Sağ qulaqcıq – (lat. Atrium dextrum) ürək əsasının qabaq və sağ tərəfini işğal etmişdit etmişdir və özü də kub şəklindədir. Bunun yuxarı divarına yuxarı boş venanın dəliyi (ağzı) – (lat. ostium venae cavae superioris) və arxa divarını aşağı boş venanın dəliyi (ağzı) – (lat. ostium venae cavae inferioris) açılır. Bunların arasında arxa divar üzərində xüsusi bir qabarcıq – (lat. tuberculum intervenosum (Loweri – BNA)) vardır. Bu qabarcıq embrional dövrdə yuxarı boş venadan gələn qanın axınını sağ mədəciyə doğru yönəldir və müəyyən dərəcədə Yuxarı və aşağı boş venalardan gələn qan axınlarının bir-birinə toqquşmasına mane olur. Sağ qulaqcığın ön hissəsi çıxıntı şəklində olur və sağ seyvanı – (lat. auricula dextra) təşkil edir. Bu, üçbucaq şəklində olub sağ tərəfdən orta əsasını əhatə edir və ağ ciyər kötüyünün sağ tərəfinə keçir; daxili səthində daraqlı əzələlər – (lat. mm. pectinati) vardır. Bunlar yuxarıda çəp istiqamətdə durmuş hüdudi daraq – (lat. crista terminalis) üzərində tam olurlar. Hüdudi daraq sağ qulaqcığın xarici səthində olan hüdudi şırıma – (lat. sulcus terminalis) uyğundur.
- Sağ qulaqcığın sol divarını qulaqcıqlar arası arakəsmə – (lat. septum interatriale) təşkil etmişdir. Bu arakəsmənin sağ səthində (yəni sağ qulaqcığa baxan səthində) oval çuxur – (lat. fossa ovalis) vardır. Bu çuxurun yerində embrional dövrdə dəlik – (lat. foramen ovale) olur. Belə ki, embrionda sağ qulaqcıq sol qulaqcıq ilə birləşir. Döl anadan olandan sonra həmin dəlik tutulur və əvəzində oval çuxur əmələ gəlir. Oval çuxur yuxarı və qabaq tərəfdən büküş (haşiyə) – (lat. limbus fossae ovalis (Vieussenii – BNA)) vasitəsilə əhatə olunmuşdur. Bu büküş aşağı boş venanın ağzının aşağı kənarına doğru gedərək onun qapaqcığı ilə – (lat. valvula venae cavae inferioris (Eustachii – BNA)) birləşir. Bu qapağın və yuxarıda göstərilən büküşün embrional dövrdə artıq dərəcədə əhəmiyyəti vardır. Çünki bunların vasitəsilə aşağı boş venadan gələn qanın axını sağ qulaqcıqdan sol qulaqcığa yönəldilir. Döl anadan olandan sonra həmin büküşlərin əhəmiyyəti itir.
- Sağ qulaqcıq aşağı tərəfdən sağ qulaqcıq-mədəcik dəliyi – (lat. ostium atrioventriculare dextrum) vasitəsilə sağ mədəcik ilə birləşir. Bu dəliyin şəkli girdə və bir az uzunsovdur və diametri 4 sm-dir.
- Yuxarı və aşağı boş venalardan başqa sağ qulaqcığa bir də ürəyin tac cibi – (lat. sinus coronarius) və ürəyin kiçik venalarının dəlikləri (ağızları) – (lat. foramina venarum minimarum (Thebesii – BNA)) açılır. Ürəyin tac cibi aşağı boş vena ağzı ilə sağ qulaqcıq-mədəcik dəliyinin arasında yerləşir və endokard təbəqəsindən əmələ gəlmiş kiçik bir qapaqcıq – (lat. valvula sinus coronarii (Thebesii – BNA)) vasitəsilə əhatə olunmuşdur. Bu qapağın əhəmiyyəti bundadır ki, qulaqcıq sistola edərkən tac cibi örtərək qanın ürəyin xüsusi venalarına doğru qayıtmasına mane olsun.
Sağ qulaqcıq | |
---|---|
| |
[[File:|frameless|300x300px| ]] | |
Latınca | Atrium dextrum |
Qrey | subyekt 138 528 |
Arteriya | Sağ tac arteriya |
MeSH | Right+Atrium |
Xarici keçidlər
- Anatomy Tables – Heart 2011-02-18 at the Wayback Machine
İstinadlar
- K. Ə. Balakişiyevin öz ifadəsi
Mənbələr
- Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı – 1979
- Atlas of Human Cardiac Anatomy – Endoscopic views of beating hearts – Cardiac anatomy
- Р. Д. Синельников. Атлас анатомии человека (4 тома)
- Anatomy: Embryologie [ölü keçid]
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Sag qulaqciq lat Atrium dextrum urek esasinin qabaq ve sag terefini isgal etmisdit etmisdir ve ozu de kub seklindedir Bunun yuxari divarina yuxari bos venanin deliyi agzi lat ostium venae cavae superioris ve arxa divarini asagi bos venanin deliyi agzi lat ostium venae cavae inferioris acilir Bunlarin arasinda arxa divar uzerinde xususi bir qabarciq lat tuberculum intervenosum Loweri BNA vardir Bu qabarciq embrional dovrde yuxari bos venadan gelen qanin axinini sag medeciye dogru yoneldir ve mueyyen derecede Yuxari ve asagi bos venalardan gelen qan axinlarinin bir birine toqqusmasina mane olur Sag qulaqcigin on hissesi cixinti seklinde olur ve sag seyvani lat auricula dextra teskil edir Bu ucbucaq seklinde olub sag terefden orta esasini ehate edir ve ag ciyer kotuyunun sag terefine kecir daxili sethinde daraqli ezeleler lat mm pectinati vardir Bunlar yuxarida cep istiqametde durmus hududi daraq lat crista terminalis uzerinde tam olurlar Hududi daraq sag qulaqcigin xarici sethinde olan hududi sirima lat sulcus terminalis uygundur Sag qulaqcigin sol divarini qulaqciqlar arasi arakesme lat septum interatriale teskil etmisdir Bu arakesmenin sag sethinde yeni sag qulaqciga baxan sethinde oval cuxur lat fossa ovalis vardir Bu cuxurun yerinde embrional dovrde delik lat foramen ovale olur Bele ki embrionda sag qulaqciq sol qulaqciq ile birlesir Dol anadan olandan sonra hemin delik tutulur ve evezinde oval cuxur emele gelir Oval cuxur yuxari ve qabaq terefden bukus hasiye lat limbus fossae ovalis Vieussenii BNA vasitesile ehate olunmusdur Bu bukus asagi bos venanin agzinin asagi kenarina dogru gederek onun qapaqcigi ile lat valvula venae cavae inferioris Eustachii BNA birlesir Bu qapagin ve yuxarida gosterilen bukusun embrional dovrde artiq derecede ehemiyyeti vardir Cunki bunlarin vasitesile asagi bos venadan gelen qanin axini sag qulaqciqdan sol qulaqciga yoneldilir Dol anadan olandan sonra hemin bukuslerin ehemiyyeti itir Sag qulaqciq asagi terefden sag qulaqciq medecik deliyi lat ostium atrioventriculare dextrum vasitesile sag medecik ile birlesir Bu deliyin sekli girde ve bir az uzunsovdur ve diametri 4 sm dir Yuxari ve asagi bos venalardan basqa sag qulaqciga bir de ureyin tac cibi lat sinus coronarius ve ureyin kicik venalarinin delikleri agizlari lat foramina venarum minimarum Thebesii BNA acilir Ureyin tac cibi asagi bos vena agzi ile sag qulaqciq medecik deliyinin arasinda yerlesir ve endokard tebeqesinden emele gelmis kicik bir qapaqciq lat valvula sinus coronarii Thebesii BNA vasitesile ehate olunmusdur Bu qapagin ehemiyyeti bundadir ki qulaqciq sistola ederken tac cibi orterek qanin ureyin xususi venalarina dogru qayitmasina mane olsun Sag qulaqciqSag qulaqciq ve medecik File frameless 300x300px Ureyin diaqrammasi Ureyin diaqrammasiLatinca Atrium dextrumQrey subyekt 138 528Arteriya Sag tac arteriyaMeSH Right AtriumXarici kecidlerAnatomy Tables Heart 2011 02 18 at the Wayback MachineIstinadlarK E Balakisiyevin oz ifadesiMenbelerProf Kamil Ebdulsalam oglu Balakisiyevin Insanin Normal Anatomiyasi II cild MAARIF Nesriyyati Baki 1979 Atlas of Human Cardiac Anatomy Endoscopic views of beating hearts Cardiac anatomy R D Sinelnikov Atlas anatomii cheloveka 4 toma Anatomy Embryologie olu kecid