Quyuludağ qalası — Naxçıvan Muxtar Respublikası Babək rayonu ərazisində Tunc, Antik və Orta əsrlər dövrünə aid arxeoloji abidə.
Tarixi
Abidə Məzrə kəndindən şimalda, hər tərəfdən sıldırım qayalarla əhatə olunmuş dağın üzərində yerləşir. Qalanın əsas girişi şimal tərəfdən olmuşdur. O, qayalardan və sərt yamaclardan keçən dar cığırdan ibarətdir. Qalanın üst tərəfi əsasən qayalıq, yamaclar isə enişli olduğundan burada mədəni təbəqə olduqca az qalmışdır. Abidənin təbii cəhətdən zəif müdafiə olunan şimal-şərq tərəfi iri qaya parçalarından hörülmüş divarla möhkəmləndirilmişdir. Bu müdafiə divarı tamamilə uçub dağılmış, onun yalnız bəzi yerlərdə özülü salamat qalmışdır. Divar qalıqları aydın izlənilir və qalanın baş tərəfini kəmər şəklində əhatə edir. Kəşfiyyat xarakterli tədqiqatlar nəticəsində buradan Orta əsrlərə aid materiallar toplanmışdır. 1984-cü ildə abidə mədəni təbəqənin saxlanmasını müəyyən etmək məqsədilə 2 x 2 m ölçüdə kəşfiyyat qazıntısı aparılmışdır. Mədəni təbəqə kül qarışıq torpaq laylarından ibarət olub, 20-50 sm qalınlığında saxlanmışdı. Qazıntı zamanı çəhrayı və boz rəngli qab qırıqları əldə edilmişdi. Boz rəngli küpənin qırığı narın qum qarışığı olan gildən hazırlanaraq yaxşı bişirilmiş, xarici səthi yüngülcə cilalanmışdı. Onun ağzının kənarı xaricə qatlanaraq dəyirmiləş-dirilmişdir. Boğazı dar və konusvari idi. Çəhrayı rəngli keramika forma verməyən qırıqlardan ibarətdir. Onlar narın qum qarışığı olan gildən hazırlanaraq yaxşı bişirilmiş, xarici səthi cilalanmışdır.
Yerüstü materiallar çəhrayı və boz rəngli gil qablardan, o cümlədən şirli qablardan ibarətdir. Yerüstü materialları iki qrupa bölmək olar. Birinci qrupa daxil olan qabların qırıqları Antik dövrə aiddir. Onlar əsasən kasa və küpə tipli qabların qırıqlarından ibarətdir. Kasalar iki tipə ayrılır. Birinci tip kasaların gövdəsi silindrik-konusvari formada olub, ağzının kənarı düzdür. Hər iki üzdən qırmızı anqobla örtülmüş, xarici səthi cilalanmışdır. İkinci tip kasaların gövdəsi konusvari olub, ağzının kənarı xaricdən köbəlidir. Ağzının kənarı içəridən yastılanaraq qapaq qoymaq üçün əlverişli formaya salınmışdır. Kasa hər iki üzdən qırmızı boya ilə örtülmüşdür. Küpə tipli qabların yalnız gövdə hissəsinin qırıqları saxlanmışdır. Onlar narın qum qarışığı olan gildən hazırlanaraq yaxşı bişirilmiş, xaricdən qırmızı boya ilə örtülərək cilalanmışdır. Bəzi qab qırıqlarının üzərində lentşəkilli, ortada batıq qulpun qırığı qalmışdır.
Orta əsrlərə aid keramika əsasən çəhrayı rəngdə bişirilmişdir. Onları iki qrupa bölmək olar. Birinci qrupa sadə qabların qırıqları daxildir. Onlar yaxşı bişirilmiş, xaricdən sığallanmışdır. Küpələrin bir qrupu dar boğazlı olub, ağzının kənarı xaricə qatlanmışdır. Bəzisinin üzərində boğazı ilə gövdəsini birləşdirən lentşəkilli qulpun qırığı vardır.
Şirli keramika kasa tipli qabların ağız və oturacaq hissəsinin qırıqlarından ibarətdir. Onların ağzının kənarı düz, bəzisi isə içəriyə və xaricə doğru çıxıntılıdır. Qabların oturacağı diskşəkilli olub, içəriyə doğru batıqdır. Kasaların üzəri göy, yaşıl, ağ, mavi rənglərlə həndəsi və nəbati ornamentlə naxışlanmışdır. Qalanın şərq tərəfində qayada çapılmış kiçik meydançada iki quyu qazılmışdır. Quyuların biri yağış sularının axması nəticəsində dolmuşdur. İkinci quyunun bir hissəsi saxlanıb. O qayanın üzərində bir qədər meyilli qazılmış yarımdairəvi şaxtadan ibarətdir. Aşağı tərəfində enmək üçün pillələr düzəldilib. Quyu üç hissədən ibarətdir. Birinci və ikinci hissə bir qədər maili olub, pilləlidir. Üçüncü hissə isə şaquli istiqamətdə qazılmış 10 m dərinliyində quyudan ibarətdir. İçərisi torpaqla dolduğundan axıradək getmək mümkün olmur. Quyuların qazıldığı istiqamətdə, Quyuludağın aşağısında şirin sulu bulaq vardır. Ehtimal ki, quyular su üçün qazılır.
Qalanın cənub tərəfində aparılan tədqiqatlar zamanı Orta Tunc lövrünə aid boyalı və boz rəngli keramika nümunələri aşkar olunmuşdur. Aşkar olunmuş arxeoloji materiallar əsasında demək olar ki, Quyuludağ qalası e.ə. III minillikdə salınmış və orta əsrlərədək bu qaladan istifadə edilmişdir.
İstinadlar
- Vəli Baxşəliyev. Naxçıvanın Arxeoloji Abidələri Bakı: Elm, 2008. Səh. 91-93
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Quyuludag qalasi Naxcivan Muxtar Respublikasi Babek rayonu erazisinde Tunc Antik ve Orta esrler dovrune aid arxeoloji abide TarixiAbide Mezre kendinden simalda her terefden sildirim qayalarla ehate olunmus dagin uzerinde yerlesir Qalanin esas girisi simal terefden olmusdur O qayalardan ve sert yamaclardan kecen dar cigirdan ibaretdir Qalanin ust terefi esasen qayaliq yamaclar ise enisli oldugundan burada medeni tebeqe olduqca az qalmisdir Abidenin tebii cehetden zeif mudafie olunan simal serq terefi iri qaya parcalarindan horulmus divarla mohkemlendirilmisdir Bu mudafie divari tamamile ucub dagilmis onun yalniz bezi yerlerde ozulu salamat qalmisdir Divar qaliqlari aydin izlenilir ve qalanin bas terefini kemer seklinde ehate edir Kesfiyyat xarakterli tedqiqatlar neticesinde buradan Orta esrlere aid materiallar toplanmisdir 1984 cu ilde abide medeni tebeqenin saxlanmasini mueyyen etmek meqsedile 2 x 2 m olcude kesfiyyat qazintisi aparilmisdir Medeni tebeqe kul qarisiq torpaq laylarindan ibaret olub 20 50 sm qalinliginda saxlanmisdi Qazinti zamani cehrayi ve boz rengli qab qiriqlari elde edilmisdi Boz rengli kupenin qirigi narin qum qarisigi olan gilden hazirlanaraq yaxsi bisirilmis xarici sethi yungulce cilalanmisdi Onun agzinin kenari xarice qatlanaraq deyirmiles dirilmisdir Bogazi dar ve konusvari idi Cehrayi rengli keramika forma vermeyen qiriqlardan ibaretdir Onlar narin qum qarisigi olan gilden hazirlanaraq yaxsi bisirilmis xarici sethi cilalanmisdir Yerustu materiallar cehrayi ve boz rengli gil qablardan o cumleden sirli qablardan ibaretdir Yerustu materiallari iki qrupa bolmek olar Birinci qrupa daxil olan qablarin qiriqlari Antik dovre aiddir Onlar esasen kasa ve kupe tipli qablarin qiriqlarindan ibaretdir Kasalar iki tipe ayrilir Birinci tip kasalarin govdesi silindrik konusvari formada olub agzinin kenari duzdur Her iki uzden qirmizi anqobla ortulmus xarici sethi cilalanmisdir Ikinci tip kasalarin govdesi konusvari olub agzinin kenari xaricden kobelidir Agzinin kenari iceriden yastilanaraq qapaq qoymaq ucun elverisli formaya salinmisdir Kasa her iki uzden qirmizi boya ile ortulmusdur Kupe tipli qablarin yalniz govde hissesinin qiriqlari saxlanmisdir Onlar narin qum qarisigi olan gilden hazirlanaraq yaxsi bisirilmis xaricden qirmizi boya ile ortulerek cilalanmisdir Bezi qab qiriqlarinin uzerinde lentsekilli ortada batiq qulpun qirigi qalmisdir Orta esrlere aid keramika esasen cehrayi rengde bisirilmisdir Onlari iki qrupa bolmek olar Birinci qrupa sade qablarin qiriqlari daxildir Onlar yaxsi bisirilmis xaricden sigallanmisdir Kupelerin bir qrupu dar bogazli olub agzinin kenari xarice qatlanmisdir Bezisinin uzerinde bogazi ile govdesini birlesdiren lentsekilli qulpun qirigi vardir Sirli keramika kasa tipli qablarin agiz ve oturacaq hissesinin qiriqlarindan ibaretdir Onlarin agzinin kenari duz bezisi ise iceriye ve xarice dogru cixintilidir Qablarin oturacagi disksekilli olub iceriye dogru batiqdir Kasalarin uzeri goy yasil ag mavi renglerle hendesi ve nebati ornamentle naxislanmisdir Qalanin serq terefinde qayada capilmis kicik meydancada iki quyu qazilmisdir Quyularin biri yagis sularinin axmasi neticesinde dolmusdur Ikinci quyunun bir hissesi saxlanib O qayanin uzerinde bir qeder meyilli qazilmis yarimdairevi saxtadan ibaretdir Asagi terefinde enmek ucun pilleler duzeldilib Quyu uc hisseden ibaretdir Birinci ve ikinci hisse bir qeder maili olub pillelidir Ucuncu hisse ise saquli istiqametde qazilmis 10 m derinliyinde quyudan ibaretdir Icerisi torpaqla doldugundan axiradek getmek mumkun olmur Quyularin qazildigi istiqametde Quyuludagin asagisinda sirin sulu bulaq vardir Ehtimal ki quyular su ucun qazilir Qalanin cenub terefinde aparilan tedqiqatlar zamani Orta Tunc lovrune aid boyali ve boz rengli keramika numuneleri askar olunmusdur Askar olunmus arxeoloji materiallar esasinda demek olar ki Quyuludag qalasi e e III minillikde salinmis ve orta esrleredek bu qaladan istifade edilmisdir IstinadlarVeli Baxseliyev Naxcivanin Arxeoloji Abideleri Baki Elm 2008 Seh 91 93