Qədim ağa Bədirbəyli Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından və bölgənin tanınmış mülkədarlarından biri.
Qədim ağa Bədirbəyli | |
---|---|
Qədim ağa Zeynal ağa oğlu Bədirbəyli | |
Doğum tarixi | |
Doğum yeri | Şəmkir, Morul qəzası, Rusiya İmperiyası |
Vəfat tarixi | (82 yaşında) |
Vəfat yeri | SSRİ |
Həyat yoldaşı | Güllü xanım |
Uşaqları | Xəlil ağa Qədimov, , Hadı Qədimov, Həni Qədimov, İsmayıl Zeynalov |
Atası | Zeynal ağa Bədirbəyli |
Milliyyəti | Azərbaycanlı |
Həyatı
Qədim ağa 1855-ci ildə Şəmkirin Morul kəndində doğulmuşdur. Qədim ağa ilə Leyla Bədirbəylinin babası Abdı ağa qardaşdırlar.1882-ci ildə ailə qurmuş, beş oğul, 6 qız atası olmuşdur. 80 desyatindən çox torpağı, əkin-biçin yeri, mal-qarası, at ilxısı, qoyun sürüləri var idi.
Bəyliyi təmsil edən Qədim ağa qoçaq, təəssübkeş və vətənpərvər kimi də tanınırdı. O, 1900-cü ildən 1919-cu ilə kimi ətrafına xeyli adam toplayıb dəfələrlə Göyçə mahalına və Qarabağa — yerli əhaliyə hücum edən erməni daşnaklarına qarşı vuruşmağa getmişdi. Çar Rusiyası tərəfindən məqsədli şəkildə Cənubi Qafqazın torpağı münbit, suyu bol, havası təmiz dağlıq və dağətəyi ərazilərinə, o sıradan Qarabağa, Gəncəbasara və Göyçə mahalına köçürülən ermənilər gəldikləri yerləri onların həqiqi sahiblərindən — azərbaycanlılardan "azad" etmək üçün o vaxt etnik təmizləmə aparır və torpaqları qəsb edirdilər. Onlar yerli müsəlman əhalini terrora məruz qoyur, dinc sakinləri evlərindən didərgin salır, Azərbaycan kəndlərinə hücumlar edir, yerli əhalini soyur və kütləvi şəkildə qırırdılar. Qədim ağa bu qırğınların qarşısını almaq üçün nəinki Gəncəyə, Gədəbəyə, hətta Qarabağa və Göyçəyə də tez-tez gedirdi.
Qədim ağa növbəti dəfə Qarabağa gedəndə yaxşı tanıdığı Dostu oğlu Süleyman əl çəkmir ki, "ağa, keçən dəfə də demişdim, məni də özünlə apar, aparmadın, döyüşdən qorxan adam deyiləm…"
Qədim ağa gördü ki, Süleyman inadından dönənə oxşamır, dedi:
— Yaxşı, get, ailəndən icazə al, razı olsalar, ilxıdan bəyəndiyin atı seç, yəhərin-yüyənin yerini də özün bilirsən, hazırlaş.
Dostu oğlu Süleyman ermənilərlə döyüşlərdə o qədər böyük hünər göstərir ki, Qədim ağa sonralar hara getsə, onu özünə mühafizəçi götürür.
Qədim ağa Gəncədə yaradılan "Müdafiə" və "Qeyrət" özünümüdafiə təşkilatlarının, habelə Ələkbər bəy Rəfibəylinin və Nəsib bəy Yusifbəylinin rəhbərliyi altında fəaliyyət göstərən "Difai"nin vuran əli idi. O, Milli hökumətin könüllü özünümüdafiə bölüklərinə xeyli yorğan-döşək, yastıq, ilxısından 10-a yaxın at, iki araba və s. vermişdi. Erməni silahlılarının qətliamından can qurtarıb Şəmkirə pənah gətirən qaçqınlara, kimsəsizlərə və imkansızlara dəfələrlə əl tutmuşdu. Milli hökumətin möhkəmlənməsinə və xalqının azadlığına xidmət etməyi özünə şərəf bilirdi.
1920-ci il aprel ayının əvvəllərində yaxın qohumu Aslan bəy narahatlıq içində Qədim ağanın yanına gəlir:
— Xəbərin var, söz gəzir ki, Şura hökuməti gəlir. Allah axırını xeyir eləsin!
Həbsi
Xəlil ağa Qədimov sürgünə göndəriləndən bir ay sonra atası Qədim ağanı həbs edirlər. Onu bu həbsdən yenə dostu — kənd şurası sədrliyindən Şəmkir Rayon İcraiyyə Komitəsinin sədri vəzifəsinə irəli çəkilən Piri oğlu Əli qurtarır. Banditləri, qolçomaqları, yeni quruluşun şübhəli bilinən qatı düşmənlərini yığıb milis idarəsinə gətirəndə Piri oğlu Əli Qədim ağanı onların arasında görür, tez üzünü əsgərlərə tutub onun kolxozçu olduğunu bildirir. Uca səslə: "Bu köpək oğlunu cütlə yer əkməyə göndərmişəm" deyib, üzünü Qədim ağaya tutur: — "A kişi, öküzlər itəcək, dur get işinə!" — deyib, sinəsindən itələyə-itələyə çölə çıxarır.
1928-ci ildə həbs olunan Xəlil ağa 1933-cü ildə azadlığa buraxılır və Sibirdən birbaşa Şəmkirə gəlir. Qürbətin ağır sürgünlük həyatının ağrı-acısı Xəlil ağanı olduğundan yaşlı göstərən saçında-saqqalında özünü büruzə verirdi. Xəlil ağa yanına görüşə gələnlər arasında qardaşı Hadı bəyi görmür. Soruşanda deyirlər ki, qardaşını bu yaxınlarda həbs ediblər, amma bolşeviklərin qorxusundan camaatdan gizlədirlər ki, guya Xəlil ağanın qardaşı Hadı bəyin ailəsi ilə heç bir əlaqəsi, münasibəti yoxdur. Xəlil ağa səhərisi gedir Gəncə türməsində Hadı bəyi görməyə. Burada görüşü təşkil edən NKVD zabitlərindən biri — əslən Şuşadan olan müstəntiq Kərim bəy Kərimbəyov atasının dostunun oğlunu tanıyır. "Ermənilər Şuşaya hücum edəndə, erməni-müsəlman davasında atan dəstəsi ilə Şuşaya köməyə gəlmişdi… Yadımdadır, atan bizə tez-tez qonaq gələrdi. Mən səni o vaxt atanla bir yerdə bizə gələndə görmüşəm, sizi görən kimi tanıdım…"
Beləcə Kərim bəy Kərimbəyovun köməyi ilə qardaşlar görüşür. Müstəntiq Kərim bəy Hadı bəyə kömək edir, onu həbsdən qurtarır. Üstəlik Şəmkirdə banditizmə qarşı mübarizə otryadının rəisi dostu Nəcəfova bir məktub da yazır ki, Hadı bəyə kömək elə.
Nəcəfov dostunun istəyinə tez bir vaxtda əməl edir. Hətta Hadı bəyin familiyasını Bədirbəyli əvəzinə Zeynalov, adını Hadı bəy yox, Hadı, atasının adından da ağa sözünü "götürərək" onu Zeynalov Hadı Qədim oğlu adı ilə işə düzəldir. Özünə də bərk-bərk tapşırır ki, bunu heç kim bilməməlidir.
1937-ci ilin yayında, qanlı-qadalı repressiya günlərinin birində NKVD qaçaq həyatı yaşayan Qədim ağanı yeznəsi Şöhlə oğlu Süleymanla bir yerdə həbs edir. Onların hər ikisi günlərlə ac saxlanılır, möhkəm döyülür və işgəncələrə məruz qalır. Bunu bilən oğlu Hadı bir neçə yaxın ailə üzvü ilə gəlir NKVD binasının yaxınlığına, böyürdə-başda hərlənirlər ki, Qədim ağaya heç olmasa yemək ötürə bilsinlər. Bundan xəbər tutan NKVD rəisi Vasili Yakofidi Qədim ağayla Süleymanı camaatın gözü qarşısında qol-qola bağlatdırır, günortanın istisində başıaçıq, ayaqyalın, ac-susuz, payi-piyada atlı əsgərlərin müşayiəti ilə Şəmkirdən Zəyəmə yola salır. Əsgərlər onsuz da yarımcan olan hər iki dustağı atdöşü edib günün qızmarında dayanmadan Zəyəmə aparır, oradan da geri qaytarırlar. Hüseynbəyli kəndini keçəndə qolları bir-birinə bağlı Qədim ağayla Süleyman üzü üstə yıxılıb pambıq sahəsindən axıb yola dağılan bulanıq sudan içmək istəyəndə əsgərlər atı birbaşa üstlərinə sürür, ata ayaqladırlar, su içməyə qoymurlar. Günortanın istisində ayaqyalın daşlı-çınqıllı yolu gedib-gələn əsirlərin ayaqlarının altı parça-parça olmuşdu, barmaqlarının arasından qan süzülürdü… 82 yaşlı Qədim ağa Şəmkirə çatanda gah yeriyir, gah yıxılırdı, yıxılanda atın üstündəki əsgərin əlindəki qamçı onu çətinliklə də olsa ayağa qalxmağa məcbur edirdi.
Hadı bəy gecə ilə Gəncə həbsxanasında onu ölümdən qurtaran müstəntiq Kərim bəy Kərimbəyovun dostu, banditizmə qarşı otryad rəisi Nəcəfovun üstünə minnətə gedir, məsələni ona danışır. Otryad rəisinin köməyi ilə bir neçə gündən sonra Qədim ağa ilə Şöhlə oğlu Süleymanı Şəmkir NKVD-nin zirzəmisindən gecə ikən buraxırlar.
Həbsdə olduqları günlərdə onları çox döymüşdülər. Odur ki, evə gələndən iki gün sonra 82 yaşlı Qədim ağa dünyasını dəyişir. Süleyman kişi isə qorxusundan Morulda qalmayıb, Çətindərə yaylağına gedir, Qədim ağanın üçü günü o da həyatla vidalaşır.
İstinadlar
- Qədim ağa Bədirbəyli
- "Arxivlənmiş surət". www.anl.az. 2024-03-12 tarixində . İstifadə tarixi: 2024-03-12.
- "Arxivlənmiş surət". www.anl.az. 2024-03-12 tarixində . İstifadə tarixi: 2024-03-12.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Qedim aga Bedirbeyli Azerbaycan Xalq Cumhuriyyetinin qurucularindan ve bolgenin taninmis mulkedarlarindan biri Qedim aga BedirbeyliQedim aga Zeynal aga oglu BedirbeyliDogum tarixi 1855Dogum yeri Semkir Morul qezasi Rusiya ImperiyasiVefat tarixi 1937 82 yasinda Vefat yeri SSRIHeyat yoldasi Gullu xanimUsaqlari Xelil aga Qedimov Hadi Qedimov Heni Qedimov Ismayil ZeynalovAtasi Zeynal aga BedirbeyliMilliyyeti AzerbaycanliHeyatiQedim aga 1855 ci ilde Semkirin Morul kendinde dogulmusdur Qedim aga ile Leyla Bedirbeylinin babasi Abdi aga qardasdirlar 1882 ci ilde aile qurmus bes ogul 6 qiz atasi olmusdur 80 desyatinden cox torpagi ekin bicin yeri mal qarasi at ilxisi qoyun suruleri var idi Beyliyi temsil eden Qedim aga qocaq teessubkes ve vetenperver kimi de taninirdi O 1900 cu ilden 1919 cu ile kimi etrafina xeyli adam toplayib defelerle Goyce mahalina ve Qarabaga yerli ehaliye hucum eden ermeni dasnaklarina qarsi vurusmaga getmisdi Car Rusiyasi terefinden meqsedli sekilde Cenubi Qafqazin torpagi munbit suyu bol havasi temiz dagliq ve dageteyi erazilerine o siradan Qarabaga Gencebasara ve Goyce mahalina kocurulen ermeniler geldikleri yerleri onlarin heqiqi sahiblerinden azerbaycanlilardan azad etmek ucun o vaxt etnik temizleme aparir ve torpaqlari qesb edirdiler Onlar yerli muselman ehalini terrora meruz qoyur dinc sakinleri evlerinden didergin salir Azerbaycan kendlerine hucumlar edir yerli ehalini soyur ve kutlevi sekilde qirirdilar Qedim aga bu qirginlarin qarsisini almaq ucun neinki Genceye Gedebeye hetta Qarabaga ve Goyceye de tez tez gedirdi Qedim aga novbeti defe Qarabaga gedende yaxsi tanidigi Dostu oglu Suleyman el cekmir ki aga kecen defe de demisdim meni de ozunle apar aparmadin doyusden qorxan adam deyilem Qedim aga gordu ki Suleyman inadindan donene oxsamir dedi Yaxsi get ailenden icaze al razi olsalar ilxidan beyendiyin ati sec yeherin yuyenin yerini de ozun bilirsen hazirlas Dostu oglu Suleyman ermenilerle doyuslerde o qeder boyuk huner gosterir ki Qedim aga sonralar hara getse onu ozune muhafizeci goturur Qedim aga Gencede yaradilan Mudafie ve Qeyret ozunumudafie teskilatlarinin habele Elekber bey Refibeylinin ve Nesib bey Yusifbeylinin rehberliyi altinda fealiyyet gosteren Difai nin vuran eli idi O Milli hokumetin konullu ozunumudafie boluklerine xeyli yorgan dosek yastiq ilxisindan 10 a yaxin at iki araba ve s vermisdi Ermeni silahlilarinin qetliamindan can qurtarib Semkire penah getiren qacqinlara kimsesizlere ve imkansizlara defelerle el tutmusdu Milli hokumetin mohkemlenmesine ve xalqinin azadligina xidmet etmeyi ozune seref bilirdi 1920 ci il aprel ayinin evvellerinde yaxin qohumu Aslan bey narahatliq icinde Qedim aganin yanina gelir Xeberin var soz gezir ki Sura hokumeti gelir Allah axirini xeyir elesin HebsiXelil aga Qedimov surgune gonderilenden bir ay sonra atasi Qedim agani hebs edirler Onu bu hebsden yene dostu kend surasi sedrliyinden Semkir Rayon Icraiyye Komitesinin sedri vezifesine ireli cekilen Piri oglu Eli qurtarir Banditleri qolcomaqlari yeni qurulusun subheli bilinen qati dusmenlerini yigib milis idaresine getirende Piri oglu Eli Qedim agani onlarin arasinda gorur tez uzunu esgerlere tutub onun kolxozcu oldugunu bildirir Uca sesle Bu kopek oglunu cutle yer ekmeye gondermisem deyib uzunu Qedim agaya tutur A kisi okuzler itecek dur get isine deyib sinesinden iteleye iteleye cole cixarir 1928 ci ilde hebs olunan Xelil aga 1933 cu ilde azadliga buraxilir ve Sibirden birbasa Semkire gelir Qurbetin agir surgunluk heyatinin agri acisi Xelil agani oldugundan yasli gosteren sacinda saqqalinda ozunu buruze verirdi Xelil aga yanina goruse gelenler arasinda qardasi Hadi beyi gormur Sorusanda deyirler ki qardasini bu yaxinlarda hebs edibler amma bolseviklerin qorxusundan camaatdan gizledirler ki guya Xelil aganin qardasi Hadi beyin ailesi ile hec bir elaqesi munasibeti yoxdur Xelil aga seherisi gedir Gence turmesinde Hadi beyi gormeye Burada gorusu teskil eden NKVD zabitlerinden biri eslen Susadan olan mustentiq Kerim bey Kerimbeyov atasinin dostunun oglunu taniyir Ermeniler Susaya hucum edende ermeni muselman davasinda atan destesi ile Susaya komeye gelmisdi Yadimdadir atan bize tez tez qonaq gelerdi Men seni o vaxt atanla bir yerde bize gelende gormusem sizi goren kimi tanidim Belece Kerim bey Kerimbeyovun komeyi ile qardaslar gorusur Mustentiq Kerim bey Hadi beye komek edir onu hebsden qurtarir Ustelik Semkirde banditizme qarsi mubarize otryadinin reisi dostu Necefova bir mektub da yazir ki Hadi beye komek ele Necefov dostunun isteyine tez bir vaxtda emel edir Hetta Hadi beyin familiyasini Bedirbeyli evezine Zeynalov adini Hadi bey yox Hadi atasinin adindan da aga sozunu goturerek onu Zeynalov Hadi Qedim oglu adi ile ise duzeldir Ozune de berk berk tapsirir ki bunu hec kim bilmemelidir 1937 ci ilin yayinda qanli qadali repressiya gunlerinin birinde NKVD qacaq heyati yasayan Qedim agani yeznesi Sohle oglu Suleymanla bir yerde hebs edir Onlarin her ikisi gunlerle ac saxlanilir mohkem doyulur ve isgencelere meruz qalir Bunu bilen oglu Hadi bir nece yaxin aile uzvu ile gelir NKVD binasinin yaxinligina boyurde basda herlenirler ki Qedim agaya hec olmasa yemek oture bilsinler Bundan xeber tutan NKVD reisi Vasili Yakofidi Qedim agayla Suleymani camaatin gozu qarsisinda qol qola baglatdirir gunortanin istisinde basiaciq ayaqyalin ac susuz payi piyada atli esgerlerin musayieti ile Semkirden Zeyeme yola salir Esgerler onsuz da yarimcan olan her iki dustagi atdosu edib gunun qizmarinda dayanmadan Zeyeme aparir oradan da geri qaytarirlar Huseynbeyli kendini kecende qollari bir birine bagli Qedim agayla Suleyman uzu uste yixilib pambiq sahesinden axib yola dagilan bulaniq sudan icmek isteyende esgerler ati birbasa ustlerine surur ata ayaqladirlar su icmeye qoymurlar Gunortanin istisinde ayaqyalin dasli cinqilli yolu gedib gelen esirlerin ayaqlarinin alti parca parca olmusdu barmaqlarinin arasindan qan suzulurdu 82 yasli Qedim aga Semkire catanda gah yeriyir gah yixilirdi yixilanda atin ustundeki esgerin elindeki qamci onu cetinlikle de olsa ayaga qalxmaga mecbur edirdi Hadi bey gece ile Gence hebsxanasinda onu olumden qurtaran mustentiq Kerim bey Kerimbeyovun dostu banditizme qarsi otryad reisi Necefovun ustune minnete gedir meseleni ona danisir Otryad reisinin komeyi ile bir nece gunden sonra Qedim aga ile Sohle oglu Suleymani Semkir NKVD nin zirzemisinden gece iken buraxirlar Hebsde olduqlari gunlerde onlari cox doymusduler Odur ki eve gelenden iki gun sonra 82 yasli Qedim aga dunyasini deyisir Suleyman kisi ise qorxusundan Morulda qalmayib Cetindere yaylagina gedir Qedim aganin ucu gunu o da heyatla vidalasir IstinadlarQedim aga Bedirbeyli Arxivlenmis suret www anl az 2024 03 12 tarixinde Istifade tarixi 2024 03 12 Arxivlenmis suret www anl az 2024 03 12 tarixinde Istifade tarixi 2024 03 12