdülər. Yağbastıların kökəni müəmmalı olaraq qalmaqdadır. Lakin bu tirənin rəisinin bildirdiyinə görə, yağbastılıların böyük bir hissəsi Əfşar kökənlidirlər və Əfşarların Qırxlı tirəsindən törəmişdirlər. Qırxlılar Əfşarların ən böyük tirələrindən biri olmaqla yanaşı, məşhur hökmdar Nadir şah da bu tirədən idi. Qaradağdakı qırxlıların bir hissəsi oturaq həyata keçmiş və Üzümdil dehistanlığının Lecen kəndində yaşamağa başlamışdırlar. Yağbastılıların rəisi Oberling ilə söhbətində Lecen kəndindəki qırxlıların oraya 67 il əvvəl köçdüklərini bildirmişdir. Mədədlilərin (eyni adda Şahsevən tayfasının tirəsi vardır Oberling, 74), Pirəlililərin (Meşkinşəhrin 22 km şimal-şərqində Pirəlili adında kənd cardir və bu kənd Kəngərli kəndinə çox yaxındır, Oberling, 74), Zeynbəylilərin və Qaradağlıların kökəni barədə məlumat yoxdur. Qaradağlı adı uzun müddət Qaradağ bölgəsindəki bütün tayfalar üçün istifadə edilmişdir. Buna görə də, Oberling bu adın bizə hər hansısa məlumat vermədiyini bildirir.
İran ordu sənədlərinə əsasən Hacıəlili tayfasının 130 il əvvəlki rəhbəri Əsədullah xan olmuşdur. O, Abbas Mirzə ilə birlikdə ruslara qarşı döyüşlərdə özünün 9 oğlunu itirmişdir. Abbas Mirzə ruslara sülh təklif etdiyi zaman Əsədullah xan buna şiddətlə qarşı çıxmış və vəliəhd-şahzadəyə özünün sağ qalmış sonuncu oğlu qurban etmək bahasına olsa belə işğalçılara qarşı döyüşü davam etdirməyi təklif etmişdir. Sam xan Əmir Ərşad Nəsrəddin şah Qacarın dövründə Hacıəlili tayfasının başçısı olmuş və Qaradağın yollarında təhlükəsizlikdən cavabdeh şəxs təyin edilmişdir. Bu vəzifə o dönəmdə qarasürən adlanırdı. Rus-Qacar müharibələri dövründə onların sayı təxminən 800 çadır olmuşdur. Sheilin bildirdiyinə görə, 1849-cu ildə Hacıəlililər 800 çadırdan ibarət olmuşdurlar.
Oberlingin söhbət etdiyi dönəmin Hacıəlili rəisi Nüsrətullahın bildirdiyinə görə, çox illər əvvəl hacıəlililərin bir qrupu Astarabada, bir digər qrupu isə Marağaya getmişdir. Marağaya gedən qrup qışları Urmiya gölünün şərq sahillərində, Azərşəhrin şimal-qərbindən Cığatu çayının deltasına qədər uzanan bölgədə keçirir. Yayları isə Səhənd dağlarında keçirməkdədirlər. Onlar dörd tirədən ibarətdirlər:
- İnallı (bu hissələrdən ibarətdirlər - Göycallı, Ağbaşlı, Qaramusalı, Rahatlı)
- Zərgər
- Yağbastılı
- Düşmallı
Oberling bunlar arasında İnallı ilə Zərgər adında tirənin Cənubi Azərbaycanın şimal-şərqindəki Şahsevənlər arasında da olmasına istinad edərək bu tayfanın hacıəlililər ilə şahsevənlərin qarışmasından meydana çıxdığını ehtimal edir.
Təpikdərə kəndində Musəllislərdən 18 ailə, Yengicədə də 2 ailə yaşamaqda imiş. Yay zamanı onlar Səhənd ətrafındakı Torpaqlıdağ ətrafında düşərgə salırdılar. Oberling bu musəllilərin hacıəlililərin bir tirəsi olan qaramusalılar ilə əlaqəli ola biləcəyini ehtimal edir.
Məşrutə inqilabında rolları
Hacıəlililər Məşrutə inqilabı zamanı mühüm rol oynamışdırlar. Onların rəisləri olan Sam xan Əmir Ərşad və onun qardaşı Məhəmməd Hseyn xan Sərdar-e Asayer konstitusiya tərəfdarlarını dəstəkləməkdə idilər. 1909-1910-cu illərdə onlar Qaradağın bir digər tayfası olan Çələbiyanlıların rəhbəri Rəhim xana qarşı mübarizə aparmışdılar. Rəhim xan şahın yaxın dostu olmaqla birlikdə, konstitusiya tərəfdarlarına qarşı amansız mübarizəsi ilə seçilirdi. Rəhim xanın 1911-ci ilin sentyabrında Təbrizdə edam edilməsindən sonra Əmir Ərşad Qaradağda yaranmış hakimiyyət boşluğunu doldurdu və Hacıəlili tayfası bölgənin ən güclü tayfası oldu. O, öz nüfuzunu Xoya qədər genişləndirdi və on il ərzində Təbriz, Vərzəkan və Əhərdən şimalda geniş bir ərazidə hökmranlıq etdi. 1921-1922-ci ildə Azərbaycan vilayətinin hakimi Müxbir-əl-Səltənə onu 1000-1500 nəfərlik tayfa ordusu ilə birlikdə üsyançı kürd İsmayıl ağa Simkonun üzərinə göndərdi. Əmir Ərşad Mərənd yaxınlığında öldürüldü və onun yerinə qardaşı Məhəmməd Hüseyn xan gəldi. Lakin Rza xanın (gələcəkdə Rza şah) hakimiyyətə gəlməsi ilə birlikdə Cənubi Azərbaycanın şimalında Hacıəlili hakimiyyəti zəifləməyə başladı. 1922-1923-cü illərdə Məhəmməd Hüseyn xan həbs edildi, onun şəxsi ordusu dağıdıldı.
Yayılma arealları
1950-ci illərə aid İran ordusu qeydlərə əsasən onların sayı 985 ailə olaraq göstərilmişdir. Onların yaylaqları Meşk Anbar (Üzümdilin dehistanı) ətrafında, Vərziqanın 15 km cənub-qərbində yerləşirdi. Qışlaqları isə Kərmədüzün şimalında yerləşən Küh-e Bərzəkidə idi. 1960-cı illərin əvvəllərində tayfanın rəisi Nüsrətullah-e HAcıəlili Maşur idi və onun sarayı Vərziqanın 10 km şimalında olan Ab Xarədə yerləşirdi. Razmaranın bildirdiyinə görə, yayda bu kəndlərdə hacıəlili eli yaşamaqda idi:
Dizmar dehistanlığında - Astarqan, Anderyan, Bivarah, Seqay, Senavan, Əzim, Kürə Kəs, Məzrə Sədi, Maşahir, Malik Taleş
ÜZümdil dehistanlığında - Ağbulaqbala, Burun Daraq, Şahbulaq, Samsamkənd, Kürbulaq, Mazraəh Savarəh, Meşkanbar Miyanə, Nüsrətabad, Humay
Hacıəlililərin qışda yaşadıqları kəndlər:
Keyvan dehistanlığında - Xudafərin
Əhərin şərqi və şimal-şərqinə doğru - Qarayaşmaq, Cennabqışlaq, Xiyaluqışlaq, Sarısuluqışlaq, Şeyxqışlaq.
Pierre Oberlingin bildirdiyinə görə, Üzümdil dehistanlığının Xəlifə Ənsar, Şexemlü kəndlərində, Əhərin şərqindəki Zaklek Kürbulaq, Sötüt, Kərəmliqışlaq, Kasində Yağbastılı kəndlərində bütün il boyunca hacıəlililər yaşamaqda idi.
Tirələri
Hacıəlililər 13 tirəyə bölünürdülər:
Qaraxanlı (hakim tirə, 214 ailə)
Tərəkəmə (150 ailə)
Yağbastılı (iki hissədən ibarət idi - Mir Əhmədli və Şumeəh, 125 ailə)
Müqəddəm (iki hissədən ibarət idi - Qara Güney və Tüvil, 90 ailə)
Özbək Müqəddəm (90 ailə)
Gəncəli (60 ailə)
Qarabağlı (50 ailə)
Çaxırlı (45 ailə)
Mədədli (45 ailə)
Pirəlili (45 ailə)
Zeynbəyli (35 ailə)
Kəngərli (25 ailə)
Qaradağlı (11 ailə)
Qeydlər
- Oberling bu tirənin adını Marağanın 10-15 km şimal-şərqində yerləşən Özbək kəndindən götürdüklərini ehtimal edir.
- Oberling bu adın Çobanilərin məşhur dövlət xadimi və Elxani hökmdarı Əbu Səidin baş vəziri Əmir Çobanın oğlu Yağı Bastı ilə bağlı ola biləcəyini ehtimal edir.
Həmçinin bax
İstinadlar
- Oberling, 1964. səh. 71, 72 və 75
- Sheil, 1856. səh. 396
- "HAJI ALİLU TRİBES". safaviddynasty.wordpress.com. 2013. 15 May 2023 tarixində . İstifadə tarixi: 15 may 2023.
- Pierre Oberling. "ḤĀJI ʿALILU". www.iranicaonline.org. 2002. 15 May 2023 tarixində . İstifadə tarixi: 15 may 2023.
- Oberling, 1964. səh. 71
- Oberling, 1964. səh. 72
- Oberling, 1964. səh. 74
- Tucker, 2006
- Axworthy, 2006. səh. 71
- Foltz, 2016. səh. 80
- Khanam, 2005. səh. 313
- Oberling, 1964. səh. 74-75
- Oberling, 1964. səh. 75
- Oberling, 2002
- Oberling, 1964. səh. 71-72
Mənbə
- Pierre Oberling. The Tribes of Qarāca Dāġ: A Brief History. Oriens 17. 1964. 60–95.
- Lady Mary Leonora Woulfe Sheil. Glimpses of Life and Manners in Persia. London:: John Murray. 1856.
- Ernest Tucker. NĀDER SHAH. Encyclopaedia Iranica. 2006.
- Michael Axworthy. The Sword of Persia: Nader Shah, from Tribal Warrior to Conquering Tyrant. I.B.Tauris. 2006. ISBN .
- Richard C. Foltz. Iran in World History. Oxford University Press. 2016. ISBN .
- Pierre Oberling. ḤĀJI ʿALILU. Encyclopaedia Iranica. 2002.
- R. Khanam, Encycl. Encycl. Ethnography Of Middle-East And Central Asia. 2005.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Hacielili eli Cenubi Azerbaycanda yasayan turk tayfalarindan biridirler Onlar Cenubi Azerbaycanin kutlevi olaraq iki bolgesinde yasamaqdadirlar Qaradagin Eher bolgesinde ve Verziqanin simalinda diger qollari ise Maraga etrafinda yasamaqdadir 1960 ci ilde hele de koceri heyat suren hacielililerin yaylaqlari Qaradagin Dizmar ve Uzumdil sehristanlarinda qislaqlari ise Keyvan ve Qarmaduz bolgesinde yerlesmekde idi Maragadaki hacielililerin yaylaqlari Sehend dagi eteklerinde qislaqlari ise Urmiya golunun serq sahillerinde Azersehrin simal qerindeki Qoganda Cigaticay idi Qaradagda yasayan hacielililerin tireleri bunlar idi Qaraxanli Terekeme Yagbastili Muqeddem Ozbek Muqeddem Genceli Qarabagli Cerikli Mededli Pirelili Zeynbeyli Kengerli ve Qaradagli Maragada yasayanlarin tireleri ise bunlar idi Inalli Zerger Yagbastili ve Dosmallu Lady Sheilin bildirdiyine gore hacielililer 1849 cu ilde 800 aileden ibaret olmusdur Iran ordusu senedlerinde nolrin sayi 985 aile kimi gosterilir Hacielililer Mesrute inqilabi zamani muhum rol oynamis ve konstitusiya terefdarlarini mudafie etmisdirler Eyni zamanda onlarin bir hissesi Simali Azerbaycanda da yasamisdirlar En azindan Qacar Rus muharibelerine qeder onlarin Arazin simalinda da yasamalari deqiqdir Hacielililer ruslarla muharibede Abbas Mirze terefinden igidlikle doyusmus tayfanin reisi Esedullah Sultan ozunun 9 oglunu bu muharibelerde itirmisdir Buna qarsiliq olaraq Abbas Mirze muharibeden sonra Qarabagda yasayan hacielilileri oz yanina devet etmis onlara yeni otlaqlar vermisdir Tayfa 1960 ci illerde 13 tireye bolunmusdu TarixiHacielililerin 1960 ci illerinde evvellerindeki reisi Nusretullah Hacielilinin Pierre Oberlinqe bildirdiyine gore Genceli tiresinin adi Gence seherinden Qarabagli tiresinin adi Qarabagdan gelmekde idi Hacielililerin bir diger tiresi olan Caxirlilar ise 1828 ci il Turkmencay muqavilesine qeder Irevan eyaletinde yasamis eyalet ruslar terefinden ele kecirildikden sonra Arazin cenubuna kecib Qaradagda meskunlasmisdirlar Bu dovrde Qacar taxtinin veliehdi olan Abbas Mirze turk tayfalarindan olan doyusculere cox guvendiyi ucun onlarin bu erazilerde meskunlasmasinda maraqli idi O bele tayfalarin Cenubi Azerbaycan erazisine kecmeleri ucun onlara munbit torpaqlar ve yaxsi otlaqlar teklif edirdi Nusretullahin bildirdiyine gore bu siyasetden yararlananlar arasinda Genceli Qarabagli ve Caxirlilar da olmusdur Oberling Sefevi impriyasinda Ustacli tayfasinin bir hissesi olmus Kengerli tiresinin de bu yolla Qaradagda meskunlasdigini yazir Anadoludan gelen Ustaclilarin izleri hele de Anadoluda qalmaqdadir Qacarlarin hakimiyyetlerinin erken doneminde onlarin bir qrupu Irevan etrafinda da yasamaqda idi Muqeddemler ve Muqeddem Ozbekler tireleri Maragadaki Muqeddem tayfasinin qollaridirlar Tayfa daxilinde yayilmis efsaneye gore onlar Qaradaga yuz ve ya elli il evvel koc etmisdiler Nusretullaha gore Qaraxanlilar eslen Efsar kokenli idiler ve Nadir sahin doneminde Xorasandan Azerbaycana kocurulmusduler Yagbastilarin kokeni muemmali olaraq qalmaqdadir Lakin bu tirenin reisinin bildirdiyine gore yagbastililarin boyuk bir hissesi Efsar kokenlidirler ve Efsarlarin Qirxli tiresinden toremisdirler Qirxlilar Efsarlarin en boyuk tirelerinden biri olmaqla yanasi meshur hokmdar Nadir sah da bu tireden idi Qaradagdaki qirxlilarin bir hissesi oturaq heyata kecmis ve Uzumdil dehistanliginin Lecen kendinde yasamaga baslamisdirlar Yagbastililarin reisi Oberling ile sohbetinde Lecen kendindeki qirxlilarin oraya 67 il evvel kocduklerini bildirmisdir Mededlilerin eyni adda Sahseven tayfasinin tiresi vardir Oberling 74 Pirelililerin Meskinsehrin 22 km simal serqinde Pirelili adinda kend cardir ve bu kend Kengerli kendine cox yaxindir Oberling 74 Zeynbeylilerin ve Qaradaglilarin kokeni barede melumat yoxdur Qaradagli adi uzun muddet Qaradag bolgesindeki butun tayfalar ucun istifade edilmisdir Buna gore de Oberling bu adin bize her hansisa melumat vermediyini bildirir Iran ordu senedlerine esasen Hacielili tayfasinin 130 il evvelki rehberi Esedullah xan olmusdur O Abbas Mirze ile birlikde ruslara qarsi doyuslerde ozunun 9 oglunu itirmisdir Abbas Mirze ruslara sulh teklif etdiyi zaman Esedullah xan buna siddetle qarsi cixmis ve veliehd sahzadeye ozunun sag qalmis sonuncu oglu qurban etmek bahasina olsa bele isgalcilara qarsi doyusu davam etdirmeyi teklif etmisdir Sam xan Emir Ersad Nesreddin sah Qacarin dovrunde Hacielili tayfasinin bascisi olmus ve Qaradagin yollarinda tehlukesizlikden cavabdeh sexs teyin edilmisdir Bu vezife o donemde qarasuren adlanirdi Rus Qacar muharibeleri dovrunde onlarin sayi texminen 800 cadir olmusdur Sheilin bildirdiyine gore 1849 cu ilde Hacielililer 800 cadirdan ibaret olmusdurlar Oberlingin sohbet etdiyi donemin Hacielili reisi Nusretullahin bildirdiyine gore cox iller evvel hacielililerin bir qrupu Astarabada bir diger qrupu ise Maragaya getmisdir Maragaya geden qrup qislari Urmiya golunun serq sahillerinde Azersehrin simal qerbinden Cigatu cayinin deltasina qeder uzanan bolgede kecirir Yaylari ise Sehend daglarinda kecirmekdedirler Onlar dord tireden ibaretdirler Inalli bu hisselerden ibaretdirler Goycalli Agbasli Qaramusali Rahatli Zerger Yagbastili Dusmalli Oberling bunlar arasinda Inalli ile Zerger adinda tirenin Cenubi Azerbaycanin simal serqindeki Sahsevenler arasinda da olmasina istinad ederek bu tayfanin hacielililer ile sahsevenlerin qarismasindan meydana cixdigini ehtimal edir Tepikdere kendinde Musellislerden 18 aile Yengicede de 2 aile yasamaqda imis Yay zamani onlar Sehend etrafindaki Torpaqlidag etrafinda duserge salirdilar Oberling bu musellilerin hacielililerin bir tiresi olan qaramusalilar ile elaqeli ola bileceyini ehtimal edir Mesrute inqilabinda rollari Hacielililer Mesrute inqilabi zamani muhum rol oynamisdirlar Onlarin reisleri olan Sam xan Emir Ersad ve onun qardasi Mehemmed Hseyn xan Serdar e Asayer konstitusiya terefdarlarini desteklemekde idiler 1909 1910 cu illerde onlar Qaradagin bir diger tayfasi olan Celebiyanlilarin rehberi Rehim xana qarsi mubarize aparmisdilar Rehim xan sahin yaxin dostu olmaqla birlikde konstitusiya terefdarlarina qarsi amansiz mubarizesi ile secilirdi Rehim xanin 1911 ci ilin sentyabrinda Tebrizde edam edilmesinden sonra Emir Ersad Qaradagda yaranmis hakimiyyet boslugunu doldurdu ve Hacielili tayfasi bolgenin en guclu tayfasi oldu O oz nufuzunu Xoya qeder genislendirdi ve on il erzinde Tebriz Verzekan ve Eherden simalda genis bir erazide hokmranliq etdi 1921 1922 ci ilde Azerbaycan vilayetinin hakimi Muxbir el Seltene onu 1000 1500 neferlik tayfa ordusu ile birlikde usyanci kurd Ismayil aga Simkonun uzerine gonderdi Emir Ersad Merend yaxinliginda olduruldu ve onun yerine qardasi Mehemmed Huseyn xan geldi Lakin Rza xanin gelecekde Rza sah hakimiyyete gelmesi ile birlikde Cenubi Azerbaycanin simalinda Hacielili hakimiyyeti zeiflemeye basladi 1922 1923 cu illerde Mehemmed Huseyn xan hebs edildi onun sexsi ordusu dagidildi Yayilma areallari1950 ci illere aid Iran ordusu qeydlere esasen onlarin sayi 985 aile olaraq gosterilmisdir Onlarin yaylaqlari Mesk Anbar Uzumdilin dehistani etrafinda Verziqanin 15 km cenub qerbinde yerlesirdi Qislaqlari ise Kermeduzun simalinda yerlesen Kuh e Berzekide idi 1960 ci illerin evvellerinde tayfanin reisi Nusretullah e HAcielili Masur idi ve onun sarayi Verziqanin 10 km simalinda olan Ab Xarede yerlesirdi Razmaranin bildirdiyine gore yayda bu kendlerde hacielili eli yasamaqda idi Dizmar dehistanliginda Astarqan Anderyan Bivarah Seqay Senavan Ezim Kure Kes Mezre Sedi Masahir Malik Tales UZumdil dehistanliginda Agbulaqbala Burun Daraq Sahbulaq Samsamkend Kurbulaq Mazraeh Savareh Meskanbar Miyane Nusretabad Humay Hacielililerin qisda yasadiqlari kendler Keyvan dehistanliginda Xudaferin Eherin serqi ve simal serqine dogru Qarayasmaq Cennabqislaq Xiyaluqislaq Sarisuluqislaq Seyxqislaq Pierre Oberlingin bildirdiyine gore Uzumdil dehistanliginin Xelife Ensar Sexemlu kendlerinde Eherin serqindeki Zaklek Kurbulaq Sotut Keremliqislaq Kasinde Yagbastili kendlerinde butun il boyunca hacielililer yasamaqda idi TireleriHacielililer 13 tireye bolunurduler Qaraxanli hakim tire 214 aile Terekeme 150 aile Yagbastili iki hisseden ibaret idi Mir Ehmedli ve Sumeeh 125 aile Muqeddem iki hisseden ibaret idi Qara Guney ve Tuvil 90 aile Ozbek Muqeddem 90 aile Genceli 60 aile Qarabagli 50 aile Caxirli 45 aile Mededli 45 aile Pirelili 45 aile Zeynbeyli 35 aile Kengerli 25 aile Qaradagli 11 aile QeydlerOberling bu tirenin adini Maraganin 10 15 km simal serqinde yerlesen Ozbek kendinden goturduklerini ehtimal edir Oberling bu adin Cobanilerin meshur dovlet xadimi ve Elxani hokmdari Ebu Seidin bas veziri Emir Cobanin oglu Yagi Basti ile bagli ola bileceyini ehtimal edir Hemcinin baxQaradag tayfalariIstinadlarOberling 1964 seh 71 72 ve 75 Sheil 1856 seh 396 HAJI ALILU TRIBES safaviddynasty wordpress com 2013 15 May 2023 tarixinde Istifade tarixi 15 may 2023 Pierre Oberling ḤAJI ʿALILU www iranicaonline org 2002 15 May 2023 tarixinde Istifade tarixi 15 may 2023 Oberling 1964 seh 71 Oberling 1964 seh 72 Oberling 1964 seh 74 Tucker 2006 Axworthy 2006 seh 71 Foltz 2016 seh 80 Khanam 2005 seh 313 Oberling 1964 seh 74 75 Oberling 1964 seh 75 Oberling 2002 Oberling 1964 seh 71 72MenbePierre Oberling The Tribes of Qaraca Daġ A Brief History Oriens 17 1964 60 95 Lady Mary Leonora Woulfe Sheil Glimpses of Life and Manners in Persia London John Murray 1856 Ernest Tucker NADER SHAH Encyclopaedia Iranica 2006 Michael Axworthy The Sword of Persia Nader Shah from Tribal Warrior to Conquering Tyrant I B Tauris 2006 ISBN 978 185043706 2 Richard C Foltz Iran in World History Oxford University Press 2016 ISBN 978 0 19 933550 3 Pierre Oberling ḤAJI ʿALILU Encyclopaedia Iranica 2002 R Khanam Encycl Encycl Ethnography Of Middle East And Central Asia 2005