Vyetnam mətbəxi — Hind-Çin yarımadasında Cənub-Şərqi Asiyada yerləşən Vyetnam Sosialist Respublikasının mətbəxi.
Vyetnam mətbəxi qeyri-adiliyi və zərif dadıyla digərlərindən fərqlənir. Qonşu mətbəxlərdən nə Çin, nə Koreya, nə də yapon mətbəxinə oxşamır. Eyni zamanda bütün Asiyada olduğu kimi, burada da mətbəxin əsasını düyü, əriştə və ədviyyatlar təşkil edir. Nanə, keşniş, balıq sousu, istiot, sarımsaq Vyetnam yeməklərinə özünəməxsus ətir verir. Acı olmayan zərif ədviyyatlar, yağdan minimal dərəcədə istifadə, düyü yeməklərinin, tərəvəzlərin, dəniz məhsullarının rəngarəngliyi Vyetnam mətbəxini həm dadlı, həm də orqanizm üçün faydalı edir.
Uzun illər Fransanın müstəmləkəsi olmuş ölkədə fransız mətbəxinin ənənələri də geniş yayılıb. Vyetnam mətbəxində fransız təsiri özünü ilk növbədə paştet və pendirdə göstərir. Ölkə həmçinin fransızların qəhvəyə olan məhəbbətini də mənimsəyib.
Vyetnam mətbəxi öz müxtəlifliyinə görə də digərlərindən çox fərqlənir. Deyilənə görə, burada 500-ə yaxın milli yemək nümunəsi var. Ölkənin ən məşhur milli yeməklərinə: "kom" (düyü), "fo" (əriştə supu), "soy" (yapışqan düyü), "çaka" (balığın qızardılmış yumşaq əti), "çajo" (ət və tərəvəzli rulet) aiddir. Düyü nişastasından və meyvələrdən hazırlanmış şirin desertlər də bu ölkədə çox populyardır. Burada müxtəlif orijinal meyvələr də vardır: əjdaha meyvəsi, jajabe, xaki, lonqan, pomelo, üççəyirdəkli albalı, su alması. Bəzi yeməklərin hazırlanmasında avropalılar üçün çox qəribə görünən inqrediyentlərdən, məsələn, ilanlar, qurbağalar, hörümçəklərdən istifadə edilir.
Vyetnam mətbəxinin əsasını müxtəlif tərəvəz və ölkədə çox məşhur olan balıqla bəzədilmiş ağ düyü təşkil edir. Vyetnamlılar özləri öz mətbəxlərini belə xarakterizə edirlər:
Xoşagəlməz iylə müşayiət olunan mükəmməl dad. |
Milli mətbəx Vyetnamın regionlarına görə çox fərqlənir. Ölkənin şimalı daha çox məşhur şorbası, qızardılmış əti, dəniz məhsulları ilə tanınır. Ölkənin cənubunda isə ədviyyatlardan daha çox istifadə olunur.
Yerli əhaliyə gəlincə, vyetnamlılar çox zəngin mədəniyyətə malik sülhsevər bir xalqdır və bu xüsusiyyətləri ilə turistləri daha çox cəlb edirlər. Turistlər Vyetnamın böyük şəhərlərində hər zövqə və münasib qiymətə uyğun restoran tapa bilirlər.
İstinadlar
- Mehparə. Vyetnam[ölü keçid] medeniyyet.az, 17.04.2014 (az.)
- Dağlar və çaylar ölkəsi 2010-01-14 at the Wayback Machine. anspress.com, 21.10.2009 (az.)
Xarici keçidlər
- Nguyen, Andrea Quynhgiao; Cost, Bruce (FRW); Beisch, Leigh. (2006) Into the Vietnamese kitchen: treasured foodways, modern flavors. Ten Speed Press,
- Le, Ann; Fay, Julie. (2006) The Little Saigon Cookbook: Vietnamese Cuisine and Culture in Southern California's Little Saigon, Globe Pequot,
- Thị Chơi Triệu, Marcel Isaak, (1998) The Food of Vietnam: Authentic Recipes from the Heart of Indochina, Tuttle Publishing,
- McDermott, Nancie; Alpert, Caren (2005) Quick & Easy Vietnamese: 75 Everyday Recipes Chronicle Books,
- Chi Nguyen; Judy Monroe, (2002) Cooking the Vietnamese way: revised and expanded to include new low-fat and vegetarian recipes Twenty-First Century Books,
- Pauline Nguyen; Luke Nguyen; Mark Jensen (2007), Secrets of the Red Lantern: Stories and Vietnamese Recipes from the Heart Murdoch Books,
- Trieu Thi Choi, Thị Chơi Triệu, Marcel Isaak, Heinz Von Holzen (2005), Authentic Recipes from Vietnam Tuttle Publishing,
- Phu Yen Ganh Da Dia turu və Phu Yen-də kulinariya yeməkləri
- Hoyer, Daniel. (2009) Culinary Vietnam. Gibbs Smith,
- Vyetnam mətbəxi 2016-05-02 at the Wayback Machine. bonduelle.az (az.)
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Vyetnam metbexi Hind Cin yarimadasinda Cenub Serqi Asiyada yerlesen Vyetnam Sosialist Respublikasinin metbexi Bun ca Vyetnam metbexi qeyri adiliyi ve zerif dadiyla digerlerinden ferqlenir Qonsu metbexlerden ne Cin ne Koreya ne de yapon metbexine oxsamir Eyni zamanda butun Asiyada oldugu kimi burada da metbexin esasini duyu eriste ve edviyyatlar teskil edir Nane kesnis baliq sousu istiot sarimsaq Vyetnam yemeklerine ozunemexsus etir verir Aci olmayan zerif edviyyatlar yagdan minimal derecede istifade duyu yemeklerinin terevezlerin deniz mehsullarinin rengarengliyi Vyetnam metbexini hem dadli hem de orqanizm ucun faydali edir Uzun iller Fransanin mustemlekesi olmus olkede fransiz metbexinin eneneleri de genis yayilib Vyetnam metbexinde fransiz tesiri ozunu ilk novbede pastet ve pendirde gosterir Olke hemcinin fransizlarin qehveye olan mehebbetini de menimseyib Vyetnam metbexi oz muxtelifliyine gore de digerlerinden cox ferqlenir Deyilene gore burada 500 e yaxin milli yemek numunesi var Olkenin en meshur milli yemeklerine kom duyu fo eriste supu soy yapisqan duyu caka baligin qizardilmis yumsaq eti cajo et ve terevezli rulet aiddir Duyu nisastasindan ve meyvelerden hazirlanmis sirin desertler de bu olkede cox populyardir Burada muxtelif orijinal meyveler de vardir ejdaha meyvesi jajabe xaki lonqan pomelo ucceyirdekli albali su almasi Bezi yemeklerin hazirlanmasinda avropalilar ucun cox qeribe gorunen inqrediyentlerden meselen ilanlar qurbagalar horumceklerden istifade edilir Vyetnam metbexinin esasini muxtelif terevez ve olkede cox meshur olan baliqla bezedilmis ag duyu teskil edir Vyetnamlilar ozleri oz metbexlerini bele xarakterize edirler Xosagelmez iyle musayiet olunan mukemmel dad Milli metbex Vyetnamin regionlarina gore cox ferqlenir Olkenin simali daha cox meshur sorbasi qizardilmis eti deniz mehsullari ile taninir Olkenin cenubunda ise edviyyatlardan daha cox istifade olunur Yerli ehaliye gelince vyetnamlilar cox zengin medeniyyete malik sulhsever bir xalqdir ve bu xususiyyetleri ile turistleri daha cox celb edirler Turistler Vyetnamin boyuk seherlerinde her zovqe ve munasib qiymete uygun restoran tapa bilirler IstinadlarMehpare Vyetnam olu kecid medeniyyet az 17 04 2014 az Daglar ve caylar olkesi 2010 01 14 at the Wayback Machine anspress com 21 10 2009 az Xarici kecidlerVikianbarda Vyetnam metbexi ile elaqeli mediafayllar var Nguyen Andrea Quynhgiao Cost Bruce FRW Beisch Leigh 2006 Into the Vietnamese kitchen treasured foodways modern flavors Ten Speed Press ISBN 1 58008 665 9 Le Ann Fay Julie 2006 The Little Saigon Cookbook Vietnamese Cuisine and Culture in Southern California s Little Saigon Globe Pequot ISBN 0 7627 3831 6 Thị Chơi Triệu Marcel Isaak 1998 The Food of Vietnam Authentic Recipes from the Heart of Indochina Tuttle Publishing ISBN 962 593 394 8 McDermott Nancie Alpert Caren 2005 Quick amp Easy Vietnamese 75 Everyday Recipes Chronicle Books ISBN 0 8118 4434 X Chi Nguyen Judy Monroe 2002 Cooking the Vietnamese way revised and expanded to include new low fat and vegetarian recipes Twenty First Century Books ISBN 0 8225 4125 4 Pauline Nguyen Luke Nguyen Mark Jensen 2007 Secrets of the Red Lantern Stories and Vietnamese Recipes from the Heart Murdoch Books ISBN 1 74045 904 0 Trieu Thi Choi Thị Chơi Triệu Marcel Isaak Heinz Von Holzen 2005 Authentic Recipes from Vietnam Tuttle Publishing ISBN 0 7946 0327 0 Phu Yen Ganh Da Dia turu ve Phu Yen de kulinariya yemekleri Hoyer Daniel 2009 Culinary Vietnam Gibbs Smith ISBN 1 4236 0320 6 Vyetnam metbexi 2016 05 02 at the Wayback Machine bonduelle az az