Qazağı - ən qədim Azərbaycan rəqslərindən biri.
Qazağı | |
---|---|
Texnikası | Döyüşçü rəqsi |
Tempi | cəld |
Mənşəyi | Azərbaycan, Qazax |
Adından göründüyü kimi rəqs Qazax zonasında yaranmışdır. Fərz olunur ki, Qazağı döyüşçü rəqsidir. Onu yürüşə və hərbə gedəndə ifa edərmişlər. Rəqs nikbinlik və qəhrəmanlıq pafosu ilə yanaşı incəlik və təmkinliklərlə zəngindir. Olduqca yeyin hərəkətli, coşqun, texniki baxımdan mürəkkəb elementlərlə zəngin və solist intonasiyalı rəqsdir. Rəqs ifa olunarkən sərrast hərəkətlər və daxili qüvvənin əzəməti tələb olunur. Çox versiyalara malikdir və müxtəlif alətlərdə səslənə bilir. Lakin 1936-cı ildə bəstəkar Üzeyir Hacıbəyov mahnı və rəqs ansamblı yaradarkən bir sıra mütəxəssislərin köməyi ilə bu rəqsi xoreoqrafik yönümündə işləyərək nota salınmışdır.Səhnə tamaşası kimi quruluşunda “Qazağı” onu böyük məharətlə oynamağı bacaran bir dəstə kişi tərəfindən ifa olunur. Rəqsdə düzümü rəngarəng və texniki cəhətdən mürəkkəb hərəkətlər çoxdur. Məişətdə, el şənliklərində bu rəqs solo qaydasında ifa olunur. Kişi rəqslərinin çoxunda olduğu kimi, hökmən sərrast hərəkətlər, daxili qüvvənin əzəməti tələb olunur və oynayanlardan hər biri öz qabiliyyətini, rəqsdə nəyə qadir olduğunu göstərməyə çalışır.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Qazagi en qedim Azerbaycan reqslerinden biri QazagiTexnikasi Doyuscu reqsiTempi celdMenseyi Azerbaycan Qazax Adindan gorunduyu kimi reqs Qazax zonasinda yaranmisdir Ferz olunur ki Qazagi doyuscu reqsidir Onu yuruse ve herbe gedende ifa edermisler Reqs nikbinlik ve qehremanliq pafosu ile yanasi incelik ve temkinliklerle zengindir Olduqca yeyin hereketli cosqun texniki baximdan murekkeb elementlerle zengin ve solist intonasiyali reqsdir Reqs ifa olunarken serrast hereketler ve daxili quvvenin ezemeti teleb olunur Cox versiyalara malikdir ve muxtelif aletlerde seslene bilir Lakin 1936 ci ilde bestekar Uzeyir Hacibeyov mahni ve reqs ansambli yaradarken bir sira mutexessislerin komeyi ile bu reqsi xoreoqrafik yonumunde isleyerek nota salinmisdir Sehne tamasasi kimi qurulusunda Qazagi onu boyuk meharetle oynamagi bacaran bir deste kisi terefinden ifa olunur Reqsde duzumu rengareng ve texniki cehetden murekkeb hereketler coxdur Meisetde el senliklerinde bu reqs solo qaydasinda ifa olunur Kisi reqslerinin coxunda oldugu kimi hokmen serrast hereketler daxili quvvenin ezemeti teleb olunur ve oynayanlardan her biri oz qabiliyyetini reqsde neye qadir oldugunu gostermeye calisir Reqs ile elaqedar bu meqale qaralama halindadir Meqaleni redakte ederek Vikipediyani zenginlesdirin