Hipofiz və ya beyin artımı (lat. hypophizus s. glandula pituitaria) — lobya böyüklükdə girdə ya oval formada tək üzvdür. Əsas sümüyün türk yəhəri çuxurunda (lat. fossa hypophyseos) yerləşmişdir və nazik qıf – lat. infundibulum vasitəsilə beyinin aşağı səthində olan boz qabar – lat. tuber cinereum ilə rabitədədir. Sağital ölçüsü 5–10 mm, kındələn öılçüsü 12–15 mm, şaquli ölçüsü 6–7 mm və çəkisi 0,35–0,65 q-dır. Hipofizin çəkisi orqanizmin böyümə dövrü ərzində xeyli dəyişir; yenidoğulmuşda çəkisi 0,1–0,15 qolur, 10 yaşında iki dəfə artır, 0,3 q-a çatır və həddi-büluğ dövründə sürətlə inkişaf edərək böyüklərdə olan ölçüyə çatır.
Daxili sekresiya vəziləri | |
---|---|
| |
Qrey | subyekt 275 1275 |
Sistem | Endokrin |
Üzv | Daxili sekresiya vəziləri |
Arteriya | , , , , , |
Vena | Venoz qan mağaralı və mağaraarası ciblərə və böyük beyinin böyük venasına toplanır. |
Sinir | Daxili yuxu kələfindən gələn sekretor və vazomotor sinir lifləri. |
Limfa | Hörümçək torunabənzər qişaaltı boşluğa axır. |
Embrional | sinir və ağız ektoderması; ing. Rathke's pouch |
MeSH | Pituitary+Gland |
Dorlands/Elsevier | Pituitary gland |
Vikianbarda əlaqəli mediafayllar |
Quruluşu
Hipofiz kiçik yarıq vasitəsilə bir -birindən ayrılmış iki paydan ibarətdir; ön pay ya da adenohipofiz (vəzili hipofiz) lat. lobusanterior s. adenohipophysis və dal, sinir payı lat. lobulus posterior s. neurhypophysis. Bunlar rənglərilə bir-birindən fərqlənir – ön pay damarlar ilə zəngin olduğu üçün qırmızımtraq rəngdə, dal pay isə boz-sarı rəngdə olur. Ön payın yuxarı hissəsi – qıf hissə – lat. pars infundipularis və dal paya keçən hissə – ara hissə – lat. pars intermedia adlanır. Paris nomenklaturasına görə ön payda digər iki hissə də ayırd edilir: distal hissə – lat. pars distalis və udlaq hissə – lat. pars pharyngea. Hipofiz xaricdən lifli qişa – kapsul ilə əhatə olunmuşdur; bu qişa beyinin sərt qişasının türk yəhəri çuxuruna doğru ardını təşkil edir və eyni zamanda hipofizi (türk yəhəri çuxurunu) üstən əhatə edir; sərt qişanın bu hissəsinə türk yəhəri diafraqması – lat. diaphraqma sellae deyilir; bunun ortasında qıfa məxsus dəlik vardır.
Ön payı
Hipofizin ön payı nazik birləşdirici toxumadan təşkil olunmuş, qan və limfa damarları ilə zəngin tordan ibarətdir. Bu toru təşkil edən atmalar arasında vəzi hüceyrələri qrupları yerləşmişdir; burada olan hüceyrələr iki növdür: 1) xrom ilə boyanmayan dənəsiz baş hüceyrələr və 2) xrom ilə boyanan böyük dənəli xromafin hüceyrələr.
Arxa pay
Arxa pay neyroqliyadan təşkil olunmuşdur; burada sinir lifləri və böyük çıxıntılı hüceyrələr yerləşmişdir; bu hüceyrələrin tərkibində yaşıl-sarı piqment vardır.
Ara hissə
Ara hissə tam inkişaf etmiş dövrdə bir sıra bazofil və çoxçıxıntılı hüceyrələrdən ibarətdir; bunun daxilində kolloid maddə ilə dolu kiçik boşluqlar vardır; bundan əlavə buraya dal paydan qliya elementləri daxil olub, ön paya belə keçir. Böyüklərdə ara hissə reduksiyaetmiş rudiment halda olur. Ara hissə ilə dal payın hormonları beynin üçüncü mədəciyinə keçir və beyin-onurğa beyni mayesinə qarışır.
İnkişafı
Hipofiz iki mənbədən inkişaf edir, odur ki böyrəküstü vəzilər kimi heterogen üzvlərdən hesab olunur. Bunun ön payı udlaq zarının önündə ilk ağız boşluğunun arxa divarından ektodermal epiteldən kisəcik şəklində inkişaf edir. Bu maya Pamke cibi adıyla yavaş-yavaş beynin üçüncü mədəciyinin dibinə doğru inkişaf edir, belə ki hamiləliyin dörd həftəliyində dal payın mayasına çataraq onun ön səthinə bitişir. Ön payın mayası ilk dövrdə meydana çıxdığı mənbə – ektoderma ilə epitel zolaq – axacaq – lat. ductus craniopharyngens vasitəsilə rabitədə olur; sonradan bu axacaq reduksiya edir, belə ki, kisəciyəbənzər maya ektodermadan tamamilə ayrılır. Bu kisəciyin divarlarını təşkil edən epitel törəyib artmağa davam edir, belə ki, kisəcik daxilindəki mənfəzi tamamilə doldurur; hamiləliyin üç aylığında bu boşluq tamamilə itir, beləliklə hipofizin ön payı hasil olur.
Hipofizin dal payı görmə qabaraltı nahiyədə qıfabənzər çıxıntı şəklində üçüncü mədəciyin dibindən (ara beyindən) inkişaf edir. dal payın mayası inkişaf etdikcə ventral tərəfə doğru yerini dəyişir və nəhayət ön payın mayası ilə birləşir. İlk dəfə dal pay mayasının daxilində də mənfəz olur, sonradan isə bu mənfəz tutulur, ancaq hipofiz bütün həyat boyu qıf – lat. infundibulum vasitəsilə beynin aşağı səthi ilə (boz qabar ilə) rabitədə qalır.
Anomaliyaları
Hipofizin anomaliyalarından əlavə hipofizi – lat. hypophysis accessoria göstərmək olar. Bu növ əlavə artımlar türk yəhəri çuxuru dibində – lat. canalis craniopharyngeus daxilində, ya əsas sümüyü cisminin aşağı səthində və udlağın selikli qişasında təsadüf olunur; son halda udlaq hipofizi – lat. hypophysis pharyngea adlanır.
Vaskulyarizasiyası və innervasiyası
Hipofiz, xüsusən onun ön payı damar ilə zəngindir. Ön və dal pay beynin arterial dairəsindən və daxili yuxu arteriyasından çıxan, beyin qişaları arteriyalarından gələn şaxələr ilə qidalanır; ön və dal paylara daxil olan damarlar ara hissə sahəsində anastomozlaşır. Hipofizdən venoz qan mağaralı və mağaraarası ciblərə və böyük beynin böyük venasına toplanır. Hipofiz bir çox perivaskulyar (damarətrafı) və hüceyrəarası sahələrə malikdir. Bu sahələrə toplanan limfa hörümçək torunabənzər qişaaltı (subaraxnoidal) boşluğa axır.
Hipofizin ön payı sekretor və vazomotor sinir liflərini simpatik daxili yuxu kələfindən alır. dal paya sinir lifləri görmə çarpazı üstündə olan və görmə qabaraltı nahiyədəki nüvələrdən gəlir. Hipofizi simpatik liflər ilə beyin yumuşaq qişası kələfləri də təchiz edir.
Vəzifəsi
Hipofiz müxtəlif vəzifə ifa edir. Ön payı vücudun inkişafına, boyatma prosesinə təsir edən somatotrop hormon ifraz edir. Bundan əlavə ön pay qonadotrop adlanan hormon ifraz edir; bu hormon cinsiyyət üzvlərinin diferensasiyasını stimulə edir; qadınlarda bu hormon prolan adı ilə yumurtalıqlarda follikulların və sarı cismin inkişafını stimulə edir. Bundan başqa ön pay qalxanabənzər vəziyə məxsus tireotrop hormon, böyrəküstü vəzilərin qabıq maddəsinə məxsus adrenokortikotrop hormon, pankreasa məxsus pankreatrop hormon, süd vəzilərinə məxsus mammatrop hormon və s. ifraz edir.
Dal payın ifraz etdiyi hormonlar – pituitrin ya hipofizin su mübadiləsini tənzim edir və adrenalin kimi simpatik sinir sistemi vasitəsilə saya əzələləri, xüsusilə uşaqlıq və sidiklik əzələlərini qıcıqlandırır (oksitosin), eyni zamanda damarları daraldır, beləliklə, qan təzyiqini artırır (vazopressin), böyrəklərin borucuqlarında suyun rezorbsiyasını (geriyə sorulmasını) tənzim edir (antidiuretik hormon).
Hipofizin dal payı bir də neyrosekresiya deyilən prosesdə iştirak edir. Görmə qabaraltı (lat. hypothalamus) neyronların ifraz etdikləri xüsusi neyrosekretor kimyəvi maddələr (xemomediatorlar) onların aksonları üzrə qıf vasitəsilə neyrohipofizə çatır və buradan vazonevral sinaps vasitəsilə damarlara (qana) keçir.
Hipofizin ayrı-ayrı paylarının vəzifəsi pozularkən orqanizmdə bu və ya başqa patoloji əlamətlər meydana çıxır. Ön payın hipofunksiyasından (az miqdarda hormon ifraz etdikdə) orqanizm boyatmadan qalır – cırtdan boyluluq (lat. nanismus), ətrafın zəif inkişaf etməsi (lat. micromelia) və deyilən hal meydana çıxır. Həmin payın hiperfunksiyasında (artıq miqdarda hormon ifraz etdikdə) boyatma prosesi pozulur; əgər bu hadisə boyatma dövründə olarsa, o zaman divlik (giqantizm), yetişmiş dövrdə olarsa akromeqaliya deyilən hal meydana çıxır (bu zaman üz skleti, burun və dodaqlar, ətrafların distal hissələri, yəni əl və ayaqlar nəhayət dərəcədə böyüyür).
Dal payın hipofunksiyasında uşaqlarda ifrat piylənmə, ara hissəsinin hipofunksiyasında – şəkərsiz diabet (lat. diabetes incipidus) meydana çıxır.
Mənbələr
- Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, III cild, səh. 273–274, "MAARİF" Nəşriyyatı, Bakı – 1982
- Atlas of Human Cardiac Anatomy – Endoscopic views of beating hearts – Cardiac anatomy
- Р. Д. Синельников. Атлас анатомии человека (4 тома)
- Anatomy: Embryologie [ölü keçid]
İstinadlar
- Gibo H, Hokama M, Kyoshima K, Kobayashi S. "[Arteries to the pituitary]". Nippon Rinsho. 51 (10). 1993: 2550–4. PMID 8254920.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Hipofiz ve ya beyin artimi lat hypophizus s glandula pituitaria lobya boyuklukde girde ya oval formada tek uzvdur Esas sumuyun turk yeheri cuxurunda lat fossa hypophyseos yerlesmisdir ve nazik qif lat infundibulum vasitesile beyinin asagi sethinde olan boz qabar lat tuber cinereum ile rabitededir Sagital olcusu 5 10 mm kindelen oilcusu 12 15 mm saquli olcusu 6 7 mm ve cekisi 0 35 0 65 q dir Hipofizin cekisi orqanizmin boyume dovru erzinde xeyli deyisir yenidogulmusda cekisi 0 1 0 15 qolur 10 yasinda iki defe artir 0 3 q a catir ve heddi bulug dovrunde suretle inkisaf ederek boyuklerde olan olcuye catir Daxili sekresiya vezileriEpifiz ve hipofiz vezinin beyindeki yeriQrey subyekt 275 1275Sistem EndokrinUzv Daxili sekresiya vezileriArteriya Vena Venoz qan magarali ve magaraarasi ciblere ve boyuk beyinin boyuk venasina toplanir Sinir Daxili yuxu kelefinden gelen sekretor ve vazomotor sinir lifleri Limfa Horumcek torunabenzer qisaalti bosluga axir Embrional sinir ve agiz ektodermasi ing Rathke s pouchMeSH Pituitary GlandDorlands Elsevier Pituitary gland Vikianbarda elaqeli mediafayllarQurulusuHipofiz kicik yariq vasitesile bir birinden ayrilmis iki paydan ibaretdir on pay ya da adenohipofiz vezili hipofiz lat lobusanterior s adenohipophysis ve dal sinir payi lat lobulus posterior s neurhypophysis Bunlar renglerile bir birinden ferqlenir on pay damarlar ile zengin oldugu ucun qirmizimtraq rengde dal pay ise boz sari rengde olur On payin yuxari hissesi qif hisse lat pars infundipularis ve dal paya kecen hisse ara hisse lat pars intermedia adlanir Paris nomenklaturasina gore on payda diger iki hisse de ayird edilir distal hisse lat pars distalis ve udlaq hisse lat pars pharyngea Hipofiz xaricden lifli qisa kapsul ile ehate olunmusdur bu qisa beyinin sert qisasinin turk yeheri cuxuruna dogru ardini teskil edir ve eyni zamanda hipofizi turk yeheri cuxurunu usten ehate edir sert qisanin bu hissesine turk yeheri diafraqmasi lat diaphraqma sellae deyilir bunun ortasinda qifa mexsus delik vardir On payi Hipofizin on payi nazik birlesdirici toxumadan teskil olunmus qan ve limfa damarlari ile zengin tordan ibaretdir Bu toru teskil eden atmalar arasinda vezi huceyreleri qruplari yerlesmisdir burada olan huceyreler iki novdur 1 xrom ile boyanmayan denesiz bas huceyreler ve 2 xrom ile boyanan boyuk deneli xromafin huceyreler Arxa pay Arxa pay neyroqliyadan teskil olunmusdur burada sinir lifleri ve boyuk cixintili huceyreler yerlesmisdir bu huceyrelerin terkibinde yasil sari piqment vardir Ara hisse Ara hisse tam inkisaf etmis dovrde bir sira bazofil ve coxcixintili huceyrelerden ibaretdir bunun daxilinde kolloid madde ile dolu kicik bosluqlar vardir bundan elave buraya dal paydan qliya elementleri daxil olub on paya bele kecir Boyuklerde ara hisse reduksiyaetmis rudiment halda olur Ara hisse ile dal payin hormonlari beynin ucuncu medeciyine kecir ve beyin onurga beyni mayesine qarisir InkisafiHipofiz iki menbeden inkisaf edir odur ki boyrekustu veziler kimi heterogen uzvlerden hesab olunur Bunun on payi udlaq zarinin onunde ilk agiz boslugunun arxa divarindan ektodermal epitelden kisecik seklinde inkisaf edir Bu maya Pamke cibi adiyla yavas yavas beynin ucuncu medeciyinin dibine dogru inkisaf edir bele ki hamileliyin dord hefteliyinde dal payin mayasina cataraq onun on sethine bitisir On payin mayasi ilk dovrde meydana cixdigi menbe ektoderma ile epitel zolaq axacaq lat ductus craniopharyngens vasitesile rabitede olur sonradan bu axacaq reduksiya edir bele ki kiseciyebenzer maya ektodermadan tamamile ayrilir Bu kiseciyin divarlarini teskil eden epitel toreyib artmaga davam edir bele ki kisecik daxilindeki menfezi tamamile doldurur hamileliyin uc ayliginda bu bosluq tamamile itir belelikle hipofizin on payi hasil olur Hipofizin dal payi gorme qabaralti nahiyede qifabenzer cixinti seklinde ucuncu medeciyin dibinden ara beyinden inkisaf edir dal payin mayasi inkisaf etdikce ventral terefe dogru yerini deyisir ve nehayet on payin mayasi ile birlesir Ilk defe dal pay mayasinin daxilinde de menfez olur sonradan ise bu menfez tutulur ancaq hipofiz butun heyat boyu qif lat infundibulum vasitesile beynin asagi sethi ile boz qabar ile rabitede qalir AnomaliyalariHipofizin anomaliyalarindan elave hipofizi lat hypophysis accessoria gostermek olar Bu nov elave artimlar turk yeheri cuxuru dibinde lat canalis craniopharyngeus daxilinde ya esas sumuyu cisminin asagi sethinde ve udlagin selikli qisasinda tesaduf olunur son halda udlaq hipofizi lat hypophysis pharyngea adlanir Vaskulyarizasiyasi ve innervasiyasiHipofiz xususen onun on payi damar ile zengindir On ve dal pay beynin arterial dairesinden ve daxili yuxu arteriyasindan cixan beyin qisalari arteriyalarindan gelen saxeler ile qidalanir on ve dal paylara daxil olan damarlar ara hisse sahesinde anastomozlasir Hipofizden venoz qan magarali ve magaraarasi ciblere ve boyuk beynin boyuk venasina toplanir Hipofiz bir cox perivaskulyar damaretrafi ve huceyrearasi sahelere malikdir Bu sahelere toplanan limfa horumcek torunabenzer qisaalti subaraxnoidal bosluga axir Hipofizin on payi sekretor ve vazomotor sinir liflerini simpatik daxili yuxu kelefinden alir dal paya sinir lifleri gorme carpazi ustunde olan ve gorme qabaralti nahiyedeki nuvelerden gelir Hipofizi simpatik lifler ile beyin yumusaq qisasi kelefleri de techiz edir VezifesiHipofiz muxtelif vezife ifa edir On payi vucudun inkisafina boyatma prosesine tesir eden somatotrop hormon ifraz edir Bundan elave on pay qonadotrop adlanan hormon ifraz edir bu hormon cinsiyyet uzvlerinin diferensasiyasini stimule edir qadinlarda bu hormon prolan adi ile yumurtaliqlarda follikullarin ve sari cismin inkisafini stimule edir Bundan basqa on pay qalxanabenzer veziye mexsus tireotrop hormon boyrekustu vezilerin qabiq maddesine mexsus adrenokortikotrop hormon pankreasa mexsus pankreatrop hormon sud vezilerine mexsus mammatrop hormon ve s ifraz edir Dal payin ifraz etdiyi hormonlar pituitrin ya hipofizin su mubadilesini tenzim edir ve adrenalin kimi simpatik sinir sistemi vasitesile saya ezeleleri xususile usaqliq ve sidiklik ezelelerini qiciqlandirir oksitosin eyni zamanda damarlari daraldir belelikle qan tezyiqini artirir vazopressin boyreklerin borucuqlarinda suyun rezorbsiyasini geriye sorulmasini tenzim edir antidiuretik hormon Hipofizin dal payi bir de neyrosekresiya deyilen prosesde istirak edir Gorme qabaralti lat hypothalamus neyronlarin ifraz etdikleri xususi neyrosekretor kimyevi maddeler xemomediatorlar onlarin aksonlari uzre qif vasitesile neyrohipofize catir ve buradan vazonevral sinaps vasitesile damarlara qana kecir Hipofizin ayri ayri paylarinin vezifesi pozularken orqanizmde bu ve ya basqa patoloji elametler meydana cixir On payin hipofunksiyasindan az miqdarda hormon ifraz etdikde orqanizm boyatmadan qalir cirtdan boyluluq lat nanismus etrafin zeif inkisaf etmesi lat micromelia ve deyilen hal meydana cixir Hemin payin hiperfunksiyasinda artiq miqdarda hormon ifraz etdikde boyatma prosesi pozulur eger bu hadise boyatma dovrunde olarsa o zaman divlik giqantizm yetismis dovrde olarsa akromeqaliya deyilen hal meydana cixir bu zaman uz skleti burun ve dodaqlar etraflarin distal hisseleri yeni el ve ayaqlar nehayet derecede boyuyur Dal payin hipofunksiyasinda usaqlarda ifrat piylenme ara hissesinin hipofunksiyasinda sekersiz diabet lat diabetes incipidus meydana cixir MenbelerProf Kamil Ebdulsalam oglu Balakisiyevin Insanin Normal Anatomiyasi III cild seh 273 274 MAARIF Nesriyyati Baki 1982 Atlas of Human Cardiac Anatomy Endoscopic views of beating hearts Cardiac anatomy R D Sinelnikov Atlas anatomii cheloveka 4 toma Anatomy Embryologie olu kecid IstinadlarGibo H Hokama M Kyoshima K Kobayashi S Arteries to the pituitary Nippon Rinsho 51 10 1993 2550 4 PMID 8254920 Anatomiya ile elaqedar bu meqale qaralama halindadir Meqaleni redakte ederek Vikipediyani zenginlesdirin