Sarıtəpə yaşayış yeri — Azərbaycan ərazisində arxeoloji abidə
Sarıtəpə yaşayış yeri Qazax şəhərinin cənub-şərqində yerləşir. Yaşayış yerində 1956-cı ildə İ.H.Nərimanov tərəfindən tədqiqat işlərinə başlanmışdır. Aşkar olunan arxeoloji materiallar əhalinin məşğuliyyəti və həyat tərzi haqqında məlumat verir. Yaşayış məskəninin qalıqlarına əsasən binanın ilkin planını bərpa etmək mümkün olmuşdur. Daxili hissədə ümumi sahəsi 300 kv. m olan böyük zal, zalda «Persopol» üslubunda dirəklər vardı.
Tədqiqatçılar müəyyən etmişlər ki, e.ə. VII əsrdə Sarıtəpədə güclü yanğın baş vermişdir. Yanğından əmələ gəlmiş kül qatından ibarət təbəqənin qalınlığı 0,7 m-ə çatır. Həmin təbəqədən aşkar olunmuş yerüstü binaların inşasında çay daşlarından, saman qarışıqlı palçıqdan, həmçinin ağacdan geniş istifadə olunmuşdur. Sarıtəpədə qeydə alınan yaşayış binaları uzunsov, dördkünc formalıdır. Binaların divarları çay daşları ilə hörülərək, gil məhlulu ilə möhkəmləndirilmişdir. Divarların içərisi və evlərin döşəməsi gillə suvanmışdır.
Arxeoloji qazıntılar zamanı Sarıtəpədən xeyli təsərrüfat və dini xarakterli binaların qalıqları aşkar olunmuşdur. Öyrənilmişdir ki, bu abidələr öz xarakterləri baxımından bir ailə və ya kiçik bir kollektivə aid deyil, böyük icmaya məxsus olmuşdur. Elə buna əsaslanaraq tədqiqatçılar Sarıtəpəni böyük tayfa ittifaqlarından birinin mərkəzi hesab edirlər.
Arxeoloji tədqiqatlar zamanı yaşayaş yerindən Xocalı- Gədəbəy mədəniyyəti üçün xarakterik olan tunc bəzək əşyaları, boz və qara rəngli iri təsərrüfat küpləri, üzəri cızma naxışlı məişət qabları, yanmış taxıl və üzüm dənləri, xırdabuynuzlu və iribuynuzlu heyvan sümükləri əldə edilmişdir. Yaşayış yerindən aşkar olunan heyvan başlıqlı tunc qolbaqlar, dairəvi və düzbucaq formalı gil möhürlər diqqəti cəlb edir. Bu möhürlərin aşkar olunması, Son Tunc dövründə xüsusi mülkiyyətin mövcudluğunu təsdiq edən faktlardan biridir. Yaşayış yeri aşkar olunan arxeoloji materiallar əsasında e.ə. II minilliyin sonu, I minilliyin əvvəlinə aid edilir.
Mənbə
- Vəli Baxşəli oğlu Baxşəliyev. Azərbaycan arxeologiyası (Ali məktəb tələbələri üçün vəsait). I cild. Bakı: Elm, 2007
- İradə Avşarova, Qənirə Pirquliyeva. Qafqaz arxeologiyası. Bakı,2010
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Saritepe yasayis yeri Azerbaycan erazisinde arxeoloji abide Saritepe yasayis yeri Qazax seherinin cenub serqinde yerlesir Yasayis yerinde 1956 ci ilde I H Nerimanov terefinden tedqiqat islerine baslanmisdir Askar olunan arxeoloji materiallar ehalinin mesguliyyeti ve heyat terzi haqqinda melumat verir Yasayis meskeninin qaliqlarina esasen binanin ilkin planini berpa etmek mumkun olmusdur Daxili hissede umumi sahesi 300 kv m olan boyuk zal zalda Persopol uslubunda direkler vardi Tedqiqatcilar mueyyen etmisler ki e e VII esrde Saritepede guclu yangin bas vermisdir Yangindan emele gelmis kul qatindan ibaret tebeqenin qalinligi 0 7 m e catir Hemin tebeqeden askar olunmus yerustu binalarin insasinda cay daslarindan saman qarisiqli palciqdan hemcinin agacdan genis istifade olunmusdur Saritepede qeyde alinan yasayis binalari uzunsov dordkunc formalidir Binalarin divarlari cay daslari ile horulerek gil mehlulu ile mohkemlendirilmisdir Divarlarin icerisi ve evlerin dosemesi gille suvanmisdir Arxeoloji qazintilar zamani Saritepeden xeyli teserrufat ve dini xarakterli binalarin qaliqlari askar olunmusdur Oyrenilmisdir ki bu abideler oz xarakterleri baximindan bir aile ve ya kicik bir kollektive aid deyil boyuk icmaya mexsus olmusdur Ele buna esaslanaraq tedqiqatcilar Saritepeni boyuk tayfa ittifaqlarindan birinin merkezi hesab edirler Arxeoloji tedqiqatlar zamani yasayas yerinden Xocali Gedebey medeniyyeti ucun xarakterik olan tunc bezek esyalari boz ve qara rengli iri teserrufat kupleri uzeri cizma naxisli meiset qablari yanmis taxil ve uzum denleri xirdabuynuzlu ve iribuynuzlu heyvan sumukleri elde edilmisdir Yasayis yerinden askar olunan heyvan basliqli tunc qolbaqlar dairevi ve duzbucaq formali gil mohurler diqqeti celb edir Bu mohurlerin askar olunmasi Son Tunc dovrunde xususi mulkiyyetin movcudlugunu tesdiq eden faktlardan biridir Yasayis yeri askar olunan arxeoloji materiallar esasinda e e II minilliyin sonu I minilliyin evveline aid edilir MenbeVeli Baxseli oglu Baxseliyev Azerbaycan arxeologiyasi Ali mekteb telebeleri ucun vesait I cild Baki Elm 2007 Irade Avsarova Qenire Pirquliyeva Qafqaz arxeologiyasi Baki 2010