Rza Muxtar oğlu Avşarov (Rza Avşar; 26 sentyabr 1949, Kirovabad) — müasir Azərbaycan rəssamlıq məktəbinin tanınmış nümayəndəsi, Azərbaycan Respublikasının əməkdar rəssamı (2009).
Rza Avşar (Avşarov) | |
---|---|
Rza Muxtar oğlu Avşarov | |
Doğum tarixi | 26 sentyabr 1949 (74 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Atası | Muxtar Avşarov |
Fəaliyyəti | rəssam |
Təhsili | |
Janrlar | peyzaj, portret, natürmort |
Stil | impressionizm |
Mükafatları |
Həyatı
Rza Avşarov 26 sentyabr 1949-cu ildə Gəncə şəhərində Azərbaycanın Xalq artisti, istedadı, sadəliyi və vətənpərvərliyi ilə tanınan, görkəmli teatr və kino aktyoru, xalqımızın sevimlisi Muxtar Avşarovun ailəsində dünyaya göz açmışdır. Uşaq yaşlarından atası ilə birlikdə C. Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının daimi tamaşaçısına çevrilsə də onun diqqətini aktyorların oyunundan daha çox müxtəlif obrazların təsirli oyununun reallıq kimi qəbulunu şərtləndirən əlvan dekorasiyalar cəlb edirdi. O vaxtlar yəqin ki, nə zamansa teatrda hələ o dövrdə adlarını çəkə bilmədiyi rəssamlar kimi tamaşalara tərtibat verə biləcəyi ağlına belə gəlməzdi. Nəhayət, o bir müddət sonra rəssam olmağa qərar verir.
Elə bu istəklə də Gəncə Rəssamlıq Məktəbinə daxil olan Rza Avşar sonralar, 1965–1969-cu illərdə Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində Ə. Məmmədovdan, Abdülxaliq və Arif Qazıyevdən, 1972–1977-ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Bədii qrafika" fakültəsində N. Əbdülrəhmanov və T. Şıxəliyevdən dərs alıb. Rza Avşar ümidləri hələ tələbə ikən, 1973-cü ildə "Respublika yaz sərgisi"ndə nümayiş etdirdiyi "Natürmort" əsəri ilə doğrultmağa başlayıb. Beləcə, axtarışlar axtarışları, sərgilər sərgiləri əvəzlədi və 1982-ci ildə onu SSRİ Rəssamlar İttifaqına üzv qəbul etdilər.
Müasir Azərbaycan rəssamlıq sənətinin tanınmış nümayəndəsi Rza Avşarov bu gün kamil bir sənətkar kimi incəsənətimizin zəngin ənənələrini əsərlərində Qərb və Şərq mədəniyyətlərinin üzvü vəhdəti şəklində təcəssüm etdirir. Azərbaycan Ağsaqqallar Şurasının üzvü olaraq ictimai fəaliyyətini yaradıcılığı ilə həmişə sıx bağlayaraq, Vətənimizin gözəllikləri ilə yanaşı, ağrı-acılarını da əks etdirdiyi əsərləri ilə gənc nəslin vətənpərvərlik və milli-mənəvi dəyərlərə məhəbbət ruhunda tərbiyə olunmasına mühüm töhfələr verir.
Rza Avşarovun həyat yoldaşı İradə Avşarova da tanınmış rəssamdır. Onlar daim birgə çalışır, rənglərdən möcüzə dolu əsərlər yaradaraq, kətana köçürüb bizlərə təqdim edirlər.
Yaradıcılığı
1991-ci ildən isə Azərbaycan Rəssamlar İttifaqının üzvü olan Rza Avşar yarıməsrə yaxın fəaliyyəti dövründə yaratdığı əsərlərlə Azərbaycan təsviri incəsənətinin inkşafında ozünəməxsus rol oynamışdır. Vətənimizin təbiətini və insanlarını vəsf edən tabloları doğma diyara bəslədiyi səmimi və dərin məhəbbətdən xəbər verir. Yaratdığı mənzərə və natürmortlar ətraf mühitlə, təbiətlə təmasdan doğan hədsiz sevinc və nikbinlik duyğularını təcəssüm etdirir. Rəssamın "Şahmatla natürmort" əsərində qırmızı və sarı rənglərin vəhdəti əsrarəngiz ifadəsini tapıb. "Abşeron mənəzərəsi"ndə rənglərin çaları gözəl bir ahəng yaradıb: səmada mavi rənglə ağ rəng biri-birinə qarışıb. Rəssamın erməni vandalizmi mövzusunda çəkdiyi "Ekstremist" və "Xocalı" əsərlərində nankor qonşularımız tərəfindən başımıza gətirilən vəhşiliklər əks olunub.
Rza Avşarov böyük zövq və məhəbbətlə çəkdiyi portretlərdə görkəmli şəxsiyyətlərimizin daxili aləminə nüfuz edərək onların xarakterini həssas sənətkar məharəti ilə açır, milli irsimizə gözəl bələd olduğunu nümayiş etdirir. Rəssamın "Avtoportret"i onun xarakterik cizgilərini ifadə edir. Atasına həsr etdiyi "Atamın portreti"ndə işıq-qaranlıq təzadı aydın hiss olunur. Sifətin işığı sanki qaranlığı yarır."Gəncəli Məmməd Yusif oğlunun portreti"ndə təsvir edilmiş ağsaqqalın simasında isə müdriklik və gələcəyə ümid var.
O, dəfələrlə respublika və beynəlxalq miqyaslı sərgilərin iştirakçısı olmuşdur. Rza Avşarovun 1982-ci ildən bu günədək bir çox ölkələrin nüfuzlu sərgilərində, o cümlədən Fransa, Almaniya, İtaliya, Avstriya, Koreya, Rusiya, ABŞ, Türkiyə, BƏƏ, Estoniya və İranda əsərləri nümayiş olunmuşdur. Həmçinin Türkiyə və Estoniyada fərdi sərgiləri açılmışdır. Rəssamın üç əsərinin — "Kompozisiya" (1991), "Mənzərə" (1992), "Kompozisiya" (1992) Azərbaycan Dövlət İncəsənət Muzeyində, yeddi əsərinin — "Xəzər sahilində" (1990), "Bakı mənzərəsi", "Xəzər" (2002), "Yağışdan sonra", "Mənzərə, ""Zəriflik" (2004), "Güllər" (2005) Azərbaycan Dövlət Rəsm Qalereyasının kolleksiyasında qorunması isə onun yaradıcılığının yüksək dəyərləndirilməsindən və ictimailəşdirilməsindən xəbər verir.
İstinadlar
- "R.M.Avşarova "Azərbaycan Respublikasının əməkdar rəssamı" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az (az.). 31 avqust 2009. 2023-06-29 tarixində . İstifadə tarixi: 9 mart 2020.
- "Arxivlənmiş surət". 2019-09-13 tarixində . İstifadə tarixi: 2020-09-26.
- "Arxivlənmiş surət". 2015-12-22 tarixində . İstifadə tarixi: 2020-09-26.
- . 2015-04-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-09-26.
- http://www.anl.az/down/meqale/xalqcebhesi/xalqcebhesi_fevral2009/68878.htm
- http://www.azerbaijan-news.az/view-140816/resmlerden-haray-ceken-xocali[ölü keçid]
- "Arxivlənmiş surət". 2021-09-17 tarixində . İstifadə tarixi: 2020-09-26.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Rza Muxtar oglu Avsarov Rza Avsar 26 sentyabr 1949 Kirovabad muasir Azerbaycan ressamliq mektebinin taninmis numayendesi Azerbaycan Respublikasinin emekdar ressami 2009 Rza Avsar Avsarov Rza Muxtar oglu AvsarovDogum tarixi 26 sentyabr 1949 1949 09 26 74 yas Dogum yeri Kirovabad Azerbaycan SSR SSRIMilliyyeti azerbaycanliAtasi Muxtar AvsarovFealiyyeti ressamTehsili Ezim Ezimzade adina Azerbaycan Dovlet Ressamliq MektebiJanrlar peyzaj portret naturmortStil impressionizmMukafatlariHeyatiRza Avsarov 26 sentyabr 1949 cu ilde Gence seherinde Azerbaycanin Xalq artisti istedadi sadeliyi ve vetenperverliyi ile taninan gorkemli teatr ve kino aktyoru xalqimizin sevimlisi Muxtar Avsarovun ailesinde dunyaya goz acmisdir Usaq yaslarindan atasi ile birlikde C Cabbarli adina Gence Dovlet Dram Teatrinin daimi tamasacisina cevrilse de onun diqqetini aktyorlarin oyunundan daha cox muxtelif obrazlarin tesirli oyununun realliq kimi qebulunu sertlendiren elvan dekorasiyalar celb edirdi O vaxtlar yeqin ki ne zamansa teatrda hele o dovrde adlarini ceke bilmediyi ressamlar kimi tamasalara tertibat vere bileceyi aglina bele gelmezdi Nehayet o bir muddet sonra ressam olmaga qerar verir Ele bu istekle de Gence Ressamliq Mektebine daxil olan Rza Avsar sonralar 1965 1969 cu illerde E Ezimzade adina Azerbaycan Dovlet Ressamliq Mektebinde E Memmedovdan Abdulxaliq ve Arif Qaziyevden 1972 1977 ci illerde ise Azerbaycan Dovlet Pedaqoji Universitetinin Bedii qrafika fakultesinde N Ebdulrehmanov ve T Sixeliyevden ders alib Rza Avsar umidleri hele telebe iken 1973 cu ilde Respublika yaz sergisi nde numayis etdirdiyi Naturmort eseri ile dogrultmaga baslayib Belece axtarislar axtarislari sergiler sergileri evezledi ve 1982 ci ilde onu SSRI Ressamlar Ittifaqina uzv qebul etdiler Muasir Azerbaycan ressamliq senetinin taninmis numayendesi Rza Avsarov bu gun kamil bir senetkar kimi incesenetimizin zengin enenelerini eserlerinde Qerb ve Serq medeniyyetlerinin uzvu vehdeti seklinde tecessum etdirir Azerbaycan Agsaqqallar Surasinin uzvu olaraq ictimai fealiyyetini yaradiciligi ile hemise six baglayaraq Vetenimizin gozellikleri ile yanasi agri acilarini da eks etdirdiyi eserleri ile genc neslin vetenperverlik ve milli menevi deyerlere mehebbet ruhunda terbiye olunmasina muhum tohfeler verir Rza Avsarovun heyat yoldasi Irade Avsarova da taninmis ressamdir Onlar daim birge calisir renglerden mocuze dolu eserler yaradaraq ketana kocurub bizlere teqdim edirler Yaradiciligi1991 ci ilden ise Azerbaycan Ressamlar Ittifaqinin uzvu olan Rza Avsar yarimesre yaxin fealiyyeti dovrunde yaratdigi eserlerle Azerbaycan tesviri incesenetinin inksafinda ozunemexsus rol oynamisdir Vetenimizin tebietini ve insanlarini vesf eden tablolari dogma diyara beslediyi semimi ve derin mehebbetden xeber verir Yaratdigi menzere ve naturmortlar etraf muhitle tebietle temasdan dogan hedsiz sevinc ve nikbinlik duygularini tecessum etdirir Ressamin Sahmatla naturmort eserinde qirmizi ve sari renglerin vehdeti esrarengiz ifadesini tapib Abseron menezeresi nde renglerin calari gozel bir aheng yaradib semada mavi rengle ag reng biri birine qarisib Ressamin ermeni vandalizmi movzusunda cekdiyi Ekstremist ve Xocali eserlerinde nankor qonsularimiz terefinden basimiza getirilen vehsilikler eks olunub Rza Avsarov boyuk zovq ve mehebbetle cekdiyi portretlerde gorkemli sexsiyyetlerimizin daxili alemine nufuz ederek onlarin xarakterini hessas senetkar mehareti ile acir milli irsimize gozel beled oldugunu numayis etdirir Ressamin Avtoportret i onun xarakterik cizgilerini ifade edir Atasina hesr etdiyi Atamin portreti nde isiq qaranliq tezadi aydin hiss olunur Sifetin isigi sanki qaranligi yarir Genceli Memmed Yusif oglunun portreti nde tesvir edilmis agsaqqalin simasinda ise mudriklik ve geleceye umid var O defelerle respublika ve beynelxalq miqyasli sergilerin istirakcisi olmusdur Rza Avsarovun 1982 ci ilden bu gunedek bir cox olkelerin nufuzlu sergilerinde o cumleden Fransa Almaniya Italiya Avstriya Koreya Rusiya ABS Turkiye BEE Estoniya ve Iranda eserleri numayis olunmusdur Hemcinin Turkiye ve Estoniyada ferdi sergileri acilmisdir Ressamin uc eserinin Kompozisiya 1991 Menzere 1992 Kompozisiya 1992 Azerbaycan Dovlet Incesenet Muzeyinde yeddi eserinin Xezer sahilinde 1990 Baki menzeresi Xezer 2002 Yagisdan sonra Menzere Zeriflik 2004 Guller 2005 Azerbaycan Dovlet Resm Qalereyasinin kolleksiyasinda qorunmasi ise onun yaradiciliginin yuksek deyerlendirilmesinden ve ictimailesdirilmesinden xeber verir Istinadlar R M Avsarova Azerbaycan Respublikasinin emekdar ressami fexri adinin verilmesi haqqinda Azerbaycan Respublikasi Prezidentinin Serencami e qanun az az 31 avqust 2009 2023 06 29 tarixinde Istifade tarixi 9 mart 2020 Arxivlenmis suret 2019 09 13 tarixinde Istifade tarixi 2020 09 26 Arxivlenmis suret 2015 12 22 tarixinde Istifade tarixi 2020 09 26 2015 04 21 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2020 09 26 http www anl az down meqale xalqcebhesi xalqcebhesi fevral2009 68878 htm http www azerbaijan news az view 140816 resmlerden haray ceken xocali olu kecid Arxivlenmis suret 2021 09 17 tarixinde Istifade tarixi 2020 09 26