Səlimiyyə məscidi (alb. Xhamia e Selimijës) və yaxud Müqəddəs Nikolay kilsəsi (alb. Kisha e Shën Kollit) — Albaniyanın şimalında yerləşən Leja şəhərində tikili. Osmanlılar tərəfindən məscid kimi yenidən qurulmuş keçmiş kilsədir. Onun xarabalıqları tavanla qapadılmış və yenidən milli qəhrəmanı İskəndər bəy memorialı kimi bərpa edilmişdir.
müasir tavanlı görünüş | |
Ölkə | Albaniya |
Şəhər | |
Səlimiyyə məscidi Vikianbarda |
Tarixi
1459-cu ildə XIV əsrə aid əvvəlki binanın yerində Müqəddəs Nikolay kilsəsi inşa edilmişdi. Həmin kilsə şəhərinin əsas kilsəsi hesab olunur və qala təpəsinin altında, çayının yaxınlığında yerləşirdi. Tikilinin ölçüsü təxminən 18-in 8 metrə təşkil edirdi. Birnefli qotik üslubda olan tikili şərq tərəfdən yarımqövs çıxıntıya malik idi. Şimal və cənub divarlarında kiçik pəncərələr, qərb fasadında isə qapı və bir dairəvi pəncərə var idi.
1468-ci ildə Müqəddəs Nikolay kilsəsində osmanlılar əleyhinə alban üsyanının başçısı İskəndər bəy dəfn edilmişdir. 1478-ci ildə Lejanın sultan II Mehmed tərəfindən istila edilməsindən sonra məzar əsgərlər tərəfindən təhqir edilmiş və sümüklər tilsim kimi istifadə olunmuşdur. Sultan I Səlimin zamanında (1512–1520) kilsə məscid kimi yenidən qurulur. Bura sultanın şərəfinə Səlimiyyə məscidi adlandırılır. XVII əsrdə zəvvar albanlar İskəndər bəyin xatirəsini anmaq üçün buranı ziyarət edirdilər.
XVIII əsrin sonunda sultan III Səlimin zamanında məscid bərpa edilir. Məscidin həmin dövrdə tikilmiş mehrabı və cənub-qərbdə hündür minarəsi olmuşdur.
1966-cı ildə məscidin üzərində arxeoloji araşdırmalar aparılmış və bunun nəticəsində qurulmuşdur. Tikili məscid kimi 1968-ci ilə qədər istifadə olundu. 1967-ci ildə Albaniya Xalq Sosialist Respublikasının lideri Ənvər Xocanın "dünyada ilk ateist dövləti" elan etməsilə məscid bağlandı.
1978-ci ildə məscidin daxilində İskəndər bəyin məzarı aşkara çıxarıldı. 1979-cu ildə bölgədə güclü zəlzələ baş verdi. Bunun nəticəsində minarə dağıldı və məscid ciddi şəkildə zədə aldı. Bərpa zamanı İskəndər bəyin dövründə olan xarici görünüşü yenidən yaratmaq imkanı üçün osmanlıların əlavə etdikləri hər bir detal ləğv olundu. Xarabalıqlar milli qəhrəmanın memorialına çevrildi. Müqəddəs Nikolay kilsəsinin qalıqları milli mədəni abidə kimi tanındı.
1981-ci ildə yeni İskəndər bəy memorialı açıq elan edildi. Tavanlı tikili qədim divarları qoruyur, içəridə Odise Paskalinin müəllifi olduğu büst və İskəndər bəyin qılıncı və dəbilqəsi də daxil olmaqla (əsli Vyana şəhərindədir), memorial lövhə qoyulub. Divardan asılmış lövhədə İskəndər bəyin iştirak etdiyi döyüşlər haqqında məlumat verilir. Burada Leja liqası knyazlığının gerbi də nümayiş olunur.
Məscidin xarabalıqları ətrafında qədim dövrlərdən qalmış digər xarabalıqlar da mövcuddur.
İstinadlar
- "Zani i Naltë". 2017-02-18 tarixində . İstifadə tarixi: 2017-05-19.
- Guntram Koch: DuMont-Kunst-Reiseführer Albanien. DuMont, Köln 1989, , S. 143 f.
- Machiel Kiel: Ottoman architecture in Albania (1385–1912). In: Research Centre for Islamic History, Art and Culture (Hrsg.): Islamic art series. Band 5. Istanbul 1990, , Selimiye Mosque, S. 193.
- Oliver Jens Schmitt: Skanderbeg — der neue Alexander auf dem Balkan. Pustet, Regensburg 2009, , S. 290.
- Feride Papleka (Hrsg.): Grabgedenkstatte Georg Kastrioti — Skanderbegs. 8 Nëntori, Tirana 1987.
- . 2015-06-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-05-19.
Ədəbiyyat
- Feride Papleka (Hrsg.): Grabgedenkstatte Georg Kastrioti — Skanderbegs. 8 Nëntori, Tirana 1987.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Selimiyye mescidi alb Xhamia e Selimijes ve yaxud Muqeddes Nikolay kilsesi alb Kisha e Shen Kollit Albaniyanin simalinda yerlesen Leja seherinde tikili Osmanlilar terefinden mescid kimi yeniden qurulmus kecmis kilsedir Onun xarabaliqlari tavanla qapadilmis ve yeniden milli qehremani Iskender bey memoriali kimi berpa edilmisdir Selimiyye mescidi alb Xhamia e Selimijesmuasir tavanli gorunusmuasir tavanli gorunusOlke AlbaniyaSeherSelimiyye mescidi VikianbardaTarixi1459 cu ilde XIV esre aid evvelki binanin yerinde Muqeddes Nikolay kilsesi insa edilmisdi Hemin kilse seherinin esas kilsesi hesab olunur ve qala tepesinin altinda cayinin yaxinliginda yerlesirdi Tikilinin olcusu texminen 18 in 8 metre teskil edirdi Birnefli qotik uslubda olan tikili serq terefden yarimqovs cixintiya malik idi Simal ve cenub divarlarinda kicik pencereler qerb fasadinda ise qapi ve bir dairevi pencere var idi 1468 ci ilde Muqeddes Nikolay kilsesinde osmanlilar eleyhine alban usyaninin bascisi Iskender bey defn edilmisdir 1478 ci ilde Lejanin sultan II Mehmed terefinden istila edilmesinden sonra mezar esgerler terefinden tehqir edilmis ve sumukler tilsim kimi istifade olunmusdur Sultan I Selimin zamaninda 1512 1520 kilse mescid kimi yeniden qurulur Bura sultanin serefine Selimiyye mescidi adlandirilir XVII esrde zevvar albanlar Iskender beyin xatiresini anmaq ucun burani ziyaret edirdiler XX esrin birinci rubunde Leja seherinin evleri arasinda mescid XVIII esrin sonunda sultan III Selimin zamaninda mescid berpa edilir Mescidin hemin dovrde tikilmis mehrabi ve cenub qerbde hundur minaresi olmusdur 1966 ci ilde mescidin uzerinde arxeoloji arasdirmalar aparilmis ve bunun neticesinde qurulmusdur Tikili mescid kimi 1968 ci ile qeder istifade olundu 1967 ci ilde Albaniya Xalq Sosialist Respublikasinin lideri Enver Xocanin dunyada ilk ateist dovleti elan etmesile mescid baglandi 1978 ci ilde mescidin daxilinde Iskender beyin mezari askara cixarildi 1979 cu ilde bolgede guclu zelzele bas verdi Bunun neticesinde minare dagildi ve mescid ciddi sekilde zede aldi Berpa zamani Iskender beyin dovrunde olan xarici gorunusu yeniden yaratmaq imkani ucun osmanlilarin elave etdikleri her bir detal legv olundu Xarabaliqlar milli qehremanin memorialina cevrildi Muqeddes Nikolay kilsesinin qaliqlari milli medeni abide kimi tanindi Iskender beyin bustu ve remzi mezari 1981 ci ilde yeni Iskender bey memoriali aciq elan edildi Tavanli tikili qedim divarlari qoruyur iceride Odise Paskalinin muellifi oldugu bust ve Iskender beyin qilinci ve debilqesi de daxil olmaqla esli Vyana seherindedir memorial lovhe qoyulub Divardan asilmis lovhede Iskender beyin istirak etdiyi doyusler haqqinda melumat verilir Burada Leja liqasi knyazliginin gerbi de numayis olunur Mescidin xarabaliqlari etrafinda qedim dovrlerden qalmis diger xarabaliqlar da movcuddur Istinadlar Zani i Nalte 2017 02 18 tarixinde Istifade tarixi 2017 05 19 Guntram Koch DuMont Kunst Reisefuhrer Albanien DuMont Koln 1989 ISBN 3 7701 2079 5 S 143 f Machiel Kiel Ottoman architecture in Albania 1385 1912 In Research Centre for Islamic History Art and Culture Hrsg Islamic art series Band 5 Istanbul 1990 ISBN 92 9063 330 1 Selimiye Mosque S 193 Oliver Jens Schmitt Skanderbeg der neue Alexander auf dem Balkan Pustet Regensburg 2009 ISBN 978 3 7917 2229 0 S 290 Feride Papleka Hrsg Grabgedenkstatte Georg Kastrioti Skanderbegs 8 Nentori Tirana 1987 2015 06 03 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2017 05 19 EdebiyyatFeride Papleka Hrsg Grabgedenkstatte Georg Kastrioti Skanderbegs 8 Nentori Tirana 1987