Heyzel stadionu faciəsi — adlandırılan bu hadisə 29 may 1985-ci ildə Belçikanın Brüssel şəhərində İtaliyanın Yuventus FK və İngiltərənin Liverpul FK klublarının Çempion Klublar Kuboku finalında qarşılaşmasından əvvəl baş vermişdir. Hadisə zamanı izdihamdan qurtulmağa çalışan azarkeşlər divarda sıxışdırılmış, çoxluğunu Yuventus azarkeşləri təşkil etməklə 39 nəfər həlak olmuş, 600 insan isə yaralanmışdır.
Heyzel faciəsi | |
---|---|
Tarix | 29 may 1985 |
Qurbanlar | |
Ölənlərin sayı |
|
Zədəlilər |
|
Vikianbarda əlaqəli mediafayllar |
Yuventus-Liverpul final qarşılaşması başlamazdan təxminən 1 saat əvvəl böyük bir qrup Liverpul azarkeşi hasarları aşaraq "neytral ərazi" adlandırılan, əsasən Yuventus azarkeşlərinin olduğu tribunaya daxil olmuşdular. Azarkeşlər terraslara və təhlükədən qurtulmaq üçün beton istinad divarlarına doğru qaçdılar. Divara yaxın yerdə oturan azarkeşlər əzildi, sonda isə divar uçdu. Bir çox insan yuxarı dırmaşaraq təhlükədən qurtuldu, lakin digərləri qurtula bilməyib həlak oldu və yaxud ağır şəkildə yaralandı. Oyun azarkeşlərin yenidən yarada biləcəyi zorakılığın qarşısını almaq üçün oynandı və Yuventusun 1–0-lıq qalibiyyəti ilə nəticələndi.
Faciə UEFA’nın ingilis klublarını bütün UEFA müsabiqələrindən uzaqlaşdırılması ilə nəticələndi. Bu qadağa 1990–91 sezonundan etibarən aradan qaldırıldı, lakin Liverpula əlavə 3 il cəza verilməklə bu güzəştdən istisna edildi. Daha sonra cəza 1 ilə endirildi. Bundan əlavə 14 Liverpul azarkeşi adam öldürmə ilə ittiham olundu və hər birinə 3 illik həbs cəzası verildi. Faciə sonradan "UEFA müsabiqələrində ən faciəvi dəqiqələr" olaraq xarakterizə edildi.
Faciəyə aparan hadisələr
1985-ci ilin May ayında Liverpul Çempion Klublar Kubokunun son qalibi olaraq finala çıxmışdı. Onlar əvvəlki il Romanı penaltı vuruşlarından sonra məğlub edərək çempion olmuşdular. Yenidən italiyalı bir rəqib Yuventusla üzləşməli oldular. Yuventus 1983–1984-cü il Kuboklar Kubokunun məğlubiyyətsiz qalibi olmuş, heyətində isə 1982-ci il Dünya Çempionatının qalibi olan İtaliyanın bir çox oyunçusu mövcud idi. Bundan əlavə Qoca Sinyoranın heyətində dünyanın ən yaxşı oyunçusu hesab edilən və France Football jurnalı tərəfindən üst-üstə ikinci il İlin Futbolçusu (indiki: Qızıl Top) adına layiq görülən pleymeyker Mişel Platini var idi. Hər iki klub son sezonda UEFA klub reytinqinin ilk 2 pilləsində yer almışdı, həmçinin onlar bir çox idman jurnalisti tərəfindən qitənin ən yaxşı iki klubu kimi qələmə verilirdi. Həmçinin, iki tərəf 5 ay əvvəl UEFA Super Kubokunda qarşılaşmış və oyun 2–0 hesabı ilə italyan tərəfin qələbəsi ilə nəticələnmişdi.
Adı Belçikanın milli stadionu olmasına baxmayaraq Heyzel Stadionu 1985-ci il finalı öncəsində çox bərbad vəziyyətdə idi. 55 illik stadion bir neçə il idi ki, tamamilə nəzarətdən kənarda qalmışdı və bunun nəticəsi olaraq tikilinin böyük parçaları ovulub tökülürdü. Məsələn, çöl divarlar "köz bloku" adlandırılan kövrək kərpiclərdən hörülmüşdü və bileti olmayan azarkeşlər kərpiclərin arasından dəliklər açıb içəri daxil olurdular. Liverpul klubunun azarkeşləri və futbolçuları bildirmişdilər ki, stadionun bərbat vəziyyətindən şoka düşüblər, Arsenalın burada bir neçə il əvvəlki oyununda azarkeşlər bəyanatlarında buranın "zibillik" olduğunu bildirmişdilər. Onlar həmçinin Barselonanın Kamp Nou və Real Madridin Bernabeu stadionlarının da istifadəyə mümkün olmasına baxmayaraq yararsız vəziyyətdəki Hyezelin seçilməsinə olduqca təəcüblənmişdilər. Yuventusun prezidenti Giampiero Boniperti və Liverpulun baş direktoru Peter Robinson UEFA’ya oyunun keçiriləcəyi yerin dəyişdirilməsi üçün təzyiq göstərirdilər. Onlar iddia edirdilər ki, Heyzel Avropanın ən yaxşı iki klubunu qarşılamaq və beləliklə də Çempion Klublar Kuboku finalına ev sahibliyi etmək üçün uyğun deyil. Buna baxmayaraq UEFA təkidləri nəzərə almadı.
Stadionda hər klub üçün nəzərdə tutulandan 25,000 daha çox insan var idi, 58,000–60,000 azarkeş tribunaları doldurmuşdu. Hər iki qapı arxasındakı tribunalar ayaq üstə dayanmaq üçün nəzərdə tutulmuşdu və hər biri üç sektora ayrılmışdı. Yuventus azarkeşləri üçün O, N və M sektorları ayrılmışdı. (bax: Heyzel stadionunun strukturu) Qarşı tərəfdə yerləşən X, Y və bir hissəsi Belçikalı futbolsevərlərin də olduğu, neytral sayılan Z tribunaları Liverpul azarkeşləri üçün nəzərdə tutulmuşdu. Neytral tribuna fikrinə həm Yuventus, həm də Liverpul klubları qarşı çıxmışdılar, belə ki, onlar hər iki klub azarkeşlərinin stadiondan kənar agentliklərdən və qara bazardan bilet əldə edəcəyinə və beləliklə azarkeşlərin təhlükəli qarışığının meydana çıxacağına inanırdılar.
Həmin dövrdə Belçikanın bir çox ərazisində olduğu kimi Brüsseldə də geniş italyan icması mövcud idi və qürbətdə yaşayan bir çox Yuventus azarkeşi Z sektorundakı biletləri almışdılar. Bundan əlavə biletlərin böyük bir qismi də səyahət agentləri tərəfindən alınıb Yuventus azarkeşlərinə satılmışdı. Liverpul azarkeşlərinə isə biletlərdən kiçik bir qisim çatmışdı.
Üzləşmə
Oyun başlamazdan bir saat əvvəl, yerli vaxtla təxminən 19:00-da iğtişaş başladı. X və Z tribunalarındakı Liverpul və Yuventus azarkeşləri bir-birlərindən sadəcə bir neçə metr uzaqlıqda idilər. Tərəflər arasındakı sədd müvəqqəti olaraq yerləşdirilən zəncirlənmiş dəmir hasarlar və mərkəzində bir neçə polis olan və heç kimə yaxınlaşmağa icazə verilməyən zona ilə hüdudlandırılmışdı. Hər iki tərəfin azarkeşləri həmin zonadan bir-birlərinə yad cisimlər atmağa başladılar. Həmçinin azarkeşlər tribunanın aşağısında yerləşən terraslardan daş yığa bilirdilər.
Oyunun başlanmasına az qalmış qarşılıqlı atışmalar daha da intensivləşdi. Bir qrup Liverpul azarkeşi künc bayraqlarının yaxınlığındakı kənar qövs divarlarına doğru getdilər. Yuventus azarkeşləri divarları aşaraq sıxlıqdan qurtulmağa çalışdılar. Bir çoxu qurtula bildi, bununla belə divarlar xilas olmağa çalışan Yuventus azarkeşlərinin təzyiqinə dayana bilməyib dağıldı.
Bununla da 36 nəfərin ölümü ilə nəticələnən hadisə meydana gəldi, bundan əlavə 600 nəfər də yaralandı. Cəsədlər tribunalardan dəmir çəpərlərlə daşındı və qalaq şəklində yerə sərildi, üstləri isə böyük futbol bayraqları ilə örtüldü. Polis və tibbi helikopterlər meydana daxil olduqda isə pərvanələrin meydana gətirdiyi külək sadə örtükləri havaya uçurdu.
Z tribunasında baş verənlərin əvəzi olaraq, Yuventus azarkeşləri öz tribunalarında üsyan qaldırdılar. Onlar Liverpul azarkeşlərinin olduğu tribunalara doğru qaçmağa başladılar, lakin polislərin müdaxiləsi ilə üsyan sakitləşdi. Yuventus azarkeşləri iki saat ərzində iri daşlar, butulkalar və yad cisimlərlə polislə mübarizə apardılar. Onlardan biri televiziyada yayaımlanan görüntülərdə silah istifadə etdiyinin müəyyən edilməsi ilə həbs olundu (sonradan atəş zamanı boş patronun istifadə edildiyi məlum oldu). Oyun başladıqdan sonra belə polis üsyankarlarla mübarizə aparmağa davam edirdi. Oyun davam edən zaman meydançanı kənarı həmin üsyankarlarla dolu idi.
Oyundan əvvəl Belçikalı gənc oyunçular iki finalçının rənglərinə uyğun formalar geyinərək dostluq görüşü keçirdilər. Birinci hissədə qırmızı formalı Belçikalılar 3–0 üstünlüyü ələ keçirdilər. Merseysaydlı azarkeşləri sanki kubok uğrunda oyun başlamış kimi sevinirdilər. İkinci hissədə ağ formalı komanda qol vurduqda və hesab 19:10-a çatdıqda ingilis və italyanlar arasında dava başladı. Bundan elə bir neçə dəqiqə sonra oyun dayandırıldı və gənc futbolçular meydandan çıxarıldı.
Oyun
Faciənin böyüklüyünə baxmayaraq UEFA rəsmiləri, Belçika Baş naziri Wilfried Martens, Brüssel İcra başçısı Hervé Brouhon və şəhərin polis təşkilatı qərara gəldilər ki, oyunu təxirə salmaq daha böyük iğtişaş və zorakılığa gətirib çıxara bilər. Nəhayət iki klub kapitanının kütləyə müraciəti və onları sakitləşməyə çağırmasından sonra oyun başladı.
İsveçli hakim Danila Zbigniew Boniek’ə qarşı edilən qayda pozuntusunda Yuventusa penalti hədiyyə etdi və Mişel Platini penaltini düzgün yerinə yetirərək komandasına 1–0-lıq qələbə qazandırdı.
Oyun başa çatdıqdan sonra kubok Şərəf tribunasının qarşısında UEFA prezidenti Jacques Georges tərəfindən Qoca Sinyoranın kapitanı Gaetano Scirea’ya verildi. Oyunun sonunda stadionun böyük bir hissəsini zəbt edən jurnalist və azarkeşlərin coşğunluğu, həmçinin tribunada hər iki klub azarkeşlərinin çılğın nəğmələri İtaliyalı futbolçuları qələbəni meydanın mərkəz hissəsində, öz aralarında və M tribunasındakı tərəfdarların qarşısında qeyd etməyə vadar etdi. Liverpul futbolçuları isə aralarında X və Z tribunalarının ortasındakı həmin "qatillərin" də olduğu öz azakeşlərini alqışlayırdılar. "Qatillər" istintaq nəticəsində 1991-ci ildə adam öldürməkdən məhkum olundular.
Keçmiş Liverpullu hücumcu Ian Rush’ın sözlərinə görə İtaliya karyerası ərzində iki klub və onların azarkeşləri arasında təşkilatı əlaqələr inkişaf etməyə başlamışdı.
Hadisələrdən sonra
İlk olaraq hadisənin günahı sadəcə olaraq Liverpul azarkeşlərinin boynuna atıldı. Mayın 30-da UEFA’nın rəsmi müşahidəçisi Gunter Schneider bildirdi ki, "hadisəylə bağlı yalnız ingilis azarkeşlər məsuliyyət daşıyırlar". Oyunun təşkilatçısı UEFA, Heyzel stadionunu sahibləri və Belçika polisi təqsirin kimdə olduğunu araşdırdı. Araşdırma nəticəsində günahın yalnız İngilis azarkeşlərdə deyil, həm də müəyyən mənada polis və səlahiyyətli şəxslərdə olduğu ortaya çıxdı. İçində polis kapitanı John Mahieu olmaqla bir neçə rəsmi şəxs sənəd tapıntıları nəticəsində ittiham olundu. Mahieu 29 may 1985 tarixli oyuna mühafizə olaraq təyin edilmişdi, həmin oyun zamanı qeyri-iradi adam öldürməkdə təqsirkar bilindi.
May ayının 31-də Britaniya Baş naziri Marqaret Tetçer İngiltərə Futbol Federasiyasına ölkə klublarının UEFA müsabiqələrindən uzaqlaşdırlması üçün təzyiq göstərdi. Elə 2 gün sonra UEFA ingilis klublarına qeyri-müəyyən müddətə qadağa qoydu. İyunun 6-da FİFA bu qadağanı dünya səviyyəsinə çatdırdı, lakin sonradan hazırlıq qarşılaşmalarının baş tutmasına icazə verdi. Qadağa İngiltərə yığma komandasına tətbiq edilmədi. İngilis klubları qeyri-müəyyən şəkildə UEFA yarışmalarından uzaqlaşdırıldılar. Liverpula 6, digər ingilis klublarına isə 5 il qadağa qoyuldu. İngiltərə polisi təqsirkarları tapıb ədaləti bərpa etmək üçün geniş araşdırmaya başladı. Bir neçə 17 dəqiqəlik video və hadisə yerindən olan şəkil araşdırıldı. TV Eye proqramı 1 saatlıq veriliş ərzində görüntülərin xüsusiyyətlərini ortaya çıxardı. Həmçinin Britaniya mətbuatı da şəkilləri yayımladı.
Baş verən qətliamda tək önə çıxan cinayət olan insan ölümlərində şübhəli bilinən 27 nəfər tutuldu. Onlardan çoxu əvvəllər də futbol zorakılığında ittiham olunmuşdular. 5 aylıq araşdırmadan sonra 1989-cu ildə 14 azarkeşə qeyri-iradi insan ölümündən 3 illik həbs cəzası verildi.
Qətliamda öldürülənlər üçün 18 avqust 1989-cu ildə Anfielddə keçirilən Liverpul-Arsenal qarşılaşmasından öncə anım mərasimi keçirildi, lakin The Sydney Morning Herald qəzetinin xəbərinə görə bu mərasim əleyhinə şüarlar səsləndirilərək boykot edildi.
Heyzel stadadionu 10 ilə yaxın atletizm yarışmalarına ev sahibliyi etdi, lakin bu hadisədən sonra həmin stadionda heç bir futbol qarşılaşması oynanmadı. 1994-cü ildə stadion King Baudouin adıyla tamamilə yenidən bərpa olundu. 1995-ci ilin 28 Avqustunda stadion Belçika-Almaniya oyunu ilə birlikdə yenidən futbol qarşılaşmalarına ev sahibliyi etməyə başladı. 1996-cı il 8 May tarixində daha bir Kuboklar Kuboku finalı həmin stadionda oynandı. Rapid Vyananı 1–0 hesabı ilə məğlub edən PSG çempion oldu.
Stadion islahatları
Heyzel hadisələrindən sonra ingilis klubları öz evlərində oynanan matçlarda iğtişaş yaradan fanatikləri stadionlardan uzaqlaşdırmaq üçün daha ciddi tədbirlərə əl atmağa başladılar. 1986-cı ildə iğtişaşçıları stadionlardan 3 aylıq uzaqlaşdırmaq üçün qərar qəbul olundu və 1991-ci ildə Futbol Zorakılığına qarşı Akt tərtib olundu. 1995-ci il 18 Fevral tarixindəki İrlandiyaya qarşı ingilis azarkeşlərin yaratdığı iğtişaş (iddiaya görə xüsusilə Combat 18 kimi neo-Nasist qruplar) və 1998-ci il Dünya Çempionatında törədilən zorakılıqlara qədər səfər oyunlarına qanuni qadağalar qoyulması ilə bağlı ciddi uğur əldə olunmadı. Avro 2000-dəki üsyanlar yeni qanunun tərtibinə gətirib çıxardı, 2004-də isə daha çox polisin cəlb olunması təmin edildi. Avro 2000-də qadağayla bağlı maddələr 100-dən az idisə, yeni dəyişikliklə bu, 2000-ə çatdırıldı. İngiltərə stadionlarına edilən ən mühüm islahatlar isə 1989-cu ildə 96 nəfərin ölümü ilə nəticələnən Hilsboro faciəsindən sonra hazırlanan Teylar Doktrinası ilə meydana çıxdı. Top 2 liqada stadionların tamamilə oturacaqlarla təmin olunması zəruri edildi, meydança kənarındakı hasarlar yığışdırıldı və təhlükəsizlik kameraları quraşdırıldı. Qaydaları pozan azarkeşlərin biletləri ləğv edilə və İngiltərədə bütün stadionlara girişi qanuni şəkildə qadağan edilə bilərdi.
İstinadlar
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Heyzel stadionu faciesi adlandirilan bu hadise 29 may 1985 ci ilde Belcikanin Brussel seherinde Italiyanin Yuventus FK ve Ingilterenin Liverpul FK klublarinin Cempion Klublar Kuboku finalinda qarsilasmasindan evvel bas vermisdir Hadise zamani izdihamdan qurtulmaga calisan azarkesler divarda sixisdirilmis coxlugunu Yuventus azarkesleri teskil etmekle 39 nefer helak olmus 600 insan ise yaralanmisdir Heyzel faciesiTarix 29 may 1985QurbanlarOlenlerin sayi 39Zedeliler 600 Vikianbarda elaqeli mediafayllar Yuventus Liverpul final qarsilasmasi baslamazdan texminen 1 saat evvel boyuk bir qrup Liverpul azarkesi hasarlari asaraq neytral erazi adlandirilan esasen Yuventus azarkeslerinin oldugu tribunaya daxil olmusdular Azarkesler terraslara ve tehlukeden qurtulmaq ucun beton istinad divarlarina dogru qacdilar Divara yaxin yerde oturan azarkesler ezildi sonda ise divar ucdu Bir cox insan yuxari dirmasaraq tehlukeden qurtuldu lakin digerleri qurtula bilmeyib helak oldu ve yaxud agir sekilde yaralandi Oyun azarkeslerin yeniden yarada bileceyi zorakiligin qarsisini almaq ucun oynandi ve Yuventusun 1 0 liq qalibiyyeti ile neticelendi Facie UEFA nin ingilis klublarini butun UEFA musabiqelerinden uzaqlasdirilmasi ile neticelendi Bu qadaga 1990 91 sezonundan etibaren aradan qaldirildi lakin Liverpula elave 3 il ceza verilmekle bu guzestden istisna edildi Daha sonra ceza 1 ile endirildi Bundan elave 14 Liverpul azarkesi adam oldurme ile ittiham olundu ve her birine 3 illik hebs cezasi verildi Facie sonradan UEFA musabiqelerinde en facievi deqiqeler olaraq xarakterize edildi Facieye aparan hadiseler1985 ci ilin May ayinda Liverpul Cempion Klublar Kubokunun son qalibi olaraq finala cixmisdi Onlar evvelki il Romani penalti vuruslarindan sonra meglub ederek cempion olmusdular Yeniden italiyali bir reqib Yuventusla uzlesmeli oldular Yuventus 1983 1984 cu il Kuboklar Kubokunun meglubiyyetsiz qalibi olmus heyetinde ise 1982 ci il Dunya Cempionatinin qalibi olan Italiyanin bir cox oyuncusu movcud idi Bundan elave Qoca Sinyoranin heyetinde dunyanin en yaxsi oyuncusu hesab edilen ve France Football jurnali terefinden ust uste ikinci il Ilin Futbolcusu indiki Qizil Top adina layiq gorulen pleymeyker Misel Platini var idi Her iki klub son sezonda UEFA klub reytinqinin ilk 2 pillesinde yer almisdi hemcinin onlar bir cox idman jurnalisti terefinden qitenin en yaxsi iki klubu kimi qeleme verilirdi Hemcinin iki teref 5 ay evvel UEFA Super Kubokunda qarsilasmis ve oyun 2 0 hesabi ile italyan terefin qelebesi ile neticelenmisdi Adi Belcikanin milli stadionu olmasina baxmayaraq Heyzel Stadionu 1985 ci il finali oncesinde cox berbad veziyyetde idi 55 illik stadion bir nece il idi ki tamamile nezaretden kenarda qalmisdi ve bunun neticesi olaraq tikilinin boyuk parcalari ovulub tokulurdu Meselen col divarlar koz bloku adlandirilan kovrek kerpiclerden horulmusdu ve bileti olmayan azarkesler kerpiclerin arasindan delikler acib iceri daxil olurdular Liverpul klubunun azarkesleri ve futbolculari bildirmisdiler ki stadionun berbat veziyyetinden soka dusubler Arsenalin burada bir nece il evvelki oyununda azarkesler beyanatlarinda buranin zibillik oldugunu bildirmisdiler Onlar hemcinin Barselonanin Kamp Nou ve Real Madridin Bernabeu stadionlarinin da istifadeye mumkun olmasina baxmayaraq yararsiz veziyyetdeki Hyezelin secilmesine olduqca teecublenmisdiler Yuventusun prezidenti Giampiero Boniperti ve Liverpulun bas direktoru Peter Robinson UEFA ya oyunun kecirileceyi yerin deyisdirilmesi ucun tezyiq gosterirdiler Onlar iddia edirdiler ki Heyzel Avropanin en yaxsi iki klubunu qarsilamaq ve belelikle de Cempion Klublar Kuboku finalina ev sahibliyi etmek ucun uygun deyil Buna baxmayaraq UEFA tekidleri nezere almadi Stadionda her klub ucun nezerde tutulandan 25 000 daha cox insan var idi 58 000 60 000 azarkes tribunalari doldurmusdu Her iki qapi arxasindaki tribunalar ayaq uste dayanmaq ucun nezerde tutulmusdu ve her biri uc sektora ayrilmisdi Yuventus azarkesleri ucun O N ve M sektorlari ayrilmisdi bax Heyzel stadionunun strukturu Qarsi terefde yerlesen X Y ve bir hissesi Belcikali futbolseverlerin de oldugu neytral sayilan Z tribunalari Liverpul azarkesleri ucun nezerde tutulmusdu Neytral tribuna fikrine hem Yuventus hem de Liverpul klublari qarsi cixmisdilar bele ki onlar her iki klub azarkeslerinin stadiondan kenar agentliklerden ve qara bazardan bilet elde edeceyine ve belelikle azarkeslerin tehlukeli qarisiginin meydana cixacagina inanirdilar Hemin dovrde Belcikanin bir cox erazisinde oldugu kimi Brusselde de genis italyan icmasi movcud idi ve qurbetde yasayan bir cox Yuventus azarkesi Z sektorundaki biletleri almisdilar Bundan elave biletlerin boyuk bir qismi de seyahet agentleri terefinden alinib Yuventus azarkeslerine satilmisdi Liverpul azarkeslerine ise biletlerden kicik bir qisim catmisdi UzlesmeOyun baslamazdan bir saat evvel yerli vaxtla texminen 19 00 da igtisas basladi X ve Z tribunalarindaki Liverpul ve Yuventus azarkesleri bir birlerinden sadece bir nece metr uzaqliqda idiler Terefler arasindaki sedd muveqqeti olaraq yerlesdirilen zencirlenmis demir hasarlar ve merkezinde bir nece polis olan ve hec kime yaxinlasmaga icaze verilmeyen zona ile hududlandirilmisdi Her iki terefin azarkesleri hemin zonadan bir birlerine yad cisimler atmaga basladilar Hemcinin azarkesler tribunanin asagisinda yerlesen terraslardan das yiga bilirdiler Oyunun baslanmasina az qalmis qarsiliqli atismalar daha da intensivlesdi Bir qrup Liverpul azarkesi kunc bayraqlarinin yaxinligindaki kenar qovs divarlarina dogru getdiler Yuventus azarkesleri divarlari asaraq sixliqdan qurtulmaga calisdilar Bir coxu qurtula bildi bununla bele divarlar xilas olmaga calisan Yuventus azarkeslerinin tezyiqine dayana bilmeyib dagildi Bununla da 36 neferin olumu ile neticelenen hadise meydana geldi bundan elave 600 nefer de yaralandi Cesedler tribunalardan demir ceperlerle dasindi ve qalaq seklinde yere serildi ustleri ise boyuk futbol bayraqlari ile ortuldu Polis ve tibbi helikopterler meydana daxil olduqda ise pervanelerin meydana getirdiyi kulek sade ortukleri havaya ucurdu Z tribunasinda bas verenlerin evezi olaraq Yuventus azarkesleri oz tribunalarinda usyan qaldirdilar Onlar Liverpul azarkeslerinin oldugu tribunalara dogru qacmaga basladilar lakin polislerin mudaxilesi ile usyan sakitlesdi Yuventus azarkesleri iki saat erzinde iri daslar butulkalar ve yad cisimlerle polisle mubarize apardilar Onlardan biri televiziyada yayaimlanan goruntulerde silah istifade etdiyinin mueyyen edilmesi ile hebs olundu sonradan ates zamani bos patronun istifade edildiyi melum oldu Oyun basladiqdan sonra bele polis usyankarlarla mubarize aparmaga davam edirdi Oyun davam eden zaman meydancani kenari hemin usyankarlarla dolu idi Oyundan evvel Belcikali genc oyuncular iki finalcinin renglerine uygun formalar geyinerek dostluq gorusu kecirdiler Birinci hissede qirmizi formali Belcikalilar 3 0 ustunluyu ele kecirdiler Merseysaydli azarkesleri sanki kubok ugrunda oyun baslamis kimi sevinirdiler Ikinci hissede ag formali komanda qol vurduqda ve hesab 19 10 a catdiqda ingilis ve italyanlar arasinda dava basladi Bundan ele bir nece deqiqe sonra oyun dayandirildi ve genc futbolcular meydandan cixarildi OyunFacienin boyukluyune baxmayaraq UEFA resmileri Belcika Bas naziri Wilfried Martens Brussel Icra bascisi Herve Brouhon ve seherin polis teskilati qerara geldiler ki oyunu texire salmaq daha boyuk igtisas ve zorakiliga getirib cixara biler Nehayet iki klub kapitaninin kutleye muracieti ve onlari sakitlesmeye cagirmasindan sonra oyun basladi Isvecli hakim Danila Zbigniew Boniek e qarsi edilen qayda pozuntusunda Yuventusa penalti hediyye etdi ve Misel Platini penaltini duzgun yerine yetirerek komandasina 1 0 liq qelebe qazandirdi Oyun basa catdiqdan sonra kubok Seref tribunasinin qarsisinda UEFA prezidenti Jacques Georges terefinden Qoca Sinyoranin kapitani Gaetano Scirea ya verildi Oyunun sonunda stadionun boyuk bir hissesini zebt eden jurnalist ve azarkeslerin cosgunlugu hemcinin tribunada her iki klub azarkeslerinin cilgin negmeleri Italiyali futbolculari qelebeni meydanin merkez hissesinde oz aralarinda ve M tribunasindaki terefdarlarin qarsisinda qeyd etmeye vadar etdi Liverpul futbolculari ise aralarinda X ve Z tribunalarinin ortasindaki hemin qatillerin de oldugu oz azakeslerini alqislayirdilar Qatiller istintaq neticesinde 1991 ci ilde adam oldurmekden mehkum olundular Kecmis Liverpullu hucumcu Ian Rush in sozlerine gore Italiya karyerasi erzinde iki klub ve onlarin azarkesleri arasinda teskilati elaqeler inkisaf etmeye baslamisdi Hadiselerden sonraIlk olaraq hadisenin gunahi sadece olaraq Liverpul azarkeslerinin boynuna atildi Mayin 30 da UEFA nin resmi musahidecisi Gunter Schneider bildirdi ki hadiseyle bagli yalniz ingilis azarkesler mesuliyyet dasiyirlar Oyunun teskilatcisi UEFA Heyzel stadionunu sahibleri ve Belcika polisi teqsirin kimde oldugunu arasdirdi Arasdirma neticesinde gunahin yalniz Ingilis azarkeslerde deyil hem de mueyyen menada polis ve selahiyyetli sexslerde oldugu ortaya cixdi Icinde polis kapitani John Mahieu olmaqla bir nece resmi sexs sened tapintilari neticesinde ittiham olundu Mahieu 29 may 1985 tarixli oyuna muhafize olaraq teyin edilmisdi hemin oyun zamani qeyri iradi adam oldurmekde teqsirkar bilindi May ayinin 31 de Britaniya Bas naziri Marqaret Tetcer Ingiltere Futbol Federasiyasina olke klublarinin UEFA musabiqelerinden uzaqlasdirlmasi ucun tezyiq gosterdi Ele 2 gun sonra UEFA ingilis klublarina qeyri mueyyen muddete qadaga qoydu Iyunun 6 da FIFA bu qadagani dunya seviyyesine catdirdi lakin sonradan hazirliq qarsilasmalarinin bas tutmasina icaze verdi Qadaga Ingiltere yigma komandasina tetbiq edilmedi Ingilis klublari qeyri mueyyen sekilde UEFA yarismalarindan uzaqlasdirildilar Liverpula 6 diger ingilis klublarina ise 5 il qadaga qoyuldu Ingiltere polisi teqsirkarlari tapib edaleti berpa etmek ucun genis arasdirmaya basladi Bir nece 17 deqiqelik video ve hadise yerinden olan sekil arasdirildi TV Eye proqrami 1 saatliq verilis erzinde goruntulerin xususiyyetlerini ortaya cixardi Hemcinin Britaniya metbuati da sekilleri yayimladi Bas veren qetliamda tek one cixan cinayet olan insan olumlerinde subheli bilinen 27 nefer tutuldu Onlardan coxu evveller de futbol zorakiliginda ittiham olunmusdular 5 ayliq arasdirmadan sonra 1989 cu ilde 14 azarkese qeyri iradi insan olumunden 3 illik hebs cezasi verildi Qetliamda oldurulenler ucun 18 avqust 1989 cu ilde Anfieldde kecirilen Liverpul Arsenal qarsilasmasindan once anim merasimi kecirildi lakin The Sydney Morning Herald qezetinin xeberine gore bu merasim eleyhine suarlar seslendirilerek boykot edildi Heyzel stadadionu 10 ile yaxin atletizm yarismalarina ev sahibliyi etdi lakin bu hadiseden sonra hemin stadionda hec bir futbol qarsilasmasi oynanmadi 1994 cu ilde stadion King Baudouin adiyla tamamile yeniden berpa olundu 1995 ci ilin 28 Avqustunda stadion Belcika Almaniya oyunu ile birlikde yeniden futbol qarsilasmalarina ev sahibliyi etmeye basladi 1996 ci il 8 May tarixinde daha bir Kuboklar Kuboku finali hemin stadionda oynandi Rapid Vyanani 1 0 hesabi ile meglub eden PSG cempion oldu Stadion islahatlariHeyzel hadiselerinden sonra ingilis klublari oz evlerinde oynanan matclarda igtisas yaradan fanatikleri stadionlardan uzaqlasdirmaq ucun daha ciddi tedbirlere el atmaga basladilar 1986 ci ilde igtisascilari stadionlardan 3 ayliq uzaqlasdirmaq ucun qerar qebul olundu ve 1991 ci ilde Futbol Zorakiligina qarsi Akt tertib olundu 1995 ci il 18 Fevral tarixindeki Irlandiyaya qarsi ingilis azarkeslerin yaratdigi igtisas iddiaya gore xususile Combat 18 kimi neo Nasist qruplar ve 1998 ci il Dunya Cempionatinda toredilen zorakiliqlara qeder sefer oyunlarina qanuni qadagalar qoyulmasi ile bagli ciddi ugur elde olunmadi Avro 2000 deki usyanlar yeni qanunun tertibine getirib cixardi 2004 de ise daha cox polisin celb olunmasi temin edildi Avro 2000 de qadagayla bagli maddeler 100 den az idise yeni deyisiklikle bu 2000 e catdirildi Ingiltere stadionlarina edilen en muhum islahatlar ise 1989 cu ilde 96 neferin olumu ile neticelenen Hilsboro faciesinden sonra hazirlanan Teylar Doktrinasi ile meydana cixdi Top 2 liqada stadionlarin tamamile oturacaqlarla temin olunmasi zeruri edildi meydanca kenarindaki hasarlar yigisdirildi ve tehlukesizlik kameralari qurasdirildi Qaydalari pozan azarkeslerin biletleri legv edile ve Ingilterede butun stadionlara girisi qanuni sekilde qadagan edile bilerdi IstinadlarVikianbarda Heyzel faciesi ile elaqeli mediafayllar var