Bu məqaləni lazımdır. |
Torpaqda baş verən bütün proseslər mürəkkəb olmaqla kompleks xarakter daşıyır və bu onun təbii-tarixi cisim olmasını bir daha sübut edir. Kimyəvi xüsusiyyətlərinə görə torpaqda baş verən prosesləri bu cür adlandırmaq olar:
- Polikimyalaşma. Torpaqda çox böyük miqdarda kimyəvi elementlər və maddələr mövcuddur. Qanunauyğun olaraq hər bir elementin bir neçə birləşmələri olur ki, bunlar da torpaqda həm kristal, həm də amorf formasında olurlar.
- Heterogenlik və polidisperslilik. Torpaq çox fazalı sistem olmaqla üzvi və mineral komponentlərin inkişaf etmiş, müxtəlif cinsli üst qatında sorbsiya və desorbsiya (xemosorbsiya daxil olmaqla) prosesləri baş verir.
- Üzvi-minerallı qarşılıqlı təsir – spesifik torpaq xüsusiyyətləri olmaqla torpaqəmələgəlmə prosesinin əlamətidir. Belə ki, torpaqda ancaq sadə və kompleks duzlar formalaşmır, həm də mineral və üzvi maddələrdən ibarət olan mürəkkəb adsorbsiyalı komplekslər (simplek-slər) yaranır.
- Torpaq proseslərinin dinamikliyi. Təbii torpaq üçün bir günlük (sutkalıq), mövsümü, illik və əsrlik dinamika xarakterikdir.Torpaqda bu dəyişiklik daima baş verir. Klassik kimyəvi birləşmələr transformasiyaya məruz qalır və torpaq buferlik qabiliyyəti qazanır.
- Əhatəli müxtəlifcinslilik – torpağın ayrılmaz xassəsi olub, torpaqəmələgətirən amillərin əhatəli müxtəlifcinslilikdən asılılığı şərtləndirilir (ilkin müxtəlifcinslilik). Torpaq əmələgəlmə prosesinin inkişafı ilə əlaqədar olaraq daha da genişlənə bilər (təkrar müxtəlifcinslilik).
- Qeyri-bərabər vəziyyət və termodinamik bərpa olunmayan proseslər. Torpaq açıq termodinamik sistemdir, hansı ki, buradan fasiləsiz olaraq maddələr və enerji axır. Bu isə torpaqda bərabər vəziyyətin yaranmasına imkan vermir.
Nəticədə torpaq-kimyəvi proseslərin özünəməxsus kinetikası güclənir və sürətli reaksiyalar baş verir. Torpaqda baş verən prosesləri anlamaq üçün onun kimyəvi tərkibini, torpaqəmələ gətirən amillərin dəyişilməsini və bunların torpaq örtüyünün əmələgəlməsində istifadəsini bilmək lazımdır.Torpağın kimyəvi tərkibi iki göstərici ilə xarakterizə olunur:
- element tərkibi
- faza (maddələr) tərkibi
Torpağın element tərkibi
Torpağın əsas kimyəvi xassələrindən biri onun element tərkibi hesab edilir. Məhz bu xassə üzərində onun genezisi və münbitliyi formalaşır. Torpağın element tərkibini bilmədən dərin kimyəvi tədqiqatların aparılması qeyri-mümkündür. Torpaq kütləsində kimyəvi elementlərin toplanmasına və kəmiyyət nisbətinə torpağın element tərkibi deyilir. «Element tərkibi»nin sinonimi kimi bəzən «torpağın xam tərkibi» termini işlədilir. Lakin bu cür adlanma söhbətin hansı tərkib (kimyəvi, mexaniki) haqqında getməsini aydınlaşdırmır. «Xam» sözü əslində «ümumi» anlayışı bildirir və torpaqda olan bütün komponentlərin miqdarını göstərir. Ona görə də «xam tərkib» deyəndə torpaqda olan elementlərin birləşmə formalarından asılı olmayaraq ümumi elementlərin miqdarı başa düşülür. Torpaq kimyasında və ümumiyyətlə torpaqşünaslıqdaelement tərkib deyəndə – torpağın genezisi, münbitliyi vəkimyəvi tərkibinin vəziyyəti anlaşılmalıdır.
Element tərkibi torpaqəmələgəlmə proseslərinin çox mühüm nəticələrini əks etdirir. Element tərkibinə görə torpa- ğın genetik horizontları bir-biri ilə fərqlənir. Məsələn, çürüntülü akkumulyativ horizont yüksək miqdarda C, P və N olması ilə; ilyuvial horizontlar Fe, Al və bir sıra elementlərin toplanması ilə; elyuvial horizontlar isə silisiumun miqdarının artması, digər elementlərin azalması ilə müşayiət olunur. Başqa sözlə genetik horizontları təyin etmək üçün torpağın element tərkibi diaqnostik əlamət kimi qəbul edilir. Lakin sarı-podzol torpaqlarda tamamilə başqa prosesin getdiyinin şahidi oluruq. Belə ki, humusun profil boyu toplanması yalnız üst qatda gedir və hissə-hissə ilyuvial horizonta üzvi maddə formsında aparılır. Dəmirin yayılmsı elyuvial horizontda toplanır. Dəmirin maksimal miqdarda top lanması çürüntülü-akkumulyativ horizontda gedir. Çox ehtimal ki, bu elementlərin maksimum bioloji toplanması ilə bağlıdır. Hətta torpağın element tərkibi haqqında olan bu kiçik məlumatlar imkan verir ki, profilin formalaşmasında bəzi mühüm proseslər haqqında ideyalar irəli surək. Element tərkibinin tam analizindən sonra burada gedən proseslərin başlıca istiqamətini, yəni torpaqəmələgəlmənin nəticələrini təyin etmək olar. Lakin, təkcə element tərkibinə görə torpaqda gedən reaksiyaların mexanizmi haqqında mühakimə yürütmək olmaz. Belə ki, transformasiya ilə bağlı prosesləri, yeni maddələrin əmələ gəlməsini geniş şəkildə fərqləndirilən torpaq kütləsi ilə izah etmək lazımdır.
Torpağın element tərkibi onun potensial münbitliyi haqqında təsəvvürlər yaradır. Karbonun və azotun üzvi birləş- mələrinin yüksək miqdarda olması torpağın münbitlik əlamətləridir. Xlor ionlarının hədsiz toplanması isə bitkilər üçün əlverişli xasə sayılmır. Əlbəttə, torpaqda olan elementlərin hamısı bitkilər üçün mənimsənilə bilən şəkildə olmur. Alümosilikatların kristallik qəfəsinə daxil olan elementlər ya çətin həll olan birləşmələrin, yaxud hidroliz olunmayan humus maddələri komponentinin tərkibində olur. Bunların bitki tərəfindən mənimsənilməsi hissə-hissə ilkin strukturun dağıdı- laraq, asan həll olan formalara keçməsi ilə baş verir. Bu elementlərin ümumi miqdarı yaxud ehtiyat formaları göstərir ki, belə torpaqlar öz potensialı hesabına bitkiləri uzun müddət qida maddələri ilə təmin edə bilər. Dağ qaratorpaqlarının azot, fosfor və kaliumla potensial təminatının vəziyyəti 1 saylı cədvəldə təsvir edilmişdir. Cədvəldən göründüyü kimi bu torpaqların 0-20 sm qatında azotun miqdarı 5-10 t/ha çatır ki, bu da 25-30 s/ha payızlıq buğda məhsulu almaq üçün 60-100 il kifayət edər. Fosforun və kaliumun miqdarı isə azotla müqayisədə daha çox illərə bəs edər. Apardığımız hesablamalar əsas verir ki, ehtiyat qida maddələrindən istifadəsinə görə torpaqların bəzi potensial imkanlarını qiymətləndirə bilək. Torpaqda olan ehtiyat qida maddələrini tamamilə səfərbər etmək qeyri-mümkündür. Elə apardığımız bu hesablama da göstərir ki, on illər ərzində torpaqda qida elementləri tükənə bilər. Belə ki, elementlərin tam səfərbər olunması torpağın deqradasiyası, dağılması və qeyri-münbit oksidlər qarışığına çevrilməsi ilə nəticələnə bilər. Beləliklə, torpağın element tərkibi haqqındakı məlumatlar göstərir ki, əkin qatında bütün qida elementlərinin defisitsiz balansını təmin etmək vacibdir.
Torpağın element tərkibinin xüsusiyyətləri
Yulius Lotar Meyer və D.İ.Mendeleyevin dövrü sistemlərinin (1864-1869) demək olar ki, bütün təbii elementləri torpaqda vardır. Torpaqda həmin elementlərin 95 %-ni məlum 26 element təşkil edir. Torpaq, elementlərin kəmiyyətcə toplanmasına görə bütün canlı orqanizmlərdən, minerallardan və dağ süxurlarından fərqlənir. Bildiyimiz kimi canlı orqanizmlər əsasən orqanogen elementlərdən – C, H, N, O, P, S təşkil olunmuşdur. Müqayisəcə az miqdarda isə mineral komponentlər adlanan maddələr də bu tərkibə aiddir. Lakin elə minerallar var ki, 2,5-7, 9-11 elementdən (sadə silikatlar) ibarətdir. Duz mineralları 2-5 elementdən ibarətdir. Torpağın tərkibinə daxil olan bütün kimyəvi elementlər mütləq və mü- hüm rola malikdirlər. Torpağın birinci fərqləndirici xüsusiyyəti onun böyük elementlər toplumundan ibarət olmasıdır. İkinci xüsusiyyəti isə yüksək miqdarda karbon və silisium elementinin olmasıdır. Hansı ki, bu iki mühüm torpaqəmələgəlmə amilinə eyni zamanda təsir edir: bunlar bitki və heyvanat aləmidir. Üçüncü xüsusiyyəti elementlərin qatılığının böyük diapazonda mövcudluğudur. Element tərkibinə görə profildə ən çox fərqli cəhətlər torflu, elyuvial, karbonatlı və şorlaşmış horizontlarda müşahidə olunur. Ayrı-ayrı elementlərin miqdarı geniş intervalda dəyişir. Məsələn, torflu torpaqlar istisna olmaqla qalan torpaqlarda silisiumun miqdarı 22-dən 44%-ə qədər tərəddüd edir.
Alüminiumun miqdarının diapazonu – 1-8%, dəmirinki isə – 0,5-6% təşkil edir. Kiçik tərəddüdlərə baxmayaraq, hər bir elementin miqdarının intervalı mövcuddur.
Məsələn, yüngül torpaqlarda silisiumun miqdarı SiO2 formasında olmaqla çox, digər elementlərinki isə az olur. Karbon isə karbonatlar şəklində əsasən yuyulmamış torpaqlarda və karbonatlı süxurlar olan yerlərdə mövcuddur. Kükürdün miqdarı isə qeyri-üzvi karbonun miqdarı ilə eynilik təşkil edir. Torpaqəmələgətirən süxurlarla müqayisədə torpaqda üzvi karbonun və digər biogen elementlərin nisbi miqdarı humusla toplanır. Si, Al, Fe, Mg, K, Na kimi elementlər isə torpaq- əmələgətirən süxurlardan torpağın müxtəlif qatlarına paylanır.
Torpaqda mütləq miqdarına görə elementlər bir neçə qrupa bölünür. Birinci qrupa O və Si aiddir ki, bunların miqdarı torpaq kütləsinin 80-90%-ni təşkil edir. İkinci qrupa faizin 10 payından çox hissəsini tütan elementlərdir: Al, Fe, Ca, Mg, K, Na, C. Bu iki qrupa daxil olanlar tipik makroelementlərdir. Üçüncü qrupa daxil olan elementlər Ti, Mn, N, P,S makro və mikroelementlər arasında keçid təşkil edir. Mikro və ultramikroelementlərin miqdarı torpaqda n 10-3- n10-10 %-lə ölçülür və bunlar aşağıdakılardır: Ba, Sr, B, Rb, Cu, V, Cr, Ni, Co, Li, Mo, Cs, Se və s.
Yer qabığının geokimyəvi təsnifatı
Belə təsnifatlardan birini V.M.Qoldşmidt (1924) tərtib etmişdir. Onun təsnifatına görə bütün elementlər dörd qrupa bölünür: litofillər, xalkofillər,siderofillər, atmofillər.
Litofiıllər
Litofil elementlər oksigenlə qohumluğu ilə fərqlənir və biosferdə tərkibində oksidlər, hidroksidlər, oksigenli turşuların duzları olan minerallar əmələ gətirirlər. Bura 54 element aiddir: Si, Ti, S, P, F, Cl, Al, Se, Na, K, Ca, Mg və s.
Xalkofillər
Xalkofillər kükürdlə birləşmələr əmələ gətirməyə meyillidirlər: Cu, Zn, Pb, Cd, Ag, Mn, Fe və s.
Siderofil
Siderofil elementlər dəmir xəlitələrində həll olaraq dəmirli birləşmələr əmələ gətirirlər: Fe, Ni, Co, P, C, Pt, Au, Sn, Mo və s.
Atmofillər
Atmofil elementlərə aid olanlar: H, N, C, O, He, Ne, Ar, Kr, Xe, Cl, Br, Y.
Biofillər
V.M.Qoldşmidt bunlardan xüsusi bir qrup ayıraraq biofil elementlər adlandırmışdır. Hansı ki, bunlar canlı orqanizmlərdə toplanırlar. Qoldşmidtə görə əsas biofil elementlər bunlardır: C, H, O, N, P, S, Cl, Y. Az da olsa B, Ca, Mg, K, Na, V, Mn, Fe, Cu kimi elementləri də o biofil elementlər qrupuna daxil edirdi. V.M.Qoldşmitdin təsnifatına görə bu elementlər torpağın maye fazasında olaraq, bərk fazaya da keçə bilir və torpaq proseslərində o qədər də böyük rol oynamırlar. Torpaqşünaslıqda böyük maraq yaradan elementlər təsnifatı landşaftda onların miqrasiya xüsusiyytləridir. Belə bir təsnifat A.İ.Perelman tərəfindən işlənmişdir. O, bütün elementləri iki böyük qrupa ayırır: 1) hava miqrantları, 2) su miqrantları. Hava miqrantları qrupuna əsasən passiv elementlər xüsusilə təsirsiz qazlar He, Ne, Ar, Kr, Xe, Rn və atmosfer şəraitində kimyəvi birləşmələr əmələ gətirən aktiv elementlər (O, H, C, N, Y) daxildir. Biofil dərəcələrinə görə A.İ.Perelman kimyəvi elementləri belə sıralandırır:
- maksimum biofillər – C,
- yüksək biofillər – N, H,
- orta biofillər – O, Cl, S, P, B, Br,
- aşağı biofillər – Fe, Al.
Elementlərin biofillik dərəcəsinə görə qruplaşdırılması onların canlı orqanizmlərdə rolu və kimyəvi elementlərin miqrasiya prosesini aydınlaşdırmaqdır. Bitkilərin kimyəvi elementləri seçib udma qabiliyyətini bioloji udma koeffisenti adlandırırlar. Bunu isə məlum ele- mentin bitki külündə miqdarının həmin elementin litosferdə yaxud torpaqda miqdarına olan nisbətinə görə hesablayırlar.
Ümumiyyətlə, torpaq kimyasında qarşıya qoyulan məsə- lədən asılı olaraq analizlərin nəticələrini hesablamaq üçün müxtəlif üsullardan istifadə edilir. Ən çox işlənən üsullar aşağıda göstərilənlərdir:
- havada quru torpağa görə hesablama;
- mütləq quru torpağa görə hesablama (1050C);
- közərdilmiş torpağa görə hesablama;
- humuzsuz torpaq kütləsinə görə hesablama;
- karbonatsız torpağa görə hesablama;
- humuzsuz və karbonatsız torpağa görə hesablama;
- karbonatlı torpağa görə hesablama;
- müəyyən torpaq həcminə görə hesablama.
Bunlardan başqa elə hesablamalar var ki, tam torpaq kütləsinə görə və bəzən də onun bir hissəsinə görə aparılır. Məsələn, karbonun və azotun miqdarını tam torpaq kütləsinə görə hesablamaq lazımdır, çünki burada olan üzvi maddələrin miqdarını yalnız bu üsulla tapmaq olar.
Torpaq fəzasının tərkibi
Torpaq proseslərinin mexanizmini araşdırdıqda təkcə element tərkibi az informasiyalı hesab edilir. Torpaqəmələ- gəlmə eyni vaxtda, ardıcıl proseslər və kimyəvi reaksiyalar nəticəsində baş verir. Hələlik bu proseslərin tam və təkmilləşmiş təsnifatı yoxdur. İlkin torpaq-kimyəvi prosesləri aşağıdakı qruplara bölmək olar:
- Torpağın üzvi və mineral komponentlərinin transformasiya prosesləri.
- Maddələrin köçürülmə prosesləri.
- Torpaq horizontları və profilində spesifik mürəkkəb proseslərin formalaşması.
Transformasiya prosesinə daxildir: müxtəlif maddələ- rin kimyəvi reaksiyalar zamanı parçalanması, sintezi, yenidən yaranması torpaqəmələgətirən süxurlardan və xaricdən torpaq tərkibinə daxil olmalar. Bura həmçinin minerallar və dağ süxurlarını aşındıran bütün kimyəvi reaksiyalar, həllolmalar, oksidləşmələr, reduksiyalar, hidrolizlər və s. daxildir. Bu qrupa üzvi maddələrin minerallaşması reaksiyaları, humifikasiya prosesləri, qalıqların birləşmə və həllolma reaksiyaları da aid edilir. Maddələrin köçürülmə prosesləri – torpaqdaxili miqrasiyanı əhatə etməklə, həmçinin torpaq sərhəddindən kənara (atmosferə, suya, süxurlara) maddələrin miqrasiyası kimi anlaşılır. Bu proseslər qrupuna elyuvial, illyuvial, akkumulyasiya, yuyulma, lessivaj və s. daxildir. Torpaq proseslərinin və onun horizontlarının dəyişilməsi – tam, spesifik təzahür forması olub, çoxlu proseslər və reaksiyalardan ibarətdir. Məsələn, qleyləşməni, podzollaş- manı və s. bura aid etmək olar. Bu prosesləri başa düşmək üçün daha torpağın element tərkibinə yox, onun molekulyar tərkibinə istinad etmək lazımdır. Artıq konkret reaksiyalarda atomlar deyil, ionlar və molekulalar iştirak edir. Ona görə də torpaq kimyası real olaraq molekulların xassələrinə əsaslanır. Kütlədən asılı olmayaraq eyni tərkib və eyni termodinamiki xassələrə malik olan heterogen sistemin homogen hissələrinin məcmusuna faza deyilir. Belə bir tərifdən sonra, aydın olur ki, torpaq çox fazalı sistemdir. Bəzən torpağın ücfazalı sistem (bərk, maye, qaz) kimi ifadə olunması «faza» anlayışı ilə qətiyyən düz gəlmir. Yaxşı olar ki, bərk, maye, qaz hissələri deyilsin. Çünki «faza» termini kimyada və termodinamikada ciddi təyin edilmiş fikri ifadə edir. Lakin torpaqşünaslar faza deyəndə torpağın bərk, maye, qaz və canlı orqanizmləri anlayırlar və biz də bu cür qəbul edirik.
Torpağın rəngi və kimyəvi tərkibi
Pedomorf elementlər sırasında xüsusi yarımqrup elementləri ayırmaq vacibdir. C, Fe, Mn, Ca, Si belə elementlərdən sayılır. Silisium birləşmələri torpaq kütləsinin başlıca hissəsini təşkil edərək ona ağımtıl rəng verir. Torpağın rəngi onun çox mühüm makromorfoloji əlamətlərindən olub, təsnifat və diaqnostika məsələlərində geniş istifadə edilir. Bütün çöl torpaq tədqiqatları onun rənginə istinad edilərək, horizontlara və profillərə ayrılır. 1927-ci ildə prof. S.İ.Tyuremnov torpağın rənginə görə formalaşması hipotezini (qara, sarı, qırmızı və ağ) irəli sürdü. Sonra isə üç rəngli spektrə əsaslanan nəzəriyyə qəbul edildi. Rənglər haqqında olan ümumi nəzəriyyə isə torpağa rəng verən komponentlərin hamısı nəzərə alınmaqla, spektral əksetdirmə qabiliyyətinə görə spektrofotometrik ölçülərə əsaslandı. Torpağa və onun horizontlarına rəng verən maddələrə torpaq piqmentləri deyilir. Karbon birləşmələri, dəmir, manqan və kükürdün bəzi formaları başlıca torpaq piqmentləri sayılır.
Karbonun birləşmələri torpağın rənginə ikitərəfli təsir göstərir. Mineral birləşmələri (torpaq karbonatları) ağ rəng verir. Burada əsasən CaCO3 və MgCO3 başlıca rol oynayır. Üzvi karbon birləşmələri isə torpağa sarımtıl, qonur və yaxud qaramtıl rənglər verir.
Manqan adətən torpağa tünd rəng verir ki, bu da pirolyuzitin (MnO2) təsirindən olur. Bəzi metalların sulfidləri də torpağa tünd və ya qara rəng verə bilir. Buna əsasən reduksiyaedici şəraitlərdə rast gəlinir. Torpaq profilinə həm müxtəlif və həm də parlaq rəngi dəmir birləşmələri verir. Qamma rənglər və onun çalarları çox geniş yayılmış dəmir birləşmələri ilə əlaqələndirilir. Bura sarı, samanı sarı, qırmızımtıl, qonur, sarı-yaşıl, yaşıl, qaramtıl rənglər aiddir. Adətən bütün yumşaq torpaəmələgətirən süxurlar müəyyən dərəcədə dəmir birləşmələri ilə rənglənmiş olur. Bu ümumi sarımtıl və qonurvari rənglər torpaq profilində saxlanılır. Lakin dəmirin genetik horizontlar arasında paylanması bu rənglərin zəifləməsi və güclənməsi ilə müşayiət olunur. Torpaq rənglərini qiymətləndirmək çox çətin bir problem sayılır, hətta praktiki olaraq torpaq horizontlarını öyrənərkən kimyəvi tərkibdən yaxud digər xassələrdən asılılığını müəyyən etmək mümkün olmur. Ayrı-ayrı elementlərin və onların birləşmələrinin torpaq rənginin formalaşmasında rolunu rənglər ölçüsünün beynəlxalq sisteminə əsaslanaraq qiymətləndirmək lazımdır. Hansı ki, burada şərti rənglərə (göy, yaşıl, qırmızı) təyinetmələr aparılır.
Mənbə
- Arif Hüseynov, Namiq Hüseynov.Torpaq kimyası. (Ali məktəblər üçün dərslik). Bakı – 2012. 582 səh
- http://elibrary.bsu.az 2017-07-21 at the Wayback Machine
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu meqaleni vikilesdirmek lazimdir Lutfen meqaleni umumvikipediya ve redakte qaydalarina uygun sekilde tertib edin Torpaqda bas veren butun prosesler murekkeb olmaqla kompleks xarakter dasiyir ve bu onun tebii tarixi cisim olmasini bir daha subut edir Kimyevi xususiyyetlerine gore torpaqda bas veren prosesleri bu cur adlandirmaq olar Polikimyalasma Torpaqda cox boyuk miqdarda kimyevi elementler ve maddeler movcuddur Qanunauygun olaraq her bir elementin bir nece birlesmeleri olur ki bunlar da torpaqda hem kristal hem de amorf formasinda olurlar Heterogenlik ve polidisperslilik Torpaq cox fazali sistem olmaqla uzvi ve mineral komponentlerin inkisaf etmis muxtelif cinsli ust qatinda sorbsiya ve desorbsiya xemosorbsiya daxil olmaqla prosesleri bas verir Uzvi mineralli qarsiliqli tesir spesifik torpaq xususiyyetleri olmaqla torpaqemelegelme prosesinin elametidir Bele ki torpaqda ancaq sade ve kompleks duzlar formalasmir hem de mineral ve uzvi maddelerden ibaret olan murekkeb adsorbsiyali kompleksler simplek sler yaranir Torpaq proseslerinin dinamikliyi Tebii torpaq ucun bir gunluk sutkaliq movsumu illik ve esrlik dinamika xarakterikdir Torpaqda bu deyisiklik daima bas verir Klassik kimyevi birlesmeler transformasiyaya meruz qalir ve torpaq buferlik qabiliyyeti qazanir Ehateli muxtelifcinslilik torpagin ayrilmaz xassesi olub torpaqemelegetiren amillerin ehateli muxtelifcinslilikden asililigi sertlendirilir ilkin muxtelifcinslilik Torpaq emelegelme prosesinin inkisafi ile elaqedar olaraq daha da genislene biler tekrar muxtelifcinslilik Qeyri beraber veziyyet ve termodinamik berpa olunmayan prosesler Torpaq aciq termodinamik sistemdir hansi ki buradan fasilesiz olaraq maddeler ve enerji axir Bu ise torpaqda beraber veziyyetin yaranmasina imkan vermir Neticede torpaq kimyevi proseslerin ozunemexsus kinetikasi guclenir ve suretli reaksiyalar bas verir Torpaqda bas veren prosesleri anlamaq ucun onun kimyevi terkibini torpaqemele getiren amillerin deyisilmesini ve bunlarin torpaq ortuyunun emelegelmesinde istifadesini bilmek lazimdir Torpagin kimyevi terkibi iki gosterici ile xarakterize olunur element terkibi faza maddeler terkibiTorpagin element terkibiTorpagin esas kimyevi xasselerinden biri onun element terkibi hesab edilir Mehz bu xasse uzerinde onun genezisi ve munbitliyi formalasir Torpagin element terkibini bilmeden derin kimyevi tedqiqatlarin aparilmasi qeyri mumkundur Torpaq kutlesinde kimyevi elementlerin toplanmasina ve kemiyyet nisbetine torpagin element terkibi deyilir Element terkibi nin sinonimi kimi bezen torpagin xam terkibi termini isledilir Lakin bu cur adlanma sohbetin hansi terkib kimyevi mexaniki haqqinda getmesini aydinlasdirmir Xam sozu eslinde umumi anlayisi bildirir ve torpaqda olan butun komponentlerin miqdarini gosterir Ona gore de xam terkib deyende torpaqda olan elementlerin birlesme formalarindan asili olmayaraq umumi elementlerin miqdari basa dusulur Torpaq kimyasinda ve umumiyyetle torpaqsunasliqdaelement terkib deyende torpagin genezisi munbitliyi vekimyevi terkibinin veziyyeti anlasilmalidir qara torpaq Element terkibi torpaqemelegelme proseslerinin cox muhum neticelerini eks etdirir Element terkibine gore torpa gin genetik horizontlari bir biri ile ferqlenir Meselen curuntulu akkumulyativ horizont yuksek miqdarda C P ve N olmasi ile ilyuvial horizontlar Fe Al ve bir sira elementlerin toplanmasi ile elyuvial horizontlar ise silisiumun miqdarinin artmasi diger elementlerin azalmasi ile musayiet olunur Basqa sozle genetik horizontlari teyin etmek ucun torpagin element terkibi diaqnostik elamet kimi qebul edilir Lakin sari podzol torpaqlarda tamamile basqa prosesin getdiyinin sahidi oluruq Bele ki humusun profil boyu toplanmasi yalniz ust qatda gedir ve hisse hisse ilyuvial horizonta uzvi madde formsinda aparilir Demirin yayilmsi elyuvial horizontda toplanir Demirin maksimal miqdarda top lanmasi curuntulu akkumulyativ horizontda gedir Cox ehtimal ki bu elementlerin maksimum bioloji toplanmasi ile baglidir Hetta torpagin element terkibi haqqinda olan bu kicik melumatlar imkan verir ki profilin formalasmasinda bezi muhum prosesler haqqinda ideyalar ireli surek Element terkibinin tam analizinden sonra burada geden proseslerin baslica istiqametini yeni torpaqemelegelmenin neticelerini teyin etmek olar Lakin tekce element terkibine gore torpaqda geden reaksiyalarin mexanizmi haqqinda muhakime yurutmek olmaz Bele ki transformasiya ile bagli prosesleri yeni maddelerin emele gelmesini genis sekilde ferqlendirilen torpaq kutlesi ile izah etmek lazimdir Torpagin element terkibi onun potensial munbitliyi haqqinda tesevvurler yaradir Karbonun ve azotun uzvi birles melerinin yuksek miqdarda olmasi torpagin munbitlik elametleridir Xlor ionlarinin hedsiz toplanmasi ise bitkiler ucun elverisli xase sayilmir Elbette torpaqda olan elementlerin hamisi bitkiler ucun menimsenile bilen sekilde olmur Alumosilikatlarin kristallik qefesine daxil olan elementler ya cetin hell olan birlesmelerin yaxud hidroliz olunmayan humus maddeleri komponentinin terkibinde olur Bunlarin bitki terefinden menimsenilmesi hisse hisse ilkin strukturun dagidi laraq asan hell olan formalara kecmesi ile bas verir Bu elementlerin umumi miqdari yaxud ehtiyat formalari gosterir ki bele torpaqlar oz potensiali hesabina bitkileri uzun muddet qida maddeleri ile temin ede biler Dag qaratorpaqlarinin azot fosfor ve kaliumla potensial teminatinin veziyyeti 1 sayli cedvelde tesvir edilmisdir Cedvelden gorunduyu kimi bu torpaqlarin 0 20 sm qatinda azotun miqdari 5 10 t ha catir ki bu da 25 30 s ha payizliq bugda mehsulu almaq ucun 60 100 il kifayet eder Fosforun ve kaliumun miqdari ise azotla muqayisede daha cox illere bes eder Apardigimiz hesablamalar esas verir ki ehtiyat qida maddelerinden istifadesine gore torpaqlarin bezi potensial imkanlarini qiymetlendire bilek Torpaqda olan ehtiyat qida maddelerini tamamile seferber etmek qeyri mumkundur Ele apardigimiz bu hesablama da gosterir ki on iller erzinde torpaqda qida elementleri tukene biler Bele ki elementlerin tam seferber olunmasi torpagin deqradasiyasi dagilmasi ve qeyri munbit oksidler qarisigina cevrilmesi ile neticelene biler Belelikle torpagin element terkibi haqqindaki melumatlar gosterir ki ekin qatinda butun qida elementlerinin defisitsiz balansini temin etmek vacibdir Torpagin element terkibinin xususiyyetleriYulius Lotar Meyer ve D I Mendeleyevin dovru sistemlerinin 1864 1869 demek olar ki butun tebii elementleri torpaqda vardir Torpaqda hemin elementlerin 95 ni melum 26 element teskil edir Torpaq elementlerin kemiyyetce toplanmasina gore butun canli orqanizmlerden minerallardan ve dag suxurlarindan ferqlenir Bildiyimiz kimi canli orqanizmler esasen orqanogen elementlerden C H N O P S teskil olunmusdur Muqayisece az miqdarda ise mineral komponentler adlanan maddeler de bu terkibe aiddir Lakin ele minerallar var ki 2 5 7 9 11 elementden sade silikatlar ibaretdir Duz minerallari 2 5 elementden ibaretdir Torpagin terkibine daxil olan butun kimyevi elementler mutleq ve mu hum rola malikdirler Torpagin birinci ferqlendirici xususiyyeti onun boyuk elementler toplumundan ibaret olmasidir Ikinci xususiyyeti ise yuksek miqdarda karbon ve silisium elementinin olmasidir Hansi ki bu iki muhum torpaqemelegelme amiline eyni zamanda tesir edir bunlar bitki ve heyvanat alemidir Ucuncu xususiyyeti elementlerin qatiliginin boyuk diapazonda movcudlugudur Element terkibine gore profilde en cox ferqli cehetler torflu elyuvial karbonatli ve sorlasmis horizontlarda musahide olunur Ayri ayri elementlerin miqdari genis intervalda deyisir Meselen torflu torpaqlar istisna olmaqla qalan torpaqlarda silisiumun miqdari 22 den 44 e qeder tereddud edir Aluminiumun miqdarinin diapazonu 1 8 demirinki ise 0 5 6 teskil edir Kicik tereddudlere baxmayaraq her bir elementin miqdarinin intervali movcuddur Meselen yungul torpaqlarda silisiumun miqdari SiO2 formasinda olmaqla cox diger elementlerinki ise az olur Karbon ise karbonatlar seklinde esasen yuyulmamis torpaqlarda ve karbonatli suxurlar olan yerlerde movcuddur Kukurdun miqdari ise qeyri uzvi karbonun miqdari ile eynilik teskil edir Torpaqemelegetiren suxurlarla muqayisede torpaqda uzvi karbonun ve diger biogen elementlerin nisbi miqdari humusla toplanir Si Al Fe Mg K Na kimi elementler ise torpaq emelegetiren suxurlardan torpagin muxtelif qatlarina paylanir Torpaqda mutleq miqdarina gore elementler bir nece qrupa bolunur Birinci qrupa O ve Si aiddir ki bunlarin miqdari torpaq kutlesinin 80 90 ni teskil edir Ikinci qrupa faizin 10 payindan cox hissesini tutan elementlerdir Al Fe Ca Mg K Na C Bu iki qrupa daxil olanlar tipik makroelementlerdir Ucuncu qrupa daxil olan elementler Ti Mn N P S makro ve mikroelementler arasinda kecid teskil edir Mikro ve ultramikroelementlerin miqdari torpaqda n 10 3 n 10 10 le olculur ve bunlar asagidakilardir Ba Sr B Rb Cu V Cr Ni Co Li Mo Cs Se ve s Yer qabiginin geokimyevi tesnifatiBele tesnifatlardan birini V M Qoldsmidt 1924 tertib etmisdir Onun tesnifatina gore butun elementler dord qrupa bolunur litofiller xalkofiller siderofiller atmofiller Litofiiller Litofil elementler oksigenle qohumlugu ile ferqlenir ve biosferde terkibinde oksidler hidroksidler oksigenli tursularin duzlari olan minerallar emele getirirler Bura 54 element aiddir Si Ti S P F Cl Al Se Na K Ca Mg ve s Xalkofiller Xalkofiller kukurdle birlesmeler emele getirmeye meyillidirler Cu Zn Pb Cd Ag Mn Fe ve s Siderofil Siderofil elementler demir xelitelerinde hell olaraq demirli birlesmeler emele getirirler Fe Ni Co P C Pt Au Sn Mo ve s Atmofiller Atmofil elementlere aid olanlar H N C O He Ne Ar Kr Xe Cl Br Y Biofiller V M Qoldsmidt bunlardan xususi bir qrup ayiraraq biofil elementler adlandirmisdir Hansi ki bunlar canli orqanizmlerde toplanirlar Qoldsmidte gore esas biofil elementler bunlardir C H O N P S Cl Y Az da olsa B Ca Mg K Na V Mn Fe Cu kimi elementleri de o biofil elementler qrupuna daxil edirdi V M Qoldsmitdin tesnifatina gore bu elementler torpagin maye fazasinda olaraq berk fazaya da kece bilir ve torpaq proseslerinde o qeder de boyuk rol oynamirlar Torpaqsunasliqda boyuk maraq yaradan elementler tesnifati landsaftda onlarin miqrasiya xususiyytleridir Bele bir tesnifat A I Perelman terefinden islenmisdir O butun elementleri iki boyuk qrupa ayirir 1 hava miqrantlari 2 su miqrantlari Hava miqrantlari qrupuna esasen passiv elementler xususile tesirsiz qazlar He Ne Ar Kr Xe Rn ve atmosfer seraitinde kimyevi birlesmeler emele getiren aktiv elementler O H C N Y daxildir Biofil derecelerine gore A I Perelman kimyevi elementleri bele siralandirir maksimum biofiller C yuksek biofiller N H orta biofiller O Cl S P B Br asagi biofiller Fe Al Elementlerin biofillik derecesine gore qruplasdirilmasi onlarin canli orqanizmlerde rolu ve kimyevi elementlerin miqrasiya prosesini aydinlasdirmaqdir Bitkilerin kimyevi elementleri secib udma qabiliyyetini bioloji udma koeffisenti adlandirirlar Bunu ise melum ele mentin bitki kulunde miqdarinin hemin elementin litosferde yaxud torpaqda miqdarina olan nisbetine gore hesablayirlar Umumiyyetle torpaq kimyasinda qarsiya qoyulan mese leden asili olaraq analizlerin neticelerini hesablamaq ucun muxtelif usullardan istifade edilir En cox islenen usullar asagida gosterilenlerdir havada quru torpaga gore hesablama mutleq quru torpaga gore hesablama 1050C kozerdilmis torpaga gore hesablama humuzsuz torpaq kutlesine gore hesablama karbonatsiz torpaga gore hesablama humuzsuz ve karbonatsiz torpaga gore hesablama karbonatli torpaga gore hesablama mueyyen torpaq hecmine gore hesablama Bunlardan basqa ele hesablamalar var ki tam torpaq kutlesine gore ve bezen de onun bir hissesine gore aparilir Meselen karbonun ve azotun miqdarini tam torpaq kutlesine gore hesablamaq lazimdir cunki burada olan uzvi maddelerin miqdarini yalniz bu usulla tapmaq olar Torpaq fezasinin terkibiTorpaq proseslerinin mexanizmini arasdirdiqda tekce element terkibi az informasiyali hesab edilir Torpaqemele gelme eyni vaxtda ardicil prosesler ve kimyevi reaksiyalar neticesinde bas verir Helelik bu proseslerin tam ve tekmillesmis tesnifati yoxdur Ilkin torpaq kimyevi prosesleri asagidaki qruplara bolmek olar Torpagin uzvi ve mineral komponentlerinin transformasiya prosesleri Maddelerin kocurulme prosesleri Torpaq horizontlari ve profilinde spesifik murekkeb proseslerin formalasmasi Transformasiya prosesine daxildir muxtelif maddele rin kimyevi reaksiyalar zamani parcalanmasi sintezi yeniden yaranmasi torpaqemelegetiren suxurlardan ve xaricden torpaq terkibine daxil olmalar Bura hemcinin minerallar ve dag suxurlarini asindiran butun kimyevi reaksiyalar hellolmalar oksidlesmeler reduksiyalar hidrolizler ve s daxildir Bu qrupa uzvi maddelerin minerallasmasi reaksiyalari humifikasiya prosesleri qaliqlarin birlesme ve hellolma reaksiyalari da aid edilir Maddelerin kocurulme prosesleri torpaqdaxili miqrasiyani ehate etmekle hemcinin torpaq serheddinden kenara atmosfere suya suxurlara maddelerin miqrasiyasi kimi anlasilir Bu prosesler qrupuna elyuvial illyuvial akkumulyasiya yuyulma lessivaj ve s daxildir Torpaq proseslerinin ve onun horizontlarinin deyisilmesi tam spesifik tezahur formasi olub coxlu prosesler ve reaksiyalardan ibaretdir Meselen qleylesmeni podzollas mani ve s bura aid etmek olar Bu prosesleri basa dusmek ucun daha torpagin element terkibine yox onun molekulyar terkibine istinad etmek lazimdir Artiq konkret reaksiyalarda atomlar deyil ionlar ve molekulalar istirak edir Ona gore de torpaq kimyasi real olaraq molekullarin xasselerine esaslanir Kutleden asili olmayaraq eyni terkib ve eyni termodinamiki xasselere malik olan heterogen sistemin homogen hisselerinin mecmusuna faza deyilir Bele bir terifden sonra aydin olur ki torpaq cox fazali sistemdir Bezen torpagin ucfazali sistem berk maye qaz kimi ifade olunmasi faza anlayisi ile qetiyyen duz gelmir Yaxsi olar ki berk maye qaz hisseleri deyilsin Cunki faza termini kimyada ve termodinamikada ciddi teyin edilmis fikri ifade edir Lakin torpaqsunaslar faza deyende torpagin berk maye qaz ve canli orqanizmleri anlayirlar ve biz de bu cur qebul edirik Torpagin rengi ve kimyevi terkibiPedomorf elementler sirasinda xususi yarimqrup elementleri ayirmaq vacibdir C Fe Mn Ca Si bele elementlerden sayilir Silisium birlesmeleri torpaq kutlesinin baslica hissesini teskil ederek ona agimtil reng verir Torpagin rengi onun cox muhum makromorfoloji elametlerinden olub tesnifat ve diaqnostika meselelerinde genis istifade edilir Butun col torpaq tedqiqatlari onun rengine istinad edilerek horizontlara ve profillere ayrilir 1927 ci ilde prof S I Tyuremnov torpagin rengine gore formalasmasi hipotezini qara sari qirmizi ve ag ireli surdu Sonra ise uc rengli spektre esaslanan nezeriyye qebul edildi Rengler haqqinda olan umumi nezeriyye ise torpaga reng veren komponentlerin hamisi nezere alinmaqla spektral eksetdirme qabiliyyetine gore spektrofotometrik olculere esaslandi Torpaga ve onun horizontlarina reng veren maddelere torpaq piqmentleri deyilir Karbon birlesmeleri demir manqan ve kukurdun bezi formalari baslica torpaq piqmentleri sayilir sari torpaq Karbonun birlesmeleri torpagin rengine ikiterefli tesir gosterir Mineral birlesmeleri torpaq karbonatlari ag reng verir Burada esasen CaCO3 ve MgCO3 baslica rol oynayir Uzvi karbon birlesmeleri ise torpaga sarimtil qonur ve yaxud qaramtil rengler verir Manqan adeten torpaga tund reng verir ki bu da pirolyuzitin MnO2 tesirinden olur Bezi metallarin sulfidleri de torpaga tund ve ya qara reng vere bilir Buna esasen reduksiyaedici seraitlerde rast gelinir Torpaq profiline hem muxtelif ve hem de parlaq rengi demir birlesmeleri verir Qamma rengler ve onun calarlari cox genis yayilmis demir birlesmeleri ile elaqelendirilir Bura sari samani sari qirmizimtil qonur sari yasil yasil qaramtil rengler aiddir Adeten butun yumsaq torpaemelegetiren suxurlar mueyyen derecede demir birlesmeleri ile renglenmis olur Bu umumi sarimtil ve qonurvari rengler torpaq profilinde saxlanilir Lakin demirin genetik horizontlar arasinda paylanmasi bu renglerin zeiflemesi ve guclenmesi ile musayiet olunur Torpaq renglerini qiymetlendirmek cox cetin bir problem sayilir hetta praktiki olaraq torpaq horizontlarini oyrenerken kimyevi terkibden yaxud diger xasselerden asililigini mueyyen etmek mumkun olmur Ayri ayri elementlerin ve onlarin birlesmelerinin torpaq renginin formalasmasinda rolunu rengler olcusunun beynelxalq sistemine esaslanaraq qiymetlendirmek lazimdir Hansi ki burada serti renglere goy yasil qirmizi teyinetmeler aparilir qirmizi torpaqMenbeArif Huseynov Namiq Huseynov Torpaq kimyasi Ali mektebler ucun derslik Baki 2012 582 seh http elibrary bsu az 2017 07 21 at the Wayback Machine