"Zoi" (ing. Zoe) — 2018-ci ildə çıxarılmış və Dreyk Doremusun rejissorluğu ilə çəkilmiş ABŞ romantik elmi-fantastika filmidir. Filmdə , Lea Seydu, , , Rəşidə Cons və başqa aktyorlar rol almışlar.
Zoi | |
---|---|
ing. Zoe | |
Janr | elmi-fantastika filmi, fantastika filmi |
Rejissor | |
Prodüserlər | Dreyk Doremus Riçard Georq Maykl A. Pruss |
Ssenari müəllifi | Riçard Qrinberq |
Baş rollarda | Lea Seydu Teo Ceyms Rəşidə Cons |
Operator | Con Guleserian |
Bəstəkar | |
İstehsalçılar | Global Road Entertainment Scott Free Productions Distribütor: |
Distribütor | Amazon MGM Studios[d], Netflix |
İlk baxış tarixi | 21 aprel 2018 () 20 iyul 2018 (ABŞ) |
Müddət | 104 dəq. |
Gəlir | 278.492 $ |
Ölkələr | ABŞ |
Dil | ingilis dili |
İl | 2018 |
IMDb | ID6010628 |
Filmin premyerası 21 aprel 2018-ci ildə baş tutmuşdur. 20 iyul 2018-ci ildə film, Amazon Studios tərəfindən izləyicilərə təqdim edilmişdir.
Məzmunu
Gələcəkdə alim olan Zoi (Lea Seydu) və Koul (Yuen MakQreqor) inqlabi tədqiqatlar laboratoriyasında bir yerdə çalışan alimlərdilər. Zoi cütlüklərin münasibətinin nə qədər uğurlu və davamlı olacağını əvvəlcədən müəyyənləşdirən sistem üzərində işləyir. Koul isə sintetiklər (adama bənzər robotlar) yaradan departamentin aparıcı dizayneridir. Onun işləri sayəsində xarici görünüş baxımından insandan tamamilə fərqlənməyən robotlar yaradılır. Kolun son kəşfləri isə yaratdığı robotlardan biri olan Eşə (Teo Ceyms) həm də insan kimi hiss etmək və sevmək bacarığı verir.
Kol Eşi ideal sevgi partnyoru kimi planlaşdırıb. Belə sintetiklərin gələcəkdə tənha insanların problemini aradan qaldırmaq, insanları ayrılığın yaratdığı ağrılardan xilas etmək üçün istifadə edilməsi nəzərdə tutulur. Birlikdə işlədikləri müddətdə Zoi və Koul arasında simpatiya yaranır. Eyni zamanda Eş də aşiq olur. Onlar insanın yoxsa sintetikin hisslərinin gerçək olmasını müəyyənləşdirməyə çalışırlar.
Rollarda
- — Koul
- Lea Seydu — Zoi
- Teo Ceyms — Eş
- — Dizayner
- Rəşidə Cons — Emma
- — Cevels
- — Maykl
İstehsal
19 avqust 2016-cı ildə Çarli Hannem və Lea Seydunun rejissor Dreyk Doremusun əvvəl də Emmi mükafatı almış "Daxili gözəllik" adlı veb-serial üzərində birlikdə çalışdıqları Riç Qrinberqin ssenarisi əsasında çəkəcəyi romantik elmi-fantastika filmində rol alacaqları elan edilir. 25 oktyabr 2016-cı ildə Stüart Fordun "IM Global" adlı şirkətinin Zoi adlı filmin maliyyələşdirilməsini tamamilə öhdəsinə götürməsi, Scott Free Productiondan Maykl Prussun isə Dreyk Doremus və Robert Georqla birlikdə filmə prodüserlik etmələri məlum olur. 2017-ci ilin mayında Yuen MakQreqor baş rollardan birində Çarli Hannemi əvəz edir, Teo Zeyms, , Rəşidə Cons, Miranda Otto və Metyu Qrey Qabler ikinci plan aktyor heyətinə qatılır, 8 may 2017-ci ildə isə Monrealda filmin çəkilişlərinə başlanılır.
Çıxarılması
Filmin premyerası 21 aprel 2018-ci ildə Tribeka Film Festivalında keçirilmişdir. Premyeradan sonra Amazon Studios filmin ABŞ, Kanada, Böyük Britaniya, İrlandiya, İtaliya, Avstraliya və Yeni Zellandiyada distribütorluq haqqlarını almışdır.Netflix isə filmin Yaponiya və Benilüks ölkələrində distribütorluq haqqlarını almışdır. Film, 20 iyul 2018-ci ildə çıxarılmışdır.
Qəbulu
Rəy aqqreqatoru Rotten Tomatoesda film, on tənqidçinin rəyi əsasında 30% təravətli 4.2/10 ortalama reytinq almışdır.Metacriticdə isə yeddi tənqidçinin "qarışıq və orta rəy"i əsasında film, 44/100 bal almışdır.
İstinadlar
- https://www.boxofficemojo.com/movies/intl/?page=&country=LI&id=_fZOE201.
- Ford, Rebecca. "Charlie Hunnam, Lea Seydoux to Star in Drake Doremus' Next Film (Exclusive)". The Hollywood Reporter. . August 19, 2016. October 21, 2016 tarixində . İstifadə tarixi: 28 iyul 2018.
- Lodderhose, Diana. "IM Global Boards Drake Doremus' Love Story 'Zoe,' Starring Charlie Hunnam & Léa Seydoux". . . October 25, 2016. October 27, 2016 tarixində . İstifadə tarixi: 28 iyul 2018.
- McNary, Dave. "Christina Aguilera, Theo James, Rashida Jones Join Sci-Fi Romance 'Zoe'". . . May 1, 2017. May 2, 2017 tarixində . İstifadə tarixi: 28 iyul 2018.
- Raup, Jordan. "Tribeca 2018 Lineup Includes 'Disobedience,' 'The Miseducation of Cameron Post,' 'The Seagull,' and More". The Film Stage. March 7, 2018. May 1, 2019 tarixində . İstifadə tarixi: 28 iyul 2018.
- "Zoe". . 2019-08-09 tarixində . İstifadə tarixi: 28 iyul 2018.
- D'Alessandro, Anthony. "Amazon Prime Picks Up Drake Doremus Futuristic Love Story 'Zoe' – Tribeca". . . April 20, 2018. April 22, 2018 tarixində . İstifadə tarixi: 28 iyul 2018.
- Netflix Japan. "『ホンモノの気持ち』予告編 — Netflix". 2019-01-13 tarixində . İstifadə tarixi: 28 iyul 2018.
- Netflix Japan. "Zoe Officiële trailer Netflix". 2019-01-13 tarixində . İstifadə tarixi: 28 iyul 2018.
- News Desk, TV. "Amazon Prime Video to Exclusively Launch ZOE Starring Ewan McGregor and Lea Seydoux on July 20". Broadway World. June 21, 2018. April 7, 2022 tarixində . İstifadə tarixi: 28 iyul 2018.
- "Zoe (2018)". Rotten Tomatoes. . 2022-09-13 tarixində . İstifadə tarixi: 28 iyul 2018.
- "Zoe Reviews". Metacritic. . 2021-11-23 tarixində . İstifadə tarixi: 28 iyul 2018.
Xarici keçidlər
- Zoi — Internet Movie Database saytında.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer