Yeni İqbal — 1915—1917-ci illərdə Bakıda çap olunmuş gündəlik ictimai, iqtisadi və siyasi qəzet.
Yeni İqbal | |
---|---|
Nəşriyyat | Orucov Qardaşları Mətbəə Nəşriyyatı |
Baş redaktor | Məhəmməd Əmin Rəsulzadə (28.04.1915-11.10.1915); Üzeyir bəy Hacıbəyov (11.10.1915 - 19.02.1916); Zaman bəy Abdullabəyov (1916-1917); Oruc Orucov (1917-ci ildə) |
Yaranma tarixi | 28 aprel 1915 ) |
Dil | Azərbaycan dili |
Nəşrini dayandırıb | 1917-ci ildə, 31 iyul |
Baş ofis | Bakı |
Tiraj | 662 |
Haqqında
“Yeni iqbal” 1915-ci il aprelin 27-də nəşri dayandırılan “İqbal” qəzetinin davamı kimi fəaliyyətə başlamışdı. “Yeni iqbal” gündəlik “türk qəzeti” idi və sistemli olaraq millətçilik, türkçülük ideyalarını təbliğ edirdi.
Gündəlik “ictimai, iqtisadi, siyasi türk qəzetəsi” olan “Yeni iqbal” şənbə günü istisna olmaqla həftənin bütün günləri çıxırdı. Bəzən bu müntəzəmlik pozulur, qəzet 2 gündənbir, bəzən də 3 gündənbir nəşr olunurdu. Bu hal bayram günlərində daha çox nəzərə çarpırdı. Bundan əlavə 1915-ci ilin noyabr-dekabr aylarında Orucov qardaşlarının mətbəəsində tətil baş verdiyi üçün qəzet 10 gün nəşr olunmamışdı.
“Yeni iqbal” əsasən 4 səhifədən ibarət idi və A2 formatında çıxırdı. Lakin bunlar da sabit deyildi. Bəzən səhifələrin sayı azalır, 2 olur, bəzən də artır, 6 olurdu. Eləcə də tez-tez formatda da dəyişiklik gözə çarpırdı. Qəzet arabir A3, bəzi vaxtlarda isə A4 formatında çıxırdı. Bunlar da əsasən maddi çətinliklərdən irəli gəlirdi.
Bakıda Orucov qardaşlarının mətbəəsində Azərbaycan türkcəsində nəşr olunan “Yeni iqbal”ın ilk nömrəsi 1915-ci il aprelin 28-də işıq üzü görüb. Qəzetin ilk redaktoru azadlıq mücahidi, milli istiqlal fədaisi Məhəmməd Əmin Rəsulzadə olmuşdur. Onun redaktəsi ilə qəzetin 19 sayı çapdan çıxıb. Rəsulzadə redaktorluğu dövründə Qars və Ərdahan qaçqınlarına yardım məqsədilə Bakıda və Azərbaycanın digər bölgələrində keçirilən tədbirlərin fəal iştirakçısı olmuş, xalqı da bu tədbirlərdə yaxından iştirak etməyə səsləmişdir. Təsadüfi deyil ki, onun bu istiqamətdə ardıcıl fəaliyyəti və kəskin siyasi ruhlu yazıları çar xəfiyyə orqanlarının diqqətindən yayınmamış, o, 1915-ci ilin ortalarında tutularaq ay yarım həbsdə saxlanılmışdır. Bu barədə qəzetin 24 may 1915-ci il tarixli 23-cü nömrəsində belə bir məlumata rast gəlirik:
Sər mühərririmiz Məhəmməd Əmin Rəsulzadə əfəndi mayın 19-da Bakı qradonaçalniki cənablarının əmrilə qradonaçalnik dəftərxanasında tovqif edilib həbsxanaya göndərilmişdir. |
Buna bənzər digər informasiyaya “Bəsirət” qəzetinin 11 iyul 1915-ci il tarixli 53-cü nömrəsində rast gəlirik:
Təqribən bir ay yarım bundan əvvəl tovqif edilmiş olan “Yeni iqbal” qəzetinin sər mühərriri Məhəmməd Əmin Rəsulzadə cənabları tovqif edilmişdi. Neçə gün əqdəm mumiəleyh həbsdən azad edilmişdir. Hələlik mühərrir əfəndi bağda vəqt keçirir. Təkrar Bakı mətbuatında işləyib-işləməyəcəyi məlum degildir. |
Həbsdən çıxdıqdan sonra Rəsulzadə Üzeyir Hacıbəylinin redaktorluq fəaliyyətinədək qəzetə ümumi rəhbərlik etmişdir. “Yeni iqbal”ın ilk naşiri isə Əbdürrəhman Məşədi Dadaş oğlu idi. Qəzetin 137 nömrəsi onun rəhbərliyi ilə nəşr edilmişdi. Üzeyir bəy Hacıbəyov 1915-ci il sentyabrın 18-dən qəzetin redaktoru, oktyabr ayının 11-dən 1916-cı il 9 fevraladək onun sahibi və baş redaktoru olmuşdur. Qəzetin 1915-ci ildə 76 (№ 120-196), 1916-cı ildə isə 33 (№ 197-229) sayı bilavasitə Üzeyir bəy Hacıbəyovun rəhbərliyi ilə nəşr olunmuşdur. Üzeyir bəy Hacıbəyov «Yeni iqbal»da çalışdığı dövrdə onunla müxalifətdə olanlara, «opera dramın evini yıxdı» deyənlərə qarşı «Tərəqqi və tədənni», «Yazıq ermənilər», «İş görək»„ «Küyçülük», «Biz qızışırıq», «Səsküy, qalmaqal» və s. başlıqlı publisist yazıları ilə kəskin mübarizə aparmış, «Dayaq» felyetonunda Bakı dumasının bivec qlasnılarını tənqid atəşinə tutmuşdur.
1916-cı il fevralın 9-dan (229-cu nömrədən) Zaman bəy Abdullabəyov “Yeni iqbal”a rəhbərlik etməyə başlayır. O, uzun müddət burada işləyir. Redaktor kimi 1917-ci ilin əvvəllərinə, naşir kimi isə həmin ilin may ayının 10-a kimi (577-ci nömrəyədək) fəaliyyət göstərir. Zaman bəyin rəhbərliyi ilə qəzetin ümumilikdə 348 nömrəsi çap olunmuşdur. “Yeni iqbal” qəzeti 577-ci nömrədən - sonuncu 662-ci nömrəyədək Orucov qardaşlarının idarəçiliyi altında nəşr olunmuşdur. Oruc Orucov qəzetin redaktoru, Qənbər və Abuzər Orucovlar isə naşiri olmuşlar. Orucov qardaşları həm də qəzetin sonuncu redaktor və naşirləri idilər. Belə ki, 662-ci nömrə (1917-ci il 31 iyul) çıxdıqdan sonra “Açıq söz” qəzetilə birləşən “Yeni iqbal” fəaliyyətini dayandırdı. Bunun da bir neçə səbəbi vardı. Əgər birinci səbəb maddi çətinlik idisə, ikinci və əsas səbəb hər iki qəzetin eyni əqidəyə, eyni məsləkə qulluq etmələri idi.
Xarici keçidlər
- «Yeni iqbal»
- Xalidoğlu (Mirzəyev) S. Məhəmməd Əmin Rəsulzadə "Yeni İqbal" qəzetinin əsas redaktorlarından biri kimi.//Bakı Universitetinin xəbərləri. Humanitar elmlər seriyası. 2013, №1, s. 159-166
Həmçinin bax
İstinadlar
- "Xalidoğlu (Mirzəyev) S. Məhəmməd Əmin Rəsulzadə "Yeni İqbal" qəzetinin əsas redaktorlarından biri kimi.//Bakı Universitetinin xəbərləri. Humanitar elmlər seriyası. 2013, №1, s. 159-166" (PDF). 2022-07-05 tarixində (PDF). İstifadə tarixi: 2018-01-08.
- "«Yeni iqbal»". 2020-01-27 tarixində . İstifadə tarixi: 2010-03-05.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Yeni Iqbal 1915 1917 ci illerde Bakida cap olunmus gundelik ictimai iqtisadi ve siyasi qezet Yeni IqbalNesriyyat Orucov Qardaslari Metbee NesriyyatiBas redaktor Mehemmed Emin Resulzade 28 04 1915 11 10 1915 Uzeyir bey Hacibeyov 11 10 1915 19 02 1916 Zaman bey Abdullabeyov 1916 1917 Oruc Orucov 1917 ci ilde Yaranma tarixi 28 aprel 1915 109 il evvel 1915 04 28 Dil Azerbaycan diliNesrini dayandirib 1917 ci ilde 31 iyulBas ofis BakiTiraj 662Haqqinda Yeni iqbal 1915 ci il aprelin 27 de nesri dayandirilan Iqbal qezetinin davami kimi fealiyyete baslamisdi Yeni iqbal gundelik turk qezeti idi ve sistemli olaraq milletcilik turkculuk ideyalarini teblig edirdi Gundelik ictimai iqtisadi siyasi turk qezetesi olan Yeni iqbal senbe gunu istisna olmaqla heftenin butun gunleri cixirdi Bezen bu muntezemlik pozulur qezet 2 gundenbir bezen de 3 gundenbir nesr olunurdu Bu hal bayram gunlerinde daha cox nezere carpirdi Bundan elave 1915 ci ilin noyabr dekabr aylarinda Orucov qardaslarinin metbeesinde tetil bas verdiyi ucun qezet 10 gun nesr olunmamisdi Yeni iqbal esasen 4 sehifeden ibaret idi ve A2 formatinda cixirdi Lakin bunlar da sabit deyildi Bezen sehifelerin sayi azalir 2 olur bezen de artir 6 olurdu Elece de tez tez formatda da deyisiklik goze carpirdi Qezet arabir A3 bezi vaxtlarda ise A4 formatinda cixirdi Bunlar da esasen maddi cetinliklerden ireli gelirdi Bakida Orucov qardaslarinin metbeesinde Azerbaycan turkcesinde nesr olunan Yeni iqbal in ilk nomresi 1915 ci il aprelin 28 de isiq uzu gorub Qezetin ilk redaktoru azadliq mucahidi milli istiqlal fedaisi Mehemmed Emin Resulzade olmusdur Onun redaktesi ile qezetin 19 sayi capdan cixib Resulzade redaktorlugu dovrunde Qars ve Erdahan qacqinlarina yardim meqsedile Bakida ve Azerbaycanin diger bolgelerinde kecirilen tedbirlerin feal istirakcisi olmus xalqi da bu tedbirlerde yaxindan istirak etmeye seslemisdir Tesadufi deyil ki onun bu istiqametde ardicil fealiyyeti ve keskin siyasi ruhlu yazilari car xefiyye orqanlarinin diqqetinden yayinmamis o 1915 ci ilin ortalarinda tutularaq ay yarim hebsde saxlanilmisdir Bu barede qezetin 24 may 1915 ci il tarixli 23 cu nomresinde bele bir melumata rast gelirik Ser muherririmiz Mehemmed Emin Resulzade efendi mayin 19 da Baki qradonacalniki cenablarinin emrile qradonacalnik defterxanasinda tovqif edilib hebsxanaya gonderilmisdir Buna benzer diger informasiyaya Besiret qezetinin 11 iyul 1915 ci il tarixli 53 cu nomresinde rast gelirik Teqriben bir ay yarim bundan evvel tovqif edilmis olan Yeni iqbal qezetinin ser muherriri Mehemmed Emin Resulzade cenablari tovqif edilmisdi Nece gun eqdem mumieleyh hebsden azad edilmisdir Helelik muherrir efendi bagda veqt kecirir Tekrar Baki metbuatinda isleyib islemeyeceyi melum degildir Hebsden cixdiqdan sonra Resulzade Uzeyir Hacibeylinin redaktorluq fealiyyetinedek qezete umumi rehberlik etmisdir Yeni iqbal in ilk nasiri ise Ebdurrehman Mesedi Dadas oglu idi Qezetin 137 nomresi onun rehberliyi ile nesr edilmisdi Uzeyir bey Hacibeyov 1915 ci il sentyabrin 18 den qezetin redaktoru oktyabr ayinin 11 den 1916 ci il 9 fevraladek onun sahibi ve bas redaktoru olmusdur Qezetin 1915 ci ilde 76 120 196 1916 ci ilde ise 33 197 229 sayi bilavasite Uzeyir bey Hacibeyovun rehberliyi ile nesr olunmusdur Uzeyir bey Hacibeyov Yeni iqbal da calisdigi dovrde onunla muxalifetde olanlara opera dramin evini yixdi deyenlere qarsi Tereqqi ve tedenni Yaziq ermeniler Is gorek Kuyculuk Biz qizisiriq Seskuy qalmaqal ve s basliqli publisist yazilari ile keskin mubarize aparmis Dayaq felyetonunda Baki dumasinin bivec qlasnilarini tenqid atesine tutmusdur 1916 ci il fevralin 9 dan 229 cu nomreden Zaman bey Abdullabeyov Yeni iqbal a rehberlik etmeye baslayir O uzun muddet burada isleyir Redaktor kimi 1917 ci ilin evvellerine nasir kimi ise hemin ilin may ayinin 10 a kimi 577 ci nomreyedek fealiyyet gosterir Zaman beyin rehberliyi ile qezetin umumilikde 348 nomresi cap olunmusdur Yeni iqbal qezeti 577 ci nomreden sonuncu 662 ci nomreyedek Orucov qardaslarinin idareciliyi altinda nesr olunmusdur Oruc Orucov qezetin redaktoru Qenber ve Abuzer Orucovlar ise nasiri olmuslar Orucov qardaslari hem de qezetin sonuncu redaktor ve nasirleri idiler Bele ki 662 ci nomre 1917 ci il 31 iyul cixdiqdan sonra Aciq soz qezetile birlesen Yeni iqbal fealiyyetini dayandirdi Bunun da bir nece sebebi vardi Eger birinci sebeb maddi cetinlik idise ikinci ve esas sebeb her iki qezetin eyni eqideye eyni mesleke qulluq etmeleri idi Xarici kecidler Yeni iqbal Xalidoglu Mirzeyev S Mehemmed Emin Resulzade Yeni Iqbal qezetinin esas redaktorlarindan biri kimi Baki Universitetinin xeberleri Humanitar elmler seriyasi 2013 1 s 159 166Hemcinin baxUzeyir Hacibeyov Mehemmed Emin Resulzade Oruc Orucov Azerbaycan qezetlerinin siyahisiIstinadlar Xalidoglu Mirzeyev S Mehemmed Emin Resulzade Yeni Iqbal qezetinin esas redaktorlarindan biri kimi Baki Universitetinin xeberleri Humanitar elmler seriyasi 2013 1 s 159 166 PDF 2022 07 05 tarixinde PDF Istifade tarixi 2018 01 08 Yeni iqbal 2020 01 27 tarixinde Istifade tarixi 2010 03 05