Quruçay mədəniyyəti — Azərbaycan ərazisində daş dövrünə aid arxeoloji mədəniyyətdir.
Quruçay mədəniyyəti | |
---|---|
Yeri |
Xüsusiyyətləri
Əsasən Azıx mağarası əsasında tədqiq edilmişdir. İbtidai insanların həyatında mağaranın yaxınlığından axan Quruçayın böyük əhəmiyyəti olmuşdur. Qədim insanlar alət hazırlamaq üçün daşları məhz Quruçaydan toplayıb mağaraya gətirmişlər. Eyni zamanda Azıx sakinləri Quruçay dərəsində ovçuluqla da məşğul olurdular. Quruçay vadisi ibtidai insanların yaşaması üçün hər cür şəraitə malik olmuşdur. Ona görə də Azıx mağarasının 7–10-cu təbəqələrindən aşkar olunmuş yeni arxeoloji mədəniyyətin maddi-mədəniyyət qalıqlarına Quruçay mədəniyyəti adı veilmişdir. Aparılan kompleks tədqiqatlar zamanı Quruçay mədəniyyətinin bir neçə inkişaf mərhələsi müəyyən edilmişdir. Mədəniyyətin ilkin mərhələsində alətlərin hazırlanması texnikası bəsit olduğu halda sonrakı mərhələlərdə təkmilləşmişdir. Quruçay mədəniyyətinə aid əmək alətləri Afrikanın Olduvay mədəniyyəti kompleksiilə yaxınlıq təşkil edir. Lakin əmək alətlərinin tipologiyasında fərqlər var. Aparılan kompleks tədqiqatlar Quruçay mədəniyyətinin Azərbaycanda 1.2 milyon il bundan əvvəl başlayıb, 700 min il bundan əvvələ qədər davam etdiyini göstərir. Quruçay mədəniyyəti keçmiş SSRİ ərazisindəən qədim arxeoloji mədəniyyət idi.
Azıx mağarası|Azərbaycanın əlverişli təbii-coğrafi mövqeyi Qədim daş dövründən insanların burada məskən salmasına şərait yaratmışdır. Azərbaycanın Paleolit abidələrinin öyrənilməsinə XX əsrin 50-ci illərində başlanmışdır. 1953-cü ildə S. N. Zamyatin və М.М. Hüseynovun rəhbərliyi ilə təşkil edilən kəşfiyyat xarakterli tədqiqatlar zamanı Qazax rayonunun Daşsalahlı kəndində, Damcılı mağarasında Paleolit düşərgəsi aşkar olunmuşdur. Sonrakı illərdə aparılan araşdırmalar yeni abidələrin aşkar olunması ilə nəticələnmişdir.
Bu abidələr arasında 1960-cı ildə aşkar olunan Azıx mağarasının olduqca böyük əhəmiyyəti olmuşdur. 1960-cı ildə Azıx mağarasında başlanan araşdırmalar 1974-cü ilədək davam etdirilmiş, Azərbaycanın qədim daş dövrünü öyrənmək üçün olduqca əhəmiyyətli olan maddi-mədəniyyət qalıqları aşkar edilmişdir. 1968-ci ildə Aşel dövrü təbəqəsindən azıxantroqun alt çənə parçası, 1974-cü ildə isə insan fəaliyyətinin erkən mərhələsinə aid olan, Olduvay mədəniyyəti ilə müəyyən ümumi xüsusiyyətlərə malik olan Quruçay mədəniyyəti aşkar olunmuşdur.
Füzuli şəhərinin yaxınlığında yerləşən Azıx mağarası Quruçay vadisində, Mil düzü ilə dağ silsiləsinin birləşdiyi ərazidə, olduqca əlverişli mövqedə yer almışdur. Soyuq və isti iqlimlərin qovşağında yerləşən bu ərazi Paleolit dövrü insanlarının ovladığı müxtəlif heyvanların buraya gəlməsinə imkan yaratmışdır. Onlar içərisində kərgədan, vəhşi atlar, ceyran, öküz və digər heyvan cinsləri olmuşdur.
Mağaranın iki girişi olmuşdur. Dörd zaldan ibarət olan mağaranın ümumi sahəsi 80000 kv. m-dir. Zalların tavanında olan müxtəlif həcmli dəliklər gün işığının mağaraya düşməsinə imkan yaratmışdır. Azıx mağarasında aparılan qazıntılar zamanı 14 m qalınlığında 10 mədəni təbəqə aşkar olunmuşdur. X–VII təbəqələrdən aşkar olunan maddi-mədəniyyət nümunələri hazırlanma texnikası və tipologiyasının özünəməxsus xüsusiyyətləri ilə fərqləndiyi üçün Quruçay mədəniyyəti adlandırılmışdır. Ən aşağıda yerləşən və mağaranın daş döşəməsini örtən onuncu təbəqə Quruçay hövzəsinin ilk sakinlərinin maddi mədəniyyəti ilə bağlıdır. Ehtimal ki, insanlar Quruçay vadisində mağarada məskunlaşmamışdan xeyli əvvəl yaşamışlar.
Azıx mağarasının ən aşağı qatlarından aşkar edilən daş alətlər Quruçay vadisində məskən salan insanların həyatını öyrənmək üçün ən mühüm dəlildir. Bu təbəqədən daş dövrünün ən qədim mərhələsinə aid 20 əmək aləti aşkar edilib öyrənilmişdir. Onlar protoçopper, protoçorrinq, limasşəkilli kobud alətlər, çoxüzlülər və ərsinlərdən ibarətdir. Bu təbəqədən həmçinin istehsal tullantıları və Quruçay dərəsindən xammal kimi gətirilən çay daşları da aşkar edilmişdir. Əmək alətlərinin hamısı qırmızı, qəhvəyi, sarı-boz rəngli kvarsdan, xalsedon, andezit, bazalt tərkibli vulkanik daşlardan hazırlanaraq bəziləri bir tərəfdən, digərləri isə hər iki tərəfdən qəlpələr qoparılmaqla işlənmiş, üzərlərində istifadə izləri saxlanmışdır. Qəlpələr əsasən daşların kənarlarından mərkəzə doğru vurulan zərbələrlə qoparılmışdır. Alətlərin bir qismində çay daşının təbii qabığı saxlanmışdır. Bəzi əmək alətləri pilləli retuşla işlənmişdir. Onuncu təbəqədən aşkar olunmuş əmək alətləri işlənmə texnikasına və tipoloji xüsusiyyətlərinə görə həmdövrdür. Ərsinlər, kəsici və özəkvari alətlər qəlpələr qoparılmaqla kobud hazırlanmışdır. Əmək alətlərinin işlənmə texnikasının kifayət qədər inkişaf etmiş səviyyədə olması, xüsusilə qəlpə qoparma üsulları, iki tərəfli işləmə texnikası, əmək alətlərinin ağız hissəsinin ikinci dəfə işlənməsi göstərir ki, Quruçay vadisinin qədim sakinləri mağaraya gəlməmişdən xeyli əvvəl vadidə açıq düşərgələrdə məskunlaşmışlar. М.М. Hüseynovun fikrinə görə, bu mədəniyyət Quruçay vadisində mağaranın məskunlaşmasından bir neçə yüz il əvvəl meydana gəlmişdir. Hazırda Quruçay mədəniyyətinin 1,8 milyon il əvvəl meydana gəldiyi ehtimal olunur. Onuncu təbəqənin üzərində yerləşən doqquzuncu təbəqə daha qalın və maddi-mədəniyyət qalıqları ilə daha da zəngindir. Bu təbəqədə əmək alətlərinin sayı əvvəlkindən beş dəfə artıqdır. Onlar protoçopper, protoçoppinq, özəkvari və kubvari alətlər, limasşəkilli alətlər, ərsinlər və qəlpələrdən ibarətdir. Bu təbəqədə ilk dəfə olaraq kubvari alətlər meydana çıxır. Protoçopperlər çay daşının bir ucu, yaxud uzununa bir kənarının qoparılması ilə hazırlanmışdır. Protoçoppinqlər başlıca olaraq çox da ağır olmayan yastı, oval daşlardan, çay daşlarının bir ucu, yaxud uzunsov kənarının hər iki tərəfdən qəlpələnməsi ilə, ərsinlər isə vurma səthi saxlanmış qəlpələrin bəzən bel, bəzən isə kənarlarının işlənməsi ilə düzəldilmişdir.
Mağaranın səkkizinci təbəqəsində aşkar olunan əmək alətləri tipoloji xüsusiyyətlərinə görə alt qatlardan aşkar olunan əmək alətləri ilə eynidir. Lakin bu təbəqə üçün protoçopper və protoçoppinq tipli ağır qiqantolitlərin meydana çıxması xarakterikdir. Bu təbəqədə primitiv çapacaqlara bənzəyən protoçoppinqlər də aşkar olunmuşdur.
Yeddinci təbəqə Quruçay mədəniyyətinin tamamlayıcı mərhələsini əks etdirir. Bu təbəqə litoloji xüsusiyyətlərinə görə aşağıdakı təbəqələrlə eyni olub, özündən yuxarıda yerləşən erkən Aşel mədəniyyətindən tamamilə fərqlənir. Bu təbəqədən aşkar edilmiş daş məmulatı protoçopper, protoçoppinq, özəkvari və kubvari əşyalar, ərsinlər, qəlpələr, istehsal tullantıları, çay daşlarından ibarətdir.
Əmək alətləri işlənmə texnikasının daha təkmil olunması ilə X–VIII təbəqənin alətlərindən fərqlənir. Bu fərqlər qəlpə qoparma texnikasında, xüsusilə qəlpələrin aydın seçilən vurma səthində, alətlərin kənarlarında saxlanmış qabarcıqlarda özünü göstərir. Çoppinqlərin hazırlanmasında Erkən Aşel dövrünün çoppinqləri və kobud çapacaqları üçün xarakterik olan əlamətlər izlənmişdir.
Azıx mağarasının X–VII təbəqəsindən aşkar olunmuş əmək alətləri tipoloji xüsusiyyətlərinə, hazırlanma texnikasına, qəlpə qoparma üsuluna və istifadə olunan xammalın tərkibinə görə genetik cəhətdən bir-biri ilə bağlı olub vahid bir mədəniyyətin məhsuludur. Bu mədəniyyət Azıx, Tağlar və Azərbaycanın cənubqərbindəki digər mədəniyyətlərin qaynağı olmuşdur. Ümumi qalınlığı 4,5 m olan bu təbəqə mağaranın ən qədim çöküntüləri olmaqla eyni təbii şəraitin məhsuludur.
Qədim insanların yaşadığı Paleolit düşərgələrinə dünyanın bir çox yerlərində rastlansa da, çoxtəbəqəli Azıx mağarası təbəqələrin ardıcıl yerləşməsinə görə nadir abidələrdən biridir. Azıx mağarasının yeganə bənzəri hələlik Olduvay abidəsidir. Elə buna görə də Azıx mağarasından aşkar edilmiş əmək alətlərinin tipoloji təsnifatında və adlandırılmasında М.М. Hüseynov Olduvaydan aşkar edilmiş bənzər alətlərin adından istifadə etmişdir.
Azıx mağarasının X–VII qatlarının fauna qalıqları olduqca pis saxlanmışdır. Onların bir çoxu çürüdüyündən hansı heyvanlara aid olduğunu təyin etmək mümkün olmamışdır. Aşkar olunan heyvan sümükləri maral, antilop, quş, gəmirici və yırtıcı heyvanların lülə sümüklərinin parçalarından, buynuz qırıqlarından ibarətdir. Lakin Quruçay mədəniyyətinin mövcud olduğu Abşeron dövrünün fauna qalıqları daha zəngin olmuşdur. Bu dövrdə Vulpes aff vulpes, Crocuta spelea, Spelearstos speleus, Ursus cf.arctos, Cervus mesopotamiea, Equus sussen bornansis, Equus hidruntinus, Dicerorhinus mercki, Bison schotensaci və digər heyvanlar yaşamışdır.
Azıx mağarasından aşkar olunmuş çay daşlarından hazırlanmış kobud daş alətlərin bənzərləri Olduvay (Tanzaniya), Koobi-Fora (Keniya), Melka Kontura (Efiopiya), Vallona (Fransa), Ubeydiyə (İsrail) və digər abidələrdən məlumdur.
Azıx mağarasının qədim sakinlərinin əsas məşğuliyyəti yığıcılıq və ovçuluq olmuşdur.
İstinadlar
- Vəli Baxşəli oğlu Baxşəliyev. Azərbaycan arxeologiyası (Ali məktəb tələbələri üçün vəsait). I cild. Bakı: Elm, 2007.[1] 2020-01-11 at the Wayback Machine
- Azərbaycan Tarixi (7 cilddə). Bakı: Elm, 1998, 1-ci cild.[2] 2022-09-21 at the Wayback Machine
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu adin diger istifade formalari ucun bax Qurucay Qurucay medeniyyeti Azerbaycan erazisinde das dovrune aid arxeoloji medeniyyetdir Qurucay medeniyyetiYeri Azerbaycan RespublikasiXususiyyetleriEsasen Azix magarasi esasinda tedqiq edilmisdir Ibtidai insanlarin heyatinda magaranin yaxinligindan axan Qurucayin boyuk ehemiyyeti olmusdur Qedim insanlar alet hazirlamaq ucun daslari mehz Qurucaydan toplayib magaraya getirmisler Eyni zamanda Azix sakinleri Qurucay deresinde ovculuqla da mesgul olurdular Qurucay vadisi ibtidai insanlarin yasamasi ucun her cur seraite malik olmusdur Ona gore de Azix magarasinin 7 10 cu tebeqelerinden askar olunmus yeni arxeoloji medeniyyetin maddi medeniyyet qaliqlarina Qurucay medeniyyeti adi veilmisdir Aparilan kompleks tedqiqatlar zamani Qurucay medeniyyetinin bir nece inkisaf merhelesi mueyyen edilmisdir Medeniyyetin ilkin merhelesinde aletlerin hazirlanmasi texnikasi besit oldugu halda sonraki merhelelerde tekmillesmisdir Qurucay medeniyyetine aid emek aletleri Afrikanin Olduvay medeniyyeti kompleksiile yaxinliq teskil edir Lakin emek aletlerinin tipologiyasinda ferqler var Aparilan kompleks tedqiqatlar Qurucay medeniyyetinin Azerbaycanda 1 2 milyon il bundan evvel baslayib 700 min il bundan evvele qeder davam etdiyini gosterir Qurucay medeniyyeti kecmis SSRI erazisindeen qedim arxeoloji medeniyyet idi Azix magarasi Azerbaycanin elverisli tebii cografi movqeyi Qedim das dovrunden insanlarin burada mesken salmasina serait yaratmisdir Azerbaycanin Paleolit abidelerinin oyrenilmesine XX esrin 50 ci illerinde baslanmisdir 1953 cu ilde S N Zamyatin ve M M Huseynovun rehberliyi ile teskil edilen kesfiyyat xarakterli tedqiqatlar zamani Qazax rayonunun Dassalahli kendinde Damcili magarasinda Paleolit dusergesi askar olunmusdur Sonraki illerde aparilan arasdirmalar yeni abidelerin askar olunmasi ile neticelenmisdir Bu abideler arasinda 1960 ci ilde askar olunan Azix magarasinin olduqca boyuk ehemiyyeti olmusdur 1960 ci ilde Azix magarasinda baslanan arasdirmalar 1974 cu iledek davam etdirilmis Azerbaycanin qedim das dovrunu oyrenmek ucun olduqca ehemiyyetli olan maddi medeniyyet qaliqlari askar edilmisdir 1968 ci ilde Asel dovru tebeqesinden azixantroqun alt cene parcasi 1974 cu ilde ise insan fealiyyetinin erken merhelesine aid olan Olduvay medeniyyeti ile mueyyen umumi xususiyyetlere malik olan Qurucay medeniyyeti askar olunmusdur Fuzuli seherinin yaxinliginda yerlesen Azix magarasi Qurucay vadisinde Mil duzu ile dag silsilesinin birlesdiyi erazide olduqca elverisli movqede yer almisdur Soyuq ve isti iqlimlerin qovsaginda yerlesen bu erazi Paleolit dovru insanlarinin ovladigi muxtelif heyvanlarin buraya gelmesine imkan yaratmisdir Onlar icerisinde kergedan vehsi atlar ceyran okuz ve diger heyvan cinsleri olmusdur Magaranin iki girisi olmusdur Dord zaldan ibaret olan magaranin umumi sahesi 80000 kv m dir Zallarin tavaninda olan muxtelif hecmli delikler gun isiginin magaraya dusmesine imkan yaratmisdir Azix magarasinda aparilan qazintilar zamani 14 m qalinliginda 10 medeni tebeqe askar olunmusdur X VII tebeqelerden askar olunan maddi medeniyyet numuneleri hazirlanma texnikasi ve tipologiyasinin ozunemexsus xususiyyetleri ile ferqlendiyi ucun Qurucay medeniyyeti adlandirilmisdir En asagida yerlesen ve magaranin das dosemesini orten onuncu tebeqe Qurucay hovzesinin ilk sakinlerinin maddi medeniyyeti ile baglidir Ehtimal ki insanlar Qurucay vadisinde magarada meskunlasmamisdan xeyli evvel yasamislar Azix magarasinin en asagi qatlarindan askar edilen das aletler Qurucay vadisinde mesken salan insanlarin heyatini oyrenmek ucun en muhum delildir Bu tebeqeden das dovrunun en qedim merhelesine aid 20 emek aleti askar edilib oyrenilmisdir Onlar protocopper protocorrinq limassekilli kobud aletler coxuzluler ve ersinlerden ibaretdir Bu tebeqeden hemcinin istehsal tullantilari ve Qurucay deresinden xammal kimi getirilen cay daslari da askar edilmisdir Emek aletlerinin hamisi qirmizi qehveyi sari boz rengli kvarsdan xalsedon andezit bazalt terkibli vulkanik daslardan hazirlanaraq bezileri bir terefden digerleri ise her iki terefden qelpeler qoparilmaqla islenmis uzerlerinde istifade izleri saxlanmisdir Qelpeler esasen daslarin kenarlarindan merkeze dogru vurulan zerbelerle qoparilmisdir Aletlerin bir qisminde cay dasinin tebii qabigi saxlanmisdir Bezi emek aletleri pilleli retusla islenmisdir Onuncu tebeqeden askar olunmus emek aletleri islenme texnikasina ve tipoloji xususiyyetlerine gore hemdovrdur Ersinler kesici ve ozekvari aletler qelpeler qoparilmaqla kobud hazirlanmisdir Emek aletlerinin islenme texnikasinin kifayet qeder inkisaf etmis seviyyede olmasi xususile qelpe qoparma usullari iki terefli isleme texnikasi emek aletlerinin agiz hissesinin ikinci defe islenmesi gosterir ki Qurucay vadisinin qedim sakinleri magaraya gelmemisden xeyli evvel vadide aciq dusergelerde meskunlasmislar M M Huseynovun fikrine gore bu medeniyyet Qurucay vadisinde magaranin meskunlasmasindan bir nece yuz il evvel meydana gelmisdir Hazirda Qurucay medeniyyetinin 1 8 milyon il evvel meydana geldiyi ehtimal olunur Onuncu tebeqenin uzerinde yerlesen doqquzuncu tebeqe daha qalin ve maddi medeniyyet qaliqlari ile daha da zengindir Bu tebeqede emek aletlerinin sayi evvelkinden bes defe artiqdir Onlar protocopper protocoppinq ozekvari ve kubvari aletler limassekilli aletler ersinler ve qelpelerden ibaretdir Bu tebeqede ilk defe olaraq kubvari aletler meydana cixir Protocopperler cay dasinin bir ucu yaxud uzununa bir kenarinin qoparilmasi ile hazirlanmisdir Protocoppinqler baslica olaraq cox da agir olmayan yasti oval daslardan cay daslarinin bir ucu yaxud uzunsov kenarinin her iki terefden qelpelenmesi ile ersinler ise vurma sethi saxlanmis qelpelerin bezen bel bezen ise kenarlarinin islenmesi ile duzeldilmisdir Magaranin sekkizinci tebeqesinde askar olunan emek aletleri tipoloji xususiyyetlerine gore alt qatlardan askar olunan emek aletleri ile eynidir Lakin bu tebeqe ucun protocopper ve protocoppinq tipli agir qiqantolitlerin meydana cixmasi xarakterikdir Bu tebeqede primitiv capacaqlara benzeyen protocoppinqler de askar olunmusdur Yeddinci tebeqe Qurucay medeniyyetinin tamamlayici merhelesini eks etdirir Bu tebeqe litoloji xususiyyetlerine gore asagidaki tebeqelerle eyni olub ozunden yuxarida yerlesen erken Asel medeniyyetinden tamamile ferqlenir Bu tebeqeden askar edilmis das memulati protocopper protocoppinq ozekvari ve kubvari esyalar ersinler qelpeler istehsal tullantilari cay daslarindan ibaretdir Emek aletleri islenme texnikasinin daha tekmil olunmasi ile X VIII tebeqenin aletlerinden ferqlenir Bu ferqler qelpe qoparma texnikasinda xususile qelpelerin aydin secilen vurma sethinde aletlerin kenarlarinda saxlanmis qabarciqlarda ozunu gosterir Coppinqlerin hazirlanmasinda Erken Asel dovrunun coppinqleri ve kobud capacaqlari ucun xarakterik olan elametler izlenmisdir Azix magarasinin X VII tebeqesinden askar olunmus emek aletleri tipoloji xususiyyetlerine hazirlanma texnikasina qelpe qoparma usuluna ve istifade olunan xammalin terkibine gore genetik cehetden bir biri ile bagli olub vahid bir medeniyyetin mehsuludur Bu medeniyyet Azix Taglar ve Azerbaycanin cenubqerbindeki diger medeniyyetlerin qaynagi olmusdur Umumi qalinligi 4 5 m olan bu tebeqe magaranin en qedim cokuntuleri olmaqla eyni tebii seraitin mehsuludur Qedim insanlarin yasadigi Paleolit dusergelerine dunyanin bir cox yerlerinde rastlansa da coxtebeqeli Azix magarasi tebeqelerin ardicil yerlesmesine gore nadir abidelerden biridir Azix magarasinin yegane benzeri helelik Olduvay abidesidir Ele buna gore de Azix magarasindan askar edilmis emek aletlerinin tipoloji tesnifatinda ve adlandirilmasinda M M Huseynov Olduvaydan askar edilmis benzer aletlerin adindan istifade etmisdir Azix magarasinin X VII qatlarinin fauna qaliqlari olduqca pis saxlanmisdir Onlarin bir coxu curuduyunden hansi heyvanlara aid oldugunu teyin etmek mumkun olmamisdir Askar olunan heyvan sumukleri maral antilop qus gemirici ve yirtici heyvanlarin lule sumuklerinin parcalarindan buynuz qiriqlarindan ibaretdir Lakin Qurucay medeniyyetinin movcud oldugu Abseron dovrunun fauna qaliqlari daha zengin olmusdur Bu dovrde Vulpes aff vulpes Crocuta spelea Spelearstos speleus Ursus cf arctos Cervus mesopotamiea Equus sussen bornansis Equus hidruntinus Dicerorhinus mercki Bison schotensaci ve diger heyvanlar yasamisdir Azix magarasindan askar olunmus cay daslarindan hazirlanmis kobud das aletlerin benzerleri Olduvay Tanzaniya Koobi Fora Keniya Melka Kontura Efiopiya Vallona Fransa Ubeydiye Israil ve diger abidelerden melumdur Azix magarasinin qedim sakinlerinin esas mesguliyyeti yigiciliq ve ovculuq olmusdur IstinadlarVeli Baxseli oglu Baxseliyev Azerbaycan arxeologiyasi Ali mekteb telebeleri ucun vesait I cild Baki Elm 2007 1 2020 01 11 at the Wayback Machine Azerbaycan Tarixi 7 cildde Baki Elm 1998 1 ci cild 2 2022 09 21 at the Wayback Machine