Qulaməli xan Qacar — İrəvan xanı. 1783-cü il noyabrın 9-da Hüseynəli xan Qacar xəslələnərək vəfat etdi. Xanın vəsiyyətinə əsasən hakimiyyətə böyük oğlu, 15 yaşlı Qulaməli xan Qacar gəldi.
Qulaməli xan Ziyadoğlu-Qacar | |
---|---|
Şəxsi məlumatlar | |
Dini | islam |
Hakimiyyəti
Knyaz Baqrationun İrəvan xanlığında Qulaməli xanın oturması ilə razılaşmasını İrəvan zadəganları birmənalı qiymətləndirərək elə güman etdilər ki, bu işdə II İraklinin əli vardır. Odur ki, yeni xana o qədər də etibar etmirdilər. Qulaməli xan atasının dəfni ilə məşğul olarkən yerli əyanlardan Usmi bəy tərəfdarları ilə üsyan qaldıraraq İrəvan qalasını ələ keçirdilər. Lakin mərhum Hüseynəli xanın keçmiş tərəfdarlarının da köməyi ilə yatırıldı.
Qulaməli xanın səkkiz aylıq hakimiyyəti İrəvan xanlığının ən ziddiyyətli dövrlərindəndir. Onun hakimiyyəti dövründə xanlıqda öz mövqeyini möhkəmləndirmək üçün Osmanlı dövləti ilə Rusiya qüvvələri arasında gizli mübarizə gedirdi. Qulaməli xanın çox gənc və təcrübəsiz olmasından istifadə edən bu iki dövlət İrəvan hakimini öz tərəfinə çəkməyə çalışırdı. Əgər Hüseynəli xan hər iki tərəf arasında bitərəf mövqe tuturdusa, Qulaməli xanın dövründə İrəvan xanlığı Osmanlı dövləti ilə daha da yaxınlaşdı. Xanın cavan və təcrübəsiz olmasını nəzərə alan bəzi Osmanlı paşaları II İraklinin İrəvanı ələ keçirəcəyindən narahat olaraq onunla sıx əlaqə saxlayırdılar. Atasının ölümü ilə əlaqədar olaraq başsalığına gəlmiş Ahalsıq, Ərzurum, Qars və Bəyazid paşalıqlarının nümayəndələri fürsətdən istifadə edərək Qulaməli xanla danışıqlar aparırdılar.
Qulaməli xan Çıldır valisi Salman paşaya yazdığı məktubda osmanlılarla həmrəy olduğunu bildirərək, Azərbaycanda baş verən hadisələr barədə ona qiymətli məlumat göndərmişdi. Məktubdan görünür ki, sultan Qulaməli xanı öz tərəfinə çəkmək üçün onu bəylərbəyi vəzifəsi ilə təltif etmiş, eyni zamanda Osmanlı paşalarına zəruri vaxtlarda ona hərtərəfli yardım göstərmələri haqqında əmr verilmişdi. Osmanlılarla əlqələrin yaxınlaşması səbəbindən Qulaməli xan II irakli ilə bağlanmış sülhə əməl etmir və müqavilənin şərtlərinə əməl etmirdi.
İrəvan xanlığına təcavüzün elə də asan olmadığını başa düşən II İrakli öncə diplomatik vasitələrlə əl atır. Lakin bunun ciddi nəticə vermədiyini görən Rusiya və gürcü çarı digər vasitələrə əl atır. Belə ki, 1784-cü ilin yayında Qulaməli xana sui-qəsd təşkil olunur və xan qətlə yetirilir. Qars mühafizi Mustafa paşanın məlumatına görə, "Yaranmış real təhlükə qarşısında İrəvan xanının Osmanlı dövləti ilə yaxınlaşması nəticəsində bölgədəki ruslar və onların müttəfiqi olan gürcü çarının hiylələri nəticəsində Qulaməli xan qətlə yetirildi".
İstinadlar
- Elçin Qarayev.s.83-84.
- Fuad Əliyev, Urfan Həsənov.s.104.
- Elçin Qarayev.s.84.
- Yaqub Mahmudov.s.179.
- Elçin Qarayev.s.85-86.
- Elçin Qarayev.s.85.
- Elçin Qarayev.s.87.
- Elçin Qarayev.s.90.
- Yaqub Mahmudov.s.180.
Ədəbiyyat
- Fuad Əliyev, Urfan Həsənov. (PDF). Bakı: "Şərq-Qərb". 2007. 144 səh. ISBN . 2018-12-22 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2018-08-17.
- Elçin Qarayev. Azərbaycanın İrəvan bölgəsinin tarixindən (XVII yüzilliyin sonu–XIX yüzilliyin ortalarında) (PDF). Bakı: "Mütərcim". 2016. 544 səh.
- Yaqub Mahmudov. İrəvan xanlığı (Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi). Bakı: A.A.Bakıxanov adına Tarix İnstitutu. 2010. 617 səh.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Qulameli xan Qacar Irevan xani 1783 cu il noyabrin 9 da Huseyneli xan Qacar xeslelenerek vefat etdi Xanin vesiyyetine esasen hakimiyyete boyuk oglu 15 yasli Qulameli xan Qacar geldi Qulameli xan Ziyadoglu QacarSexsi melumatlarDini islamHakimiyyetiKnyaz Baqrationun Irevan xanliginda Qulameli xanin oturmasi ile razilasmasini Irevan zadeganlari birmenali qiymetlendirerek ele guman etdiler ki bu isde II Iraklinin eli vardir Odur ki yeni xana o qeder de etibar etmirdiler Qulameli xan atasinin defni ile mesgul olarken yerli eyanlardan Usmi bey terefdarlari ile usyan qaldiraraq Irevan qalasini ele kecirdiler Lakin merhum Huseyneli xanin kecmis terefdarlarinin da komeyi ile yatirildi Qulameli xanin sekkiz ayliq hakimiyyeti Irevan xanliginin en ziddiyyetli dovrlerindendir Onun hakimiyyeti dovrunde xanliqda oz movqeyini mohkemlendirmek ucun Osmanli dovleti ile Rusiya quvveleri arasinda gizli mubarize gedirdi Qulameli xanin cox genc ve tecrubesiz olmasindan istifade eden bu iki dovlet Irevan hakimini oz terefine cekmeye calisirdi Eger Huseyneli xan her iki teref arasinda biteref movqe tuturdusa Qulameli xanin dovrunde Irevan xanligi Osmanli dovleti ile daha da yaxinlasdi Xanin cavan ve tecrubesiz olmasini nezere alan bezi Osmanli pasalari II Iraklinin Irevani ele kecireceyinden narahat olaraq onunla six elaqe saxlayirdilar Atasinin olumu ile elaqedar olaraq bassaligina gelmis Ahalsiq Erzurum Qars ve Beyazid pasaliqlarinin numayendeleri fursetden istifade ederek Qulameli xanla danisiqlar aparirdilar Qulameli xan Cildir valisi Salman pasaya yazdigi mektubda osmanlilarla hemrey oldugunu bildirerek Azerbaycanda bas veren hadiseler barede ona qiymetli melumat gondermisdi Mektubdan gorunur ki sultan Qulameli xani oz terefine cekmek ucun onu beylerbeyi vezifesi ile teltif etmis eyni zamanda Osmanli pasalarina zeruri vaxtlarda ona herterefli yardim gostermeleri haqqinda emr verilmisdi Osmanlilarla elqelerin yaxinlasmasi sebebinden Qulameli xan II irakli ile baglanmis sulhe emel etmir ve muqavilenin sertlerine emel etmirdi Irevan xanligina tecavuzun ele de asan olmadigini basa dusen II Irakli once diplomatik vasitelerle el atir Lakin bunun ciddi netice vermediyini goren Rusiya ve gurcu cari diger vasitelere el atir Bele ki 1784 cu ilin yayinda Qulameli xana sui qesd teskil olunur ve xan qetle yetirilir Qars muhafizi Mustafa pasanin melumatina gore Yaranmis real tehluke qarsisinda Irevan xaninin Osmanli dovleti ile yaxinlasmasi neticesinde bolgedeki ruslar ve onlarin muttefiqi olan gurcu carinin hiyleleri neticesinde Qulameli xan qetle yetirildi IstinadlarElcin Qarayev s 83 84 Fuad Eliyev Urfan Hesenov s 104 Elcin Qarayev s 84 Yaqub Mahmudov s 179 Elcin Qarayev s 85 86 Elcin Qarayev s 85 Elcin Qarayev s 87 Elcin Qarayev s 90 Yaqub Mahmudov s 180 EdebiyyatVikimenbede Muellif Qulameli xan Qacar ile elaqeli melumatlar var Fuad Eliyev Urfan Hesenov PDF Baki Serq Qerb 2007 144 seh ISBN 978 9952 34 166 9 2018 12 22 tarixinde orijinalindan PDF arxivlesdirilib Istifade tarixi 2018 08 17 Elcin Qarayev Azerbaycanin Irevan bolgesinin tarixinden XVII yuzilliyin sonu XIX yuzilliyin ortalarinda PDF Baki Mutercim 2016 544 seh Yaqub Mahmudov Irevan xanligi Rusiya isgali ve ermenilerin Simali Azerbaycan torpaqlarina kocurulmesi Baki A A Bakixanov adina Tarix Institutu 2010 617 seh