Kalmarlar (tarixi Azərbaycandilli mənbələrdə mürəkkəb balıqları;lat. Teuthida) — heyvanlar aləminin molyusklar tipinin başıayaqlılar sinfinə aid heyvan dəstəsi.
Kalmar | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Ranqsız: Tipüstü: Tip: Yarımtip: Sinif: Yarımsinif: Ranqsız: Dəstəüstü: Dəstə: Kalmarlar | ||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
| ||||||||||
|
Həyat tərzi
Başıayaqlı molyuskaların digər nümayəndələri kimi kalmarlara da Şimal və Uzaq Şərq dənizlərində xüsusən sahilə yaxın yerlərdə təsadüf edilir. Bu molyuska suda çox gözəl uzən, acgöz, yırtıcı heyvan olmaqla, əsasən siyənək balıqlarını tutub yeyir. Balıq sürülərini təqib edən kalmar bu yolla min kilometrlərlə məsafə qət edə bilir.
Quruluşu
Kalmarın bədənində xarici çanaq yoxdur. Sürətlə üzmə nəticəsində çanaq kiçilmiş və dəri altında yerləşmiş lövhəcik şəklində qalmışdır. Kalmarın bənəni iki hissədən — baş və gövdədən təşkil olunmuşdur. Baş hissədə on ədəd əzələli qolcuq vardır. Bu qolcuklar digər molyuskalarda olan ayağa müvafik gəlir. Buna görə də belə molyuskalar başıayaqlı molyuskalar sinfində birləşdirilir.
Kalmarın gövdəsi digər molyuskalarda olduğu kimi mantiya pərdəsi ilə örtülüdür. Mantiya ilə gövdə arasında mantiya boşluğu vardır. Bədəninin ön tərəfində, başa yaxın yerdə mantiya boşluğu enli yarıq vasitəsilə xaricə açılır. Kalmarın hərəkətində mühüm rol oynayan və qıf adlanan dəri borucuğun ucu mantiya boşluğu yarığından xaricə açılır. Qıfın genişlənmiş əsas hissəsi mantiya boşluğunda yerləşir. Kalmarın hərəkəti zamanı mantiya boşluğu yarıqdan keçən su ilə dolur, sonra yarığın kənarları yığılaraq qapanır. Güclü mantiya əzələlərinin yığılması nəticəsində mantiya boşluğunda olan su sıxılaraq qıfdan xaricə püskürtülür ki, nəticədə alınan güclü itələmə qüvvəsi kalmarın sürətli hərəkətinə səbəb olur. Belə hərəkətə reaktiv hərəkət deyilir. Bu proses həmişə təkrar olunur və nəticədə kalmar saatda 50 km sürətlə hərəkət ede bilmək imkanı əldə edir.
Kalmarın bütün bədən quruluşu sürətli hərəkətə uyğunlaşmışdır. Bədənin arxa tərəfi sivriləşmişdir və bədən torpedoya bənzəyir. Bədənin yanlarında üfqi vəziyyətdə yerləşəm üzgəclər isə dərinliyə enib-qalxan zaman sükan rolunu oynayırlar.
Həzm sistemi
Kalmarın ağız çıxıntıları başında, dairə şəklində yerləşir. Bu dairənin mərkəzində enli ağız vardır. Buynuz maddəsindən əmələ gələn iki möhkəm çənə ağızdan xaricə çıxır. Çıxıntılar üzərində iki sirada dəyirmi sormaclar yerləşir. Kalmar öz qidasını bu sormaclarla tutub saxlayır. Çıxıntıların ikisi daha uzun olub, tutucu çıxıntılar adlanır. Tutucu çıxıntılar balığı tutmağa, digər çıxıntılar isə saxlamağa xidmət edir. Kalmarın qarın tərəfinin rəngi bel tərəfinə nisbətən açıqdır. O, dərisinin rəngini dəyişə bilir. Adi halda dəri solğun rəngdə olub metal rənginə çalır. Tutulmuş kalmarlarda isə dəri tündləşir, qonurlaşır, tutaraq qıcıqlandırdıqda qırmızımtıl-qəhvəyi rəng alır. Təbii halda isə kalmarın rəngi yaşadığı dənizin dibinin rəngindən asılı olaraq dəyişə bilir. Rəngini bilməsi kalmarı yaşadığı mühitin rəngindən seçilməz edir.
Kalmarın gövdəsində mürəkkəb kisəsi adlanan xüsusi üzv yerləşir. Bu kisədən çıxan maye axını mantiya boşluğuna açılır. Mürəkkəb kisənin möhtəviyyatı mantiya boşluğundakı suya qarışaraq xarıcə püskürdüldükdə, kalmarın ətrafında rəngli duman örtüyü əmələ gəlir ki, bu da onu düşmənlərindən gizlənib xilas olmağa kömək edir. Mürəkkəb kisəsində əmələ gələn mayedən sepiya adlanan qəhvəyi rəngli boyağın hazırlanmasında istifadə olunur.
Tənəffüs sistemi
Tənəffüsü mantiya boşluğunda yerləşən qəlsəmələr vasitəsilə gedir. Qəlsəmələri yuyan su qanı oksigenlə zənginləşdirir.
Qan dövranı
Kalmarın ürəyi iki qulaqcıq və bir mədəcikdən ibarətdir. Qanı qəlsəmələrə vuran "qəlsəmə ürəyi" deyilən xüsusi damar genişlənməsidir.
Sinir sistemi
Digər molyuskalarla müqayisədə mürəkkəb quruluşludur. Udlağın üst tərəfində xüsusi pərdə içərisində sinir düyünlərinin böyük bir yığını vardır. Eyni zamanda mantiya, qıf və qolcuqların əsasında da sinir düyünləri yerləşir.
Hiss orqanları
Kalmarın başının yanlarında iri gözlər yerləşir. Gözlər yaxşı görür və qidanı axtarıb tapmaqda kalmara köməklik edir. Bəbək və büllura malik, balıqların gözünə oxşar gözləri, müvazinət orqanları və bədən üzərinə səpələnmiş hissedici hüceyrələri vardır. Xüsusən gözlər yaxşı inkişaf etmişdir.
Çoxalması
Ayrıcinsiyyətlidir. Mayalanma daxilidir. Bunların inkişafında sürfə mərhələsi olmur.
Əhəmiyyəti
Kalmarlar balıqçılıq sənayesinə ziyan vursa da, faydalı heyvan hesab olunur. Kalmar əti çox dadlı və kalorili olur. Onun əti qaynadılmış, qızardılmış və ya qaxac (qurudulmuş) halda yeyilir. Kalmarlar sürətlə artdığı üçün onların dənizlərdə kütləvi ovlanmalarına rəsmən icazə verilmişdir. Kalmar da balıq kimi tor və ya tilovla tutulur.
Nümayəndələri
Başıayaqlı molyuskalara Uzaq Şərq kalmarlarından başqa bir çox başqa kalmarlarda daxildir. Nəhəng kalmarın uzunluğu 18 metrə çatır. Bu kalmar okeanın bir neçə kilometr dərinliyində yaşayır.
, səkkizayaq kimi başıayaqlı molyuskalar da bu sinfin dənizlərdə yaşayan mühüm nümayəndələridir.
Səkkizayaq gecə həyat tərzi keçirir. O, gündüzlər görünməz yerlərdə gizlənərək, gecələr ova çıxır. Səkkizayaq dənizlərin dibində qolcuqlarını yerə söykəyib sürünərək hərəkət edir. Onun əsas qidasını yengəclər, molyuskalar və balıqlar təşkil edir.
İstinadlar
- Integrated Taxonomic Information System (ing.). 1999.
- http://web2.anl.az:81/read/page.php?zoom=0&bibid=236887&pno=88 Rysca-Turqcə lugət (Rusca-azərbaycanca lüğət), R. Axundov, Cild I, А-О, Azərnəşr, Bakı, 1928-ci il (s.156)
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Kalmarlar tarixi Azerbaycandilli menbelerde murekkeb baliqlari lat Teuthida heyvanlar aleminin molyusklar tipinin basiayaqlilar sinfine aid heyvan destesi KalmarElmi tesnifatDomen EukariotlarRanqsiz AmorpheaRanqsiz Ranqsiz Ranqsiz Ranqsiz FilozoaAlem HeyvanlarYarimalem EumetazoylarKlad Klad IkitereflisimmetriyalilarKlad Ranqsiz IlkagizlilarRanqsiz Tipustu SpirallilarTip MolyusklarYarimtip Sinif BasiayaqlilarYarimsinif Ranqsiz Desteustu Deste KalmarlarBeynelxalq elmi adiTeuthida Adolf Naef 1916Sekil axtarisiITIS 82367NCBI 551290FW 15940Heyat terziBasiayaqli molyuskalarin diger numayendeleri kimi kalmarlara da Simal ve Uzaq Serq denizlerinde xususen sahile yaxin yerlerde tesaduf edilir Bu molyuska suda cox gozel uzen acgoz yirtici heyvan olmaqla esasen siyenek baliqlarini tutub yeyir Baliq surulerini teqib eden kalmar bu yolla min kilometrlerle mesafe qet ede bilir QurulusuKalmarin bedeninde xarici canaq yoxdur Suretle uzme neticesinde canaq kicilmis ve deri altinda yerlesmis lovhecik seklinde qalmisdir Kalmarin beneni iki hisseden bas ve govdeden teskil olunmusdur Bas hissede on eded ezeleli qolcuq vardir Bu qolcuklar diger molyuskalarda olan ayaga muvafik gelir Buna gore de bele molyuskalar basiayaqli molyuskalar sinfinde birlesdirilir Kalmarin govdesi diger molyuskalarda oldugu kimi mantiya perdesi ile ortuludur Mantiya ile govde arasinda mantiya boslugu vardir Bedeninin on terefinde basa yaxin yerde mantiya boslugu enli yariq vasitesile xarice acilir Kalmarin hereketinde muhum rol oynayan ve qif adlanan deri borucugun ucu mantiya boslugu yarigindan xarice acilir Qifin genislenmis esas hissesi mantiya boslugunda yerlesir Kalmarin hereketi zamani mantiya boslugu yariqdan kecen su ile dolur sonra yarigin kenarlari yigilaraq qapanir Guclu mantiya ezelelerinin yigilmasi neticesinde mantiya boslugunda olan su sixilaraq qifdan xarice puskurtulur ki neticede alinan guclu iteleme quvvesi kalmarin suretli hereketine sebeb olur Bele herekete reaktiv hereket deyilir Bu proses hemise tekrar olunur ve neticede kalmar saatda 50 km suretle hereket ede bilmek imkani elde edir Kalmarin butun beden qurulusu suretli herekete uygunlasmisdir Bedenin arxa terefi sivrilesmisdir ve beden torpedoya benzeyir Bedenin yanlarinda ufqi veziyyetde yerlesem uzgecler ise derinliye enib qalxan zaman sukan rolunu oynayirlar Hezm sistemiKalmarin agiz cixintilari basinda daire seklinde yerlesir Bu dairenin merkezinde enli agiz vardir Buynuz maddesinden emele gelen iki mohkem cene agizdan xarice cixir Cixintilar uzerinde iki sirada deyirmi sormaclar yerlesir Kalmar oz qidasini bu sormaclarla tutub saxlayir Cixintilarin ikisi daha uzun olub tutucu cixintilar adlanir Tutucu cixintilar baligi tutmaga diger cixintilar ise saxlamaga xidmet edir Kalmarin qarin terefinin rengi bel terefine nisbeten aciqdir O derisinin rengini deyise bilir Adi halda deri solgun rengde olub metal rengine calir Tutulmus kalmarlarda ise deri tundlesir qonurlasir tutaraq qiciqlandirdiqda qirmizimtil qehveyi reng alir Tebii halda ise kalmarin rengi yasadigi denizin dibinin renginden asili olaraq deyise bilir Rengini bilmesi kalmari yasadigi muhitin renginden secilmez edir Kalmarin govdesinde murekkeb kisesi adlanan xususi uzv yerlesir Bu kiseden cixan maye axini mantiya bosluguna acilir Murekkeb kisenin mohteviyyati mantiya boslugundaki suya qarisaraq xarice puskurduldukde kalmarin etrafinda rengli duman ortuyu emele gelir ki bu da onu dusmenlerinden gizlenib xilas olmaga komek edir Murekkeb kisesinde emele gelen mayeden sepiya adlanan qehveyi rengli boyagin hazirlanmasinda istifade olunur Teneffus sistemiTeneffusu mantiya boslugunda yerlesen qelsemeler vasitesile gedir Qelsemeleri yuyan su qani oksigenle zenginlesdirir Qan dovraniKalmarin ureyi iki qulaqciq ve bir medecikden ibaretdir Qani qelsemelere vuran qelseme ureyi deyilen xususi damar genislenmesidir Sinir sistemiDiger molyuskalarla muqayisede murekkeb qurulusludur Udlagin ust terefinde xususi perde icerisinde sinir duyunlerinin boyuk bir yigini vardir Eyni zamanda mantiya qif ve qolcuqlarin esasinda da sinir duyunleri yerlesir Hiss orqanlariKalmarin basinin yanlarinda iri gozler yerlesir Gozler yaxsi gorur ve qidani axtarib tapmaqda kalmara komeklik edir Bebek ve bullura malik baliqlarin gozune oxsar gozleri muvazinet orqanlari ve beden uzerine sepelenmis hissedici huceyreleri vardir Xususen gozler yaxsi inkisaf etmisdir CoxalmasiAyricinsiyyetlidir Mayalanma daxilidir Bunlarin inkisafinda surfe merhelesi olmur EhemiyyetiKalmarlar baliqciliq senayesine ziyan vursa da faydali heyvan hesab olunur Kalmar eti cox dadli ve kalorili olur Onun eti qaynadilmis qizardilmis ve ya qaxac qurudulmus halda yeyilir Kalmarlar suretle artdigi ucun onlarin denizlerde kutlevi ovlanmalarina resmen icaze verilmisdir Kalmar da baliq kimi tor ve ya tilovla tutulur NumayendeleriBasiayaqli molyuskalara Uzaq Serq kalmarlarindan basqa bir cox basqa kalmarlarda daxildir Neheng kalmarin uzunlugu 18 metre catir Bu kalmar okeanin bir nece kilometr derinliyinde yasayir sekkizayaq kimi basiayaqli molyuskalar da bu sinfin denizlerde yasayan muhum numayendeleridir Azerbaycanin poct markasi Sekkizayaq gece heyat terzi kecirir O gunduzler gorunmez yerlerde gizlenerek geceler ova cixir Sekkizayaq denizlerin dibinde qolcuqlarini yere soykeyib surunerek hereket edir Onun esas qidasini yengecler molyuskalar ve baliqlar teskil edir IstinadlarIntegrated Taxonomic Information System ing 1999 http web2 anl az 81 read page php zoom 0 amp bibid 236887 amp pno 88 Rysca Turqce luget Rusca azerbaycanca luget R Axundov Cild I A O Azernesr Baki 1928 ci il s 156 Hemcinin bax