Qara Namazov (azərb. Namazov Qara Mustafa oğlu; 8 may 1930, Əmirxeyir – 11 may 2016, Bakı) — tənqidçi-ədəbiyyatşünas, filologiya elmləri doktoru (1987), professor (1989), Bakı Dövlət Universitetinin "Dədə Qorqud" ETL-in rəhbəri, BDU-nun Mir Cəlal adına Klassik Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, Azərbaycan Respublikasının əməkdar müəllimi, qabaqcıl təhsil işçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Aşıqlar Birliyi İdarə Heyətinin üzvü, .
Qara Namazov | |
---|---|
Qara Mustafa oğlu Namazov | |
Doğum tarixi | 8 may 1930 |
Doğum yeri | |
Vəfat tarixi | 11 may 2016 (86 yaşında) |
Vəfat yeri | |
Elmi dərəcəsi | |
Elmi adı | |
Təhsili | |
Tanınmış yetirməsi | 20 elmlər namizədi yetişdirib. |
Üzvlüyü | |
Mükafatları |
Həyatı
Qara Namazov 8 may 1930-cu ildə Qazax qəzası Dilican rayonunun Əmirxeyir kəndində doğulub. 1939–1948-ci illərdə doğma kəndində və qonşu Gölkənd kəndində IX sinifə qədər təhsil almış, 1948-ci il deportasiyası ilə bağlı Ağstafaya köçərək Dağkəsəmən kəndində orta məktəbi bitirmişdir.
Qara Namazov 1949–1950-ci illərdə ADPU-da təhsil alsa da, ordu sıralarına çağırılaraq (1951–1955) Abxaziyanın Suxumi şəhərində Aviatexnik məktəbdə oxumuş, sonra Türkmənistanın Nebit-Dağ şəhərində hərbi hissədə əvvəlcə təyyarə mühəndisi, sonra hərbi hissənin gizli şöbəsinin rəisi vəzifəsində işləmişdir.
1956–1961-ci illərdə Bakı Dövlət Universitetində təhsil alan Qara Namazov həmin illərdə yaradıcılığa şeirlə başlamışdır. İlk şeirləri "Sovet Ermənistanı" (1956), "Ədəbi Ermənistan", "Gənc qələmlər", "Aprel çiçəkləri", "Tər çiçəklər", "Gənclik nəğmələri", "Molodyoj Azerbaydjana" toplularında və qəzetlərində çap olunub. Onun Səməd Vurğunun ilk məhəbbətindən bəhs edən "Bir qərinədə" poeması da "Ədəbi Ermənistan" (1957) toplusunda işıq üzü görmüşdür. O, Yan Raynesin, Lesiya Ukrainkanın, Varvara Konstantinovnanın şeirlərindən nümunələri, 1902-ci ildə Şamaxıda baş verən zəlzələ haqqında Vladimir Şufun (Borey) "Şamaxının məhvi" ("Qibel Şamaxı" ("Salima") poemasını "Səlimə" adı ilə Azərbaycan dilinə çevirib geniş ön sözlə çap etdirmişdir.
Qara Namazov 1962–1967-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutu Kitabxana və arxivinin direktoru işləməklə yanaşı, elmi yaradıcılığa da meyl göstərmişdir. O, 1965-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun şifahi xalq ədəbiyyatı şöbəsi üzrə qiyabi aspiranturasında təhsilini davam etdirmiş, 1968-ci ildə "Azərbaycan aşıq yaradıcılığı" (1920–1940-cı illər)" mövzusunda dissertasiya işi müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır.
Qara Namazov universitetə daxil olduğu 1956-cı ildən universitetin həyatında, mədəni-kütləvi tədbirlərində fəal iştirak etmiş (o, tələbə vaxtı universitet komsomol komitəsində mədəni-kütləvi işlər üzrə şöbə müdiri, fakültə komsomol təşkilatının katibi, müəllim işlədiyi illərdə universitet Həmkarlar Komitəsi bürosunun üzvü, fakültə həmkarlar təşkilatının sədri kimi vəzifələri aparmışdır), bir qayda olaraq respublikanın görkəmli yazıçıları, tanınmış elm adamları ilə görüşlər keçirilməsinin təşəbbüskarı və təşkilatçısı olmuşdur.
1971-ci ilin əvvəlindən Müasir Azərbaycan ədəbiyyatı (müstəqillik dövrünə qədər "Azərbaycan sovet ədəbiyyatı" kafedrası adlanırdı) kafedrasında dosent işləyən Qara Namazov elmi-pedaqoji fəaliyyətini müasir Azərbaycan ədəbiyyatının aktual problemlərinə yönəltmiş, bu yöndə həm elmi araşdırmaları davam etdirmiş, həm də ümumi və xüsusi kurslardan mühazirələr oxumuşdur. O, "Müasir Azərbaycan ədəbiyyatı" dərsliyinin yazılmasında onun müəlliflərindən biri kimi A. Şaiq, Ə. Cavad, Ə. Cəmil, N. Rəfibəyli, M. Dilbazi, M. Araz və Məstan Günərin (Əliyev) yaradıcılığı haqqında oçerklər yazıb.
Qara Namazov respublikamızda ilk dəfə olaraq ali məktəblər üçün uşaq ədəbiyyatı kursunu yaratmışdır. 1974-cü ildə geniş həcmli uşaq ədəbiyyatı proqramı çap etdirdikdən sonra bütün tarixi mərhələləri əhatə edən dörd kitabdan ibarət toplu çap etdirmişdir: "Oğluma nəsihət", "Balalara töhfə" və iki cilddə "Azərbaycan uşaq ədəbiyyatı antologiyası". Antologiyanın birinci cildinə 1920-ci ildən müasir dövrə qədərki poeziyadan seçmələr, ikinci cildinə isə həmin dövrün nəsr nümunələri toplanmışdır.
Qara Namazov "Gənclik" nəşriyyatının 50 cilddən ibarət nəşr etdiyi Dünya uşaq ədəbiyyatı seriyasında XIX–XX yüzillərdə yazılmış povestlər və hekayələri daxil etmiş, bu seriyaya Azərbaycan nəsrinin təkamülü haqqında geniş ön söz də yazmışdır.
1983-cü ildə ilk dəfə Qara Namazovun ali məktəb tələbələri üçün "Azərbaycan uşaq ədəbiyyatı" dərsliyi çap edilib.
Bakı Dövlət Universitetində 40 ilə yaxın uşaq ədəbiyyatını tədris edən Qara Namazov bu sahədə fəaliyyətini ardıcıl davam etdirərək uşaq ədəbiyyatı sahəsində daha çox yazıb-yaradan görkəmli şair və yazıçılar haqqında müntəzəm olaraq mətbuatda çıxış edib, onların əsərlərindən ibarət nümunələri ayrı-ayrı toplularda çap etdirmişdir.
Aşıq yaradıcılığının öyrənilməsi istiqamətində fəaliyyətini davam etdirən Qara Namazov orta yüzillərin aşıq və saz şairləri haqqında silsilə məqalələrinin mətbuatda işıq üzü görməsinə nail olub. O, ayrı-ayrı ustad sənətkarların öyrənilməsi ilə kifayətlənməmiş, 1980-ci ildə çap etdirdiyi "Aşığın sazı və sözü" monoqrafiyasında aşıq sənətinin kökünü tarixin dərin qatlarında axtarmağa başlamış, bu sənətin daha qədim dövrlərlə bağlılığına aydınlıq gətirmişdir.
1984-cü ildə Aşıqların IV qurultayı ərəfəsində Qara Namazovun "Azərbaycan aşıq sənəti" kitabı Azərbaycan və rus dillərində çap olunub qurultay nümayəndələrinə çatdırıldı. Dədə Qorqud öyüdləri, Sarı Aşıq, Qurbani, Abbas Tufarqanlı, Koroğlu, Qaracaoğlan, Xəstə Qasım, Aşıq Ələsgər, Hüseyn Bozalqanlı və Aşıq Şəmşirin şeirləri Qara Namazovun ön sözü ilə rus dilində çap olundu. Mədəniyyət Nazirliyinin tövsiyəsi ilə ilk dəfə Qara Namazov "Aşıq sənəti" adlı tədris proqramı da hazırlamış, proqram nazirliyin Metodiki Şurası tərəfindən çap olunmuşdur. Həmin proqram əsasında musiqi təmayüllü orta ixtisas məktəblərində aşıq sənəti tədris olunur.
Yeni latın əlifbasına keçidlə əlaqədar uşaqların mütaliəsi üçün Azərbaycan ensiklopediyası Qara Namazovun tərtibində "Yanıltmaclar", "Lətifələr", "Qara kəlim asta gedər…", "Tap tapmaca…", "Sınamalar" və "Loğman" kitabçalarını iri formatda rəsmli-rəngli şəkillərlə nəfis tərtibatda çap etmişdir.
Qara Namazov 1989-cu ildə prof. İ. Vəliyevlə birlikdə türk dünyasının məşhur saz-söz ustadı Qaracaoğlanın "Aramızda qarlı dağlar yaranıb" kitabını da çap etdirmişdir.
Qara Namazov 1987-ci ildə "Azərbaycan uşaq və gənclər ədəbiyyatının inkişaf mərhələləri (1920–1980-ci illər)" mövzusunda dissertasiya işi müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsi almış, 1989-cu ildə kafedranın professoru vəzifəsinə seçilmişdir.
Qara Namazov ayrı-ayrı görkəmli yazıçıların yubileyi ilə bağlı keçirilən elmi konfranslarda H. Cavid, Ə. Cavad, C. Cabbarlı, A. Şaiq, S. Vurğun, M. Müşfiq, H. Araslı, Mir Cəlal, O. Sarıvəlli, İ. Hüseynov, M. Araz və b. yaradıcılığı haqqında məruzələr etmişdir.
Qara Namazov yalnız müasir ədəbiyyatla kifayətlənməmiş, ədəbiyyatşünaslığın bir sıra məsələlərinə dair tədqiqatları ilə də xüsusi maraq doğurmuşdur. "Naməlum bir roman", "Mirzə Səhəng Qarabağının əlyazması" (M. P. Vaqif şeirinin ilk əlyazması, 1829), "Bir mübahisə haqqında" (Y. İmrə və Molla Qasım haqqında), "Təbriz dastanı", "Şeyx Şamil" ("Aydınlıq", 1992, 31 yanvar), "Varlıq" (İran), 1993, № 3), "Nuhun gəmisi salamatdır" adlı məqalələri bu qəbildəndir. Qara Namazovun tədqiqat apardığı problemlərdən biri də "Kitabi-Dədə Qorqud" eposunun öyrənilməsi məsələsidir. Müəllif "Aşığın sazı və sözü", "Azərbaycan aşıq sənəti" və rus dillərində çıxan kitablarında, "Azərbaycan uşaq ədəbiyyatı" dərsliyinin birinci fəslində bir qayda olaraq araşdırmalarını Dədə Qorqud dastanlarından başlamış, aşıq sənətinin sələfi kimi ozan sənəti haqqında elmi qənaətlərini qeyd edib.
O, "Dədə Qorqud" eposunun öyrənilməsi ilə bağlı eposdan öncəki daha qədim qəhrəmanlıq dastanlarını izləməyi qərara aldığından, bu yöndə "Aratta-Şumer mədəniyyəti", "Oğuz-türk alpçılıq dastanları", "Şan qızı dastanı", "Qazanxan haqqında Qaraqoyunlu əfsanəsi", "Ağcaqala rəvayəti", "Buğacın nağılı" ("Buğac" boyunun el variantı), "Oğuz kağan və Dədə Qorqud", "Dədə Qorqudun şəxsiyyəti", "Dədə Qorqud və Dədə Kərəm" və b. məqalələri mətbuatda dərc etdirib. Qara Namazov "Kitabi-Dədə Qorqud"un 1300 illik yubileyi ilə əlaqədar respublikamızda keçirilən tədbirlərdə yaxından iştirak etmiş, Bakı Dövlət Universitetində keçirilən konfransda "Oğuz kağan və Dədə Qorqud" mövzusunda məruzə etmiş, həmçinin Bakının ayrı-ayrı rayonlarında – Tibb Universitetində, Şəhər kitabxanasında, Xətai rayon İcra aparatında məruzələr etmişdir. O, dəfələrlə televiziya kanallarında da bu epos haqqında silsilə çıxışlarında maraqlı mülahizələr söyləmişdir.
Qara Namazov elmi fəaliyyətini xarici ölkələrdə də davam etdirmiş, hələ 1978-ci ildə Bolqarıstan Respublikasına səfərində Azərbaycan-bolqar ədəbi əlaqələri mövzusunda məruzə etmiş, Səməd Vurğunun "Ölüm kürsüsü" poemasından söz açmışdır.
1991-ci ildə SSRİ-nin süqutu ərəfəsində bir qrup alimlə Türkiyənin 19 Mayıs Samsun Universitetinə dəvət olunan Qara Namazov universitetdə, Amasiyada, Sinopda və başqa şəhərlərdə Azərbaycan şifahi xalq ədəbiyyatının problemləri, onun Bakı Dövlət Universitetində tədrisi, gələcəkdə Türkiyə Universitetləri ilə qarşılıqlı elmi-tədris əlaqələri ətrafında aparılan geniş müzakirələrdə iştirak edib.
Qara Namazov 1996-cı ildə Türkiyənin Silifke şəhərində keçirilən Beynəlxalq toplantısında və festivalında nümayəndə heyətinin rəhbəri kimi iştirak etmiş, "Türk" sözünün açımı", "Azərbaycan-türkmən şifahi xalq ədəbiyyatı əlaqələri" mövzusunda məruzələrinə və Silifke və Uşşaq şəhərlərində keçirilən festivalda aşıq sənəti haqqında etdiyi məruzəyə görə ödülləndirilmişdir. Elə həmin illərdən də Qara Namazov hər il Türkiyəyə səfərlərini davam etdirib. O, M. Ə. Rəsulzadənin Türkiyə mətbuatında çap olunan 2000-ə yaxın məqaləsinin surətini oradakı qohumları vasitəsilə əldə etmiş, respublikanın Ədəbiyyat və İncəsənət arxivinə vermişdir. Qara Namazov Türkiyəyə səfərlərini davam etdirərək Ankara, Çorum (Qazi Universitetinin bölümü), Merzifon şəhərlərində keçirdiyi görüşlərdə Azərbaycan-türk qarşılıqlı folklor bağları məsələlərindən məruzə etmişdir. Bu görüşlər haqqında Çorumda (vilayətin mərkəzi) nəşr olunan "Hakimiyyət" qəzeti məlumatlar vermiş, Qara Namazovdan müsahibələr götürmüşdür. "Tarix ayırdı, amma özümüz bir" ("Hakimiyyət", 1997, 15 avqust), "Türkiyə özünə dönərsə, qurtular" ("Hakimiyyət", 2001, 13 avqust), "Türk xalq ədəbiyyatı çox zəngin" ("Hakimiyyət", 2001, 22 avqust) bu qəbildəndir.
Qara müəllimin dərsliyi haqqında da Türkiyə mətbuatında geniş məqalə verilmişdir ("Bilge" dərgisi, 1997, № 14).
Qara Namazovun rəhbərliyi və opponentliyi ilə ikisi xarici vətəndaş olmaqla 25 nəfər dissertasiya işi müdafiə edərək alimlik dərəcəsi almışdır. O, 100-ə yaxın kitabın redaktoru və rəyçisi olmuş, onların əksəriyyətinə ön söz yazmışdır.
Qara Namazov bir neçə il Ali Təhsil Nazirliyi yanında Ədəbiyyat üzrə Metodşuranın, eləcə də Mətbuat Komitəsində Nəşriyyatlar üzrə Rəyçilər Şurasının üzvü olmuş, nəşriyyatlarda çap olunan onlarla kitabın çapına rəy vermişdir. O, respublikada nəşr olunan "Ozan", "Elmi araşdırmalar", "Filoloji araşdırmalar", "Dədə Qorqud" toplularının, Bakı Dövlət Universitetinin Elmi Xəbərləri Jurnalının redaksiya heyətinin üzvü idi.
Qara Namazov bir neçə il filologiya fakültəsinin ixtisaslaşdırılmış Müdafiə Şurasının sədri, Şəki ərazi Müdafiə Şurasının həmsədri (1998–2000-ci illər), Bakı Dövlət Universitetində İxtisaslaşdırılmış Dissertasiya Şurasının sədr müavini olub.
Qara Namazovun son illərdə ardıcıl tədqiqat apardığı sahələrdən biri də Amerika qitəsində yaşayan qırmızıdərililərin türksoylu olması və onların bəzi boylarının məhz Azərbaycandan getməsi haqqında araşdırmalarıdır. Bu yöndə də müəllifin bir neçə məqaləsi ("Amerika qitəsində qədim türklər", "Oğuz yaddaşlarının sorağı", "Amerika qırmızıdərililəri türksoyludur") mətbuatda çap olunmuşdur.
O, 1956-cı ildən universitetdə 50-dən çox kitab, 400-dən çox elmi məqalə çap etdirmişdir. Onun çap olunan kitabları haqqında tanınmış ədəbiyyatşünas və folklorşünasların dəyərli rəyləri nəşr olunmuşdur.
Qara Namazov 2004-cü ildə İsveçdə Füzulinin yubiley mərasiminə dəvət olunmuş, "Füzuli irsinin Azərbaycanda tədqiqi" mövzusunda məruzə etmişdir. Məruzə Türkiyədə çıxan "Baykara" (2008, № 1) toplusunda işıq üzü görüb.
O, 2002–2006-cı illərdə filologiya fakültəsinin dekanı vəzifəsində çalışmış, həmin illərdə fakültə Elmi Şurasının sədri, universitet Böyük Elmi Şurasının üzvü olub, 2002–2008-ci illərdə BDU-nun Klassik Azərbaycan ədəbiyyatı kafedrasının müdiri işləyib.
Qara Namazovun son illərdə bir sıra kitabları nəşr olunub: Qaçaq Kərəmin həyatından bəhs edən "Xalq qəhrəmanının şöhrəti" (2005), "Azərbaycan uşaq ədəbiyyatı" (ali məktəb dərsliyi, 2007), "El çələngi" (2004), 3 cilddə "Uşaq ədəbiyyatı antologiyası" (2004–2005), "Qaracaoğlan" (İ. Vəliyevlə birlikdə), özünün şeirləri, hekayələri və tərcümələrindən ibarət "Gecilmiş nəğmələr" (2008). O, Seyid Əzim Şirvaninin 3 cildliyini (müştərək), S. Vurğunun 1 cildlik seçilmiş əsərlərini nəşr etdirmişdir.
Qara Namazovun 2010-cu ildə çap olunan "C. Corcodun tarixi kəşfləri" kitabı böyük maraqla qarşılandığından kitab 2011-ci ildə yenidən çap olunub.
Qara Namazov BDU-nun Elmi Xəbərləri: humanitar elmlər seriyası jurnalının baş redaktorunun müavini, Dil-ədəbiyyat seriyasının ədəbiyyat bölməsinin baş redaktoru, "Dədə Qorqud", "Elmi araşdırmalar" toplularının, Türkiyədə çap olunan "Baykara" toplusunun redaksiya heyətinin, Respublika Təhsil Nazirliyinin nəşr etdiyi 106 cilddə Azərbaycan və dünya ədəbiyyatı seriyası Redaksiya Şurasının üzvü, uzun illər Ədəbiyyatşünaslıq üzrə Problem Şurasının sədr müavini, Filologiya ixtisası üzrə doktorluq və namizədlik üzrə Müdafiə Şurasının sədr müavini, Folklor İnstitutunun Redaksiya Şurasının üzvü olub.
Qara Namazov Klassik Azərbaycan ədəbiyyatı kafedrasının nəzdində fəaliyyət göstərən Dədə Qorqud elmi-tədqiqat laboratoriyasının müdiri, Respublikanın əməkdar müəllimi, Qabaqcıl təhsil işçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü və Azərbaycan Aşıqlar Birliyi İdarə Heyətinin üzvü idi. Qara Namazovun "Türkiyə ədəbiyyatçılar və kültür adamları ensiklopediyası"nda geniş tərcümeyi-halı çap olunmuşdur.
Qara Namazov 2009-cu ildə "Şöhrət" ordeni ilə təltif olunub.
O, 2016-cı ildə vəfat edib.
Əsərləri
- "Aşıq şeirinin inkişafı tarixindən", Bakı, 1968.
- "Azərbaycan aşıq sənəti", Bakı, 1984.
- "Aşıqlar" (I kitab) (biblioqrafik məlumat), Bakı, "Səda", 2004.
- "El çələngi" (xalq şeirindən seçmələr) 2017-05-17 at the Wayback Machine, Bakı, 2004.
- "Azərbaycan uşaq ədəbiyyatı antologiyası" (3 cilddə). 2004–2005.
- "S. Ə. Şirvani. Seçilmiş əsərləri" (3 cilddə). 2004–2005.
- "Xalq qəhrəmanının şöhrəti", 2005,
- "Azərbaycan uşaq ədəbiyyatı", (dərslik) 2007,
- "Müasir Azərbaycan ədəbiyyatı" 2007,
- "Gecikmiş nəğmələr" 2008,
- "C. Çörçvodun tarixi kəşfləri", 2010,
- , Bakı, "Elm və təhsil", 2013. 480 səh.
Məqalələri
- "Qüdrətli söz ustadı", 2006.
- "Dədə Qorqud" boylarının izi ilə. Türkiyə, 2006,
- "Molla Nəsrəddin" və ədəbiyyat. Baykara, Türkiyə, 2006,
- "Dirsəxan oğlu Buğac" boyunun el variantı. Bakı, Böyük kimyaçı – qüdrətli şair. Bakı, 2007,
- Türk dünyasının xalq yaradıcılığı Şərqin İntibah ədəbiyyatıdır. Aşqabad, 2007,
- Mif, millət, ədəbiyyat. Bakı, 2008,
- Füzuli haqqında yapılan araşdırmalar. Baykara, Türkiyə, 2008,
- "Sözün sərrafı". . № 2. 15 iyun 2009-cu il.
- Aşıq şeiri yazılı ədəbiyyatın şeir şəkillərini üstələdi //Xalq cəbhəsi.- 2015.- 13 may.- S.14.
- Ozanlar saysız-hesabsız oğuznamələr qoşublar: XVI əsrdən aşıq ozanı əvəz edib //Xalq cəbhəsi.- 2015.- 20 may.- S.14.
- Ustad aşıqlar… //Xalq cəbhəsi.- 2015.- 7 may.- S.14.
Mükafat və təltifləri
- — 30 oktyabr 2009-cu il
Ailəsi
Ailəli idi. 3 övladı var.
İstinadlar
- Əhmədov, T. Görkəmli elm xadimi, müəllim, yazıçı: [Namazov Qara Mustafa oğlu haqqında] //Respublika.- 2016.- 17 yanvar.- S.5.
- Eldar İsmayıl, "Oğuz yurdun övladları", I kitab, Bakı, "Təbib", 1999. səh.99-da.
- "Bakı Dövlət Universitetinin əməkdaşlarının "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". http://e-qanun.az (azərb.). 30 oktyabr 2009. 27 fevral 2016 tarixində . İstifadə tarixi: 27 fevral 2016.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Qara Namazov azerb Namazov Qara Mustafa oglu 8 may 1930 Emirxeyir 11 may 2016 Baki tenqidci edebiyyatsunas filologiya elmleri doktoru 1987 professor 1989 Baki Dovlet Universitetinin Dede Qorqud ETL in rehberi BDU nun Mir Celal adina Klassik Azerbaycan edebiyyati kafedrasinin mudiri Azerbaycan Respublikasinin emekdar muellimi qabaqcil tehsil iscisi Azerbaycan Yazicilar Birliyinin uzvu Azerbaycan Asiqlar Birliyi Idare Heyetinin uzvu Sohret ordeni laureati Qara NamazovQara Mustafa oglu NamazovDogum tarixi 8 may 1930 1930 05 08 Dogum yeri Emirxeyir ErmenistanVefat tarixi 11 may 2016 2016 05 11 86 yasinda Vefat yeri Baki AzerbaycanElmi derecesi filologiya elmleri doktoruElmi adi professorTehsili Baki Dovlet UniversitetiTaninmis yetirmesi 20 elmler namizedi yetisdirib Uzvluyu Azerbaycan Yazicilar Birliyi Azerbaycan Asiqlar BirliyiMukafatlari 2009HeyatiQara Namazov 8 may 1930 cu ilde Qazax qezasi Dilican rayonunun Emirxeyir kendinde dogulub 1939 1948 ci illerde dogma kendinde ve qonsu Golkend kendinde IX sinife qeder tehsil almis 1948 ci il deportasiyasi ile bagli Agstafaya kocerek Dagkesemen kendinde orta mektebi bitirmisdir Qara Namazov 1949 1950 ci illerde ADPU da tehsil alsa da ordu siralarina cagirilaraq 1951 1955 Abxaziyanin Suxumi seherinde Aviatexnik mektebde oxumus sonra Turkmenistanin Nebit Dag seherinde herbi hissede evvelce teyyare muhendisi sonra herbi hissenin gizli sobesinin reisi vezifesinde islemisdir 1956 1961 ci illerde Baki Dovlet Universitetinde tehsil alan Qara Namazov hemin illerde yaradiciliga seirle baslamisdir Ilk seirleri Sovet Ermenistani 1956 Edebi Ermenistan Genc qelemler Aprel cicekleri Ter cicekler Genclik negmeleri Molodyoj Azerbaydjana toplularinda ve qezetlerinde cap olunub Onun Semed Vurgunun ilk mehebbetinden behs eden Bir qerinede poemasi da Edebi Ermenistan 1957 toplusunda isiq uzu gormusdur O Yan Raynesin Lesiya Ukrainkanin Varvara Konstantinovnanin seirlerinden numuneleri 1902 ci ilde Samaxida bas veren zelzele haqqinda Vladimir Sufun Borey Samaxinin mehvi Qibel Samaxi Salima poemasini Selime adi ile Azerbaycan diline cevirib genis on sozle cap etdirmisdir Qara Namazov 1962 1967 ci illerde Azerbaycan Elmler Akademiyasinin Tarix Institutu Kitabxana ve arxivinin direktoru islemekle yanasi elmi yaradiciliga da meyl gostermisdir O 1965 ci ilde Nizami adina Edebiyyat Institutunun sifahi xalq edebiyyati sobesi uzre qiyabi aspiranturasinda tehsilini davam etdirmis 1968 ci ilde Azerbaycan asiq yaradiciligi 1920 1940 ci iller movzusunda dissertasiya isi mudafie ederek filologiya elmleri namizedi alimlik derecesi almisdir Qara Namazov universitete daxil oldugu 1956 ci ilden universitetin heyatinda medeni kutlevi tedbirlerinde feal istirak etmis o telebe vaxti universitet komsomol komitesinde medeni kutlevi isler uzre sobe mudiri fakulte komsomol teskilatinin katibi muellim islediyi illerde universitet Hemkarlar Komitesi burosunun uzvu fakulte hemkarlar teskilatinin sedri kimi vezifeleri aparmisdir bir qayda olaraq respublikanin gorkemli yazicilari taninmis elm adamlari ile gorusler kecirilmesinin tesebbuskari ve teskilatcisi olmusdur 1971 ci ilin evvelinden Muasir Azerbaycan edebiyyati musteqillik dovrune qeder Azerbaycan sovet edebiyyati kafedrasi adlanirdi kafedrasinda dosent isleyen Qara Namazov elmi pedaqoji fealiyyetini muasir Azerbaycan edebiyyatinin aktual problemlerine yoneltmis bu yonde hem elmi arasdirmalari davam etdirmis hem de umumi ve xususi kurslardan muhazireler oxumusdur O Muasir Azerbaycan edebiyyati dersliyinin yazilmasinda onun muelliflerinden biri kimi A Saiq E Cavad E Cemil N Refibeyli M Dilbazi M Araz ve Mestan Gunerin Eliyev yaradiciligi haqqinda ocerkler yazib Qara Namazov respublikamizda ilk defe olaraq ali mektebler ucun usaq edebiyyati kursunu yaratmisdir 1974 cu ilde genis hecmli usaq edebiyyati proqrami cap etdirdikden sonra butun tarixi merheleleri ehate eden dord kitabdan ibaret toplu cap etdirmisdir Ogluma nesihet Balalara tohfe ve iki cildde Azerbaycan usaq edebiyyati antologiyasi Antologiyanin birinci cildine 1920 ci ilden muasir dovre qederki poeziyadan secmeler ikinci cildine ise hemin dovrun nesr numuneleri toplanmisdir Qara Namazov Genclik nesriyyatinin 50 cildden ibaret nesr etdiyi Dunya usaq edebiyyati seriyasinda XIX XX yuzillerde yazilmis povestler ve hekayeleri daxil etmis bu seriyaya Azerbaycan nesrinin tekamulu haqqinda genis on soz de yazmisdir 1983 cu ilde ilk defe Qara Namazovun ali mekteb telebeleri ucun Azerbaycan usaq edebiyyati dersliyi cap edilib Baki Dovlet Universitetinde 40 ile yaxin usaq edebiyyatini tedris eden Qara Namazov bu sahede fealiyyetini ardicil davam etdirerek usaq edebiyyati sahesinde daha cox yazib yaradan gorkemli sair ve yazicilar haqqinda muntezem olaraq metbuatda cixis edib onlarin eserlerinden ibaret numuneleri ayri ayri toplularda cap etdirmisdir Asiq yaradiciliginin oyrenilmesi istiqametinde fealiyyetini davam etdiren Qara Namazov orta yuzillerin asiq ve saz sairleri haqqinda silsile meqalelerinin metbuatda isiq uzu gormesine nail olub O ayri ayri ustad senetkarlarin oyrenilmesi ile kifayetlenmemis 1980 ci ilde cap etdirdiyi Asigin sazi ve sozu monoqrafiyasinda asiq senetinin kokunu tarixin derin qatlarinda axtarmaga baslamis bu senetin daha qedim dovrlerle bagliligina aydinliq getirmisdir 1984 cu ilde Asiqlarin IV qurultayi erefesinde Qara Namazovun Azerbaycan asiq seneti kitabi Azerbaycan ve rus dillerinde cap olunub qurultay numayendelerine catdirildi Dede Qorqud oyudleri Sari Asiq Qurbani Abbas Tufarqanli Koroglu Qaracaoglan Xeste Qasim Asiq Elesger Huseyn Bozalqanli ve Asiq Semsirin seirleri Qara Namazovun on sozu ile rus dilinde cap olundu Medeniyyet Nazirliyinin tovsiyesi ile ilk defe Qara Namazov Asiq seneti adli tedris proqrami da hazirlamis proqram nazirliyin Metodiki Surasi terefinden cap olunmusdur Hemin proqram esasinda musiqi temayullu orta ixtisas mekteblerinde asiq seneti tedris olunur Yeni latin elifbasina kecidle elaqedar usaqlarin mutaliesi ucun Azerbaycan ensiklopediyasi Qara Namazovun tertibinde Yaniltmaclar Letifeler Qara kelim asta geder Tap tapmaca Sinamalar ve Logman kitabcalarini iri formatda resmli rengli sekillerle nefis tertibatda cap etmisdir Qara Namazov 1989 cu ilde prof I Veliyevle birlikde turk dunyasinin meshur saz soz ustadi Qaracaoglanin Aramizda qarli daglar yaranib kitabini da cap etdirmisdir Qara Namazov 1987 ci ilde Azerbaycan usaq ve gencler edebiyyatinin inkisaf merheleleri 1920 1980 ci iller movzusunda dissertasiya isi mudafie ederek filologiya elmleri doktoru alimlik derecesi almis 1989 cu ilde kafedranin professoru vezifesine secilmisdir Qara Namazov ayri ayri gorkemli yazicilarin yubileyi ile bagli kecirilen elmi konfranslarda H Cavid E Cavad C Cabbarli A Saiq S Vurgun M Musfiq H Arasli Mir Celal O Sarivelli I Huseynov M Araz ve b yaradiciligi haqqinda meruzeler etmisdir Qara Namazov yalniz muasir edebiyyatla kifayetlenmemis edebiyyatsunasligin bir sira meselelerine dair tedqiqatlari ile de xususi maraq dogurmusdur Namelum bir roman Mirze Seheng Qarabaginin elyazmasi M P Vaqif seirinin ilk elyazmasi 1829 Bir mubahise haqqinda Y Imre ve Molla Qasim haqqinda Tebriz dastani Seyx Samil Aydinliq 1992 31 yanvar Varliq Iran 1993 3 Nuhun gemisi salamatdir adli meqaleleri bu qebildendir Qara Namazovun tedqiqat apardigi problemlerden biri de Kitabi Dede Qorqud eposunun oyrenilmesi meselesidir Muellif Asigin sazi ve sozu Azerbaycan asiq seneti ve rus dillerinde cixan kitablarinda Azerbaycan usaq edebiyyati dersliyinin birinci feslinde bir qayda olaraq arasdirmalarini Dede Qorqud dastanlarindan baslamis asiq senetinin selefi kimi ozan seneti haqqinda elmi qenaetlerini qeyd edib O Dede Qorqud eposunun oyrenilmesi ile bagli eposdan onceki daha qedim qehremanliq dastanlarini izlemeyi qerara aldigindan bu yonde Aratta Sumer medeniyyeti Oguz turk alpciliq dastanlari San qizi dastani Qazanxan haqqinda Qaraqoyunlu efsanesi Agcaqala revayeti Bugacin nagili Bugac boyunun el varianti Oguz kagan ve Dede Qorqud Dede Qorqudun sexsiyyeti Dede Qorqud ve Dede Kerem ve b meqaleleri metbuatda derc etdirib Qara Namazov Kitabi Dede Qorqud un 1300 illik yubileyi ile elaqedar respublikamizda kecirilen tedbirlerde yaxindan istirak etmis Baki Dovlet Universitetinde kecirilen konfransda Oguz kagan ve Dede Qorqud movzusunda meruze etmis hemcinin Bakinin ayri ayri rayonlarinda Tibb Universitetinde Seher kitabxanasinda Xetai rayon Icra aparatinda meruzeler etmisdir O defelerle televiziya kanallarinda da bu epos haqqinda silsile cixislarinda maraqli mulahizeler soylemisdir Qara Namazov elmi fealiyyetini xarici olkelerde de davam etdirmis hele 1978 ci ilde Bolqaristan Respublikasina seferinde Azerbaycan bolqar edebi elaqeleri movzusunda meruze etmis Semed Vurgunun Olum kursusu poemasindan soz acmisdir 1991 ci ilde SSRI nin suqutu erefesinde bir qrup alimle Turkiyenin 19 Mayis Samsun Universitetine devet olunan Qara Namazov universitetde Amasiyada Sinopda ve basqa seherlerde Azerbaycan sifahi xalq edebiyyatinin problemleri onun Baki Dovlet Universitetinde tedrisi gelecekde Turkiye Universitetleri ile qarsiliqli elmi tedris elaqeleri etrafinda aparilan genis muzakirelerde istirak edib Qara Namazov 1996 ci ilde Turkiyenin Silifke seherinde kecirilen Beynelxalq toplantisinda ve festivalinda numayende heyetinin rehberi kimi istirak etmis Turk sozunun acimi Azerbaycan turkmen sifahi xalq edebiyyati elaqeleri movzusunda meruzelerine ve Silifke ve Ussaq seherlerinde kecirilen festivalda asiq seneti haqqinda etdiyi meruzeye gore odullendirilmisdir Ele hemin illerden de Qara Namazov her il Turkiyeye seferlerini davam etdirib O M E Resulzadenin Turkiye metbuatinda cap olunan 2000 e yaxin meqalesinin suretini oradaki qohumlari vasitesile elde etmis respublikanin Edebiyyat ve Incesenet arxivine vermisdir Qara Namazov Turkiyeye seferlerini davam etdirerek Ankara Corum Qazi Universitetinin bolumu Merzifon seherlerinde kecirdiyi goruslerde Azerbaycan turk qarsiliqli folklor baglari meselelerinden meruze etmisdir Bu gorusler haqqinda Corumda vilayetin merkezi nesr olunan Hakimiyyet qezeti melumatlar vermis Qara Namazovdan musahibeler goturmusdur Tarix ayirdi amma ozumuz bir Hakimiyyet 1997 15 avqust Turkiye ozune donerse qurtular Hakimiyyet 2001 13 avqust Turk xalq edebiyyati cox zengin Hakimiyyet 2001 22 avqust bu qebildendir Qara muellimin dersliyi haqqinda da Turkiye metbuatinda genis meqale verilmisdir Bilge dergisi 1997 14 Qara Namazovun rehberliyi ve opponentliyi ile ikisi xarici vetendas olmaqla 25 nefer dissertasiya isi mudafie ederek alimlik derecesi almisdir O 100 e yaxin kitabin redaktoru ve reycisi olmus onlarin ekseriyyetine on soz yazmisdir Qara Namazov bir nece il Ali Tehsil Nazirliyi yaninda Edebiyyat uzre Metodsuranin elece de Metbuat Komitesinde Nesriyyatlar uzre Reyciler Surasinin uzvu olmus nesriyyatlarda cap olunan onlarla kitabin capina rey vermisdir O respublikada nesr olunan Ozan Elmi arasdirmalar Filoloji arasdirmalar Dede Qorqud toplularinin Baki Dovlet Universitetinin Elmi Xeberleri Jurnalinin redaksiya heyetinin uzvu idi Qara Namazov bir nece il filologiya fakultesinin ixtisaslasdirilmis Mudafie Surasinin sedri Seki erazi Mudafie Surasinin hemsedri 1998 2000 ci iller Baki Dovlet Universitetinde Ixtisaslasdirilmis Dissertasiya Surasinin sedr muavini olub Qara Namazovun son illerde ardicil tedqiqat apardigi sahelerden biri de Amerika qitesinde yasayan qirmiziderililerin turksoylu olmasi ve onlarin bezi boylarinin mehz Azerbaycandan getmesi haqqinda arasdirmalaridir Bu yonde de muellifin bir nece meqalesi Amerika qitesinde qedim turkler Oguz yaddaslarinin soragi Amerika qirmiziderilileri turksoyludur metbuatda cap olunmusdur O 1956 ci ilden universitetde 50 den cox kitab 400 den cox elmi meqale cap etdirmisdir Onun cap olunan kitablari haqqinda taninmis edebiyyatsunas ve folklorsunaslarin deyerli reyleri nesr olunmusdur Qara Namazov 2004 cu ilde Isvecde Fuzulinin yubiley merasimine devet olunmus Fuzuli irsinin Azerbaycanda tedqiqi movzusunda meruze etmisdir Meruze Turkiyede cixan Baykara 2008 1 toplusunda isiq uzu gorub O 2002 2006 ci illerde filologiya fakultesinin dekani vezifesinde calismis hemin illerde fakulte Elmi Surasinin sedri universitet Boyuk Elmi Surasinin uzvu olub 2002 2008 ci illerde BDU nun Klassik Azerbaycan edebiyyati kafedrasinin mudiri isleyib Qara Namazovun son illerde bir sira kitablari nesr olunub Qacaq Keremin heyatindan behs eden Xalq qehremaninin sohreti 2005 Azerbaycan usaq edebiyyati ali mekteb dersliyi 2007 El celengi 2004 3 cildde Usaq edebiyyati antologiyasi 2004 2005 Qaracaoglan I Veliyevle birlikde ozunun seirleri hekayeleri ve tercumelerinden ibaret Gecilmis negmeler 2008 O Seyid Ezim Sirvaninin 3 cildliyini musterek S Vurgunun 1 cildlik secilmis eserlerini nesr etdirmisdir Qara Namazovun 2010 cu ilde cap olunan C Corcodun tarixi kesfleri kitabi boyuk maraqla qarsilandigindan kitab 2011 ci ilde yeniden cap olunub Qara Namazov BDU nun Elmi Xeberleri humanitar elmler seriyasi jurnalinin bas redaktorunun muavini Dil edebiyyat seriyasinin edebiyyat bolmesinin bas redaktoru Dede Qorqud Elmi arasdirmalar toplularinin Turkiyede cap olunan Baykara toplusunun redaksiya heyetinin Respublika Tehsil Nazirliyinin nesr etdiyi 106 cildde Azerbaycan ve dunya edebiyyati seriyasi Redaksiya Surasinin uzvu uzun iller Edebiyyatsunasliq uzre Problem Surasinin sedr muavini Filologiya ixtisasi uzre doktorluq ve namizedlik uzre Mudafie Surasinin sedr muavini Folklor Institutunun Redaksiya Surasinin uzvu olub Qara Namazov Klassik Azerbaycan edebiyyati kafedrasinin nezdinde fealiyyet gosteren Dede Qorqud elmi tedqiqat laboratoriyasinin mudiri Respublikanin emekdar muellimi Qabaqcil tehsil iscisi Azerbaycan Yazicilar Birliyinin uzvu ve Azerbaycan Asiqlar Birliyi Idare Heyetinin uzvu idi Qara Namazovun Turkiye edebiyyatcilar ve kultur adamlari ensiklopediyasi nda genis tercumeyi hali cap olunmusdur Qara Namazov 2009 cu ilde Sohret ordeni ile teltif olunub O 2016 ci ilde vefat edib Eserleri Asiq seirinin inkisafi tarixinden Baki 1968 Azerbaycan asiq seneti Baki 1984 Asiqlar I kitab biblioqrafik melumat Baki Seda 2004 El celengi xalq seirinden secmeler 2017 05 17 at the Wayback Machine Baki 2004 Azerbaycan usaq edebiyyati antologiyasi 3 cildde 2004 2005 S E Sirvani Secilmis eserleri 3 cildde 2004 2005 Xalq qehremaninin sohreti 2005 Azerbaycan usaq edebiyyati derslik 2007 Muasir Azerbaycan edebiyyati 2007 Gecikmis negmeler 2008 C Corcvodun tarixi kesfleri 2010 Baki Elm ve tehsil 2013 480 seh Meqaleleri Qudretli soz ustadi 2006 Dede Qorqud boylarinin izi ile Turkiye 2006 Molla Nesreddin ve edebiyyat Baykara Turkiye 2006 Dirsexan oglu Bugac boyunun el varianti Baki Boyuk kimyaci qudretli sair Baki 2007 Turk dunyasinin xalq yaradiciligi Serqin Intibah edebiyyatidir Asqabad 2007 Mif millet edebiyyat Baki 2008 Fuzuli haqqinda yapilan arasdirmalar Baykara Turkiye 2008 Sozun serrafi 2 15 iyun 2009 cu il Asiq seiri yazili edebiyyatin seir sekillerini usteledi Xalq cebhesi 2015 13 may S 14 Ozanlar saysiz hesabsiz oguznameler qosublar XVI esrden asiq ozani evez edib Xalq cebhesi 2015 20 may S 14 Ustad asiqlar Xalq cebhesi 2015 7 may S 14 Mukafat ve teltifleri Sohret ordeni 30 oktyabr 2009 cu ilAilesiAileli idi 3 ovladi var IstinadlarEhmedov T Gorkemli elm xadimi muellim yazici Namazov Qara Mustafa oglu haqqinda Respublika 2016 17 yanvar S 5 Eldar Ismayil Oguz yurdun ovladlari I kitab Baki Tebib 1999 seh 99 da Baki Dovlet Universitetinin emekdaslarinin Sohret ordeni ile teltif edilmesi haqqinda AZERBAYCAN RESPUBLIKASI PREZIDENTININ SERENCAMI http e qanun az azerb 30 oktyabr 2009 27 fevral 2016 tarixinde Istifade tarixi 27 fevral 2016