Kartoqrafik proyeksiyalar — Kürə və ya sferik formada olan yeri müstəvi üzərində təsvir etmək üçün istifadə edilən vasitələr.
Kartoqrafik proyeksiyalar seçilərkən müəyyən həndəsi fiqurlardan istifadə edilir və proyeksiyalar həmin fiqurların adı ilə adlandırılır. Kartoqrafik proyeksiyanın aşağıdakı növləri vardır:
- Silindirik proyeksiya
- Konus proyeksiya
- Çoxüzlü proyeksiya
- Azimutal proyeksiya
Silindrik proyeksiya
Qlobus şəffaf silindrin daxilinə yerləşdirilir. Bu zaman Yer səthinin ekvatorboyu əraziləri silindrin səthinə toxunur. Toxunma xəttində bütün təhriflər sıfıra bərabər olur. Silindrik proyeksiyalarda, əsasən, dünya xəritələri, həmçinin evkatorboyu ərazilərin xəritələri çəkilir, və meridianlar bir-biri ilə düz bucaq altında kəsişir.
Konus proyeksiya
Konus proyeksiyalarda xəritə tərtib olunarkən Yer kürəsi konusun səthi ilə ya bir paraleldə - 60° ş.e., ya da iki paraleldə - 47° şm.e. və 62° şm.e.-ləri arasında kəsişir və bu paralellər boyunca təhriflər olmur. Sıfır təhrif xətlərindən uzaqlaşdıqca təhriflər artır. Bu proyeksiyalarda qütbətrafı və mülayim enliklərdə yerləşən ərazilərin xəritələri tərtib edilir. Belə xəritələrdə paralellər qövsvarı, meridianlar isə bir mərkəzdən çıxan düz xətlər şəklində təsvir olunur.
Azimutal proyeksiya
Azimutal proyeksiyalar üçün köməkçi həndəsi səth kimi müstəvidən istifadə olunur. Müstəvinin kürəyə toxunma nöqtəsində təhrif olmur. Antarktida və Şimal Buzlu okeanının bu proyeksiyada tərtib edilən xəritələrdə paralellər çevrələr şəklində, meridianlar isə bir mərkəzdən çıxan radiuslar kimi təsvir olunur. Yarımkürələrin xəritəsi də azimutal proyeksiyada tərtib edilir.
Çoxüzlü proyeksiya
Çoxüzlü proyeksiyada Yer kürəsinin səthi kürə deyil, çoxlu sayda trapesiyalara bölünmüş çoxüzlü kimi qəbul edilir. Bu proyeksiyalar kiçik ərazilərin təsvirində, yəni, əsasən, topoqrafik xəritələrin tərtibi zamanı istifadə olunur. Xəritələrin miqyası böyük və orta, təhriflər isə çox az olur.
Təhriflər
Seçilmiş proyeksiyadan asılı olmayaraq kürəni müstəvi üzərində təsvir edərkən müəyyən səhvlər yaranır ki, buna təhriflər deyilir. Xəritədə 4 təhrif yaranır:
- Sahə təhrifi
- Forma təhrifi
- Uzunluq təhrifi
- Bucaq təhrifi
Təhriflər kəmiyyəti ilk növbədə miqyasdan asılıdır. Xəritə nə qədər kiçik miqyaslı olarsa təhrif bir o qədər çox olar. Bundan başqa təhriflər coğrafi obyektlərin ekvatora yaxınlığından da asılıdır. Ekvator ətrafında olan ərazilərdə təhriflər az müşahidə edilir. Ekvatordan qütblərə doğru uzaqlaşdıqca təhriflərin kəmiyyəti çoxalır. Buna görədir ki, xüsusən açıq dünya xəritəsində Qrenlandiya adası Avstraliyadan, Antarktida materiki isə Afrikadan böyük görünür. Halbuki, Qrenlandiya Avstraliyadan sahəcə 3.5, Antarktida isə Afrikadan 2 dəfə kiçikdir. Xəritədə qeyd edilən təhriflərin baş verməsinin səbəbi Afrika və Avstraliyanın ekvatora yaxın yerləşmələrinə görə bunlarda təhrifin az, Antarktida Qrenladiya isə qütbdə yerləşdiyinə görə təhrifin çox olmasıdır. Heç bir xəritədə ərazidə olan bütün coğrafi obyektləri göstərmək mümkün deyil. Buna görə də plan və ya xəritə tərtib edərkən məqsəddən asılı olaraq əsas obyekt göstərilir, 2-ci dərəcəli obyekt atılır. Buna kartoqrafik ümumiləşdirmə və ya generalizasiya deyilir. Generalizasiyanın kəmiyyəti xəritənin miqyasından asılıdır. Xəritə nə qədər böyük miqyaslı olursa, generalizasiya bir o qədər az müşahidə edilir. Təhrifin növünə görə kartoqrafik proyeksiyalar 3 cür olur:
- Bərabərsahəli – bunlarda sahə təhrifi olmur, digər təhriflər çox olur. Bu xəritələrdən əsasən sahələrin hesablanmasında istifadə edilir.
- Bərabərbucaqlı – bunlarda bucaq təhrifi olmur, digər təhriflər çox olur. Belə xəritələrdən naviqasiyada yəni nəqliyyatda istifadə edilir.
- İxtiyari və ya konform – bunlarda bütün təhrif növləri olur lakin az miqdarda. Belə xəritələrdən tədrisdə istifadə olunur.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Kartoqrafik proyeksiyalar Kure ve ya sferik formada olan yeri mustevi uzerinde tesvir etmek ucun istifade edilen vasiteler Kartoqrafik proyeksiyalar secilerken mueyyen hendesi fiqurlardan istifade edilir ve proyeksiyalar hemin fiqurlarin adi ile adlandirilir Kartoqrafik proyeksiyanin asagidaki novleri vardir Silindirik proyeksiya Konus proyeksiya Coxuzlu proyeksiya Azimutal proyeksiyaSilindrik proyeksiyaQlobus seffaf silindrin daxiline yerlesdirilir Bu zaman Yer sethinin ekvatorboyu erazileri silindrin sethine toxunur Toxunma xettinde butun tehrifler sifira beraber olur Silindrik proyeksiyalarda esasen dunya xeriteleri hemcinin evkatorboyu erazilerin xeriteleri cekilir ve meridianlar bir biri ile duz bucaq altinda kesisir Konus proyeksiyaKonus proyeksiyalarda xerite tertib olunarken Yer kuresi konusun sethi ile ya bir paralelde 60 s e ya da iki paralelde 47 sm e ve 62 sm e leri arasinda kesisir ve bu paraleller boyunca tehrifler olmur Sifir tehrif xetlerinden uzaqlasdiqca tehrifler artir Bu proyeksiyalarda qutbetrafi ve mulayim enliklerde yerlesen erazilerin xeriteleri tertib edilir Bele xeritelerde paraleller qovsvari meridianlar ise bir merkezden cixan duz xetler seklinde tesvir olunur Azimutal proyeksiyaAzimutal proyeksiyalar ucun komekci hendesi seth kimi musteviden istifade olunur Mustevinin kureye toxunma noqtesinde tehrif olmur Antarktida ve Simal Buzlu okeaninin bu proyeksiyada tertib edilen xeritelerde paraleller cevreler seklinde meridianlar ise bir merkezden cixan radiuslar kimi tesvir olunur Yarimkurelerin xeritesi de azimutal proyeksiyada tertib edilir Coxuzlu proyeksiyaCoxuzlu proyeksiyada Yer kuresinin sethi kure deyil coxlu sayda trapesiyalara bolunmus coxuzlu kimi qebul edilir Bu proyeksiyalar kicik erazilerin tesvirinde yeni esasen topoqrafik xeritelerin tertibi zamani istifade olunur Xeritelerin miqyasi boyuk ve orta tehrifler ise cox az olur TehriflerSecilmis proyeksiyadan asili olmayaraq kureni mustevi uzerinde tesvir ederken mueyyen sehvler yaranir ki buna tehrifler deyilir Xeritede 4 tehrif yaranir Sahe tehrifi Forma tehrifi Uzunluq tehrifi Bucaq tehrifi Tehrifler kemiyyeti ilk novbede miqyasdan asilidir Xerite ne qeder kicik miqyasli olarsa tehrif bir o qeder cox olar Bundan basqa tehrifler cografi obyektlerin ekvatora yaxinligindan da asilidir Ekvator etrafinda olan erazilerde tehrifler az musahide edilir Ekvatordan qutblere dogru uzaqlasdiqca tehriflerin kemiyyeti coxalir Buna goredir ki xususen aciq dunya xeritesinde Qrenlandiya adasi Avstraliyadan Antarktida materiki ise Afrikadan boyuk gorunur Halbuki Qrenlandiya Avstraliyadan sahece 3 5 Antarktida ise Afrikadan 2 defe kicikdir Xeritede qeyd edilen tehriflerin bas vermesinin sebebi Afrika ve Avstraliyanin ekvatora yaxin yerlesmelerine gore bunlarda tehrifin az Antarktida Qrenladiya ise qutbde yerlesdiyine gore tehrifin cox olmasidir Hec bir xeritede erazide olan butun cografi obyektleri gostermek mumkun deyil Buna gore de plan ve ya xerite tertib ederken meqsedden asili olaraq esas obyekt gosterilir 2 ci dereceli obyekt atilir Buna kartoqrafik umumilesdirme ve ya generalizasiya deyilir Generalizasiyanin kemiyyeti xeritenin miqyasindan asilidir Xerite ne qeder boyuk miqyasli olursa generalizasiya bir o qeder az musahide edilir Tehrifin novune gore kartoqrafik proyeksiyalar 3 cur olur Berabersaheli bunlarda sahe tehrifi olmur diger tehrifler cox olur Bu xeritelerden esasen sahelerin hesablanmasinda istifade edilir Beraberbucaqli bunlarda bucaq tehrifi olmur diger tehrifler cox olur Bele xeritelerden naviqasiyada yeni neqliyyatda istifade edilir Ixtiyari ve ya konform bunlarda butun tehrif novleri olur lakin az miqdarda Bele xeritelerden tedrisde istifade olunur