Xasinto Benavente-i-Martines (isp. Jacinto Benavente Martínez; 12 avqust 1866[…], Mursiya, Mursiya – 14 iyul 1954[…], Malaqa, Əndəlüs) — "98 Nəsli" ispan dramaturqu, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1922).
Xasinto Benavente-i-Martines | |
---|---|
isp. Jacinto Benavente | |
Doğum tarixi | 12 avqust 1866[…] |
Doğum yeri | |
Vəfat tarixi | 14 iyul 1954[…](87 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | dramaturq, jurnalist, yazıçı, siyasətçi, şair, kinorejissor, vəkil |
Janrlar | dramaturgiya, teatr |
Üzvlüyü |
|
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
İspan dramaturqu Xasinto Benavente-i-Martines Madriddə, tanınmış və imkanlı həkim ailəsində doğulmuşdu. Kiçik yaşlarından teatr mühitində böyümüşdü. Madrid universitetinin hüquq fakültəsində oxusa da, atasının ölümündən sonra (1885) təhsilini yarımçıq buraxıb ədəbi yaradıcılıqla məşğul olmuşdu. Daha sonra isə özünü aktyorluqda sınamaq qərarına gəlmişdi.
Onun yeni sənəti ilə səsləşən ilk kitabı "Fantastik teatr" (1892) adlanırdı və qısa dramatik dialoqlardan ibarət idi. "Özgə yuvası" (1894) adlı ilk pyesi uğur qazanmasa da, növbəti səhnə əsəri — "Məşhur adamlar" (1896) Benavente-i-Martinesi Madridin sənət aləminin populyar simalarından birinə çevirmişdi.
İspan yazıçıları ölkələrinin ispan-amerikan savaşında itirdiyi nüfuzu qaytarmaq üçün "1898-ci il hərəkatı"nı yaradanda Benavente onun liderlərindən biri olmuşdu. 1899-cu ildən etibarən "Ədəbi həyat" jurnalına rəhbərlik etməsi yaradıcı dairələrdəki rolunu və nüfuzunu daha da artırmışdı.
Xasinto Benavente ilk pyeslərindən etibarən nümayişkaranə şəkildə görkəmli müasiri, İspaniyanın birinci Nobel laureatı Xose Eçeqarayın romantik-melodramatik üslubundan imtina etmiş, satira və ironiyaya üstünlük vermişdi. Onun dramaturgiyası üçün intriqa deyil, hazırcavablıq, xarakterlərin psixologiyasının açılması daha səciyyəvi idi. "Qubernatorun xanımı" (1901), "Şənbə gecəsi" (1903), "Prinsessa Bebe" (1904) kimi yaradıcılığının ilk dövrünə aid pyeslərdə Benavente cəmiyyətin qüsur və eyiblərini satirik lövhələrlə əks etdirməyi bacarmışdı.
İspan yazıçısının əsərləri janr baxımından da müxtəlifliyi və əlvanlığı ilə seçilirdi. O, milli dramaturgiya tarixinə komediyalar, məişət dramları, faciələr, opera və operetta librettoları, uşaq pyesləri, Şərq üslubunda səhnələr müəllifi kimi daxil olmuşdur. Ümumiyyətlə, çoxillik və məhsuldar yaradıcılığı dövründə Benavente 170-dən çox səhnə əsəri yaratmışdır. Özünün bir sıra komediya və dramlarında həm də aktyor kimi çıxış edən müəllif italyanların Komedia della Arte üslubunda yazdığı "Maraqların toqquşması" pyesində (1907) diribaş xidmətçi Krispinin rolunu xüsusi məharətlə oynamışdı.
Benavente uzun illər Madridin "İmparacial" qəzetində gündəlik rubrika aparmışdı. Müxtəlif mövzulu polemik və aktual məqalələri sayəsində o, həm də publisist və tənqidçi kimi məşhurlaşmışdı.
İspan Xose Eçeqaray Avropada birincilər sırasında Nobel mükafatı alanda "1898-ci il hərəkatı"na daxil olan yazıçı və şairlər onun əleyhinə kəskin ittihamlarla dolu petisiya imzalamışdılar. Bu ədəbi ekzekusiyada iki tanınmış müəllif — Xasinto Benavente və Xuan Ramon Ximenes iştirak etməmişdi. Maraqlıdır ki, sonralar onların hər ikisi Nobel mükafatı laureatı olmuşdular.
1920-ci ildə Xasino Benavente ispan milli teatrının – "Espanyol"un baş rejissoru təyin edildi. Həmvətənlərinin əksəriyyəti kimi o, siyasətlə də maraqlanırdı və namizədliyini ölkə parlamentinə — kortesə irəli sürmüşdü, lakin uğur qazana bilməmişdi. Ədəbi yaradıcılığında da müəyyən durğunluq hiss olunurdu.
Məhz belə bir şəraitdə Benavente 1922-ci ildə "ispan dramının şanlı ənənələrini məharətlə davam etdirdiyinə görə" Nobel mükafatı qazanmışdı. İsveç Akademiyasının üzvü Per Lalstrem yeni laureatın "dünyanı nadir hallarda təsadüf olunan iti və ağıllı nəzərlərlə müşahidə etdiyini, gördüklərini həssas və çevik intellektin süzgəcindən keçirdiyini" xüsusi vurğulamışdı. Dramaturq təqdimat mərasimində iştirak etmədiyindən mükafatı İspaniyanın İsveçdəki səfiri almışdı.
İki ildən sonra milli ədəbiyyatın inkişafındakı xidmətlərinə görə Benavente ali ispan mükafatı — Müdrik Alfonsun Böyük xaçı ordeni ilə təltif olunmuş, Madrid şəhərinin fəxri vətəndaşı seçilmişdi. Şəxsinə maraq və diqqətin artması yaradıcılığının yüksəliş dövrü ilə eyni vaxta düşmüşdü. "Yaxşı məhəbbətin dərsləri" (1926) pyesi milli səhnədə böyük uğur qazanmışdı, lakin ispan tənqidçilərinin fikrincə, Benaventenin yüksək ədəbi mükafata layiq görüldükdən sonra yazdığı pyeslər onun əvvəlki əsərləri ilə müqayisədə zəifdir.
İspaniyada vətəndaş müharibəsi başlananda Benavente respublikaçıların tərəfində idi. Müharibə xuntanın qələbəsi ilə başa çatdıqdan sonra o, Frankonun tərəfinə keçmiş və bununla da liberal, antifaşist mövqeli qüvvələri kədərləndirmişdi.
Benaventenin ilk pyesinin tamaşaya qoyulmasının 50 illik yubileyi 1944-cü ildə İspaniyada az qala milli bayram səviyyəsində qeyd edilmişdi.
Ölümünə qədər yazı masasından ayrılmayan dramaturq heç zaman ailə qurmamışdı. Onun "mavi" olması haqqında versiyalar da mövcuddur.
Bir sıra görkəmli sənətkarlar kimi Xasinto Benaventenin yaradıcılığına da ikili münasibətə təsadüf edilir. Onu məşhur ispan dramaturqları ilə bir sıraya qoyan (S. Ceyson), aparıcı ispan dramaturqu adlandıran (L. Uorren) ədəbiyyat tənqidçiləri ilə birlikdə əsərlərinin "təhlilə dözmədiyini" (R. Sançes), "ideyalardan və fəlsəfi müşahidələrdən məhrum olduğunu" (A. Markeri) iddia edən müəlliflər də vardır.
Əsərləri
- Rosas de otoño (1905).
- Los Intereses creados (1907).
- Señora ama (1908).
- El Nietecito (1910).
- La malquerida (1913).
- La ciudad alegre y confiada (1916).
- Campo de armiño (1916).
- Lecciones de buen amor (1924).
- La mariposa que voló sobre el mar (1926).
- Pepa Doncel (1928).
- Vidas cruzadas (1929).
- Aves y pájaros (1940).
- La honradez de la cerradura (1942).
- La infanzona (1945).
- Titania (1946).
- La infanzona (1947).
- Abdicación (1948).
- Ha llegado Don Juan (1952).
- El alfiler en la boca (1954).
İstinadlar
- Jacinto Benavente y Martinez // Encyclopædia Britannica (ing.).
- Jacinto Benavente // Brockhauz Ensiklopediyası (alm.).
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- İspaniya. 1715.
- Deutsche Nationalbibliothek Record #118655280 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
Mənbə
- Vilayət Quliyev. Ədəbiyyat sahəsində Nobel mükafatı laureatları. Bakı: "Kitab aləmi" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2009, səh.
Xarici keçidlər
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Xasinto Benavente i Martines isp Jacinto Benavente Martinez 12 avqust 1866 Mursiya Mursiya 14 iyul 1954 Malaqa Endelus 98 Nesli ispan dramaturqu Edebiyyat uzre Nobel mukafati laureati 1922 Xasinto Benavente i Martinesisp Jacinto BenaventeDogum tarixi 12 avqust 1866 1866 08 12 Dogum yeri Mursiya Mursiya IspaniyaVefat tarixi 14 iyul 1954 1954 07 14 87 yasinda Vefat yeri Malaqa Malaqa vilayeti d Endelus IspaniyaFealiyyeti dramaturq jurnalist yazici siyasetci sair kinorejissor vekilJanrlar dramaturgiya teatrUzvluyu Ispan dili Kralliq Akademiyasi d Mukafatlari Vikianbarda elaqeli mediafayllarHeyatiIspan dramaturqu Xasinto Benavente i Martines Madridde taninmis ve imkanli hekim ailesinde dogulmusdu Kicik yaslarindan teatr muhitinde boyumusdu Madrid universitetinin huquq fakultesinde oxusa da atasinin olumunden sonra 1885 tehsilini yarimciq buraxib edebi yaradiciliqla mesgul olmusdu Daha sonra ise ozunu aktyorluqda sinamaq qerarina gelmisdi Onun yeni seneti ile seslesen ilk kitabi Fantastik teatr 1892 adlanirdi ve qisa dramatik dialoqlardan ibaret idi Ozge yuvasi 1894 adli ilk pyesi ugur qazanmasa da novbeti sehne eseri Meshur adamlar 1896 Benavente i Martinesi Madridin senet aleminin populyar simalarindan birine cevirmisdi Ispan yazicilari olkelerinin ispan amerikan savasinda itirdiyi nufuzu qaytarmaq ucun 1898 ci il herekati ni yaradanda Benavente onun liderlerinden biri olmusdu 1899 cu ilden etibaren Edebi heyat jurnalina rehberlik etmesi yaradici dairelerdeki rolunu ve nufuzunu daha da artirmisdi Xasinto Benavente ilk pyeslerinden etibaren numayiskarane sekilde gorkemli muasiri Ispaniyanin birinci Nobel laureati Xose Eceqarayin romantik melodramatik uslubundan imtina etmis satira ve ironiyaya ustunluk vermisdi Onun dramaturgiyasi ucun intriqa deyil hazircavabliq xarakterlerin psixologiyasinin acilmasi daha seciyyevi idi Qubernatorun xanimi 1901 Senbe gecesi 1903 Prinsessa Bebe 1904 kimi yaradiciliginin ilk dovrune aid pyeslerde Benavente cemiyyetin qusur ve eyiblerini satirik lovhelerle eks etdirmeyi bacarmisdi Ispan yazicisinin eserleri janr baximindan da muxtelifliyi ve elvanligi ile secilirdi O milli dramaturgiya tarixine komediyalar meiset dramlari facieler opera ve operetta librettolari usaq pyesleri Serq uslubunda sehneler muellifi kimi daxil olmusdur Umumiyyetle coxillik ve mehsuldar yaradiciligi dovrunde Benavente 170 den cox sehne eseri yaratmisdir Ozunun bir sira komediya ve dramlarinda hem de aktyor kimi cixis eden muellif italyanlarin Komedia della Arte uslubunda yazdigi Maraqlarin toqqusmasi pyesinde 1907 diribas xidmetci Krispinin rolunu xususi meharetle oynamisdi Benavente uzun iller Madridin Imparacial qezetinde gundelik rubrika aparmisdi Muxtelif movzulu polemik ve aktual meqaleleri sayesinde o hem de publisist ve tenqidci kimi meshurlasmisdi Ispan Xose Eceqaray Avropada birinciler sirasinda Nobel mukafati alanda 1898 ci il herekati na daxil olan yazici ve sairler onun eleyhine keskin ittihamlarla dolu petisiya imzalamisdilar Bu edebi ekzekusiyada iki taninmis muellif Xasinto Benavente ve Xuan Ramon Ximenes istirak etmemisdi Maraqlidir ki sonralar onlarin her ikisi Nobel mukafati laureati olmusdular 1920 ci ilde Xasino Benavente ispan milli teatrinin Espanyol un bas rejissoru teyin edildi Hemvetenlerinin ekseriyyeti kimi o siyasetle de maraqlanirdi ve namizedliyini olke parlamentine kortese ireli surmusdu lakin ugur qazana bilmemisdi Edebi yaradiciliginda da mueyyen durgunluq hiss olunurdu Mehz bele bir seraitde Benavente 1922 ci ilde ispan draminin sanli enenelerini meharetle davam etdirdiyine gore Nobel mukafati qazanmisdi Isvec Akademiyasinin uzvu Per Lalstrem yeni laureatin dunyani nadir hallarda tesaduf olunan iti ve agilli nezerlerle musahide etdiyini gorduklerini hessas ve cevik intellektin suzgecinden kecirdiyini xususi vurgulamisdi Dramaturq teqdimat merasiminde istirak etmediyinden mukafati Ispaniyanin Isvecdeki sefiri almisdi Iki ilden sonra milli edebiyyatin inkisafindaki xidmetlerine gore Benavente ali ispan mukafati Mudrik Alfonsun Boyuk xaci ordeni ile teltif olunmus Madrid seherinin fexri vetendasi secilmisdi Sexsine maraq ve diqqetin artmasi yaradiciliginin yukselis dovru ile eyni vaxta dusmusdu Yaxsi mehebbetin dersleri 1926 pyesi milli sehnede boyuk ugur qazanmisdi lakin ispan tenqidcilerinin fikrince Benaventenin yuksek edebi mukafata layiq goruldukden sonra yazdigi pyesler onun evvelki eserleri ile muqayisede zeifdir Ispaniyada vetendas muharibesi baslananda Benavente respublikacilarin terefinde idi Muharibe xuntanin qelebesi ile basa catdiqdan sonra o Frankonun terefine kecmis ve bununla da liberal antifasist movqeli quvveleri kederlendirmisdi Benaventenin ilk pyesinin tamasaya qoyulmasinin 50 illik yubileyi 1944 cu ilde Ispaniyada az qala milli bayram seviyyesinde qeyd edilmisdi Olumune qeder yazi masasindan ayrilmayan dramaturq hec zaman aile qurmamisdi Onun mavi olmasi haqqinda versiyalar da movcuddur Bir sira gorkemli senetkarlar kimi Xasinto Benaventenin yaradiciligina da ikili munasibete tesaduf edilir Onu meshur ispan dramaturqlari ile bir siraya qoyan S Ceyson aparici ispan dramaturqu adlandiran L Uorren edebiyyat tenqidcileri ile birlikde eserlerinin tehlile dozmediyini R Sances ideyalardan ve felsefi musahidelerden mehrum oldugunu A Markeri iddia eden muellifler de vardir EserleriRosas de otono 1905 Los Intereses creados 1907 Senora ama 1908 El Nietecito 1910 La malquerida 1913 La ciudad alegre y confiada 1916 Campo de armino 1916 Lecciones de buen amor 1924 La mariposa que volo sobre el mar 1926 Pepa Doncel 1928 Vidas cruzadas 1929 Aves y pajaros 1940 La honradez de la cerradura 1942 La infanzona 1945 Titania 1946 La infanzona 1947 Abdicacion 1948 Ha llegado Don Juan 1952 El alfiler en la boca 1954 IstinadlarJacinto Benavente y Martinez Encyclopaedia Britannica ing Jacinto Benavente Brockhauz Ensiklopediyasi alm Bibliotheque nationale de France BnF identifikatoru fr aciq melumat platformasi 2011 Ispaniya 1715 Deutsche Nationalbibliothek Record 118655280 Umumi tenzimleme nezareti GND alm 2012 2016 MenbeVilayet Quliyev Edebiyyat sahesinde Nobel mukafati laureatlari Baki Kitab alemi Nesriyyat Poliqrafiya Merkezi 2009 seh Xarici kecidlerHemcinin bax