Canyar oğlu Canmirzəyev
Həyatı
Ağaməmməd Canyar oğlu Canmirzəyev 1939-cu il dekabr ayının 15-də Xızı rayonunun Tudar kəndində kolxozçu ailəsində doğulub. Uşaqlığı Böyük Vətən müharibəsinin ağır illərinə düşüb. Elə buna görə də məktəbə gec gedib. 1948-ci ildə ailələri Bakıya köçdüyündən 10 yaşlı Ağaməmməd şəhər 17 saylı orta məktəbin birinci sinfinə gedib. 1956-cı ildə natamam orta təhsilini tamamlayandan sonra Bakı Neft Texnikumuna daxil olub. Müharibənin başa çatması bu sahənin daha da inkişaf etməsinə təlabat yaratmışdır. Neft daşları kimi nəhəng dəniz şəhərciyi salınırdı. Eyni zamanda orta təhsilini tamamlamaq arzusu ilə axşam fəhlə gənclər məktəbində oxuyan yeniyetmə Ağaməmməd bununla kifayətlənmədi, ali təhsilli mütəxəssis olmaq qərarına gəldi. Çünki müharibədən sonrakı bərpa dövrünə qədəm qoyan respublikada yüksək ixtisaslı kadrlara böyük ehtiyac hiss olunurdu.
1960-cı ildə məktəbi və texnikumu əla qiymətlərlə bitirən Ağaməmməd Canmirzəyev sənədlərini eyni vaxtda iki instituta – M.Əzizbəyov adına Azərbaycan Dövlət Sənaye İnstitutuna (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) və Azərbaycan Politexnik İnstitutuna (indiki Azərbaycan Texniki Universiteti) verdi və imtahanları uğurla başa vurub ali məktəbə qəbul olundu. Seçim qarşısında qalan gənc Ağaməmməd Politexnik İnstitutunda oxumağı qərara aldı. Beş illik tələbəlik dövrü daim axtarışlarda, oxuyub-öyrətməklə, seçdiyi ixtisasın sirlərinə yiyələnməkdə keçdi. O, təkcə əla qiymətlər almaq haqqında düşünmürdü, həm də ixtisasını dərindən öyrənməyə can atırdı. Nəhayət, həyəcanlı anlar gəlib çatdı, Ağaməmməd Canmirzəyev orta məktəbi və texnikumu olduğu kimi, intitutu da fərqlənmə diplomu ilə bitirdi və çoxdan arzuladığı müstəqil həyata qədəm qoydu.
O, artıq zəhmətin qədrini bildi: 1960-cı ildə texnikumu başa vurduqdan sonra “Suraxanıneft” qazma idarəsində işləmişdi, öz işgüzarlığı, qabiliyyəti və bacarığı ilə kollektivin hörmətini qazanmışdı. Sonra maşınqayırma zavodunda tornaçı kimi çalışan Ağaməmməd Canmirzəyev bütün uğurların zəhmətlə bağlı olduğunu dərk etmişdi. Artıq bilirdi ki, qazanılan bilikləri təcrübədə sınaqdan keçirmək, həmişə arayıb-axtarmaq, oxuyub-öyrənmək həyatda nailiyyətlər qazanmağın başlıca şərtlərindəndir. Əmin olmuşdu ki, nəzəriyyəni öyrənmək hələ mütəxəssis olmaq deyil, gərək onu təcrübədə təsdiq edəsən. Həm də öyrəndiklərini inkişaf etdirmək üçün daim yollar axtarasan. Başlıcası o idi ki, müstəqil həyat yolunda ilk addımını atmışdı, bərkə-boşa düşmüşdü, alın təri ilə qazanılan çörəyin qədrini bilirdi.
1965-ci ildə intitutu fərqlənmə diplomu ilə bitirdikdən sonra Bakıda qala, rahat işləyə, vəzifədən-vəzifəyə irəliləyə bilərdi. Amma Ağaməmməd Canmirzəyev asan yol axtarmadı, təyinatla göndərildiyi Qusar rayonunda nəqliyyat vasitələri qarajının müdüri kimi əmək fəaliyyətini davam etdirdi. O, burada işlədiyi beş ay ərzində qabiliyyətli mühəndis-texnik, bacarıqlı təşkilatçı və prespektivli gənc mütəxəssis olduğunu sübut etdi. Yəqin elə buna görə də təyin müddətinin başa çatmasını gözləmədən Ağaməmməd Canmirzəyevi respublikada Avtomobil Nəqliyyatı Trestində mühəndis vəzifəsinə irəli çəkdilər. Bu gənc mütəxəssisdən ötrü yüksək etimad idi və o, göstərilən etimadı doğrultmaq üçün daha da ciddi çalışırdı. Mühəndis işlədiyi bir il ərzində təhsildə öyrəndiklərini sınaqdan keçirmiş, öz üzərində təkmilləşdirmə aparmışdır. Axır ki, avtomubil nəqliyyatının nəzəri problemləri ilə məşğul olmaq qərarına gələn Ağaməmməd Canmirzəyev bitirdiyi ali məktəbə pedaqoq kimi qayıtdı. 1967-ci ildən pedaqoji sahəyə keçən Ağaməmməd Canmirzəyev iki il Azərbaycan Politexnik İnstitutunun Avtomobil Nəqliyyatı kafedrasında assistant kimi çalışdı. Onun nəzəri hazırlığını, axtarışlara meylini nəzərə alan institut rəhbərliyi 1969-cu ildə gənc Ağaməmmədi Moskva şəhərinə - Dövlət Avtomobil Yol İnstitutunun aspiranturasına oxumağa göndərdi. Aspiranturada oxuduğu üç il ərzində o, vaxtını kitabxanalarda keçirdi, ixtisasına dair elmi-nəzəri ədəbiyyat oxuyub-öyrəndi, seçdiyi mövzunu yüksək səviyyədə üzə çıxarmaq üçün qarşıya çıxan çətinliklərdən qorxmadı. Axır ki, təhsil müddətini başa vurdu, elmi işini tamamlayıb institutun müdafiə şurasına təqdim etdi. Onu tanıyanların gözlədiyi kimi zəhməti boşa getmədi. Ağaməmməd Canmirzəyev 1973-cü ilin martında elmi işini uğurla müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsinə layiq görüldü. Doğma instituta pedaqoji fəaliyyətə alnıaçıq, üzüağ qayıdan Ağaməmməd Canmirzəyev yüksək ixtisas hazırlığı, pedaqoji fəaliyyəti və işgüzarlığı sayəsində layiq olduğu mərtəbələrə çatdı. O, avtomobil nəqliyyatı fakültəsində baş müəllim, 1979-cu ildən isə dosent vəzifəsini tutub. Bununla yanaşı 1976-1997-ci illərdə fakültənin dekan müavini kimi təşkilatçılıq qabiliyyətini sübut edib. Əlbəttə, iyirmi ildən artıq bir müddət ərzində bu vəzifədə çalışması onun müsbət keyfiyyətlərinin nəticəsi idi.
Dərslikləri və monoqrafiyaları
Ağaməmməd Canmirzəyev qələmindən çıxan üç dərslik respublikada ilk təcrübə kimi qiymətləndirilir. “Avtomobillərin texniki istismarı” dərsliyi 1996-1998-ci illərdə iki dəfə çapdan çıxmışdır və avtomobil nəqliyyatı sahəsində çalışanlar üçün qiymətli mənbə hesab olunur. Bundan başqa dosent Ağaməmməd Canmirzəyev 6 dərs vəsaiti, 2 monoqrafiyanın müəllifidir. Onun “Avtomobillərin diaqnostikası və servis xidmətlərinin lahiyələndirilməsi” (1990) dərs vəsaiti “Avtomobillərin texniki istismarının təkmilləşdirilməsi” (1998) monoqrafiyaları təkcə tələbələr yox, eyni zamanda mütəxəsislər arasında da yüksək qiymətləndirilir. Ağaməmməd Canmirzəyev bununla yanaşı, avtomobil texnikasının müxtəlif problemlərinə həsr olunmuş “Avtomatik yağlamada avtomobilin şossesində olan sürüşmə sürtünməsi yağın axma prosesinin tədqiqi”, “Avtomatik yağlamada sistemlərinin yük avtomobillərində və avtobuslarda istifadəsinin səmərəliliyi”, “Bakı şəhərində qaz balonlu avtomobillərin istifadəsinin problemləri”, “Müasir şəraitdə avtomobil nəqliyyatı üzrə mütəxəsislərin hazırlanması haqqında”, “Qaz balonlu avtomobillərin tətbiqinin texniki-iqtisadi səmərəliliyi”, “Respublikada avtomobil nəqliyyatında sıxılmış təbii qazın istifadə edilməsi haqqında” elmi-texniki məqalələrini yazmışdır. O, ətraf mühitin təmiz saxlanması problemlərinə dair elmi, publisistik yazılarla respublika qəzetlərində tez-tez çıxış edirdi.
Ağaməmməd Canmirzəyev 2018-ci ilin mart ayının 30-da vəfat etmişdir.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Canyar oglu CanmirzeyevHeyati Agamemmed Canyar oglu Canmirzeyev 1939 cu il dekabr ayinin 15 de Xizi rayonunun Tudar kendinde kolxozcu ailesinde dogulub Usaqligi Boyuk Veten muharibesinin agir illerine dusub Ele buna gore de mektebe gec gedib 1948 ci ilde aileleri Bakiya kocduyunden 10 yasli Agamemmed seher 17 sayli orta mektebin birinci sinfine gedib 1956 ci ilde natamam orta tehsilini tamamlayandan sonra Baki Neft Texnikumuna daxil olub Muharibenin basa catmasi bu sahenin daha da inkisaf etmesine telabat yaratmisdir Neft daslari kimi neheng deniz seherciyi salinirdi Eyni zamanda orta tehsilini tamamlamaq arzusu ile axsam fehle gencler mektebinde oxuyan yeniyetme Agamemmed bununla kifayetlenmedi ali tehsilli mutexessis olmaq qerarina geldi Cunki muharibeden sonraki berpa dovrune qedem qoyan respublikada yuksek ixtisasli kadrlara boyuk ehtiyac hiss olunurdu 1960 ci ilde mektebi ve texnikumu ela qiymetlerle bitiren Agamemmed Canmirzeyev senedlerini eyni vaxtda iki instituta M Ezizbeyov adina Azerbaycan Dovlet Senaye Institutuna indiki Azerbaycan Dovlet Neft ve Senaye Universiteti ve Azerbaycan Politexnik Institutuna indiki Azerbaycan Texniki Universiteti verdi ve imtahanlari ugurla basa vurub ali mektebe qebul olundu Secim qarsisinda qalan genc Agamemmed Politexnik Institutunda oxumagi qerara aldi Bes illik telebelik dovru daim axtarislarda oxuyub oyretmekle secdiyi ixtisasin sirlerine yiyelenmekde kecdi O tekce ela qiymetler almaq haqqinda dusunmurdu hem de ixtisasini derinden oyrenmeye can atirdi Nehayet heyecanli anlar gelib catdi Agamemmed Canmirzeyev orta mektebi ve texnikumu oldugu kimi intitutu da ferqlenme diplomu ile bitirdi ve coxdan arzuladigi musteqil heyata qedem qoydu O artiq zehmetin qedrini bildi 1960 ci ilde texnikumu basa vurduqdan sonra Suraxanineft qazma idaresinde islemisdi oz isguzarligi qabiliyyeti ve bacarigi ile kollektivin hormetini qazanmisdi Sonra masinqayirma zavodunda tornaci kimi calisan Agamemmed Canmirzeyev butun ugurlarin zehmetle bagli oldugunu derk etmisdi Artiq bilirdi ki qazanilan bilikleri tecrubede sinaqdan kecirmek hemise arayib axtarmaq oxuyub oyrenmek heyatda nailiyyetler qazanmagin baslica sertlerindendir Emin olmusdu ki nezeriyyeni oyrenmek hele mutexessis olmaq deyil gerek onu tecrubede tesdiq edesen Hem de oyrendiklerini inkisaf etdirmek ucun daim yollar axtarasan Baslicasi o idi ki musteqil heyat yolunda ilk addimini atmisdi berke bosa dusmusdu alin teri ile qazanilan coreyin qedrini bilirdi 1965 ci ilde intitutu ferqlenme diplomu ile bitirdikden sonra Bakida qala rahat isleye vezifeden vezifeye irelileye bilerdi Amma Agamemmed Canmirzeyev asan yol axtarmadi teyinatla gonderildiyi Qusar rayonunda neqliyyat vasiteleri qarajinin muduri kimi emek fealiyyetini davam etdirdi O burada islediyi bes ay erzinde qabiliyyetli muhendis texnik bacariqli teskilatci ve prespektivli genc mutexessis oldugunu subut etdi Yeqin ele buna gore de teyin muddetinin basa catmasini gozlemeden Agamemmed Canmirzeyevi respublikada Avtomobil Neqliyyati Trestinde muhendis vezifesine ireli cekdiler Bu genc mutexessisden otru yuksek etimad idi ve o gosterilen etimadi dogrultmaq ucun daha da ciddi calisirdi Muhendis islediyi bir il erzinde tehsilde oyrendiklerini sinaqdan kecirmis oz uzerinde tekmillesdirme aparmisdir Axir ki avtomubil neqliyyatinin nezeri problemleri ile mesgul olmaq qerarina gelen Agamemmed Canmirzeyev bitirdiyi ali mektebe pedaqoq kimi qayitdi 1967 ci ilden pedaqoji saheye kecen Agamemmed Canmirzeyev iki il Azerbaycan Politexnik Institutunun Avtomobil Neqliyyati kafedrasinda assistant kimi calisdi Onun nezeri hazirligini axtarislara meylini nezere alan institut rehberliyi 1969 cu ilde genc Agamemmedi Moskva seherine Dovlet Avtomobil Yol Institutunun aspiranturasina oxumaga gonderdi Aspiranturada oxudugu uc il erzinde o vaxtini kitabxanalarda kecirdi ixtisasina dair elmi nezeri edebiyyat oxuyub oyrendi secdiyi movzunu yuksek seviyyede uze cixarmaq ucun qarsiya cixan cetinliklerden qorxmadi Axir ki tehsil muddetini basa vurdu elmi isini tamamlayib institutun mudafie surasina teqdim etdi Onu taniyanlarin gozlediyi kimi zehmeti bosa getmedi Agamemmed Canmirzeyev 1973 cu ilin martinda elmi isini ugurla mudafie ederek texnika elmleri namizedi alimlik derecesine layiq goruldu Dogma instituta pedaqoji fealiyyete alniaciq uzuag qayidan Agamemmed Canmirzeyev yuksek ixtisas hazirligi pedaqoji fealiyyeti ve isguzarligi sayesinde layiq oldugu mertebelere catdi O avtomobil neqliyyati fakultesinde bas muellim 1979 cu ilden ise dosent vezifesini tutub Bununla yanasi 1976 1997 ci illerde fakultenin dekan muavini kimi teskilatciliq qabiliyyetini subut edib Elbette iyirmi ilden artiq bir muddet erzinde bu vezifede calismasi onun musbet keyfiyyetlerinin neticesi idi Derslikleri ve monoqrafiyalari Agamemmed Canmirzeyev qeleminden cixan uc derslik respublikada ilk tecrube kimi qiymetlendirilir Avtomobillerin texniki istismari dersliyi 1996 1998 ci illerde iki defe capdan cixmisdir ve avtomobil neqliyyati sahesinde calisanlar ucun qiymetli menbe hesab olunur Bundan basqa dosent Agamemmed Canmirzeyev 6 ders vesaiti 2 monoqrafiyanin muellifidir Onun Avtomobillerin diaqnostikasi ve servis xidmetlerinin lahiyelendirilmesi 1990 ders vesaiti Avtomobillerin texniki istismarinin tekmillesdirilmesi 1998 monoqrafiyalari tekce telebeler yox eyni zamanda mutexesisler arasinda da yuksek qiymetlendirilir Agamemmed Canmirzeyev bununla yanasi avtomobil texnikasinin muxtelif problemlerine hesr olunmus Avtomatik yaglamada avtomobilin sossesinde olan surusme surtunmesi yagin axma prosesinin tedqiqi Avtomatik yaglamada sistemlerinin yuk avtomobillerinde ve avtobuslarda istifadesinin semereliliyi Baki seherinde qaz balonlu avtomobillerin istifadesinin problemleri Muasir seraitde avtomobil neqliyyati uzre mutexesislerin hazirlanmasi haqqinda Qaz balonlu avtomobillerin tetbiqinin texniki iqtisadi semereliliyi Respublikada avtomobil neqliyyatinda sixilmis tebii qazin istifade edilmesi haqqinda elmi texniki meqalelerini yazmisdir O etraf muhitin temiz saxlanmasi problemlerine dair elmi publisistik yazilarla respublika qezetlerinde tez tez cixis edirdi Agamemmed Canmirzeyev 2018 ci ilin mart ayinin 30 da vefat etmisdir Elm xadimi ile elaqedar bu meqale qaralama halindadir Meqaleni redakte ederek Vikipediyani zenginlesdirin