Bu məqalə Təkmil rəqabət məqaləsinə çox yaxındır və hər ikisinin eyni başlıq altında birləşdirilməsi mümkündür.
Təkmil rəqabət (ing. perfect competition) — iqtisadi nəzəriyyədə eynicinsli məhsul istehsal edən və qiymətlərə təsir göstərməyəcək qədər kiçik bazar payına malik çoxlu sayıda satıcı və alıcının olduğu bazar.
Eynicinsli məhsul
Təkmil rəqabət bazarındakı məhsullar tam əvəzedicidir. Başqa sözlə satıcıların təklif etdiyi məhsullar və xidmətlər istər keyfiyyət, istərsə xarakter baxımından bir-birindən fəqlənmir. Buna misal kimi 50 satıcı tərəfindən eyni çaydan əldə edilib satılan suyu göstərmək olar.
Qiymətlərə təsir göstərməyəcək qədər kiçik bazar payına malik
Bu bazarda heç bir satıcı istehsalı artıraraq və ya azaldaraq qiymətlərə təsir etmək imkanına malik deyil. Həmçinin heç bir alıcı da məhsul tədarükünü azaldıb qiymətlərin aşağı enməsinə səbəb ola bilmir. Məsələn, su satışı ilə məşğul olan 50 satıcının hər biri bazarda cəmi 2%-lik paya malikdir. Bu səbəbdən qiymətə təsir gücləri demək olar ki, yoxdur.
Çoxlu sayıda alıcının və satıcının olduğu bazar
Yuxarıdakı xüsusiyyət birbaşa bununla bağlıdır. Belə ki, bazarda bir satıcı və ya alıcı olarsa (inhisar və ya monopsoniya kimi), o rahatlıqla bazar qiymətinə təsir edə bilər. Amma təkmil rəqabət vəziyyətində hər bir satıcı və alıcı bazarda əmələ gələn qiymətlər əsasında fəaliyyət göstərməlidir. Məsələn, su satışını 1 nəfər həyata keçirsə idi, o qiyməti istədiyi kimi müəyyən edə bilərdi. Amma 50 satıcının biri qiyməti qaldırarsa, alıcılar digər satıcıdan su tədarük edəcəklər.
Təkmil rəqabətin xüsusiyyətləri
Təkmil rəqabətin xüsusiyyətləri yuxarıda göstərilənlərlə (eynicinsli məhsul, kiçik bazar payı, çoxlu sayıda satıcı və alıcı) bitmir. Bunlar aşağıdakılardır:
- Bazara daxil olmaq və çıxmaq üçün heç bir maneə yoxdur – bazara daxil olmaq həddən artıq asanddır və bu zaman yeni iştirakçı üşün nə dövlətin müəyyənləşdirdiyi, nə də köhnə bazar iştirakçıları tərəfindən heç bir maneə yoxdur. Məsələn, bu gün su satışına həyata keçirmək istəyən şəxs öz qabını götürüb çaya yollanar və qabını doldurduqdan sonra su satmağa başlaya bilər.
- Təkmil informasiya – hər bir bazar iştirakçısı qiymətləri, keyfiyyəti və istehsal metodlarını bilir. Məsələn, su satışı bazarında hər bir iştirakçı suyun hansı qiymətə, hansı miqdarda, satıldığını və bu keyfiyyətə malik suyu haradan və necə əldə edəcəyini bilir.
- Sıfır transaksiya xərcləri – alıcılar və satıcılar məhsul və xidmət alış-verişi zamanı heç bir transaksiya xərci (müqavilə xərcləri və s.) çəkmirlər.
Tam rəqabət bazarında firmanın gəlirləri
Ümumiyyətlə bütün firmalar mənfəətini artırmaq istəyir. Bu tam rəqabət bazarında fəaliyyət göstərən firmalara da aiddir. Bir firmanın mənfəət əldə edə bilməsi üçün onun məcmu gəliri ilə məcmu xərclərinin fərqi müsbət olmalıdır. Əks halda firma zərər əldə edəcək.
Gəlin ilk növbədə gəlirləri tətqiq edək: Təkmil rəqabət bazarında məcmu gəlir (Total Revenue - TR) satış həcmi ilə (Q) qiymətin hasilinə (P) bərabərdir.
TR= P*Q
Orta gəlir (Average Revenue – AR) isə məcmu gəlirin (TR) satış həcminə bölünməsi ilə alınır:
AR=TR/Q= (P*Q)/Q=P
Təkmil rəqabət bazarında marjinal gəlir (Marginal Revenue - MR) isə aşağıdakı kimi hesablanır:
MR=ΔTR/ΔQ
Təkmil rəqabət bazarında hər bir məhsul sabit qiymətə satılır. Çünki istehsaslın həcmindən asılı olmayaraq heç bir bazar iştirakçısı qiymətə təsir edə bilmir. Bu səbəbdən satılacaq yeni bir məhsulun gətirəcəyi gəlir qiymətə (P) bərabər olacaq.
ΔTR= ΔQ*P
MR=ΔTR/ΔQ= (ΔQ*P)/ΔQ = P
Deməli tam rəqabət bazarında qiymət (P), orta gəlir (AR) və marjinal gəlir (MR) bərabərdir:
P=AR=MR
Bunu su satışı misalına qayıdaraq izah edək. Bazarda 1 qab suyun qiyməti 7 manatdır. Rəqabətli bazarın xüsusiyyətlərini yada salsaq, firmanın çox kiçik bir bazar payına malik olduğunu görmək olar. Bu səbəbdən satıcının təklif etdiyi hər məhsul bazara təsir edə bilmədiyindən miqdarından asılı olmayaraq onu 7 manata satacaq. Bu zaman hər bir məhsul üçün orta gəlir (Average Revenue - AR) 7 manat təşkil edəcək. Hər yeni məhsulun gətirəcəyi gəlir yəni, marjinal gəlir (Marginal Revenue - MR) də 7 manat olacaq. Bunu Cədvəl 1-də daha aydın başa düşmək olar.
Cədvəldən də göründüyü kimi məcmu gəlir (Total Revenue - TR) satış həcmi ilə (Q) qiymətin hasilinə (P) bərabərdir: P=7
TR= P*Q= 42
AR= TR/Q= 42/6 =7
MR= (TR5-TR4)/(Q5-Q4) =7/1= 7 Nəticədə biz tam rəqabət bazarında qiymətin (P), orta gəlirin (AR) və marjinal gəlirin (MR) bərabər olduğunu bir də təsdiq etdik:
P=AR=MR=7 manat
Mənfəət maksimumu
Tam rəqabətli bazarda maksimum mənfəət marjinal xərclərlə marjinal gəlirin bərabər olduğu zaman əldə edilir. Fərz edək ki, satıcı gün ərzində 8 qab su satışından 31 manat mənfəət əldə edib. Əgər əlavə 1 qab suyun dükana daşınıb satılması xərci 5 manat və bu suyun satışından gələcək gəlir 7 manatdırsa, mənfəət 33 manata yüksələcək və satıcı 10-cu su qabını da gətirməkdə maraqlı olacaq. Növbət 1 qab su üçün çəkilən xərclər 7 manat, yəni satışdan gələcək gəlirə bərabərləşdiyi zaman, satıcının mənfəəti artmayacaq. Yəni mənfəət 9 qab suyun satışında olduğu kimi 10 qab suyun satışında da 33 manat olacaq.
Artıq 11-ci qabı gətirərkən çox yorulmuş satıcı taksidən istifadə edir. Bu ona əlavə xərclər gətirməyə başlayır. Hesablayarkan məlum olur ki, 11-ci qabı satmaq üçün 9 manat xərc çəkib, gəlir (7 manat) isə sabit qalıb. Nəticədə mənfəət 31 manata geriləyir. Hər əlavə qab su üçün gələn gəlir marjinal gəlir, hər əlavə qab su üçün çəkilən xərc isə marjinal xərc adlanır. Misaldanda göründüyü kimi marjinal xərcin marjinal gəlirə bərabər olduğu istehsal həcmində (10) mənfəət maksimum (41 manat) olur. Bu əlaqəni Cədvəl 2 əsasında təsvir edilmiş qrafikdə daha aydın şəkildə görmək olar. (Bax: Şəkil 1)
Uzunmüddətli dövrdə mənfəət
Təkmil rəqabət bazarında satıcılar uzunmüddətli dövrdə mənfəət əldə edə bilmirlər. Bu təkmil rəqabətin əsas xüsusiyyətlərindən olan “bazara giriş və çıxışın sərbəstliyi” şərti ilə bağlıdır. Belə ki, hər hansı bir sahədə mənfəət olduqda bu digər şəxslərin marağını cəlb edir və onlar da bu biznesə qoşulurlar. Bazara kütləvi satıcı axını təklifi artırır. Qiymətlər (P) isə tələb-təklif qanununa əsasən aşağı enir. Bu AR əyrisinin aşağı sürüşməsinə səbəb olur. Çünki, bu bazarda orta və marjinal gəlir məhsulun qiymətinə bərabərdir. Beləliklə, qiymətlər orta xərclərin marjinal xərclərlə kəsişən nöqtəsinə (yəni ən minimum səviyyəsinə (Bax: İstehsal Xərcləri)) qədər enir. Nəticədə satıcılar əldə etdikləri bütün gəliri xərclərə yönəldirlər və xaricdən bazara girməyə artıq maraq yaranmır(Bax: Şəkil 2 A paneli).
Bazar iştirakçıları zərərdə olduqları zaman uzunmüddətli dövr üçün onlar bazarı tərk etməyə başlayırlar. Azalan təklif qiymətlərin qalxmasına səbəb olur. AR əyrisi yuxarı doğru sürüşməyə başlayır və AC əyrisinin minimum nöqtəsində dayanır. Əgər qiymətlər orta xərcləri üstələrsə, yuxarıda göstərilən hal baş verəcək və biznesə daxil olmalar başlayacaq və qiymətlər enəcək.(Bax: Şəkil 2 B paneli)
Bu effekt nəticəsində uzunmüddətli dövrdə tələbin necə dəyişməsindən asılı olmayaraq bazar qiyməti bir səviyyədə qalır. Bunu Şəkil 3-də əyani şəkildə görə bilərik. Şəkildə tələbin artması nəticəsində ilkin tarazlıq nöqtəsi olan A-nın B-yə sürüşdüyünü görürük. Sonra satıcıların mənfəəti çoxalacaq, bazara maraq yaranacaq, istehsalçılar artacaq və təklif əyrisi sağa doğru sürüşəcək. Beləliklə, B nöqtəsi C nöqtəsinə keçəcək. Nəticədə qiymətlər əvvəlki səviyyəsinə, yəni mənffət olmayan halına qayıdacaq.
Əksinə məhsula olan tələb azaldıqda isə qiymətlər enir, satıcılar zərər edirlər, nəticədə bazardan çıxırlar. Bu isə bazar təklifini azaldır və təklif əyrisini sola sürüşdürür. Nəticədə tarazlıq nöqtəsi yenidən mənfəətin sıfıra bərabər olduğu səviyyəyə qayıdır.
Nəticədə, bazarda tələbin necə dəyişməsindən asılı olmayaraq uzunmüddətli dövrdə satıcılar istehsal etdikləri məhsulu bir qiymətə təklif edirlər. Başqa sözlə, uzunmüddətli dövrdə təkmil rəqabətli bazarın təklif əyrisi üfüqidir(Bax Şəkil 4).
İqtisadi və mühasibat mənfəətinin fərqi
Təkmil rəqabət bazarında firmalar uzunmüddətli dövr üçün mənfəətsiz çalışırlar. Bəs satıcılar mənfəət olmayan sektorda niyə çalışırlar?
Bu suala cavab vermək üçün aşağıdakı 2 anlayışı izah etmək lazımdır:
•Mühasibat mənfəəti;
•İqtisadi mənfəət. Mühasibat mənfəəti dedikdə məcmu gəlirlə sənədlərdə əks etdirilə bilən aşkar xərclərin fərqi nəzərdə tutulur:
Müh. Mənfəəti = Məcmu gəlir – Aşkar xərclər
Bunlara işçilərə verilən əmək haqqı, xammala çəkilən xərclər, kirayə, istehsal vasitələrinin alıması üçün bankdan götürülən kredit və s. aiddir.
İqtisadi mənfəət dedikdə isə məcmu gəlirdən həm aşkar xərclərin, həm də gizli (alternativ) xərclərin çıxılması nəticəsində yerdə qalan vəsait nəzərdə tutulur.
İqt. Mənfəət = Məcmu gəlir – (Aşkar xərclər + Gizli xərclər)
Fərz edək ki, siz iqtisadi analiz üzrə mütəxəssissiniz və hər hansı bir şirkətdə 2 000 manat maaş alırsınız. Bir az sonra qərar verirsiniz ki, öz şirkətinizi qurmalısınız. Bu zaman siz illik 12 min manatlıq gəlirdən imtina etmiş olursunuz. Bu sizin öz biznesinizi qurmağınızın alternativ və ya gizli xərcidir.
Davam edək: bina kirayə götürməklə, işçilərə əmək haqqı verməklə və kompüterlər, printer və digər inventarlar almaqla siz şirkətinizi açmaq üçün 30 min manat xərc çəkirsiniz. Bu isə sizin aşkar xərcinizdir. İlin sonunda siz iqtisadi təhlilləri və bazar araşdırmalarını satmaqla 45 min manat gəlir əldə edirsiniz.
İndi isə iqtisadi və mühasibat mənfəətlərini hesablayaq.
Müh. Mənfəəti = 40 000 – 30 000 = 10 000 manat
İqt. Mənfəət = 40 000 – (30 000 +12 000) = - 2 000 manat
Nəticə etibarı ilə siz şirkətin rəhbəri kimi 10 min manat qazanmısınız. Amma əvvəlki işinizdə qalsaydınız siz 12 min manat əldə edəcəkdiniz. Demək ki, siz şirkət açmaqla 2 000 manat zərər etmisiniz.
Göründüyü kimi bir işə başlamaq üçün mütləq nəzərdən keçirilməlidir.
Bizim təkmil rəqabət bazarı üçün apardığımız təhlillər də elə iqtisadi mənfəətə əsaslanır. Yəni satıcının sıfır mənfəətli şəraitdə hələ də su satmasının səbəbi odur ki, başqa işlə məşğul olsa da, bundan çox qazanmayacaq.
Qısamüddətli dövrdə mənfəət
Uzunmüddətli dövrdə bazara giriş və çıxış sərbəst olduğundan satıcılar həmişə sıfır iqtisadi mənfəət əldə edirlər. Şəkil 3-də əks etdirildiyi kimi uzunmüddətli dövrdə tələbin həcmindən asılı olamayaraq qiymətlər əvvəlki səviyyəsinə qayıdır. Amma bu proses bir anda olmur. Qısamüddətli dövrdə isə istehsalçıların sayı sabit olduğundan bazar tələbdəki dəyişikliyə tez reaksiya verə bilmir. Bu səbəbdən təkmil rəqabət bazarında qisamüddətli dövrdə firmalar mənfəət əldə edə və ya zərərlə üzləşə bilərlər.
işləyən firma fəaliyyətini niyə davam etdirir?
Qısamüddətli dövrdə zərərlə üzləşən hər firma fəaliyyətini dayandırmır. Bəs bunun səbəbi nədir? Zərərlə işləyən firma niyə fəaliyyətini davam etdirməlidir?
Bu suala cavab vermək üçün ilk növbədə firmanın müvəqqəti bağlanması ilə bazardan çıxmasını fərqləndirmək lazımdır. Bəzən şirkətlər bazar şərtlərinə uyğun olaraq istehsallarını müvəqqəti dayandırırlar. Bu satışdan gələn vəsaitin (gəlirin) xərcləri qarşılamaması ilə bağlıdır. Şirkətin fəaliyyətini müvəqqəti olaraq dayandırması qısamüddətli dövrdə, bazardan çıxması isə uzunmüddətli dövrdə baş verir. Əlavə olaraq qeyd edək ki, qısamüddətli dövrü uzunmüddətli dövrdən fərqləndirən əsas cəhət xərclərin sabit və dəyişənə bölünməsidir.
Qısamüddətli dövrdə firma sabit xərcləri tənzimləyə bilmir. Yəni istehsalı dayandırsa belə sabit xərcləri ödəməlidir. Fərz edək ki, su satışı ilə məşğul olan satıcı müqavilə ilə icarəyə götürdüyü dükan üçün bir il ərzində hər ay 500 manat ödəməlidir. O satışı dayandırsa da, hər ay bu məbləği (sabit xərci- FC) ödəmək məcburiyyətindədir. Satıcının hər ay su satışı həyata keçirmək üçün çəkdiyi əlavə xərclər isə (dəyişən xərclər - VC) 1 000 manatdır. Bura alternativ xərclərdə daxildir. Nəticə etibarı ilə satıcının su satışı həyata keçirmək üçün aylıq məcmu xərci (TC) 1 500 manata (TC=FC+VC=500 manat +1000 manat =1 500 manat) bərabərdir.
Hesab edək ki, su satışından gələn gəlir 1300 manatdır. İqtisadi mənfəəti hesablayaq:
İqt. Mənfəət = 1 300 – 1 500 = - 200 manat.
Su satışından 200 manat zərər əldə edilib. Bu zaman satıcı su satışını dayandırmalıdırmı? Qısamüddətli dövr üçün cavab “XEYR”-dir. Çünki, fəaliyyətini dayandırdıqda o sabit xərclərdən qaca bilmədiyindən aylıq 500 manat zərər etməli olacaq. Nəticədə fəaliyyətin davam etdirilməsi onu əlavə 300 manatlıq zərərdən xilas edəcək.
Bəs firma nə qədər ziyan etməlidir ki, o fəaliyyətini dayandırsın?
Növbəti ay su satışından gələn gəlirin 900 manata bərabər olduğunu fərz edək. Bu zaman İqtisadi mənfəət (zərər) -600 manat təşkil edəcək. Bu zaman fəaliyyəti dayandırmaq lazımdır. Belə ki, fəaliyyət dayandıqda 500 manat zərər əldə olunacaq ki, bu fəaliyyət zamanı 600 manat zərər etməkdən yaxşıdır və satıcı əlavə 100 manat zərərdən özünü xilas edir.
Buradan belə qənaətə gəlmək olar ki, nə qədər ki, sabit xərclər zərərdən çoxdur, firma fəaliyyətini davam etdirməlidir:
FC>|TR-TC|
Zərər əldə edildiyindən məcmu xərclər məcmu gəlirdən böyük olacaq. Bu səbəbdən biz ifadəmizi aşağıdakı şəkildə yaza bilərik:
FC>TC-TR
İfadəni sadələşdirək:
FC>(FC+VC)-TRP
FC-FC>(FC+VC)-TR-FC
0>VC-TR
VC<TR
Nəticə etibarı ilə nə qədər ki, dəyişən xərclər (VC) məcmu gəlirdən (TR) aşağıdır, qısamüddətli dövrdə firma fəlaiyyətini davam etdirməlidir.
Həmçinin : AVC<AR ; AVC<P halllarında qısamüddətdi dövrdə firma fəaliyyətini davam etdirməlidir.
Uzunmüddətli dövrdə firmanın bazarı tərk etmə qərarı.
Firmanın uzunmüddətdə bazarı tərk etməsi qərarı onun bağlanmaq qərarına bənzərdir.Əgər firma tərk etmək qərarı verərsə ,satışdan əldə olunan bütün gəlirləri itirsə də , bu halda həm dəyişməz(FC) , həm də dəyişən xərclərə (VC) qənaət olunacaqdır.Beləliklə , əgər məcmu gəlirlər(TR) məcmu xərclərdən(TC) az olarsa , firma bazarı tərk etmək qərarı verir.
Biz yenə də , bir az riyaziyyatın köməyi ilə bu şərti daha faydalı edə bilərik.Əgər TR ilə məcmu gəlirləri və TC ilə məcmu xərcləri ifadə etsək, bazarı tərk etmək şərtini belə ifadə edə bilərik:
Əgər TR<TC olarsa , onda bazarı tərk et
Məcmu gəlirlər məcmu xərclərdən az olarsa firmatərk etmək qərarı verir.Bu bərabərsizliyin hər iki tərəfini Q-yə bölsək :
Əgər və ya olarsa , bazarı tərk et
TR/Q orta gəlirə , orta gəlirin isə qiymətə (P) bərabər olduğunu və TC/Q orta xərclərə (AC və ya ATC) bərabər olduğunu nəzərə alsaq , firmanın bazarı tərk etmə şərti belə olar :
Əgər P<AC(ATC) olarsa , bazarı tərk et
Deməli , əgər əmtəənin qiyməti orta məcmuxərclərdən az olarsa , firma tərk etmək qərarı verir.
Buna paralel təhlil bazara yeni bir firmanın daxil olması qərarı da tətbiq oluna bilər. Daxil olma o zaman mənfəətlidir ki , əmtəənin qiyməti istehsalın orta məcmu xərclərindən çox olsun.Beləliklə ,daxilolmaşərti belə yazıla bilər :
Əgər P>AC(ATC) olarsa , bazara daxil ol
Bu şərt tərk etmə şərtinin tam əksidir.
İstinadlar
- https://en.wikipedia.org/wiki/Perfect_competition#cite_ref-MasColellWhinstonGreen_1-0
- Qreqori Mənkyu.Ekonomiksin Əsasları. Bakı. 2010. Səh. 289-313
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu meqale Tekmil reqabet meqalesine cox yaxindir ve her ikisinin eyni basliq altinda birlesdirilmesi mumkundur Tekmil reqabet ing perfect competition iqtisadi nezeriyyede eynicinsli mehsul istehsal eden ve qiymetlere tesir gostermeyecek qeder kicik bazar payina malik coxlu sayida satici ve alicinin oldugu bazar Eynicinsli mehsulTekmil reqabet bazarindaki mehsullar tam evezedicidir Basqa sozle saticilarin teklif etdiyi mehsullar ve xidmetler ister keyfiyyet isterse xarakter baximindan bir birinden feqlenmir Buna misal kimi 50 satici terefinden eyni caydan elde edilib satilan suyu gostermek olar Qiymetlere tesir gostermeyecek qeder kicik bazar payina malikBu bazarda hec bir satici istehsali artiraraq ve ya azaldaraq qiymetlere tesir etmek imkanina malik deyil Hemcinin hec bir alici da mehsul tedarukunu azaldib qiymetlerin asagi enmesine sebeb ola bilmir Meselen su satisi ile mesgul olan 50 saticinin her biri bazarda cemi 2 lik paya malikdir Bu sebebden qiymete tesir gucleri demek olar ki yoxdur Coxlu sayida alicinin ve saticinin oldugu bazarYuxaridaki xususiyyet birbasa bununla baglidir Bele ki bazarda bir satici ve ya alici olarsa inhisar ve ya monopsoniya kimi o rahatliqla bazar qiymetine tesir ede biler Amma tekmil reqabet veziyyetinde her bir satici ve alici bazarda emele gelen qiymetler esasinda fealiyyet gostermelidir Meselen su satisini 1 nefer heyata kecirse idi o qiymeti istediyi kimi mueyyen ede bilerdi Amma 50 saticinin biri qiymeti qaldirarsa alicilar diger saticidan su tedaruk edecekler Tekmil reqabetin xususiyyetleriTekmil reqabetin xususiyyetleri yuxarida gosterilenlerle eynicinsli mehsul kicik bazar payi coxlu sayida satici ve alici bitmir Bunlar asagidakilardir Bazara daxil olmaq ve cixmaq ucun hec bir manee yoxdur bazara daxil olmaq hedden artiq asanddir ve bu zaman yeni istirakci usun ne dovletin mueyyenlesdirdiyi ne de kohne bazar istirakcilari terefinden hec bir manee yoxdur Meselen bu gun su satisina heyata kecirmek isteyen sexs oz qabini goturub caya yollanar ve qabini doldurduqdan sonra su satmaga baslaya biler Tekmil informasiya her bir bazar istirakcisi qiymetleri keyfiyyeti ve istehsal metodlarini bilir Meselen su satisi bazarinda her bir istirakci suyun hansi qiymete hansi miqdarda satildigini ve bu keyfiyyete malik suyu haradan ve nece elde edeceyini bilir Sifir transaksiya xercleri alicilar ve saticilar mehsul ve xidmet alis verisi zamani hec bir transaksiya xerci muqavile xercleri ve s cekmirler Tam reqabet bazarinda firmanin gelirleriUmumiyyetle butun firmalar menfeetini artirmaq isteyir Bu tam reqabet bazarinda fealiyyet gosteren firmalara da aiddir Bir firmanin menfeet elde ede bilmesi ucun onun mecmu geliri ile mecmu xerclerinin ferqi musbet olmalidir Eks halda firma zerer elde edecek Gelin ilk novbede gelirleri tetqiq edek Tekmil reqabet bazarinda mecmu gelir Total Revenue TR satis hecmi ile Q qiymetin hasiline P beraberdir TR P Q Orta gelir Average Revenue AR ise mecmu gelirin TR satis hecmine bolunmesi ile alinir AR TR Q P Q Q P Tekmil reqabet bazarinda marjinal gelir Marginal Revenue MR ise asagidaki kimi hesablanir MR DTR DQ Tekmil reqabet bazarinda her bir mehsul sabit qiymete satilir Cunki istehsaslin hecminden asili olmayaraq hec bir bazar istirakcisi qiymete tesir ede bilmir Bu sebebden satilacaq yeni bir mehsulun getireceyi gelir qiymete P beraber olacaq DTR DQ P MR DTR DQ DQ P DQ P Demeli tam reqabet bazarinda qiymet P orta gelir AR ve marjinal gelir MR beraberdir P AR MR Bunu su satisi misalina qayidaraq izah edek Bazarda 1 qab suyun qiymeti 7 manatdir Reqabetli bazarin xususiyyetlerini yada salsaq firmanin cox kicik bir bazar payina malik oldugunu gormek olar Bu sebebden saticinin teklif etdiyi her mehsul bazara tesir ede bilmediyinden miqdarindan asili olmayaraq onu 7 manata satacaq Bu zaman her bir mehsul ucun orta gelir Average Revenue AR 7 manat teskil edecek Her yeni mehsulun getireceyi gelir yeni marjinal gelir Marginal Revenue MR de 7 manat olacaq Bunu Cedvel 1 de daha aydin basa dusmek olar Cedvelden de gorunduyu kimi mecmu gelir Total Revenue TR satis hecmi ile Q qiymetin hasiline P beraberdir P 7 TR P Q 42 AR TR Q 42 6 7 MR TR5 TR4 Q5 Q4 7 1 7 Neticede biz tam reqabet bazarinda qiymetin P orta gelirin AR ve marjinal gelirin MR beraber oldugunu bir de tesdiq etdik P AR MR 7 manatMenfeet maksimumuSekil 1 Tam reqabetli bazarda maksimum menfeet marjinal xerclerle marjinal gelirin beraber oldugu zaman elde edilir Ferz edek ki satici gun erzinde 8 qab su satisindan 31 manat menfeet elde edib Eger elave 1 qab suyun dukana dasinib satilmasi xerci 5 manat ve bu suyun satisindan gelecek gelir 7 manatdirsa menfeet 33 manata yukselecek ve satici 10 cu su qabini da getirmekde maraqli olacaq Novbet 1 qab su ucun cekilen xercler 7 manat yeni satisdan gelecek gelire beraberlesdiyi zaman saticinin menfeeti artmayacaq Yeni menfeet 9 qab suyun satisinda oldugu kimi 10 qab suyun satisinda da 33 manat olacaq Artiq 11 ci qabi getirerken cox yorulmus satici taksiden istifade edir Bu ona elave xercler getirmeye baslayir Hesablayarkan melum olur ki 11 ci qabi satmaq ucun 9 manat xerc cekib gelir 7 manat ise sabit qalib Neticede menfeet 31 manata gerileyir Her elave qab su ucun gelen gelir marjinal gelir her elave qab su ucun cekilen xerc ise marjinal xerc adlanir Misaldanda gorunduyu kimi marjinal xercin marjinal gelire beraber oldugu istehsal hecminde 10 menfeet maksimum 41 manat olur Bu elaqeni Cedvel 2 esasinda tesvir edilmis qrafikde daha aydin sekilde gormek olar Bax Sekil 1 Uzunmuddetli dovrde menfeetSekil 2 Tekmil reqabet bazarinda saticilar uzunmuddetli dovrde menfeet elde ede bilmirler Bu tekmil reqabetin esas xususiyyetlerinden olan bazara giris ve cixisin serbestliyi serti ile baglidir Bele ki her hansi bir sahede menfeet olduqda bu diger sexslerin maragini celb edir ve onlar da bu biznese qosulurlar Bazara kutlevi satici axini teklifi artirir Qiymetler P ise teleb teklif qanununa esasen asagi enir Bu AR eyrisinin asagi surusmesine sebeb olur Cunki bu bazarda orta ve marjinal gelir mehsulun qiymetine beraberdir Belelikle qiymetler orta xerclerin marjinal xerclerle kesisen noqtesine yeni en minimum seviyyesine Bax Istehsal Xercleri qeder enir Neticede saticilar elde etdikleri butun geliri xerclere yoneldirler ve xaricden bazara girmeye artiq maraq yaranmir Bax Sekil 2 A paneli Bazar istirakcilari zererde olduqlari zaman uzunmuddetli dovr ucun onlar bazari terk etmeye baslayirlar Azalan teklif qiymetlerin qalxmasina sebeb olur AR eyrisi yuxari dogru surusmeye baslayir ve AC eyrisinin minimum noqtesinde dayanir Eger qiymetler orta xercleri ustelerse yuxarida gosterilen hal bas verecek ve biznese daxil olmalar baslayacaq ve qiymetler enecek Bax Sekil 2 B paneli Sekil 3 Bu effekt neticesinde uzunmuddetli dovrde telebin nece deyismesinden asili olmayaraq bazar qiymeti bir seviyyede qalir Bunu Sekil 3 de eyani sekilde gore bilerik Sekilde telebin artmasi neticesinde ilkin tarazliq noqtesi olan A nin B ye surusduyunu goruruk Sonra saticilarin menfeeti coxalacaq bazara maraq yaranacaq istehsalcilar artacaq ve teklif eyrisi saga dogru surusecek Belelikle B noqtesi C noqtesine kececek Neticede qiymetler evvelki seviyyesine yeni menffet olmayan halina qayidacaq Eksine mehsula olan teleb azaldiqda ise qiymetler enir saticilar zerer edirler neticede bazardan cixirlar Bu ise bazar teklifini azaldir ve teklif eyrisini sola surusdurur Neticede tarazliq noqtesi yeniden menfeetin sifira beraber oldugu seviyyeye qayidir Neticede bazarda telebin nece deyismesinden asili olmayaraq uzunmuddetli dovrde saticilar istehsal etdikleri mehsulu bir qiymete teklif edirler Basqa sozle uzunmuddetli dovrde tekmil reqabetli bazarin teklif eyrisi ufuqidir Bax Sekil 4 Sekil 4Iqtisadi ve muhasibat menfeetinin ferqi Tekmil reqabet bazarinda firmalar uzunmuddetli dovr ucun menfeetsiz calisirlar Bes saticilar menfeet olmayan sektorda niye calisirlar Bu suala cavab vermek ucun asagidaki 2 anlayisi izah etmek lazimdir Muhasibat menfeeti Iqtisadi menfeet Muhasibat menfeeti dedikde mecmu gelirle senedlerde eks etdirile bilen askar xerclerin ferqi nezerde tutulur Muh Menfeeti Mecmu gelir Askar xercler Bunlara iscilere verilen emek haqqi xammala cekilen xercler kiraye istehsal vasitelerinin alimasi ucun bankdan goturulen kredit ve s aiddir Iqtisadi menfeet dedikde ise mecmu gelirden hem askar xerclerin hem de gizli alternativ xerclerin cixilmasi neticesinde yerde qalan vesait nezerde tutulur Iqt Menfeet Mecmu gelir Askar xercler Gizli xercler Ferz edek ki siz iqtisadi analiz uzre mutexessissiniz ve her hansi bir sirketde 2 000 manat maas alirsiniz Bir az sonra qerar verirsiniz ki oz sirketinizi qurmalisiniz Bu zaman siz illik 12 min manatliq gelirden imtina etmis olursunuz Bu sizin oz biznesinizi qurmaginizin alternativ ve ya gizli xercidir Davam edek bina kiraye goturmekle iscilere emek haqqi vermekle ve komputerler printer ve diger inventarlar almaqla siz sirketinizi acmaq ucun 30 min manat xerc cekirsiniz Bu ise sizin askar xercinizdir Ilin sonunda siz iqtisadi tehlilleri ve bazar arasdirmalarini satmaqla 45 min manat gelir elde edirsiniz Indi ise iqtisadi ve muhasibat menfeetlerini hesablayaq Muh Menfeeti 40 000 30 000 10 000 manat Iqt Menfeet 40 000 30 000 12 000 2 000 manat Netice etibari ile siz sirketin rehberi kimi 10 min manat qazanmisiniz Amma evvelki isinizde qalsaydiniz siz 12 min manat elde edecekdiniz Demek ki siz sirket acmaqla 2 000 manat zerer etmisiniz Gorunduyu kimi bir ise baslamaq ucun mutleq nezerden kecirilmelidir Bizim tekmil reqabet bazari ucun apardigimiz tehliller de ele iqtisadi menfeete esaslanir Yeni saticinin sifir menfeetli seraitde hele de su satmasinin sebebi odur ki basqa isle mesgul olsa da bundan cox qazanmayacaq Qisamuddetli dovrde menfeetUzunmuddetli dovrde bazara giris ve cixis serbest oldugundan saticilar hemise sifir iqtisadi menfeet elde edirler Sekil 3 de eks etdirildiyi kimi uzunmuddetli dovrde telebin hecminden asili olamayaraq qiymetler evvelki seviyyesine qayidir Amma bu proses bir anda olmur Qisamuddetli dovrde ise istehsalcilarin sayi sabit oldugundan bazar telebdeki deyisikliye tez reaksiya vere bilmir Bu sebebden tekmil reqabet bazarinda qisamuddetli dovrde firmalar menfeet elde ede ve ya zererle uzlese bilerler isleyen firma fealiyyetini niye davam etdirir Qisamuddetli dovrde zererle uzlesen her firma fealiyyetini dayandirmir Bes bunun sebebi nedir Zererle isleyen firma niye fealiyyetini davam etdirmelidir Bu suala cavab vermek ucun ilk novbede firmanin muveqqeti baglanmasi ile bazardan cixmasini ferqlendirmek lazimdir Bezen sirketler bazar sertlerine uygun olaraq istehsallarini muveqqeti dayandirirlar Bu satisdan gelen vesaitin gelirin xercleri qarsilamamasi ile baglidir Sirketin fealiyyetini muveqqeti olaraq dayandirmasi qisamuddetli dovrde bazardan cixmasi ise uzunmuddetli dovrde bas verir Elave olaraq qeyd edek ki qisamuddetli dovru uzunmuddetli dovrden ferqlendiren esas cehet xerclerin sabit ve deyisene bolunmesidir Qisamuddetli dovrde firma sabit xercleri tenzimleye bilmir Yeni istehsali dayandirsa bele sabit xercleri odemelidir Ferz edek ki su satisi ile mesgul olan satici muqavile ile icareye goturduyu dukan ucun bir il erzinde her ay 500 manat odemelidir O satisi dayandirsa da her ay bu meblegi sabit xerci FC odemek mecburiyyetindedir Saticinin her ay su satisi heyata kecirmek ucun cekdiyi elave xercler ise deyisen xercler VC 1 000 manatdir Bura alternativ xerclerde daxildir Netice etibari ile saticinin su satisi heyata kecirmek ucun ayliq mecmu xerci TC 1 500 manata TC FC VC 500 manat 1000 manat 1 500 manat beraberdir Hesab edek ki su satisindan gelen gelir 1300 manatdir Iqtisadi menfeeti hesablayaq Iqt Menfeet 1 300 1 500 200 manat Su satisindan 200 manat zerer elde edilib Bu zaman satici su satisini dayandirmalidirmi Qisamuddetli dovr ucun cavab XEYR dir Cunki fealiyyetini dayandirdiqda o sabit xerclerden qaca bilmediyinden ayliq 500 manat zerer etmeli olacaq Neticede fealiyyetin davam etdirilmesi onu elave 300 manatliq zererden xilas edecek Bes firma ne qeder ziyan etmelidir ki o fealiyyetini dayandirsin Novbeti ay su satisindan gelen gelirin 900 manata beraber oldugunu ferz edek Bu zaman Iqtisadi menfeet zerer 600 manat teskil edecek Bu zaman fealiyyeti dayandirmaq lazimdir Bele ki fealiyyet dayandiqda 500 manat zerer elde olunacaq ki bu fealiyyet zamani 600 manat zerer etmekden yaxsidir ve satici elave 100 manat zererden ozunu xilas edir Buradan bele qenaete gelmek olar ki ne qeder ki sabit xercler zererden coxdur firma fealiyyetini davam etdirmelidir FC gt TR TC Zerer elde edildiyinden mecmu xercler mecmu gelirden boyuk olacaq Bu sebebden biz ifademizi asagidaki sekilde yaza bilerik FC gt TC TR Ifadeni sadelesdirek FC gt FC VC TRP FC FC gt FC VC TR FC 0 gt VC TR VC lt TR Netice etibari ile ne qeder ki deyisen xercler VC mecmu gelirden TR asagidir qisamuddetli dovrde firma felaiyyetini davam etdirmelidir Hemcinin AVC lt AR AVC lt P halllarinda qisamuddetdi dovrde firma fealiyyetini davam etdirmelidir Uzunmuddetli dovrde firmanin bazari terk etme qerari Ghkrg Firmanin uzunmuddetde bazari terk etmesi qerari onun baglanmaq qerarina benzerdir Eger firma terk etmek qerari vererse satisdan elde olunan butun gelirleri itirse de bu halda hem deyismez FC hem de deyisen xerclere VC qenaet olunacaqdir Belelikle eger mecmu gelirler TR mecmu xerclerden TC az olarsa firma bazari terk etmek qerari verir Biz yene de bir az riyaziyyatin komeyi ile bu serti daha faydali ede bilerik Eger TR ile mecmu gelirleri ve TC ile mecmu xercleri ifade etsek bazari terk etmek sertini bele ifade ede bilerik Eger TR lt TC olarsa onda bazari terk et Mecmu gelirler mecmu xerclerden az olarsa firmaterk etmek qerari verir Bu berabersizliyin her iki terefini Q ye bolsek Eger TRQ lt TCQ displaystyle frac TR Q lt frac TC Q ve ya AR lt AC ATC displaystyle AR lt AC ATC olarsa bazari terk et TR Q orta gelire orta gelirin ise qiymete P beraber oldugunu ve TC Q orta xerclere AC ve ya ATC beraber oldugunu nezere alsaq firmanin bazari terk etme serti bele olar Eger P lt AC ATC olarsa bazari terk et Demeli eger emteenin qiymeti orta mecmuxerclerden az olarsa firma terk etmek qerari verir Buna paralel tehlil bazara yeni bir firmanin daxil olmasi qerari da tetbiq oluna biler Daxil olma o zaman menfeetlidir ki emteenin qiymeti istehsalin orta mecmu xerclerinden cox olsun Belelikle daxilolmaserti bele yazila biler Eger P gt AC ATC olarsa bazara daxil ol Bu sert terk etme sertinin tam eksidir Istinadlarhttps en wikipedia org wiki Perfect competition cite ref MasColellWhinstonGreen 1 0 Qreqori Menkyu Ekonomiksin Esaslari Baki 2010 Seh 289 313