Transqafqaz dəmir yolu haqqında saziş — Cənubi Qafqaz dəmir yolunun hərəkət vasitələrinin bölüşdürülməsi haqqında Azərbaycan, Gürcüstan, Ermənistan və Osmanlı dövlətləri arasında bağlanmış saziş.
Tarixi
1918-ci il iyunun 4-də Batumda sülh danışıqlarında iştirak edən Azərbaycan, Gürcüstan, Ermənistan və Osmanlı dövlətlərinin səlahiyyətli nümayəndələri Cənubi Qafqaz dəmir yolu idarəsinin sərəncamında olan keçmiş Rusiya dövlətinə məxsus parovozların, yük və sərnişin vaqonlarının bölüşdürülməsi haqqında saziş imzaladılar. Sazişə görə, Cənubi Qafqaz dəmir yolunda mövcud olan hərəkət vasitələri razılığa gələn dörd tərəf arasında hər ölkənin ərazisindəki dəmir yolu xəttinin uzunluğuna uyğun surətdə bölüşdürülməli idi. Sazişi Azərbaycan Xalq Cümhuriyyəti admdan Məhəmməd Əmin Rəsulzadə və Məmməd Həsən Hacınski, Osmanlı imperiyası adından və , Gürcüstan Respublikası adından N.Ramişvili və Q.Qvazava, Ermənistan Respublikası adından A.Xatisov və R.Caçaznuni imzaladılar.
Azərbaycan və Osmanlı nümayəndələri arasında iyunun 4-də Batumda imzalanmış dostluq müqaviləsi ilə Cənubi Qafqazda dəmir yolu nəqliyyatının normal işinin təşkil edilməsi üçün ikitərəfli öhdəliklər də razılaşdırıldı. Müqavilənin 6-cı maddəsinə görə, tərəflər dəmir yolu ilə yük daşımalarında bir-birinə əlverişli şərait yaratmağı, aşağı tariflər müəyyən etməyi öhdələrinə götürür, dəmir yolunun istismarı və hərəkət vasitələrinin saz vəziyyətdə saxlanmasına, yeni dəmir yolu xətlərinin inşası üçün zəruri olan materialların daşınması zamanı xüsusilə aşağı tarif tətbiq edilməsinə razılıq verirdilər.
Osmanlı dövləti iyunun 4-də Ermənistanla bağladığı sülh və dostluq müqaviləsinə görə, Aleksandropol (Gümrü) - Culfa dəmir yolundan da istifadə hüququ əldə etdi. Ermənistanın ixtiyarında cəmi 6 km-lik dəmir yolu xətti qaldı. Osmanlı dövlətinin həmin gün Gürcüstan Respublikası ilə bağladığı sülh və dostluq müqaviləsinə görə, Türkiyə tərəfi bu ölkənin dəmir yollarından Almaniya ilə birlikdə istifadə etmək hüququ aldı.
Bu saziş və razılaşmalar hərbi əməliyyatlar zamanı ağır zərbə almış Transqafqaz dəmir yolunun bərpası və normal işləməsi üçün ilk addım oldu.
Həmçinin bax
Ədəbiyyat
- Документы и материалы внешней политики Закавказья и Грузии, Тифлис, 1969.
- Азербаиджанская Демократическая Республика (1918-1920). Внешняя политика (документы и материалы), Б., 1998.
İstinadlar
- Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı: "Lider". 2005. səh. 408. ISBN .
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Transqafqaz demir yolu haqqinda sazis Cenubi Qafqaz demir yolunun hereket vasitelerinin bolusdurulmesi haqqinda Azerbaycan Gurcustan Ermenistan ve Osmanli dovletleri arasinda baglanmis sazis Tarixi1918 ci il iyunun 4 de Batumda sulh danisiqlarinda istirak eden Azerbaycan Gurcustan Ermenistan ve Osmanli dovletlerinin selahiyyetli numayendeleri Cenubi Qafqaz demir yolu idaresinin serencaminda olan kecmis Rusiya dovletine mexsus parovozlarin yuk ve sernisin vaqonlarinin bolusdurulmesi haqqinda sazis imzaladilar Sazise gore Cenubi Qafqaz demir yolunda movcud olan hereket vasiteleri raziliga gelen dord teref arasinda her olkenin erazisindeki demir yolu xettinin uzunluguna uygun suretde bolusdurulmeli idi Sazisi Azerbaycan Xalq Cumhuriyyeti admdan Mehemmed Emin Resulzade ve Memmed Hesen Hacinski Osmanli imperiyasi adindan ve Gurcustan Respublikasi adindan N Ramisvili ve Q Qvazava Ermenistan Respublikasi adindan A Xatisov ve R Cacaznuni imzaladilar Azerbaycan ve Osmanli numayendeleri arasinda iyunun 4 de Batumda imzalanmis dostluq muqavilesi ile Cenubi Qafqazda demir yolu neqliyyatinin normal isinin teskil edilmesi ucun ikiterefli ohdelikler de razilasdirildi Muqavilenin 6 ci maddesine gore terefler demir yolu ile yuk dasimalarinda bir birine elverisli serait yaratmagi asagi tarifler mueyyen etmeyi ohdelerine goturur demir yolunun istismari ve hereket vasitelerinin saz veziyyetde saxlanmasina yeni demir yolu xetlerinin insasi ucun zeruri olan materiallarin dasinmasi zamani xususile asagi tarif tetbiq edilmesine raziliq verirdiler Osmanli dovleti iyunun 4 de Ermenistanla bagladigi sulh ve dostluq muqavilesine gore Aleksandropol Gumru Culfa demir yolundan da istifade huququ elde etdi Ermenistanin ixtiyarinda cemi 6 km lik demir yolu xetti qaldi Osmanli dovletinin hemin gun Gurcustan Respublikasi ile bagladigi sulh ve dostluq muqavilesine gore Turkiye terefi bu olkenin demir yollarindan Almaniya ile birlikde istifade etmek huququ aldi Bu sazis ve razilasmalar herbi emeliyyatlar zamani agir zerbe almis Transqafqaz demir yolunun berpasi ve normal islemesi ucun ilk addim oldu Hemcinin baxAzerbaycan Xalq CumhuriyyetiEdebiyyatDokumenty i materialy vneshnej politiki Zakavkazya i Gruzii Tiflis 1969 Azerbaidzhanskaya Demokraticheskaya Respublika 1918 1920 Vneshnyaya politika dokumenty i materialy B 1998 IstinadlarAzerbaycan Xalq Cumhuriyyeti Ensiklopediyasi II cild Baki Lider 2005 seh 408 ISBN 9952 417 44 4