Visente Pio Marselino Aleysandre (26 aprel 1898[…], Sevilya[…] – 14 dekabr 1984[…], Madrid[…]) — ispan şair.
Visente Aleysandre | |
---|---|
isp. Vicente Aleixandre | |
Doğum adı | Vicente Pío Marcelino Cirilo Aleixandre y Merlo |
Doğum tarixi | 26 aprel 1898[…] |
Doğum yeri | |
Vəfat tarixi | 14 dekabr 1984[…](86 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | vərəm |
Dəfn yeri |
|
Fəaliyyəti | şair, yazıçı, müəllim |
Əsərlərinin dili | ispan dili |
Üzvlüyü |
|
Mükafatları | |
Visente Aleysandre Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
İspan şairi Visente Aleysandre-i-Merlo Seviliyada, dəmir yol tikintisi mühəndisinin ailəsində anadan olmuşdu. 1913-cü ildə Madriddəki Tereza Kollecini ("Kolexio Tereziano") bakalavr dərəcəsi ilə bitirmişdi. Ali təhsil almaq üçün Madrid universitetinin hüquq fakültəsini seçsə də, daha çox ispan ədəbiyyatı seminarlarında iştirak edirdi. Sevdiyi müəlliflər sırasına Homer, Şiller, Dostoyevski və b. daxil idilər. Sonralar bu siyahıya ötən əsrin əvvəllərində ispandilli ölkələrdə çox populyar olan Nikaraqua modernist-şairi Ruben Dario da əlavə edilmişdi.
Universiteti hüquqşünas və iqtisadçı ixtisası ilə bitirdikdən sonra Visente bir müddət Madrid ticarət məktəbində çalışmış, hətta hüquq və iqtisadiyyata dair məqalələr çap etdirmişdi. Bununla yanaşı, çapı haqqında ciddi düşünmədiyi şeirlər də yazmışdı. Və poeziyaya bağlılığını sirr kimi hamıdan gizli saxlamışdı.
Visente Aleysandrenin həyatını müəyyən mənada rus sovet yazıçısı Nikolay Ostrovskinin taleyi ilə müqayisə etmək olar. İspan şairi də "Polad necə bərkidi"nin müəllifi kimi gənc yaşlarında bir sıra ağır xəstəliklər keçirərək yarımşikəst vəziyyətə düşmüşdü. Lakin erkən yaşda vəfat edən Ostrovskidən fərqli olaraq, Madrid ətrafındakı kiçik villasında yataq xəstəsi kimi yaşayan Visente Aleysandre kifayət qədər uzun və məhsuldar ömür sürmüşdü.
Dostlarının təkidi ilə ilk şeirlərini 1927-ci ildə mətbuata vermişdi. Qarsia Lorka ilə tanışlıq Aleysandreni də müasir ispan ədəbiyyatı tarixinə "1927" adı altında daxil olan ədəbi cərəyanın qurucuları sırasına gətirmişdi. Həmin dövrdə Visente daha çox freydizmlə maraqlanır və psixoanaliz təlimi yaradıcısının əsərlərini diqqətlə öyrənirdi. Sürrealizm və freydizm təsiri onun 20-ci illərin sonlarında yazdığı və yalnız 1935-ci ildə çap etdirdiyi "Yer ehtirasları" kitabındakı şeirlərdə aydın hiss olunurdu.
Bundan əvvəl isə müəllifin "Dodağa bənzəyən qılınclar" (1932), "Ölüm və məhəbbət" (1933) kitabları işıq üzü görmüşdü. Vinsente Aleysandre yaradıcılığının ən yaxşı nümunələrindən sayılan "Ölüm və məhəbbət" nə qədər qəribə səslənsə də, əslində erotik şeirlər toplusu idi. Bu toplu 1933-cü ildə hətta ədəbiyyat üzrə İspaniyanın milli mükafatına layiq görülmüşdü.
İspaniyadakı vətəndaş müharibəsi sənət adamlarının taleyində fərqli izlər buraxmışdı. Lorka frankoçular tərəfindən güllələnmişdi (Visente bu xəbəri eşidəndə şairin ruhuna ithaf etdiyi "Öldürüldü!" elegiyasını yazmışdı), bir sıra yazıçı və şairlər vətəndən didərgin düşmüşdülər. Təbii ki, Visente Aleysandre xəstəliyinə görə heç yerə gedə bilməmişdi. Lakin müharibə ondan da yan keçməmişdi. Şairin yaşadığı ev dağıdılmış, əsərlərinin çapına qadağa qoyulmuşdu. İstənilən halda yataq xəstəsi olan bu mübariz ruhlu insanı susdura bilməmişdilər. Hər şeyə baxmayaraq Aleysandre yeni əsərlər yazmışdı. İspaniya Akademiyası isə əsl elmi hünər göstərərək 1950-ci ildə frankoçuların təqib etdiyi şairi öz üzvü seçmişdi.
Aleysandrenin müharibədən sonrakı poeziyasında bədbinlik və düşkünlük əhvali-ruhiyyəsi tədricən öz yerini humanizmə və yüksək insani dəyərlərə inama və onların tərənnümünə vermişdi. Şairin "Cənnətin kölgəsi" (1944), "Vahid dünya" (1950), "Ürəyin tarixçəsi" (1954), "Boşluğun hökmündə" (1962), "Son haqqında şeirlər" (1968), "İdrak haqqında dialoq" (1974) kitablarındakı şeirlər xoşbəxtliyin və gözəlliyin hökm sürdüyü xəyali dünya haqqında poetik utopiyalardan ibarət idi. Şübhəsiz, əlil arabasına bağlanıb qalmış bir insanın bu cür işıqlı duyğularla yaşamasının özü onun daxili təmizliyinə və saflığına dəlalət edirdi.
Vinsente Aleysandre 1977-ci ildə "iki dünya müharibəsi arasında ispan poeziyası ənənələrini dirçəltməsinin parlaq nümunələri olan, insanın vəziyyətini müasir cəmiyyətdən tutmuş kosmik genişliyə qədər böyük bir müstəvidə əks etdirən diqqətəlayiq poetik yaradıcılığına görə" Nobel mükafatı qazanmışdı. İsveç Akademiyasının üzvü Karl Raqnar Qirov təqdimat çıxışında şairi "İspaniyanın mənəvi həyatının heç zaman qurumayan çeşməsi" adlandırmışdı.
Laureatın arzusu ilə mükafatı onun adından əsərlərinin İsveç dilinə tərçüməçisi Xurxe Xosto Padren qəbul etmişdi. Visente Aleysandrenin Nobel mükafatı alması xəbəri İspaniyaya çatanda kral Xuan Karlos şairin evinə gələrək onu təbrik etmiş və İspaniya mədəniyyəti qarşısındakı mühüm xidmətlərinə görə III Karl ordeninin Böyük Xaçı ilə təltif olunduğunu bildirmişdi.
Həyatını subaylıqla, ailəsiz və övladsız başa vuran Visente Aleysandre 86 yaşında, Madriddəki evində vəfat etmişdi.
Əsərləri
- Ámbito (1928)
- Espadas como labios (1932)
- Sombra del paraíso (1944)
- Historia del corazón (1954)
- Los encuentros (1958)
- En un vasto dominio (1962)
- Poemas de la consumación (1968)
- Sonido de la guerra (1972)
- Diálogos del conocimiento (1974)
- En gran noche (1991)
İstinadlar
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- Roux P. d. Nouveau Dictionnaire des œuvres de tous les temps et tous les pays (fr.). 2 Éditions Robert Laffont, 1994. Vol. 1. P. 53.
- http://www.britannica.com/EBchecked/topic/13716/Vicente-Aleixandre.
- http://www.nobelprize.org/nobel_prizes/literature/laureates/1977/aleixandre-bio.html.
- http://www.romanianstudies.org/content/2012/10/poetry-in-translation-cxxviii-vicente-aleixandre-1889-1984-poet-spaniol-el-cuerpo-y-el-alma-corp-si-suflet-the-body-and-the-so/.
Mənbə
- Vilayət Quliyev. Ədəbiyyat sahəsində Nobel mükafatı laureatları. Bakı: "Kitab aləmi" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2009, səh.
Xarici keçidlər
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Visente Pio Marselino Aleysandre 26 aprel 1898 Sevilya 14 dekabr 1984 Madrid ispan sair Visente Aleysandreisp Vicente AleixandreDogum adi Vicente Pio Marcelino Cirilo Aleixandre y MerloDogum tarixi 26 aprel 1898 1898 04 26 Dogum yeri Sevilya Sevilya vilayeti d Endelus Ispaniya Vefat tarixi 14 dekabr 1984 1984 12 14 86 yasinda Vefat yeri Madrid Madrid muxtar birliyi Ispaniya Vefat sebebi veremDefn yeri Almudena qebiristanligi d Fealiyyeti sair yazici muellimEserlerinin dili ispan diliUzvluyu Ispan dili Kralliq Akademiyasi d MukafatlariVisente Aleysandre Vikimenbede Vikianbarda elaqeli mediafayllarHeyatiIspan sairi Visente Aleysandre i Merlo Seviliyada demir yol tikintisi muhendisinin ailesinde anadan olmusdu 1913 cu ilde Madriddeki Tereza Kollecini Kolexio Tereziano bakalavr derecesi ile bitirmisdi Ali tehsil almaq ucun Madrid universitetinin huquq fakultesini secse de daha cox ispan edebiyyati seminarlarinda istirak edirdi Sevdiyi muellifler sirasina Homer Siller Dostoyevski ve b daxil idiler Sonralar bu siyahiya oten esrin evvellerinde ispandilli olkelerde cox populyar olan Nikaraqua modernist sairi Ruben Dario da elave edilmisdi Universiteti huquqsunas ve iqtisadci ixtisasi ile bitirdikden sonra Visente bir muddet Madrid ticaret mektebinde calismis hetta huquq ve iqtisadiyyata dair meqaleler cap etdirmisdi Bununla yanasi capi haqqinda ciddi dusunmediyi seirler de yazmisdi Ve poeziyaya bagliligini sirr kimi hamidan gizli saxlamisdi Visente Aleysandrenin heyatini mueyyen menada rus sovet yazicisi Nikolay Ostrovskinin taleyi ile muqayise etmek olar Ispan sairi de Polad nece berkidi nin muellifi kimi genc yaslarinda bir sira agir xestelikler kecirerek yarimsikest veziyyete dusmusdu Lakin erken yasda vefat eden Ostrovskiden ferqli olaraq Madrid etrafindaki kicik villasinda yataq xestesi kimi yasayan Visente Aleysandre kifayet qeder uzun ve mehsuldar omur surmusdu Dostlarinin tekidi ile ilk seirlerini 1927 ci ilde metbuata vermisdi Qarsia Lorka ile tanisliq Aleysandreni de muasir ispan edebiyyati tarixine 1927 adi altinda daxil olan edebi cereyanin quruculari sirasina getirmisdi Hemin dovrde Visente daha cox freydizmle maraqlanir ve psixoanaliz telimi yaradicisinin eserlerini diqqetle oyrenirdi Surrealizm ve freydizm tesiri onun 20 ci illerin sonlarinda yazdigi ve yalniz 1935 ci ilde cap etdirdiyi Yer ehtiraslari kitabindaki seirlerde aydin hiss olunurdu Bundan evvel ise muellifin Dodaga benzeyen qilinclar 1932 Olum ve mehebbet 1933 kitablari isiq uzu gormusdu Vinsente Aleysandre yaradiciliginin en yaxsi numunelerinden sayilan Olum ve mehebbet ne qeder qeribe seslense de eslinde erotik seirler toplusu idi Bu toplu 1933 cu ilde hetta edebiyyat uzre Ispaniyanin milli mukafatina layiq gorulmusdu Ispaniyadaki vetendas muharibesi senet adamlarinin taleyinde ferqli izler buraxmisdi Lorka frankocular terefinden gullelenmisdi Visente bu xeberi esidende sairin ruhuna ithaf etdiyi Olduruldu elegiyasini yazmisdi bir sira yazici ve sairler vetenden didergin dusmusduler Tebii ki Visente Aleysandre xesteliyine gore hec yere gede bilmemisdi Lakin muharibe ondan da yan kecmemisdi Sairin yasadigi ev dagidilmis eserlerinin capina qadaga qoyulmusdu Istenilen halda yataq xestesi olan bu mubariz ruhlu insani susdura bilmemisdiler Her seye baxmayaraq Aleysandre yeni eserler yazmisdi Ispaniya Akademiyasi ise esl elmi huner gostererek 1950 ci ilde frankocularin teqib etdiyi sairi oz uzvu secmisdi Aleysandrenin muharibeden sonraki poeziyasinda bedbinlik ve duskunluk ehvali ruhiyyesi tedricen oz yerini humanizme ve yuksek insani deyerlere inama ve onlarin terennumune vermisdi Sairin Cennetin kolgesi 1944 Vahid dunya 1950 Ureyin tarixcesi 1954 Boslugun hokmunde 1962 Son haqqinda seirler 1968 Idrak haqqinda dialoq 1974 kitablarindaki seirler xosbextliyin ve gozelliyin hokm surduyu xeyali dunya haqqinda poetik utopiyalardan ibaret idi Subhesiz elil arabasina baglanib qalmis bir insanin bu cur isiqli duygularla yasamasinin ozu onun daxili temizliyine ve safligina delalet edirdi Vinsente Aleysandre 1977 ci ilde iki dunya muharibesi arasinda ispan poeziyasi enenelerini dirceltmesinin parlaq numuneleri olan insanin veziyyetini muasir cemiyyetden tutmus kosmik genisliye qeder boyuk bir mustevide eks etdiren diqqetelayiq poetik yaradiciligina gore Nobel mukafati qazanmisdi Isvec Akademiyasinin uzvu Karl Raqnar Qirov teqdimat cixisinda sairi Ispaniyanin menevi heyatinin hec zaman qurumayan cesmesi adlandirmisdi Laureatin arzusu ile mukafati onun adindan eserlerinin Isvec diline tercumecisi Xurxe Xosto Padren qebul etmisdi Visente Aleysandrenin Nobel mukafati almasi xeberi Ispaniyaya catanda kral Xuan Karlos sairin evine gelerek onu tebrik etmis ve Ispaniya medeniyyeti qarsisindaki muhum xidmetlerine gore III Karl ordeninin Boyuk Xaci ile teltif olundugunu bildirmisdi Heyatini subayliqla ailesiz ve ovladsiz basa vuran Visente Aleysandre 86 yasinda Madriddeki evinde vefat etmisdi EserleriAmbito 1928 Espadas como labios 1932 Sombra del paraiso 1944 Historia del corazon 1954 Los encuentros 1958 En un vasto dominio 1962 Poemas de la consumacion 1968 Sonido de la guerra 1972 Dialogos del conocimiento 1974 En gran noche 1991 IstinadlarBibliotheque nationale de France BnF identifikatoru fr aciq melumat platformasi 2011 Roux P d Nouveau Dictionnaire des œuvres de tous les temps et tous les pays fr 2 Editions Robert Laffont 1994 Vol 1 P 53 ISBN 978 2 221 06888 5 http www britannica com EBchecked topic 13716 Vicente Aleixandre http www nobelprize org nobel prizes literature laureates 1977 aleixandre bio html http www romanianstudies org content 2012 10 poetry in translation cxxviii vicente aleixandre 1889 1984 poet spaniol el cuerpo y el alma corp si suflet the body and the so MenbeVilayet Quliyev Edebiyyat sahesinde Nobel mukafati laureatlari Baki Kitab alemi Nesriyyat Poliqrafiya Merkezi 2009 seh Xarici kecidlerHemcinin bax