Yəhya Cəfər oğlu Məmmədov (10 oktyabr 1930, Naxçıvan – 26 yanvar 2000, Bakı) — alim və ictimai xadim, fizika-riyaziyyat elmləri doktoru (1965), professor, Əməkdar elm xadimi (1980), Dövlət mükafatı laureatı, AMEA-nın müxbir üzvü (1983).
Yəhya Məmmədov | |
---|---|
Yəhya Cəfər oğlu Məmmədov | |
Doğum tarixi | |
Doğum yeri | Naxçıvan, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | 26 yanvar 2000 (69 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Elm sahəsi | fizika-riyaziyyat |
Elmi dərəcəsi | fizika-riyaziyyat elmləri doktoru (1965) |
Elmi adları | akademik, professor |
İş yeri | Bakı Dövlət Universitetinin rektoru |
Üzvlüyü | AMEA (1983) |
Mükafatları | |
Haqqında
Yəhya Cəfər oğlu Məmmədov 1930-cu il 10 oktyabrda Naxçıvanda anadan olmuşdur. 1954-cü ildə Bakı Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirərək aspiranturada saxlanılmışdır.
Əmək fəaliyyəti
Yəhya Məmmədov Bakı Dövlət Universitetində müəllim, baş müəllim, dosent kimi fəaliyyət göstərmişdir. Professor 1965-ci ildə doktorluq dissertasiyasını müdafiə edərək elə həmin il universitetin Hesablama riyaziyyatı kafedrasında müdir vəzifəsini seçilmişdir. O, ömrünün sonunadək, yəni 35 il kafedra müdiri vəzifəsində çalışmışdır. Yəhya Məmmədov 1971-ci ildən 1987-ci ilədək BDU-nun elmi işlər üzrə prorektoru, 1987-1989-cu illərdə isə rektoru vəzifələrində çalışmışdır.
Elmi fəaliyyəti
Yəhya Məmmədov 1957-ci ildə vaxtından əvvəl namizədlik dissertasiyası müdafiə edərək fəlsəfə doktoru, 1965-ci ildə elmlər doktorluğu dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini və professor elmi adını almışdır. O, 1983-cü ildə AMEA-nın müxbir üzvü seçilmişdir.
Professor Yəhya Məmmədov qeyri-xətti analiz və hesablama riyaziyyatı sahəsində tanınmış alimlərdən biridir. O, dünyanın müxtəlif ölkələrində çap olunmuş 100-dən çox elmi məqalənin, 7 monoqrafiyanın, 5 dərslik və dərs vəsaitinin müəllifidir.Görkəmli tədqiqatçı riyaziyyat aləmində sağ tərəfi birtərəfli qiymətləndirməyə tabe olan, qeyri-xətti operator-diferensial tənliklərin həllinin tədqiqi üsulunun, eləcə də abstrakt qeyri-xətti Volter operator tənliklər nəzəriyyəsinin yaradıcılarından biridir. O, 1974-cü ildə nəşr etdirdiyi "Adi diferensial tənliklərin təqribi həllərinin tapılması üsulları" adlı monoqrafiyasına görə Dövlət mükafatına layiq görülmüşdür.
Professor Yəhya Məmmədov müəyyən sinif tənliklərin, həlli sürətlə yığılan iterasiyalar şəklində axtarılan ekvivalent tənliklərə gətirilməsi üçün yeni üsul təklif etmişdir. Bu üsul riyazi elmi ədəbiyyatda "Məmmədov üsulu" adlandırılır. Onun tərəfindən Urıson tipli qeyri-xətti inteqral tənliklərin müsbət həllərinin xassələri, diferensial və inteqral bərabərsizliklərin tətbiqləri, Banax fəzalarında qeyri-məhdud operator əmsallı diferensial tənliklərin asimptotik dayanıqlığı, gecikən arqumentli qeyri-xətti tənliklərin həlli üsulları, Banax fəzalarında adi diferensial tənliklər üçün ardıcıl yaxınlaşma üsulları, Hilbert fəzasında hiberbolik tip qeyri-xətti tənliklərin həllərinin xassələri, çoxölçülü inteqral tənliklər üçün Volter tipli bərabərsizliklər, birinci və ikinci tərtib qeyri-məhdud əmsallı operator diferensial tənliklər üçün Koşi məsələsi, diferensial tənliklərin həlləri üçün müəyyən iterasiya proseslərinin yığılması, təkmilləşdirilmiş Nyuton-Kontoroviç üsulunun operator-diferensial tənliklər sisteminin təqribi həll olunmasına tətbiqi, kvazixətti Lavrentyev-Biçadze tənlikləri üçün sərhəd məsələsinin fərq üsulu ilə həlli, qeyri-xətti elliptik tənliklər üçün qarışıq sərhəd məsələsinin həllinə şəbəkə üsulunun tətbiqləri və s. öyrənilmişdir.
Onun rəhbərliyi altında Azərbaycandan başqa, dünyanın 9 ölkəsindən (Almaniya, Əlcəzair, İraq, Misir, Polşa, Rusiya, Türkiyə, Türkmənistan və Özbəkistan) 32 nəfər namizədlik dissertasiyası müdafiə etmişdir. Hazırda onlardan 8-i elmlər doktoru və professordur. Görkəmli alim keçmiş sovetlər birliyinin bir çox şəhərlərində 60-dan çox namizədlik və doktorluq dissertasiyalarına opponentlik etmişdir.
Yəhya Məmmədov prorektor kimi 17 illik gərgin fəaliyyəti ərzində Bakı Dövlət Universitetində elmin inkişafına, onun beynəlxalq nüfuzunun yüksəlməsinə, bir çox elmi-tədqiqat laboratoriyalarının yaradılmasına, elmi tədqiqatların inkişafına, onların səmərəliliyinin artırılmasına, elmin istehsalat və tədris prosesi ilə əlaqələrinin yaxınlaşdırılmasına xüsusi diqqət və qayğı göstərmişdir.
O, dünyanın bir çox ölkələrində keçirilən beynəlxalq konqres və konfranslarda Azərbaycan riyaziyyat məktəbini ləyaqətlə təmsil etmiş, keçmiş SSRİ Ali Təhsil Nazirliyinin nəzdindəki Elmi Metodik Şuranın Riyaziyyat bölməsi rəyasət heyətinin üzvü olmuşdur.
Mükafatları
Professor Yəhya Məmmədov bir çox nüfuzlu beynəlxalq mükafatlara, o cümlədən, "Akademik Vavilov" medalına, "Xalqlar dostluğu, "Drujba narodov" ordeninə layiq görülmüş, ABŞ-nin Minneapolis şəhərinin "Fəxri vətəndaşı" seçilmişdir. Alimə böyük xidmətlərinə görə 1980-cı ildə ona "Əməkdar elm xadimi" fəxri adı verilmişdir. Eyni zamanda 1974-cü ildə nəşr etdirdiyi "Adi diferensial tənliklərin təqribi həllərinin tapılması üsulları" adlı monoqrafiyasına görə Dövlət mükafatına layiq görülmüşdür.
Vəfatı
Yəhya Məmmədov 2000-ci il yanvarın 26-da Bakıda vəfat etmişdir. Alimin adının əbədiləşdirilməsi üçün onun yaradıcısı olduğu Hesablama riyaziyyatı kafedrasının önündə xatirə lövhəsi vurulmuş, adına təqaüd təsis edilmiş və auditoriya yaradılmışdır.
İstinadlar
- Azərbaycan” qəzeti, 26 dekabr 2010-cu il.
- "Məmmədov Yəhya Cəfər oğlu". science.gov.az. 2024-06-05 tarixində . İstifadə tarixi: 2024-06-05.
- "Arxivlənmiş surət". www.anl.az. 2021-12-05 tarixində . İstifadə tarixi: 2024-06-10.
- "Yəhya Məmmədovun 80 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib". http://bsu.edu.az. 27/12/2010. 2023-03-26 tarixində . İstifadə tarixi: 10.06.2024.
- "Yəhya Cəfər oğlu Məmmədov" (PDF). static.bsu.az. 2022-07-07 tarixində (PDF). İstifadə tarixi: 10.06.2024.
- "BDU-da professor Yəhya Məmmədovun 85 illik yubileyi qeyd olunub". azertag.az. 10.12.2015. 2019-07-04 tarixində . İstifadə tarixi: 10.06.2024.
- "AMEA-nın müxbir üzvü Yəhya Cəfər oğlu Məmmədov". www.imm.az. 05/10/2015. 2023-12-11 tarixində . İstifadə tarixi: 10.06.2024.
Xarici kecidlər
- Yəhya Məmmədovun anadan olmasının 80 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib.
- Təqribi hesablama üsulları
- AMEA-nın Riyaziyyat və Mexanika İnstitutu 60 illik fəaliyyəti dövründə böyük uğurlar qazanıb.
- Akademik Yəhya Məmmədova həsr olunmuş “Riyaziyyat və Mexanikanın aktual problemləri” adlı beynəlxalq konfransı keçirilib.
- Hesablama riyaziyyatının inkişafında AMEA-nın müxbir üzvü Yəhya Məmmədovun xidmətləri
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Vikipediyada bu ad soyadli diger sexsler haqqinda da meqaleler var bax Yehya Memmedov Yehya Cefer oglu Memmedov 10 oktyabr 1930 Naxcivan 26 yanvar 2000 Baki alim ve ictimai xadim fizika riyaziyyat elmleri doktoru 1965 professor Emekdar elm xadimi 1980 Dovlet mukafati laureati AMEA nin muxbir uzvu 1983 Yehya MemmedovYehya Cefer oglu MemmedovDogum tarixi 1930Dogum yeri Naxcivan Naxcivan MSSR Azerbaycan SSR SSRIVefat tarixi 26 yanvar 2000 2000 01 26 69 yasinda Vefat yeri Baki AzerbaycanVetendasligi SSRI AzerbaycanElm sahesi fizika riyaziyyatElmi derecesi fizika riyaziyyat elmleri doktoru 1965 Elmi adlari akademik professorIs yeri Baki Dovlet Universitetinin rektoruUzvluyu AMEA 1983 MukafatlariHaqqindaYehya Cefer oglu Memmedov 1930 cu il 10 oktyabrda Naxcivanda anadan olmusdur 1954 cu ilde Baki Dovlet Universitetini ferqlenme diplomu ile bitirerek aspiranturada saxlanilmisdir Emek fealiyyetiYehya Memmedov Baki Dovlet Universitetinde muellim bas muellim dosent kimi fealiyyet gostermisdir Professor 1965 ci ilde doktorluq dissertasiyasini mudafie ederek ele hemin il universitetin Hesablama riyaziyyati kafedrasinda mudir vezifesini secilmisdir O omrunun sonunadek yeni 35 il kafedra mudiri vezifesinde calismisdir Yehya Memmedov 1971 ci ilden 1987 ci iledek BDU nun elmi isler uzre prorektoru 1987 1989 cu illerde ise rektoru vezifelerinde calismisdir Elmi fealiyyetiYehya Memmedov 1957 ci ilde vaxtindan evvel namizedlik dissertasiyasi mudafie ederek felsefe doktoru 1965 ci ilde elmler doktor lugu dissertasi yasini mudafie ederek fizika riyaziyyat elmleri doktoru elmi derecesini ve professor elmi adini almisdir O 1983 cu ilde AMEA nin muxbir uzvu secil misdir Professor Yehya Memmedov qeyri xetti analiz ve hesablama riyaziyyati sahesinde taninmis alimlerden biridir O dunyanin muxtelif olkelerinde cap olunmus 100 den cox elmi meqalenin 7 monoqrafiyanin 5 derslik ve ders vesaitinin muellifidir Gorkemli tedqiqatci riyaziyyat aleminde sag terefi birterefli qiymetlendirmeye tabe olan qeyri xetti operator diferensial tenliklerin hellinin tedqiqi usulunun elece de abstrakt qeyri xetti Volter operator tenlikler nezeriyyesinin yaradicilarindan biridir O 1974 cu ilde nesr etdirdiyi Adi diferensial tenliklerin teqribi hellerinin tapilmasi usullari adli monoqrafiyasina gore Dovlet mukafatina layiq gorulmusdur Professor Yehya Memmedov mueyyen sinif tenliklerin helli suretle yigilan iterasiyalar seklinde axtarilan ekvivalent tenliklere getirilmesi ucun yeni usul teklif etmisdir Bu usul riyazi elmi edebiyyatda Memmedov usulu adlandirilir Onun terefinden Urison tipli qeyri xetti inteqral tenliklerin musbet hellerinin xasseleri diferensial ve inteqral berabersizliklerin tetbiqleri Banax fezalarinda qeyri mehdud operator emsalli diferensial tenliklerin asimptotik dayaniqligi geciken arqumentli qeyri xetti tenliklerin helli usullari Banax fezalarinda adi diferensial tenlikler ucun ardicil yaxinlasma usullari Hilbert fezasinda hiberbolik tip qeyri xetti tenliklerin hellerinin xasseleri coxolculu inteqral tenlikler ucun Volter tipli berabersizlikler birinci ve ikinci tertib qeyri mehdud emsalli operator diferensial tenlikler ucun Kosi meselesi diferensial tenliklerin helleri ucun mueyyen iterasiya proseslerinin yigilmasi tekmillesdirilmis Nyuton Kontorovic usulunun operator diferensial tenlikler sisteminin teqribi hell olunmasina tetbiqi kvazixetti Lavrentyev Bicadze tenlikleri ucun serhed meselesinin ferq usulu ile helli qeyri xetti elliptik tenlikler ucun qarisiq serhed meselesinin helline sebeke usulunun tetbiqleri ve s oyrenilmisdir Onun rehberliyi altinda Azerbaycandan basqa dunyanin 9 olkesinden Almaniya Elcezair Iraq Misir Polsa Rusiya Turkiye Turkmenistan ve Ozbekistan 32 nefer namizedlik dissertasiyasi mudafie etmisdir Hazirda onlardan 8 i elmler doktoru ve professordur Gorkemli alim kecmis sovetler birliyinin bir cox seherlerinde 60 dan cox namizedlik ve doktorluq dissertasiyalarina opponentlik etmisdir Yehya Memmedov prorektor kimi 17 illik gergin fealiyyeti erzinde Baki Dovlet Universitetinde elmin inkisafina onun beynelxalq nufuzunun yukselmesine bir cox elmi tedqiqat laboratoriyalarinin yaradilmasina elmi tedqiqatlarin inkisafina onlarin semereliliyinin artirilmasina elmin istehsalat ve tedris prosesi ile elaqelerinin yaxinlasdirilmasina xususi diqqet ve qaygi gostermisdir O dunyanin bir cox olkelerinde kecirilen beynelxalq konqres ve konfranslarda Azerbaycan riyaziyyat mektebini leyaqetle temsil etmis kecmis SSRI Ali Tehsil Nazirliyinin nezdindeki Elmi Metodik Suranin Riyaziyyat bolmesi reyaset heyetinin uzvu olmusdur MukafatlariProfessor Yehya Memmedov bir cox nufuzlu beynelxalq mukafatlara o cumleden Akademik Vavilov medalina Xalqlar dostlugu Drujba narodov ordenine layiq gorulmus ABS nin Minneapolis seherinin Fexri vetendasi secilmisdir Alime boyuk xidmetlerine gore 1980 ci ilde ona Emekdar elm xadimi fexri adi verilmisdir Eyni zamanda 1974 cu ilde nesr etdirdiyi Adi diferensial tenliklerin teqribi hellerinin tapilmasi usullari adli monoqrafiyasina gore Dovlet mukafatina layiq gorulmusdur VefatiYehya Memmedov 2000 ci il yanvarin 26 da Bakida vefat etmisdir Alimin adinin ebedilesdirilmesi ucun onun yaradicisi oldugu Hesablama riyaziyyati kafedrasinin onunde xatire lovhesi vurulmus adina teqaud tesis edilmis ve auditoriya yaradilmisdir IstinadlarAzerbaycan qezeti 26 dekabr 2010 cu il Memmedov Yehya Cefer oglu science gov az 2024 06 05 tarixinde Istifade tarixi 2024 06 05 Arxivlenmis suret www anl az 2021 12 05 tarixinde Istifade tarixi 2024 06 10 Yehya Memmedovun 80 illik yubileyine hesr olunmus beynelxalq konfrans kecirilib http bsu edu az 27 12 2010 2023 03 26 tarixinde Istifade tarixi 10 06 2024 Yehya Cefer oglu Memmedov PDF static bsu az 2022 07 07 tarixinde PDF Istifade tarixi 10 06 2024 BDU da professor Yehya Memmedovun 85 illik yubileyi qeyd olunub azertag az 10 12 2015 2019 07 04 tarixinde Istifade tarixi 10 06 2024 AMEA nin muxbir uzvu Yehya Cefer oglu Memmedov www imm az 05 10 2015 2023 12 11 tarixinde Istifade tarixi 10 06 2024 Xarici kecidlerYehya Memmedovun anadan olmasinin 80 illiyine hesr olunmus beynelxalq konfrans kecirilib Teqribi hesablama usullari AMEA nin Riyaziyyat ve Mexanika Institutu 60 illik fealiyyeti dovrunde boyuk ugurlar qazanib Akademik Yehya Memmedova hesr olunmus Riyaziyyat ve Mexanikanin aktual problemleri adli beynelxalq konfransi kecirilib Hesablama riyaziyyatinin inkisafinda AMEA nin muxbir uzvu Yehya Memmedovun xidmetleri