Salman Farsi (ərəb. سلمان الفارسي, fars. سلمان فارسی; 568, Kazeroun, Sasanilər dövləti – 657, Ktesifon) — Məhəmməd peyğəmbərin səhabəsi, Dörd sadiq səhabədən biri.
Salman Farsi | |
---|---|
fars. سلمان فارسی), ərəb. سلمان الفارسي | |
Doğum tarixi | 568 |
Doğum yeri | |
Vəfat tarixi | 657 |
Vəfat yeri | |
Fəaliyyəti | vaiz[d], hərbi lider[d], tərcüməçi, yazıçı |
Vikianbarda əlaqəli mediafayllar |
Səlman Farsi İslamın çiçəkləndiyi dövrdə böyük xidmətləri ilə Peyğəmbərin (s) ən yaxın adamlarından oldu və onun vəfatından sonra da bu yolda mətinliklə dayana bildi. Peyğəmbər Səlmanın həqiqət axtarışında olmasını yüksək qiymətləndirərək demişdir: "Əgər din Sürəyyada da (bürc) olmuş olsaydı, Səlman ona yol tapardı.”
Səlmanın zöhd və təqvası hamı tərəfindən qəbul olunmuş bir həqiqətdir. O, ibadət və cihadda nümunə sayılır, elm və imanda öndə gedirdi. Onun təvazökarlığı və sadəliyi, Əhli-beytə (ə) iman və ixlası, həqiqət yolunda dözümü, vilayət xəttində sabitliyi, xüzu və xüşusu, ədalət və kamalı, bir sözlə bütün xüsusiyyətləri yaşadığı dövrün azğınlıqları içində həqiqət axtaranlar üçün bir nümunə idi. Səlman müsəlmanlıq iftixarına nail oldu və Peyğəmbər (s) vasitəsi ilə azadlığa çıxdı. O, bir müddət Mədain şəhərinin hakimi oldu. Həyatının heç bir dönəmində haqq yolda büdrəmədi.
Fəzilət və kamal çeşməsi olan Səlman hicri 35-ci ildə uzun bir ömür yaşadıqdan sonra (bəzi mənbələr Səlmanın 250, bəzi mənbələr isə 350 il yaşadığını bildirirlər) vəfat etdi.
Səlmanın elmi
Cəfəri Sadiq nəql edir ki, bir gün həzrət Peyğəmbər (s) öz yaxınlarına buyurur:
- “Sizlərdən hansınız bütün günləri ardıcıl oruc tutur?”
Səlman cavab verir ki, “ya Rəsuləllah, mən!”
Peyğəmbər (s) soruşur:
- “Sizlərdən hansınız bütün gecələri ardıcıl ibadətə məşğul olur?”
Yenə Səlman cavab verir ki, “mən!"
Həzrət (s) növbəti sualını verir:
“Sizlərdən eləsi varmı ki, bir günə bir Quran oxuyub xətm etsin?”
Səlman cavab verir ki, “ya Rəsuləllah, mən!”
Səlmanın cavabları məclisdəkilərdən birini narahat edir. Həmin şəxs Səlmanı özünü tərifləməkdə ittiham edərək deyir:
“Əksər günlər Səlmanın oruc olmadığını görmüşəm. Gecələrin də çoxunu yatır. Həm də əksər vaxtlar susur. Necə ola bilər ki, belə bir adam daim oruc olsun, gecələri ibadət etsin və bir günə Qur`anı oxuyub başa vursun?”
Peyğəmbər (s) buyurdu:
- “Sakit ol, sənin Loğman kimisi ilə nə işin! Əgər necəliyini bilmək istəyirsənsə, onun özündən soruş.”
Səlman öz dediklərini belə izah etdi:
- “Ayda üç gün oruc tuturam. Allah-təala buyurur ki, hər kəs yaxşı iş görsə, həmin işin əvəzini onqat alacaq. Demək, mənim orucum otuz gün olur. Şabanın sonuncu günü oruc tutub, onu ramazanın əvvəlinci günü ilə əlaqələndirirəm. Belə edənlərə həmişə oruc tutanların mükafatı verilir. Peyğəmbərimiz (s) buyurmuşdur ki, hər kəs pak, dəstəmazlı, təharətli halda yatsa, bütün gecəni ibadət etmiş kimidir. Quran xətminə gəldikdə isə, Peyğəmbər (s) Əli haqqında buyurmuşdur ki, sən “qul huvəllah”ın oxşarısan; o surəni bir dəfə oxuyan Quranın üçdə birini oxumağın, iki dəfə oxuyan Quranın üçdə ikisini oxumağın, üç dəfə oxuyan isə bütün Quranı xətm etməyin savabını alır; ya Əli, hər kəs səni dildə dost tutsa, imanının üçdə biri, hər kəs həm qəlbi, həm də dili ilə sənə dost olsa, imanının üçdə ikisi və hər kəs həm qəlbi, həm dili, həm də əqli ilə sənə yardımçı olsa, bütün imanı kamala çatar.” “
Mədain hakimi
İranlılar Səlmanın Mədainə hakim təyin edildiyini eşidib, onu qarşılamağa çıxırlar. Onlar elə düşünürdülər ki, Səlman da əvvəlki hakimlər kimi nökər-naib, cah-cəlalla Mədainə gələcək. Şəhər əhlinin nəzəri üfüqlərə dikilmişdi. Bu vaxtarıq ata minmiş, yükü süfrə və su kuzəsi olan saç-saqqalı ağarmış bir qoca göründü. Şəhər əhli ondan Səlmanı görüb-görməməsini soruşurlar. Onun Səlman olduğunu bilən Mədain əhli donub qalır. Təəccüb edirlər ki, bu haldan düşmüş bu qoca Mədainə necə başçılıq edəcək?
Əhalinin azğınları sevindilər ki, bu qocanın hakimiyyəti altında çalıb-çapmaq asan olacaq. Amma bu baş vermədi! Səlman xüsusi minikdən və saraydan imtina edərək, məscidin yaxınlığında sadə evə üz tutub onu iqamətgah edib, işə başladı.
Səlman öz hakimiyyəti dövründə beytül-malı xalqın ehtiyaclarına sərf edər, hətta maaşını da ümumi işlər yolunda xərcləyərdi. Səlmanın sadə həyatı ona məhəbbəti gücləndirir və şöhrətpərəst hakimlərə nifrəti artırır. Onun bərbəzəksiz həyat tərzi ikinci xəlifəni narahat etdi və o, Səlmana məktub yazaraq, uyğun qeydlərdən əlavə tapşırdı ki, Peyğəmbərin vəfalı səhabələrindən olmuş Hüzeyfə ibn Yəban haqqında məlumat toplasın. Səlman xəlifənin məzəmmət və tapşırıqlarına belə bir məktubla cavab verir:
"Allahın adı ilə! Peyğəmbər (s) tərəfindən azad edilmiş Səlmandan Ömər ibn Xəttaba.
Sənin məzəmmət dolu məktubunu aldım. Yazmışdın ki, məni Mədain əhlinə hakim təyin etmisən və göstəriş vermisən ki, Hüzeyfənin yaxşı-pis işləri haqqında sənə məlumat verim. Hansı ki, Allah-təala öz kitabında casusluq və qeybəti qadağan etməklə yanaşı, bir çox günahlardan da çəkinməyi tapşırır. Bu səbəbdən də əmrini yerinə yetirə bilmirəm. Hüzeyfə haqqında tapşırığını icra edərək Allaha qarşı itaətsizlik göstərən deyiləm.
İndi isə mənim həsir toxumağım və arpa çörəyi yeməyim haqqında: − mənə arpa çörəyi yeməyimi irad edirsən. Mö`min belə işlərdən ötrü məzəmmət olunmamalıdır. And olsun Allaha, həsir toxumaq, arpa çörəyi yeyib başqalarına möhtac olmamaq, kimsənin süfrəsinə göz dikməmək Allah yolunda sevimli və təqvaya ən yaxın bir işdir. Peyğəmbərin (s) arpa çörəyi tapdığı vaxt narahat olmadan onunla qane olduğunu görmüşəm.
Sonra isə mənim maaşım haqqında yazırsan. Mən onu qiyamət günündəki ehtiyaclarım üçün xərcləyirəm. And olsun Allaha, boğazımdan ötürmək üçün dişlərimin üyüdə biləcəyi şey mənim nəzərimdə buğda çörəyi və qoyun ətindən fərqlənmir. Sonra deyirsən ki, mən öz rəftarımla hökuməti zəif və xar etmiş, özümü gücsüz göstərmişəm; bu səbəbdən də Mədain əhli mənim hakimiyyətimdən xəbərsizdir və məni keçib getmək üçün bir körpü, yüklərini daşıtdırmaq üçün hambal qərar vermişlər; bu məsələ ilahi hökumətin zəifliyinə səbəb olmuşdur. Bil ki, Allaha itaət yolunda xarlıq Onu itaətsizlik yolunda izzətdən sevimlidir. Yaxşı bilirsən ki, Allahın rəsulu (s) da xalqla yaxın olmuş, onlarla ünsiyyət saxlamışdır. O, Peyğəmbər (s) və hakim olmasına baxmayaraq, insanlarla isti münasibətdə olmuşdur. Məgər Peyğəmbər (s) sadə xörək yeməmişdirmi, cod paltar geyməmişdirmi, bütün təbəqələrə bir gözlə baxmamışdırmı?!
Ey Ömər, məgər Peyğəmbər (s) buyurmamışdırmı ki, hər kəs yeddi nəfərə rəhbər tə`yin edilsə və ədaləti gözləməsə, Allahın qəzəbinə gələcək?! Kaş mən sənin dediyin xarlıq və zəifliklə Mədain hakimliyindən salamat ötüb-keçəydim. Mən bir şəhərə rəhbərlikdən bu qədər qorxuramsa, Peyğəmbərdən (s) sonra bütün ümmətə rəhbərlik edən şəxs nə qədər qorxmalıdır?! Allah-təala buyurmuşdur: “Axirət evi o insanlarındır ki, yer üzündə fitnə-fəsad törətmirlər...” Bil ki, mənim hakimiyyətim xalq arasında Allahın hədlərini yerinə yetirməkdən ibarətdir. Bu iş alim və agah bir insanın göstərişləri əsasında həyata keçir. Mən həmin şəxsin üsulu əsasında hərəkət edirəm."
Bu məktubdan Səlmanın öz hakimiyyəti dövründəki ruhiyyəsini və iş üsulu aydınlaşır. Qüdrət və rəyasət onu təvazökarlıqdan uzaqlaşdırmadı, qürrələndirmədi. Səlman hakim olduğu vaxt bir an da unutmadı ki, o quldur. Amma başqasının yox, Allahın qulu!
Salmanın sadə həyat yaşaması və zahidliyi bu rəvayətdən də aydınlaşır:
Bir gün iki müsəlman Səlmana qonaq olur. Səlman süfrəyə bir parça çörək və duz qoyur. "Peyğəmbər (s) qadağan etmiş olmasaydı, daha yaxşı süfrə açardım", deyir. Qonaqlardan biri "bir qədər göyərti olsaydı, yaxşı olardı", deyə Səlmana müraciət edir. Səlman küçəyə çıxır və aftafasını bir dükanda girov qoyub, göyərti alır. Süfrə yığışıldıqda qonaqlardan biri belə dua edir: "Allaha həmd oxuyuram ki, bizi verdiyi nemətlərdən qane etdi." Səlman isə belə deyir: "Əgər qane olsaydın, mənim aftafam girov qoyulmazdı."
Haqqında hədislər
Əli ibn Əbu Talib Peyğəmbərin (s) yaxınları haqqında danışarkən Səlmanın adına çatdıqda buyurur: "Bəh-bəh, Səlman biz Əhli-beytdəndir. Siz Səlman kimisini haradan tapa bilərsiniz?! O, həkim Loğman kimidir, əvvəlin və sonranın elmini bilir, Səlman nəhayətsiz bir dəryadır..."
Əbuzər: "Gördüm ki, Salmanla Bilal Peyğəmbərə tərəf gəlirlər. Birdən, Salman Allahın Peyğəmbərinin (s) ayağına düşüb onu öpməyə başladı. Peyğəmbər onu bu işdən çəkindirib sonra buyurdu: Ey Salman! Əcəmlərin öz padşahları ilə gördüyü işi mənə qarşı etmə! Mən Allahın bəndələrindən biriyəm. Bəndə kimi xörək yeyir və bəndə kimi oturub dururam."
Allahın peyğəmbəri (s) "Əgər ondan üz döndərsəniz, (Allah) yerinizi sizlər kimi olmayacaq başqa bir camaata verəcək" ayəsini oxuyanda soruşdular: "Biz üz döndərmiş olsaq, Allah-taalanın bizim yerimizi verəcəyi camaat kimdir?" Həzrət əlini Salmanın çiyninə vura-vura buyurdu: "Bu kişi və onun həmvətənləri. And olsun canım əlində olana! İman ulduzdan asılmış olsa da farslardan olan kişilər onu əldə edərlər."
Salman Farsinin özü haqqında dedikləri
Geniş bir hədisdə Salman öz həyatını, ömür tarixçəsini belə bəyan edir:
İsfahanın Cey kəndində bir kəndli ailəsində anadan oldum. Atəşpərəstlik (məcus) dinində xeyli zəhmət çəkdim. Daim atəş yandırar, onu qoruyub, sönməyə qoymazdım. Atamın bir bağı vardı. Bir gün məni həmin bağa göndərdi. Yolda bir məsihi kilsəsi gördüm. Onların ibadət və dua səsləri məni cəzb etdi. Daha artıq məlumat toplamaq üçün binaya daxil oldum. Onların dua mərasimini müşahidə edib öz-özümə dedim ki, bu din bizim dinimizdən yaxşıdır. Hava qaralanadək orada qaldım və atamın bağına getmədim. Nəhayət, ardımca adam gəldi. Qəlbimdə xoş hisslər yaratmış dinin mərkəzinin harada olduğunu soruşdum. Dedilər ki, Şamdadır. Atamın yanına qayıtdıqdan sonra öz müşahidələrim, qəlbimdə yaranan hisslər haqqında ona danışdım. Atamla söhbətimiz mübahisəyə çevrildi. Nəhayət, ayaqlarımı zəncirləyib həbs etdilər.
Məsihilərə xəbər göndərdim ki, mən onların dinini qəbul etmişəm. Onlardan xahiş etdim ki, Şamdan karvan gələndə mənə xəbər versinlər. Həmin karvanla Şama getmək qərarına gəlmişdim. Qərarımı həyata keçirdim. Atamın həbsindən qaçıb, Şama üz tutdum. Kilsələrin rəisi və böyük alim, “Usquf” adını daşıyan bir şəxsin yanına getdim. Başıma gələnləri ona danışdım. Usqufun yanında qalıb, ibadət və təhsillə məşğul oldum.
Bir qədər dünyagir Usquf dünyasını dəyişdikdən sonra axirətə rəğbətli bir xadim onun canişini oldu. Mən bu şəxsə daha çox bağlandım. Amma xoş münasibətlərimiz uzun sürmədi. Çünki o da tezliklə vəfat etdi. Ölümündən qabaq soruşdum ki, ondan sonra kimə müraciət edim, kimdən tövsiyə alım? O, məsləhət gördü ki, Mosulda yaşayan bir məsihiyə müraciət edim. Deyilən şəxsi tapsam da, o da bir müddət sonra dünyasını dəyişdi. Dini işlərimdə yardım almaq üçün növbəti abid sorağı ilə Nəsibinə, sonra isə Rum şəhəri Əmuriyyəyə yola düşdüm. Oradakı abidlərdən istifadə etməklə yanaşı, maddi ehtiyaclarımı ödəmək üçün bir neçə inək və qoyun aldım. Sonuncu abiddən soruşdum ki, özündən sonra kimə üz tutmağımı məsləhət görürsən.
Dedi:
- “Elə bir şəxs tanımıram, amma indi İbrahim dinində olan növbəti peyğəmbərin zühuru gözlənilir. Həmin peyğəmbər iki daş-kəsəklik arasında xurma bağları olan bir məntəqəyə hicrət edəsidir. Əgər imkan tapsan, özünü ona çatdır. O peyğəmbərin əlamətlərindən biri budur ki, sədəqə götürməz, amma hədiyyə qəbul edər; onun iki çiyni arasında peyğəmbərlik nişanı var. Onu bu nişanla hökmən tanıyarsan”.
Bir gün ərəb diyarından gəlmiş karvana qoşulub yola düşdüm. Amma onlar məni yolda zorla bir yəhudiyə satdılar. Orada qaldığım müddətdə elə bilirdim ki, axtardığım yer elə oradır. Əslində isə, ora tamam başqa bir məntəqə idi. Bir müddət sonra başqa bir yəhudi məni əvvəlki sahibimdən alıb, özü ilə Mədinə şəhərinə apardı.
Mədinədə sahibimin xurma bağında işləyirdim. Bir müddət sonra Allah öz peyğəmbərini seçdi. Onun peyğəmbərliyə çatmasından bir qədər sonra Mədinəyə hicrət etdiyini eşitdim. Qubada Bəni-Əmr ibn Of tayfasının yanında qaldı. Sahibimin öz əmisi oğlu ilə söhbətlərindən anladım ki, axtardığım peyğəmbər elə odur. Gecə məxfi şəkildə evdən çıxıb, özümü Qubaya çatdırdım. Peyğəmbərin xidmətinə yetişdim. Hüzurunda bir neçə nəfər vardı. Dedim ki, siz bu yerdə qəribsiniz, mənimsə bir miqdar sədəqə azuqəm var, hansınıza verməyim daha yaxşıdır? Peyğəmbər səhabələrinə “Allahın adı ilə başlayın” buyurub, özü süfrəyə əl uzatmadı. Öz-özümə dedim ki, sədəqəyə toxunmaması onun peyğəmbərliyinin nişanəsidir.
Səhəri gün yenə bir qədər azuqə götürüb, onun xidmətinə getdim. Hədiyyə adı ilə bu yeməyi ona təqdim etdim. Səhabələrinə buyurdu ki, Allahın adı ilə başlayın, özü də yeməyə başladı. Öz-özümə dedim ki, hədiyyəni qəbul etməsi də onun peyğəmbərlik nişanəsidir. Onda üçüncü nişanəni axtarırdım. Bir neçə gün sonra onu səhabələri ilə birlikdə “Bəqi” qəbiristanında gördüm. Bir əbanı geyinmiş, o birini çiyninə salmışdı. Onun arxasında durdum ki, peyğəmbərlik möhrünü görüm. O, mənim məqsədimi anlayıb, çiynindən əbanı götürdü və mən həmin peyğəmbərlik nişanını gördüm. Peyğəmbərlik möhrü eynən deyildiyi şəkildə idi. Ayaqlarına düşüb öpdüm və ağladım. Həzrət məndən başıma gələnləri soruşdu, mən də olub-keçənləri nəql etdim. Sonra İslamı qəbul etdim. Amma qul olduğum üçün Bədr və Ühüd döyüşlərində iştirak edə bilmədim. Peyğəmbərin (s) məsləhəti ilə azad olmağım üçün sahibimlə müqavilə bağladım. Müsəlmanların köməyi ilə müəyyən olunmuş məbləği ödəyib azad oldum. Azad müsəlman kimi yaşayıb, Xəndək və sair döyüşlərdə iştirak etdim.
Salman biz Əhli-beytdəndir
SALMAN BİZ ƏHLİ-BEYTDƏNDİR O BİZLƏRƏ MƏHRƏMDİR
Salmana kim əziyyət vermiş olsa Mənə əziyyət vermiş olar deyə Hz Muhəmməd Mustəfa tarix boyu bəlkəmdə heç bir səhabə haqqında belə söz deməmişdi. Salman Farsi Hz Rəsuləllaha sadiq səhabələrdən idi. Elə Peyğəmbərin (s) sözləri bunun təsdiqini tapır. İslam dünyasında məşhur Xəndək döyüşü İslam ordusunun düşmən tərəfindən nisbətən zəif olduğu bir dövrdə Salman Peyğəmbərə bu döyüşdə qalib olmağın yolunu Xəndək qazmasında görür. Çox keçmir ki, Salmanın bu uzaq görənliyi öz təsirini göstərir. İstisna deyil ki, indiki dövrdə səngərlərin qazılması bəlkə də, Salmanın xəndəyinin bir mirasıdır....
İstinadlar
- Али-заде А. Исламский энциклопедический словарь (rus.). Москва: Ансар, 2007.
- İbn Əbül Hədid. "Nəhcül-Bəlağə" nin şəhri, c.18, səh.36
- "Biharül-ənvar", c. 22, с. 318.
- Biharül-ənvar c. 3, s. 155.
- İbn Əbül-Hədid. "Nəhcül-bəlağə"nin şəhri, c. 18, s. 36.
- Biharul-Ənvar, c. 76, səh. 63, hədis 3
- Təfsirul-Mizan, c.18, səh. 250
- “Biharul-ənvar”, c.22, səh.355-362.
Xarici keçidlər
- "Salman Farsi kimdir? (I hissə)" ( (az.)). islamazeri.com. 2020-06-01 tarixində . İstifadə tarixi: 2020-06-01.
- "Salman Farsi kimdir? (II hissə)" ( (az.)). islamazeri.com. 2020-06-01 tarixində . İstifadə tarixi: 2020-06-01.
- . "Peyğəmbərin (s.ə.a) səhabələri silsiləsindən (2) - Salman Farsi" ( (az.)). tərəfindən tərcümə olunub. . 2014-05-20. 2019-09-11 tarixində . İstifadə tarixi: 2020-05-30.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Salman Farsi ereb سلمان الفارسي fars سلمان فارسی 568 Kazeroun Sasaniler dovleti 657 Ktesifon Mehemmed peygemberin sehabesi Dord sadiq sehabeden biri Salman Farsifars سلمان فارسی ereb سلمان الفارسي Dogum tarixi 568Dogum yeri Kazeroun Sasaniler dovletiVefat tarixi 657Vefat yeri Ktesifon AsorustanFealiyyeti vaiz d herbi lider d tercumeci yazici Vikianbarda elaqeli mediafayllar Selman Farsi Islamin ciceklendiyi dovrde boyuk xidmetleri ile Peygemberin s en yaxin adamlarindan oldu ve onun vefatindan sonra da bu yolda metinlikle dayana bildi Peygember Selmanin heqiqet axtarisinda olmasini yuksek qiymetlendirerek demisdir Eger din Sureyyada da burc olmus olsaydi Selman ona yol tapardi Selmanin zohd ve teqvasi hami terefinden qebul olunmus bir heqiqetdir O ibadet ve cihadda numune sayilir elm ve imanda onde gedirdi Onun tevazokarligi ve sadeliyi Ehli beyte e iman ve ixlasi heqiqet yolunda dozumu vilayet xettinde sabitliyi xuzu ve xususu edalet ve kamali bir sozle butun xususiyyetleri yasadigi dovrun azginliqlari icinde heqiqet axtaranlar ucun bir numune idi Selman muselmanliq iftixarina nail oldu ve Peygember s vasitesi ile azadliga cixdi O bir muddet Medain seherinin hakimi oldu Heyatinin hec bir doneminde haqq yolda budremedi Fezilet ve kamal cesmesi olan Selman hicri 35 ci ilde uzun bir omur yasadiqdan sonra bezi menbeler Selmanin 250 bezi menbeler ise 350 il yasadigini bildirirler vefat etdi Selmanin elmiCeferi Sadiq neql edir ki bir gun hezret Peygember s oz yaxinlarina buyurur Sizlerden hansiniz butun gunleri ardicil oruc tutur Selman cavab verir ki ya Resulellah men Peygember s sorusur Sizlerden hansiniz butun geceleri ardicil ibadete mesgul olur Yene Selman cavab verir ki men Hezret s novbeti sualini verir Sizlerden elesi varmi ki bir gune bir Quran oxuyub xetm etsin Selman cavab verir ki ya Resulellah men Selmanin cavablari meclisdekilerden birini narahat edir Hemin sexs Selmani ozunu teriflemekde ittiham ederek deyir Ekser gunler Selmanin oruc olmadigini gormusem Gecelerin de coxunu yatir Hem de ekser vaxtlar susur Nece ola biler ki bele bir adam daim oruc olsun geceleri ibadet etsin ve bir gune Qur ani oxuyub basa vursun Peygember s buyurdu Sakit ol senin Logman kimisi ile ne isin Eger neceliyini bilmek isteyirsense onun ozunden sorus Selman oz dediklerini bele izah etdi Ayda uc gun oruc tuturam Allah teala buyurur ki her kes yaxsi is gorse hemin isin evezini onqat alacaq Demek menim orucum otuz gun olur Sabanin sonuncu gunu oruc tutub onu ramazanin evvelinci gunu ile elaqelendirirem Bele edenlere hemise oruc tutanlarin mukafati verilir Peygemberimiz s buyurmusdur ki her kes pak destemazli teharetli halda yatsa butun geceni ibadet etmis kimidir Quran xetmine geldikde ise Peygember s Eli haqqinda buyurmusdur ki sen qul huvellah in oxsarisan o sureni bir defe oxuyan Quranin ucde birini oxumagin iki defe oxuyan Quranin ucde ikisini oxumagin uc defe oxuyan ise butun Qurani xetm etmeyin savabini alir ya Eli her kes seni dilde dost tutsa imaninin ucde biri her kes hem qelbi hem de dili ile sene dost olsa imaninin ucde ikisi ve her kes hem qelbi hem dili hem de eqli ile sene yardimci olsa butun imani kamala catar Medain hakimiIranlilar Selmanin Medaine hakim teyin edildiyini esidib onu qarsilamaga cixirlar Onlar ele dusunurduler ki Selman da evvelki hakimler kimi noker naib cah celalla Medaine gelecek Seher ehlinin nezeri ufuqlere dikilmisdi Bu vaxtariq ata minmis yuku sufre ve su kuzesi olan sac saqqali agarmis bir qoca gorundu Seher ehli ondan Selmani gorub gormemesini sorusurlar Onun Selman oldugunu bilen Medain ehli donub qalir Teeccub edirler ki bu haldan dusmus bu qoca Medaine nece basciliq edecek Ehalinin azginlari sevindiler ki bu qocanin hakimiyyeti altinda calib capmaq asan olacaq Amma bu bas vermedi Selman xususi minikden ve saraydan imtina ederek mescidin yaxinliginda sade eve uz tutub onu iqametgah edib ise basladi Selman oz hakimiyyeti dovrunde beytul mali xalqin ehtiyaclarina serf eder hetta maasini da umumi isler yolunda xercleyerdi Selmanin sade heyati ona mehebbeti guclendirir ve sohretperest hakimlere nifreti artirir Onun berbezeksiz heyat terzi ikinci xelifeni narahat etdi ve o Selmana mektub yazaraq uygun qeydlerden elave tapsirdi ki Peygemberin vefali sehabelerinden olmus Huzeyfe ibn Yeban haqqinda melumat toplasin Selman xelifenin mezemmet ve tapsiriqlarina bele bir mektubla cavab verir Allahin adi ile Peygember s terefinden azad edilmis Selmandan Omer ibn Xettaba Senin mezemmet dolu mektubunu aldim Yazmisdin ki meni Medain ehline hakim teyin etmisen ve gosteris vermisen ki Huzeyfenin yaxsi pis isleri haqqinda sene melumat verim Hansi ki Allah teala oz kitabinda casusluq ve qeybeti qadagan etmekle yanasi bir cox gunahlardan da cekinmeyi tapsirir Bu sebebden de emrini yerine yetire bilmirem Huzeyfe haqqinda tapsirigini icra ederek Allaha qarsi itaetsizlik gosteren deyilem Indi ise menim hesir toxumagim ve arpa coreyi yemeyim haqqinda mene arpa coreyi yemeyimi irad edirsen Mo min bele islerden otru mezemmet olunmamalidir And olsun Allaha hesir toxumaq arpa coreyi yeyib basqalarina mohtac olmamaq kimsenin sufresine goz dikmemek Allah yolunda sevimli ve teqvaya en yaxin bir isdir Peygemberin s arpa coreyi tapdigi vaxt narahat olmadan onunla qane oldugunu gormusem Sonra ise menim maasim haqqinda yazirsan Men onu qiyamet gunundeki ehtiyaclarim ucun xercleyirem And olsun Allaha bogazimdan oturmek ucun dislerimin uyude bileceyi sey menim nezerimde bugda coreyi ve qoyun etinden ferqlenmir Sonra deyirsen ki men oz reftarimla hokumeti zeif ve xar etmis ozumu gucsuz gostermisem bu sebebden de Medain ehli menim hakimiyyetimden xebersizdir ve meni kecib getmek ucun bir korpu yuklerini dasitdirmaq ucun hambal qerar vermisler bu mesele ilahi hokumetin zeifliyine sebeb olmusdur Bil ki Allaha itaet yolunda xarliq Onu itaetsizlik yolunda izzetden sevimlidir Yaxsi bilirsen ki Allahin resulu s da xalqla yaxin olmus onlarla unsiyyet saxlamisdir O Peygember s ve hakim olmasina baxmayaraq insanlarla isti munasibetde olmusdur Meger Peygember s sade xorek yememisdirmi cod paltar geymemisdirmi butun tebeqelere bir gozle baxmamisdirmi Ey Omer meger Peygember s buyurmamisdirmi ki her kes yeddi nefere rehber te yin edilse ve edaleti gozlemese Allahin qezebine gelecek Kas men senin dediyin xarliq ve zeiflikle Medain hakimliyinden salamat otub keceydim Men bir sehere rehberlikden bu qeder qorxuramsa Peygemberden s sonra butun ummete rehberlik eden sexs ne qeder qorxmalidir Allah teala buyurmusdur Axiret evi o insanlarindir ki yer uzunde fitne fesad toretmirler Bil ki menim hakimiyyetim xalq arasinda Allahin hedlerini yerine yetirmekden ibaretdir Bu is alim ve agah bir insanin gosterisleri esasinda heyata kecir Men hemin sexsin usulu esasinda hereket edirem Bu mektubdan Selmanin oz hakimiyyeti dovrundeki ruhiyyesini ve is usulu aydinlasir Qudret ve reyaset onu tevazokarliqdan uzaqlasdirmadi qurrelendirmedi Selman hakim oldugu vaxt bir an da unutmadi ki o quldur Amma basqasinin yox Allahin qulu Salmanin sade heyat yasamasi ve zahidliyi bu revayetden de aydinlasir Bir gun iki muselman Selmana qonaq olur Selman sufreye bir parca corek ve duz qoyur Peygember s qadagan etmis olmasaydi daha yaxsi sufre acardim deyir Qonaqlardan biri bir qeder goyerti olsaydi yaxsi olardi deye Selmana muraciet edir Selman kuceye cixir ve aftafasini bir dukanda girov qoyub goyerti alir Sufre yigisildiqda qonaqlardan biri bele dua edir Allaha hemd oxuyuram ki bizi verdiyi nemetlerden qane etdi Selman ise bele deyir Eger qane olsaydin menim aftafam girov qoyulmazdi Haqqinda hedislerEli ibn Ebu Talib Peygemberin s yaxinlari haqqinda danisarken Selmanin adina catdiqda buyurur Beh beh Selman biz Ehli beytdendir Siz Selman kimisini haradan tapa bilersiniz O hekim Logman kimidir evvelin ve sonranin elmini bilir Selman nehayetsiz bir deryadir Ebuzer Gordum ki Salmanla Bilal Peygembere teref gelirler Birden Salman Allahin Peygemberinin s ayagina dusub onu opmeye basladi Peygember onu bu isden cekindirib sonra buyurdu Ey Salman Ecemlerin oz padsahlari ile gorduyu isi mene qarsi etme Men Allahin bendelerinden biriyem Bende kimi xorek yeyir ve bende kimi oturub dururam Allahin peygemberi s Eger ondan uz donderseniz Allah yerinizi sizler kimi olmayacaq basqa bir camaata verecek ayesini oxuyanda sorusdular Biz uz dondermis olsaq Allah taalanin bizim yerimizi vereceyi camaat kimdir Hezret elini Salmanin ciynine vura vura buyurdu Bu kisi ve onun hemvetenleri And olsun canim elinde olana Iman ulduzdan asilmis olsa da farslardan olan kisiler onu elde ederler Salman Farsinin ozu haqqinda dedikleriGenis bir hedisde Salman oz heyatini omur tarixcesini bele beyan edir Isfahanin Cey kendinde bir kendli ailesinde anadan oldum Atesperestlik mecus dininde xeyli zehmet cekdim Daim ates yandirar onu qoruyub sonmeye qoymazdim Atamin bir bagi vardi Bir gun meni hemin baga gonderdi Yolda bir mesihi kilsesi gordum Onlarin ibadet ve dua sesleri meni cezb etdi Daha artiq melumat toplamaq ucun binaya daxil oldum Onlarin dua merasimini musahide edib oz ozume dedim ki bu din bizim dinimizden yaxsidir Hava qaralanadek orada qaldim ve atamin bagina getmedim Nehayet ardimca adam geldi Qelbimde xos hissler yaratmis dinin merkezinin harada oldugunu sorusdum Dediler ki Samdadir Atamin yanina qayitdiqdan sonra oz musahidelerim qelbimde yaranan hissler haqqinda ona danisdim Atamla sohbetimiz mubahiseye cevrildi Nehayet ayaqlarimi zencirleyib hebs etdiler Mesihilere xeber gonderdim ki men onlarin dinini qebul etmisem Onlardan xahis etdim ki Samdan karvan gelende mene xeber versinler Hemin karvanla Sama getmek qerarina gelmisdim Qerarimi heyata kecirdim Atamin hebsinden qacib Sama uz tutdum Kilselerin reisi ve boyuk alim Usquf adini dasiyan bir sexsin yanina getdim Basima gelenleri ona danisdim Usqufun yaninda qalib ibadet ve tehsille mesgul oldum Bir qeder dunyagir Usquf dunyasini deyisdikden sonra axirete regbetli bir xadim onun canisini oldu Men bu sexse daha cox baglandim Amma xos munasibetlerimiz uzun surmedi Cunki o da tezlikle vefat etdi Olumunden qabaq sorusdum ki ondan sonra kime muraciet edim kimden tovsiye alim O meslehet gordu ki Mosulda yasayan bir mesihiye muraciet edim Deyilen sexsi tapsam da o da bir muddet sonra dunyasini deyisdi Dini islerimde yardim almaq ucun novbeti abid soragi ile Nesibine sonra ise Rum seheri Emuriyyeye yola dusdum Oradaki abidlerden istifade etmekle yanasi maddi ehtiyaclarimi odemek ucun bir nece inek ve qoyun aldim Sonuncu abidden sorusdum ki ozunden sonra kime uz tutmagimi meslehet gorursen Dedi Ele bir sexs tanimiram amma indi Ibrahim dininde olan novbeti peygemberin zuhuru gozlenilir Hemin peygember iki das keseklik arasinda xurma baglari olan bir menteqeye hicret edesidir Eger imkan tapsan ozunu ona catdir O peygemberin elametlerinden biri budur ki sedeqe goturmez amma hediyye qebul eder onun iki ciyni arasinda peygemberlik nisani var Onu bu nisanla hokmen taniyarsan Bir gun ereb diyarindan gelmis karvana qosulub yola dusdum Amma onlar meni yolda zorla bir yehudiye satdilar Orada qaldigim muddetde ele bilirdim ki axtardigim yer ele oradir Eslinde ise ora tamam basqa bir menteqe idi Bir muddet sonra basqa bir yehudi meni evvelki sahibimden alib ozu ile Medine seherine apardi Medinede sahibimin xurma baginda isleyirdim Bir muddet sonra Allah oz peygemberini secdi Onun peygemberliye catmasindan bir qeder sonra Medineye hicret etdiyini esitdim Qubada Beni Emr ibn Of tayfasinin yaninda qaldi Sahibimin oz emisi oglu ile sohbetlerinden anladim ki axtardigim peygember ele odur Gece mexfi sekilde evden cixib ozumu Qubaya catdirdim Peygemberin xidmetine yetisdim Huzurunda bir nece nefer vardi Dedim ki siz bu yerde qeribsiniz menimse bir miqdar sedeqe azuqem var hansiniza vermeyim daha yaxsidir Peygember sehabelerine Allahin adi ile baslayin buyurub ozu sufreye el uzatmadi Oz ozume dedim ki sedeqeye toxunmamasi onun peygemberliyinin nisanesidir Seheri gun yene bir qeder azuqe goturub onun xidmetine getdim Hediyye adi ile bu yemeyi ona teqdim etdim Sehabelerine buyurdu ki Allahin adi ile baslayin ozu de yemeye basladi Oz ozume dedim ki hediyyeni qebul etmesi de onun peygemberlik nisanesidir Onda ucuncu nisaneni axtarirdim Bir nece gun sonra onu sehabeleri ile birlikde Beqi qebiristaninda gordum Bir ebani geyinmis o birini ciynine salmisdi Onun arxasinda durdum ki peygemberlik mohrunu gorum O menim meqsedimi anlayib ciyninden ebani goturdu ve men hemin peygemberlik nisanini gordum Peygemberlik mohru eynen deyildiyi sekilde idi Ayaqlarina dusub opdum ve agladim Hezret menden basima gelenleri sorusdu men de olub kecenleri neql etdim Sonra Islami qebul etdim Amma qul oldugum ucun Bedr ve Uhud doyuslerinde istirak ede bilmedim Peygemberin s mesleheti ile azad olmagim ucun sahibimle muqavile bagladim Muselmanlarin komeyi ile mueyyen olunmus meblegi odeyib azad oldum Azad muselman kimi yasayib Xendek ve sair doyuslerde istirak etdim Salman biz Ehli beytdendirSALMAN BIZ EHLI BEYTDENDIR O BIZLERE MEHREMDIR Salmana kim eziyyet vermis olsa Mene eziyyet vermis olar deye Hz Muhemmed Mustefa tarix boyu belkemde hec bir sehabe haqqinda bele soz dememisdi Salman Farsi Hz Resulellaha sadiq sehabelerden idi Ele Peygemberin s sozleri bunun tesdiqini tapir Islam dunyasinda meshur Xendek doyusu Islam ordusunun dusmen terefinden nisbeten zeif oldugu bir dovrde Salman Peygembere bu doyusde qalib olmagin yolunu Xendek qazmasinda gorur Cox kecmir ki Salmanin bu uzaq gorenliyi oz tesirini gosterir Istisna deyil ki indiki dovrde sengerlerin qazilmasi belke de Salmanin xendeyinin bir mirasidir IstinadlarAli zade A Islamskij enciklopedicheskij slovar rus Moskva Ansar 2007 ISBN 978 5 98443 025 8 Ibn Ebul Hedid Nehcul Belage nin sehri c 18 seh 36 Biharul envar c 22 s 318 Biharul envar c 3 s 155 Ibn Ebul Hedid Nehcul belage nin sehri c 18 s 36 Biharul Envar c 76 seh 63 hedis 3 Tefsirul Mizan c 18 seh 250 Biharul envar c 22 seh 355 362 Xarici kecidler Salman Farsi kimdir I hisse az islamazeri com 2020 06 01 tarixinde Istifade tarixi 2020 06 01 Salman Farsi kimdir II hisse az islamazeri com 2020 06 01 tarixinde Istifade tarixi 2020 06 01 Peygemberin s e a sehabeleri silsilesinden 2 Salman Farsi az terefinden tercume olunub 2014 05 20 2019 09 11 tarixinde Istifade tarixi 2020 05 30