Sultan Məhəmməd Mirzə, Rüzaq Mirzə və ya Rza Xudabəndə Mirzə (1597 və ya 1598, Qəzvin – 1632, Ələmut, Qəzvin ostanı) — Səfəvi sülaləsinə mənsub şahzadələrdən biri və Şah I Abbasın (1588–1629) oğlu.
Sultan Məhəmməd Xudabəndə Mirzə | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1597 və ya 1598 |
Doğum yeri | |
Vəfat tarixi | 1632 |
Vəfat yeri |
|
Atası | I Abbas |
Həyatı
Sultan Məhəmməd Mirzə və ya Xudabəndə Mirzə 1597/1598-ci ildə I Abbasın gürcü əsilli cariyəsindən dünyaya gəlmişdir. O, Səfəvi şahının bilinən üçüncü oğlu idi.
Kor edilməsi və qətli
1620-ci ilin yayında Mazandarandakı sarayında olan Abbas ağır qızma xəstəliyinə tutuldu. Sarayındakı bir çox şəxs, həmçinin yerlilərdən xeyli sayda insan bu xəstəlikdən həyatını itirdi. Bundan sonra bəlli oldu ki, şahın həyatı da təhlükə altındadır. Abbasın xəstəliyi dövründə onun sağlam qalmış ən böyük oğlu Xudabəndə Mirzə Abbasın öləcəyini düşünərək onu dəstəkləyən qızılbaş sərkərdələri ilə bunu qeyd etməyə, taxta çıxışını hazırlamağa başlamışdır. Lakin şah sağalmış və oğlunu kor etdirərək cəzalandırmışdır. O, bununla oğlunun taxta gedən yolunu bağlamaq fikrində idi. Lakin şahzadənin tərəfdarları onu taxta çıxarmaqda qərarlı idilər. Plan şahzadəni saraydan qaçırmaq və kənarda şah elan etmək idi. Lakin plan aşkar edildi və bütün iştirakçıları cəzalandırıldı. Şahzadə özü həbs edilərək Ələmut qalasına salındı və Abbasın xələfi olan Səfi Mirzə dövründə edam edildi. Bu ittihamda həqiqətin nədən ibarət olduğunu bilmək mümkün deyil, lakin çətin görünür ki, hər hansı saray əyanı öz həyatını belə axmaqcasına riskə atardı. Fiqueroanın saray əyanlarının şahzadələrə heç bir hörmət göstərməməsi ilə bağlı şərhi, şahın şübhələrini oyatmamaq üçün onlardan uzaqlaşmaq üçün əllərindən gələni etdiklərini göstərir.
Məhəmməd Baqir Mirzə və Xudabəndə Mirzənin vəliəhdlik yarışmasından kənarlaşdırılasından sonra Abbasın oğullaından yeganə vəliəhd ola biləcək şəxs İmamqulu Mirzə qalmışdı. 1618-ci ildə xarici elçilərdən biri ilə baş tutmuş görüşdə edam edilmiş vəliəhddən kiçik olan İmamqulu Mirzə də iştirak etmişdi. Bu zaman 17 yaşında olan İmamqulu Mirzə adlı şahzadə atası ilə birlikdə saraya daxil olmuş, gözlərini aşağı salıb dayanmış, heç nə danışmamış, heç kim də ona heç nə deməmişdir. Səfir bunu belə təsvir etmişdir:
Heç kim bir qulluqçuya və ya bir köməkçiyə verdiyi diqqətdən çox ona diqqət etmədi. |
Qeydlər
- Blow onun adını Məhəmməd deyə yazmaqdadır. Lakin Abbasın ən böyük və vəliəhdi olan oğlu Məhəmməd Bağir Mirzə 1614/1615-ci ildə atası tərəfindən edam edilmişdir.
Həmçinin bax
İstinadlar
- Blow, 2009. səh. 124
- Bomati və Nahavandi, 1998. səh. 236–237
- Savory, 1980. səh. 95
- Bomati və Nahavandi, 1998. səh. 240–241
- Blow, 2009. səh. 118
Mənbə
- David Blow. Shah Abbas: The Ruthless King Who Became an Iranian Legend. I.B. Tauris. 2009. 288. ISBN .
- Yves Bomati; Houchang Nahavandi. Shah Abbas, empereur de Perse 1587–1629 [Shah Abbas, Emperor of Persia, 1587-1629] (fransızca). Paris, France: Perrin. 1998. ISBN .
- Roger M. Savory. Iran under the Safavids. Cambridge, UK: Cambridge University Press. 1980. ISBN .
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Sultan Mehemmed Mirze Ruzaq Mirze ve ya Rza Xudabende Mirze 1597 ve ya 1598 Qezvin 1632 Elemut Qezvin ostani Sefevi sulalesine mensub sahzadelerden biri ve Sah I Abbasin 1588 1629 oglu Sultan Mehemmed Xudabende MirzeSexsi melumatlarDogum tarixi 1597 ve ya 1598Dogum yeri Qezvin Qezvin sehristani Qezvin ostani IranVefat tarixi 1632Vefat yeri Elemut d Serqi Elemut bexsi d Qezvin sehristani Qezvin ostani IranAtasi I AbbasHeyatiSultan Mehemmed Mirze ve ya Xudabende Mirze 1597 1598 ci ilde I Abbasin gurcu esilli cariyesinden dunyaya gelmisdir O Sefevi sahinin bilinen ucuncu oglu idi Kor edilmesi ve qetli 1620 ci ilin yayinda Mazandarandaki sarayinda olan Abbas agir qizma xesteliyine tutuldu Sarayindaki bir cox sexs hemcinin yerlilerden xeyli sayda insan bu xestelikden heyatini itirdi Bundan sonra belli oldu ki sahin heyati da tehluke altindadir Abbasin xesteliyi dovrunde onun saglam qalmis en boyuk oglu Xudabende Mirze Abbasin oleceyini dusunerek onu destekleyen qizilbas serkerdeleri ile bunu qeyd etmeye taxta cixisini hazirlamaga baslamisdir Lakin sah sagalmis ve oglunu kor etdirerek cezalandirmisdir O bununla oglunun taxta geden yolunu baglamaq fikrinde idi Lakin sahzadenin terefdarlari onu taxta cixarmaqda qerarli idiler Plan sahzadeni saraydan qacirmaq ve kenarda sah elan etmek idi Lakin plan askar edildi ve butun istirakcilari cezalandirildi Sahzade ozu hebs edilerek Elemut qalasina salindi ve Abbasin xelefi olan Sefi Mirze dovrunde edam edildi Bu ittihamda heqiqetin neden ibaret oldugunu bilmek mumkun deyil lakin cetin gorunur ki her hansi saray eyani oz heyatini bele axmaqcasina riske atardi Fiqueroanin saray eyanlarinin sahzadelere hec bir hormet gostermemesi ile bagli serhi sahin subhelerini oyatmamaq ucun onlardan uzaqlasmaq ucun ellerinden geleni etdiklerini gosterir Mehemmed Baqir Mirze ve Xudabende Mirzenin veliehdlik yarismasindan kenarlasdirilasindan sonra Abbasin ogullaindan yegane veliehd ola bilecek sexs Imamqulu Mirze qalmisdi 1618 ci ilde xarici elcilerden biri ile bas tutmus gorusde edam edilmis veliehdden kicik olan Imamqulu Mirze de istirak etmisdi Bu zaman 17 yasinda olan Imamqulu Mirze adli sahzade atasi ile birlikde saraya daxil olmus gozlerini asagi salib dayanmis hec ne danismamis hec kim de ona hec ne dememisdir Sefir bunu bele tesvir etmisdir Hec kim bir qulluqcuya ve ya bir komekciye verdiyi diqqetden cox ona diqqet etmedi QeydlerBlow onun adini Mehemmed deye yazmaqdadir Lakin Abbasin en boyuk ve veliehdi olan oglu Mehemmed Bagir Mirze 1614 1615 ci ilde atasi terefinden edam edilmisdir Hemcinin baxIstinadlarBlow 2009 seh 124 Bomati ve Nahavandi 1998 seh 236 237 Savory 1980 seh 95 Bomati ve Nahavandi 1998 seh 240 241 Blow 2009 seh 118MenbeDavid Blow Shah Abbas The Ruthless King Who Became an Iranian Legend I B Tauris 2009 288 ISBN 1845119894 Yves Bomati Houchang Nahavandi Shah Abbas empereur de Perse 1587 1629 Shah Abbas Emperor of Persia 1587 1629 fransizca Paris France Perrin 1998 ISBN 2 2620 1131 1 Roger M Savory Iran under the Safavids Cambridge UK Cambridge University Press 1980 ISBN 0 521 22483 7