Bu məqaləni lazımdır. |
T-300 Qasırğa raket sistemi (Həmçinin TRG-300 Tiger Missile, yəni pələng raketlər adı ilə də tanınır), Roketsan tərəfindən istehsal olunan türk reaktiv yaylım atəş sistemidir.Sistemdə 300 mm-lik dörd raket buraxma borusu var və raketləri 120 km-lik bir uçuş məsafəsinə malikdir.
T-300 Qasırğa | |
---|---|
Tipi | Reaktiv yaylım atəş sistemi |
Ölkə | |
İstismar tarixçəsi | |
İstifadə edilən döyüşlər | İkinci Qarabağ müharibəsi |
İstehsal tarixçəsi | |
İstehsalçı | Roketsan |
Xüsusiyyətləri | |
Ekipaj | 3 |
Vikianbarda əlaqəli mediafayllar |
Xülasə
Tipik Qasırğa batareyaları sistemləri, altı ilə doqquz fırlatma vasitəsindən (F-302T) və bərabər sayda tədarük və yenidən doldurma vasitəsi olan bir Komanda və İdarəetmə Vasitəsindən ibarətdir. Hər bir raketin dörd sabit qanadı var və maksimum sürəti 4.2 olmaq şərti ilə 30.000 m maksimum uçuş hündürlüyünə çatır. Raketlər kompozit qatı yanacaq sistemindən istifadə edir və ümumiyyətlə 26.000 polad topdan ibarət döyüş başlığı ilə təchiz olunur. Sistem elektromexanik işə salma sistemi ilə aerodinamik nəzarətə malikdir.
TRG-300 Qasırğa reaktiv yaylım atəş sistemi dizaynında bəzi dəyişikliklərlə Çinin WS-1B raket qurğusunu əsas götürmüşdür. Türk quru qüvvələrinin xidmətində olan 300 mm-lik TRG-300 sistemi uzun mənzilli atəş dəstəyi təmin edir.
TRG-300 Qasırğa reaktiv yaylım atəş sistemi iki əsas hissədən ibarətdir: Başlatma sistemi (T-300) və raket, TR-300. T-300 Alman MAN Dizel (6 × 6) ərazi yük maşını şassisinə əsaslanır. Dörd raketlə tamamlanan döyüş ağırlığı 23 tondur. Raketlərin atılmasından əvvəl fırlatma vasitəsinin kabin şüşələrində endirilmiş kepenklər olur.
Bu MAN (6 × 6) həmçinin, Türk Quru Qoşunları komandanlığı üçün T-122 buraxma platforması kimi də xidmət edir.
Tarixçə
1997-ci ildə en: CPMIEC (China Precision Machinery Import and Export Corporation - Çin Dəqiq Maşın İdxal və İxrac Korporasiyası) ilə WS-1 sisteminin bir qolunun birgə inkişafı və istehsalı üçün bir müqavilə imzalandı. Qasırğa sistemi ilk dəfə 2000-ci ildə istismara verilmişdir.
2016-cı ildə Qasırğa raket sistemi Azərbaycana satılmışdır.
ROKETSAN 2019-cu ilin mart ayında Banqladeşə orta mənzilli idarəolunan reaktiv yaylım atəş sistemi tədarükü üçün müqavilə imzaladı.
Modelləri
Blok 1
Blok 1, Blok 2-dən daha kiçik döyüş başlığı ilə daha geniş mənzilə malikdir :
- Mənzili: 30 – 120 km
- Çəki: 585 kq
- Döyüş başlığının çəkisi: 105 kq
- Döyüş başlığının effektiv radiusu: ≥ 70 m
Blok 2
Blok 2 döyüş başlığı dinamik effektivliyini artırdı :
- Mənzili: 20 – 90 km
- Çəki: 670 kq
- Döyüş başlığının çəkisi: 190 kq
- Döyüş başlığının effektiv radiusu: ≥ 80 m
Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Türkiyənin ROKETSAN şirkətinə sifariş verdiyi “Kasirga” komplekslərinin çatdırılmasına 2014-cü ilin sentyabr ayından başlanılıb və proses 2016-cı ildə yekunlaşıb. Sistemlərin çatdırılması ilə yanaşı onu idarə edən heyətə də istehsalçı tərəfindən müvafiq təlimlər keçirilib. Bu YARS 8×8 təkər formulalı şassilərə yerləşdirilə bilər. Azərbaycana təqdim edilən vasitələr 8x8 “KamAZ 63502” şassisi üzərində quraşdırılıb. “KamAz” şassisindəki vasitələrin 2016-cı ildə Türkiyədə TRG-300 “Kasirga K+” adı ilə təqdim edilməsi, Azərbaycanın məhz bu versiyaları əldə etdiyini iddia etməyə əsas verir. Bu iki sistem arasındakı əsas fərqlərin yalnız sistemin şassisinin əvəzlənməsindən, atəş məsafəsinin 120 km-ə qədər artırılmasından və kilidlənən (adındakı G - hərfinə istinadən) raketlərə malik olması ehtimalından ibarətdir.
İstifadəçilər
Cari istifadəçilər
Təyinatı
300 millimetrlik “Kasirga” YARS-ı, 100 km-dən uzaq məsafədə düşmən qoşunlarının əməliyyat-taktiki dərinliyində açıq ərazi və sığınacaqda yerləşən qrup hədəflərini, hərbi obyektlərini, canlı qüvvəsini, zirehli, yüngül zirehli və zirehsiz texnikalarını məhv etmək üçün nəzərdə tutulan və artilleriya bölmələri tərəfindən istifadə olunan taktiki silah sistemidir.
Azərbaycan Silahlı Qüvvələrinin silahlanmasında mövcud olan T-300 “Kasirga” YARS-ı ilə işğalçı Ermənistan ordusunun müdafiə zolağının dərinliyində yerləşən və təhlükə yaradan istənilən hərbi obyekt və hədəfləri məhv etmək mümkündür. Naxçıvan ərazisində yerləşdirilən bu silahların spesifik vəzifələri sırasına əlavə olaraq hərbi əməliyyatların başlayacağı təqdirdə nəqliyyat dəhlizlərinin atəş altında saxlanılması və düşmənin ehtiyat qüvvələrinin hərəkətinin məhdudlaşdırılması da daxildir.
Yaranması
Hələ 90-cı illərin əvvəllərində Türkiyə YARS-ların yaradılması üçün Fransa, İsrail və Çin də daxil olmaqla, bir sıra ölkələrlə yeni texnologiyalarının əldə olunması və ortaq istehsal ilə bağlı danışıqlar aparırdı. Bu danışıqlarda Çinin təklifləri həm maliyyə, həm də texnoloji problemlərin həlli baxımından daha cəlbedici hesab edildi.
Nəticədə, 1997-ci ildə Türkiyənin ROKETSAN şirkəti Çinin CPMIEC (Chinese Precision Machinery Import and Export Company) şirkəti ilə “Kasirga” kodu altında Çinin WS-1B YARS-ının analoqunun birgə hazırlanması və istehsalı haqqında müqavilə imzaladı. T-300 prototip raketinin ilk sınaq buraxılışı 2000-ci ildə Türkiyədə baş tutdu.
İstehsalçı
ROKETSAN şirkəti 1988-ci il iyunun 14-də Türkiyə Müdafiə Sənayesi İcraiyyə Komitəsinin qərarı ilə TSQ-nin sursat və raket ehtiyaclarını qarşılamaq, ölkədə raket və sursat dizaynı, inkişafı və istehsalı sahəsində aparıcı bir quruma sahib olmaq məqsədi ilə qurulub. Beynəlxalq “Stinger Avropa Ortaq İstehsal Layihəsi” adlı proqram çərçivəsində TƏİRK-in kritik alt sistemlərindən olan kompozit yanacaqlı uçuş mühərriklərinin yerli istehsalı ilə ilk addımlarını atan ROKETSAN 2019-cu ilin yekunlarına görə artıq dünyanın tanınmış müdafiə sənaye şirkətləri sırasında 89-cu pillədə yerləşir.
Sursat və raket istehsalında Türkiyə lideri olan Roketsan şirkəti istehsal etdiyi məhsulların çeşidini quru, hava və dəniz silah sistemlərini əhatə etməklə genişləndirərək hazırda raketlər, idarəolunan döyüş sursatları, atıcı qurğular, yaylım atəşli sistemləri, raket yanacaqları, aşkarlama, tuşlama və idarəetmə sistemləri, döyüş başlıqları, mexaniki hissələr və s. istehsal edir, həmçinin alqoritmləri, sistemlərin proqram təminatını, silah və sistemlərin quru, hava, dəniz və sualtı platformalarına inteqrasiyasını, logistika xidmətlərini, peyk buraxma sistemlərinin inkişafını və s. həyata keçirir.
Konstruksiyası
İstehsalçının rəsmi məlumatında T-122 və T-300 YARS-ları eyni şassiyə və platformaya malik olduğu üçün T-122/300 kimi təsnifatlandırılıb.
T-300 bir yaylım atəşi ilə 4 ədəd 300 mm raketi buraxmaq qabiliyyətinə malik YARS platformasıdır. YARS-ın fəaliyyəti üçün heç bir hava, iqlim və əlverişsiz ekoloji şərait maneə hesab edilmir. Bu xüsusiyyətlərin sayəsində istənilən şəraitdə YARS-ın ən qısa müddət ərzində sursatla yüklənməsi və döyüşə hazır vəziyyətə gətirilməsini, həmçinin hədəflərə sarsıdıcı zərbə endirməsini həyata keçirmək mümkündür.
Bir neçə sursat növündən istifadə edə bilən T-300 sisteminin F-302T Atıcı Qurğusuna mövcud təhdid və yerinə yetiriləcək vəzifələrə görə müvafiq tipli raketlər yüklənə bilər. T-300 YARS-ları yaxın döyüş zonasından düşmən müdafiəsinin uzaq dərinliyində yerləşən kritik hədəflərə dəqiq və vaxtında atəşi təmin etmək üçün 300 mm çapa malik raketlərdən yaylım atəşi açılmasını təmin edə bilir. Bu YARS gələcəkdə ROKETSAN tərəfindən silahlanmaya təhvil veriləcək eyni çaplı raketlərdən də istifadə etmək üçün universal konstruksiyada hazırlanıb.
T-300 YARS-ın tam məhsuldarlıqla istifadə olunmasına şərait yaratmaq üçün batareyalar Atıcı Qurğulardan başqa Komanda İdarəetmə, Sursat Təchizatı, Meteorologiya və Təmir-Bərpa Vasitələri ilə təchiz edilir. Bu köməkçi elementlər sistemin vəzifələrini həm batareya, həm divizion tərkibində yerinə yetirməklə bərabər müştərilərin YARS-a qarşı irəli sürdüyü ən kritik tələbləri belə qarşılamağa imkan verir.
Komanda İdarəetmə Məntəqəsinin silahlara nəzarət sistemi, T-300 batareyasını həm digər müasir artilleriya sistemləri, həm də digər döyüşü idarəetmə məntəqələri ilə inteqrasiya etməyə imkan verən infrastruktura və interfeysə malikdir. T-300 sistemi xüsusi hədəf aşkarlama RLS-ləri və müxtəlif tipli PUA-larla birlikdə fəaliyyət göstərə bilir.
YARS və raketləri
Türkiyə Müdafiə Sənayesinin əsas oyunçularından olan ROKETSAN şirkəti tərəfindən hazırlanan T-300 “Kasirga” Yaylım Atəşli Reaktiv Sistemi 100 km-dən uzaq məsafədə və 70 metr radiusda düşmən hədəflərini məhv etmək qabiliyyətinə malikdir. 8x8 formulalı taktiki təkərli yük maşını şassisi üzərinə quraşdırılan 4 lüləli (iki paketin hər birində iki lülə) “Kasirga” sisteminin tam döyüş vəziyyətində kütləsi 23 tondur. YARS-ın tam uzunluğu 9.20 m, eni 2.50 m, hündürlüyü isə 3.10 metrdir.
Onun raketləri hava və ətraf mühit şəraitindən asılı olmayaraq yüksək qorunmanı təmin edən sabit polad platfomalı konteynerdən buraxılır. Raketlər qatı kompozit yanacaq texnologiyasına sahibdir, asan və daha sürətli təkrar doldurulma və atəş açma imkanları ilə təmin edilir.
“Kasirga” sisteminin üzərində 4 ədəd TR-300 raketinə malik F-302T Atıcı Qurğusu yerləşdirilib. GPS və İNS naviqasiyasına malik bu raketin dəqiqliyi maksimum məsafədə 30 metr təşkil edir. TR-300 raketlərinin “E” və ya “S” versiyalarının çapı 300– 302 mm, uzunluğu 4.75- 5.24 metr, kütləsi isə isə 525-590 kiloqram arasında dəyişir.
Bu raketlərin 150 kq kütləyə malik döyüş başlığı düşmənin istehkam qurğularının, rabitə qovşaqlarının, zirehli və zirehsiz maşınlarının, hərbi obyektlərinin, canlı qüvvəsinin və s. kimi müxtəlif hədəflərinin məhv edilməsini təmin edən 26000 polad kürələrdən ibarətdir.
Çoxməqsədli TR-300 raketlərində yenə də ROKETSAN tərəfindən polibutadien və ya HTPB (hydroxyl-terminated polybutadiene) əsasında hazırlanan kompozit qatı raket yanacaq texnologiyasından istifadə edilir. İstənilən hava şəraitinə və digər ətraf mühit şərtlərinə qarşı olduqca davamlı olan T-300 “Kasirga” sisteminin döyüş sursatlarının yüklənməsi krana malik xüsusi vasitə ilə həyata keçirildiyinə görə, heyətin üzərinə düşən fiziki yük minimuma qədər azalır.
Raketdə müəyyən bir sürətlə fırlanma hərəkətini təmin etmək üçün raketin uzununa oxu istiqamətinə bucaq altında 4 ədəd sabitləşdirici quraşdırılıb. Atıcı Qurğunun atəş üçün hazırlanmasına 20 dəqiqədən az vaxt tələb olunur.
YARS-ın MAN şassisi üzərindəki standart versiyasında maşının kabinəsi üzərində pulemyot və ya 40 mm-lik avtomatik qumbaraatan quraşdırıla bilər.
Batareyanın tərkibi
Standart T-300 “Kasirga” batareyasının üzərinə düşən vəzifələri avtonom şəkildə yerinə yetirməsi üçün tərkibinə aşağıdakılar daxil edilib:
- 1 ədəd C-300 Komanda İdarəetmə Vasitəsi;
- 6 ədəd F-302T Atıcı Qurğusu;
- 6 ədəd L-300 Sursat Təchizat Vasitəsi;
- 1 ədəd M-300 Meteorologiya Vasitəsi;
- 1 ədəd R-300 Təmir Bərpa Vasitəsi.
Batareyada mövcud olan döyüş və təminat vasitələrinin həm sayı, həm də tərkibi yerinə yetiriləcək vəzifələrin xarakterindən və həcmindən asılı olaraq dəyişdirilə bilər. Standart versiyada bir T-300 “Kasirga” reaktiv artilleriya batareyası minimum 15 ədəd ərazi yük maşınına malik olmalıdır.
C-300 Komanda İdarəetmə Vasitəsi
C-300 Komanda İdarəetmə Vasitəsi yuxarı Komanda Məntəqəsi ilə batareyanın əlaqəsini təmin edir, atəşin texniki idarəetməsini, batareyanın yerləşdirilməsi və idarəedilməsi üçün zəruri olan fəaliyyətləri həyata keçirir. Divizion səviyyəsində isə divizionun Komanda İdarəetmə Vasitəsi olaraq istifadə edilir.
5 nəfərlik heyətə malik C-300 Komanda İdarəetmə Vasitəsi aşağıdakı alt sistemlər və avadanlıqlarla təchiz edilir:
- - 4x4 və ya 6x6 taktiki təkərli vasitəyə;
- - kondisioner sistemi və EMI/EMC qorunmasına;
- - NATO standartlarına uyğun Komanda İdarəetmə Sisteminə;
- - naqilli/naqilsiz rabitə vasitələrinə;
- - yerüstü meteorologiya sisteminə;
- - enerji İstehsalı və paylanması avadanlığına.
F-302T Atıcı Qurğusu
F-302T Atıcı Qurğusu, 4 ədəd 300 mm-lik raketin çox qısa müddət ərzində buraxılması üçün nəzərdə tutulan, yüksək hərəkətliliyə və üstün atəş gücünə malik vasitədir. 2 nəfərdən ibarət heyət komanda aldıqdan maksimum 5 dəqiqə ərzində ilk raketi buraxmağa hazır olur. Buraxılışı kabindən və ya 150 metr məsafədən həyata keçirmək mümkündür.
Bu qurğu aşağıdakı alt sistemlərə və avadanlıqlara malikdir:
- - 6x6 və ya 8x8 taktiki təkərli nəqliyyat vasitəsi;
- - raket konteynerləri;
- - hər birində 2 ədəd raket olmaqla, 2 ədəd (cəmi 4 ədəd) 300 mm-lik konteyner paketi;
- - Silahların İdarəetmə Sistemi;
- - Avtomatik Tuşlanma Sisteminə və uyğunlaşdırılan interfeys;
- - raketlərin ətraf mühitin əlverişsiz şərtlərində saxlanmasını, daşınmasını və istifadəsi zamanı maksimum qorunmasını təmin edən izolyasiyalı konteynerlər;
- - Qlobal Naviqasiya Sistemi (GPS);
- - Ətalətli Naviqasiya Sistemi (INS);
- - enerji istehsalı və paylanma sistemi;
- - hidravlik sabitləşdirmə sistemi;
- - telefon, radiostansiya, şifrəli məlumat ötürmə imkanlarına malik rabitə vasitələri;
- - inteqrasiya edilən metroloji cihazlar;
- - kabindən və ya uzaqdan atəşi idarəetmə sistemi.
F-302T Atıcı Qurğusunun Taktiki Texniki-Xüsusiyyətləri
- Təkər formulası: 6x6 və 8x8;
- F-302-nin döyüş kütləsi: 20 ton (raketlərlə 25 ton);
- Atıcı qurğunun ölçüləri:
- uzunluğu: 9.20 m;
- eni: 2.50 m;
- hündürlüyü: 3.10 m.
- Sabitləşdirmə: hidravlik, 4 dayaqlı;
- Atıcı konteynerlərin sayı: 4 ədəd;
- Atıcı konteynerlərin diametri: 300–302 mm;
- Atıcı konteynerlərin uzunluğu: 5 m;
- Atəşarası interval: 6 saniyə;
- Şaquli atəş bucağı: 0-60°;
- Azimutda atəş bucağı: 30°;
- TR-300 raketinin uzunluğu: 4.75-5.24 m;
- TR-300 raketinin kütləsi: 525-590 kq;
- TR-300 raketinin döyüş başlığının kütləsi: 150 kq;
- Canlı qüvvənin məhvetmə radiusu: 1000 m;
- Canlı qüvvənin zəmanətli məhvetmə radiusu: 70 m;
- Raketin hədəfə maksimal uçuş vaxtı: 170 saniyə.
Atəş zamanı Atıcı Qurğunun sabitliyi 4 ədəd hidravlik ayaq hesabına təmin edilir.
L-300 Sursat Təchizat Vasitəsi
L-300 Sursat Təchizat Vasitəsi üzərində quraşdırılan müasir kran sayəsində istənilən hava şəraitində döyüş bölgəsində yerləşən F-302T Atıcı Qurğularına sursat daşımaq və onları raketlərlə təmin etmək üçün nəzərdə tutulub.
3 nəfərlik heyətə malik L-300 Sursat Təchizat Maşını aşağıdakı qurğu və alt sistemlərlə təchiz edilir:
- - 6x6 və ya 8x8 taktiki təkərli nəqliyyat vasitəsinə;
- - inteqrasiya olunan sursat təchizat kranına;
- - hidravlik sabitləşdirmə sisteminə;
- - rabitə vasitələrinə.
M-300 Meteorologiya Vasitəsi
M-300 Meteorologiya Vasitəsi yüksək hündürlükdə meteoroloji ölçmə sisteminə və yer meteoroloji ölçmə cihazlarına malikdir.
M-300 atəşdən əvvəl ballistik hesablamalar üçün zəruri olan yüksək hündürlük meteoroloji ölçmələrini həyata keçirir və bu barədə məlumatları Komanda İdarəetmə Məntəqəsinə və Arıcı Qurğulara ötürür.
M-300 Meteorologiya Vasitəsi aşağıdakı alt sistem və xüsusiyyətlərə malikdir:
- - 4x4 və ya 6x6 taktiki təkərli vasitə;
- - kondisioner sistemi və EMI/EMC qorunması;
- - NATO standartlarına uyğun avadanlıqlar;
- - enerji istehsalı və paylanması sistemi;
- - rabitə vasitələri.
R-300 Təmir və Bərpa Vasitəsi
R-300 Təmir və Bərpa Vasitəsi T-300 batareyasında vəzifələrini yerinə yetirən bütün maşın və avadanlıqların ərazidə təmir və bərpa işlərini həyata keçirmək üçün nəzərdə tutulur. Divizion səviyyəsinə isə ikinci dərəcəli texniki vasitə kimi daxil edilir.
3 nəfərdən ibarət heyətə malik R-300 Təmir və BərpaVasitəsinin tərkibinə aşağıdakı alt sistem və xüsusiyyətlər daxildir:
- - 4x4 və ya 6x6 taktiki təkərli vasitə;
- - kondisioner sistemi və EMI/EMC qorunması;
- - NATO standartlarına uyğun avadanlıqlar;
- - hidravlik kran;
- - xilasetmə qurğusu;
- - enerji İstehsalı və paylanması sistemi;
- - rabitə vasitələri;
- - təmir və bərpa avadanlıqları.
Şassi
ROKETSAN istehsalı olan YARS-ların bəzi versiyaları, o cümlədən də “Kasirga” sistemləri Azərbaycanda istehsal olunan “KamAZ 63502” şasisləri üzərində quraşdırılır. Çətin keçilən ərazilərdə yüklərin və şəxsi heyətin daşınması üçün nəzərdə tutulan, 8x8 təkər formulasına malik yerli istehsal “KamAZ” maşınları xüsusiyyətlərinə görə heç də standart versiyanın MAN şassisindən zəif hesab edilmir. Kifayət qədər etibarlı, qənaətçil və dözümlü olan “KamAZ” maşınları ressor tipli müstəqil olmayan asqı ilə təchiz edilir.
Diferensialın söndürülməsi funksiyasına malik “KamAZ 63502” 425/85R21 ölçüdə xüsusi şinlər ilə təchiz edilir. Avtomobilin şinlərin təzyiqinə nəzarət edən məkəzi sistemi, təkərlərdən birinin deşilməsi vəziyyətində belə maşının hərəkətinə davam etməsinə şərait yaradır. Maşının konstruksiyası böyük kütləli yükləri kobud və dağlıq ərazilərdə rahatlıqla daşımağa imkan verir.
347 at gücünə, dörd oxa və səkkiz təkərə malik “Avro-3” standartlı “KamAZ-740.50-360” mühərriki ilə təchiz edilən “KamAZ 63502”, 9 pilləli ZF9 sürətlər qutusundan istifadə edir. 90 km/saat maksimum sürət inkişaf etdirən mühərrik 31500 kq-a qədər yükü daşımağa qadirdir. Bu yükün 13500 kq-ı ön, 18000 kq-ı isə arxa oxlara düşə bilər. Dönmə radiusu 15 metrdir. Yanacaq çəninin həcmi 350 litrdir. Yüklü maşının yanacaq sərfiyyatı ərazidən asılı olaraq 32-35 litr arasında dəyişir.
Döyüş tətbiqi
T-300 YARS-larının hansısa döyüş əməliyyatlarında tətbiqini təsdiq edən görüntülərə malik deyilik, lakin bu silah sistemlərinin Suriya sərhəddində yerləşdirilməsi məlumdur. Fevral ayının sonunda rejim gücləri ilə TSQ arasında İdlib ətrafında baş verən son qarşıdurmada bu YARS-ın tətbiq olunduğu ehtimal edilir.
İstifadəçiləri
T-300 “Kasirga” YARS-ın aktiv istifadəçiləri arasında hələlik Türkiyə və Azərbaycandan başqa digər ölkələr mövcud deyil. Bunun isə daxili tələbatın tam ödənilməməsi ilə bağlı olduğu ehtimal edilir. Azərbaycanın ilk partiyada əldə etdiyi “Kasirga” reaktiv artilleriya divizionunun 16 ədəd atıcı qurğuları və digər köməkçi vasitələri üçün ödədiyi məbləğ, qeyri-rəsmi məlumatlara gorə 244 milyon dollar olub. Bu divizonun tərkibində hər birində 4 atıcı qurğu olmaqla, 4 artilleriya batareyası mövcuddur. Sonrakı təchizat barədə məlumat mövcud deyil.
Nəticə
Bir atıcı qurğu üzərində olan 4 raketdən həm tək, həm də yaylım atəşi aça bilər. 6-9 ədəd atıcı qurğudan ibarət bir batareya, yaylım atəşi ilə bir kilometr radiusda düşmənin canlı qüvvəsinin zəmanətli məhv edilməsini təmin edir. Hazırda Türkiyə Silahlı Qüvvələrində ən azı 12 ədəd, Azərbaycan Silahlı Qüvvələrində isə 3 ədəd “Kasirga” batareyasının mövcud olduğu ehtimal edilir.
T-300 YARS-ın əsas elementi olan F-302T atıcı qurğusu tam avtomatik naviqasiyaya sisteminə malik olmaqla bir nəfər sürücü və bir nəfər qurğu komandiri tərəfindən minimal heyətlə idarə olunur. Komandanlığın qərarından və heyətin təcrübəsindən asılı olaraq heyətin tərkibinin artırılması mümkündür. Sistemin istifadəsinin rahat və asan olması, onu əhəmiyyətli atəş dəstək vasitəsinə çevirir. Atıcı qurğusunun digər çaplı qurğu ilə əvəz edilməsi, hər atıcı qurğuda bir neçə növ sursatdan istifadə edilməsi, maksimum atəş məsafəsi, minimum hədəfdən yayınma, ərazidə təmirin mümkün olması, minimum heyət, yüksək manevr imkanları və s. “Kasirga”nın digər analoqlarının qarşısındakı üstünlüklərinin yalnız bir hissəsidir.
YARS atəşdən əvvəlki hazırlıq, planlaşdırma, meteoroloji ölçmələr, ballistik hesablamalar və s. kimi fəaliyyətlər üçün zəruri mexaniki və elektron alt sistemlərlə təchiz edilir. Fərqli marka və modellərdə olan nəqliyyat vasitələri üzərinə quraşdırılan T-300 sisteminin radio, enerji, naviqasiya və s. kimi sistemləri müştərinin sifarişi ilə dəyişdirilə bilər.
Atəş mövqeyində yerləşəndən maksimum 5 dəqiqə sonra atəş açmağa hazır olan T-300, atəşdən sonra da eyni müddətdə mövqeyini tərk edə bilir. YARS özüyeriyən şassisi bu hərəkətlilik sayəsində “At və qaç” taktikasını uğurla tətbiq edərək düşmən atəşindən qorunmanı uğurla təmin edə bilər.
Təkərli şassiyə malik özüyeriyən təkərli vasitələr, tırtıllı şassilərdə yerləşdirilən rəqiblərindən, mühafizə səviyyəsi istisna olmaqla, digər göstəricilərə görə heç də geri qalmır. Lakin bu istisnalar düşmənlə təmas xəttindən uzaq, müdafiə dərinliklərindən atəş açan uzaq mənzilli artilleriya sistemləri üçün ciddi çatışmazlıq hesab edilə bilməz.
Maşınlarda quraşdırılan kompüter sistemi “Kasirga”nın Azərbaycan Silahlı Qüvvələrinin mövcud batareya atəşinin idarə edilməsi sistemlərinə inteqrasiyasına imkan verir. Atəş koordinatları kompüter sisteminə həm batareyanın (divizionun) Komanda İdarəetmə Məntəqəsindən, həm üst komandanlıq qərargahından, həm kəşfiyyat məntəqəsindən, həm PAU-dan, həm də heyət komandiri tərəfindən daxil edilə bilər.
T-300 artilleriya vasitlərinin atəş məsafəsi döyüş əməliyyatlarında birliklərin ikinci eşelonundan həm açıq, həm də qapalı mövqelərdə yerləşən düşmən obyektlərinə sarsıdıcı və kilidlənən raket zərbəsinin endirilməsini təmin edir.
F-302T Atıcı Qurğusu kobud ərazilərdə üstün hərəkət imkanları ilə bərabər yüksək sürətə də malikdir. T-300 YARS quru nəqliyyatından başqa, dəniz, hava və dəmir yolu ilə də asanlıqla nəql edilə bilir. Demək olar ki, onu bütün yük təyyarələri ilə daşımaq mümkündür. Bu isə YARS-ın digər münaqişə ocaqlarına mxtəlif yollarla və qısa müddətdə çatdırılmasına imkan verir.
T-300 “Kasirga” sisteminin uzaqməzilli atəş məsafəsini, yüksək manevr, ciddi atəş və məhvetmə imkanlarını nəzərə alsaq, onu rahatlıqla Azərbaycan Ordusunun çəkindirmə silahları sinifinə aid edə bilərik.
İstinadlar
- "Missiles, rockets and drones define Azerbaijan-Armenia conflict". The Jerusalem Post. 16 December 2020 tarixində . İstifadə tarixi: 18 October 2020.
- "Turkish company Roketsan presents its TGR-300 TIGER artillery missile at IDEF 2017 21005176". Army Recognition. 9 May 2021 tarixində . İstifadə tarixi: 18 October 2020.
- . Roketsan. 30 November 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 October 2020.
- "Turkey supplies T-300 Kasirga rocket system to Azerbaijan". AzerNews. 21 September 2016. 21 October 2020 tarixində . İstifadə tarixi: 31 October 2020.
- Gao, Charlie. "The Big Guns: NATO's 5 Deadliest Rocket Artillery Systems". Center for the National Interest. 6 January 2019. 28 May 2019 tarixində . İstifadə tarixi: 31 October 2020.
- "ROKETSAN: T-300 Kasirga (Hurricane)". Pakistan Defence. 4 Feb 2009. 9 October 2020 tarixində . İstifadə tarixi: 31 October 2020.
- (PDF). Roketsan. 11 April 2020 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 18 October 2020.
- "Archived copy". 2018-11-09 tarixində . İstifadə tarixi: 2018-11-09.
- "Login to read". 2013-11-13 tarixində . İstifadə tarixi: 2013-12-06.
- Selçuk Colakoğlu. "Turkey-Bangladesh Relations: A Growing Partnership between Two Friendly Nations". Washington D.C. 2019-06-25. 2020-03-05 tarixində . İstifadə tarixi: 2020-06-07.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu meqaleni vikilesdirmek lazimdir Lutfen meqaleni umumvikipediya ve redakte qaydalarina uygun sekilde tertib edin T 300 Qasirga raket sistemi Hemcinin TRG 300 Tiger Missile yeni peleng raketler adi ile de taninir Roketsan terefinden istehsal olunan turk reaktiv yaylim ates sistemidir Sistemde 300 mm lik dord raket buraxma borusu var ve raketleri 120 km lik bir ucus mesafesine malikdir T 300 QasirgaQasirga 1Tipi Reaktiv yaylim ates sistemiOlke TurkiyeIstismar tarixcesiIstifade edilen doyusler Ikinci Qarabag muharibesiIstehsal tarixcesiIstehsalci RoketsanXususiyyetleriEkipaj 3 Vikianbarda elaqeli mediafayllarXulase300 mm lik T 300 raketi Tipik Qasirga batareyalari sistemleri alti ile doqquz firlatma vasitesinden F 302T ve beraber sayda tedaruk ve yeniden doldurma vasitesi olan bir Komanda ve Idareetme Vasitesinden ibaretdir Her bir raketin dord sabit qanadi var ve maksimum sureti 4 2 olmaq serti ile 30 000 m maksimum ucus hundurluyune catir Raketler kompozit qati yanacaq sisteminden istifade edir ve umumiyyetle 26 000 polad topdan ibaret doyus basligi ile techiz olunur Sistem elektromexanik ise salma sistemi ile aerodinamik nezarete malikdir TRG 300 Qasirga reaktiv yaylim ates sistemi dizayninda bezi deyisikliklerle Cinin WS 1B raket qurgusunu esas goturmusdur Turk quru quvvelerinin xidmetinde olan 300 mm lik TRG 300 sistemi uzun menzilli ates desteyi temin edir TRG 300 Qasirga reaktiv yaylim ates sistemi iki esas hisseden ibaretdir Baslatma sistemi T 300 ve raket TR 300 T 300 Alman MAN Dizel 6 6 erazi yuk masini sassisine esaslanir Dord raketle tamamlanan doyus agirligi 23 tondur Raketlerin atilmasindan evvel firlatma vasitesinin kabin suselerinde endirilmis kepenkler olur Bu MAN 6 6 hemcinin Turk Quru Qosunlari komandanligi ucun T 122 buraxma platformasi kimi de xidmet edir Tarixce1997 ci ilde en CPMIEC China Precision Machinery Import and Export Corporation Cin Deqiq Masin Idxal ve Ixrac Korporasiyasi ile WS 1 sisteminin bir qolunun birge inkisafi ve istehsali ucun bir muqavile imzalandi Qasirga sistemi ilk defe 2000 ci ilde istismara verilmisdir 2016 ci ilde Qasirga raket sistemi Azerbaycana satilmisdir ROKETSAN 2019 cu ilin mart ayinda Banqladese orta menzilli idareolunan reaktiv yaylim ates sistemi tedaruku ucun muqavile imzaladi ModelleriBlok 1 Blok 1 Blok 2 den daha kicik doyus basligi ile daha genis menzile malikdir Menzili 30 120 km Ceki 585 kq Doyus basliginin cekisi 105 kq Doyus basliginin effektiv radiusu 70 mBlok 2 Blok 2 doyus basligi dinamik effektivliyini artirdi Menzili 20 90 km Ceki 670 kq Doyus basliginin cekisi 190 kq Doyus basliginin effektiv radiusu 80 m Azerbaycan Respublikasinin Mudafie Nazirliyinin Turkiyenin ROKETSAN sirketine sifaris verdiyi Kasirga komplekslerinin catdirilmasina 2014 cu ilin sentyabr ayindan baslanilib ve proses 2016 ci ilde yekunlasib Sistemlerin catdirilmasi ile yanasi onu idare eden heyete de istehsalci terefinden muvafiq telimler kecirilib Bu YARS 8 8 teker formulali sassilere yerlesdirile biler Azerbaycana teqdim edilen vasiteler 8x8 KamAZ 63502 sassisi uzerinde qurasdirilib KamAz sassisindeki vasitelerin 2016 ci ilde Turkiyede TRG 300 Kasirga K adi ile teqdim edilmesi Azerbaycanin mehz bu versiyalari elde etdiyini iddia etmeye esas verir Bu iki sistem arasindaki esas ferqlerin yalniz sistemin sassisinin evezlenmesinden ates mesafesinin 120 km e qeder artirilmasindan ve kilidlenen adindaki G herfine istinaden raketlere malik olmasi ehtimalindan ibaretdir IstifadecilerCari istifadeciler Azerbaycan Banqlades TurkiyeTeyinati300 millimetrlik Kasirga YARS i 100 km den uzaq mesafede dusmen qosunlarinin emeliyyat taktiki derinliyinde aciq erazi ve siginacaqda yerlesen qrup hedeflerini herbi obyektlerini canli quvvesini zirehli yungul zirehli ve zirehsiz texnikalarini mehv etmek ucun nezerde tutulan ve artilleriya bolmeleri terefinden istifade olunan taktiki silah sistemidir Azerbaycan Silahli Quvvelerinin silahlanmasinda movcud olan T 300 Kasirga YARS i ile isgalci Ermenistan ordusunun mudafie zolaginin derinliyinde yerlesen ve tehluke yaradan istenilen herbi obyekt ve hedefleri mehv etmek mumkundur Naxcivan erazisinde yerlesdirilen bu silahlarin spesifik vezifeleri sirasina elave olaraq herbi emeliyyatlarin baslayacagi teqdirde neqliyyat dehlizlerinin ates altinda saxlanilmasi ve dusmenin ehtiyat quvvelerinin hereketinin mehdudlasdirilmasi da daxildir YaranmasiHele 90 ci illerin evvellerinde Turkiye YARS larin yaradilmasi ucun Fransa Israil ve Cin de daxil olmaqla bir sira olkelerle yeni texnologiyalarinin elde olunmasi ve ortaq istehsal ile bagli danisiqlar aparirdi Bu danisiqlarda Cinin teklifleri hem maliyye hem de texnoloji problemlerin helli baximindan daha celbedici hesab edildi Neticede 1997 ci ilde Turkiyenin ROKETSAN sirketi Cinin CPMIEC Chinese Precision Machinery Import and Export Company sirketi ile Kasirga kodu altinda Cinin WS 1B YARS inin analoqunun birge hazirlanmasi ve istehsali haqqinda muqavile imzaladi T 300 prototip raketinin ilk sinaq buraxilisi 2000 ci ilde Turkiyede bas tutdu IstehsalciROKETSAN sirketi 1988 ci il iyunun 14 de Turkiye Mudafie Senayesi Icraiyye Komitesinin qerari ile TSQ nin sursat ve raket ehtiyaclarini qarsilamaq olkede raket ve sursat dizayni inkisafi ve istehsali sahesinde aparici bir quruma sahib olmaq meqsedi ile qurulub Beynelxalq Stinger Avropa Ortaq Istehsal Layihesi adli proqram cercivesinde TEIRK in kritik alt sistemlerinden olan kompozit yanacaqli ucus muherriklerinin yerli istehsali ile ilk addimlarini atan ROKETSAN 2019 cu ilin yekunlarina gore artiq dunyanin taninmis mudafie senaye sirketleri sirasinda 89 cu pillede yerlesir Sursat ve raket istehsalinda Turkiye lideri olan Roketsan sirketi istehsal etdiyi mehsullarin cesidini quru hava ve deniz silah sistemlerini ehate etmekle genislendirerek hazirda raketler idareolunan doyus sursatlari atici qurgular yaylim atesli sistemleri raket yanacaqlari askarlama tuslama ve idareetme sistemleri doyus basliqlari mexaniki hisseler ve s istehsal edir hemcinin alqoritmleri sistemlerin proqram teminatini silah ve sistemlerin quru hava deniz ve sualti platformalarina inteqrasiyasini logistika xidmetlerini peyk buraxma sistemlerinin inkisafini ve s heyata kecirir KonstruksiyasiIstehsalcinin resmi melumatinda T 122 ve T 300 YARS lari eyni sassiye ve platformaya malik oldugu ucun T 122 300 kimi tesnifatlandirilib T 300 bir yaylim atesi ile 4 eded 300 mm raketi buraxmaq qabiliyyetine malik YARS platformasidir YARS in fealiyyeti ucun hec bir hava iqlim ve elverissiz ekoloji serait manee hesab edilmir Bu xususiyyetlerin sayesinde istenilen seraitde YARS in en qisa muddet erzinde sursatla yuklenmesi ve doyuse hazir veziyyete getirilmesini hemcinin hedeflere sarsidici zerbe endirmesini heyata kecirmek mumkundur Bir nece sursat novunden istifade ede bilen T 300 sisteminin F 302T Atici Qurgusuna movcud tehdid ve yerine yetirilecek vezifelere gore muvafiq tipli raketler yuklene biler T 300 YARS lari yaxin doyus zonasindan dusmen mudafiesinin uzaq derinliyinde yerlesen kritik hedeflere deqiq ve vaxtinda atesi temin etmek ucun 300 mm capa malik raketlerden yaylim atesi acilmasini temin ede bilir Bu YARS gelecekde ROKETSAN terefinden silahlanmaya tehvil verilecek eyni capli raketlerden de istifade etmek ucun universal konstruksiyada hazirlanib T 300 YARS in tam mehsuldarliqla istifade olunmasina serait yaratmaq ucun batareyalar Atici Qurgulardan basqa Komanda Idareetme Sursat Techizati Meteorologiya ve Temir Berpa Vasiteleri ile techiz edilir Bu komekci elementler sistemin vezifelerini hem batareya hem divizion terkibinde yerine yetirmekle beraber musterilerin YARS a qarsi ireli surduyu en kritik telebleri bele qarsilamaga imkan verir Komanda Idareetme Menteqesinin silahlara nezaret sistemi T 300 batareyasini hem diger muasir artilleriya sistemleri hem de diger doyusu idareetme menteqeleri ile inteqrasiya etmeye imkan veren infrastruktura ve interfeyse malikdir T 300 sistemi xususi hedef askarlama RLS leri ve muxtelif tipli PUA larla birlikde fealiyyet gostere bilir YARS ve raketleriTurkiye Mudafie Senayesinin esas oyuncularindan olan ROKETSAN sirketi terefinden hazirlanan T 300 Kasirga Yaylim Atesli Reaktiv Sistemi 100 km den uzaq mesafede ve 70 metr radiusda dusmen hedeflerini mehv etmek qabiliyyetine malikdir 8x8 formulali taktiki tekerli yuk masini sassisi uzerine qurasdirilan 4 luleli iki paketin her birinde iki lule Kasirga sisteminin tam doyus veziyyetinde kutlesi 23 tondur YARS in tam uzunlugu 9 20 m eni 2 50 m hundurluyu ise 3 10 metrdir Onun raketleri hava ve etraf muhit seraitinden asili olmayaraq yuksek qorunmani temin eden sabit polad platfomali konteynerden buraxilir Raketler qati kompozit yanacaq texnologiyasina sahibdir asan ve daha suretli tekrar doldurulma ve ates acma imkanlari ile temin edilir Kasirga sisteminin uzerinde 4 eded TR 300 raketine malik F 302T Atici Qurgusu yerlesdirilib GPS ve INS naviqasiyasina malik bu raketin deqiqliyi maksimum mesafede 30 metr teskil edir TR 300 raketlerinin E ve ya S versiyalarinin capi 300 302 mm uzunlugu 4 75 5 24 metr kutlesi ise ise 525 590 kiloqram arasinda deyisir Bu raketlerin 150 kq kutleye malik doyus basligi dusmenin istehkam qurgularinin rabite qovsaqlarinin zirehli ve zirehsiz masinlarinin herbi obyektlerinin canli quvvesinin ve s kimi muxtelif hedeflerinin mehv edilmesini temin eden 26000 polad kurelerden ibaretdir Coxmeqsedli TR 300 raketlerinde yene de ROKETSAN terefinden polibutadien ve ya HTPB hydroxyl terminated polybutadiene esasinda hazirlanan kompozit qati raket yanacaq texnologiyasindan istifade edilir Istenilen hava seraitine ve diger etraf muhit sertlerine qarsi olduqca davamli olan T 300 Kasirga sisteminin doyus sursatlarinin yuklenmesi krana malik xususi vasite ile heyata kecirildiyine gore heyetin uzerine dusen fiziki yuk minimuma qeder azalir Raketde mueyyen bir suretle firlanma hereketini temin etmek ucun raketin uzununa oxu istiqametine bucaq altinda 4 eded sabitlesdirici qurasdirilib Atici Qurgunun ates ucun hazirlanmasina 20 deqiqeden az vaxt teleb olunur YARS in MAN sassisi uzerindeki standart versiyasinda masinin kabinesi uzerinde pulemyot ve ya 40 mm lik avtomatik qumbaraatan qurasdirila biler Batareyanin terkibiStandart T 300 Kasirga batareyasinin uzerine dusen vezifeleri avtonom sekilde yerine yetirmesi ucun terkibine asagidakilar daxil edilib 1 eded C 300 Komanda Idareetme Vasitesi 6 eded F 302T Atici Qurgusu 6 eded L 300 Sursat Techizat Vasitesi 1 eded M 300 Meteorologiya Vasitesi 1 eded R 300 Temir Berpa Vasitesi Batareyada movcud olan doyus ve teminat vasitelerinin hem sayi hem de terkibi yerine yetirilecek vezifelerin xarakterinden ve hecminden asili olaraq deyisdirile biler Standart versiyada bir T 300 Kasirga reaktiv artilleriya batareyasi minimum 15 eded erazi yuk masinina malik olmalidir C 300 Komanda Idareetme Vasitesi C 300 Komanda Idareetme Vasitesi yuxari Komanda Menteqesi ile batareyanin elaqesini temin edir atesin texniki idareetmesini batareyanin yerlesdirilmesi ve idareedilmesi ucun zeruri olan fealiyyetleri heyata kecirir Divizion seviyyesinde ise divizionun Komanda Idareetme Vasitesi olaraq istifade edilir 5 neferlik heyete malik C 300 Komanda Idareetme Vasitesi asagidaki alt sistemler ve avadanliqlarla techiz edilir 4x4 ve ya 6x6 taktiki tekerli vasiteye kondisioner sistemi ve EMI EMC qorunmasina NATO standartlarina uygun Komanda Idareetme Sistemine naqilli naqilsiz rabite vasitelerine yerustu meteorologiya sistemine enerji Istehsali ve paylanmasi avadanligina F 302T Atici Qurgusu F 302T Atici Qurgusu 4 eded 300 mm lik raketin cox qisa muddet erzinde buraxilmasi ucun nezerde tutulan yuksek hereketliliye ve ustun ates gucune malik vasitedir 2 neferden ibaret heyet komanda aldiqdan maksimum 5 deqiqe erzinde ilk raketi buraxmaga hazir olur Buraxilisi kabinden ve ya 150 metr mesafeden heyata kecirmek mumkundur Bu qurgu asagidaki alt sistemlere ve avadanliqlara malikdir 6x6 ve ya 8x8 taktiki tekerli neqliyyat vasitesi raket konteynerleri her birinde 2 eded raket olmaqla 2 eded cemi 4 eded 300 mm lik konteyner paketi Silahlarin Idareetme Sistemi Avtomatik Tuslanma Sistemine ve uygunlasdirilan interfeys raketlerin etraf muhitin elverissiz sertlerinde saxlanmasini dasinmasini ve istifadesi zamani maksimum qorunmasini temin eden izolyasiyali konteynerler Qlobal Naviqasiya Sistemi GPS Etaletli Naviqasiya Sistemi INS enerji istehsali ve paylanma sistemi hidravlik sabitlesdirme sistemi telefon radiostansiya sifreli melumat oturme imkanlarina malik rabite vasiteleri inteqrasiya edilen metroloji cihazlar kabinden ve ya uzaqdan atesi idareetme sistemi F 302T Atici Qurgusunun Taktiki Texniki Xususiyyetleri Teker formulasi 6x6 ve 8x8 F 302 nin doyus kutlesi 20 ton raketlerle 25 ton Atici qurgunun olculeri uzunlugu 9 20 m eni 2 50 m hundurluyu 3 10 m Sabitlesdirme hidravlik 4 dayaqli Atici konteynerlerin sayi 4 eded Atici konteynerlerin diametri 300 302 mm Atici konteynerlerin uzunlugu 5 m Atesarasi interval 6 saniye Saquli ates bucagi 0 60 Azimutda ates bucagi 30 TR 300 raketinin uzunlugu 4 75 5 24 m TR 300 raketinin kutlesi 525 590 kq TR 300 raketinin doyus basliginin kutlesi 150 kq Canli quvvenin mehvetme radiusu 1000 m Canli quvvenin zemanetli mehvetme radiusu 70 m Raketin hedefe maksimal ucus vaxti 170 saniye Ates zamani Atici Qurgunun sabitliyi 4 eded hidravlik ayaq hesabina temin edilir L 300 Sursat Techizat Vasitesi L 300 Sursat Techizat Vasitesi uzerinde qurasdirilan muasir kran sayesinde istenilen hava seraitinde doyus bolgesinde yerlesen F 302T Atici Qurgularina sursat dasimaq ve onlari raketlerle temin etmek ucun nezerde tutulub 3 neferlik heyete malik L 300 Sursat Techizat Masini asagidaki qurgu ve alt sistemlerle techiz edilir 6x6 ve ya 8x8 taktiki tekerli neqliyyat vasitesine inteqrasiya olunan sursat techizat kranina hidravlik sabitlesdirme sistemine rabite vasitelerine M 300 Meteorologiya Vasitesi M 300 Meteorologiya Vasitesi yuksek hundurlukde meteoroloji olcme sistemine ve yer meteoroloji olcme cihazlarina malikdir M 300 atesden evvel ballistik hesablamalar ucun zeruri olan yuksek hundurluk meteoroloji olcmelerini heyata kecirir ve bu barede melumatlari Komanda Idareetme Menteqesine ve Arici Qurgulara oturur M 300 Meteorologiya Vasitesi asagidaki alt sistem ve xususiyyetlere malikdir 4x4 ve ya 6x6 taktiki tekerli vasite kondisioner sistemi ve EMI EMC qorunmasi NATO standartlarina uygun avadanliqlar enerji istehsali ve paylanmasi sistemi rabite vasiteleri R 300 Temir ve Berpa Vasitesi R 300 Temir ve Berpa Vasitesi T 300 batareyasinda vezifelerini yerine yetiren butun masin ve avadanliqlarin erazide temir ve berpa islerini heyata kecirmek ucun nezerde tutulur Divizion seviyyesine ise ikinci dereceli texniki vasite kimi daxil edilir 3 neferden ibaret heyete malik R 300 Temir ve BerpaVasitesinin terkibine asagidaki alt sistem ve xususiyyetler daxildir 4x4 ve ya 6x6 taktiki tekerli vasite kondisioner sistemi ve EMI EMC qorunmasi NATO standartlarina uygun avadanliqlar hidravlik kran xilasetme qurgusu enerji Istehsali ve paylanmasi sistemi rabite vasiteleri temir ve berpa avadanliqlari SassiROKETSAN istehsali olan YARS larin bezi versiyalari o cumleden de Kasirga sistemleri Azerbaycanda istehsal olunan KamAZ 63502 sasisleri uzerinde qurasdirilir Cetin kecilen erazilerde yuklerin ve sexsi heyetin dasinmasi ucun nezerde tutulan 8x8 teker formulasina malik yerli istehsal KamAZ masinlari xususiyyetlerine gore hec de standart versiyanin MAN sassisinden zeif hesab edilmir Kifayet qeder etibarli qenaetcil ve dozumlu olan KamAZ masinlari ressor tipli musteqil olmayan asqi ile techiz edilir Diferensialin sondurulmesi funksiyasina malik KamAZ 63502 425 85R21 olcude xususi sinler ile techiz edilir Avtomobilin sinlerin tezyiqine nezaret eden mekezi sistemi tekerlerden birinin desilmesi veziyyetinde bele masinin hereketine davam etmesine serait yaradir Masinin konstruksiyasi boyuk kutleli yukleri kobud ve dagliq erazilerde rahatliqla dasimaga imkan verir 347 at gucune dord oxa ve sekkiz tekere malik Avro 3 standartli KamAZ 740 50 360 muherriki ile techiz edilen KamAZ 63502 9 pilleli ZF9 suretler qutusundan istifade edir 90 km saat maksimum suret inkisaf etdiren muherrik 31500 kq a qeder yuku dasimaga qadirdir Bu yukun 13500 kq i on 18000 kq i ise arxa oxlara duse biler Donme radiusu 15 metrdir Yanacaq ceninin hecmi 350 litrdir Yuklu masinin yanacaq serfiyyati eraziden asili olaraq 32 35 litr arasinda deyisir Doyus tetbiqiT 300 YARS larinin hansisa doyus emeliyyatlarinda tetbiqini tesdiq eden goruntulere malik deyilik lakin bu silah sistemlerinin Suriya serheddinde yerlesdirilmesi melumdur Fevral ayinin sonunda rejim gucleri ile TSQ arasinda Idlib etrafinda bas veren son qarsidurmada bu YARS in tetbiq olundugu ehtimal edilir IstifadecileriT 300 Kasirga YARS in aktiv istifadecileri arasinda helelik Turkiye ve Azerbaycandan basqa diger olkeler movcud deyil Bunun ise daxili telebatin tam odenilmemesi ile bagli oldugu ehtimal edilir Azerbaycanin ilk partiyada elde etdiyi Kasirga reaktiv artilleriya divizionunun 16 eded atici qurgulari ve diger komekci vasiteleri ucun odediyi mebleg qeyri resmi melumatlara gore 244 milyon dollar olub Bu divizonun terkibinde her birinde 4 atici qurgu olmaqla 4 artilleriya batareyasi movcuddur Sonraki techizat barede melumat movcud deyil NeticeBir atici qurgu uzerinde olan 4 raketden hem tek hem de yaylim atesi aca biler 6 9 eded atici qurgudan ibaret bir batareya yaylim atesi ile bir kilometr radiusda dusmenin canli quvvesinin zemanetli mehv edilmesini temin edir Hazirda Turkiye Silahli Quvvelerinde en azi 12 eded Azerbaycan Silahli Quvvelerinde ise 3 eded Kasirga batareyasinin movcud oldugu ehtimal edilir T 300 YARS in esas elementi olan F 302T atici qurgusu tam avtomatik naviqasiyaya sistemine malik olmaqla bir nefer surucu ve bir nefer qurgu komandiri terefinden minimal heyetle idare olunur Komandanligin qerarindan ve heyetin tecrubesinden asili olaraq heyetin terkibinin artirilmasi mumkundur Sistemin istifadesinin rahat ve asan olmasi onu ehemiyyetli ates destek vasitesine cevirir Atici qurgusunun diger capli qurgu ile evez edilmesi her atici qurguda bir nece nov sursatdan istifade edilmesi maksimum ates mesafesi minimum hedefden yayinma erazide temirin mumkun olmasi minimum heyet yuksek manevr imkanlari ve s Kasirga nin diger analoqlarinin qarsisindaki ustunluklerinin yalniz bir hissesidir YARS atesden evvelki hazirliq planlasdirma meteoroloji olcmeler ballistik hesablamalar ve s kimi fealiyyetler ucun zeruri mexaniki ve elektron alt sistemlerle techiz edilir Ferqli marka ve modellerde olan neqliyyat vasiteleri uzerine qurasdirilan T 300 sisteminin radio enerji naviqasiya ve s kimi sistemleri musterinin sifarisi ile deyisdirile biler Ates movqeyinde yerlesenden maksimum 5 deqiqe sonra ates acmaga hazir olan T 300 atesden sonra da eyni muddetde movqeyini terk ede bilir YARS ozuyeriyen sassisi bu hereketlilik sayesinde At ve qac taktikasini ugurla tetbiq ederek dusmen atesinden qorunmani ugurla temin ede biler Tekerli sassiye malik ozuyeriyen tekerli vasiteler tirtilli sassilerde yerlesdirilen reqiblerinden muhafize seviyyesi istisna olmaqla diger gostericilere gore hec de geri qalmir Lakin bu istisnalar dusmenle temas xettinden uzaq mudafie derinliklerinden ates acan uzaq menzilli artilleriya sistemleri ucun ciddi catismazliq hesab edile bilmez Masinlarda qurasdirilan komputer sistemi Kasirga nin Azerbaycan Silahli Quvvelerinin movcud batareya atesinin idare edilmesi sistemlerine inteqrasiyasina imkan verir Ates koordinatlari komputer sistemine hem batareyanin divizionun Komanda Idareetme Menteqesinden hem ust komandanliq qerargahindan hem kesfiyyat menteqesinden hem PAU dan hem de heyet komandiri terefinden daxil edile biler T 300 artilleriya vasitlerinin ates mesafesi doyus emeliyyatlarinda birliklerin ikinci eselonundan hem aciq hem de qapali movqelerde yerlesen dusmen obyektlerine sarsidici ve kilidlenen raket zerbesinin endirilmesini temin edir F 302T Atici Qurgusu kobud erazilerde ustun hereket imkanlari ile beraber yuksek surete de malikdir T 300 YARS quru neqliyyatindan basqa deniz hava ve demir yolu ile de asanliqla neql edile bilir Demek olar ki onu butun yuk teyyareleri ile dasimaq mumkundur Bu ise YARS in diger munaqise ocaqlarina mxtelif yollarla ve qisa muddetde catdirilmasina imkan verir T 300 Kasirga sisteminin uzaqmezilli ates mesafesini yuksek manevr ciddi ates ve mehvetme imkanlarini nezere alsaq onu rahatliqla Azerbaycan Ordusunun cekindirme silahlari sinifine aid ede bilerik Istinadlar Missiles rockets and drones define Azerbaijan Armenia conflict The Jerusalem Post 16 December 2020 tarixinde Istifade tarixi 18 October 2020 Turkish company Roketsan presents its TGR 300 TIGER artillery missile at IDEF 2017 21005176 Army Recognition 9 May 2021 tarixinde Istifade tarixi 18 October 2020 Roketsan 30 November 2019 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 18 October 2020 Turkey supplies T 300 Kasirga rocket system to Azerbaijan AzerNews 21 September 2016 21 October 2020 tarixinde Istifade tarixi 31 October 2020 Gao Charlie The Big Guns NATO s 5 Deadliest Rocket Artillery Systems Center for the National Interest 6 January 2019 28 May 2019 tarixinde Istifade tarixi 31 October 2020 ROKETSAN T 300 Kasirga Hurricane Pakistan Defence 4 Feb 2009 9 October 2020 tarixinde Istifade tarixi 31 October 2020 PDF Roketsan 11 April 2020 tarixinde orijinalindan PDF arxivlesdirilib Istifade tarixi 18 October 2020 Archived copy 2018 11 09 tarixinde Istifade tarixi 2018 11 09 Login to read 2013 11 13 tarixinde Istifade tarixi 2013 12 06 Selcuk Colakoglu Turkey Bangladesh Relations A Growing Partnership between Two Friendly Nations Washington D C 2019 06 25 2020 03 05 tarixinde Istifade tarixi 2020 06 07