Neqreyev Vsevolod Fyodoroviç (22 iyun 1903, Ukrayna, Kerç - 1967) — kimya elmləri doktoru (1951), professor (1953), AMEA-nın müxbir üzvü (1959), Lenin mükafatı laureatı.
Vsevolod Neqreyev | |
---|---|
Neqreyev Vsevolod Fyodoroviç | |
Doğum tarixi | |
Doğum yeri | Ukrayna, Kerç |
Vəfat tarixi | |
Dəfn yeri | Fəxri xiyaban |
Elmi dərəcəsi | kimya elmləri doktoru (1951) |
Elmi adı | professor (1953) |
Təhsili | Azərbaycan Dövlət Neft və Sənaye Universiteti |
Üzvlüyü | AMEA (1959) |
Həyatı
Neqreyev Vsevolod Fyodoroviç 1903-cü il iyunun 22-də Ukraynanın Kerç şəhərində anadan olub. Ali təhsilini 1930-cu ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kimya-texnologiyası fakültəsində alıb.
Əmək fəaliyyəti
Vsevolod Neqreyev 1930-1959-cu illərdə Azərbaycan Elmi Tədqiqat Neft Emalı İnstitutunda laboratoriya müdiri, 1959-1960-cı illərdə "Dənizneft" Dövlət Layihə İnstitutunda şöbə müdiri, 1961-ci ildən ömrünün sonuna qədər Azərbaycan SSR EA Qeyri-üzvi və Fiziki Kimya İnstitutunda laboratoriya müdiri işləyib.
Elmi fəaliyyəti
Əsas elmi nailiyyətləri
Vsevolod Neqreyevin əsas elmi fəaliyyəti metalların aqressiv mühit şəraitində korroziyadan mühafizə texnologiyasının işlənib hazırlanması və onun sənaye miqyasında tətbiq edilməsi istiqamətinə yönəlmişdir. Alim dəniz neft-mədən, kimya zavodları, yeraltı neft və qaz kəmərləri metal avadanlıqlarının kimyəvi və elektrokimyəvi korroziyadan qorunması üçün əməli tədbirlər hazırlamış və tətbiq üçün tövsiyə etmişdir. Onun təklifi ilə hazırda dəniz neft-mədənlərindəki polad dirəklər sink örtüyü vasitəsilə müvəffəqiyyətlə mühafizə olunur. Alimin işləyib hazırladığı metalların inhibitor vasitəsilə mühafizə üsulu 1960-1970-ci illərdə Krasnodar vilayətinin qaz mədənlərində geniş tətbiq edilmişdir.
Vsevolod Neqreyevin 1938-ci ildə dissertasiya müdafiə etmədən kimya üzrə fəlsəfə doktoru və 1951-ci ildə kimya üzrə elmlər doktoru elmi dərəcəsini, 1953-cü ildə isə professor elmi adını alıb. 1959-cu ildə Azərbaycan SSR EA-nın müxbir üzvü seçilib. V. Neqreyevin işləyib hazırladığı metalların inhibitor vasitəsilə mühafizə üsulu 1960–1970-ci illərdə Krasnodar vilayətinin qaz mədənlərində geniş tətbiq edilib..
Elmi əsərləri
Vsevolod Neqreyevin 250 elmi əsəri mövcuddur. Onlardan bəziləri :"Коррозия оборудования нефтяных промыслов", "Защита от коррозии морских нефтепромысловых сооружений", "Борьба с коррозией промыслового оборудования", "Neft sənayesində korroziya ilə mübarizədə inqibitorların tətbiqi".
Müəllif şəhadətnamələri və patentləri
30
Monoqrafiyaları
20
Yetirmələri
Vsevolod Neqreyevin rəhbərliyi ilə 6 elmlər doktoru və 50 fəlsəfə doktoru yetişdirilib.
Təltif və mükafatlar
Neqreyev bir sıra müəlliflərlə birgə "Metal və neft-mədən avadanlığının korroziyadan mühafizəsi" işinə görə Lenin mükafatına layiq görülüb. Azərbaycan SSR-nin "Əməkdar Elm və Texnika Xadimi " adını alıb, "Lenin", "Qıırmızi Əmək Bayrağı", "Şərəf nişanı" ordenləri ilə təltif olunub.
Vəfatı
Vsevolod Neqreyev 1967-ci ildə vəfat edib və Fəxri xiyabanda dəfn edilib.
İstinadlar
- "Neqreyev Vsevolod Fyodoroviç" (Azərbaycan). science.gov.az. 21-09-2021 tarixində .
- "İnstitutun tarixi - Kataliz və Qeyri-üzvi Kimya İnstitutu". kqkiamea.az. 2024-03-15 tarixində . İstifadə tarixi: 2024-04-04.
- "Görkəmli kimyaçılar". 2013-07-27 tarixində . İstifadə tarixi: 2017-05-24.
- "Xoşbəxt Yusifzadə: Dünyada dəniz neftinə yolu ilk dəfə Azərbaycan açıb". Yeni Azərbaycan (ingilis). 2019-11-05 tarixində . İstifadə tarixi: 2024-04-04.
- "Fəxri Xiyabanda dəfn edilənlər - Azerbaijan.az". azerbaijan.az. 2023-12-09 tarixində . İstifadə tarixi: 2024-04-04.
Xarici keçidlər
- Xoşbəxt Yusifzadə: Dünyada dəniz neftinə yolu ilk dəfə Azərbaycan açıb.
- Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu ötən 90 ildə şərəfli tarixi yol keçib.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Neqreyev Vsevolod Fyodorovic 22 iyun 1903 Ukrayna Kerc 1967 kimya elmleri doktoru 1951 professor 1953 AMEA nin muxbir uzvu 1959 Lenin mukafati laureati Vsevolod NeqreyevNeqreyev Vsevolod FyodorovicDogum tarixi 22 iyun 1903Dogum yeri Ukrayna KercVefat tarixi 1967Defn yeri Fexri xiyabanElmi derecesi kimya elmleri doktoru 1951 Elmi adi professor 1953 Tehsili Azerbaycan Dovlet Neft ve Senaye UniversitetiUzvluyu AMEA 1959 HeyatiNeqreyev Vsevolod Fyodorovic 1903 cu il iyunun 22 de Ukraynanin Kerc seherinde anadan olub Ali tehsilini 1930 cu ilde Azerbaycan Dovlet Neft ve Senaye Universitetinin Kimya texnologiyasi fakultesinde alib Emek fealiyyetiVsevolod Neqreyev 1930 1959 cu illerde Azerbay can Elmi Tedqiqat Neft Emali Insti tu tunda laboratoriya mudiri 1959 1960 ci illerde Denizneft Dovlet Layihe Institu tunda sobe mudiri 1961 ci ilden omrunun sonuna qeder Azerbaycan SSR EA Qeyri uzvi ve Fiziki Kimya Institutunda laboratoriya mudiri isleyib Elmi fealiyyetiEsas elmi nailiyyetleri Vsevolod Neqreyevin esas elmi fealiyyeti metallarin aqressiv muhit seraitinde korroziyadan muhafize texnologiyasinin islenib hazirlanmasi ve onun senaye miqyasinda tetbiq edilmesi istiqametine yonelmisdir Alim deniz neft meden kimya zavodlari yeralti neft ve qaz kemerleri metal avadanliqlarinin kimyevi ve elektrokimyevi korroziyadan qorunmasi ucun emeli tedbirler hazirlamis ve tetbiq ucun tovsiye etmisdir Onun teklifi ile hazirda deniz neft medenlerindeki polad direkler sink ortuyu vasitesile muveffeqiyyetle muhafize olunur Alimin isleyib hazirladigi metallarin inhibitor vasitesile mu hafize usu lu 1960 1970 ci illerde Krasnodar vilayetinin qaz meden lerinde genis tet biq edilmisdir Vsevolod Neqreyevin 1938 ci ilde dissertasiya mudafie etmeden kimya uzre felsefe doktoru ve 1951 ci ilde kimya uzre elmler doktoru elmi derecesini 1953 cu ilde ise professor elmi adini alib 1959 cu ilde Azerbaycan SSR EA nin muxbir uzvu secilib V Neqreyevin isleyib hazirladigi metallarin inhibitor vasitesile muhafize usulu 1960 1970 ci illerde Krasnodar vilayetinin qaz medenlerinde genis tetbiq edilib Elmi eserleri Vsevolod Neqreyevin 250 elmi eseri movcuddur Onlardan bezileri Korroziya oborudovaniya neftyanyh promyslov Zashita ot korrozii morskih neftepromyslovyh sooruzhenij Borba s korroziej promyslovogo oborudovaniya Neft senayesinde korroziya ile mubarizede inqibitorlarin tetbiqi Muellif sehadetnameleri ve patentleri 30 Monoqrafiyalari 20 Yetirmeleri Vsevolod Neqreyevin rehberliyi ile 6 elmler doktoru ve 50 felsefe doktoru yetisdirilib Teltif ve mukafatlarNeqreyev bir sira muelliflerle birge Metal ve neft meden avadanliginin korroziyadan muhafizesi isine gore Lenin mukafatina layiq gorulub Azerbaycan SSR nin Emekdar Elm ve Texnika Xadimi adini alib Lenin Qiirmizi Emek Bayragi Seref nisani ordenleri ile teltif olunub VefatiVsevolod Neqreyev 1967 ci ilde vefat edib ve Fexri xiyabanda defn edilib Istinadlar Neqreyev Vsevolod Fyodorovic Azerbaycan science gov az 21 09 2021 tarixinde Institutun tarixi Kataliz ve Qeyri uzvi Kimya Institutu kqkiamea az 2024 03 15 tarixinde Istifade tarixi 2024 04 04 Gorkemli kimyacilar 2013 07 27 tarixinde Istifade tarixi 2017 05 24 Xosbext Yusifzade Dunyada deniz neftine yolu ilk defe Azerbaycan acib Yeni Azerbaycan ingilis 2019 11 05 tarixinde Istifade tarixi 2024 04 04 Fexri Xiyabanda defn edilenler Azerbaijan az azerbaijan az 2023 12 09 tarixinde Istifade tarixi 2024 04 04 Xarici kecidlerXosbext Yusifzade Dunyada deniz neftine yolu ilk defe Azerbaycan acib Akademik Yusif Memmedeliyev adina Neft Kimya Prosesleri Institutu oten 90 ilde serefli tarixi yol kecib