Sifət — əşyanın əlamət və keyfiyyətini bildirən əsas nitq hissəsi. Sifət necə? nə cür? hansı? suallarından birinə cavab verir.
Sifətlər əsasən əşyanın əlamətini, keyfiyyətini və rəngini təyin edir. Əlamət dedikdə, əşyanın zahiri görkəmi, keyfiyyət dedikdə isə onun daxili xüsusiyyəti nəzərdə tutulur. Əşyanın rəngi də onun əlamətlərindən biridir.
Sifət həmişə ismə aid olur, isimdən əvvəl gəlir, cümlədə ən çox təyin və xəbər vəzifəsində işlənir. Ancaq isimləşdikdə mübtəda və tamamlıq vəzifəsində də işlənir.
Sifətin məna növləri
- Əlamət (xarici xüsusiyyətlər) bildirənlər: kök, arıq, gözəl və s.
- Keyfiyyət (daxili xüsusiyyətlər) bildirənlər: paxıl, təmizqəlbli və s.
- Forma bildirənlər: uzun, qalın, düz və s.
- Həcm bildirənlər: dar, iri, kiçik və s.
- Dad bildirənlər: turş, acı, şirin və s.
- Rəng bildirənlər: ağ, qəhvəyi, yaşıl və s.
Sifətin quruluşca növləri
Sifət quruluşca sadə, düzəltmə və mürəkkəb olur.
Sadə sifətlər
Sadə sifətlər bir kökdən və ya kök və qrammatik şəkilçidən ibarət olur: qara, yaşıl, pis, yaxşı, uzun, qısa, hündür, alçaq, gözəl, kifir və s.
Azaltma və çoxaltma dərəcəsi yaradan şəkilçilər leksik şəkilçilərdir.
Düzəltmə sifətlər
Düzəltmə sifətlər, əsasən, isimlərə və feillərə leksik şəkilçilər artırmaqla düzəlir. Bu baxımdan düzəltmə sifətlər isimdən yaranan sifətlər və feildən yaranan sifətlər olmaqla iki yerə bölünür.
İsimdən düzələn sifətlər
Bu növ düzəltmə sifətlər isimlərə aşağıdakı leksik şəkilçiləri artırmaqla düzəlir:
• — lı⁴: maraq-lı (dərs), tərbiyə-li (uşaq), su-lu (xörək), ütü-lü (paltar) və s.
- — sız4: dad-sız (meyvə), bilik-siz (tələbə), ot-suz (yer), güc-süz (uşaq) və s.
- — cıl⁴: zarafat-cıl (oglan), iş-cil (adam), söhbət-cil (qonşu), qohum-cul (kişi), ölüm-cül (yara) və s.
- — dakı2: kitab-dakı (şəkillər), həyət-dəki (ağac) və s.
- — ı4: badam-ı (göz), çərkəz-i (papaq), armud-u (stəkan), gümüş-ü (saç) və s. Sonu saitlə bitən sözlərdə bu şəkilçi —yı və —yi səklində islənir: xurma-yı (saç), qəhvə-yi (rəng) və s.
- — i (— vi): Yalnız ərəb və fars mənşəli sözlərə qoşulan bu alınma şəkilçi ahəng qanununa tabe olmur və bir cür yazılan şəkilçidir: tarix-i (hadisə), dövr-i (mətbuat), daxil-i (siyasət), dairə-vi (masa), ailə-vi (dostluq) və s.
- — kı, — ki, — kü: qabaq-kı (sıra), çoxdan-kı (əhvalat), axşam-kı (söhbət), dünən-ki (külək), bildir-ki (hadisə), bu gün-kü (xəbər) və s. Misallardan göründüyü kimi, bu şəkilçi, əsasən, zərflərdən sifət düzəldir.
- — lıq4: ay-lıq (maaş), il-lik (plan), don-luq (parça), üz-lük (daş) və s.
Bu şəkilçilərdən —lı4 və —sız4 antonim şəkilçiləridir: yağ-lı — yağ-sız (ət), duz-Iu — duz-suz (xörək), ağıl-lı — ağıl-sız (insan) və s.
- — ı4, — lıq4, — ı4 şəkilçiləri isə həm də isim düzəltdiyi üçün omonim şəkilçilərdir: Sultan-lıq — isim, ağıl-lı (uşaq) — sifət; yaxşı-lıq — isim, qurban-lıq (qoç) — sifət; yaz-ı — isim, palıd-ı (rəng) — sifət və s.
Qeyd: Sifət düzəldən —lı şəkilçisi qoşulduğu sözün son samitindən asılı olaraq [— rı⁴], [— nı⁴], [— dı⁴] şəklində tələffüz olunur. Məsələn: qarlı [qarrı], dadlı[daddı], buludlu [bulutdu] və s.
Feildən düzələn sifətlər
Aşağıdakı leksik şəkilçilərin köməyi ilə fel köklərindən sifət düzəlir:
- —ağan (—əyən): qaç-ağan (at), gül-əyən (uşaq) və s. Ağla-ğan (körpə) düzəltmə sifəti də bu şəkilçinin köməyi ilə düzəlmişdir. Burada feil kökü saitlə bitdiyi üçün şəkilçidəki birinci sait səs düşmüşdür.
- —qan (--qan, —kən): çalış-qan (şagird), dalaş-qan (uşaq), sürüş-kən (yer), döyüş-kən (əsgər) və s. Deyingən (qoca) düzəltmə sifəti də bu şəkilçinin köməyi ilə düzləmişdir. Bu sözdə feil cingiltili samitlə bitdiyi üçün şəkilçinin ilk samiti də kar yox, cingiltili samitdir.
- —gın4 (--gın, —gin, —ğun, —gün). Bu şəkilçi sonu cingiltili samitlə bitən feil köklərinə qoşulur: az-ğın (düşmən), dal-ğın (baxış), gər-gin (iş), əz-gin (sifət), sol-ğun (çiçək), yor-ğun (adam), süz-gün (baxış), düz-gün (cavab) və s.
- —qın4 (—qın, —kin, —qun, —kün): Yuxarıdakı şəkilçinin variantı olan bu şəkilçi sonu kar samitlə bitən feil köklərinə qoşulur: sat-qın (adam), kəs-kin (söz), bit-kin (fıkir), coş-qun (dəniz), tut-qun (hava), küs-kün (baxış), öt-kün (söz) və s.
- —ıq4 (—ıq, —ik, --uq, --ük) aç-ıq (qapı), əz-ik (paltar), yan-ıq (çörək), uç-uq (ev), sök-ük (divar), soyu-q (su), çürü-k (meyvə), böyü-k (usaq) və s.
- —ıcı4: qır-ıcı (təyyarə), keç-ici (xəstəlik), qur-ucu (əllər), öldür-ücü (gülüş).
- —aq (—aq, —ək): qorx-aq (adam), ürk-ək (at), parla-q (saç), titrə-k (səs) və s.
- —unc, ünc: qorx-unc (hadisə), gül-ünc (iş) və s.
Qeyd 1: Feildən sifət düzəldən bu şəkilçilərdən —qın, —ğın şəkilçiləri bəzi isimlər də düzəldir. Məsələn: bas-qın, yan-ğın, qır-ğın, sür-gün və s.
Qeyd 2: —ıq və —aq şəkilçiləri həm də feildən isim düzəldir: bacar-ıq, bili-ik, yat-aq, sanc-aq, və s. Bu şəkilçilər omonim şəkilçilər sayılır.
Qeyd 3: —kan, —kin, —kün şəkilçilərinin ilk samiti tələffüzdə cingiltili tələffüz olunur. Məsələn: sürüşkən — [sürüşgən], kəskin —[kəsgin], ötkün — [ötgün] və s.
Mürəkkəb sifətlər isə sintaktik yolla əmələ gəlir:
- Bir sadə bir düzəltmə sifətin birləşməsi ilə (bitişik yazılır);
- Hər ikisi düzəltmə sifətlərin birləşməsi ilə; açıqürəkli (bitişik yazılır);
- Əks mənalı sifətlərin birləşməsi ilə (defislə yazılır);
- Eyni sözün təkrarı ilə (defislə yazılır). Məsələn: dadlı—dadlı;
- Sifətlə başqa bir nitq hissəsinin birləşməsi ilə (bitişik yazılır). Məsələn: acgöz;
- --bə bitiştiricisinin köməyi ilə (bitişik yazılır). Məsələn: rəngbərəng, üzbəüz.
- Birtərəfi ayrılıqda işlənə bilməyən sözlərin köməyi ilə: kələ-kötür, əzik-üzük.
Sifətin dərəcələri
Sifəti başqa nitq hissələrindən fərqləndirən əsas xüsusiyyətlərindən biri onun dərəcələridir. Müxtəlif əlamət, keyfiyyət dəyişmələrini ifadə etmək üçün sifətlərin düşdüyü şəkillərə sifətin müqayisə dərəcələri deyilir. Sifətin müqayisə dərəcələri aşağıdakılardır:
Adi dərəcə
Əlamətin normada olduğunu bildirən dərəcə adi dərəcə adlanır. O, bütün dərəcələrə meyar hesab olunur Məsələn: böyük, kiçik, enli, çalışqan.
Azaltma dərəcəsi
Əlamətin və keyfiyyətin adi dərəcədən nisbətən az olduğunu bildirən dərəcədir. Məsələn: ağımtıl, uzunsov, qarayanız, gödərək, qaraşın. 2 üsul ilə düzəlir morfoloji və sintaktik.
Çoxaltma dərəcəsi
Əlamətin və ya keyfiyyətin normadan çox olduğunu bildirir. 2 üsul ilə düzəlir morfoloji və sintaktik. Məsələn: xırdaca, zil qara, ağappaq.
Sifətin cümlədə rolu
Sifətin cümlədə rolu və morfoloji təhlil qaydası
Sifətlər cümlədə ən çox təyin olur. Xəbərlik şəkilçisi qəbul etdikdə isə istər isimləşmiş sifətlər, istərsə də isimləşməmiş sifətlər cümlədə xəbər olur. Məsələn: Bu oğlan çox igiddir (adi sifət). O, keçən ay onlarla ermənini məhv edən igiddir (isimləşmiş sifət). İsimləşmiş digər sifətlər isə cümlədə, bir qayda olaraq, mübtəda və tamamlıq olur.
İstinadlar
- Ş. Sadıq, E. Nəcəfov, A. Əsədov. Azərbaycan dili. Dərs vəsaiti. Bakı:Çaşıoğlu, 2009. — 272 s.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu adin diger istifade formalari ucun bax Sifet deqiqlesdirme Sifet esyanin elamet ve keyfiyyetini bildiren esas nitq hissesi Sifet nece ne cur hansi suallarindan birine cavab verir Sifetler esasen esyanin elametini keyfiyyetini ve rengini teyin edir Elamet dedikde esyanin zahiri gorkemi keyfiyyet dedikde ise onun daxili xususiyyeti nezerde tutulur Esyanin rengi de onun elametlerinden biridir Sifet hemise isme aid olur isimden evvel gelir cumlede en cox teyin ve xeber vezifesinde islenir Ancaq isimlesdikde mubteda ve tamamliq vezifesinde de islenir Sifetin mena novleriElamet xarici xususiyyetler bildirenler kok ariq gozel ve s Keyfiyyet daxili xususiyyetler bildirenler paxil temizqelbli ve s Forma bildirenler uzun qalin duz ve s Hecm bildirenler dar iri kicik ve s Dad bildirenler turs aci sirin ve s Reng bildirenler ag qehveyi yasil ve s Sifetin qurulusca novleriSifet qurulusca sade duzeltme ve murekkeb olur Sade sifetler Sade sifetler bir kokden ve ya kok ve qrammatik sekilciden ibaret olur qara yasil pis yaxsi uzun qisa hundur alcaq gozel kifir ve s Azaltma ve coxaltma derecesi yaradan sekilciler leksik sekilcilerdir Duzeltme sifetler Duzeltme sifetler esasen isimlere ve feillere leksik sekilciler artirmaqla duzelir Bu baximdan duzeltme sifetler isimden yaranan sifetler ve feilden yaranan sifetler olmaqla iki yere bolunur Isimden duzelen sifetler Bu nov duzeltme sifetler isimlere asagidaki leksik sekilcileri artirmaqla duzelir li maraq li ders terbiye li usaq su lu xorek utu lu paltar ve s siz4 dad siz meyve bilik siz telebe ot suz yer guc suz usaq ve s cil zarafat cil oglan is cil adam sohbet cil qonsu qohum cul kisi olum cul yara ve s daki2 kitab daki sekiller heyet deki agac ve s i4 badam i goz cerkez i papaq armud u stekan gumus u sac ve s Sonu saitle biten sozlerde bu sekilci yi ve yi seklinde islenir xurma yi sac qehve yi reng ve s i vi Yalniz ereb ve fars menseli sozlere qosulan bu alinma sekilci aheng qanununa tabe olmur ve bir cur yazilan sekilcidir tarix i hadise dovr i metbuat daxil i siyaset daire vi masa aile vi dostluq ve s ki ki ku qabaq ki sira coxdan ki ehvalat axsam ki sohbet dunen ki kulek bildir ki hadise bu gun ku xeber ve s Misallardan gorunduyu kimi bu sekilci esasen zerflerden sifet duzeldir liq4 ay liq maas il lik plan don luq parca uz luk das ve s Bu sekilcilerden li4 ve siz4 antonim sekilcileridir yag li yag siz et duz Iu duz suz xorek agil li agil siz insan ve s i4 liq4 i4 sekilcileri ise hem de isim duzeltdiyi ucun omonim sekilcilerdir Sultan liq isim agil li usaq sifet yaxsi liq isim qurban liq qoc sifet yaz i isim palid i reng sifet ve s Qeyd Sifet duzelden li sekilcisi qosuldugu sozun son samitinden asili olaraq ri ni di seklinde teleffuz olunur Meselen qarli qarri dadli daddi buludlu bulutdu ve s Feilden duzelen sifetler Asagidaki leksik sekilcilerin komeyi ile fel koklerinden sifet duzelir agan eyen qac agan at gul eyen usaq ve s Agla gan korpe duzeltme sifeti de bu sekilcinin komeyi ile duzelmisdir Burada feil koku saitle bitdiyi ucun sekilcideki birinci sait ses dusmusdur qan qan ken calis qan sagird dalas qan usaq surus ken yer doyus ken esger ve s Deyingen qoca duzeltme sifeti de bu sekilcinin komeyi ile duzlemisdir Bu sozde feil cingiltili samitle bitdiyi ucun sekilcinin ilk samiti de kar yox cingiltili samitdir gin4 gin gin gun gun Bu sekilci sonu cingiltili samitle biten feil koklerine qosulur az gin dusmen dal gin baxis ger gin is ez gin sifet sol gun cicek yor gun adam suz gun baxis duz gun cavab ve s qin4 qin kin qun kun Yuxaridaki sekilcinin varianti olan bu sekilci sonu kar samitle biten feil koklerine qosulur sat qin adam kes kin soz bit kin fikir cos qun deniz tut qun hava kus kun baxis ot kun soz ve s iq4 iq ik uq uk ac iq qapi ez ik paltar yan iq corek uc uq ev sok uk divar soyu q su curu k meyve boyu k usaq ve s ici4 qir ici teyyare kec ici xestelik qur ucu eller oldur ucu gulus aq aq ek qorx aq adam urk ek at parla q sac titre k ses ve s unc unc qorx unc hadise gul unc is ve s Qeyd 1 Feilden sifet duzelden bu sekilcilerden qin gin sekilcileri bezi isimler de duzeldir Meselen bas qin yan gin qir gin sur gun ve s Qeyd 2 iq ve aq sekilcileri hem de feilden isim duzeldir bacar iq bili ik yat aq sanc aq ve s Bu sekilciler omonim sekilciler sayilir Qeyd 3 kan kin kun sekilcilerinin ilk samiti teleffuzde cingiltili teleffuz olunur Meselen surusken surusgen keskin kesgin otkun otgun ve s Murekkeb sifetler ise sintaktik yolla emele gelir Bir sade bir duzeltme sifetin birlesmesi ile bitisik yazilir Her ikisi duzeltme sifetlerin birlesmesi ile aciqurekli bitisik yazilir Eks menali sifetlerin birlesmesi ile defisle yazilir Eyni sozun tekrari ile defisle yazilir Meselen dadli dadli Sifetle basqa bir nitq hissesinin birlesmesi ile bitisik yazilir Meselen acgoz be bitistiricisinin komeyi ile bitisik yazilir Meselen rengbereng uzbeuz Birterefi ayriliqda islene bilmeyen sozlerin komeyi ile kele kotur ezik uzuk Sifetin dereceleriSifeti basqa nitq hisselerinden ferqlendiren esas xususiyyetlerinden biri onun dereceleridir Muxtelif elamet keyfiyyet deyismelerini ifade etmek ucun sifetlerin dusduyu sekillere sifetin muqayise dereceleri deyilir Sifetin muqayise dereceleri asagidakilardir Adi derece Elametin normada oldugunu bildiren derece adi derece adlanir O butun derecelere meyar hesab olunur Meselen boyuk kicik enli calisqan Azaltma derecesi Elametin ve keyfiyyetin adi dereceden nisbeten az oldugunu bildiren derecedir Meselen agimtil uzunsov qarayaniz goderek qarasin 2 usul ile duzelir morfoloji ve sintaktik Coxaltma derecesi Elametin ve ya keyfiyyetin normadan cox oldugunu bildirir 2 usul ile duzelir morfoloji ve sintaktik Meselen xirdaca zil qara agappaq Sifetin cumlede roluSifetin cumlede rolu ve morfoloji tehlil qaydasi Sifetler cumlede en cox teyin olur Xeberlik sekilcisi qebul etdikde ise ister isimlesmis sifetler isterse de isimlesmemis sifetler cumlede xeber olur Meselen Bu oglan cox igiddir adi sifet O kecen ay onlarla ermenini mehv eden igiddir isimlesmis sifet Isimlesmis diger sifetler ise cumlede bir qayda olaraq mubteda ve tamamliq olur IstinadlarS Sadiq E Necefov A Esedov Azerbaycan dili Ders vesaiti Baki Casioglu 2009 272 s