Poti razılaşması — Gürcüstanla Almaniya arasında imzalanmış razılaşma.
Tarixi
1918-ci il mayın 14-də Zaqafqaziya seyminin gürcü fraksiyası seymdəki digər fraksiyaların xəbəri olmadan Almaniyanın regiondakı təmsilçisi Fon Lossov ilə gizli-separat damşıqlara getmək qərarına gəldi. Batum konfransı zamanı Cənubi Qafqaz sülh nümayəndə heyətinin gürcü təmsilçisi konfransda məşvərətçi səs hüququ ilə iştirak edən Fon Lossova bəyanat təqdim etdi. Bəyanatda deyilirdi ki, Gürcü Milli Şurası Gürcüstanın beynəlxalq məsələlərdə hərtərəfli müdafiə olunmasını Almaniyadan xahiş edir. Almaniya ilə damşıqları sürətləndirmək üçün Gürcü Milli Şurasının sədri Noy Jordaniya başda olmaqla nümayəndə heyəti Batuma gəldi. Burada Jordaniya ilə Fon Lossov arasında aparılan danışıqda əldə olunan razılığa əsasən, Gürcüstan tezliklə Zaqafqaziya Federasiyasının tərkibindən çıxaraq, müstəqilliyini elan etməli idi. Almaniya tərəfi isə, Gürcüstanla müqavilə bağlamaqla, onun hökumətini de-fakto tanımağı öhdəsinə götürdü. 1918-ci il mayın 25-də Fon Lossovun rəhbərliyi ilə alman nümayəndə heyəti Batumdan gəmi ilə Potiyə gəldi. Mayın 28-də burada Almaniya ilə Gürcüstan arasında bir sıra məsələləri əhatə edən 5 maddədən (İlkin razılaşma; hər iki tərəfdən olan hərbi əsirlərin tezliklə dəyişdirilməsi haqqında; qarşılıqlı valyuta əlaqələrinin ilkin nizamlanması haqqında; Gürcüstanın tabeliyində olan bütün gəmilərin Almaniyanın sərəncamına verilməsi haqqında; birinci və ikinci razılaşmaya əlavə olaraq, Gürcüstan və Almaniya arasında əlaqələrin öncədən nizamlanması haqqında) ibarət razılaşma imzalandı.
Nəticəsi
Potidə başlayan alman-gürcü danışıqları Zaqafqaziya Demokratik Federativ Respublikasının parçalanmasını sürətləndirdi, eyni zamanda, Osmanlı hökumətini Cənubi və Şimali Qafqazda yaşayan müsəlman-türk xalqlarının müstəqilliyi məsələsinə yeni mövqedən yanaşmağa məcbur etdi. Zaqafqaziya seyminin gürcü fraksiyasının Almaniyaya arxalanması Türkiyə hökumətinin ciddi narahatlığına səbəb oldu. 1918-ci il mayın 14-də Ənvər paşanın Batuma gəlməsinin əsas səbəblərindən biri də bu məsələ idi. O, burada olarkən həmin məsələni Osmanlı sülh nümayəndə heyətinin üzvü Mehmet Vehib paşa ilə ciddi müzakirə edərək, gürcülərin bu hərəkətini səhv addım kimi qiymətləndirdi. Poti razılaşmasından az sonra Zaqafqaziya seymi və komissarlığı süqut etdi. Cənubi Qafqazda üç dövlət, o cümlədən Azərbaycan Xalq Cümhuriyyəti yarandı.
Ədəbiyyat
- Həsənov C,Azərbaycan beynəlxalq münasibətlər sistemində (1918-1920-ci illər), B., 1993;
- Хачапуридзе Г.В., Борьба за пролетарскую революцию в Грузии. Очерки 1917-1921 гг., Тифлис, 1936;
- Людендорф В., Мои воспомининия о войне 1914-1918, гг. 1-2, M., 1923-1924.
İstinadlar
- Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı 2005. Səh. 296.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Poti razilasmasi Gurcustanla Almaniya arasinda imzalanmis razilasma Tarixi1918 ci il mayin 14 de Zaqafqaziya seyminin gurcu fraksiyasi seymdeki diger fraksiyalarin xeberi olmadan Almaniyanin regiondaki temsilcisi Fon Lossov ile gizli separat damsiqlara getmek qerarina geldi Batum konfransi zamani Cenubi Qafqaz sulh numayende heyetinin gurcu temsilcisi konfransda mesveretci ses huququ ile istirak eden Fon Lossova beyanat teqdim etdi Beyanatda deyilirdi ki Gurcu Milli Surasi Gurcustanin beynelxalq meselelerde herterefli mudafie olunmasini Almaniyadan xahis edir Almaniya ile damsiqlari suretlendirmek ucun Gurcu Milli Surasinin sedri Noy Jordaniya basda olmaqla numayende heyeti Batuma geldi Burada Jordaniya ile Fon Lossov arasinda aparilan danisiqda elde olunan raziliga esasen Gurcustan tezlikle Zaqafqaziya Federasiyasinin terkibinden cixaraq musteqilliyini elan etmeli idi Almaniya terefi ise Gurcustanla muqavile baglamaqla onun hokumetini de fakto tanimagi ohdesine goturdu 1918 ci il mayin 25 de Fon Lossovun rehberliyi ile alman numayende heyeti Batumdan gemi ile Potiye geldi Mayin 28 de burada Almaniya ile Gurcustan arasinda bir sira meseleleri ehate eden 5 maddeden Ilkin razilasma her iki terefden olan herbi esirlerin tezlikle deyisdirilmesi haqqinda qarsiliqli valyuta elaqelerinin ilkin nizamlanmasi haqqinda Gurcustanin tabeliyinde olan butun gemilerin Almaniyanin serencamina verilmesi haqqinda birinci ve ikinci razilasmaya elave olaraq Gurcustan ve Almaniya arasinda elaqelerin onceden nizamlanmasi haqqinda ibaret razilasma imzalandi NeticesiPotide baslayan alman gurcu danisiqlari Zaqafqaziya Demokratik Federativ Respublikasinin parcalanmasini suretlendirdi eyni zamanda Osmanli hokumetini Cenubi ve Simali Qafqazda yasayan muselman turk xalqlarinin musteqilliyi meselesine yeni movqeden yanasmaga mecbur etdi Zaqafqaziya seyminin gurcu fraksiyasinin Almaniyaya arxalanmasi Turkiye hokumetinin ciddi narahatligina sebeb oldu 1918 ci il mayin 14 de Enver pasanin Batuma gelmesinin esas sebeblerinden biri de bu mesele idi O burada olarken hemin meseleni Osmanli sulh numayende heyetinin uzvu Mehmet Vehib pasa ile ciddi muzakire ederek gurculerin bu hereketini sehv addim kimi qiymetlendirdi Poti razilasmasindan az sonra Zaqafqaziya seymi ve komissarligi suqut etdi Cenubi Qafqazda uc dovlet o cumleden Azerbaycan Xalq Cumhuriyyeti yarandi EdebiyyatHesenov C Azerbaycan beynelxalq munasibetler sisteminde 1918 1920 ci iller B 1993 Hachapuridze G V Borba za proletarskuyu revolyuciyu v Gruzii Ocherki 1917 1921 gg Tiflis 1936 Lyudendorf V Moi vospomininiya o vojne 1914 1918 gg 1 2 M 1923 1924 IstinadlarAzerbaycan Xalq Cumhuriyyeti Ensiklopediyasi II cild Baki 2005 Seh 296