Qoşayarpaq — Azərbaycan şeirinin nisbətən az işlənən növlərindən biri.
Beş bəndlik qoşmadır. Birinci bəndi çarpaz (abab), qalan bəndləri isə qoşmada olduğu kimidir (vvvb, qqqb və i. a.). Əsas özünəməxsus xüsusiyyəti 2, 3, 4 və 5-ci bəndlərin ilk misrasının hərəsində iki həmqafiyə sözün işlənməsi və onların digər iki misrada da daxili qafiyə şəklində təkrar olunmasıdır. Beləliklə, hər bəndin ilk üç misrasında 6 həmqafiyə söz işlənir.
Aşıq Ələsgərin "Düşdü" adlı qoşayarpağı buna misal ola bilər:
Sevdiciyim, hanı gözəllər xanı?
Güzarımız sizin otağa düşdü.
Buyursan fərmanı, alalar canı,
Püşk atdıq, can sənə sadağa düşdü.
Sallan qələm qaşdı, yanı yoldaşdı,
Qalmışam ataşdı, mən başı daşdı,
Huş başımdan çaşdı, dilim dolaşdı,
Gözlərim sataşdı, buxağa düşdü.
Ətlazdan qəbalı, belində şalı,
Gövhərdən bahalı üzündə xalı,
Geydi yaşıl-alı, yaxdı mahalı,
Əyri tellər ayna qabağa düşdü.
Yeriyirdi sana yaşılbaş, sona,
Yaraşır cahana ağ nazik cuna,
Tellərində şana, əlində həna,
Yəmən, yaqut əhmər dodağa düşdü.
Çox çəkmişəm cəfa, gəl bir insafa,
And olsun Mushafa, olmam bivəfa.
Gəlmişəm təvəfa, verəsən şəfa,
Ələsgər xəstədi, ocağa düşdü.
İstinadlar
- Məhərrəm Qasımlı, Mahmud Allahmanlı. "Aşıq şeirinin poetik biçimləri və çeşidləri" (az.). Elm və təhsil. 2018. 2021-10-16 tarixində . İstifadə tarixi: 2020-04-13.
- Azərbaycan ədəbiyyarı[ölü keçid]
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Qosayarpaq Azerbaycan seirinin nisbeten az islenen novlerinden biri Bes bendlik qosmadir Birinci bendi carpaz abab qalan bendleri ise qosmada oldugu kimidir vvvb qqqb ve i a Esas ozunemexsus xususiyyeti 2 3 4 ve 5 ci bendlerin ilk misrasinin heresinde iki hemqafiye sozun islenmesi ve onlarin diger iki misrada da daxili qafiye seklinde tekrar olunmasidir Belelikle her bendin ilk uc misrasinda 6 hemqafiye soz islenir Asiq Elesgerin Dusdu adli qosayarpagi buna misal ola biler Sevdiciyim hani gozeller xani Guzarimiz sizin otaga dusdu Buyursan fermani alalar cani Pusk atdiq can sene sadaga dusdu Sallan qelem qasdi yani yoldasdi Qalmisam atasdi men basi dasdi Hus basimdan casdi dilim dolasdi Gozlerim satasdi buxaga dusdu Etlazdan qebali belinde sali Govherden bahali uzunde xali Geydi yasil ali yaxdi mahali Eyri teller ayna qabaga dusdu Yeriyirdi sana yasilbas sona Yarasir cahana ag nazik cuna Tellerinde sana elinde hena Yemen yaqut ehmer dodaga dusdu Cox cekmisem cefa gel bir insafa And olsun Mushafa olmam bivefa Gelmisem tevefa veresen sefa Elesger xestedi ocaga dusdu IstinadlarMeherrem Qasimli Mahmud Allahmanli Asiq seirinin poetik bicimleri ve cesidleri az Elm ve tehsil 2018 2021 10 16 tarixinde Istifade tarixi 2020 04 13 Azerbaycan edebiyyari olu kecid Edebiyyat ile elaqedar bu meqale qaralama halindadir Meqaleni redakte ederek Vikipediyani zenginlesdirin