Ultrasəs dalğaları — İnsan qulağının eşidə bilmədiyi 20 kHs tezlikdən böyük tezlikli səs və ya akustik dalğalar. Akustik dalğalar elastiki mühitin zərrəciklərinin yaratdığı rəqslərin mühitdə yayılması və enerji daşımasından ibarətdir. Akustik dalğalar bərk mühitdə, mayelərdə və həm də qazlarda yayılir. Bioloji toxumalar həm elastiki maye mühitə (yumşaq toxumalar), bərk (sümüklər) və qaz mühitlərinə uyğun gəlir (ağ ciyərlər, mədə, bağırsaq). Ona görə demək olar ki, akustik dalğalar tibbi diaqnostikada istifadə olunan bütün növ bioloji toxumalarda yayıla bilir. Akustik dalğalar digər fiziki təbiətə malik dalğalar, məsələn, elektromaqnit dalğaları kimi fəza və zamana görə dəyişən bir sıra xarakteristikalara malikdir. Akustik dalğalarda əsas dəyişən kəmiyyət rəqs zamanı elastiki mühitin yerdəyişməsi və təzyiqyin rəqsləridir.
Uzununa akustik dalğalar
Ultrasəs diaqnostikasında uzununa akustik dalğalardan istifadə olunur. Uzununa dalğalarda mühitin zərrəciklərinin tarazlıq vəziyyəti ətrafında yerdəyişməsi rəqsin yayılması istiqamətində baş verir.
Sıxılma və seyrəkləşmə zonalarının mühitdə yayılma sürəti dalğanın sürətinə bərabərdir. Bu zaman dalğanın yayılma sürətini, mühitin zərrəciklərinin tarazlıq vəziyyəti ətrafındakı rəqslərinin sürətilə qarışdırmaq olmaz. Bunlar tamamilə müxtəlif sürətlərdir. Mühitdə dalğanın sürəti zamana görə sabit kəmiyyətdir, zərrəciklərin sürəti isə zamana görə periodik dəyişir. Mühitin hər hansı nöqtəsində sıxılma və seyrəkləşmə dərəcəsi həmin nöqtədə təzyiqi təyin edir. Harmonik rəqslər zamanı təzyiqin dəyişməsi sinus və ya kosinus qanunu ilə dəyişir. Eyni fazalı iki ən yaxın nöqtə arasındakı məsafə λ dalğa uzunluğu adlanır.
v= — vahid zamanda baş verən rəqslərin sayı — rəqsin tezliyi adlanır. T – rəqsin periodudur. BS (Beynəlxalq Vahidlər) sistemində tezlik vahidi Hers (Hs)-dir. Bir saniyədə tam bir rəqs edən rəqsin tezliyi 1 Hs götürülür.
Tibbi diaqnostikada istifadə olunun ultrasəsin tezlik diapazonu 1–30 MHs intervalında və daha böyük olur. Eyni fazalı nöqtələrin həndəsi yeri dalğa cəbhəsi adlanır. Əgər dalğa cəbhəsi müstəvi şəklində olarsa belə dalğalara müstəvi dalğalar deyilir. Müstəvi səs mənbələri vasitəsilə müstəvi dalğalar yaratmaq mümkündür. Bundan başqa, nöqtəvi və ya sferik mənbələr vasitəsilə yaradılan sferik dalğalar da mövcuddur. Bu zaman dalğa cəbhəsi sfera təşkil edir. Silindrik dalğalarda dalğa cəbhəsi silindrik formada olur. Praktikada təmiz müstəvi, sferik və silindrik dalğalara az rast gəlinir. Adətən praktikada müxtəlif tip dalğaların kombinasiyasına rast gəlinir ki, fəzanın kiçik bir hissəsindəki rəqslər bu tip dalğaların birinə uyğun gələ bilər.
Ultrasəs diaqnostikasında istifadə olunun bu dalğaların dalğa uzunluqlarını bilmək faydalıdır. Ona görə ki, bu verilənlər diaqnostik sistemlərin ən mühüm xarakteristikaları olan ayırdetmə qabiliyyətini müəyyənləşdirir. Ayırdetmə qabiliyyəti – akustik təsvirdə daxili orqanların kiçik elementlərini göstərə bilmək qabiliyyətidir. Ayırdetmə qabiliyyətinin müəyyən fiziki həddi (əgər sistem dalğalarla işləyirsə) vardır. Bu hədd təqribən dalğa uzunluğuna bərabərdir. Beləliklə, tezlik böyük olduqca dalğa uzunluğu kiçilir, ayırdetmə qabiliyyəti artır, daha kiçik elementlər görünür və təsvirin keyfiyyəti artır. Təəssüf ki, yüksək tezlikli ultrasəs böyük tezliklikdə kəskin udulur və tədqiqetmə dəqiqliyini azaldır.
Ultrasəs diaqnostik sistemlərində kəsilməz sinusoidal dalğalar yalnız xüsusi rejimli tədqiqatlarda istifadə olunur. Əksər hallarda impuls rejimində işləyən akustik siqnallardan istifadə olunur.
Ədəbiyyat siyahısı
- Zakir Cahangirli, "Diaqnostik informasiyanın alınmasının fiziki əsasları"
- Домаркас В.И., Пилецкас Э.Л. Ултразвуковая эхоскопия. Л.: Машиностроение, 1988. 276 с.
- Применение ултразвука в медицине: Физические основы : Пер. с англ. / Под ред. Хилла К.М.: Мир, 1989. 568 с.
- Advances in ultrasound techniques and instrumentation / Ed by Wells P. N., N. Y.; Edinburg; L.: Churchill Livingstone, 1993. 192 p.
- Терновой К.С., Синьков М.В. Закидальский А.И., Яник А.Ф. и др. Введение в современную томографию. — К.: Наук. думка, 1983.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Ultrases dalgalari Insan qulaginin eside bilmediyi 20 kHs tezlikden boyuk tezlikli ses ve ya akustik dalgalar Akustik dalgalar elastiki muhitin zerreciklerinin yaratdigi reqslerin muhitde yayilmasi ve enerji dasimasindan ibaretdir Akustik dalgalar berk muhitde mayelerde ve hem de qazlarda yayilir Bioloji toxumalar hem elastiki maye muhite yumsaq toxumalar berk sumukler ve qaz muhitlerine uygun gelir ag ciyerler mede bagirsaq Ona gore demek olar ki akustik dalgalar tibbi diaqnostikada istifade olunan butun nov bioloji toxumalarda yayila bilir Akustik dalgalar diger fiziki tebiete malik dalgalar meselen elektromaqnit dalgalari kimi feza ve zamana gore deyisen bir sira xarakteristikalara malikdir Akustik dalgalarda esas deyisen kemiyyet reqs zamani elastiki muhitin yerdeyismesi ve tezyiqyin reqsleridir Uzununa akustik dalgalarUltrases diaqnostikasinda uzununa akustik dalgalardan istifade olunur Uzununa dalgalarda muhitin zerreciklerinin tarazliq veziyyeti etrafinda yerdeyismesi reqsin yayilmasi istiqametinde bas verir Sixilma ve seyreklesme zonalarinin muhitde yayilma sureti dalganin suretine beraberdir Bu zaman dalganin yayilma suretini muhitin zerreciklerinin tarazliq veziyyeti etrafindaki reqslerinin suretile qarisdirmaq olmaz Bunlar tamamile muxtelif suretlerdir Muhitde dalganin sureti zamana gore sabit kemiyyetdir zerreciklerin sureti ise zamana gore periodik deyisir Muhitin her hansi noqtesinde sixilma ve seyreklesme derecesi hemin noqtede tezyiqi teyin edir Harmonik reqsler zamani tezyiqin deyismesi sinus ve ya kosinus qanunu ile deyisir Eyni fazali iki en yaxin noqte arasindaki mesafe l dalga uzunlugu adlanir v 1T displaystyle frac 1 T vahid zamanda bas veren reqslerin sayi reqsin tezliyi adlanir T reqsin periodudur BS Beynelxalq Vahidler sisteminde tezlik vahidi Hers Hs dir Bir saniyede tam bir reqs eden reqsin tezliyi 1 Hs goturulur Tibbi diaqnostikada istifade olunun ultrasesin tezlik diapazonu 1 30 MHs intervalinda ve daha boyuk olur Eyni fazali noqtelerin hendesi yeri dalga cebhesi adlanir Eger dalga cebhesi mustevi seklinde olarsa bele dalgalara mustevi dalgalar deyilir Mustevi ses menbeleri vasitesile mustevi dalgalar yaratmaq mumkundur Bundan basqa noqtevi ve ya sferik menbeler vasitesile yaradilan sferik dalgalar da movcuddur Bu zaman dalga cebhesi sfera teskil edir Silindrik dalgalarda dalga cebhesi silindrik formada olur Praktikada temiz mustevi sferik ve silindrik dalgalara az rast gelinir Adeten praktikada muxtelif tip dalgalarin kombinasiyasina rast gelinir ki fezanin kicik bir hissesindeki reqsler bu tip dalgalarin birine uygun gele biler Ultrases diaqnostikasinda istifade olunun bu dalgalarin dalga uzunluqlarini bilmek faydalidir Ona gore ki bu verilenler diaqnostik sistemlerin en muhum xarakteristikalari olan ayirdetme qabiliyyetini mueyyenlesdirir Ayirdetme qabiliyyeti akustik tesvirde daxili orqanlarin kicik elementlerini gostere bilmek qabiliyyetidir Ayirdetme qabiliyyetinin mueyyen fiziki heddi eger sistem dalgalarla isleyirse vardir Bu hedd teqriben dalga uzunluguna beraberdir Belelikle tezlik boyuk olduqca dalga uzunlugu kicilir ayirdetme qabiliyyeti artir daha kicik elementler gorunur ve tesvirin keyfiyyeti artir Teessuf ki yuksek tezlikli ultrases boyuk tezliklikde keskin udulur ve tedqiqetme deqiqliyini azaldir Ultrases diaqnostik sistemlerinde kesilmez sinusoidal dalgalar yalniz xususi rejimli tedqiqatlarda istifade olunur Ekser hallarda impuls rejiminde isleyen akustik siqnallardan istifade olunur Edebiyyat siyahisiZakir Cahangirli Diaqnostik informasiyanin alinmasinin fiziki esaslari Domarkas V I Pileckas E L Ultrazvukovaya ehoskopiya L Mashinostroenie 1988 276 s Primenenie ultrazvuka v medicine Fizicheskie osnovy Per s angl Pod red Hilla K M Mir 1989 568 s Advances in ultrasound techniques and instrumentation Ed by Wells P N N Y Edinburg L Churchill Livingstone 1993 192 p Ternovoj K S Sinkov M V Zakidalskij A I Yanik A F i dr Vvedenie v sovremennuyu tomografiyu K Nauk dumka 1983