Çingiz Fuad oğlu Mustafayev (29 avqust 1960 – 15 iyun 1992, Naxçıvanik, Xocalı rayonu) — Azərbaycanlı jurnalist, Qarabağ müharibəsi iştirakçısı, Azərbaycanın Milli Qəhrəmanı.
Çingiz Mustafayev | |
---|---|
Doğum tarixi | 29 avqust 1960 |
Vəfat tarixi | 15 iyun 1992 (31 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | döyüşdə ölüm |
Dəfn yeri | |
Atası | Fuad Mustafayev |
Təhsili |
|
Fəaliyyəti | jurnalist, hərbi müxbir[d], dicey |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Çingiz Mustafayevin əsasını qoyduğu "215 kl" studiyasında reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkliklərin ABŞ və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapmışdır. 1983-cü ildə dünyada ilk dəfə olaraq Azərbaycan dilində "Dünənki keçdi" rep janrlı mahnını səsləndirib.
Çingiz Mustafayevin Xocalı soyqırımı haqda çəkdiyi filmi ilə Ermənistanın reputasiyası bütün dünyada ciddi sarsıntıya məruz qalmışdır. O, 1992-ci ilin iyun ayının 15-də Əsgəran rayonunun Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olmuşdur.
Həyatı
Erkən illəri
Çingiz Mustafayev 1960-cı il avqustun 29-da Həştərxan vilayətinin Fuad Mustafayev və Naxış Mustafayevanın ailəsində anadan olub. 1964-cü ildə ailəsi ilə Bakı şəhərinə köçmüşdür. Atası onu hərbçi görmək istədiyindən, Çingizi Cəmşid Naxçıvanski adına hərbi liseyə yollamışdı. O, burada 3-cü sinifdən 10-cu sinfə qədər təhsil aldı. Nəhayət, o, hərbi məktəbi tərk edib, müntəzəm orta məktəbə daxil olmuşdur. 1977-ci ildə Yasamal rayonunda 167 saylı məktəbi bitirmişdir.
Özünü islahatçı-novator görən Ç. Mustafayev 1970-ci illərdə SSRİ-də və Azərbaycanda ilk disko-klubun yaradıcısı olmuşdur. O, Azərbaycanın ilk DJ kimi tanınır. 1981-ci ilin sentyabr ayında Mustafayevin başçılığı altında, 12 nəfərdən "light DJ" və "texnik"lərdən ibarət olan "3M" adlı qrup yaratmışdır. Anası onu həkim görmək istədiyindən, Çingiz Mustafayev 1977-ci ildə Azərbaycan Tibb İnstitutuna daxil olmuş, 1983-cü ildə institutu müvəffəqiyyətlə bitirir. Təhsilini başa vuran Ç. Mustafayev təyinatla Şabran rayonunda üç il həkim işləmişdir. Tibb İnstitutunu bitirdikdən sonra, o, İnşaat Mühəndisləri İnstitutunun yataqxanasında baş həkim təyin edilmişdi.
1983-cü ildə dünyada ilk dəfə olaraq Azərbaycan dilində "Dünənki keçdi" rep janrlı mahnını səsləndirib. Həmin müddət vaxtı Çingiz Mustafayev Bakıda "Sevinc" adlı kiçik kafe açmışdı. 1985-ci ildə yaratdığı "Cəngi" birliyindəki fəaliyyəti Azərbaycan gəncləri arasında populyarlıq qazanmışdır. Birlik Sovet İttifaqında başlanan yenidənqurma prosesinin Azərbaycanda təşəkkül tapan ilk yetkin təzahürü idi.
1990-cı illərdə Azərbaycan televiziyasında "Ekspromt", "Cümə axşamı" verilişlərinin, "Gənclik" estrada tamaşasının və "" rok qrupunun yaradıcısı olmuşdur.
Jurnalist fəaliyyəti
1990-cı il 20 Yanvar hadisələri zamanı Çingiz Mustafayev klinikanı terapevt mərkəzi kimi istifadə edirdi. 1991-ci ilin noyabr ayından jurnalist və Azərbaycan Dövlət Televiziyasında reportyor kimi fəaliyyət göstərmişdir. Ancaq Azərbaycan miqyasında fəaliyyət göstərməklə kifayətlənmədi. Onun reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkliklərin Amerika və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapdı. Dövlət televiziyasında mövcud olan senzura və ciddi yasaqlar Mustafayevi geniş fəaliyyət imkanlarından məhrum edirdi. Ona görə də Çingiz əlahiddə olaraq "215 kl" studiyası kimi muxtar qurumun yaradılmasının təşəbbüskarı və yaradıcısı oldu. Onun reportajları bir qayda olaraq cəbhədən olduğundan, bir çox tamaşaçılar 215 kl studiyasını məhz müharibədən məlumat verən telequrum kimi qəbul edirdilər.
Ölkənin döyüş gedən bütün bölgələrindən operativ xəbərlər, ayrı-ayrı əsgərlər haqqında xüsusi reportajlar və bütün bunlarla yanaşı Azərbaycanda gedən siyasi proseslər barədə ətraflı informasiyalar onun müəllif yaradıcılığı idi.
Qarabağ müharibəsində iştirakı
Çingiz Mustafayev səkkiz ay ərzində Qarabağ müharibəsi haqqında 18 sənədli film çəkmişdir. Mustafayev döyüş zonalarına yalnız reportyor kimi yollanmırdı. O, cəbhədə bir əsgər, zabit və hətta komandan kimi çox vəzifəni öz üzərinə götürürdü. Laçından çıxan əsgərlərlə onun geri qayıtmaq bərədə verdiyi kəskin və qısa göstərişlər, bu əmrlərin yerinə yetirilmədiyi təqdirdə Çingizin emosional davranışı teletarixin dramatik səhifələri kimi yadda qalmışdır. Teletənqidçi Elşad Quliyev Çingiz Mustafayevi "" filmindəki Jeqlov obrazı ilə müqayisə etmişdi:
Çingizdə öz həssaslığı və romantizmi ilə əsl azərbaycanlı xarakteri var idi. O, həmişə haqlı olsa da, heç vaxt öz həqiqəti uğrunda döyüşməyib. O, həmişə qorxaqlara, satqınlara qarşı amansız olub. Bununla belə o, yoldaşı ilə axırıncı çörək tikəsini də bölməyə hazır idi. Ən əsası – Çingiz Mustafayev Vətəni təmənnasız olaraq sevirdi. |
Xocalı faciəsi
Allahverdi Bağırovun Vitali Balasanyanla apardığı danışıqlar nəticəsində hərbi operator Seyidağa Mövsümlü və Çingiz Mustafayevin Xocalı hadisələrinin görüntülərini lentə alması mümkün olmuşdu.
Çingiz Mustafayev Azərbaycan tamaşaçısına hər bir reportajı ilə tanış olsa da, dünya onu daha çox Xocalıda çəkdiyi filmlə tanıdı. Çingiz Mustafayevin məhz bu filmi ilə Ermənistanın reputasiyası bütün dünyada ciddi sarsıntıya məruz qaldı. Çingiz Mustafayev isə həmin hadisəni Seyidağa Mövsümlüdən iki gün sonra fevralın 28-də lentə ala bilmişdi. Sonradan, 1993-cü ilin əvvəllərində Seyidağa öz çəkdiyi kadrlar əsasında "Xocalı əsrin faciəsi" adlı film hazırladı. Bu Xocalı soyqırımı hadisə haqqında ilk film idi.
Vəfatı
1992-ci ilin iyun ayının 15-də Əsgəran rayonunun Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həyatını itirmişdir. Vahid Mustafayevin sözlərinə görə, Çingiz "ABC News" üçün material hazırlayırdı və yaranan çətin vəziyyətə baxmayaraq həmin hücumu çəkdi. Minaatandan atəş zamanı Çingiz qəlpələrdən ağır yaralandı, onun sağ ayağının bud sümüyündən arterial damarı zədələndi və o, sürətli qan axmasından döyüş meydanında dünyasını dəyişdi. Lakin Çingiz Mustafayevin kamerası çəkməkdə davam edirdi.
2015-ci ildə Qarabağ qazisi Bakir Behbudovun verdiyi müsahibədən:
Bircə onu deyim, Çingiz Mustafayev heç nədən öldü. Boş söhbətdir ki, guya onu bizimkilər vurub. Çünki döyüş zamanı hamıdan arxada dayanmışdı. Onu ermənilər vurub. Güllə ona təsadüfən, "rekaşetlə" dəyib. |
2017-ci ildə Çingiz Mustafayev yoldaşı və bəstəkar Rasim Müzəffərlinin verdiyi müsahibədən
Təəssüf ki, hələ də Çingizin arxadan, özümüzünkülər tərəfindən vurulduğunu iddia edənlər var. Azərbaycan zabitinə, əsgərinə bu boyda şər atmaq vicdansızlıqdan başqa bir şey deyil. Orada Çingizin yanında olan adamlar onu öz bədəni ilə qoruyanlardır. Burada faktlar da var. Mən çox təəssüflənirəm ki, bəzi detalları açıb deməyə məcbur oluram. Amma demək lazımdır. Çingizin cənazəsi yuyularkən orada olan insanardan biri kimi mən onun yarasını da görmüşəm, yarasının öndən olduğunu da, yarasının böyük dəlik olmasını da. Böyük dəlik o deməkdir ki, yəni güllə deyil, qəlpədir. Yaxından atılmış olsa, qəlpə öndən deşib arxadan çıxmalı idi, amma o çıxmamışdı. Şah damarından tutmuşdu. O da nəyə görə, əlini qaldırıb çəkiliş etdiyi üçün bronjileti yuxarı qalxmışdı. Çingizin ailəsindən və onu sevənlərdən dönə-dönə üzr istəyirəm, ancaq bu sözləri demək məcburiyyətində oldum. |
Çingiz Mustafayevin təxliyyə olunduğu, o dövr üçün Ağdam rayon Mahrızlı kənd orta məktəbinin binasında fəaliyyət göstərən hərbi hospitalın sabiq, ehtiyatda olan hərbi həkimi Ali Qurbanlının 2024-cü ildə verdiyi müsahibədən:
Çingiz Mustafayev hospitala gətiriləndə biz bütün hazırlıq işlərini görmüşdük. Ancaq o, bizim yanımıza çatdırılana qədər aldığı güllə yarasından həyatını itirmişdi - şəhid olmuşdu. ... İlkin baxışdan güllə yarasına oxşayırdı. Ancaq biz onu həm artıq həyatın itirdiyi üçün, həm də yaralılar çox olduğu üçün tam müayinə edə bilmədik. Böyük ehtimalla Çingiz Mustafayev qanaxmadan həyatını itirmişdi. Çünki onun yarası qarnının aşağı ətrafının üçdə bir hissəsində idi. Mənim yaddaşımda qalan bir güllə yarası almışdı. |
Çingiz Mustafayevin təxliyyə olunduğu, o dövr üçün Ağdam rayon Mahrızlı kənd orta məktəbinin binasında fəaliyyət göstərən hərbi hospitalın mühafizə taqımının komandiri vəzifəsində xidmət etmiş İntiqam Əsədovun 2024-cü ildə verdiyi müsahibədən:
Vəziyyət gərgin olsa da biz təxliyə əməliyyatlarını dayandırmırdıq. Çingiz çox ağır şəraitdə - atəş pərdəsi altında götürüldü. Məsafə və yaranın güclü qanaxma yaşama ehtimalını sıfıra endirirdi. Mən sonradan Çingizin gətirildiyi qanlı xərəyi götürüb kənd ərazisində yerləşən Rahib Məmmədov adına döyüş şöhrəti muzeyində eksponat kimi saxladım. Çingiz Mustafayevi tibb xidmət mənsubları Elmidar Vəliyev və Gültəkin Əsgərova təxliyə etmişdilər. |
Elmidar Vəliyev və Gültəkin Əsgərova isə cəmi bir gün sonra, Naxçıvanlı kəndində qarşı tərəfin atdığı minaatan mərmisinin partlayışı nəticəsində həlak olublar. Gültəkin Əsgərova ölümündən sonra göstərdiyi xüsusi şücaətlərinə görə "Azərbaycanın Milli Qəhrəmanı" adına, isə "Azərbaycan Bayrağı Ordeni" ilə təltif olunublar.
Çingiz Mustafayev 1992-ci ildə Bakıda Şəhidlər xiyabanında dəfn edilib.
Şəxsi həyatı
1979-cu ildən 1983-cü ilə kimi aktyor Lütfəli Abdullayevin qızı Gülnarə Abdullayeva ilə nişanlı olub. Evli idi, Fuad adlı oğlu var.
ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev və televiziya prodüseri Seyfulla Mustafayevin qardaşıdır.
İrsi
Bakıda yaşadığı binanın önündə barelyefi vurulub. Cəmşid Naxçıvanski adına hərbi liseydə büstü qoyulub.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şüvəlandakı istirahət guşəsi, Bakı küçələrindən biri, ANS ÇM radiostansiyası, "Palmali" şirkətlər qrupuna məxsus tanker onun adını daşıyır.
2010-cu il avqustun 28-də ABŞ-nin CNN telekanalı Mustafayevin həyat və yaradıcılığına, onun lentə aldığı Xocalı faciəsinə dair reportaj yayımlayıb. Jurnalist Sevinc Osmanqızının müəllifi olduğu süjet Xocalıda ermənilər tərəfindən törədilmiş vəhşilikləri dünyaya çatdıran Çingiz Mustafayevin çəkdiyi kadrlar üzərində qurulub. 2011-ci il 31 avqustda Almaniyada 3 min nüsxə ilə Mustafayevin təsviri olan poçt markası buraxılıb. 2013-cü ildə Şabranda onun vaxtilə işlədiyi və adını daşıyan parkın açılışı olmuşdur.
Çingiz zirvəsi
"Çingiz zirvəsi" kimi tanınan Şahdağda 4062 metr hündürlükdə yerləşən zirvə onun adını daşıyır və ilk dəfə 2000-ci ildə fəth olunub. Zirvədə onun adını daşıyan lövhə var.
Çingiz Mustafayev adına Fond
1999-cu ildən Çingiz Mustafayev adına Fond fəaliyyət göstərir. Atası Fuad Mustafayev fondun prezidentidir. Fond "İlin adamı", "Ən yaxşı jurnalist" mükafatları və "Vətənpərvər və hərbi mahnı müsabiqəsi"ni həyata keçirib. Fondun təşəbbüsü ilə Şəkidə "Çingiz Klubu" yaradılıb. Fond KİV işçilərinin təhsil almasına və "Çingiz Mustafayev" adına düşərgəyə yardım edib.
Musiqidə
1996-cı ildə Dəyirmanın sayca 2-ci olan "" albomundan olan "Ya Qarabağ, Ya Ölüm" mahnısı Çingiz Mustafayevin Xocalı soyqırımı haqqında çəkdiyi filmlə remiks olunub.
2004-cü ildə repçi Hüseyn Dərya "" albomundan olan "Çingiz Mustafayev" mahnısını jurnalistə həsr edib.
Filmoqrafiya
Təltif və mükafatları
Azərbaycan Respublikası prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 saylı fərmanı ilə Mustafayev Çingiz Fuad oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
- (1992) — Azərbaycanın Milli Qəhrəmanı
Qalereya
- Çingiz Mustafayev studiyada
İstinadlar
- "Documenting the Horrors of Karabakh". 2021-11-12 tarixində . İstifadə tarixi: 2015-08-23.
- . 2011-02-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-23.
- "Azərbaycanda rep". 2015-09-13 tarixində . İstifadə tarixi: 2015-08-23.
- "Keçmiş deputat: "Heydər Əliyevə dedim ki, bizi ailəliklə Sibirə də göndərsəniz gedərik" — MÜSAHİBƏ". 2015-05-25 tarixində . İstifadə tarixi: 2015-08-23.
- "Çingiz Mustafayev −52: ömür yolu…". 2015-07-09 tarixində . İstifadə tarixi: 2015-08-23.
- "İşğal altında qalan qəhrəman məzarına gül aparan erməni (FOTO-VİDEO) I və II hissələr". 2015-09-12 tarixində . İstifadə tarixi: 2015-08-23.
- "Qarabağ müharibəsinin əfsanəvi salnaməçisi". 2016-03-04 tarixində . İstifadə tarixi: 2015-08-23.
- "Erməninin başını kəsdiyimiz bıçaq indi də məndədir…" [ölü keçid]
- "Rasim Müzəffərli: "Çingiz Mustafayevin yarasını da görmüşəm, yaranın yerini də…" – VİDEO". medianews.az. medianews.az. 2019-08-04 tarixində . İstifadə tarixi: 4 avqust 2019.
- "Çingiz Mustafayevin ölümündən 32 il ötür: Yaralı qəhrəmanın təxliyəsi necə həyata keçirilib?". Oxu.az (az.). İstifadə tarixi: 2024-06-15.
- "ABŞ səfiri Şəhidlər xiyabanını ziyarət edib [Fotoqalereya]". 2015-06-02 tarixində . İstifadə tarixi: 2015-08-23.
- "Nazir gəlini, nəhəng sənətkarın qızı: "Çingiz Mustafayevlə 4 il nişanlı olmuşam"". publika.az. publika.az. 2017-02-09 tarixində . İstifadə tarixi: 11 fevral 2017.
- Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 220.
- "Azərbaycanda uşaqların istirahəti". 2016-03-05 tarixində . İstifadə tarixi: 2015-08-23.
- "Deputatların sayı 150 olsun". 2016-03-04 tarixində . İstifadə tarixi: 2015-08-23.
- . 2014-08-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-23.
- . 2017-04-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-23.
- "В Германии выпущена почтовая марка, посвященная Чингизу Мустафаеву". 2015-09-10 tarixində . İstifadə tarixi: 2011-08-31.
- . 2021-01-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-23.
- . 2015-08-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-23.
- . 2015-08-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-23.
- "S.Ə. Əsgərovaya, A. M. Mustafayevə və Ç. F. Mustafayevə "Azərbaycanın Milli Qəhrəmanı" adı verilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI". e-qanun.az. 2020-05-05 tarixində . İstifadə tarixi: 26 aprel 2020.
- "Milli Qəhrəman Çingiz Mustafayevin doğum günü anıldı". www.moderator.az. 4 March 2016 tarixində . İstifadə tarixi: 28 October 2015.
Xarici keçidlər
- Azərbaycanın Milli Qəhrəmanları 2014-10-22 at the Wayback Machine
- Unudulmayanlar: Çingiz Mustafayev
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Cingiz Fuad oglu Mustafayev 29 avqust 1960 15 iyun 1992 Naxcivanik Xocali rayonu Azerbaycanli jurnalist Qarabag muharibesi istirakcisi Azerbaycanin Milli Qehremani Cingiz MustafayevDogum tarixi 29 avqust 1960 1960 08 29 Vefat tarixi 15 iyun 1992 1992 06 15 31 yasinda Vefat yeri Naxcivanik Xocali rayonu AzerbaycanVefat sebebi doyusde olumDefn yeri Sehidler XiyabaniAtasi Fuad MustafayevTehsili Azerbaycan Dovlet Tibb Institutu 1977 1983 Fealiyyeti jurnalist herbi muxbir d diceyMukafatlari 1992 Vikianbarda elaqeli mediafayllar Cingiz Mustafayevin esasini qoydugu 215 kl studiyasinda reportajlari informasiya blokadasinda olan Azerbaycan haqqinda gercekliklerin ABS ve Avropanin aparici teleagentlikleri ve televiziyalarina yol tapmisdir 1983 cu ilde dunyada ilk defe olaraq Azerbaycan dilinde Dunenki kecdi rep janrli mahnini seslendirib Cingiz Mustafayevin Xocali soyqirimi haqda cekdiyi filmi ile Ermenistanin reputasiyasi butun dunyada ciddi sarsintiya meruz qalmisdir O 1992 ci ilin iyun ayinin 15 de Esgeran rayonunun Naxcivanik kendinde cekilis zamani aldigi mermi qelpesinden helak olmusdur HeyatiErken illeri Cingiz Mustafayevin Bakida yasadigi bina Cingiz Mustafayev 1960 ci il avqustun 29 da Hesterxan vilayetinin Fuad Mustafayev ve Naxis Mustafayevanin ailesinde anadan olub 1964 cu ilde ailesi ile Baki seherine kocmusdur Atasi onu herbci gormek istediyinden Cingizi Cemsid Naxcivanski adina herbi liseye yollamisdi O burada 3 cu sinifden 10 cu sinfe qeder tehsil aldi Nehayet o herbi mektebi terk edib muntezem orta mektebe daxil olmusdur 1977 ci ilde Yasamal rayonunda 167 sayli mektebi bitirmisdir Ozunu islahatci novator goren C Mustafayev 1970 ci illerde SSRI de ve Azerbaycanda ilk disko klubun yaradicisi olmusdur O Azerbaycanin ilk DJ kimi taninir 1981 ci ilin sentyabr ayinda Mustafayevin basciligi altinda 12 neferden light DJ ve texnik lerden ibaret olan 3M adli qrup yaratmisdir Anasi onu hekim gormek istediyinden Cingiz Mustafayev 1977 ci ilde Azerbaycan Tibb Institutuna daxil olmus 1983 cu ilde institutu muveffeqiyyetle bitirir Tehsilini basa vuran C Mustafayev teyinatla Sabran rayonunda uc il hekim islemisdir Tibb Institutunu bitirdikden sonra o Insaat Muhendisleri Institutunun yataqxanasinda bas hekim teyin edilmisdi 1983 cu ilde dunyada ilk defe olaraq Azerbaycan dilinde Dunenki kecdi rep janrli mahnini seslendirib Hemin muddet vaxti Cingiz Mustafayev Bakida Sevinc adli kicik kafe acmisdi 1985 ci ilde yaratdigi Cengi birliyindeki fealiyyeti Azerbaycan gencleri arasinda populyarliq qazanmisdir Birlik Sovet Ittifaqinda baslanan yenidenqurma prosesinin Azerbaycanda tesekkul tapan ilk yetkin tezahuru idi 1990 ci illerde Azerbaycan televiziyasinda Ekspromt Cume axsami verilislerinin Genclik estrada tamasasinin ve rok qrupunun yaradicisi olmusdur Jurnalist fealiyyeti Cingiz Mustafayev Turqut Ozaldan musahibe alir 1990 ci il 20 Yanvar hadiseleri zamani Cingiz Mustafayev klinikani terapevt merkezi kimi istifade edirdi 1991 ci ilin noyabr ayindan jurnalist ve Azerbaycan Dovlet Televiziyasinda reportyor kimi fealiyyet gostermisdir Ancaq Azerbaycan miqyasinda fealiyyet gostermekle kifayetlenmedi Onun reportajlari informasiya blokadasinda olan Azerbaycan haqqinda gercekliklerin Amerika ve Avropanin aparici teleagentlikleri ve televiziyalarina yol tapdi Dovlet televiziyasinda movcud olan senzura ve ciddi yasaqlar Mustafayevi genis fealiyyet imkanlarindan mehrum edirdi Ona gore de Cingiz elahidde olaraq 215 kl studiyasi kimi muxtar qurumun yaradilmasinin tesebbuskari ve yaradicisi oldu Onun reportajlari bir qayda olaraq cebheden oldugundan bir cox tamasacilar 215 kl studiyasini mehz muharibeden melumat veren telequrum kimi qebul edirdiler Olkenin doyus geden butun bolgelerinden operativ xeberler ayri ayri esgerler haqqinda xususi reportajlar ve butun bunlarla yanasi Azerbaycanda geden siyasi prosesler barede etrafli informasiyalar onun muellif yaradiciligi idi Qarabag muharibesinde istiraki Cingiz Mustafayev sekkiz ay erzinde Qarabag muharibesi haqqinda 18 senedli film cekmisdir Mustafayev doyus zonalarina yalniz reportyor kimi yollanmirdi O cebhede bir esger zabit ve hetta komandan kimi cox vezifeni oz uzerine gotururdu Lacindan cixan esgerlerle onun geri qayitmaq berede verdiyi keskin ve qisa gosterisler bu emrlerin yerine yetirilmediyi teqdirde Cingizin emosional davranisi teletarixin dramatik sehifeleri kimi yadda qalmisdir Teletenqidci Elsad Quliyev Cingiz Mustafayevi filmindeki Jeqlov obrazi ile muqayise etmisdi Cingizde oz hessasligi ve romantizmi ile esl azerbaycanli xarakteri var idi O hemise haqli olsa da hec vaxt oz heqiqeti ugrunda doyusmeyib O hemise qorxaqlara satqinlara qarsi amansiz olub Bununla bele o yoldasi ile axirinci corek tikesini de bolmeye hazir idi En esasi Cingiz Mustafayev Veteni temennasiz olaraq sevirdi Xocali faciesi Allahverdi Bagirovun Vitali Balasanyanla apardigi danisiqlar neticesinde herbi operator Seyidaga Movsumlu ve Cingiz Mustafayevin Xocali hadiselerinin goruntulerini lente almasi mumkun olmusdu Cingiz Mustafayev Azerbaycan tamasacisina her bir reportaji ile tanis olsa da dunya onu daha cox Xocalida cekdiyi filmle tanidi Cingiz Mustafayevin mehz bu filmi ile Ermenistanin reputasiyasi butun dunyada ciddi sarsintiya meruz qaldi Cingiz Mustafayev ise hemin hadiseni Seyidaga Movsumluden iki gun sonra fevralin 28 de lente ala bilmisdi Sonradan 1993 cu ilin evvellerinde Seyidaga oz cekdiyi kadrlar esasinda Xocali esrin faciesi adli film hazirladi Bu Xocali soyqirimi hadise haqqinda ilk film idi Vefati Cingiz Mustafayevin Bakidaki Sehidler xiyabaninda mezari 1992 ci ilin iyun ayinin 15 de Esgeran rayonunun Naxcivanik kendinde cekilis zamani aldigi mermi qelpesinden heyatini itirmisdir Vahid Mustafayevin sozlerine gore Cingiz ABC News ucun material hazirlayirdi ve yaranan cetin veziyyete baxmayaraq hemin hucumu cekdi Minaatandan ates zamani Cingiz qelpelerden agir yaralandi onun sag ayaginin bud sumuyunden arterial damari zedelendi ve o suretli qan axmasindan doyus meydaninda dunyasini deyisdi Lakin Cingiz Mustafayevin kamerasi cekmekde davam edirdi 2015 ci ilde Qarabag qazisi Bakir Behbudovun verdiyi musahibeden Birce onu deyim Cingiz Mustafayev hec neden oldu Bos sohbetdir ki guya onu bizimkiler vurub Cunki doyus zamani hamidan arxada dayanmisdi Onu ermeniler vurub Gulle ona tesadufen rekasetle deyib 2017 ci ilde Cingiz Mustafayev yoldasi ve bestekar Rasim Muzefferlinin verdiyi musahibeden Teessuf ki hele de Cingizin arxadan ozumuzunkuler terefinden vuruldugunu iddia edenler var Azerbaycan zabitine esgerine bu boyda ser atmaq vicdansizliqdan basqa bir sey deyil Orada Cingizin yaninda olan adamlar onu oz bedeni ile qoruyanlardir Burada faktlar da var Men cox teessuflenirem ki bezi detallari acib demeye mecbur oluram Amma demek lazimdir Cingizin cenazesi yuyularken orada olan insanardan biri kimi men onun yarasini da gormusem yarasinin onden oldugunu da yarasinin boyuk delik olmasini da Boyuk delik o demekdir ki yeni gulle deyil qelpedir Yaxindan atilmis olsa qelpe onden desib arxadan cixmali idi amma o cixmamisdi Sah damarindan tutmusdu O da neye gore elini qaldirib cekilis etdiyi ucun bronjileti yuxari qalxmisdi Cingizin ailesinden ve onu sevenlerden done done uzr isteyirem ancaq bu sozleri demek mecburiyyetinde oldum Cingiz Mustafayevin texliyye olundugu o dovr ucun Agdam rayon Mahrizli kend orta mektebinin binasinda fealiyyet gosteren herbi hospitalin sabiq ehtiyatda olan herbi hekimi Ali Qurbanlinin 2024 cu ilde verdiyi musahibeden Cingiz Mustafayev hospitala getirilende biz butun hazirliq islerini gormusduk Ancaq o bizim yanimiza catdirilana qeder aldigi gulle yarasindan heyatini itirmisdi sehid olmusdu Ilkin baxisdan gulle yarasina oxsayirdi Ancaq biz onu hem artiq heyatin itirdiyi ucun hem de yaralilar cox oldugu ucun tam muayine ede bilmedik Boyuk ehtimalla Cingiz Mustafayev qanaxmadan heyatini itirmisdi Cunki onun yarasi qarninin asagi etrafinin ucde bir hissesinde idi Menim yaddasimda qalan bir gulle yarasi almisdi Cingiz Mustafayevin texliyye olundugu o dovr ucun Agdam rayon Mahrizli kend orta mektebinin binasinda fealiyyet gosteren herbi hospitalin muhafize taqiminin komandiri vezifesinde xidmet etmis Intiqam Esedovun 2024 cu ilde verdiyi musahibeden Veziyyet gergin olsa da biz texliye emeliyyatlarini dayandirmirdiq Cingiz cox agir seraitde ates perdesi altinda goturuldu Mesafe ve yaranin guclu qanaxma yasama ehtimalini sifira endirirdi Men sonradan Cingizin getirildiyi qanli xereyi goturub kend erazisinde yerlesen Rahib Memmedov adina doyus sohreti muzeyinde eksponat kimi saxladim Cingiz Mustafayevi tibb xidmet mensublari Elmidar Veliyev ve Gultekin Esgerova texliye etmisdiler Elmidar Veliyev ve Gultekin Esgerova ise cemi bir gun sonra Naxcivanli kendinde qarsi terefin atdigi minaatan mermisinin partlayisi neticesinde helak olublar Gultekin Esgerova olumunden sonra gosterdiyi xususi sucaetlerine gore Azerbaycanin Milli Qehremani adina ise Azerbaycan Bayragi Ordeni ile teltif olunublar Cingiz Mustafayev 1992 ci ilde Bakida Sehidler xiyabaninda defn edilib Sexsi heyati 1979 cu ilden 1983 cu ile kimi aktyor Lutfeli Abdullayevin qizi Gulnare Abdullayeva ile nisanli olub Evli idi Fuad adli oglu var ANS Sirketler Qrupunun prezidenti Vahid Mustafayev ve televiziya produseri Seyfulla Mustafayevin qardasidir IrsiCingiz Mustafayevin yasadigi binada barelyefi Bakida yasadigi binanin onunde barelyefi vurulub Cemsid Naxcivanski adina herbi liseyde bustu qoyulub Azerbaycan Respublikasi Daxili Isler Nazirliyinin Suvelandaki istirahet gusesi Baki kucelerinden biri ANS CM radiostansiyasi Palmali sirketler qrupuna mexsus tanker onun adini dasiyir 2010 cu il avqustun 28 de ABS nin CNN telekanali Mustafayevin heyat ve yaradiciligina onun lente aldigi Xocali faciesine dair reportaj yayimlayib Jurnalist Sevinc Osmanqizinin muellifi oldugu sujet Xocalida ermeniler terefinden toredilmis vehsilikleri dunyaya catdiran Cingiz Mustafayevin cekdiyi kadrlar uzerinde qurulub 2011 ci il 31 avqustda Almaniyada 3 min nusxe ile Mustafayevin tesviri olan poct markasi buraxilib 2013 cu ilde Sabranda onun vaxtile islediyi ve adini dasiyan parkin acilisi olmusdur Cingiz zirvesi Cingiz zirvesi kimi taninan Sahdagda 4062 metr hundurlukde yerlesen zirve onun adini dasiyir ve ilk defe 2000 ci ilde feth olunub Zirvede onun adini dasiyan lovhe var Cingiz Mustafayev adina Fond 1999 cu ilden Cingiz Mustafayev adina Fond fealiyyet gosterir Atasi Fuad Mustafayev fondun prezidentidir Fond Ilin adami En yaxsi jurnalist mukafatlari ve Vetenperver ve herbi mahni musabiqesi ni heyata kecirib Fondun tesebbusu ile Sekide Cingiz Klubu yaradilib Fond KIV iscilerinin tehsil almasina ve Cingiz Mustafayev adina dusergeye yardim edib Musiqide 1996 ci ilde Deyirmanin sayca 2 ci olan albomundan olan Ya Qarabag Ya Olum mahnisi Cingiz Mustafayevin Xocali soyqirimi haqqinda cekdiyi filmle remiks olunub 2004 cu ilde repci Huseyn Derya albomundan olan Cingiz Mustafayev mahnisini jurnaliste hesr edib Filmoqrafiya Adam cinsi arasinda cins adam qisametrajli senedli film Azerbaycana namus ve sevgiyle film 2006 Bed xeber getiren qeribe insanlar 2 film 2005 Bed xeberler getiren qeribe adamlar film 1993 Ozge omur film 1987 Payizin 17 ani film 2007 Yaramaz film 1988 Teltif ve mukafatlariAzerbaycan Respublikasi prezidentinin 6 noyabr 1992 ci il tarixli 294 sayli fermani ile Mustafayev Cingiz Fuad oglu olumunden sonra Azerbaycanin Milli Qehremani adina layiq gorulmusdur 1992 1992 Azerbaycanin Milli QehremaniQalereyaCingiz Mustafayev studiyadaIstinadlar Documenting the Horrors of Karabakh 2021 11 12 tarixinde Istifade tarixi 2015 08 23 2011 02 28 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 08 23 Azerbaycanda rep 2015 09 13 tarixinde Istifade tarixi 2015 08 23 Kecmis deputat Heyder Eliyeve dedim ki bizi ailelikle Sibire de gonderseniz gederik MUSAHIBE 2015 05 25 tarixinde Istifade tarixi 2015 08 23 Cingiz Mustafayev 52 omur yolu 2015 07 09 tarixinde Istifade tarixi 2015 08 23 Isgal altinda qalan qehreman mezarina gul aparan ermeni FOTO VIDEO I ve II hisseler 2015 09 12 tarixinde Istifade tarixi 2015 08 23 Qarabag muharibesinin efsanevi salnamecisi 2016 03 04 tarixinde Istifade tarixi 2015 08 23 Ermeninin basini kesdiyimiz bicaq indi de mendedir olu kecid Rasim Muzefferli Cingiz Mustafayevin yarasini da gormusem yaranin yerini de VIDEO medianews az medianews az 2019 08 04 tarixinde Istifade tarixi 4 avqust 2019 Cingiz Mustafayevin olumunden 32 il otur Yarali qehremanin texliyesi nece heyata kecirilib Oxu az az Istifade tarixi 2024 06 15 ABS sefiri Sehidler xiyabanini ziyaret edib Fotoqalereya 2015 06 02 tarixinde Istifade tarixi 2015 08 23 Nazir gelini neheng senetkarin qizi Cingiz Mustafayevle 4 il nisanli olmusam publika az publika az 2017 02 09 tarixinde Istifade tarixi 11 fevral 2017 Vuqar Esgerov Azerbaycanin Milli Qehremanlari Yeniden islenmis II nesr Baki Dereleyez M 2010 seh 220 Azerbaycanda usaqlarin istiraheti 2016 03 05 tarixinde Istifade tarixi 2015 08 23 Deputatlarin sayi 150 olsun 2016 03 04 tarixinde Istifade tarixi 2015 08 23 2014 08 15 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 08 23 2017 04 21 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 08 23 V Germanii vypushena pochtovaya marka posvyashennaya Chingizu Mustafaevu 2015 09 10 tarixinde Istifade tarixi 2011 08 31 2021 01 27 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 08 23 2015 08 09 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 08 23 2015 08 07 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 08 23 S E Esgerovaya A M Mustafayeve ve C F Mustafayeve Azerbaycanin Milli Qehremani adi verilmesi haqqinda AZERBAYCAN RESPUBLIKASI PREZIDENTININ FERMANI e qanun az 2020 05 05 tarixinde Istifade tarixi 26 aprel 2020 Milli Qehreman Cingiz Mustafayevin dogum gunu anildi www moderator az 4 March 2016 tarixinde Istifade tarixi 28 October 2015 Xarici kecidlerVikianbarda Cingiz Mustafayev ile elaqeli mediafayllar var Azerbaycanin Milli Qehremanlari 2014 10 22 at the Wayback Machine Unudulmayanlar Cingiz Mustafayev