Sürəyya Məcid qızı Qasımova (28 sentyabr 1934, Tiflis – 23 iyul 2005) — azərbaycanlı aktrisa.
Sürəyya Qasımova | |
---|---|
Doğum tarixi | 28 sentyabr 1934 |
Doğum yeri | |
Vəfat tarixi | 23 iyul 2005 (70 yaşında) |
Fəaliyyəti | Aktrisa |
Həyatı
Sürəyya Qasımova 1934-cü ilin sentyabrında qədim Tbilisi şəhərində anadan olmuşdur. Atası Məcid Qasım oğlu İbrahimov Borçalı nümayəndəliyinin Sarvan kəndindən idi. Anası Məleykə Fərəməz qızı Qasımova da əslən Sarvandan olub, varlı və imkanlı adamlardan birinin Fərəməz kişinin qızıdır.
Sürəyya birinci sinfə bir il heç getməsinə baxmayaraq, 1953-cü ildə 49 nömrəli Tbilisi qadın rus orta məktəbini əla qiymətlərlə bitirib elə həmin ildə də Azərbaycan Xarici Dillər İnstitutunun alman dili fakultəsinə daxil olur. Dörd il əla qiymətlərlə oxuyan Sürəyya həm də guclu idmançı və təşkilatçı idi.
Oxuduğu illərdə Bakı şəhərində keçirilən bir sıra elmi-praktik konfranslarda yaxından iştirak edib, alman və Azərbaycan ədəbiyyatının ali və orta məktəblərdə tədrisi haqqında məruzələrlə çıxış etmişdir.
Sürayya hələ Tbilisidə orta məktəbdə oxuduğu vaxt 5 ilə yaxın Gürcüstan SSR-in gənclərdən ibarət yığma basketbol komandasının ən fəal oyunçusu, sonra isə kapitanı olmuşdur.
Onu butun azərkeşlər "tatar balası" deyə çağırırdılar. Sürəyya xanım idmanın bu növü ilə institut illərində də məşğul olmuşdur.
Respublikanın tələbələrdən ibarət yığma komandası tərkibində Sürəyya Qasımova Moskva, Sankt-Peterburq Tbilisi, Bakı, Gəncə və s. şəhərlərdə oynamışdır onun haqqında, özünün söylədiyi kimi, unudulmaz anlar olmuşdur.
Sürəyyaya həm də gözəl səsə malik idi. O, ən çox xalq mahnılarını və seygahları ifa edirdi. 1956-1957-ci illərdə Bakıda keçirilən olimpiadada onun məlahətli ifaşı haqqında dahi müğənnimiz SSRİ xalq artisti Bülbül belə demişdir: Sürəyya "balaca Şövkətdir". Bundan bir il sonra o, Moskvada VI Ümumdünya Mahnı və Rəqs Olimpiadasında uğurla çıxış edir. Sürəyya bu olimpiadaya bir solist kimi dəvət olunmuşdu. Sürəyya başda olmaqla Azərbaycan mahnı və rəqs ansablının Moskvadakı çıxışları Azərbaycan Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı və deş nişanlı ordeni ilə təltif edilmişdi. Bu muvəffəqiyyətlərlə yanaşı, Sürəyyanın bir səhnə artisti kimi də istedada malik olması meydana çıxdı. İnstitutun III kursunda imtahandan əla qiymət alıb çıxanda, özünü rəfiqələrinin üstünə ataraq əla qiymət aldığını bildirdi. Bunu görən bir qadın yaxınlaşıb soruşdu: "Qızım! Sən kinoya çəkilmək istəyirsənmi?" Sürəyyanın əvəzinə rəfiqələri birağızdan "əlbəttə-əlbəttə çəkilmək istəyir"-deyə cavab verdilər. Sürəyya öz razılığını bildirdi. Bu qadın Bakı kinostudiyasının rejissoru L.D.Berla idi. Səhərisi gün Sürəyya filmin quruluşçu rejissoru Lətif Səfərovla görüşüb, çəkiliş haqqında söhbət etdilər. Müəyyən çəkilişdən sonra Həsən Seyidbəyli debyut haqqında belə dedi: "Bu ki anadan-gəlmə Gülpəridir." Bu, Sürəyyanın ilk filmi idi. 1957-ci ildə "Aygün" (Şəfiqə rolu), "Kölgələr sürünür" (Afət), "Yeni il gecəsi" və s. filmlərdə baş rollarda çəkilir.
1958-ci ildə Sürəyya institutu əla qiymətlərlə bitirib burada laborant vəzifəsində işə başlayır. Bir müddətdən sonra onu həmin kafedrada alman dilinin qrammatikası və leksikası üzrə müəllim təyin edirlər.
Şəxsi həyatı
Sürəyya Qasımova məşhur futbolçu Kamil Eynullayev ilə ailə həyatı qurmuşdur. Bir oğul övladı vardır.
Filmoqrafiya
İstinadlar
- "Dörd sənətin yiyəsi - "Qızmar günəş altında" filminin Gülpərisi yığma komandanın kapitanıymış". 2021-12-02 tarixində . İstifadə tarixi: 2021-03-26.
- "Anasından gizli filmə çəkildi, məşhur futbolçu ilə ailə qurdu, səssiz-küysüz dünyasını dəyişdi – Kinomuzun Gülpərisindən maraqlı faktlar". 2021-06-14 tarixində . İstifadə tarixi: 2021-03-26.
- ""Qalatasaray"a üç qol vurmuş azərbaycanlının acı taleyi". 2021-06-24 tarixində . İstifadə tarixi: 2021-03-26.
- "Ölümündən heç kimin xəbəri olmayan məşhur aktrisa". Youtube.com. Etibar Vafa. 2024-06-03 tarixində . İstifadə tarixi: 2024-06-04.
Xarici keçidlər
- Cabir, S. “Gənc istedadlar” [Müəllim-aktrisa, "Qızmar günəş altında" kino-filmində Gülpəri rolunu oynayan Sürəyya Qasımova və Opera və Balet Teatrının gənc balet artisti Rəfiqə Axundova haqqında] //Ədəbiyyat və incəsənət.- 1957.- 28 dekabr.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Sureyya Mecid qizi Qasimova 28 sentyabr 1934 Tiflis 23 iyul 2005 azerbaycanli aktrisa Sureyya QasimovaDogum tarixi 28 sentyabr 1934 1934 09 28 Dogum yeri Tiflis Gurcustan SSR ZSFSR SSRIVefat tarixi 23 iyul 2005 2005 07 23 70 yasinda Fealiyyeti AktrisaHeyatiSureyya Qasimova 1934 cu ilin sentyabrinda qedim Tbilisi seherinde anadan olmusdur Atasi Mecid Qasim oglu Ibrahimov Borcali numayendeliyinin Sarvan kendinden idi Anasi Meleyke Feremez qizi Qasimova da eslen Sarvandan olub varli ve imkanli adamlardan birinin Feremez kisinin qizidir Sureyya birinci sinfe bir il hec getmesine baxmayaraq 1953 cu ilde 49 nomreli Tbilisi qadin rus orta mektebini ela qiymetlerle bitirib ele hemin ilde de Azerbaycan Xarici Diller Institutunun alman dili fakultesine daxil olur Dord il ela qiymetlerle oxuyan Sureyya hem de guclu idmanci ve teskilatci idi Oxudugu illerde Baki seherinde kecirilen bir sira elmi praktik konfranslarda yaxindan istirak edib alman ve Azerbaycan edebiyyatinin ali ve orta mekteblerde tedrisi haqqinda meruzelerle cixis etmisdir Surayya hele Tbiliside orta mektebde oxudugu vaxt 5 ile yaxin Gurcustan SSR in genclerden ibaret yigma basketbol komandasinin en feal oyuncusu sonra ise kapitani olmusdur Onu butun azerkesler tatar balasi deye cagirirdilar Sureyya xanim idmanin bu novu ile institut illerinde de mesgul olmusdur Respublikanin telebelerden ibaret yigma komandasi terkibinde Sureyya Qasimova Moskva Sankt Peterburq Tbilisi Baki Gence ve s seherlerde oynamisdir onun haqqinda ozunun soylediyi kimi unudulmaz anlar olmusdur Sureyyaya hem de gozel sese malik idi O en cox xalq mahnilarini ve seygahlari ifa edirdi 1956 1957 ci illerde Bakida kecirilen olimpiadada onun melahetli ifasi haqqinda dahi mugennimiz SSRI xalq artisti Bulbul bele demisdir Sureyya balaca Sovketdir Bundan bir il sonra o Moskvada VI Umumdunya Mahni ve Reqs Olimpiadasinda ugurla cixis edir Sureyya bu olimpiadaya bir solist kimi devet olunmusdu Sureyya basda olmaqla Azerbaycan mahni ve reqs ansablinin Moskvadaki cixislari Azerbaycan Ali Soveti Reyaset Heyetinin fexri fermani ve des nisanli ordeni ile teltif edilmisdi Bu muveffeqiyyetlerle yanasi Sureyyanin bir sehne artisti kimi de istedada malik olmasi meydana cixdi Institutun III kursunda imtahandan ela qiymet alib cixanda ozunu refiqelerinin ustune ataraq ela qiymet aldigini bildirdi Bunu goren bir qadin yaxinlasib sorusdu Qizim Sen kinoya cekilmek isteyirsenmi Sureyyanin evezine refiqeleri biragizdan elbette elbette cekilmek isteyir deye cavab verdiler Sureyya oz raziligini bildirdi Bu qadin Baki kinostudiyasinin rejissoru L D Berla idi Seherisi gun Sureyya filmin quruluscu rejissoru Letif Seferovla gorusub cekilis haqqinda sohbet etdiler Mueyyen cekilisden sonra Hesen Seyidbeyli debyut haqqinda bele dedi Bu ki anadan gelme Gulperidir Bu Sureyyanin ilk filmi idi 1957 ci ilde Aygun Sefiqe rolu Kolgeler surunur Afet Yeni il gecesi ve s filmlerde bas rollarda cekilir 1958 ci ilde Sureyya institutu ela qiymetlerle bitirib burada laborant vezifesinde ise baslayir Bir muddetden sonra onu hemin kafedrada alman dilinin qrammatikasi ve leksikasi uzre muellim teyin edirler Sexsi heyatiSureyya Qasimova meshur futbolcu Kamil Eynullayev ile aile heyati qurmusdur Bir ogul ovladi vardir FilmoqrafiyaQizmar gunes altinda film 1957 Kolgeler surunur film 1958 Yeni il gecesinde film 1958 Aygun film 1960 Istinadlar Dord senetin yiyesi Qizmar gunes altinda filminin Gulperisi yigma komandanin kapitaniymis 2021 12 02 tarixinde Istifade tarixi 2021 03 26 Anasindan gizli filme cekildi meshur futbolcu ile aile qurdu sessiz kuysuz dunyasini deyisdi Kinomuzun Gulperisinden maraqli faktlar 2021 06 14 tarixinde Istifade tarixi 2021 03 26 Qalatasaray a uc qol vurmus azerbaycanlinin aci taleyi 2021 06 24 tarixinde Istifade tarixi 2021 03 26 Olumunden hec kimin xeberi olmayan meshur aktrisa Youtube com Etibar Vafa 2024 06 03 tarixinde Istifade tarixi 2024 06 04 Xarici kecidlerCabir S Genc istedadlar Muellim aktrisa Qizmar gunes altinda kino filminde Gulperi rolunu oynayan Sureyya Qasimova ve Opera ve Balet Teatrinin genc balet artisti Refiqe Axundova haqqinda Edebiyyat ve incesenet 1957 28 dekabr