Nell Harper Li (ing. Nelle Harper Lee; 28 aprel 1926 — 19 fevral 2016) — amerikalı yazıçı. Daha çox “Bülbülü öldürmək” romanının müəllifi kimi tanınır.
Həyatı
Nell Harper Li 28 aprel 1926-cı ildə Alabama ştatının cənub-qərbindəki kiçik Monrovill şəhərində anadan olub. O, Amas Kolman Li və Fransis Kanningem Finç Linin ən kiçik uşağı idi (ailənin dörd uşağı var idi). Onun atası, keçmiş qəzet sahibi və redaktoru, hüquqşünas olub və 1926-1938-ci illərdə dövlət xidmətində olub. Uşaq ikən Li oğlan kimi idi və erkən yaşda oxumağa başlamışdı. O, sinif yoldaşı və qonşusu - gənc Trumen Kapote ilə dost idi.
1931-ci ilin aprelində Alabama ştatının kiçik Skottsboro şəhərində iki ağdərili qadının doqquz gənc qaradərili kişi tərəfindən zorlanması iddiası ilə bağlı ilk məhkəmə prosesləri keçirilərkən Linin cəmi beş yaşı vardı. Məhkəmə hələ başlamamış az qala linç edilən təqsirləndirilən şəxslərə yalnız iş məhkəmədə başlayan andan vəkil xidməti göstərilməyə başlanır. Qadınların zorlanmadığı barədə tibbi sübutlara baxmayaraq, tamamilə ağ dərililərdən ibarət olan münsiflər heyəti ən kiçiyi — on üç yaşlıdan başqa hamısını mühakimə etdi və ölümə məhkum etdi. Sonrakı altı il ərzində apelyasiya şikayəti əsasında bu ittihamların əksəriyyəti ləğv edildi və müttəhimlərdən biri istisna olmaqla, hamısı azadlığa buraxıldı. Skottsboro məhkəməsi gənc Harper Lidə silinməz təəssürat buraxdı, o, uzun illər sonra onu "Bülbülü öldürmək" romanı üçün əsas kimi istifadə etdi.
Monrovilldə orta məktəbi bitirdikdən sonra Li Montqomeridə Xantinqdon Qadınlar Kollecinə daxil oldu (1944-1945), Alabama Universitetində hüquq təhsili aldı (1945-1949) və "Çi-Omeqa" (ing. Chi Omega) qadın tələbə qardaşlığına qoşuldu. Bu müddət ərzində o, bir neçə tələbə hekayəsi dərc etdi və təxminən bir il Remmer-Cemmer yumoristik jurnalının redaktoru oldu. O, bir il Oksford Universitetində mübadilə tələbəsi olaraq keçirdi və gələcəkdə atasının hüquq firmasında işləməyi planlaşdırırdı. Kursun bitməsinə altı ay qalmış, təhsilini yarımçıq qoyub, peşəkar yazıçı olmaq arzusu ilə Nyu-Yorka köçdü. 1950-ci illərin sonlarına qədər o, Eastern Air Lines və British Overseas Airways Corporation-da bilet satışı üzrə işçi kimi gəlir qazanıb. O, Nyu-Yorkda kiçik bir mənzildə yaşayır, təvazökar həyat tərzi keçirdi və bəzən valideynlərinin evinə qayıdırdı.
Bülbülü öldürmək
Bir neçə hekayə yazdıqdan sonra Harper Li 1956-cı ilin noyabrında ədəbi agent tapdı. Dekabr ayında o, dostları Maykl Braun və Coy Uilyams Braundan məktub aldı. Məktubda illik ödənişli məzuniyyət şəklində hədiyyə var idi. Dostları yazırdı: “İstədiklərini yaza bilmən üçün bir illik məzuniyyətin var. Milad bayramın mübarək". Bir ildən sonra romanın qaralaması hazır idi. J.B. Lippincott & Co. nəşriyyatının redaktoru Tay Xoxoff ilə işləyərək, 1959-cu ilin yayına qədər “bülbülü öldürmək” əsərini tamamladı. Roman 11 iyul 1960-cı ildə nəşr olundu və bestseller oldu və 1961-ci ildə bədii ədəbiyyat üzrə Pulitser mükafatı da daxil olmaqla tənqidi bəyənmə aldı; Amerika ədəbiyyatının görkəmli əsərləri siyahısına daxil edilmişdir.
Belə bir fikir var ki, romanın uğuru onun nəşrinin ABŞ-da vətəndaş hüquqları hərəkatının başlanğıcına təsadüf etməsi ilə bağlıdır. Nadir müsahibələrindən birində (1961) Li romanın süjeti tam uydurmadır və özünün "darıxdırıcı" uşaqlığının hekayəsi ilə heç bir əlaqəsi olmadığını söyləyir.
Əsərdən sonra
"Bülbülü öldürmək" kitabını yazdıqdan sonra Li Kapote ilə birlikdə Kanzas ştatında Holkomba getdi. O, Kapoteyə kiçik şəhərin bir fermerin və ailəsinin qətlinə reaksiyasını araşdırmaqda ona kömək edirdi. İşin nəticəsi məqalə olmalı idi. Kapote bestseller olan "Soyuq qanlı qatil" (1966) romanını bu materiallar əsasında yartdı. Bu şəhərdə Kapote və Li ilə baş verən hadisələr əsasında iki fərqli film çəkildi: “Kapote” (2005), “Pis reputasiya” (2006). "Bülbülü öldürmək" nəşrindən bəri Li faktiki olaraq heç bir müsahibə vermədi, bir neçə qısa essedən başqa ictimai həyatda iştirak etmədi və başqa heç nə yazmadı. O, Linin ölümündən bir ildən az vaxtda — 2015-ci ilin iyulunda nəşr olunan ikinci romanı üzərində işləyirdi. 1980-ci illərin ortalarında o, Alabama ştatında silsilə qatil haqqında sənədli kitab üzərində işləməyə başladı, lakin nəticələrdən razı qalmadığı üçün kitab üzərində işləməyi dayandırdı. Li, onun kitabı əsasında Horton Futun yazdığı ssenari haqqında (film 1962-ci ildə Oskar qazandı) dedi: “Əgər istənilən filmin ləyaqəti yazıçının niyyətini çatdırma dərəcəsi ilə ölçülərsə, o zaman cənab Futun tərəfindən hazırlanmış ssenari, belə bir film adaptasiyasının klassik nümunəsi kimi tədqiq edilməlidir.”. Harper Li Cinin atası – Attikus Finç rolunu oynayan kino ulduzu Qreqori Pekin yaxın dostu oldu. Bu rol 1963-cü ildə Qreqori Pekə gətirdi. O, aktyorun ailəsinin yaxın dostu olaraq qalıb. Pekin nəvəsi, Harper Pek Uoll yazıçının adını daşıyır. 1966-cı ilin iyununda Li Prezident Lindon Consonun Milli İncəsənət Şurasına təyin etdiyi iki nəfərdən biri oldu. Yazıçı 1983-cü ildə “Roman və Macəra” essesi ilə Alabama ştatının Eufaula şəhərində keçirilən Alabama Tarix və İrs Festivalına qatılıb.
Li vaxtını Nyu Yorkdakı mənzili ilə bacısının Monrovilldəki evi arasında keçirirdi. O, fəxri vəzifələri qəbul edir, lakin ictimai çıxışlardan imtina edirdi. 2005-ci ilin martında o, 1960-cı ildə naşir Lippinkott ilə birlikdə göründüyü vaxtdan bəri ilk dəfə Amraka gəldi. 1960-cı ildə o, bədii ədəbiyyatda vəkillərin təsvirinə görə Spektor Qadon-Rozen Fondundan ATTİ mükafatını aldı.
2005-ci ildə Li, Qreqori Pekin dul arvadı Veronikanın təşəbbüsü ilə Los-Anceles Xalq Kitabxanasından ədəbiyyatda uğura görə mükafat almaq üçün Monrovilldən Los-Ancelesə qatarla getdi. O, həmçinin onun Alabama Universitetindəki işi əsasında esse yazan tələbələr üçün təşkil olunmuş illik bayram naharında iştirak edib. 21 may 2006-cı ildə Notterdam Universitetində fəxri fərman aldı. Mərasim zamanı universitet məzunları hörmət əlaməti olaraq əllərində “Bülbülü öldürmək” ifadəsini tutdular.
O, nisbətən tənha həyat tərzi sürdüyü Nyu-York və Monrovilldə yaşamağa davam edir. Nadir hallarda müsahibələr verir və ictimaiyyət qarşısında çıxış edirdi. Məşhur ədəbi nəşrlərdə yalnız bir neçə qısa esse dərc etdirdi. Linin ictimai həyatdan geri çəkilməsi onun ədəbi fəaliyyətini davam etdirməsi ilə bağlı daimi, lakin əsassız fərziyyələrə səbəb oldu. Eyni fərziyyə Amerika yazıçıları Cerom Selinceri və Ralf Ellisonu da təqib etirdi.
Opra Uinfrinin “O” jurnalında (2006-cı ilin mayında) Li kitaba olan ilk sevgisi və ədəbiyyatla münasibəti haqqında yazırdı: "İndi, 75 il keçsə də, insanların noutbukları, cib telefonları, iPodları və başları boş olduğu varlı cəmiyyətdə mən hələ də kitablara üstünlük verirəm." 20 avqust 2007-ci ildə Alabama Şərəf Akademiyasının dörd yeni üzvünün qəbul mərasimində Li "... axmaq görünməkdənsə susmaq daha yaxşıdır" deyərək danışmaqdan imtina edir.
2007-ci ilin noyabrında Li insult keçirir və bundan sonra o, qocalar evində yaşamağa məcbur olur. Həyatı boyunca Linin işlərini idarə edən böyük bacısı Alice 2014-cü ildə 104 yaşında vəfat etdi, bundan sonra Linin xarici dünya ilə demək olar ki, heç bir əlaqəsi olmadı. 2015-ci ildə Harper Books Harper Linin “Get, gözətçi təyin et” kitabını nəşr etdi (Yeşaya kitabından sitat gətirilib, 21:6), “Bülbülü öldürmək” kitabından daha əvvəl yazılmış, lakin zamanında nəşr olunmamışdı. Lakin tənqidçilər hesab edirlər ki, bu, müstəqil bir roman deyil, "Bülbülü öldürmək" romanının ilkin versiyasıdır və onu indi ayrıca bir roman kimi təqdim etmək istəyirlər. Çox güman ki, “Get, gözətçi təyin et” yalnız kommersiya məqsədləri üçün, yaşlı yazıçının hüquq məsləhətçisi Tonya Karter tərəfindən Linin izni olmadan nəşr edilib. Romanın guya Linin arxivində təsadüfən tapıldığı versiyası inandırıcı gəlmir. Onun bir vaxtlar nəşr olunmağa layiq bir kitab yazıb və onilliklər ərzində onu tamamilə unutduğundan şübhələnmək olduqca çətindir. Alisin ölümündən sonra Tonya Karter Linin bütün əlaqələri üzərində tam nəzarət yaratdı, bu yazıçının sakit təbiəti və fiziki vəziyyətini nəzərə alsaq o qədər də çətin deyildi; o zaman Li praktiki olaraq kar və kor idi və xüsusi bir müəssisədə yaşayırdı..
Harper Li 2016-cı il fevralın 19-da səhər 90 yaşında yuxuda vəfat edib. O, ölümünə qədər Alabama ştatının Monrovill şəhərində yaşayıb.
Harper Li heç vaxt evlənməyib və övladı olmayıb.
Mükafatları və fəxri fərmanları
- 1966: Prezident Conson Lini Milli İncəsənət Şurasına təyin etdi və bu vaxtdan o, çoxsaylı fəxri vəzifələr aldı.
- 2007: ABŞ-ın ən yüksək mülki mükafatı olan Prezident Azadlıq Medalı ilə təltif edilmişdir.
- 2010: ABŞ Milli İncəsənət Medalı ilə təltif edilib.
İstinadlar
- «Obituary: Harper Lee» 2016-02-21 at the Wayback Machine, BBC, 19 February 2016
- «Harper Lee and Umberto Eco:The finger of fame» 2016-02-26 at the Wayback Machine, The Economist, Feb 27th 2016
- . Убить барышника 2015-02-12 at the Wayback Machine // , 12.02.2015.
- "Harper Lee, 'To Kill a Mockingbird' author, dead at 89". CNN. 2016-02-19. 2016-02-19 tarixində . İstifadə tarixi: 2016-02-19.
- "Harper Lee dead at age of 89: 'To Kill a Mockingbird Author' passes away". AL.com. 2016-02-19. 2016-02-19 tarixində . İstifadə tarixi: 2016-02-19.
- "US author Harper Lee dies aged 89". BBC News. 2016-02-19. 2016-02-21 tarixində . İstifadə tarixi: 2016-02-19.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Nell Harper Li ing Nelle Harper Lee 28 aprel 1926 19 fevral 2016 amerikali yazici Daha cox Bulbulu oldurmek romaninin muellifi kimi taninir HeyatiNell Harper Li 28 aprel 1926 ci ilde Alabama statinin cenub qerbindeki kicik Monrovill seherinde anadan olub O Amas Kolman Li ve Fransis Kanningem Finc Linin en kicik usagi idi ailenin dord usagi var idi Onun atasi kecmis qezet sahibi ve redaktoru huquqsunas olub ve 1926 1938 ci illerde dovlet xidmetinde olub Usaq iken Li oglan kimi idi ve erken yasda oxumaga baslamisdi O sinif yoldasi ve qonsusu genc Trumen Kapote ile dost idi 1931 ci ilin aprelinde Alabama statinin kicik Skottsboro seherinde iki agderili qadinin doqquz genc qaraderili kisi terefinden zorlanmasi iddiasi ile bagli ilk mehkeme prosesleri kecirilerken Linin cemi bes yasi vardi Mehkeme hele baslamamis az qala linc edilen teqsirlendirilen sexslere yalniz is mehkemede baslayan andan vekil xidmeti gosterilmeye baslanir Qadinlarin zorlanmadigi barede tibbi subutlara baxmayaraq tamamile ag derililerden ibaret olan munsifler heyeti en kiciyi on uc yaslidan basqa hamisini muhakime etdi ve olume mehkum etdi Sonraki alti il erzinde apelyasiya sikayeti esasinda bu ittihamlarin ekseriyyeti legv edildi ve muttehimlerden biri istisna olmaqla hamisi azadliga buraxildi Skottsboro mehkemesi genc Harper Lide silinmez teessurat buraxdi o uzun iller sonra onu Bulbulu oldurmek romani ucun esas kimi istifade etdi Monrovillde orta mektebi bitirdikden sonra Li Montqomeride Xantinqdon Qadinlar Kollecine daxil oldu 1944 1945 Alabama Universitetinde huquq tehsili aldi 1945 1949 ve Ci Omeqa ing Chi Omega qadin telebe qardasligina qosuldu Bu muddet erzinde o bir nece telebe hekayesi derc etdi ve texminen bir il Remmer Cemmer yumoristik jurnalinin redaktoru oldu O bir il Oksford Universitetinde mubadile telebesi olaraq kecirdi ve gelecekde atasinin huquq firmasinda islemeyi planlasdirirdi Kursun bitmesine alti ay qalmis tehsilini yarimciq qoyub pesekar yazici olmaq arzusu ile Nyu Yorka kocdu 1950 ci illerin sonlarina qeder o Eastern Air Lines ve British Overseas Airways Corporation da bilet satisi uzre isci kimi gelir qazanib O Nyu Yorkda kicik bir menzilde yasayir tevazokar heyat terzi kecirdi ve bezen valideynlerinin evine qayidirdi Bulbulu oldurmekBir nece hekaye yazdiqdan sonra Harper Li 1956 ci ilin noyabrinda edebi agent tapdi Dekabr ayinda o dostlari Maykl Braun ve Coy Uilyams Braundan mektub aldi Mektubda illik odenisli mezuniyyet seklinde hediyye var idi Dostlari yazirdi Istediklerini yaza bilmen ucun bir illik mezuniyyetin var Milad bayramin mubarek Bir ilden sonra romanin qaralamasi hazir idi J B Lippincott amp Co nesriyyatinin redaktoru Tay Xoxoff ile isleyerek 1959 cu ilin yayina qeder bulbulu oldurmek eserini tamamladi Roman 11 iyul 1960 ci ilde nesr olundu ve bestseller oldu ve 1961 ci ilde bedii edebiyyat uzre Pulitser mukafati da daxil olmaqla tenqidi beyenme aldi Amerika edebiyyatinin gorkemli eserleri siyahisina daxil edilmisdir Bele bir fikir var ki romanin uguru onun nesrinin ABS da vetendas huquqlari herekatinin baslangicina tesaduf etmesi ile baglidir Nadir musahibelerinden birinde 1961 Li romanin sujeti tam uydurmadir ve ozunun darixdirici usaqliginin hekayesi ile hec bir elaqesi olmadigini soyleyir Eserden sonra Bulbulu oldurmek kitabini yazdiqdan sonra Li Kapote ile birlikde Kanzas statinda Holkomba getdi O Kapoteye kicik seherin bir fermerin ve ailesinin qetline reaksiyasini arasdirmaqda ona komek edirdi Isin neticesi meqale olmali idi Kapote bestseller olan Soyuq qanli qatil 1966 romanini bu materiallar esasinda yartdi Bu seherde Kapote ve Li ile bas veren hadiseler esasinda iki ferqli film cekildi Kapote 2005 Pis reputasiya 2006 Bulbulu oldurmek nesrinden beri Li faktiki olaraq hec bir musahibe vermedi bir nece qisa esseden basqa ictimai heyatda istirak etmedi ve basqa hec ne yazmadi O Linin olumunden bir ilden az vaxtda 2015 ci ilin iyulunda nesr olunan ikinci romani uzerinde isleyirdi 1980 ci illerin ortalarinda o Alabama statinda silsile qatil haqqinda senedli kitab uzerinde islemeye basladi lakin neticelerden razi qalmadigi ucun kitab uzerinde islemeyi dayandirdi Li onun kitabi esasinda Horton Futun yazdigi ssenari haqqinda film 1962 ci ilde Oskar qazandi dedi Eger istenilen filmin leyaqeti yazicinin niyyetini catdirma derecesi ile olculerse o zaman cenab Futun terefinden hazirlanmis ssenari bele bir film adaptasiyasinin klassik numunesi kimi tedqiq edilmelidir Harper Li Cinin atasi Attikus Finc rolunu oynayan kino ulduzu Qreqori Pekin yaxin dostu oldu Bu rol 1963 cu ilde Qreqori Peke Oskar getirdi O aktyorun ailesinin yaxin dostu olaraq qalib Pekin nevesi Harper Pek Uoll yazicinin adini dasiyir 1966 ci ilin iyununda Li Prezident Lindon Consonun Milli Incesenet Surasina teyin etdiyi iki neferden biri oldu Yazici 1983 cu ilde Roman ve Macera essesi ile Alabama statinin Eufaula seherinde kecirilen Alabama Tarix ve Irs Festivalina qatilib Li vaxtini Nyu Yorkdaki menzili ile bacisinin Monrovilldeki evi arasinda kecirirdi O fexri vezifeleri qebul edir lakin ictimai cixislardan imtina edirdi 2005 ci ilin martinda o 1960 ci ilde nasir Lippinkott ile birlikde gorunduyu vaxtdan beri ilk defe Amraka geldi 1960 ci ilde o bedii edebiyyatda vekillerin tesvirine gore Spektor Qadon Rozen Fondundan ATTI mukafatini aldi 2005 ci ilde Li Qreqori Pekin dul arvadi Veronikanin tesebbusu ile Los Anceles Xalq Kitabxanasindan edebiyyatda ugura gore mukafat almaq ucun Monrovillden Los Ancelese qatarla getdi O hemcinin onun Alabama Universitetindeki isi esasinda esse yazan telebeler ucun teskil olunmus illik bayram naharinda istirak edib 21 may 2006 ci ilde Notterdam Universitetinde fexri ferman aldi Merasim zamani universitet mezunlari hormet elameti olaraq ellerinde Bulbulu oldurmek ifadesini tutdular O nisbeten tenha heyat terzi surduyu Nyu York ve Monrovillde yasamaga davam edir Nadir hallarda musahibeler verir ve ictimaiyyet qarsisinda cixis edirdi Meshur edebi nesrlerde yalniz bir nece qisa esse derc etdirdi Linin ictimai heyatdan geri cekilmesi onun edebi fealiyyetini davam etdirmesi ile bagli daimi lakin esassiz ferziyyelere sebeb oldu Eyni ferziyye Amerika yazicilari Cerom Selinceri ve Ralf Ellisonu da teqib etirdi Opra Uinfrinin O jurnalinda 2006 ci ilin mayinda Li kitaba olan ilk sevgisi ve edebiyyatla munasibeti haqqinda yazirdi Indi 75 il kecse de insanlarin noutbuklari cib telefonlari iPodlari ve baslari bos oldugu varli cemiyyetde men hele de kitablara ustunluk verirem 20 avqust 2007 ci ilde Alabama Seref Akademiyasinin dord yeni uzvunun qebul merasiminde Li axmaq gorunmekdense susmaq daha yaxsidir deyerek danismaqdan imtina edir 2007 ci ilin noyabrinda Li insult kecirir ve bundan sonra o qocalar evinde yasamaga mecbur olur Heyati boyunca Linin islerini idare eden boyuk bacisi Alice 2014 cu ilde 104 yasinda vefat etdi bundan sonra Linin xarici dunya ile demek olar ki hec bir elaqesi olmadi 2015 ci ilde Harper Books Harper Linin Get gozetci teyin et kitabini nesr etdi Yesaya kitabindan sitat getirilib 21 6 Bulbulu oldurmek kitabindan daha evvel yazilmis lakin zamaninda nesr olunmamisdi Lakin tenqidciler hesab edirler ki bu musteqil bir roman deyil Bulbulu oldurmek romaninin ilkin versiyasidir ve onu indi ayrica bir roman kimi teqdim etmek isteyirler Cox guman ki Get gozetci teyin et yalniz kommersiya meqsedleri ucun yasli yazicinin huquq meslehetcisi Tonya Karter terefinden Linin izni olmadan nesr edilib Romanin guya Linin arxivinde tesadufen tapildigi versiyasi inandirici gelmir Onun bir vaxtlar nesr olunmaga layiq bir kitab yazib ve onillikler erzinde onu tamamile unutdugundan subhelenmek olduqca cetindir Alisin olumunden sonra Tonya Karter Linin butun elaqeleri uzerinde tam nezaret yaratdi bu yazicinin sakit tebieti ve fiziki veziyyetini nezere alsaq o qeder de cetin deyildi o zaman Li praktiki olaraq kar ve kor idi ve xususi bir muessisede yasayirdi Harper Li 2016 ci il fevralin 19 da seher 90 yasinda yuxuda vefat edib O olumune qeder Alabama statinin Monrovill seherinde yasayib Harper Li hec vaxt evlenmeyib ve ovladi olmayib Mukafatlari ve fexri fermanlari1966 Prezident Conson Lini Milli Incesenet Surasina teyin etdi ve bu vaxtdan o coxsayli fexri vezifeler aldi 2007 ABS in en yuksek mulki mukafati olan Prezident Azadliq Medali ile teltif edilmisdir 2010 ABS Milli Incesenet Medali ile teltif edilib Istinadlar Obituary Harper Lee 2016 02 21 at the Wayback Machine BBC 19 February 2016 Harper Lee and Umberto Eco The finger of fame 2016 02 26 at the Wayback Machine The Economist Feb 27th 2016 Ubit baryshnika 2015 02 12 at the Wayback Machine 12 02 2015 Harper Lee To Kill a Mockingbird author dead at 89 CNN 2016 02 19 2016 02 19 tarixinde Istifade tarixi 2016 02 19 Harper Lee dead at age of 89 To Kill a Mockingbird Author passes away AL com 2016 02 19 2016 02 19 tarixinde Istifade tarixi 2016 02 19 US author Harper Lee dies aged 89 BBC News 2016 02 19 2016 02 21 tarixinde Istifade tarixi 2016 02 19