Bu məqaləni lazımdır. |
yaş dövrü uşağın həm fiziki, həm psixofizioloji, həm də şəxsiyyət sahəsində inkişafının keyfiyyətcə dönüş dövrüdür. Bu dövrdə uşağın fiziki inkişafı birinci növbədə diqqəti cəlb edir. 3–6 yaşlı uşağın boyunun, çəkisinin artmasında nəzərə çarpacaq dəyişiklik baş verir. Buna baxmayaraq həmin dövrdə uşağın əzələ və sümük sistemi xeyli inkişaf etmiş olsa da onun əl və ayaq əzələlərində hələ sümüklənməmiş qığırdaqlar qalır. Uşağın skeleti əsasən qığırdaq toxumalardan ibarət olur. Ona görə də lazımi tələblərə əməl olunmadıqda uşağın qaməti düzgün inkişaf etmir.
Bununla yanaşı olaraq nitqin, böyüklərlə və həmyaşıdları ilə ünsiyyətin və müxtəlif fəaliyyət növlərinə cəlb olunmanın təsiri altında uşaqda yeni keyfiyyət dəyişmələri baş verir. Bütün bunlar uşağın sosial şəraitə və həyatın tələblərinə uyğunlaşmasına imkan verir.
Məktəbəqədər dövr uşağın fəaliyyətin subyekti kimi formalaşmasının ilkin mərəhələsi kimi özünü göstərir. Məqsədəyönəlişliyin əsası qoyulur. Böyüklərin qiymətləndirməsi və nəzarətinin təsiri altında bağça yaşının sonunda uşaqlar öz hərəkət və fəaliyyətlərindəki qüsurları hiss etməyə başlayırlar. Bununla əlaqədar təqlid obyektləri dəqiqləşməyə başlayır. Məktəbəqədər yaş dövründə həm ümumi, həm də xüsusi qabiliyyətlərin formalaşması imkanları yaranır və özünü göstərməyə başlayır.
Uşağın psixi inkişafında oyunun rolu. Bağça yaşı dövründə oyun uşaqların əsas fəaliyyəti olur. Bu yaş dövründə uşaqlar öz vaxtlarının çoxunu oyunda keçirirlər.
Adətən, məktəbəqədər yaş dövrünü üç yarımdövrə ayırırlar: kiçik bağça yaşı dövrü (3–4 yaş), orta bağça yaşı dövrü (4–5 yaş) və böyük bağça yaşı dövrü (5–6 yaş).
Kiçik bağça yaşlı uşaqlar, adətən, hələ təklikdə oynayırlar. Əşyavi və quraşdırma oyunlarında onlarda qavrayış, hafizə, təxəyyül, təfəkkür və hərəki qabiliyyətlər inkişaf edir. Tədricən orta bağça yaşı dövründə uşaqlar birgə oyuna keçməyə başlayırlar, oyunlarda daha çox uşaq iştirak edir. Üç-altı yaş ərzində uşaq oyunları əşyavi-manipulyativ və simvolik xarakterdən süjetli-rollu qaydalı oyunlara qədər inkişaf yolu keçir. Bütün bunlar uşağın həyatında mühüm rol oynamaqla, onun tələbatını ödəməklə yanaşı, yaşlılarla ünsiyyət saxlamaq, həyatı başa düşmək, ətrafdakıları təqlid etmək, bu yolla bir növ gələcək həyata hazırlaşmaq işində mühüm vasitəyə çevrilir. Oyun fəaliyyəti uşağın psixi inkişafında əsaslı dəyişikliklə gətirib çıxarır. Oyun şəraitində və onun köməyi ilə uşaqlarda diqqət, qavrayış, xüsusilə müşahidəçilik, hafizə, təfəkkür və təxəyyülün inkişafı üçün əlverişli şərait yaranmış olur. Bununla yanaşı olaraq didaktik oyunlardan istifadə edilməsi uşaqlarda nitqin inkişafı, nitq qüsurlarının aradan qaldırılması işində də əsaslı rol oynayır.
Orta və böyük bağça yaşı dövründə uşaqlar rollu-qaydalı oyunlardan daha çox istifadə edirlər. Bu dövrdə həmin oyunlar özlərinin mövzularına, qaydalarının müxtəlifliyinə görə kiçik bağça yaşı dövründə istifadə olunan oyunlardan fərqlənirlər. Burada kiçik bağça yaşı dövründən fərqli olaraq oyunda təbii şəkildə istifadə olunan əşyalar şərti olaraq dəyişdirilir, nəticədə simvolik oyun xarakteri alır.
Rollu-qaydalı oyunlardan istifadə edilməsi uşaqlarda iradənin inkişafına güclü təsir göstərir. Adi şəraitdə bir yerdə dura bilməyən uşaq bu cür oyunlar zamanı öz rolunu axıra qədər yerinə yetirməyə, qaydaya əməl etməyə məcbur olur. Oyun prosesində uşaqlar qarşılıqlı münasibətlərin hə- yata keçirilməsinə əməl etməyə alışırlar. Rollu oyun prosesində ilk dəfə olaraq uşaqda liderlik özünü göstərir, təşkilatçılıq bacarıq və vərdişləri inkişaf etməyə başlayır. Oyun eyni zamanda uşaqlarda bir sıra qabiliyyətlərin aşkara çıxmasına imkan verir. Bütün bunlarla yanaşı olaraq uşaqlar sadə əmək tapşırıqlarını icra edərkən də çox vaxt onlara oyun xarakteri verir və bu yolla bəzi sadə əmək bacarıqlarına da yiyələnirlər.
İdrak prosesləri və nitqin inkişafı. Məktəbəqədər yaş dövründə uşaqlarda idrak prosesləri və nitqin inkişafında əsaslı dəyişiklik baş verir.
Məktəbəqədər dövrdə uşaqların qavrayışının ixtiyari növünün inkişafı üçün şərait yaranır. Burada oyunun rolu böyükdür.
Uşaqlar cismin formasını, ölçüsünü, tutduğu yeri qavramağa alışırlar. Bu onlarda məkan qavrayışının inkişafı kimi özünü göstərir. Məktəbəqədər yaşlı uşaqlar ilk vaxtlar ən çox formanı ayırmaqla onları qavramağa cəhd göstərirlər. Eyni zamanda obyektlərin böyüklüyünü qavrama bacarığı da özünü göstərir. Bağça yaşının sonunda uşaqlar onları maraqlandıran obyektlərin xassələrini daha tez müəyyənləşdirmək, bir əşyanı başqasından fərqləndirmək, onların arasında mövcud olan əlaqə və münasibətləri aşkara çıxarmaq imkanı əldə edirlər. Nəticədə zahiri perseptiv işlər əqli işlərə çevrilməyə başlayır. Psixoloqlar belə qənaətə gəlmişlər ki, (L. A. Venqer) qavrayışla bağlı olan qabiliyyətlərin əsasını perseptiv işlər təşkil edir. Bu cür qabiliyyətlərin keyfiyyəti uşağın xüsusi perseptiv etalon sistemini mənimsəməsindən asılıdır. Qavrayış zamanı bu cür etalonlar həndəsi füqurlar, rənglər və s. ola bilər.
Böyük bağça yaşı dövründə uşaqlarda ətraf aləmin qavranılması genişlənir və dərinləşir. Bu dövrdə qavrayış uşaqlara yaşlıların həyatına qoşulmağa, nüfuz etməyə imkan verir. Bununla bərabər böyüklərlə ünsiyyət qavrayışın məzmununu zənginləşdirir.
Tədricən bağça yaşı dövründə ixtiyari qavrayış inkişaf edir, müşahidə və müşahidəçilik özünü göstərməyə başlayır. Böyüklər, tərbiyəçilər uşaqların qarşısına məqsəd qoyur, onları ətraf aləmdəki daha mühüm cəhətləri qavramağa yönəldir, onlara müşahidə etməyi öyrədirlər. Məhz buna görə də böyük bağça yaşlı uşaqlar öz qavrayışlarını daha uzun müddət idarə edə bilirlər.
Bağça yaşı dövründə uşaqlarda qavrayışın, müşahidəçiliyin inkişafında oyun aparıcı fəaliyyət növü kimi xüsusi əhəmiyyət kəsb edir. Bu cür oyunlar içərisində didaktik oyunlar xüsusi yer tutur. Bu dövrdə uşaqlarda qavrayışın inkişafında rəsm, yapma, quraşdırma da mühüm rol oynayır. Uşaq nəyisə çəkmək, nəyinsə füqurunu yapmaq üçün birinci növbədə onu diqqətlə müşahidə etməli, onun konturunu, rəngini müəyyənləşdirməli olur. Bütün bunlar uşağı müşahidə etməyə təhrik edir, ixtiyari qavrayışın inkişafına təkan verir.
Bağça yaşı dövründə qavrayışla yanaşı olaraq diqqətin təkmilləşməsi prosesi də baş verir. Bu yaş dövrünün əvvəlində uşaqlarda diqqəti zahirən cəlbedici cisimlər cəlb edir. Bu dövrdə hələ uşaqda qavradığı obyektə maraq üstünlük təşkil edir. Başqa sözlə, diqqət qeyri-ixtiyari xarakter daşıyır.
Bağça yaşının sonunda diqqət öz inkişafının daha yüksək səviyyəsinə çatır. Böyük bağça yaşlı uşaqlarda diqqətin inkişafı yeni maraqların meydana gəlməsi, dünyagörüşünün genişlənməsi, uşağın ailə həyatında və bağçada yeni şəraitə daxil olması, yeni fəaliyyət növlərinə yiyələnməsi ilə sıx bağlı olur. Böyük bağça yaşlı uşaq gerçəkliyin əvvəllər onu cəlb etməyən cəhətlərinə diqqət yetirməyə başlayır. Uşağın ünsiyyət sahəsinin genişlənməsi, marağının zənginləşməsi ilk növbədə qeyri-ixtiyari diqqətin daha yüksək inkişaf səviyyəsinə qalxmasına səbəb olur.
Bu dövrdə qeyri-ixtiyari diqqət əsas yer tutsa da ixtiyari diqqətin meydana gəlməsi üçün də şərait yaranır. Burada qeyri-ixtiyari diqqətdən ixtiyariyə keçid üçün uşağın diqqətini idarə etmək vasitələri mühüm rol oynayır. Ona görə də uşağa onu əhatə edən cisim və hadisələrin xassələrini, fərqli xüsusiyyətlərini, əsas əlamətlərini görməyi öyrətmək lazım gəlir. Qavrayışda olduğu kimi, bağça yaşlı uşaqlarda ixtiyari diqqətin inkişafında da oyun mühüm əhəmiyyət kəsb edir. Oyun qaydalarına əməl etmək uşaqdan öz diqqətini mərkəzləşdirməyi tələb edir. Bu yaş dövründə diqqətin ən yüksək davamlılığı oyun prosesində baş verir. Başqa fəaliyyət növləri də uşağın diqqəti olmadan səmərəli şəkildə həyata keçə bilməz. İxtiyari diqqətin meydana gəlməsində nitq də mühüm rol oynamağa başlayır.
Psixoloji tədqiqatlar göstərmişdir ki, uşaqlarda ixtiyari diqqətin inkişafına öz-özünə hündürdən fikirləşmək xeyli kömək edir. Təcrübə göstərmişdir ki, əgər 4–5 yaşlı uşaqlardan daima nə edəcəyini hündürdən deməyi tələb etdikdə, onlar ixtiyari olaraq və daha uzun müddət öz diqqətlərini hər hansı bir obyektin və ya onun detallarının üzərində saxlaya bilirlər.
Məktəbəqədər yaşın sonuna doğru uşaqda tədricən öz diqqətini idarə etmək imkanı, onu az və çox dərəcədə müstəqil təşkil etmək bacarığı özünü göstərir.
Bağça yaşı dövründə uşaqların hafizələri də tədricən qeyri-ixtiyari yaddasaxlamadan ixtiyari yaddasaxlamaya keçidlə səciyyələnir.
Psixoloqların apardıqları tədqiqatlar göstərmişdir ki, xüsusi olaraq mnemik əməliyyat aparılmasına hazırlanmadıqda, başqa sözlə təbii şəraitdə kiçik və orta bağça yaşlı uşaqlarda yaddasaxlama və yadasalma qeyri ixtiyari xarakter daşıyır. Böyük bağça yaşı dövründə eyni şəraitdə tədricən materialı qeyri-ixtiyari yaddasaxlama və yadasalmadan ixtiyariyə keçid baş verir. Beləliklə bağça yaşının sonunda uşaqlarda yaddasaxlama və yadasalma tədricən ixtiyari xarakter daşımağa başlayır. Bağça yaşının əvvəlində qeyri-ixtiyari görmə-emosional hafizə üstünlük təşkil edir.
İxtiyari hafizənin inkişafı uşaqların qarşılarına yaddasaxlama və yadasalma ilə bağlı xüsusi mnemik məqsədlərin qoyulması ilə sıx bağlı olur. Bunun üçün oyun fəaliyyətindən istifadə daha səmərəli nəticə verir. Bir qayda olaraq ixtiyari hafizə böyüklərin tərbiyəvi təsiri sayəsində inkişaf edir. Əvvəlcə yaşlılar uşağın qarşısında nəyisə yaddasaxlama və yadasalma məqsədini qoyur, sonra bu cür məqsədi uşaq özü öz qarşısına qoyur.
İlk dövrlər ixtiyari yaddasaxlama təkmilləşmiş xarakter daşımır. Uşaq hələ yaddasaxlamanın səmərəli yollarını bilmir, lakin bağça yaşının sonuna doğru uşaq tədricən bəzi sadə yaddasaxlama və yadasalma priyomlarından istifadə etməyə başlayır. Məsələn, uşaq materialı diqqətlə qavrayır, onu anlamağa, başa düşməyə çalışır, bir neçə dəfə təkrar edir, mümkün olan əlaqəni yaratmağa çalışır və s. Təcrübə göstərir ki, böyük bağça yaşlı uşaqlar anladıqları, başa düşdükləri sözləri daha yaxşı yadda saxlayırlar.
Nitqin və təfəkkürün inkişafı ilə əlaqədar olaraq bağça yaşının sonunda əyani-obrazlı hafizə ilə yanaşı, sözlü-məntiqi hafizə də inkişaf edir. Belə ki, uşaq təkcə konkret, emosional cəhətdən zəngin, əyani materialları deyil, sözün özünü, sözlə ifadə olunan materialları da yaxşı yadda saxlayır. Bağça yaşının sonunda hafizənin möhkəmliyi, davamlılığı artır. Uşağın maraqlandığı, onun üçün mühüm əhəmiyyət kəsb edən materiallar uzun illər onun hafizəsində hifz oluna bilir. Təsadüfi deyildir ki, ən dəqiq və aydın təəssürat, xatirə həmin dövrə aid olur.
Bağça yaşı dövründə uşaq təxəyyülü də özünəməxsus xüsusiyyətləri ilə fərqlənir. Bağça yaşının birinci yarısında uşaqlarda təxəyyül reproduktiv xarakter daşıyır. Uşaqların təxəyyül surətləri əldə etdikləri təəssüratların obrazlar şəklində mexaniki canlandırmaları şəklində özünü göstərir. Bu cür təxəyyül surətləri əqli deyil, emosional əsaslar, emosional təəssürat əsasında yaradılır. Bütövlükdə bağça yaşlı uşaqların təxəyyülləri olduqca zəif olur. Təxəyyülün ayrı-ayrı xüsusiyyətləri böyük bağça yaşı dövründə daha səmərəli şəkildə inkişaf etməyə başlayır. Bağça yaşı dövründə bərpaedici təxəyyül surətləri xeyli inkişaf etsə də hələ solğun olur, uşaq qarşıya qoyulmuş məqsədəuyğun, dəqiq surətlər yaratmaqda çətinlik çəkir. Bu da uşağın həyat təcrübəsinin azlığı, təəssüratlarının zəifliyi, müvafiq biliklərin məhdudluğu ilə bağlıdır. Bağça yaşı dövründə uşaqlarda yaradıcı təxəyyülün inkişafı da özünü göstərir. Uşaqlarda ilkin yaradıcı təxəyyül surətlərinin meydana gəlməsi onların fəaliyyəti ilə sıx bağlı olur. Onlar oyun zamanı, hər hansı bir nağılı və ya hekayəni söyləyərkən buraya özlərinin əlavələrini də edirlər.
Bağça yaşlı uşaqların təfəkkürü əsasən əyani-əməli xarakter daşıyır, icra etdikləri işlərlə, dərk etdikləri konkret cisim və hadisələrlə bağlı olur. Uşaqlar ilk ümumiləşdirmələri əsasən zahiri oxşar əlamətlərə görə aparırlar. Nitqin inkişafı ilə əlaqədar olaraq ümumiləşdirmələri mühüm əlamətlər əsasında aparmaq meyli yüksəlir. Bağça yaşı dövrünün əvvəllərində uşaqlar hadisənin mahiyyətini başa düşə bilmədiklərinə görə bəzən qəribə, həqiqətə uyğün olmayan hökmlər irəli sürür, düzgün olmayan nəticələr çıxarırlar. Bu dövrdə uşaqlarda təfəkkürün inkişafı əyani-əməli, əyani-obrazlı və sözlü-məntiqi təfəkkür istiqamətində gedir. Bağça yaşının sonunda uşaqlarda sözlü-məntiqi təfəkkürün inkişaf etməyə başlaması artıq onlarda sözlərə istinad etməyin və mühakimə məntiqini anlamağın meydana gəldiyini göstərir.
Bağça yaşı dövrdə uşağın nitq inkişafında da əsaslı irəliləyiş baş verir.
Bağça yaşı dövründə uşaqların nitqi daha əlaqəli xarakter daşımaqla dialoq forması əldə edir. Erkən uşaqlıq dövrü üçün xarakterik olan nitqin situativliyini bu dövrdə kontekstli nitq tutmağa başlayır ki, bu da dinləyicidən situasiya haqqında müvafiq izahat tələb etmir. Əvvəlki dövrə nisbətən bağça yaşlı uşaqlarda daha mürəkkəb, müstəqil nitq forması olan müfəssəl (geniş) monoloji ifadə forması təzahür və inkişaf edir. Bu dövrdə nitq inkişafının digər sahələrində də irəliləyiş baş verir. Hər şeydən əvvəl uşağın söz ehtiyatı artır, təxminən 3000–4000-ə çatır. Bunlardan xeyli hissəsi (təxminən 1500) passiv söz ehtiyatı olur. Uşaqlarda nitqin fonetik və qrammatik cəhətdən inkişafı baş verir. Bütün bunlara baxmayaraq həmin dövrdə bəzi uşaqlar bəzi səsləri, məsələn, r , l, ş səslərini tələffüz etməkdə çətinlik çəkirlər. Belə qüsurlar uşağın nitq orqanları inkişaf etdikcə, düzgün təlim-tərbiyə sayəsində tədricən aradan qalxır.
Məktəbəqədər yaş dövründə dialoji nitqin inkişafı və təkmilləşməsi ilə yanaşı, monoloji nitq də inkişaf etməyə başlayır.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu meqaleni vikilesdirmek lazimdir Lutfen meqaleni umumvikipediya ve redakte qaydalarina uygun sekilde tertib edin yas dovru usagin hem fiziki hem psixofizioloji hem de sexsiyyet sahesinde inkisafinin keyfiyyetce donus dovrudur Bu dovrde usagin fiziki inkisafi birinci novbede diqqeti celb edir 3 6 yasli usagin boyunun cekisinin artmasinda nezere carpacaq deyisiklik bas verir Buna baxmayaraq hemin dovrde usagin ezele ve sumuk sistemi xeyli inkisaf etmis olsa da onun el ve ayaq ezelelerinde hele sumuklenmemis qigirdaqlar qalir Usagin skeleti esasen qigirdaq toxumalardan ibaret olur Ona gore de lazimi teleblere emel olunmadiqda usagin qameti duzgun inkisaf etmir Bununla yanasi olaraq nitqin boyuklerle ve hemyasidlari ile unsiyyetin ve muxtelif fealiyyet novlerine celb olunmanin tesiri altinda usaqda yeni keyfiyyet deyismeleri bas verir Butun bunlar usagin sosial seraite ve heyatin teleblerine uygunlasmasina imkan verir Mektebeqeder dovr usagin fealiyyetin subyekti kimi formalasmasinin ilkin merehelesi kimi ozunu gosterir Meqsedeyonelisliyin esasi qoyulur Boyuklerin qiymetlendirmesi ve nezaretinin tesiri altinda bagca yasinin sonunda usaqlar oz hereket ve fealiyyetlerindeki qusurlari hiss etmeye baslayirlar Bununla elaqedar teqlid obyektleri deqiqlesmeye baslayir Mektebeqeder yas dovrunde hem umumi hem de xususi qabiliyyetlerin formalasmasi imkanlari yaranir ve ozunu gostermeye baslayir Usagin psixi inkisafinda oyunun rolu Bagca yasi dovrunde oyun usaqlarin esas fealiyyeti olur Bu yas dovrunde usaqlar oz vaxtlarinin coxunu oyunda kecirirler Adeten mektebeqeder yas dovrunu uc yarimdovre ayirirlar kicik bagca yasi dovru 3 4 yas orta bagca yasi dovru 4 5 yas ve boyuk bagca yasi dovru 5 6 yas Kicik bagca yasli usaqlar adeten hele teklikde oynayirlar Esyavi ve qurasdirma oyunlarinda onlarda qavrayis hafize texeyyul tefekkur ve hereki qabiliyyetler inkisaf edir Tedricen orta bagca yasi dovrunde usaqlar birge oyuna kecmeye baslayirlar oyunlarda daha cox usaq istirak edir Uc alti yas erzinde usaq oyunlari esyavi manipulyativ ve simvolik xarakterden sujetli rollu qaydali oyunlara qeder inkisaf yolu kecir Butun bunlar usagin heyatinda muhum rol oynamaqla onun telebatini odemekle yanasi yaslilarla unsiyyet saxlamaq heyati basa dusmek etrafdakilari teqlid etmek bu yolla bir nov gelecek heyata hazirlasmaq isinde muhum vasiteye cevrilir Oyun fealiyyeti usagin psixi inkisafinda esasli deyisiklikle getirib cixarir Oyun seraitinde ve onun komeyi ile usaqlarda diqqet qavrayis xususile musahidecilik hafize tefekkur ve texeyyulun inkisafi ucun elverisli serait yaranmis olur Bununla yanasi olaraq didaktik oyunlardan istifade edilmesi usaqlarda nitqin inkisafi nitq qusurlarinin aradan qaldirilmasi isinde de esasli rol oynayir Orta ve boyuk bagca yasi dovrunde usaqlar rollu qaydali oyunlardan daha cox istifade edirler Bu dovrde hemin oyunlar ozlerinin movzularina qaydalarinin muxtelifliyine gore kicik bagca yasi dovrunde istifade olunan oyunlardan ferqlenirler Burada kicik bagca yasi dovrunden ferqli olaraq oyunda tebii sekilde istifade olunan esyalar serti olaraq deyisdirilir neticede simvolik oyun xarakteri alir Rollu qaydali oyunlardan istifade edilmesi usaqlarda iradenin inkisafina guclu tesir gosterir Adi seraitde bir yerde dura bilmeyen usaq bu cur oyunlar zamani oz rolunu axira qeder yerine yetirmeye qaydaya emel etmeye mecbur olur Oyun prosesinde usaqlar qarsiliqli munasibetlerin he yata kecirilmesine emel etmeye alisirlar Rollu oyun prosesinde ilk defe olaraq usaqda liderlik ozunu gosterir teskilatciliq bacariq ve verdisleri inkisaf etmeye baslayir Oyun eyni zamanda usaqlarda bir sira qabiliyyetlerin askara cixmasina imkan verir Butun bunlarla yanasi olaraq usaqlar sade emek tapsiriqlarini icra ederken de cox vaxt onlara oyun xarakteri verir ve bu yolla bezi sade emek bacariqlarina da yiyelenirler Idrak prosesleri ve nitqin inkisafi Mektebeqeder yas dovrunde usaqlarda idrak prosesleri ve nitqin inkisafinda esasli deyisiklik bas verir Mektebeqeder dovrde usaqlarin qavrayisinin ixtiyari novunun inkisafi ucun serait yaranir Burada oyunun rolu boyukdur Usaqlar cismin formasini olcusunu tutdugu yeri qavramaga alisirlar Bu onlarda mekan qavrayisinin inkisafi kimi ozunu gosterir Mektebeqeder yasli usaqlar ilk vaxtlar en cox formani ayirmaqla onlari qavramaga cehd gosterirler Eyni zamanda obyektlerin boyukluyunu qavrama bacarigi da ozunu gosterir Bagca yasinin sonunda usaqlar onlari maraqlandiran obyektlerin xasselerini daha tez mueyyenlesdirmek bir esyani basqasindan ferqlendirmek onlarin arasinda movcud olan elaqe ve munasibetleri askara cixarmaq imkani elde edirler Neticede zahiri perseptiv isler eqli islere cevrilmeye baslayir Psixoloqlar bele qenaete gelmisler ki L A Venqer qavrayisla bagli olan qabiliyyetlerin esasini perseptiv isler teskil edir Bu cur qabiliyyetlerin keyfiyyeti usagin xususi perseptiv etalon sistemini menimsemesinden asilidir Qavrayis zamani bu cur etalonlar hendesi fuqurlar rengler ve s ola biler Boyuk bagca yasi dovrunde usaqlarda etraf alemin qavranilmasi genislenir ve derinlesir Bu dovrde qavrayis usaqlara yaslilarin heyatina qosulmaga nufuz etmeye imkan verir Bununla beraber boyuklerle unsiyyet qavrayisin mezmununu zenginlesdirir Tedricen bagca yasi dovrunde ixtiyari qavrayis inkisaf edir musahide ve musahidecilik ozunu gostermeye baslayir Boyukler terbiyeciler usaqlarin qarsisina meqsed qoyur onlari etraf alemdeki daha muhum cehetleri qavramaga yoneldir onlara musahide etmeyi oyredirler Mehz buna gore de boyuk bagca yasli usaqlar oz qavrayislarini daha uzun muddet idare ede bilirler Bagca yasi dovrunde usaqlarda qavrayisin musahideciliyin inkisafinda oyun aparici fealiyyet novu kimi xususi ehemiyyet kesb edir Bu cur oyunlar icerisinde didaktik oyunlar xususi yer tutur Bu dovrde usaqlarda qavrayisin inkisafinda resm yapma qurasdirma da muhum rol oynayir Usaq neyise cekmek neyinse fuqurunu yapmaq ucun birinci novbede onu diqqetle musahide etmeli onun konturunu rengini mueyyenlesdirmeli olur Butun bunlar usagi musahide etmeye tehrik edir ixtiyari qavrayisin inkisafina tekan verir Bagca yasi dovrunde qavrayisla yanasi olaraq diqqetin tekmillesmesi prosesi de bas verir Bu yas dovrunun evvelinde usaqlarda diqqeti zahiren celbedici cisimler celb edir Bu dovrde hele usaqda qavradigi obyekte maraq ustunluk teskil edir Basqa sozle diqqet qeyri ixtiyari xarakter dasiyir Bagca yasinin sonunda diqqet oz inkisafinin daha yuksek seviyyesine catir Boyuk bagca yasli usaqlarda diqqetin inkisafi yeni maraqlarin meydana gelmesi dunyagorusunun genislenmesi usagin aile heyatinda ve bagcada yeni seraite daxil olmasi yeni fealiyyet novlerine yiyelenmesi ile six bagli olur Boyuk bagca yasli usaq gercekliyin evveller onu celb etmeyen cehetlerine diqqet yetirmeye baslayir Usagin unsiyyet sahesinin genislenmesi maraginin zenginlesmesi ilk novbede qeyri ixtiyari diqqetin daha yuksek inkisaf seviyyesine qalxmasina sebeb olur Bu dovrde qeyri ixtiyari diqqet esas yer tutsa da ixtiyari diqqetin meydana gelmesi ucun de serait yaranir Burada qeyri ixtiyari diqqetden ixtiyariye kecid ucun usagin diqqetini idare etmek vasiteleri muhum rol oynayir Ona gore de usaga onu ehate eden cisim ve hadiselerin xasselerini ferqli xususiyyetlerini esas elametlerini gormeyi oyretmek lazim gelir Qavrayisda oldugu kimi bagca yasli usaqlarda ixtiyari diqqetin inkisafinda da oyun muhum ehemiyyet kesb edir Oyun qaydalarina emel etmek usaqdan oz diqqetini merkezlesdirmeyi teleb edir Bu yas dovrunde diqqetin en yuksek davamliligi oyun prosesinde bas verir Basqa fealiyyet novleri de usagin diqqeti olmadan semereli sekilde heyata kece bilmez Ixtiyari diqqetin meydana gelmesinde nitq de muhum rol oynamaga baslayir Psixoloji tedqiqatlar gostermisdir ki usaqlarda ixtiyari diqqetin inkisafina oz ozune hundurden fikirlesmek xeyli komek edir Tecrube gostermisdir ki eger 4 5 yasli usaqlardan daima ne edeceyini hundurden demeyi teleb etdikde onlar ixtiyari olaraq ve daha uzun muddet oz diqqetlerini her hansi bir obyektin ve ya onun detallarinin uzerinde saxlaya bilirler Mektebeqeder yasin sonuna dogru usaqda tedricen oz diqqetini idare etmek imkani onu az ve cox derecede musteqil teskil etmek bacarigi ozunu gosterir Bagca yasi dovrunde usaqlarin hafizeleri de tedricen qeyri ixtiyari yaddasaxlamadan ixtiyari yaddasaxlamaya kecidle seciyyelenir Psixoloqlarin apardiqlari tedqiqatlar gostermisdir ki xususi olaraq mnemik emeliyyat aparilmasina hazirlanmadiqda basqa sozle tebii seraitde kicik ve orta bagca yasli usaqlarda yaddasaxlama ve yadasalma qeyri ixtiyari xarakter dasiyir Boyuk bagca yasi dovrunde eyni seraitde tedricen materiali qeyri ixtiyari yaddasaxlama ve yadasalmadan ixtiyariye kecid bas verir Belelikle bagca yasinin sonunda usaqlarda yaddasaxlama ve yadasalma tedricen ixtiyari xarakter dasimaga baslayir Bagca yasinin evvelinde qeyri ixtiyari gorme emosional hafize ustunluk teskil edir Ixtiyari hafizenin inkisafi usaqlarin qarsilarina yaddasaxlama ve yadasalma ile bagli xususi mnemik meqsedlerin qoyulmasi ile six bagli olur Bunun ucun oyun fealiyyetinden istifade daha semereli netice verir Bir qayda olaraq ixtiyari hafize boyuklerin terbiyevi tesiri sayesinde inkisaf edir Evvelce yaslilar usagin qarsisinda neyise yaddasaxlama ve yadasalma meqsedini qoyur sonra bu cur meqsedi usaq ozu oz qarsisina qoyur Ilk dovrler ixtiyari yaddasaxlama tekmillesmis xarakter dasimir Usaq hele yaddasaxlamanin semereli yollarini bilmir lakin bagca yasinin sonuna dogru usaq tedricen bezi sade yaddasaxlama ve yadasalma priyomlarindan istifade etmeye baslayir Meselen usaq materiali diqqetle qavrayir onu anlamaga basa dusmeye calisir bir nece defe tekrar edir mumkun olan elaqeni yaratmaga calisir ve s Tecrube gosterir ki boyuk bagca yasli usaqlar anladiqlari basa dusdukleri sozleri daha yaxsi yadda saxlayirlar Nitqin ve tefekkurun inkisafi ile elaqedar olaraq bagca yasinin sonunda eyani obrazli hafize ile yanasi sozlu mentiqi hafize de inkisaf edir Bele ki usaq tekce konkret emosional cehetden zengin eyani materiallari deyil sozun ozunu sozle ifade olunan materiallari da yaxsi yadda saxlayir Bagca yasinin sonunda hafizenin mohkemliyi davamliligi artir Usagin maraqlandigi onun ucun muhum ehemiyyet kesb eden materiallar uzun iller onun hafizesinde hifz oluna bilir Tesadufi deyildir ki en deqiq ve aydin teessurat xatire hemin dovre aid olur Bagca yasi dovrunde usaq texeyyulu de ozunemexsus xususiyyetleri ile ferqlenir Bagca yasinin birinci yarisinda usaqlarda texeyyul reproduktiv xarakter dasiyir Usaqlarin texeyyul suretleri elde etdikleri teessuratlarin obrazlar seklinde mexaniki canlandirmalari seklinde ozunu gosterir Bu cur texeyyul suretleri eqli deyil emosional esaslar emosional teessurat esasinda yaradilir Butovlukde bagca yasli usaqlarin texeyyulleri olduqca zeif olur Texeyyulun ayri ayri xususiyyetleri boyuk bagca yasi dovrunde daha semereli sekilde inkisaf etmeye baslayir Bagca yasi dovrunde berpaedici texeyyul suretleri xeyli inkisaf etse de hele solgun olur usaq qarsiya qoyulmus meqsedeuygun deqiq suretler yaratmaqda cetinlik cekir Bu da usagin heyat tecrubesinin azligi teessuratlarinin zeifliyi muvafiq biliklerin mehdudlugu ile baglidir Bagca yasi dovrunde usaqlarda yaradici texeyyulun inkisafi da ozunu gosterir Usaqlarda ilkin yaradici texeyyul suretlerinin meydana gelmesi onlarin fealiyyeti ile six bagli olur Onlar oyun zamani her hansi bir nagili ve ya hekayeni soyleyerken buraya ozlerinin elavelerini de edirler Bagca yasli usaqlarin tefekkuru esasen eyani emeli xarakter dasiyir icra etdikleri islerle derk etdikleri konkret cisim ve hadiselerle bagli olur Usaqlar ilk umumilesdirmeleri esasen zahiri oxsar elametlere gore aparirlar Nitqin inkisafi ile elaqedar olaraq umumilesdirmeleri muhum elametler esasinda aparmaq meyli yukselir Bagca yasi dovrunun evvellerinde usaqlar hadisenin mahiyyetini basa duse bilmediklerine gore bezen qeribe heqiqete uygun olmayan hokmler ireli surur duzgun olmayan neticeler cixarirlar Bu dovrde usaqlarda tefekkurun inkisafi eyani emeli eyani obrazli ve sozlu mentiqi tefekkur istiqametinde gedir Bagca yasinin sonunda usaqlarda sozlu mentiqi tefekkurun inkisaf etmeye baslamasi artiq onlarda sozlere istinad etmeyin ve muhakime mentiqini anlamagin meydana geldiyini gosterir Bagca yasi dovrde usagin nitq inkisafinda da esasli irelileyis bas verir Bagca yasi dovrunde usaqlarin nitqi daha elaqeli xarakter dasimaqla dialoq formasi elde edir Erken usaqliq dovru ucun xarakterik olan nitqin situativliyini bu dovrde kontekstli nitq tutmaga baslayir ki bu da dinleyiciden situasiya haqqinda muvafiq izahat teleb etmir Evvelki dovre nisbeten bagca yasli usaqlarda daha murekkeb musteqil nitq formasi olan mufessel genis monoloji ifade formasi tezahur ve inkisaf edir Bu dovrde nitq inkisafinin diger sahelerinde de irelileyis bas verir Her seyden evvel usagin soz ehtiyati artir texminen 3000 4000 e catir Bunlardan xeyli hissesi texminen 1500 passiv soz ehtiyati olur Usaqlarda nitqin fonetik ve qrammatik cehetden inkisafi bas verir Butun bunlara baxmayaraq hemin dovrde bezi usaqlar bezi sesleri meselen r l s seslerini teleffuz etmekde cetinlik cekirler Bele qusurlar usagin nitq orqanlari inkisaf etdikce duzgun telim terbiye sayesinde tedricen aradan qalxir Mektebeqeder yas dovrunde dialoji nitqin inkisafi ve tekmillesmesi ile yanasi monoloji nitq de inkisaf etmeye baslayir