Kərimov Qasım Məmməd oğlu (10 may 1930, Gəncə, Gəncə dairəsi – 18 may 2016, Moskva) — Tarix elmləri doktoru, professor. Rusiya Federasiyasının Prezidenti yanında Dövlət Qulluğu Akademiyasının dinşünaslıq kafedrasının professoru.
Qasım Kərimov | |
---|---|
Qasım Məmməd oğlu Kərimov | |
Doğum tarixi | 10 may 1930 |
Doğum yeri | |
Vəfat tarixi | 18 may 2016 (86 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Elmi dərəcəsi | Tarix elmləri doktoru |
Elmi adı | Rusiya Federasiyasının Prezidenti yanında Dövlət Qulluğu Akademiyasının dinşünaslıq kafedrasının professoru. |
Təhsili |
|
Həyatı
Kərimov Qasım Məmməd oğlu 1930-cu il mayın 10-da Azərbaycan Respublikasının Kirovabad (indiki Gəncə) şəhərində anadan olub. Orta məktəbi bitirib, 1948-ci ildə Azərbaycan Dövlət Universitetinə (indiki Bakı Dövlət Universiteti) daxil olub. Hələ yeniyetmə vaxtında Şərq ölkələrinin tarixinə və mədəniyyətinə böyük maraq göstərib. Atası oğlunun təkidli xahişlərini nəzərə alıb ona ərəb dilinin əsaslarını öyrədib. Bunun nəticəsində gənc tələbə universitetin iki fakültəsini seçib: günün birinci yarısında filologiya (ərəb, fars və ingilis dillərini öyrənib), axşamlar isə şərqşünaslıq fakültəsinin məşğələlərinə gedib. Xarici dillərə, hər şeydən əvvəl ərəb və fars dillərinə maraq az qala Q.Kərimovun peşə taleyində xəyalına gətirmədiyi dönüş nöqtəsi olacaqdı: hələ üçüncü kursda oxuyarkən onu Moskvada Xarici Dillər Hərbi İnstitutuna keçməyə və Sovet Ordusunun peşəkar zabiti olmağa yönəldirdilər. Universiteti bitirdikdən sonra Q.Kərimov həqiqi hərbi xidmətə çağırılıb, orada gənc leytenant-poliqlot iki il əvəzinə beş il xidmət edib. 1959-cu ildə sovet ordusunun hərbi qulluqçularının sayı 1 milyon 200 min nəfər azaldılmasaydı, onun xidmətdə hələ nə qədər qalacağını demək çətindir. Universiteti bitirməsindən səkkiz il keçsə də, Q.Kərimovun elmlə məşğul olmaq həvəsi zəifləməyib və 1960-cı ildə, otuz yaşında o, Moskvada SSRİ Elmlər Akademiyasının Asiya Xalqları İnstitutunun aspiranturasına daxil olub. Burada böyük sovet alimi E.A.Belyayevin rəhbərliyi ilə elmi tədqiqatlarının əsas sahəsi müəyyən edilib – islamşünaslıq. E.A.Belyayevin məsləhəti ilə İslamda sufizm cərəyanını namizədlik dissertasiyasının predmeti seçib. Bu baxımdan, demək olar ki, dərhal çətinliklər yaranıb: birincisi, bu mövzuda hər hansı sanballı sovet araşdırmalarının yoxluğu və sufizm problematikası üzrə xarici müəlliflərin əsərlərinin əlçatmaz olması; ikincisi, N.S.Xruşşovun ölkəyə rəhbərliyi dövründə Sov.İKP-nin dinə qarşı mübarizəsinin xüsusilə kəskinləşməsi nöqteyi-nəzərindən institut partiya təşkilatı rəhbərliyinin mövzuya şübhə ilə yanaşması.
İlk problemi uğurla adlamaq mümkün olub. Q.Kərimov bir qrup gənc alimlə birgə ərəb dilini təkmilləşdirmək və dissertasiya materialları toplamaq üçün Misirə göndərilib. Q.Kərimovun elmi marağının xüsusiyyətlərini nəzərə alaraq, Misir Ali Təhsil Nazirliyi onu təcrübə üçün dünyanın ən qədim universitetlərindən biri olan “Əl- Əzhər” universitetinə (onuncu əsrdə yaradılıb) göndərib, Q.Kərimov orada iki il mühazirələrdə iştirak edib və tədqiqat aparıb. Sovet elmi-tədqiqat institutunda sufizm mövzusunun münasibliyinə gəldikdə isə, N.S.Xruşşovun istefası ilə “ateist ekstremizm” geri çəkilməyə və dini mövzulara “allergiya” azalmağa başlayıb. 1964-cü ildə Q.Kərimov “Ortodoksal İslamda sufizm və əl-Qəzalinin ona münasibəti” (əl-Qəzali - fars müsəlman ilahiyyatçısı, hüquqşünas, filosof, sufizmin X-XI əsrlərdə yaşamış ən nüfuzlu yaradıcılarından biri olan mistik) mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Sovet dinşünaslığında İslamdakı bu istiqamətə həsr edilən, orta əsr İslam teoloji-fəlsəfi fikrinə dair unikal sənədlər və XIX-XX əsrlərin nüfuzlu müsəlman din alimlərinin əsərləri əsasında yerinə yetirilən ilk tədqiqat işi ərsəyə gəlib. Doğrudur, bu əsər yalnız beş il sonra və cəmi 850 nüsxə tirajla, həm də Moskvada yox, Bakıda nəşr edilib (kitab açıq satışa çıxarılmayıb, əsasən kitabxanalara paylaşdırılıb). Aspiranturanı bitirdikdən sonra Bakıya qayıdan Q.Kərimov 1967-ci ilin sonuna qədər Azərbaycan Elmlər Akademiyasının Yaxın və Orta Şərq Xalqları İnstitutunda işləyib. SSRİ-nin ərəb-müsəlman dünyası ölkələri ilə dövlətlərarası əlaqələri və iqtisadi əməkdaşlığın genişlənməsi və bunun nəticəsi olaraq ölkə daxilində müsəlman dini icmaların müəyyən aktivləşdirilməsi İslam, onun müxtəlif istiqamətləri və hüquq məktəblərinin bir daha dərindən öyrənilməsinə diqqətin artırılmasını tələb edirdi. Bununla bağlı ölkənin partiya rəhbərliyinin təşəbbüsü ilə müəyyən kadr qərarları qəbul edilib, onlar Q.Kərimovdan da yan keçməyib: 1967-ci ildə o, Sov.İKP MK yanında İctimai Elmlər Akademiyasının Elmi Ateizm İnstitutunda işləmək üçün Moskvaya dəvət olunub. “Əl-Qəzali və sufizm” kitabından (1969) başqa, Q.Kərimov fundamental “Şəriət və onun sosial mahiyyəti” (1978) əsərini, “Yaxın Şərq xalqlarının ictimai-siyasi həyatına İslamın təsiri” (1982), “İslamın dövlət və siyasət haqqında təlimi” (1986) monoqrafiyalarını, eləcə də yüzdən çox elmi məqalə dərc edib. Q.Kərimovun “Şəriət və onun sosial mahiyyəti” kitabı Sovet dinşünaslığında ticarəti, maliyyə, vergi sistemi, ailə-nikah münasibətlərini, ayin və bayram çərçivəsində, gündəlik məişətdə möminlərin davranışını tənzimləyən İslam hüququnun əsas müddəalarına dair ilk tədqiqat olub. Ərəb, fars, türk və digər mənbələrdən əxz edilən zəngin faktiki materialda şəriət normalarının sosial-tarixi inkişafı ilə şərtlənən təkamülü, Yaxın və Orta Şərq ölkələrinin ictimai-siyasi həyatında şəriətin rolu müqayisəli təhlil edilib. 10 min tirajla nəşr edilən bu kitab geniş əks-səda doğurub. “Elm” nəşriyyatına, Elmi Ateizm İnstitutuna, Sov.İKP MK-ya partiya işçiləri, təbliğatçılar və din xadimlərindən yüzlərlə məktub gəlib. Məktubların çoxunda İslamın ən mühüm ehkam sənədləri haqqında səhih təsəvvür əldə etmək imkanı qazanıldığına görə müəllifə minnətdarlıq bildirilib. Sov.İKP MK yanında İctimai Elmlər Akademiyasının elmi əsərlər müsabiqəsində “Şəriət və onun sosial mahiyyəti” ilin ən yaxşı kitabı seçilib. 1980-ci ildə Q.Kərimov doktorluq dissertasiyası müdafiə edib. Akademiyanın Dissertasiya Şurasında İslam üzrə mütəxəssislərin olmaması ilə bağlı müdafiə, 16 il əvvəl namizədlik dissertasiyası ilə olduğu kimi, SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda keçirilib. 70-80-ci illərdə ölkədə Q.Kərimovun elmi nüfuzu son dərəcə yüksəlir: o, universitetlərə mühazirə oxumağa, müttəfiq respublikaların akademik institutlarının keçirdiyi tədbirlərə, “Bilik” Cəmiyyətinin təşkil etdiyi elmi-praktiki konfranslara dəvət olunur, partiya işçiləri məsləhətləşmə üçün ona müraciət edir. O, xaricdə akademik və dini dairələrdə tanınıb, Böyük Britaniya, Fransa, ABŞ, Hindistan, Pakistan, İran və digər ölkələrdə tədqiqat mərkəzlərinin təşkil etdiyi müxtəlif tədbirlərdə iştirak edir. SSRİ-də İslam üzrə ekspert kimi çıxış edib və daimi əsasda UNESCO, Hollandiyadakı Sovet İttifaqı və Orta Asiya (Mərkəzi Asiya nəzərdə tutulur) xalqlarının din və mədəniyyətinin Tədqiqi Mərkəzi, Osmanlı imperiyasının öyrənilməsi və Tunisdə Əndəlisdən gəlmə müsəlmanların tarixinin tədqiqi mərkəzi ilə əməkdaşlıq edib. Q.Kərimov 1994-cü ildə İctimai Elmlər Akademiyasının varisi olan Rusiya Federasiyası Prezidenti yanında Dövlət Qulluğu Akademiyasının dinşünaslıq kafedrasının yaradıcılarından biri olub. Onun tarix, ilahiyyat və İslam fəlsəfəsi sahəsində dərin biliyi, mühazirəçi məharəti, elmi müzakirələr aparmaq bacarığına bu gün də tələb var. Q.Kərimov Rusiya Dövlət Qulluğu Akademiyasının dövlət-din münasibətləri kafedrasının və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin dini fəlsəfə və dinşünaslıq kafedrasının aspirant və tələbələrinə dərs deyir, mühazirələr oxuyur və Moskvada sayı qırxdan çox olan müsəlman xalqlarının milli mədəni muxtariyyətlərinin təşkil etdiyi tədbirlərdə dini-maarifçi söhbətlər aparır. Uzun illər Q.Kərimov Otradnoyedə Ənənəvi Dinlər Mərkəzindəki “Yadran” məscidi yanında İslam Mədəniyyəti Universitetinə rəhbərlik edib. Q.Kərimov elmi-tədqiqat işləri ilə intensiv məşğul olur. O, şəriət haqqında monoqrafiyanın (ilk nəşri 1978-ci ildə işıq üzü görüb) fəsillərini xeyli genişləndirib və yenidən işləyib, ideoloji səbəblərə görə sovet dövründə qəbul olunmayan bölmələrlə tamamlayıb. Yenilənmiş şəkildə və konkret adı ilə “Şəriət: müsəlmanların həyat qanunu. Şəriətin müasir dövrün suallarına cavabları” kitabı 2007-2010-cu illərdə dörd dəfə nəşr olunub. XX əsrin sonu - XXI əsrin əvvəllərində professor Q.Kərimov, həmçinin İslamın müasir ictimai-siyasi proseslərdə rolu, İslam mədəniyyətinin Avrasiya sivilizasiyasında yeri, müsəlman ilahiyyatında ekoloji aspektlər və s. mövzularda tədqiqatla məşğul olub.
Xarici keçidlər
Керимов, Гасым Мамедович - Исламская Энциклопедия
İstinadlar
- Kərimov, Qasım. Xaricdə yaşayan azərbaycanlılar. Qısa bioqrafik məlumat kitabçası (PDF) (az.). Bakı: "Papirus NP". 2016. ISBN . 2017-10-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-10-21.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Kerimov Qasim Memmed oglu 10 may 1930 Gence Gence dairesi 18 may 2016 Moskva Tarix elmleri doktoru professor Rusiya Federasiyasinin Prezidenti yaninda Dovlet Qullugu Akademiyasinin dinsunasliq kafedrasinin professoru Qasim KerimovQasim Memmed oglu KerimovDogum tarixi 10 may 1930 1930 05 10 Dogum yeri Gence Gence dairesi Azerbaycan SSR ZSFSR SSRIVefat tarixi 18 may 2016 2016 05 18 86 yasinda Vefat yeri Moskva RusiyaDefn yeri GenceElmi derecesi Tarix elmleri doktoruElmi adi Rusiya Federasiyasinin Prezidenti yaninda Dovlet Qullugu Akademiyasinin dinsunasliq kafedrasinin professoru Tehsili Azerbaycan Dovlet Universiteti 1954 HeyatiKerimov Qasim Memmed oglu 1930 cu il mayin 10 da Azerbaycan Respublikasinin Kirovabad indiki Gence seherinde anadan olub Orta mektebi bitirib 1948 ci ilde Azerbaycan Dovlet Universitetine indiki Baki Dovlet Universiteti daxil olub Hele yeniyetme vaxtinda Serq olkelerinin tarixine ve medeniyyetine boyuk maraq gosterib Atasi oglunun tekidli xahislerini nezere alib ona ereb dilinin esaslarini oyredib Bunun neticesinde genc telebe universitetin iki fakultesini secib gunun birinci yarisinda filologiya ereb fars ve ingilis dillerini oyrenib axsamlar ise serqsunasliq fakultesinin mesgelelerine gedib Xarici dillere her seyden evvel ereb ve fars dillerine maraq az qala Q Kerimovun pese taleyinde xeyalina getirmediyi donus noqtesi olacaqdi hele ucuncu kursda oxuyarken onu Moskvada Xarici Diller Herbi Institutuna kecmeye ve Sovet Ordusunun pesekar zabiti olmaga yoneldirdiler Universiteti bitirdikden sonra Q Kerimov heqiqi herbi xidmete cagirilib orada genc leytenant poliqlot iki il evezine bes il xidmet edib 1959 cu ilde sovet ordusunun herbi qulluqcularinin sayi 1 milyon 200 min nefer azaldilmasaydi onun xidmetde hele ne qeder qalacagini demek cetindir Universiteti bitirmesinden sekkiz il kecse de Q Kerimovun elmle mesgul olmaq hevesi zeiflemeyib ve 1960 ci ilde otuz yasinda o Moskvada SSRI Elmler Akademiyasinin Asiya Xalqlari Institutunun aspiranturasina daxil olub Burada boyuk sovet alimi E A Belyayevin rehberliyi ile elmi tedqiqatlarinin esas sahesi mueyyen edilib islamsunasliq E A Belyayevin mesleheti ile Islamda sufizm cereyanini namizedlik dissertasiyasinin predmeti secib Bu baximdan demek olar ki derhal cetinlikler yaranib birincisi bu movzuda her hansi sanballi sovet arasdirmalarinin yoxlugu ve sufizm problematikasi uzre xarici muelliflerin eserlerinin elcatmaz olmasi ikincisi N S Xrussovun olkeye rehberliyi dovrunde Sov IKP nin dine qarsi mubarizesinin xususile keskinlesmesi noqteyi nezerinden institut partiya teskilati rehberliyinin movzuya subhe ile yanasmasi Ilk problemi ugurla adlamaq mumkun olub Q Kerimov bir qrup genc alimle birge ereb dilini tekmillesdirmek ve dissertasiya materiallari toplamaq ucun Misire gonderilib Q Kerimovun elmi maraginin xususiyyetlerini nezere alaraq Misir Ali Tehsil Nazirliyi onu tecrube ucun dunyanin en qedim universitetlerinden biri olan El Ezher universitetine onuncu esrde yaradilib gonderib Q Kerimov orada iki il muhazirelerde istirak edib ve tedqiqat aparib Sovet elmi tedqiqat institutunda sufizm movzusunun munasibliyine geldikde ise N S Xrussovun istefasi ile ateist ekstremizm geri cekilmeye ve dini movzulara allergiya azalmaga baslayib 1964 cu ilde Q Kerimov Ortodoksal Islamda sufizm ve el Qezalinin ona munasibeti el Qezali fars muselman ilahiyyatcisi huquqsunas filosof sufizmin X XI esrlerde yasamis en nufuzlu yaradicilarindan biri olan mistik movzusunda namizedlik dissertasiyasi mudafie edib Sovet dinsunasliginda Islamdaki bu istiqamete hesr edilen orta esr Islam teoloji felsefi fikrine dair unikal senedler ve XIX XX esrlerin nufuzlu muselman din alimlerinin eserleri esasinda yerine yetirilen ilk tedqiqat isi erseye gelib Dogrudur bu eser yalniz bes il sonra ve cemi 850 nusxe tirajla hem de Moskvada yox Bakida nesr edilib kitab aciq satisa cixarilmayib esasen kitabxanalara paylasdirilib Aspiranturani bitirdikden sonra Bakiya qayidan Q Kerimov 1967 ci ilin sonuna qeder Azerbaycan Elmler Akademiyasinin Yaxin ve Orta Serq Xalqlari Institutunda isleyib SSRI nin ereb muselman dunyasi olkeleri ile dovletlerarasi elaqeleri ve iqtisadi emekdasligin genislenmesi ve bunun neticesi olaraq olke daxilinde muselman dini icmalarin mueyyen aktivlesdirilmesi Islam onun muxtelif istiqametleri ve huquq mekteblerinin bir daha derinden oyrenilmesine diqqetin artirilmasini teleb edirdi Bununla bagli olkenin partiya rehberliyinin tesebbusu ile mueyyen kadr qerarlari qebul edilib onlar Q Kerimovdan da yan kecmeyib 1967 ci ilde o Sov IKP MK yaninda Ictimai Elmler Akademiyasinin Elmi Ateizm Institutunda islemek ucun Moskvaya devet olunub El Qezali ve sufizm kitabindan 1969 basqa Q Kerimov fundamental Seriet ve onun sosial mahiyyeti 1978 eserini Yaxin Serq xalqlarinin ictimai siyasi heyatina Islamin tesiri 1982 Islamin dovlet ve siyaset haqqinda telimi 1986 monoqrafiyalarini elece de yuzden cox elmi meqale derc edib Q Kerimovun Seriet ve onun sosial mahiyyeti kitabi Sovet dinsunasliginda ticareti maliyye vergi sistemi aile nikah munasibetlerini ayin ve bayram cercivesinde gundelik meisetde mominlerin davranisini tenzimleyen Islam huququnun esas muddealarina dair ilk tedqiqat olub Ereb fars turk ve diger menbelerden exz edilen zengin faktiki materialda seriet normalarinin sosial tarixi inkisafi ile sertlenen tekamulu Yaxin ve Orta Serq olkelerinin ictimai siyasi heyatinda serietin rolu muqayiseli tehlil edilib 10 min tirajla nesr edilen bu kitab genis eks seda dogurub Elm nesriyyatina Elmi Ateizm Institutuna Sov IKP MK ya partiya iscileri tebligatcilar ve din xadimlerinden yuzlerle mektub gelib Mektublarin coxunda Islamin en muhum ehkam senedleri haqqinda sehih tesevvur elde etmek imkani qazanildigina gore muellife minnetdarliq bildirilib Sov IKP MK yaninda Ictimai Elmler Akademiyasinin elmi eserler musabiqesinde Seriet ve onun sosial mahiyyeti ilin en yaxsi kitabi secilib 1980 ci ilde Q Kerimov doktorluq dissertasiyasi mudafie edib Akademiyanin Dissertasiya Surasinda Islam uzre mutexessislerin olmamasi ile bagli mudafie 16 il evvel namizedlik dissertasiyasi ile oldugu kimi SSRI Elmler Akademiyasinin Serqsunasliq Institutunda kecirilib 70 80 ci illerde olkede Q Kerimovun elmi nufuzu son derece yukselir o universitetlere muhazire oxumaga muttefiq respublikalarin akademik institutlarinin kecirdiyi tedbirlere Bilik Cemiyyetinin teskil etdiyi elmi praktiki konfranslara devet olunur partiya iscileri meslehetlesme ucun ona muraciet edir O xaricde akademik ve dini dairelerde taninib Boyuk Britaniya Fransa ABS Hindistan Pakistan Iran ve diger olkelerde tedqiqat merkezlerinin teskil etdiyi muxtelif tedbirlerde istirak edir SSRI de Islam uzre ekspert kimi cixis edib ve daimi esasda UNESCO Hollandiyadaki Sovet Ittifaqi ve Orta Asiya Merkezi Asiya nezerde tutulur xalqlarinin din ve medeniyyetinin Tedqiqi Merkezi Osmanli imperiyasinin oyrenilmesi ve Tunisde Endelisden gelme muselmanlarin tarixinin tedqiqi merkezi ile emekdasliq edib Q Kerimov 1994 cu ilde Ictimai Elmler Akademiyasinin varisi olan Rusiya Federasiyasi Prezidenti yaninda Dovlet Qullugu Akademiyasinin dinsunasliq kafedrasinin yaradicilarindan biri olub Onun tarix ilahiyyat ve Islam felsefesi sahesinde derin biliyi muhazireci mehareti elmi muzakireler aparmaq bacarigina bu gun de teleb var Q Kerimov Rusiya Dovlet Qullugu Akademiyasinin dovlet din munasibetleri kafedrasinin ve M V Lomonosov adina Moskva Dovlet Universitetinin dini felsefe ve dinsunasliq kafedrasinin aspirant ve telebelerine ders deyir muhazireler oxuyur ve Moskvada sayi qirxdan cox olan muselman xalqlarinin milli medeni muxtariyyetlerinin teskil etdiyi tedbirlerde dini maarifci sohbetler aparir Uzun iller Q Kerimov Otradnoyede Enenevi Dinler Merkezindeki Yadran mescidi yaninda Islam Medeniyyeti Universitetine rehberlik edib Q Kerimov elmi tedqiqat isleri ile intensiv mesgul olur O seriet haqqinda monoqrafiyanin ilk nesri 1978 ci ilde isiq uzu gorub fesillerini xeyli genislendirib ve yeniden isleyib ideoloji sebeblere gore sovet dovrunde qebul olunmayan bolmelerle tamamlayib Yenilenmis sekilde ve konkret adi ile Seriet muselmanlarin heyat qanunu Serietin muasir dovrun suallarina cavablari kitabi 2007 2010 cu illerde dord defe nesr olunub XX esrin sonu XXI esrin evvellerinde professor Q Kerimov hemcinin Islamin muasir ictimai siyasi proseslerde rolu Islam medeniyyetinin Avrasiya sivilizasiyasinda yeri muselman ilahiyyatinda ekoloji aspektler ve s movzularda tedqiqatla mesgul olub Xarici kecidlerKerimov Gasym Mamedovich Islamskaya EnciklopediyaIstinadlarKerimov Qasim Xaricde yasayan azerbaycanlilar Qisa bioqrafik melumat kitabcasi PDF az Baki Papirus NP 2016 ISBN 978 9952 8299 1 4 2017 10 21 tarixinde arxivlesdirilib PDF Istifade tarixi 2017 10 21