Qravitasion relyef forması — Qravitasion relyef əmələgətirici proseslər bilavasitə ağırlıq qüvvəsinin təsiri və yer səthinin süxur kütlələrinin hərəkəti və yerdəyişməsi nəticəsində baş verir və müvafiq morfoskulpturlar formalaşır. Azərbaycanın dağlıq ərazisində fiziki-coğrafi şəraitin mürəkkəbliyi ilə əlaqədar olaraq, qravitvsiya proseslərinin təzahürü öz müxtəlifliyi ilə seçilir və sürüşmə, uçqun, daş axınları, çınqıl, ufantı, səpinti və s.kimi hadisələrlə əlaqədar müvafiq morfoskulpturlar əmələ gətirir. Bunların inkişafının intensivliyi, relyefdə təzahürü, sahəvi paylanması və başqa xüsusiyyətləri bir sıra təbii amillərdən — ərazinin yüksəkliyi, səthin meylliyi, forması, süxurların litoloji tərkibi, çatlılıq dərəcəsi, atmosfer yağıntıları və hidrogeoloji şəraitin bir-biri ilə qarşılıqlı münasibətilə əlaqədardır. Həmin parametrlərin yüksəklik və üfüqi istiqamətdə differensasiyası artdıqca qravitasiya prosesinin intensivliyi və onun yaratdığı relyef formalarının tutduğu sahələr də genişlənir.
Sürüşmə
Azərbaycan Respublikasının dağlıq ərazilərində qravitasiya proseslərinin ən geniş yayılmış növlərindən biri sürüşmələrdir.
Sürüşmə prosesləri əlverişli relyef şəraitində örtük, qırıntı süxur kütlələrinin və ana süxur laylarının yerindən qopması və ağırlıq qüvvəsinin təsiri altında yamacboyu hərəkəti ilə baş verir. Sürüşməyə başlıca olaraq süxur kütlələrinin və blokların yamacda dayanıqlığını itirməsi, süxurların nəmlənməsi, aşınma və s. nəticəsində bunların fiziki vəziyyətinin dəyişilməsi və davamlığının zəifləməsi səbəb olur. Burada başlıca şərt yamaclarda toplanmış kövrək örtük çöküntülərin altında su keçirməyən gilli layın olmasıdır. Sürüşmələrin baş verməsinə yamacların meyllik bitki ilə örtülmə və rütubətlənmə dərəcəsi, onları təşkil edən süxurların litoloji tərkibi (gillər, gilli şistlər, qum və əhəngdaşları), iqlim şəraiti, və ətraf mühitə insanların düşünülməmiş müdaxiləsi, ərazinin seysmikliyi və s. amillər də səbəb olur.
Azərbaycan Respublikasının ərazisi üçün ilk dəfə olaraq sürüşmələrin genetik tipinə və onların intensivlik dərəcəisinə görə rayonlaşdırılması B.Ə.Budaqov (1982, 1983) tərəfindən aparılmışdır. Müəllif respublika ərazisində inkişaf etmiş sürüşmələrin rayonlaşmasını kompleks geoloji-coğrafi prinsipə əsasən aparmış və hərəkət intensivliyinə görə sürüşmələri üç qrupda birləşdirmişdir:
- 1.Fəal hərəkətdə olan;
- 2.Orta dərəcədə hərəkətdə olan;
- 3.Zəif hərəkətdə olan.
Respublika ərazisində belə rayonların müəyyən edilmişdir və onların ayrılmasında aşağıdakı geoloji-coğrafi amillər əsas götürülmüşdür:
- a) sürüşmənin fəallıq dərəcəsi;
- b) ana süxurların stratiqrafiyası və litologiyası;
- v) seysmiklik;
- q) relyefin şaquli zonallığı;
- d) atmosfer çöküntülərinin orta illik miqdarı.
Azərbaycan daxilində sürüşmələr qeyri-bərabər paylanmış və əsasən, onun dağlıq hissəsində inkişaf etmişdir. Bəzən sürüşmələrə ümumi qalxmaya məruz qalan dağətəyi düzənliklərin bir sıra sahələrində, xüsusilə çay dərələrinin yamaclarında müvafiq hidrogeoloji, litoloji və kifayət qədər rütubətlik şəraitində də rast gəlmək olur. Bu cür sürüşmələr Qusar maili düzənliyində, Basqal və Qızmeydan tektonik örtükləri rayonunda geniş inkişaf etmişdir. Burada sürüşmələr həm kövrək tərkibli örtük və həm də köklü süxurlarda müşahidə edilir. Sürüşmələr Qusar maili düzənliyində Vəlvələçay, Caqacuqçay, Ağçay, Qaraçay, Qudyalçay hövzələrində üçüncü dövrün gilli süxurlarının yayıldığı ərazilərdə geniş sahəni əhatə edir. Atmosfer çöküntülərinin orta illik miqdarı həmin sürüşmə rayonunun cənub-şərq hissəsində, şimal-qərbində isə 900 mm-ə, seysmiklikliyi 7-8 bala çatır.
Orta Kür çökəkliyində sürüşmələr
Orta Kür çökəkliyində sürüşmələr nisbətən zəif inkişaf etmişdir. M.A.Müseyibovun (1975) tədqiqatlarına əsasən sürüşmələr Çobandağ tirəsinin şimal yamacında, Eldaroyuğu və Tülkütəpə yüksəkliklərində müşahidə edilir. Müasir sürüşmələr Qanlı dağın şimal yamacında, Qatar silsiləsində, Quyruqençə tirəsinin cənub yamacında, Dəyirmandağın şimal yamacında və Mingəçevir su anbarının sahillərində inkişaf etmişdir. Bu sahələrdə sürüşmələr yamacların dabanını Kür və Qabırrıçayın yuması, eləcə də Mingəçevir su anbarının sahillərinin abraziyası yuyulması, nəticəsində yaranmışdır.
Azərbaycan Republikası daxilində sürüşmələrin çox fəal hərəkətdə olduğu və geniş inkişaf etdiyi rayonlardan biri Böyük Qafqazdır. Bu dağlıq ərazidə sürüşmələr və onun yaratdığı relyef formaları respublikanın başqa dağlıq vilayətlərinə nisbətən daha geniş yayılmışdır. Sürüşmələr şaquli qurşaqlar üzrə inkişaf edib, xüsusilə ortadağlıq qurşaqda daha geniş sahə tutur. Baş Qafqaz silsiləsinin cənub yamacında, Mazımçayla Girdimançay arasında sürüşmələr əsasən və mütləq yüksəkliklər arasında yayılmışlar. Fəal tektonik zona daxilində, atmosfer yağıntılarının orta illik miqdarı 900 mm-lə 1200- arasında dəyişir. Sürüşmələrin inkişafına digər amillərlə yanaşı mergelli-gilli qatlarda inkişaf etmiş aktiv tektonik qırılmalar və süxurların çatlılığı da təsir göstərir. Sürüşmələr, əsasən, silsilələrin və onların yan qollarının meylliyi çox olan və gili tərkibli süxurların geniş yayıldığı yamaclarında inkişaf etmişdir. Burada əlverişli rütubətlilik şəraitində qravitasion-tektonik mənşəli blokvari sürüşmələr, sürüşmə-uçqun və sürüşmə-sel axınları formalaşmışdır. Bu sürüşmə tipləri daxilində sürüşmə-uçqun növü həm köklü və həm də örtük süxurlarda inkişaf etmişdir. Sürüşmələrin inkişafında Baş Qafqaz silsiləsinin yan qollarında (Qubax, Həmzəgör, Qaflan, Qoçumırıx, Qızılqaya və s.), Qovdağ və Niyaldağ silsilərində, onların suayrıcında mövcud tektonik və qravitasion-tektonik mənşəli pozulmalar əhəmiyyətli rol oynayır. Sürüşmələr, əsasən, şimal səmtli yamaclarda daha çox müşahidə olunur. Bütün Qafqazda çox fəal klassik sürüşmə zonası kimi Göyçay-Vəlvələçay arası ərazi xüsusi maraq doğurur.
Böyük Qafqaz zonasındakı sürüşmələr
Balakən-Zaqatala filizli zonasındakı sürüşmələrin inkişafında tektonik pozulma və qırılmalar üzrə inkişaf etmiş müxtəlif sulfid minerallaşmaları əhəmiyyətli rol oynayır. Belə ki, tektonik qırılma və pozulmalar boyu süxurların kimyəvi aşınması yuyulması ayrı-ayrı bloklar arasındakı əlaqənin zəifləməsinə, onların yamac boyu yerdəyişməsinə səbəb olur. Bir sıra çayların suayrıclarında inkişaf etmiş mütəhərrik canlı qravitasion - tektonik pozulma və çatlar süxurların parçalanma dərəcəsini artırır və bunlar da sürüşmələrin dinamikliyinə əlverişli şərait yaradır.
Cənub yamacın yüksəkdağlıq qurşağında sürüşmələr Şinçayın mənbəyində, Qdım aşırımı rayonunda müxtəlif istiqamətdə uzanan bəzi dağ qollarının yamacında (Qəcəldağ, Qoturdağ, Peyğəmbərbulaq və s) nisbətən zəif inkişaf etmişdir. Burada sürüşmələrin inkişafında digər amillərlə yanaşı, tektonik pozulma və qırılmalar da rol oynayır.
Böyük Qafqazın cənub-şərq hissəsində bir çox amillər-dağ yamaclarının dik olması, gilli çöküntülərin geniş yayılması və layların nisbətən dik yatması, yağıntıların paylanma rejimi, dərininə eroziyanın intensivliyi, seysmiklik və insanların intensiv təsərrüfat fəaliyyəti sürüşmələrin geniş yayılmasına əlverişli şərait yaratmışdır. Bütün bu amillərlə yanaşı, burada sürüşmələrin çox hissəsi mövcud Məlkəmud, Qaynar, Qazmaqırız, Siyəzən və digər tektonik pozulma və üstəgəlmənin fəallığı ilə əlaqədardır.
Böyük Qafqazın bu hissəsində sürüşmələrin intensiv inkişafı əsasən maykop (oliqosen) lay dəstəsinin gilli çöküntülərinin geniş yayılması ilə əlaqədardır. Burada sürüşmə prosesinin dövrü olaraq güclənməsi əraziyə kifayət qədər çox atmosfer çöküntülərinin düşməsi və seysmik fəallıqla bağlıdır.
Əlverişli iqlim-rütubət şəraitinin olmamasına baxmayaraq sürüşmələr həmçinin Böyük Qafqazın cənub-şərq gömülmə sahələrində də müşahidə edilir. Bakı sinklinal platosunun yamaclarında inkişaf etmiş sürüşmələr, uçqun- sürüşmələr olub, sürüşən kütlənin struktur-litoloji tərkibinin xüusiyyətləri, insanların müxtəlif yönümlü və səriştəsiz təsərrüfat fəaliyyəti və dəniz səviyyəsinə yaxın ərazilərdə Xəzər dənizi səviyyəsinin tərəddüdü ilə əlaqədardır. Bakı şəhərində dağıdıcı sürüşmə 2000-ci il martın 6-7-də Bayıl sahəsində, 2004-cü ilin dekabrında N.Nərimanovun heykəli ətrafında və Dağüstü parkın ərazisində baş vermişdir. Bu sürüşmə ilə əlaqədar Bakı şəhərinin bir hissəsində işıq, qaz, su və digər kommunikasiya sistemlərində uzunməddətli fasilələr yaranmış, binalar dağılmış, yollar deformasiyaya uğranmışdır. Bu respublika ərazisində baş verən sürüşmələr içərisində ən çox ziyan vurmuş sürüşmə hesab edilə bilər.
Sürüşmə-sel axınları
Böyük Qafqazda sürüşmələrin ən geniş yayılmış tiplərindən biri də sürüşmə-sel axınlardır. Sürüşmə-sel axınları demək olar ki, Cənub-Şərqi Qafqazda bütün çay hövzələrində inkişaf etmişdir. Sürüşmə-sel axınları adətən çay dərələrinin yamaclarında dik sahələrdən başlayıb yan qolların dibi ilə müxtəlif həcmdə qatı palçıqlı - daşlı "axınlar" yaradır və səthi meyllik azalan yerlərdə, yaxud əsas çayların dərələrində böyük sürüşmə konusları əmələ gətirir. Buna misal Girdimançay, Ağsuçay, Pirsaatçay, Vəlvələçay hövzələrini göstərmək olar. Sürüşmə-sel axınlarının başlanğıc hissələrində qopma (qırılma) səthi, sürüşmə sirki , sürüşmə axını, aşağı hissədə isə sürüşmə konusu kimi relyef formaları yaranır. Sürüşmələr adətən delüvial qatları və ana süxürları əhatə edir. Sürüşmə-sel axınının səthi adətən mikroformalarla (təpəciklər, çökəkliklər, çatlar və .s.) mürəkkəbləşmiş olur.
Bu növ sürüşmələr yaşayış məntəqələrini, yolları, əkin və meşə sahələrini dağıdıb yararsız hala salır. B.Ə.Budaqovun (1982-1983) Cənub-Şərqi Qafqazda aşkar etdiyi sürüşmələr Üst Pliosendən başlayaraq xeyli fəallaşmışdır.
Sürüşmələrin inkişafı
Sürüşmələrin inkişafına həmçinin ərazinin tektonik və struktur şəraiti də təsir göstərir. Belə ki, müsbət morfostrukturların qalxması və mənfi morfostrukturların çökməsi nəticəsində eroziya bazisi dəyişir və sürüşmələrin canlanmasına səbəb olur. Sinklinal platolarda da sürüşmələr geniş yayılmışdır. Bu cür sürüşmə sahələri Yarımca, Xızı, Dağ Quşçu, Ətuq, Girdədağ, Buduq, Qızılqaya, Taxtayaylaq, Nuran və b. sinklinal platoların yamaclarında inkişaf etmişdir.
Böyük Qafqaza nisbətən Kiçik Qafqazda sürüşmələr, xüsusilə də orta dərəcədə fəaliyyətdə olan sürüşmələr az inkişaf etmişdir. Bu ilk növbədə münasib geoloji –litoloji şəraitin olmaması, atmosfer çöküntülərinin nisbətən azlığı, gilli çöküntülərin kifayət qədər yayılmaması, süxür laylarının yatım bucaqlarının nisbətən az olması ilə əlaqədardır.
Kiçik Qafqazın ortadağlıq qurşağında sürüşmələr, əsasən, dağarası çökəkliklərdə (Başkənd-Dəstəfur, Xoşbulaq və b) toplanmış gilli örtük çöküntülərində və onları kəsən çay dərələrinin yamaclarında inkişaf etmişdir. Köklü ana süxurlarda sürüşmələr Gəncəçay, Kürəkçay, Tərtərçay, Həkəriçay, Ordubadçay, Parağaçay, Naxçıvançay və başqa çay hövzələrində müşahidə edilir.
Kiçik Qafqazdakı sürüşmələr
Kiçik Qafqazın mərkəzi hissəsində sürüşmələrin inkişafı bilavasitə ofiolit zonası ilə əlaqədardır. Geniş yayılmış serpentinit və serpentinitləşmiş süxurların inetensiv çatlılığı və denudasiya proseslərinə zəif davamlılığı burada sürüşmə proseslərinin fəal inkişafına şərait yaratmışdır. Əlverişli şəraitdə ayrı-ayrı bloklar və süxur massivləri qırılma müstəvisi və tektonik sürüşmə səthi üzrə yerdəyişməyə məruz qalır ki, bunlar da Murovdağ silsiləsinin cənub yamacında, Söyüdlüçay, Levçay, Bulanlıqsu və b. çayların hövzələrində müşahidə olunur. Əslində bunların əksəriyyəti qədim sürüşmələr olub, müxtəlif səbəblərdən yaranmışdır. Belə ki, Kürəkçay dərəsində, Kəpəz dağının qərb ətəklərində olan qədim sürüşmə - uçqunlar XII əsrdə məşhur Gəncə zəlzələsi zamanı yaranmışdır.
Naxçıvançayın yuxarı hissəsində sürüşmələr Biçənək effuziv qatında (aqlomerat lavaları) inkişaf edib və əsasən lava örtüklərinin kənar hissələrində inkişaf etmişdir.
Talış zonasında da sürüşmələr nisbətən geniş yayılmışdır. Onlar, əsasən, gilli süxurların inkişaf etdiyi və kifayət qədər atmosfer çöküntüləri düşən alçaq-dağlıq qurşaqda müşahidə edilir. Sürüşmələr Lerik və Yardımlı rayonlarında, Lənkərançay dərəsində və Burovar silsiləsinin şimal-şərq yamacında müşahidə olunur. 1993-cü ildə Cəlilabad rayonunun Zəhmətabad və başqa kəndləri sahəsində dağıdıcı sürüşmələr baş vermişdir.
Uçqunlar
Uçqunlar adətən sıldırım yamaclarda, aşınma və eroziya proseslərinin təsiri altında süxurların müvazinətini və yaxud ilişkənliyini itirməsi nəticəsində baş verir. Uçqun prosesinin baş verməsində aşınma, eroziya, abraziya və zəlzələ mühüm rol oynayır. Bu prosesin və müvafiq relyef formalarının geniş inkişaf etdiyi ərazi Kiçik Qafqazın cənub, Zəngəzur silsiləsinin cənub-qərb yamaclarıdır.
Uçqunlar onların yaranmasına şərait yaradan amillərin mövcud olduğu bütün yüksəklik qurşaqlarında geniş inkişaf etmişdir.
Xəzər sahilində uçqunlar
Xəzər sahilində uçqunların əmələ gəlməsi bilavasitə abraziya ilə əlaqədardır. Burada uçqunlar üfüqi yatıma malik olan və layların karbonatlı və qumlu-gilli ana süxurlardan təşkil olunmuş sahillərdə inkişaf etmişdir. Bunlar, əsasən, Abşeron yarımadasının şimal-şərq sahilində və Səngəçal, Ələt, Pirsaat, Bəndovan və b. ərazilərdə. müşahidə edilir. Bundan başqa uçqunlar Xəzər dənizi səviyyəsinin qalxması nəticəsində dənizin və çay dərələrinin yaratdığı akkumulyativ çöküntülərdə də baş verir. Bu cür uçqunlar ən çox Xəzər dənizinin Nabran-Xaçmaz, Ələt-Bəndovan və Lənkəran-Astara sahillərində və müxtəlif çay dərələrində müşahidə edilir.
Kiçik ölçülü uçqunlar və sürüşmələr düzənlik çayları sahillərində, əsasən, allüvial-prolüvial çöküntülərdə müşahidə edilir. Uçqunlar Böyük Qafqazın alçaqdağlıq qurşağının cənub-şərq qurtaracağında geniş inkişaf edib, Beşbarmaq dağı ərazisində, Qobustanda və Sumqayıtçay, Tuğçay, Gilgilçay, Vəlvələçay və b. çayların dərələrində yayılmışdır. (Budaqov, 1973). Onlar, əsasən, monoklinal və sinklinal relyef formalarının yamaclarında inkişaf etmişdir.
Böyük Qafqazda uçqunların geniş yer tutmasının əsas səbəblərindən biri burada müxtəlif istiqamətli qravitasion-tektonik çatların fəal olmasıdır.
Relyef əmələgətirici proseslər
Relyef əmələgətirici proseslərin intensiv inkişafı ilə əlaqədar yamacların geri çəkilməsi nəticəsində çatlı əhəngdaşı və qumdaşı layları dağılaraq, yamac boyu aşağıya doğru hərəkət edir. Bəzən onlar yamaclarda "Daş dənizi"əmələ gətirir (Qobustan, Abşeron yarımadası və s.). ki, onların da bir qismi (Böyükdaş, Kiçikdaş, Çınqıldaş və s.) dəniz abraziyasının müasir relyefdə saxlanmış yadigarlarıdır.
Uçqunlar Kişçay, Kürmükçay, Talaçay, Balakənçay, Dəmiraparançay, Girdimançay və digər çay hövzələrində daha geniş yayılmışdır. Yan silsilənin Şahdağ, Qızılqaya, Buduq, Girdədağ və başqa sinklinal platolarının yamaclarında geniş yayılmış uçqun materialları Qızılqaya və Şahdağ arasında yerləşən Qusarçay dərəsinə doğru istiqamətlənmişdir (Kuçinskaya, Tarixazər, 2014, Tarixazər, Ələkbərova, 2014).
Kiçik Qafqazda uçqunlar alçaqdağlıq qurşaqda, xüsusilə onun şimal-şərq kənarlarındakı monoklinal tirə və yüksəkliklərin yamaclarında müşahidə edilir. Orta və yüksəkdağlıq qurşaqlarda uçqunların əksəriyyəti qırılma və pozulmalarla mürəkkəbləşmiş dik yamaclarda inkişaf etmişdir. İri qaymalı uçqunlar, əsasən, Murovdağ silsiləsinin yüksək zirvələrinin (Hinaldağ, Camış, Murovdağ, Ağqaya və s.) yamaclarında, Kəpəz dağının şimal yamacında inkişaf etmişdir. Uçqunlar həmçinin Qarabağ sisiləsinin Qırxqız dağlarının, Böyük Kirs və Ziyarat zirvələrinin yamaclarında, Zəngəzur, Dərələyəz silsillələrində isə Sinor, Küküdağ, Keçəldağ, Salvartı, Qazangöldağ, Qapıcıq, Yağlıdərə, Ayıçınqıl və başqa - dağların yamaclarında müşahidə edilir. Böyük Qafqazda olduğu kimi Kiçik Qafqazda da uçqunlar qravitasion-tektonik mənşəli olub, seysmoaktiv hərəkət zonalarında daha fəal təzahür edir.
Qarabağ vulkanik yaylasında müşahidə edilən uçqunlar, əsasən. nəhəng stratovulkanların yamacında, həmçinin lava örtüyü və lava axınlarının kənarlarında inkişaf etmişdir (Pəriçınqıl, Ayıçınqıl və s). Uçqunlar Talış dağlıq ərazisində Peştəsər və Talış silsilələrinin yamaclarında da geniş yayılmışdır.
Qravitasion mənşəli relyef
Qravitasion mənşəli relyef formalarından ufantı konusları Böyük və Kiçik Qafqazın yüksəkdağlıq qurşağının dik yamaclı qayalıq zonasında fiziki aşınmanın olduqca intensiv getdiyi bir şəraitdə yaranır. Adətən dik yamacların və qayaların ətəyində müxtəlif həcmli süxur parçalarının toplandığı ufantı konusları ilə yanaşı çınqıl adlanan "daş axınları" müşahidə edilir. Konkret şəraitdən asılı olaraq "daş axınlarının" eni, uzunu, həmçinin mexaniki tərkibi çox müxtəlif olur.
İstinadlar
- Azərbaycan respublikasının coğrafiyası. I cild “Azərbaycanın fiziki coğrafiyası”.Baki, 2015, s.100 (E.K.Əlizadə, S.Ə.Tarixazər, X.K.Tanrıverdiyev, H.A.Xəlilov, A.S.Səfərov, V.A.Guluzadə, T.R.Qurbanov, Z.Ə.Həmidova).
Xarici keçidlər
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Qravitasion relyef formasi Qravitasion relyef emelegetirici prosesler bilavasite agirliq quvvesinin tesiri ve yer sethinin suxur kutlelerinin hereketi ve yerdeyismesi neticesinde bas verir ve muvafiq morfoskulpturlar formalasir Azerbaycanin dagliq erazisinde fiziki cografi seraitin murekkebliyi ile elaqedar olaraq qravitvsiya proseslerinin tezahuru oz muxtelifliyi ile secilir ve surusme ucqun das axinlari cinqil ufanti sepinti ve s kimi hadiselerle elaqedar muvafiq morfoskulpturlar emele getirir Bunlarin inkisafinin intensivliyi relyefde tezahuru sahevi paylanmasi ve basqa xususiyyetleri bir sira tebii amillerden erazinin yuksekliyi sethin meylliyi formasi suxurlarin litoloji terkibi catliliq derecesi atmosfer yagintilari ve hidrogeoloji seraitin bir biri ile qarsiliqli munasibetile elaqedardir Hemin parametrlerin yukseklik ve ufuqi istiqametde differensasiyasi artdiqca qravitasiya prosesinin intensivliyi ve onun yaratdigi relyef formalarinin tutdugu saheler de genislenir SurusmeAzerbaycan Respublikasinin dagliq erazilerinde qravitasiya proseslerinin en genis yayilmis novlerinden biri surusmelerdir Surusme prosesleri elverisli relyef seraitinde ortuk qirinti suxur kutlelerinin ve ana suxur laylarinin yerinden qopmasi ve agirliq quvvesinin tesiri altinda yamacboyu hereketi ile bas verir Surusmeye baslica olaraq suxur kutlelerinin ve bloklarin yamacda dayaniqligini itirmesi suxurlarin nemlenmesi asinma ve s neticesinde bunlarin fiziki veziyyetinin deyisilmesi ve davamliginin zeiflemesi sebeb olur Burada baslica sert yamaclarda toplanmis kovrek ortuk cokuntulerin altinda su kecirmeyen gilli layin olmasidir Surusmelerin bas vermesine yamaclarin meyllik bitki ile ortulme ve rutubetlenme derecesi onlari teskil eden suxurlarin litoloji terkibi giller gilli sistler qum ve ehengdaslari iqlim seraiti ve etraf muhite insanlarin dusunulmemis mudaxilesi erazinin seysmikliyi ve s amiller de sebeb olur Azerbaycan Respublikasinin erazisi ucun ilk defe olaraq surusmelerin genetik tipine ve onlarin intensivlik dereceisine gore rayonlasdirilmasi B E Budaqov 1982 1983 terefinden aparilmisdir Muellif respublika erazisinde inkisaf etmis surusmelerin rayonlasmasini kompleks geoloji cografi prinsipe esasen aparmis ve hereket intensivliyine gore surusmeleri uc qrupda birlesdirmisdir 1 Feal hereketde olan 2 Orta derecede hereketde olan 3 Zeif hereketde olan Respublika erazisinde bele rayonlarin mueyyen edilmisdir ve onlarin ayrilmasinda asagidaki geoloji cografi amiller esas goturulmusdur a surusmenin fealliq derecesi b ana suxurlarin stratiqrafiyasi ve litologiyasi v seysmiklik q relyefin saquli zonalligi d atmosfer cokuntulerinin orta illik miqdari Azerbaycan daxilinde surusmeler qeyri beraber paylanmis ve esasen onun dagliq hissesinde inkisaf etmisdir Bezen surusmelere umumi qalxmaya meruz qalan dageteyi duzenliklerin bir sira sahelerinde xususile cay derelerinin yamaclarinda muvafiq hidrogeoloji litoloji ve kifayet qeder rutubetlik seraitinde de rast gelmek olur Bu cur surusmeler Qusar maili duzenliyinde Basqal ve Qizmeydan tektonik ortukleri rayonunda genis inkisaf etmisdir Burada surusmeler hem kovrek terkibli ortuk ve hem de koklu suxurlarda musahide edilir Surusmeler Qusar maili duzenliyinde Velvelecay Caqacuqcay Agcay Qaracay Qudyalcay hovzelerinde ucuncu dovrun gilli suxurlarinin yayildigi erazilerde genis saheni ehate edir Atmosfer cokuntulerinin orta illik miqdari hemin surusme rayonunun cenub serq hissesinde simal qerbinde ise 900 mm e seysmiklikliyi 7 8 bala catir Orta Kur cokekliyinde surusmelerOrta Kur cokekliyinde surusmeler nisbeten zeif inkisaf etmisdir M A Museyibovun 1975 tedqiqatlarina esasen surusmeler Cobandag tiresinin simal yamacinda Eldaroyugu ve Tulkutepe yuksekliklerinde musahide edilir Muasir surusmeler Qanli dagin simal yamacinda Qatar silsilesinde Quyruqence tiresinin cenub yamacinda Deyirmandagin simal yamacinda ve Mingecevir su anbarinin sahillerinde inkisaf etmisdir Bu sahelerde surusmeler yamaclarin dabanini Kur ve Qabirricayin yumasi elece de Mingecevir su anbarinin sahillerinin abraziyasi yuyulmasi neticesinde yaranmisdir Azerbaycan Republikasi daxilinde surusmelerin cox feal hereketde oldugu ve genis inkisaf etdiyi rayonlardan biri Boyuk Qafqazdir Bu dagliq erazide surusmeler ve onun yaratdigi relyef formalari respublikanin basqa dagliq vilayetlerine nisbeten daha genis yayilmisdir Surusmeler saquli qursaqlar uzre inkisaf edib xususile ortadagliq qursaqda daha genis sahe tutur Bas Qafqaz silsilesinin cenub yamacinda Mazimcayla Girdimancay arasinda surusmeler esasen ve mutleq yukseklikler arasinda yayilmislar Feal tektonik zona daxilinde atmosfer yagintilarinin orta illik miqdari 900 mm le 1200 arasinda deyisir Surusmelerin inkisafina diger amillerle yanasi mergelli gilli qatlarda inkisaf etmis aktiv tektonik qirilmalar ve suxurlarin catliligi da tesir gosterir Surusmeler esasen silsilelerin ve onlarin yan qollarinin meylliyi cox olan ve gili terkibli suxurlarin genis yayildigi yamaclarinda inkisaf etmisdir Burada elverisli rutubetlilik seraitinde qravitasion tektonik menseli blokvari surusmeler surusme ucqun ve surusme sel axinlari formalasmisdir Bu surusme tipleri daxilinde surusme ucqun novu hem koklu ve hem de ortuk suxurlarda inkisaf etmisdir Surusmelerin inkisafinda Bas Qafqaz silsilesinin yan qollarinda Qubax Hemzegor Qaflan Qocumirix Qizilqaya ve s Qovdag ve Niyaldag silsilerinde onlarin suayricinda movcud tektonik ve qravitasion tektonik menseli pozulmalar ehemiyyetli rol oynayir Surusmeler esasen simal semtli yamaclarda daha cox musahide olunur Butun Qafqazda cox feal klassik surusme zonasi kimi Goycay Velvelecay arasi erazi xususi maraq dogurur Boyuk Qafqaz zonasindaki surusmelerBalaken Zaqatala filizli zonasindaki surusmelerin inkisafinda tektonik pozulma ve qirilmalar uzre inkisaf etmis muxtelif sulfid minerallasmalari ehemiyyetli rol oynayir Bele ki tektonik qirilma ve pozulmalar boyu suxurlarin kimyevi asinmasi yuyulmasi ayri ayri bloklar arasindaki elaqenin zeiflemesine onlarin yamac boyu yerdeyismesine sebeb olur Bir sira caylarin suayriclarinda inkisaf etmis muteherrik canli qravitasion tektonik pozulma ve catlar suxurlarin parcalanma derecesini artirir ve bunlar da surusmelerin dinamikliyine elverisli serait yaradir Cenub yamacin yuksekdagliq qursaginda surusmeler Sincayin menbeyinde Qdim asirimi rayonunda muxtelif istiqametde uzanan bezi dag qollarinin yamacinda Qeceldag Qoturdag Peygemberbulaq ve s nisbeten zeif inkisaf etmisdir Burada surusmelerin inkisafinda diger amillerle yanasi tektonik pozulma ve qirilmalar da rol oynayir Boyuk Qafqazin cenub serq hissesinde bir cox amiller dag yamaclarinin dik olmasi gilli cokuntulerin genis yayilmasi ve laylarin nisbeten dik yatmasi yagintilarin paylanma rejimi derinine eroziyanin intensivliyi seysmiklik ve insanlarin intensiv teserrufat fealiyyeti surusmelerin genis yayilmasina elverisli serait yaratmisdir Butun bu amillerle yanasi burada surusmelerin cox hissesi movcud Melkemud Qaynar Qazmaqiriz Siyezen ve diger tektonik pozulma ve ustegelmenin fealligi ile elaqedardir Boyuk Qafqazin bu hissesinde surusmelerin intensiv inkisafi esasen maykop oliqosen lay destesinin gilli cokuntulerinin genis yayilmasi ile elaqedardir Burada surusme prosesinin dovru olaraq guclenmesi eraziye kifayet qeder cox atmosfer cokuntulerinin dusmesi ve seysmik fealliqla baglidir Elverisli iqlim rutubet seraitinin olmamasina baxmayaraq surusmeler hemcinin Boyuk Qafqazin cenub serq gomulme sahelerinde de musahide edilir Baki sinklinal platosunun yamaclarinda inkisaf etmis surusmeler ucqun surusmeler olub surusen kutlenin struktur litoloji terkibinin xuusiyyetleri insanlarin muxtelif yonumlu ve seristesiz teserrufat fealiyyeti ve deniz seviyyesine yaxin erazilerde Xezer denizi seviyyesinin tereddudu ile elaqedardir Baki seherinde dagidici surusme 2000 ci il martin 6 7 de Bayil sahesinde 2004 cu ilin dekabrinda N Nerimanovun heykeli etrafinda ve Dagustu parkin erazisinde bas vermisdir Bu surusme ile elaqedar Baki seherinin bir hissesinde isiq qaz su ve diger kommunikasiya sistemlerinde uzunmeddetli fasileler yaranmis binalar dagilmis yollar deformasiyaya ugranmisdir Bu respublika erazisinde bas veren surusmeler icerisinde en cox ziyan vurmus surusme hesab edile biler Surusme sel axinlariBoyuk Qafqazda surusmelerin en genis yayilmis tiplerinden biri de surusme sel axinlardir Surusme sel axinlari demek olar ki Cenub Serqi Qafqazda butun cay hovzelerinde inkisaf etmisdir Surusme sel axinlari adeten cay derelerinin yamaclarinda dik sahelerden baslayib yan qollarin dibi ile muxtelif hecmde qati palciqli dasli axinlar yaradir ve sethi meyllik azalan yerlerde yaxud esas caylarin derelerinde boyuk surusme konuslari emele getirir Buna misal Girdimancay Agsucay Pirsaatcay Velvelecay hovzelerini gostermek olar Surusme sel axinlarinin baslangic hisselerinde qopma qirilma sethi surusme sirki surusme axini asagi hissede ise surusme konusu kimi relyef formalari yaranir Surusmeler adeten deluvial qatlari ve ana suxurlari ehate edir Surusme sel axininin sethi adeten mikroformalarla tepecikler cokeklikler catlar ve s murekkeblesmis olur Bu nov surusmeler yasayis menteqelerini yollari ekin ve mese sahelerini dagidib yararsiz hala salir B E Budaqovun 1982 1983 Cenub Serqi Qafqazda askar etdiyi surusmeler Ust Pliosenden baslayaraq xeyli feallasmisdir Surusmelerin inkisafiSurusmelerin inkisafina hemcinin erazinin tektonik ve struktur seraiti de tesir gosterir Bele ki musbet morfostrukturlarin qalxmasi ve menfi morfostrukturlarin cokmesi neticesinde eroziya bazisi deyisir ve surusmelerin canlanmasina sebeb olur Sinklinal platolarda da surusmeler genis yayilmisdir Bu cur surusme saheleri Yarimca Xizi Dag Quscu Etuq Girdedag Buduq Qizilqaya Taxtayaylaq Nuran ve b sinklinal platolarin yamaclarinda inkisaf etmisdir Boyuk Qafqaza nisbeten Kicik Qafqazda surusmeler xususile de orta derecede fealiyyetde olan surusmeler az inkisaf etmisdir Bu ilk novbede munasib geoloji litoloji seraitin olmamasi atmosfer cokuntulerinin nisbeten azligi gilli cokuntulerin kifayet qeder yayilmamasi suxur laylarinin yatim bucaqlarinin nisbeten az olmasi ile elaqedardir Kicik Qafqazin ortadagliq qursaginda surusmeler esasen dagarasi cokekliklerde Baskend Destefur Xosbulaq ve b toplanmis gilli ortuk cokuntulerinde ve onlari kesen cay derelerinin yamaclarinda inkisaf etmisdir Koklu ana suxurlarda surusmeler Gencecay Kurekcay Tertercay Hekericay Ordubadcay Paragacay Naxcivancay ve basqa cay hovzelerinde musahide edilir Kicik Qafqazdaki surusmelerKicik Qafqazin merkezi hissesinde surusmelerin inkisafi bilavasite ofiolit zonasi ile elaqedardir Genis yayilmis serpentinit ve serpentinitlesmis suxurlarin inetensiv catliligi ve denudasiya proseslerine zeif davamliligi burada surusme proseslerinin feal inkisafina serait yaratmisdir Elverisli seraitde ayri ayri bloklar ve suxur massivleri qirilma mustevisi ve tektonik surusme sethi uzre yerdeyismeye meruz qalir ki bunlar da Murovdag silsilesinin cenub yamacinda Soyudlucay Levcay Bulanliqsu ve b caylarin hovzelerinde musahide olunur Eslinde bunlarin ekseriyyeti qedim surusmeler olub muxtelif sebeblerden yaranmisdir Bele ki Kurekcay deresinde Kepez daginin qerb eteklerinde olan qedim surusme ucqunlar XII esrde meshur Gence zelzelesi zamani yaranmisdir Naxcivancayin yuxari hissesinde surusmeler Bicenek effuziv qatinda aqlomerat lavalari inkisaf edib ve esasen lava ortuklerinin kenar hisselerinde inkisaf etmisdir Talis zonasinda da surusmeler nisbeten genis yayilmisdir Onlar esasen gilli suxurlarin inkisaf etdiyi ve kifayet qeder atmosfer cokuntuleri dusen alcaq dagliq qursaqda musahide edilir Surusmeler Lerik ve Yardimli rayonlarinda Lenkerancay deresinde ve Burovar silsilesinin simal serq yamacinda musahide olunur 1993 cu ilde Celilabad rayonunun Zehmetabad ve basqa kendleri sahesinde dagidici surusmeler bas vermisdir UcqunlarUcqunlar adeten sildirim yamaclarda asinma ve eroziya proseslerinin tesiri altinda suxurlarin muvazinetini ve yaxud iliskenliyini itirmesi neticesinde bas verir Ucqun prosesinin bas vermesinde asinma eroziya abraziya ve zelzele muhum rol oynayir Bu prosesin ve muvafiq relyef formalarinin genis inkisaf etdiyi erazi Kicik Qafqazin cenub Zengezur silsilesinin cenub qerb yamaclaridir Ucqunlar onlarin yaranmasina serait yaradan amillerin movcud oldugu butun yukseklik qursaqlarinda genis inkisaf etmisdir Xezer sahilinde ucqunlarXezer sahilinde ucqunlarin emele gelmesi bilavasite abraziya ile elaqedardir Burada ucqunlar ufuqi yatima malik olan ve laylarin karbonatli ve qumlu gilli ana suxurlardan teskil olunmus sahillerde inkisaf etmisdir Bunlar esasen Abseron yarimadasinin simal serq sahilinde ve Sengecal Elet Pirsaat Bendovan ve b erazilerde musahide edilir Bundan basqa ucqunlar Xezer denizi seviyyesinin qalxmasi neticesinde denizin ve cay derelerinin yaratdigi akkumulyativ cokuntulerde de bas verir Bu cur ucqunlar en cox Xezer denizinin Nabran Xacmaz Elet Bendovan ve Lenkeran Astara sahillerinde ve muxtelif cay derelerinde musahide edilir Kicik olculu ucqunlar ve surusmeler duzenlik caylari sahillerinde esasen alluvial proluvial cokuntulerde musahide edilir Ucqunlar Boyuk Qafqazin alcaqdagliq qursaginin cenub serq qurtaracaginda genis inkisaf edib Besbarmaq dagi erazisinde Qobustanda ve Sumqayitcay Tugcay Gilgilcay Velvelecay ve b caylarin derelerinde yayilmisdir Budaqov 1973 Onlar esasen monoklinal ve sinklinal relyef formalarinin yamaclarinda inkisaf etmisdir Boyuk Qafqazda ucqunlarin genis yer tutmasinin esas sebeblerinden biri burada muxtelif istiqametli qravitasion tektonik catlarin feal olmasidir Relyef emelegetirici proseslerRelyef emelegetirici proseslerin intensiv inkisafi ile elaqedar yamaclarin geri cekilmesi neticesinde catli ehengdasi ve qumdasi laylari dagilaraq yamac boyu asagiya dogru hereket edir Bezen onlar yamaclarda Das denizi emele getirir Qobustan Abseron yarimadasi ve s ki onlarin da bir qismi Boyukdas Kicikdas Cinqildas ve s deniz abraziyasinin muasir relyefde saxlanmis yadigarlaridir Ucqunlar Kiscay Kurmukcay Talacay Balakencay Demiraparancay Girdimancay ve diger cay hovzelerinde daha genis yayilmisdir Yan silsilenin Sahdag Qizilqaya Buduq Girdedag ve basqa sinklinal platolarinin yamaclarinda genis yayilmis ucqun materiallari Qizilqaya ve Sahdag arasinda yerlesen Qusarcay deresine dogru istiqametlenmisdir Kucinskaya Tarixazer 2014 Tarixazer Elekberova 2014 Kicik Qafqazda ucqunlar alcaqdagliq qursaqda xususile onun simal serq kenarlarindaki monoklinal tire ve yuksekliklerin yamaclarinda musahide edilir Orta ve yuksekdagliq qursaqlarda ucqunlarin ekseriyyeti qirilma ve pozulmalarla murekkeblesmis dik yamaclarda inkisaf etmisdir Iri qaymali ucqunlar esasen Murovdag silsilesinin yuksek zirvelerinin Hinaldag Camis Murovdag Agqaya ve s yamaclarinda Kepez daginin simal yamacinda inkisaf etmisdir Ucqunlar hemcinin Qarabag sisilesinin Qirxqiz daglarinin Boyuk Kirs ve Ziyarat zirvelerinin yamaclarinda Zengezur Dereleyez silsillelerinde ise Sinor Kukudag Keceldag Salvarti Qazangoldag Qapiciq Yaglidere Ayicinqil ve basqa daglarin yamaclarinda musahide edilir Boyuk Qafqazda oldugu kimi Kicik Qafqazda da ucqunlar qravitasion tektonik menseli olub seysmoaktiv hereket zonalarinda daha feal tezahur edir Qarabag vulkanik yaylasinda musahide edilen ucqunlar esasen neheng stratovulkanlarin yamacinda hemcinin lava ortuyu ve lava axinlarinin kenarlarinda inkisaf etmisdir Pericinqil Ayicinqil ve s Ucqunlar Talis dagliq erazisinde Pesteser ve Talis silsilelerinin yamaclarinda da genis yayilmisdir Qravitasion menseli relyef Qravitasion menseli relyef formalarindan ufanti konuslari Boyuk ve Kicik Qafqazin yuksekdagliq qursaginin dik yamacli qayaliq zonasinda fiziki asinmanin olduqca intensiv getdiyi bir seraitde yaranir Adeten dik yamaclarin ve qayalarin eteyinde muxtelif hecmli suxur parcalarinin toplandigi ufanti konuslari ile yanasi cinqil adlanan das axinlari musahide edilir Konkret seraitden asili olaraq das axinlarinin eni uzunu hemcinin mexaniki terkibi cox muxtelif olur IstinadlarAzerbaycan respublikasinin cografiyasi I cild Azerbaycanin fiziki cografiyasi Baki 2015 s 100 E K Elizade S E Tarixazer X K Tanriverdiyev H A Xelilov A S Seferov V A Guluzade T R Qurbanov Z E Hemidova Xarici kecidlerhttp azerbaijan az portal Nature Landscape landscape 03 a html 2017 06 14 at the Wayback Machine