Təkləmə — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir.
Ümumi məlumat
Təkləmə ilaxır çərşənbə və Novruz bayramı günlərində eləcə də digər günlərdə icra olunan uşaq oyunlarından biridir.
Oyunun qaydaları
Oyunun keçirilmə qaydası belədir: məhəllə uşaqları meydançaya, məhəllə həyətlərinə toplaşıb iki dəstəyə bölünür. Hər dəstənin başçısı oxuyur. Dəstə üzvləri əl çalır. Birinci dəstənin başçısı oxuyur.
Çərək, mərək,
Bizdən sizə
Kim gərək?
İkinci dəstənin başçısı cavab verir:
Ölçüsü çərək olmaz,
Pəyəsi mərək olmaz,
Bizim dəstə güclüdür,
Sizlərdən gərək olmaz.
Birinci dəstənin başçısı.
Novruz gələr, yaz olar,
Göldə ördək, qaz olar,
Sizdən ikisini allıq,
Bizim dəstə çoxalar,
Sizin dəstə az olar.
İkinci dəstənin ayaq tərəfindən iki uşaq ayrılıb birinci dəstəyə qoşulur. Bu vaxt növbə ikinci dəstənin başçısına çatır. O, oxuyur:
Tonqalda közümüz var,
Danışdıq, sözümüz var,
Bizim, sizin dəstənin
Üçündə gözümüz var.
İndi birinci dəstədən üç uşaq ayrılıb ikinci dəstəyə qoşulur. Nəğmələr bu şəkildə davam edir. Uşaqlar bu dəstədən o dəstəyə, o dəstədən bu dəstəyə qoşulur. Axırda başçılardan biri tək qalır. Uşaqların hamısı öz dəstəsinə toplamış başçı tək qalan dəstə başçısına deyir:
Hünərdə hünərin var,
Biz bülbülük, olma sar,
Gəl qoşul dəstəmizə,
Eyləməzsən yeri dar.
Dəstə, beləliklə əl çalır. Tək qalmış dəstəbaşçısı onlara qoşulur. Beləliklə, oyun qurtarır və yenidən başlanır.
Mənbə
- Novruz bayramı ensklopediyası. Bakı-2008 (Şərq-Qərb). səh.183.
Xarici keçidlər
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Tekleme Azerbaycanda en cox yazqabagi bayramqabagi gunlerde esasen usaq ve gencler arasinda genis sekilde oynanilan qedim oyunlarindan biridir Umumi melumatTekleme ilaxir cersenbe ve Novruz bayrami gunlerinde elece de diger gunlerde icra olunan usaq oyunlarindan biridir Oyunun qaydalariOyunun kecirilme qaydasi beledir mehelle usaqlari meydancaya mehelle heyetlerine toplasib iki desteye bolunur Her destenin bascisi oxuyur Deste uzvleri el calir Birinci destenin bascisi oxuyur Cerek merek Bizden size Kim gerek Ikinci destenin bascisi cavab verir Olcusu cerek olmaz Peyesi merek olmaz Bizim deste gucludur Sizlerden gerek olmaz Birinci destenin bascisi Novruz geler yaz olar Golde ordek qaz olar Sizden ikisini alliq Bizim deste coxalar Sizin deste az olar Ikinci destenin ayaq terefinden iki usaq ayrilib birinci desteye qosulur Bu vaxt novbe ikinci destenin bascisina catir O oxuyur Tonqalda kozumuz var Danisdiq sozumuz var Bizim sizin destenin Ucunde gozumuz var Indi birinci desteden uc usaq ayrilib ikinci desteye qosulur Negmeler bu sekilde davam edir Usaqlar bu desteden o desteye o desteden bu desteye qosulur Axirda bascilardan biri tek qalir Usaqlarin hamisi oz destesine toplamis basci tek qalan deste bascisina deyir Hunerde hunerin var Biz bulbuluk olma sar Gel qosul destemize Eylemezsen yeri dar Deste belelikle el calir Tek qalmis destebascisi onlara qosulur Belelikle oyun qurtarir ve yeniden baslanir MenbeNovruz bayrami ensklopediyasi Baki 2008 Serq Qerb seh 183 Xarici kecidlerHemcinin bax