Vəndam qalası — Qəbələ rayonunun Vəndam kəndi ərazisində yerləşir. Söhbət kəndin şimalındakı Kiçiktəpə dağının üstündəki yastanda olan qədim tikinti qalıqlarından gedir. Hər tərəfdən dərin dərələrlə əhatə olunan bu ərazini Vəndam sakinləri "Qalaüstü" adlandırırlar.
Təqribən 1 hektara yaxın sahəni tutan abidə Kiçiktəpənin yastan hissəsini bütünlüklə əhatə edir. Abidənin quruluşu ərazinin relyefinə uyğunlaşdırılmışdır. Belə ki, dağın yastanı oval formada olduğundan, qala da oval formada tikilmişdir. Onun şimaldan cənuba doğru uzunluğu 160 m-dir. Ərazisi mərkəzi hissədən başlayaraq cənuba və şimala doğru getdikcə daralır. Beləliklə, abidənin mərkəzi hissəsində eni 60 m, cənub tərəfdə 10 m, şimal hissədə isə cəmisi 4 m-dir.
Çay daşından və əhəng məhlulundan istifadə etməklə inşa olunmuş qala divarlarının bir sıra yerləri uçaraq dərəyə yuvarlanmışdır. Yarısalamat vəziyyətdə qalan yerlərdə onun hündürlüyü 1 m, qalınlığı isə 1,8 m-dir. Abidədə 5 yerdə qala bürcü olduğu güman edilir. Onların hamısı düzbucaqlı formasındadır. Qala bürcləri əsasən relyefə uyğun olaraq döngələrdə tikilib. Qalanın çox da geniş olmayan giriş qapısı cənub tərəfdəndir. O, ölçülərinə görə daha çox Xaçmaz Govur qalasının giriş qapısına bənzəyir. Qala darvazasının yanlarındakı bürclər isə forma və ölçülərinə görə Kəldək və Küngüt qalalarının bürclərinə uyğun gəlir.
1964-cü ildə arxeoloq F. V. Qədirov tərəfindən Vəndam qalasında iki yerdə kiçikmiqyaslı kə.fiyyat qazıntısı qoyulmuşdur. Qala qapısı qarşısında 8×1,5 m ölçüdə olan qazıntı nəticəsində qala qapısının eninin 1,8 m olduğu müəyyənləşdirilmişdir. 3×2 m ölçüdə götürülən ikinci qazıntı sahəsi üçün qalanın mərkəzi hissəsində yer seçilmişdir. Tədqiqat zamanı orada təqribən 40 sm qalınlığında yanıq təbəqə aşkar edilmişdir. Həmin təbəqə götürüldükdən sonra qazıntı davam etdirilərkən, orada xeyli miqdar şirsiz keramika qalıqları aşkar edilmişdir. Əsasən məişət qablarının fraqmentlərindən ibarət olan bu tapıntılar içərisində dulus dəzgahında istehsal edilən nümunələrə vəşirli qab fraqmentlərinə təsadüf olunmamışdır. Oradan tapılmış keramika nümunələri Mingəçevirin 2 və 3 saylı yaşayış yerlərinin alt qatlarından, habelə, Tərkəş və Qarovultəpədən məlum olan nümunələrlə oxşarlıq təşkil edir. Bütün bunlar isə bəhs edilən qala-istehkamın təqribən V–VI əsrlərdə tikildiyini və VIII əsrin ortalarınadək istifadə olunduğunu ehtimal etməyə əsas verir.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Vendam qalasi Qebele rayonunun Vendam kendi erazisinde yerlesir Sohbet kendin simalindaki Kiciktepe daginin ustundeki yastanda olan qedim tikinti qaliqlarindan gedir Her terefden derin derelerle ehate olunan bu erazini Vendam sakinleri Qalaustu adlandirirlar Teqriben 1 hektara yaxin saheni tutan abide Kiciktepenin yastan hissesini butunlukle ehate edir Abidenin qurulusu erazinin relyefine uygunlasdirilmisdir Bele ki dagin yastani oval formada oldugundan qala da oval formada tikilmisdir Onun simaldan cenuba dogru uzunlugu 160 m dir Erazisi merkezi hisseden baslayaraq cenuba ve simala dogru getdikce daralir Belelikle abidenin merkezi hissesinde eni 60 m cenub terefde 10 m simal hissede ise cemisi 4 m dir Cay dasindan ve eheng mehlulundan istifade etmekle insa olunmus qala divarlarinin bir sira yerleri ucaraq dereye yuvarlanmisdir Yarisalamat veziyyetde qalan yerlerde onun hundurluyu 1 m qalinligi ise 1 8 m dir Abidede 5 yerde qala burcu oldugu guman edilir Onlarin hamisi duzbucaqli formasindadir Qala burcleri esasen relyefe uygun olaraq dongelerde tikilib Qalanin cox da genis olmayan giris qapisi cenub terefdendir O olculerine gore daha cox Xacmaz Govur qalasinin giris qapisina benzeyir Qala darvazasinin yanlarindaki burcler ise forma ve olculerine gore Keldek ve Kungut qalalarinin burclerine uygun gelir 1964 cu ilde arxeoloq F V Qedirov terefinden Vendam qalasinda iki yerde kicikmiqyasli ke fiyyat qazintisi qoyulmusdur Qala qapisi qarsisinda 8 1 5 m olcude olan qazinti neticesinde qala qapisinin eninin 1 8 m oldugu mueyyenlesdirilmisdir 3 2 m olcude goturulen ikinci qazinti sahesi ucun qalanin merkezi hissesinde yer secilmisdir Tedqiqat zamani orada teqriben 40 sm qalinliginda yaniq tebeqe askar edilmisdir Hemin tebeqe goturuldukden sonra qazinti davam etdirilerken orada xeyli miqdar sirsiz keramika qaliqlari askar edilmisdir Esasen meiset qablarinin fraqmentlerinden ibaret olan bu tapintilar icerisinde dulus dezgahinda istehsal edilen numunelere vesirli qab fraqmentlerine tesaduf olunmamisdir Oradan tapilmis keramika numuneleri Mingecevirin 2 ve 3 sayli yasayis yerlerinin alt qatlarindan habele Terkes ve Qarovultepeden melum olan numunelerle oxsarliq teskil edir Butun bunlar ise behs edilen qala istehkamin teqriben V VI esrlerde tikildiyini ve VIII esrin ortalarinadek istifade olundugunu ehtimal etmeye esas verir