Torpaq çərşənbəsi və ya Axır çərşənbə — Novruz bayramının sonuncu, dördüncü çərşənbəsi. Xalq arasında "İlaxır çərşənbə" kimi də adlanır.
Bu çərşənbə yazın gəlməsinə daha az vaxtın qaldığına işarədir. “Torpaq çərşənbəsi” hesab olunan sonuncu çərşənbə bayrama daha yaxın olduğu üçün insanlar tərəfindən xüsusi qeyd edilir. Xalq arasında “Yer çərşənbəsi”, “Zında çərşənbə", "Xak çərşənbəsi”, “Çərşənbə-suri” adları ilə də tanınır.
Xalq ədət-ənənəsinə görə, Novruz bayramından öncə sürən Boz ay ərzində su, od, yel və torpaq çərşənbələri qeyd edilir. Xalq mövhumatına əsasən, birinci çərşənbə günü su və su mənbələri təzələnir və hərəkətə gəlir, ikinci çərşənbədə çatılan od yeni həyatın, baharın və istiliyin gəlişini simvolizə edir, üçüncü çərşənbədə isti və təravətli külək bütün canlılara, hər yerə nüfuz edərək yatmışlara təsir göstərir.
Dördüncü çərşənbədə torpaq oyanır, otlar cücərir, ağaclar tumurcuqlayır ki, bu da baharın gəlməsindən xəbər verir.
Sonuncu, həm də «ilaxır çərşənbə»də bağ-bostan, dirrik yerləri əkinə hazırlanır. Evlərdə süfrəyə yaşıllıq nişanəsi, təbiətin canlanmasının rəmzi olan səməni qoyulur.
Axır çərşənbədə yaşından və cinsindən asılı olmayaraq hamı tonqalın üstündən tullanmalıdır, özü də yeddi dəfə, ya bir tonqalın üstündən yeddi dəfə və ya yeddi tonqalın hərəsinin üstündən bir dəfə. Tullanarkən bu sözlər deyilir: «Sarılığım sənə, qırmızılığın mənə», ya da «Ağırlığım odda yansın». Tonqal heç vaxt su ilə söndürülməməlidir. Tonqal özü sönəndən sonra cavan oğlan və qızlar həmin tonqalın külünü yığıb, evdən kənar bir yerə, çölə atırlar. Bu o deməkdir ki, tonqalın üstündən tullanan bütün ailə üzvlərinin bədbəxtçiliyi atılan küllə birlikdə ailədən uzaqlaşdırılır.
Deyilənə görə axırıncı çərşənbə gecəsi bütün axar sular dayanır və hamı ona səcdə edir, hətta da ağaclar da başını yerə əyib qalxırlar. Xalq axır çərşənbəni xüsusi təntənə ilə qeyd edir. İnanca görə axır çərşənbə «Novruz»la üst-üstə düşərsə, ilin daha uğurlu keçəcəyi gözlənilir. Bu çərşənbədə bayram süfrəsi açılır, şirniyyat bişirilir, məcməyi və ya sinilərdə xonça hazırlanır. Bayram xonçasının ortasına səməni qoyulur, ətrafı isə boyanmış yumurta, qoz, fındıq, badam və şirniyyatlarla bəzədilir. Həmin gecə «qulaq falı»na çıxırlar.
Deyilənə görə, ilin axır çərşənbə gecəsini öz evində qeyd etmək lazımdır. Əks halda həmin insan Novruzu yeddi il dalbadal başqa yerdə qarşılayacaq. İlaxır çərşənbədə bütün günü davam edən mərasim axşam şənlikləri ilə daha da gurlaşır. Axşam qulaq falları qurulur. Subaylar qonşu evlərin qapısının arxasında gizlənərək ilk eşitdikləri sözə uyğun təzə ildə onları gözləyən hadisələri öncədən bilməyə çalışırlar. Bu səbəbdəndir ki, axırıncı çərşənbə axşamı yalnız yaxşı sözlər danışılması adət hesab olunur.
Bayram günü ən çox görülən işlərdən biridə müxtəlif fallardır. Bu fallara adətən gənc qızlar baxırlar.
İstinadlar
- "Bu gün xüsusi təntənə ilə qeyd edilən İlaxır çərşənbəsidir". 2023-02-26 tarixində . İstifadə tarixi: 2023-02-26.
- "İlaxır çərşənbəsi - torpaq çərşənbəsi..." 2024-03-19 tarixində . İstifadə tarixi: 2024-03-19.
- "Torpaq çərşənbəsi haqqında nə bilirik?". 2024-03-19 tarixində . İstifadə tarixi: 2024-03-19.
- "İlaxır çərşənbədə etməli olduğumuz adətlər hansılardır?". 2024-03-19 tarixində . İstifadə tarixi: 2024-03-19.
Əlavə oxu
- Kalafat, Y. (2009). Türk kültürlü halklarda Ahır Çerşembe’nin mitolojik muhtevası. Erişim tarihi ve adresi: 09.03.2020 http://turkoloji.cu.edu.tr/HALKBILIM/yasar_kalafat_ahir_cersembe_mitoloji. pdf.
Bu məqalə . |
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Torpaq cersenbesi ve ya Axir cersenbe Novruz bayraminin sonuncu dorduncu cersenbesi Xalq arasinda Ilaxir cersenbe kimi de adlanir Torpaq cersenbesine hesr edilmis Azerbaycan poct markasi Bu cersenbe yazin gelmesine daha az vaxtin qaldigina isaredir Torpaq cersenbesi hesab olunan sonuncu cersenbe bayrama daha yaxin oldugu ucun insanlar terefinden xususi qeyd edilir Xalq arasinda Yer cersenbesi Zinda cersenbe Xak cersenbesi Cersenbe suri adlari ile de taninir Xalq edet enenesine gore Novruz bayramindan once suren Boz ay erzinde su od yel ve torpaq cersenbeleri qeyd edilir Xalq movhumatina esasen birinci cersenbe gunu su ve su menbeleri tezelenir ve herekete gelir ikinci cersenbede catilan od yeni heyatin baharin ve istiliyin gelisini simvolize edir ucuncu cersenbede isti ve teravetli kulek butun canlilara her yere nufuz ederek yatmislara tesir gosterir Dorduncu cersenbede torpaq oyanir otlar cucerir agaclar tumurcuqlayir ki bu da baharin gelmesinden xeber verir Sonuncu hem de ilaxir cersenbe de bag bostan dirrik yerleri ekine hazirlanir Evlerde sufreye yasilliq nisanesi tebietin canlanmasinin remzi olan semeni qoyulur Axir cersenbede yasindan ve cinsinden asili olmayaraq hami tonqalin ustunden tullanmalidir ozu de yeddi defe ya bir tonqalin ustunden yeddi defe ve ya yeddi tonqalin heresinin ustunden bir defe Tullanarken bu sozler deyilir Sariligim sene qirmiziligin mene ya da Agirligim odda yansin Tonqal hec vaxt su ile sondurulmemelidir Tonqal ozu sonenden sonra cavan oglan ve qizlar hemin tonqalin kulunu yigib evden kenar bir yere cole atirlar Bu o demekdir ki tonqalin ustunden tullanan butun aile uzvlerinin bedbextciliyi atilan kulle birlikde aileden uzaqlasdirilir Deyilene gore axirinci cersenbe gecesi butun axar sular dayanir ve hami ona secde edir hetta da agaclar da basini yere eyib qalxirlar Xalq axir cersenbeni xususi tentene ile qeyd edir Inanca gore axir cersenbe Novruz la ust uste duserse ilin daha ugurlu kececeyi gozlenilir Bu cersenbede bayram sufresi acilir sirniyyat bisirilir mecmeyi ve ya sinilerde xonca hazirlanir Bayram xoncasinin ortasina semeni qoyulur etrafi ise boyanmis yumurta qoz findiq badam ve sirniyyatlarla bezedilir Hemin gece qulaq fali na cixirlar Deyilene gore ilin axir cersenbe gecesini oz evinde qeyd etmek lazimdir Eks halda hemin insan Novruzu yeddi il dalbadal basqa yerde qarsilayacaq Ilaxir cersenbede butun gunu davam eden merasim axsam senlikleri ile daha da gurlasir Axsam qulaq fallari qurulur Subaylar qonsu evlerin qapisinin arxasinda gizlenerek ilk esitdikleri soze uygun teze ilde onlari gozleyen hadiseleri onceden bilmeye calisirlar Bu sebebdendir ki axirinci cersenbe axsami yalniz yaxsi sozler danisilmasi adet hesab olunur Bayram gunu en cox gorulen islerden biride muxtelif fallardir Bu fallara adeten genc qizlar baxirlar Istinadlar Bu gun xususi tentene ile qeyd edilen Ilaxir cersenbesidir 2023 02 26 tarixinde Istifade tarixi 2023 02 26 Ilaxir cersenbesi torpaq cersenbesi 2024 03 19 tarixinde Istifade tarixi 2024 03 19 Torpaq cersenbesi haqqinda ne bilirik 2024 03 19 tarixinde Istifade tarixi 2024 03 19 Ilaxir cersenbede etmeli oldugumuz adetler hansilardir 2024 03 19 tarixinde Istifade tarixi 2024 03 19 Elave oxuKalafat Y 2009 Turk kulturlu halklarda Ahir Cersembe nin mitolojik muhtevasi Erisim tarihi ve adresi 09 03 2020 http turkoloji cu edu tr HALKBILIM yasar kalafat ahir cersembe mitoloji pdf Bu meqale qaralama halindadir Lutfen meqaleni umumvikipediya ve redakte qaydalarina uygun sekilde tertib edin Eger mumkundurse daha deqiq bir sablondan istifade edin