Həsənov Rəşad Zeynalabdin oğlu — NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin (2012 Sentyabr - 2013 Sentyabr) üzvü, 2013-2016 illərdə siyasi və vicdan məhbusu.
Rəşad Həsənov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Lənkəran, Azərbaycan SSR |
Təhsili | |
Fəaliyyəti | aktivist |
Həyatı
Rəşad Həsənov 2 may 1985-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. Orta təhsilini alan Rəşad, bu illərdə Fənn olimpiadalarının respublika turunda iştirak edərək riyaziyyat üzrə qızıl medal və fəxri mükafat alıb, liseyi fərqlənmə diplomu (qırmızı) ilə bitirib.
Təhsili
Universitet təhsilini Türkiyənin məşhur Orta Doğu Teknik Universitetində (ODTÜ) alan Rəşad Həsənov təhsil aldığı illərdə universitetdə azərbaycanlılardan ibarət futbol komandası qurub. Rəhbərlik etdiyi komanda qurulduğu ilk tədris ilində (2008-2009) bürünc medal, növbəti ildə isə qızıl medala layiq görülüb. Bundan əlavə Rəşad Həsənov 2008-2009-cu illərdə 100-dən çox üzvü olan ODTÜ Azərbaycanlı tələbələr cəmiyyətinə rəhbərlik edib, 2009-2010-cu illərdə 300-dən çox üzvü olan Azərbaycanlı Tələbələr və Məzunlar Assosiasiyasının vitse-prezidenti olub.
2010-cu ilin avqustunda ODTÜ-dən məzun olarkən Rəşad Nottinqham universitetinin “Beynəlxalq təhlükəsizlik və terrorizm” üzrə magistratura proqramına qəbul olmuş, lakin Azərbaycan Təhsil Nazirliyi “Azərbaycan gənclərinin xaricdə təhsili- 2007-2015-ci illər” dövlət proqramı üzrə onun təhsilini maliyyələşdirməkdən imtina edib.
İctimai fəaliyyəti
2010-cu il Azərbaycanda Parlament seçkiləri keçirilərkən Rəşad Həsənov seçkilərdə gənc namizədlərdən Bəxtiyar Hacıyevin seçki kampaniyasında aktiv iştirak edərək seçki kampaniyasının 100-dən çox könüllüsünü koordinasiya edib.
2010-cu il noyabrın 10-da 35-dən çox könüllünün Müsbət Dəyişiklik gənclər hərəkatın təsis olunub, Rəşad Həsənov 2011-ci ilin mart ayından və 2012-ci ilin mayına qədər 2(iki) dəfə hərəkatın idarə heyətinə seçilib və hərəkatın üzvü olan siyasi məhbus Bəxtiyar Hacıyev üçün yaradılan “Bəxtiyara dəstək” kampaniyasında aktiv iştirak edib.
Rəşad Həsənov 2011-ci ildə 9 təşkilatın təmsil olunduğu “Gənclərin Hüquqlarını Müdafiə Komitəsi”nin (GHMK) idarə heyətində təmsil olmuş, 5 ay ərzində GHMK-nın mülkiyyət hüquqları ilə bağlı “Maddə 13- mülkiyyət” alt komitəsinin rəhbəri olub.
2011-ci ildə Azad İqtisadiyyata Yardım İctimai Birliyinin rəhbəri Zöhrab İsmayılla bərabər Rəşad Həsənov Britaniya səfirliyinin dəstəyi ilə “Bakıda mülkiyyət haqları pozuntularının xəritə və statistikası” adlı hesabat hazırlayıb. 2012-ci il martın 17-də GHMK-nın uzun illərdən sonra keçirdiyi ilk razılaşdırılmış mitinqin təşkilatçılarından və aktiv iştirakçılarından olub.
Rəşad 2012-ci ilin mayında Müsbət Dəyişiklik gənclər hərəkatını tərk edərək, daha geniş auditoriyaya xitab etmək üçün N!DA vətəndaş hərəkatına qoşulmuşdur. 2012-ci ilin sentyabrında N!DA Vətəndaş Hərəkatının idarə heyətinə üzv seçilib.
Rəşad Həsənov 2012-ci il noyabrın 4-də yaradılan və 50-yə yaxın fəal gəncin təmsil olunduğu Gənclər Məclisinin həmtəsisçisi olub.
2012-ci ilin avqustunda Praqada keçirilən “Avropada yaşayan Azərbaycanlıların forumu”nda iştirak edən Rəşad, forumun koordinasiya komitəsinin üzvü idi.
Rəşad Həsənov 2012-ci ilin oktyabrnda İREX-in donorluğu ilə həyata keçirilən və Azərbaycan universitetlərində korrupsiyanın həddini müəyyən etməyi nəzərdə tutan “Korrupsiyasız təhsil” layihəsində “Frontline sms” proqramı vasitəsilə keçirilən sorğuda məsul şəxslərdən olub.
Rəşad Həsənov 2013-cü il 12 yanvarda Bakının mərkəzində keçirilən askiyasında polis tərəfindən saxlanmış və Səbail rayon məhkəməsi tərəfindən cərimə olunub. Rəşad cərimələri ödəməkdən imtina edərək "Vətəndaş İtaətsizliyi" kampaniyası keçirən 10 nəfər aktivistdən biri olub.
2013-cü ilin mart ayından etibarən "El" hərəkatının "Azərbaycanda avtoritarizmdən demokratiyaya keçid" layihəsində koordinator olub.
Həbsi
14 mart 2013-cü ildə mülkigeyimli polislər tərəfindən saxlanılaraq Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə aparılıb. Cinayət Məcəlləsinin 228.3-cü (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma ve gəzdirmə) maddəsi ilə təqsirləndirilərək barəsində cinayət işi açılıb və 3 aylıq həbs-qətimkan tədbiri seçilib.
6 may 2014-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsində Rəşad Həsənov barəsində hökm oxunub və 7 il 6 ay müddətində azadlıqdan məhrum edilib.
Beynəlxalq Amnistiya Təşkilatı Rəşad Həsənovu "vicdan məhbusu" kimi tanıyıb.
17 mart 2016-cı ildə Prezidentin əfv sərəncamı ilə vaxtından əvvəl azadlığa çıxıb.
7 iyun 2018-ci Avropa İnsan Haqları Məhkəməsi Rəşadın istintaq dövründəki həbsinin siyasi səbəblərə görə olduğuna və Azərbaycan dövlətinin buna görə 20 min avro məbləğində kompensasiya ödəməli olduğuna qərar verib. Qərar 7 sentyabr 2018-ci ildə tam qüvvəyə minib və kompensasiya 1 il ərzində ödənilib.
AR Ali Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarı ilə Həsənov Rəşad Zeynalabdin oğlunun təqsiri sübuta yetirilmədiyinə görə AR Cinayət-Prossesual Məcəlləsinin 39.2-ci maddəsində nəzərdə tutulmuş esasla AR Cinayət Məcəlləsinin 28, 220.1 və 228.3-cü maddələri ilə təqsirləndirilməyinə dair cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilib. Əsassız olaraq 3 il 3 gün həbsdə saxlanılması və azadlıqdan məhrum edilməsi nəzərə alınaraq, ona mənəvi ziyana görə 66700 manat kompensasiya ödənilməsinə qərar verilib. Qərar 2022-ci ilin mart ayında icra olunub.
İstinadlar
Xarici keçidlər
- N!DA VƏTƏNDAŞ HƏRƏKATI. Həsənov Rəşad 2014-02-22 at the Wayback Machine
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Hesenov Resad Zeynalabdin oglu NIDA Vetendas Herekatinin Idare Heyetinin 2012 Sentyabr 2013 Sentyabr uzvu 2013 2016 illerde siyasi ve vicdan mehbusu Resad HesenovDogum tarixi 2 may 1985 39 yas Dogum yeri Lenkeran Azerbaycan SSRTehsili ODTUFealiyyeti aktivistHeyatiResad Hesenov 2 may 1985 ci ilde Lenkeran seherinde anadan olmusdur Orta tehsilini alan Resad bu illerde Fenn olimpiadalarinin respublika turunda istirak ederek riyaziyyat uzre qizil medal ve fexri mukafat alib liseyi ferqlenme diplomu qirmizi ile bitirib TehsiliUniversitet tehsilini Turkiyenin meshur Orta Dogu Teknik Universitetinde ODTU alan Resad Hesenov tehsil aldigi illerde universitetde azerbaycanlilardan ibaret futbol komandasi qurub Rehberlik etdiyi komanda quruldugu ilk tedris ilinde 2008 2009 burunc medal novbeti ilde ise qizil medala layiq gorulub Bundan elave Resad Hesenov 2008 2009 cu illerde 100 den cox uzvu olan ODTU Azerbaycanli telebeler cemiyyetine rehberlik edib 2009 2010 cu illerde 300 den cox uzvu olan Azerbaycanli Telebeler ve Mezunlar Assosiasiyasinin vitse prezidenti olub 2010 cu ilin avqustunda ODTU den mezun olarken Resad Nottinqham universitetinin Beynelxalq tehlukesizlik ve terrorizm uzre magistratura proqramina qebul olmus lakin Azerbaycan Tehsil Nazirliyi Azerbaycan genclerinin xaricde tehsili 2007 2015 ci iller dovlet proqrami uzre onun tehsilini maliyyelesdirmekden imtina edib Ictimai fealiyyeti2010 cu il Azerbaycanda Parlament seckileri kecirilerken Resad Hesenov seckilerde genc namizedlerden Bextiyar Haciyevin secki kampaniyasinda aktiv istirak ederek secki kampaniyasinin 100 den cox konullusunu koordinasiya edib 2010 cu il noyabrin 10 da 35 den cox konullunun Musbet Deyisiklik gencler herekatin tesis olunub Resad Hesenov 2011 ci ilin mart ayindan ve 2012 ci ilin mayina qeder 2 iki defe herekatin idare heyetine secilib ve herekatin uzvu olan siyasi mehbus Bextiyar Haciyev ucun yaradilan Bextiyara destek kampaniyasinda aktiv istirak edib Resad Hesenov 2011 ci ilde 9 teskilatin temsil olundugu Genclerin Huquqlarini Mudafie Komitesi nin GHMK idare heyetinde temsil olmus 5 ay erzinde GHMK nin mulkiyyet huquqlari ile bagli Madde 13 mulkiyyet alt komitesinin rehberi olub 2011 ci ilde Azad Iqtisadiyyata Yardim Ictimai Birliyinin rehberi Zohrab Ismayilla beraber Resad Hesenov Britaniya sefirliyinin desteyi ile Bakida mulkiyyet haqlari pozuntularinin xerite ve statistikasi adli hesabat hazirlayib 2012 ci il martin 17 de GHMK nin uzun illerden sonra kecirdiyi ilk razilasdirilmis mitinqin teskilatcilarindan ve aktiv istirakcilarindan olub Resad 2012 ci ilin mayinda Musbet Deyisiklik gencler herekatini terk ederek daha genis auditoriyaya xitab etmek ucun N DA vetendas herekatina qosulmusdur 2012 ci ilin sentyabrinda N DA Vetendas Herekatinin idare heyetine uzv secilib Resad Hesenov 2012 ci il noyabrin 4 de yaradilan ve 50 ye yaxin feal gencin temsil olundugu Gencler Meclisinin hemtesiscisi olub 2012 ci ilin avqustunda Praqada kecirilen Avropada yasayan Azerbaycanlilarin forumu nda istirak eden Resad forumun koordinasiya komitesinin uzvu idi Resad Hesenov 2012 ci ilin oktyabrnda IREX in donorlugu ile heyata kecirilen ve Azerbaycan universitetlerinde korrupsiyanin heddini mueyyen etmeyi nezerde tutan Korrupsiyasiz tehsil layihesinde Frontline sms proqrami vasitesile kecirilen sorguda mesul sexslerden olub Resad Hesenov 2013 cu il 12 yanvarda Bakinin merkezinde kecirilen askiyasinda polis terefinden saxlanmis ve Sebail rayon mehkemesi terefinden cerime olunub Resad cerimeleri odemekden imtina ederek Vetendas Itaetsizliyi kampaniyasi keciren 10 nefer aktivistden biri olub 2013 cu ilin mart ayindan etibaren El herekatinin Azerbaycanda avtoritarizmden demokratiyaya kecid layihesinde koordinator olub Hebsi14 mart 2013 cu ilde mulkigeyimli polisler terefinden saxlanilaraq Bas Prokurorlugun Agir Cinayetlere Dair Isler uzre Istintaq Idaresine aparilib Cinayet Mecellesinin 228 3 cu qanunsuz olaraq odlu silah onun komplekt hisselerini doyus sursati partlayici maddeler ve qurgular elde etme basqasina verme satma saxlama dasima ve gezdirme maddesi ile teqsirlendirilerek baresinde cinayet isi acilib ve 3 ayliq hebs qetimkan tedbiri secilib 6 may 2014 cu ilde Baki Agir Cinayetler Mehkemesinde Resad Hesenov baresinde hokm oxunub ve 7 il 6 ay muddetinde azadliqdan mehrum edilib Beynelxalq Amnistiya Teskilati Resad Hesenovu vicdan mehbusu kimi taniyib 17 mart 2016 ci ilde Prezidentin efv serencami ile vaxtindan evvel azadliga cixib 7 iyun 2018 ci Avropa Insan Haqlari Mehkemesi Resadin istintaq dovrundeki hebsinin siyasi sebeblere gore olduguna ve Azerbaycan dovletinin buna gore 20 min avro mebleginde kompensasiya odemeli olduguna qerar verib Qerar 7 sentyabr 2018 ci ilde tam quvveye minib ve kompensasiya 1 il erzinde odenilib AR Ali Mehkemesinin Plenumunun 19 noyabr 2021 ci il tarixli qerari ile Hesenov Resad Zeynalabdin oglunun teqsiri subuta yetirilmediyine gore AR Cinayet Prossesual Mecellesinin 39 2 ci maddesinde nezerde tutulmus esasla AR Cinayet Mecellesinin 28 220 1 ve 228 3 cu maddeleri ile teqsirlendirilmeyine dair cinayet isi uzre icraata beraetverici esasla xitam verilib Esassiz olaraq 3 il 3 gun hebsde saxlanilmasi ve azadliqdan mehrum edilmesi nezere alinaraq ona menevi ziyana gore 66700 manat kompensasiya odenilmesine qerar verilib Qerar 2022 ci ilin mart ayinda icra olunub IstinadlarXarici kecidlerN DA VETENDAS HEREKATI Hesenov Resad 2014 02 22 at the Wayback Machine