Uzunoba — Naxçıvan Muxtar Respublikasının Babək rayonu ərazisində qədim yaşayış yeri. Yaşayış yeri rayonunun Aşağı Uzunoba kəndi yaxınlığında, Naxçıvançayın sağ sahilində yerləşir.
Uzunoba yaşayış yeri | |
---|---|
Tərkibində | Azərbaycan |
Coğrafi region | |
Tədqiqatçılar | Vəli Baxşəliyev, |
Tədqiqi
Yaşayış yeri 2015-ci ildə Vəli Baxşəliyev və Catherine Marronun rəhbərliyi ilə beynəlxalq Azərbaycan-Fransa arxeoloji ekspedisiyası tərəfindən şurf qazıntısı ilə öyrənilmişdir. Yaşayış yerində aparılan araşdırmalar zamanı məlum olmuşdur ki, bu abidəyə aid mədəni təbəqənin üzəri 2 m qalınlığında torpaq qatı ilə örtülmüşdür. Babək rayonunun Uzun oba kəndi yaxınlığında, Naxçıvançayın sağ sahilində yerləşən bu abidə yalnız kəşfiyyat xarakterli qazıntı ilə öyrənilmişdir. Abidənin şərq yamacında 2 m uzunluğunda açılan kəşfiyyat qazıntısı zamanı alınan stratiqrafik kəsikdə 2, 5 m qalınlığında olan təbəqənin yığılma ardıcıllığını müəyyən etmək mümkün olmuşdur. Qazıntı zamanı e.ə. V minilliyin birinci yarısı ilə tarixlənən boyalı keramika parçalarının aşkar olunması mədəni təbəqənin e. ə. V minilliyin birinci yarısına aid olduğunu göstərir ki, bu da region üçün olduqca nadir haldır.
Digər mədəniyyətlərlə əlaqələri
Bu dövrə aid maddi-mədəniyyət nümunələri 2010-cu ilin qazıntıları zamanı Kültəpə yaşayış yerindən (Culfa, İran) də aşkar olunmuşdur ki, bu da həmin istiqamətin e. ə. V minillikdə, yaxud ondan əvvəl Şimal-Qərbi İranla (Cənubi Azərbaycan) Naxçıvançay vadisi arasında əsas yol olduğunu göstərir. Məlum olduğu kimi, Urmiya hövzəsinin qədim sakinləri başlıca olaraq (95 %) Naxçıvan yaxınlığında yerləşən Sünik obsidianından istifadə etmişlər. Araşdırmalar əsasında tədqiqatçılar qeyd etmişdir ki, Urmiya hövzəsinin qədim sakinləri Naxçıvançay vadisində yerləşən tayfalarla sıx əlaqə saxlamış və Naxçıvan sakinlərinin vasitəsilə Zəngəzur dağlarının xammal mənbələrindən, o cümlədən burada olan obsidian yataqlarından istifadə etmişlər. Uzun oba yaşayış yeri Eneolit dövrünün orta mərhələsinə aid xüsusiyyətləri izləmək baxımından əhəmiyyətlidir.
İstinadlar
- Бахшалиев В.Б. Исследование энеолитических памятников Сирабчайской и Нахчыванчайской долин. Problems of the Archaeology of theCaucasus and Near East. Neolithic — Late Bronze Age. Baku: Институт археологии и этнографии. 2017, с. 108–121.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Uzunoba Naxcivan Muxtar Respublikasinin Babek rayonu erazisinde qedim yasayis yeri Yasayis yeri rayonunun Asagi Uzunoba kendi yaxinliginda Naxcivancayin sag sahilinde yerlesir Uzunoba yasayis yeriTerkibinde AzerbaycanCografi region UzunobaTedqiqatcilar Veli Baxseliyev TedqiqiYasayis yeri 2015 ci ilde Veli Baxseliyev ve Catherine Marronun rehberliyi ile beynelxalq Azerbaycan Fransa arxeoloji ekspedisiyasi terefinden surf qazintisi ile oyrenilmisdir Yasayis yerinde aparilan arasdirmalar zamani melum olmusdur ki bu abideye aid medeni tebeqenin uzeri 2 m qalinliginda torpaq qati ile ortulmusdur Babek rayonunun Uzun oba kendi yaxinliginda Naxcivancayin sag sahilinde yerlesen bu abide yalniz kesfiyyat xarakterli qazinti ile oyrenilmisdir Abidenin serq yamacinda 2 m uzunlugunda acilan kesfiyyat qazintisi zamani alinan stratiqrafik kesikde 2 5 m qalinliginda olan tebeqenin yigilma ardicilligini mueyyen etmek mumkun olmusdur Qazinti zamani e e V minilliyin birinci yarisi ile tarixlenen boyali keramika parcalarinin askar olunmasi medeni tebeqenin e e V minilliyin birinci yarisina aid oldugunu gosterir ki bu da region ucun olduqca nadir haldir Diger medeniyyetlerle elaqeleriBu dovre aid maddi medeniyyet numuneleri 2010 cu ilin qazintilari zamani Kultepe yasayis yerinden Culfa Iran de askar olunmusdur ki bu da hemin istiqametin e e V minillikde yaxud ondan evvel Simal Qerbi Iranla Cenubi Azerbaycan Naxcivancay vadisi arasinda esas yol oldugunu gosterir Melum oldugu kimi Urmiya hovzesinin qedim sakinleri baslica olaraq 95 Naxcivan yaxinliginda yerlesen Sunik obsidianindan istifade etmisler Arasdirmalar esasinda tedqiqatcilar qeyd etmisdir ki Urmiya hovzesinin qedim sakinleri Naxcivancay vadisinde yerlesen tayfalarla six elaqe saxlamis ve Naxcivan sakinlerinin vasitesile Zengezur daglarinin xammal menbelerinden o cumleden burada olan obsidian yataqlarindan istifade etmisler Uzun oba yasayis yeri Eneolit dovrunun orta merhelesine aid xususiyyetleri izlemek baximindan ehemiyyetlidir IstinadlarBahshaliev V B Issledovanie eneoliticheskih pamyatnikov Sirabchajskoj i Nahchyvanchajskoj dolin Problems of the Archaeology of theCaucasus and Near East Neolithic Late Bronze Age Baku Institut arheologii i etnografii 2017 s 108 121