Luici Pulçi (15 avqust 1432, Florensiya – 11 noyabr 1484, Padova) — XV əsr italyan şairi.
Luici Pulçi | |
---|---|
Doğum tarixi | 15 avqust 1432 |
Doğum yeri | |
Vəfat tarixi | 11 noyabr 1484 (52 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | şair, diplomat, yazıçı |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Lorenso Mediçi və Ancelo Politsiano ilə birlikdə Luici Pulçi (1432–1484) Kvatroçento dövrünün Florensiya şairlərinin triumviratını (üçlük) təşkil edir. Bu şairin ən məşhur əsəri olan "Nəhəng Morqante" — yeni tipli epopeya Lorenso Mediçinin via Larqa adlı malikanəsində yazılmışdır. Görkəmli italyan şairi Luici Pulçi qədim qvelf ailəsində anadan olmuşdur. Gənc yaşlarından başlayaraq o, taleyini Mediçi ilə bağlamışdır. 1467-ci ildə Pulçi diplomatik missiya ilə Pizaya, sonra isə Neapol kralının sarayına getmiş, burada araqonluları türklər əleyhinə ittifaq bağlamağa dəvət etmişdir. 1473-cü ildə o, Lukretsiya dela Albitsi ilə evlənmiş, ancaq bu da onun narahat həyatına təsir etməmişdir. Onun səfərləri davam etmiş, bu səfərlərin birində o, Paduyada vəfat etmişdir.
Yaradıcılığı
L.Pulçi öz gücünü müxtəlif janrlarda sınamışdır. O, 1469-cu ildə Lorensonun yarışda qələbəsi şərəfinə "Kostra Lorenso" adlı poema yazmışdır. Bundan başqa burlesk üslubunda "Dikomanolu Beka" əsərini yazır. Nəhəng Morqante haqqında poemanı yazmağa o, 1461 ci ildə başlamışdır. Əvvəlcə iyirmi üç nəğmədən (1448-ci il) ibarət olan "Morqante" əsəri 1483-cü ildə kitab kimi tam şəkildə (28 nəğmə) nəşr edilmişdir. İkinci nəşrdə kitabın adı "Böyük Morqante" kimi verilmişdir. Cəngavər poeziyasını yaxşı bilən L.Pulçi, Böyük Karl haqqında dastanın xalq versiyasını istifadə etmişdir. Şair anonim poema olan "Orlando"nun süjetinə uyğun olaraq son beş nəğmədə "Mənzum İspaniya" poemasından istifadə etmiş, ancaq tam mənasında orijinal bir əsər yaratmışdır. L.Pulçi cəngavərlik poemasına qəhrəmanlıq komik səciyyə verə bilmişdir. "Morqante"də Böyük Karl ordusunun ən yaxşı hissəsini itirən, satqın Hanoya (Hanelona) bel bağlayan, elə də dərin ağlı olmayan bir hökmdardır. Onun paladinləri (cəngavərləri) güclü əzələlərə malikdir, çox böyük iştahları var, amma ağıldan kasaddırlar. Orlandonun silah daşıyanı olan poemanın protaqonisti, əmud əvəzinə kilsə zənginin dilini istifadə edir; o, balinanı məğlub edir, ancaq balaca bir dəniz xərçənginin onun dabanını sancmasından ölür. Xalq poeziyasının reallığı, gülməlilik və ciddilik, inam və inamsızlıq, karnavallıq və burlesk, sadəlövhlük və əsl elmiliyin başlanğıcı bu əsərdə birləşdirilmişdir.
Poemanın süjeti tez-tez "qırılır", hadisələr bir qəhrəmanın macərasından digər qəhrəmanın macərasına keçir. Cəngavərlər öz məhəbbət macəralarını da unutmur, amma bu məhəbbət səhnələri hekayətin səciyyəsinə və qəhrəmanların xasiyyətinə təsir göstərmir. Cəngavərlərə cəngavərliyə yaraşmayan sifətlər də məxsusdur: Blondininin ziyafəti zamanı gözəgörünməz olan Rinaldonun əməlləri, Turpinin Marsilini dar ağacından asması, cəngavərlərin daim öz aralarında və nəhənglərlə deyişmələri bu qəbildəndir. Hətta hekayənin ən ciddi anlarında belə Pulçi yüngül zarafata keçir: Orlandonun göyərçinə çevrilmiş ruhu, arxiyepiskopun xirtdəyində ilişib qalır; baş qəhrəmanın ölümündən sonra baş verən göy gurultusu, cənnət qapılarının çırpılması nəticəsində yaranır; qəhrəmanın atı Velyantinlə birlikdə əfv edilməsi isə "Roland haqqında dastan"dakı qılınclı əfvə parodiyadır.
Komiklik və parodiyalılıq başlanğıcı üç qəhərəmanın-Morqanta, Marqutta və Astarottanın şəxsində ifadə olunub. Morqante xeyirxahlar, amma dayaz ağıllı nəhənglər tayfasına mənsubdur. Onun çox böyük gücü ağlı ilə tərs mütanəsibdir və bu xüsusilə onun Marqutta ilə görüşündən sonra daha aydın görünür. Morqantenin hədsiz-hüdudsuz iştahı var: o, tam bir fili, camışı yeməyə qadirdir. Ancaq qarınqululuğu heç də bu qəhrəmanı eybəcərləşdirmir və müəyyən mənada Rablenin bir qədər sonra yaradacağı Qranquzye və Qarqantuanı qabaqlayır.
Həmçinin bax
- Leonardo da Vinçi
- Covanni Bokkaçço
- Deutsche Nationalbibliothek Record #118742949 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- Cəlil Nağıyev. Qərbi Avropa ədəbiyyatı. Bakı: Elm və təhsil. 2019. səh. 302-305.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Luici Pulci 15 avqust 1432 Florensiya 11 noyabr 1484 Padova XV esr italyan sairi Luici PulciDogum tarixi 15 avqust 1432Dogum yeri Florensiya Florensiya RespublikasiVefat tarixi 11 noyabr 1484 52 yasinda Vefat yeri Padova Venesiya RespublikasiFealiyyeti sair diplomat yazici Vikianbarda elaqeli mediafayllarHeyatiLorenso Medici ve Ancelo Politsiano ile birlikde Luici Pulci 1432 1484 Kvatrocento dovrunun Florensiya sairlerinin triumviratini ucluk teskil edir Bu sairin en meshur eseri olan Neheng Morqante yeni tipli epopeya Lorenso Medicinin via Larqa adli malikanesinde yazilmisdir Gorkemli italyan sairi Luici Pulci qedim qvelf ailesinde anadan olmusdur Genc yaslarindan baslayaraq o taleyini Medici ile baglamisdir 1467 ci ilde Pulci diplomatik missiya ile Pizaya sonra ise Neapol kralinin sarayina getmis burada araqonlulari turkler eleyhine ittifaq baglamaga devet etmisdir 1473 cu ilde o Lukretsiya dela Albitsi ile evlenmis ancaq bu da onun narahat heyatina tesir etmemisdir Onun seferleri davam etmis bu seferlerin birinde o Paduyada vefat etmisdir YaradiciligiL Pulci oz gucunu muxtelif janrlarda sinamisdir O 1469 cu ilde Lorensonun yarisda qelebesi serefine Kostra Lorenso adli poema yazmisdir Bundan basqa burlesk uslubunda Dikomanolu Beka eserini yazir Neheng Morqante haqqinda poemani yazmaga o 1461 ci ilde baslamisdir Evvelce iyirmi uc negmeden 1448 ci il ibaret olan Morqante eseri 1483 cu ilde kitab kimi tam sekilde 28 negme nesr edilmisdir Ikinci nesrde kitabin adi Boyuk Morqante kimi verilmisdir Cengaver poeziyasini yaxsi bilen L Pulci Boyuk Karl haqqinda dastanin xalq versiyasini istifade etmisdir Sair anonim poema olan Orlando nun sujetine uygun olaraq son bes negmede Menzum Ispaniya poemasindan istifade etmis ancaq tam menasinda orijinal bir eser yaratmisdir L Pulci cengaverlik poemasina qehremanliq komik seciyye vere bilmisdir Morqante de Boyuk Karl ordusunun en yaxsi hissesini itiren satqin Hanoya Hanelona bel baglayan ele de derin agli olmayan bir hokmdardir Onun paladinleri cengaverleri guclu ezelelere malikdir cox boyuk istahlari var amma agildan kasaddirlar Orlandonun silah dasiyani olan poemanin protaqonisti emud evezine kilse zenginin dilini istifade edir o balinani meglub edir ancaq balaca bir deniz xercenginin onun dabanini sancmasindan olur Xalq poeziyasinin realligi gulmelilik ve ciddilik inam ve inamsizliq karnavalliq ve burlesk sadelovhluk ve esl elmiliyin baslangici bu eserde birlesdirilmisdir Poemanin sujeti tez tez qirilir hadiseler bir qehremanin macerasindan diger qehremanin macerasina kecir Cengaverler oz mehebbet maceralarini da unutmur amma bu mehebbet sehneleri hekayetin seciyyesine ve qehremanlarin xasiyyetine tesir gostermir Cengaverlere cengaverliye yarasmayan sifetler de mexsusdur Blondininin ziyafeti zamani gozegorunmez olan Rinaldonun emelleri Turpinin Marsilini dar agacindan asmasi cengaverlerin daim oz aralarinda ve nehenglerle deyismeleri bu qebildendir Hetta hekayenin en ciddi anlarinda bele Pulci yungul zarafata kecir Orlandonun goyercine cevrilmis ruhu arxiyepiskopun xirtdeyinde ilisib qalir bas qehremanin olumunden sonra bas veren goy gurultusu cennet qapilarinin cirpilmasi neticesinde yaranir qehremanin ati Velyantinle birlikde efv edilmesi ise Roland haqqinda dastan daki qilincli efve parodiyadir Komiklik ve parodiyaliliq baslangici uc qeheremanin Morqanta Marqutta ve Astarottanin sexsinde ifade olunub Morqante xeyirxahlar amma dayaz agilli nehengler tayfasina mensubdur Onun cox boyuk gucu agli ile ters mutanesibdir ve bu xususile onun Marqutta ile gorusunden sonra daha aydin gorunur Morqantenin hedsiz hududsuz istahi var o tam bir fili camisi yemeye qadirdir Ancaq qarinqululugu hec de bu qehremani eybecerlesdirmir ve mueyyen menada Rablenin bir qeder sonra yaradacagi Qranquzye ve Qarqantuani qabaqlayir Hemcinin baxLeonardo da Vinci Covanni Bokkacco Deutsche Nationalbibliothek Record 118742949 Umumi tenzimleme nezareti GND alm 2012 2016 Celil Nagiyev Qerbi Avropa edebiyyati Baki Elm ve tehsil 2019 seh 302 305 ol section