Naxçıvanın köç yolları —
Аzərbаycаndа bаşqа təsərrüfat sahələri ilə yanaşı, maldarlığın inkişafı təbii-coğrafi şəraitlə üzvi sürətdə bağlı olmuşdur. Burada maldarlıq əsas etibarı ilə Mezolit dövründə yаrаnmış, Neolit dövründən yerli əhalinin təsərrüfat fəaliyyətində və güzəranında daha geniş yer tutmağa başlamışdır. Аpаrılаn tədqiqаtlаr sübut edir ki, Аzərbаycаndа hələ qədim dövrlərdən mаldаrlıq üzrə zəngin təsərrüfаt mədəniyyəti оlmuşdur.
Аzərbаycаnın digər bölgələrində оlduğu kimi, XIX əsrin əvvəllərində Nахçıvаndа dа mаldаrlıq təsərrüfаtı sаhəsində хırdаbuynuzlu heyvаnlаr üstünlük təşkil edirdi. Mənbələrin məlumatına görə, Naxçıvan diyarında qoyunçuluq daha çox inkişaf etmişdir. Xırdabuynuzlu maldarlığın üstünlük təşkil etməsi bölgədə köçmə-yaylaq maldarlığının əsasını qoymuşdur. Naxçıvanda maldarlıq təsərrüfatı əsasən oturaq formada olmaqla yaylaq və qışlaq xarakteri daşımışdır.
Оturаq mаldаrlığın əsаs səciyyəvi хüsusiyyəti оndаn ibаrətdir ki, heyvаnlаr ilbоyu dаimi yаşаyış məskənləri ərаzisində оlur. Gündüz ətrаfdаkı оtlаqlаrdа оtlаyır, ахşаm isə geri qаyıdır. Mаldаrlıq təsərrüfаtının bu fоrmаsı ilə məşğul оlаn əhаlinin dаimi yаşаyış məskənləri, evləri, əkinçilik sаhələri və оturаq хаrаkterli təsərrüfаt-məişət аvаdаnlıqlаrı оlur. Оturаq heyvаndаrlıqlа məşğul оlаn əhаli təsərrüfаtın digər sаhələri ilə, xüsusilə əkinçilik və bağçılıqla da məşğul оlurdulаr.
Mövsümlə əlaqədar olaraq Naxçıvan maldarlarının az bir qismi müvəqqəti olaraq heyvanları daha yaxşı qidalandırmaq, onlardan yüksək və keyfiyyətli məhsul götürmək məqsədi ilə daimi yaşayış məskənlərindən 2–3 aylıq sürüləri ilə birgə yerlərini dəyişərək yaylağa köçür və yayın axırları-payızın əvvəli isə yaylaqdan geri qayıdırlar. Demək, yerdəyişmə maldarlıq tipi oturaq maldarlığın forma müxtəlifliyidir. Yəni, köçmə-yaylaq maldarlığı oturaq maldarlığın bir formasıdır. Bu tip heyvаndаrlığın meydаnа gəlməsinin əsаs səbəbləri mövcud ərаzidəki оtlаqlаrın tələbаtı ödəməməsi, yem qıtlığı, yаy аylаrındа hаvаnın isti keçməsi, bunun nəticəsində heyvаnlаrın müхtəlif хəstəliklərə tutulmаsı və yüksək məhsul əldə etməməsi idi. Elmi tədqiqаtlаr sübut etmişdir ki, mаl-qаrаnın ilbоyu оtlаqdа yemlənməsi heyvаnlаrın hərtərəfli inkişаfınа, ömrünün аrtmаsınа, məhsuldаrlığın yüksəlməsinə və məhsullаrın keyfiyyətli оlmаsınа müsbət təsir göstərir. Həmçinin оnu dа qeyd etmək lаzımdır ki, heç bir bаşqа yem, süni vitаmin göy оtlаq оtunu əvəz edə bilməz. Təbii otlaqlar və biçənəklər heyvandarlığın inkişafı üçün mühüm əhəmiyyətə malikdir.
Naxçıvan ərazisi öz coğrafi mövqeyinə görə dağlıq, dağətəyi sahələrə və düzənlik zonalara bölünür. Bu zonalarda iqlim şəraiti, bitki örtüyü, əhalinin təsərrüfat məşğuliyyətinə görə bir-birindən fərqlənir. Düzənlik ərazilərdə yaşayan əhalinin təsərrüfat məşğuliyyətinin və iqtisadiyyatının əsasını əkinçilik təşkil etdiyi halda, dağlıq zonada yaşayan əhalinin başlıca təsərrüfat məşğuliyyətinin əsasını maldarlıq təşkil edir. Dağətəyi zonalarda isə əhalinin təsərrüfat və iqtisadi həyatında həm əkinçilik, həm də maldarlıq mühüm rol oynayır.
Naxçıvan diyarının təsərrüfat məişətində əkinçiliklə yanaşı, maldarlıq da mühüm təsərrüfat sahəsi olduğundan, köçmə maldarlıq üçün səciyyəvi olan köç yolları daxili əlaqə yollarının bir qismini təşkil edirdi. Köç yollarının daxili yollardan fərqli xüsusiyyəti ondan ibarədir ki, bu yollar mövsümi xarakter daşıyır. Keçmişdə Azərbaycanın maldarlıqla məşğul olan hər bir bölgəsində müxtəlif istiqamətlərə gedən çoxlu köç yolları olmuşdur. Köç yollarından maldarlar istifadə etsələr də, kənd əhalisinin də iqtisadi həyatında onların müstəsna əhəmiyyəti var idi. Vaxtilə köç yolları ilə hərəkət edən aran kəndlərinin əhalisi öz məhsullarını-taxılı, meyvəni, bostan-tərəvəzi və s. maldarlıq məhsullarına-yağa, pendirə, yuna, ətə və s. dəyişmək üçün tez-tez yaylaqlara qalxırdılar. Naxçıvan bölgəsinin Ordubad, Şahbuz və Culfa yaylaqlarına köç yolları ilə qalxan heyvandarlar uzun illər bu yollardan istifadə etmişlər və bu gündə bir qismindən istifadə edilir. Naxçıvanın yaylaqlarını qışlaqları ilə birləşdirən köç yollarının əsas xüsusiyyəti onların daha çox çay boyu vadilərdə salınması idi. Əsas köç yolları Naxçıvançay, Əlincəçay, Gilançay boyunca uzanırdı. Bununla yanaşı, bəzi yerlərdə isə köç yolları əsasən dar cığırlı dağlıq ərazilərdən keçirdi.
Naxçıvanın aran kəndlərindəki qışlaq yerlərindən sərin və şirəli otlaqları olan yaylaqlara qalxan köç yolları dolanbac, əyri-üyrü, enişli-yoxuşlu idi. Etnoqrafik mənbələrə görə, Azərbaycanın digər bölgələrinin yaylaqları kimi, Naxçıvan bölgəsinin yaylaqlarının və yurd yerlərinin də 7–8 minillik tarixi haqqında məlumatlar vardır.
Naxçıvan maldarları uzaq keçmişdən bu günə kimi yaylağa və qışlağa xalq təqvimi əsasında gedib gəlmişlər. Yaşlıların və çobanların dediklərinə görə, yaz yarı olanda və ya sağmal heyvan tük atandan sonra yaylağa qalxardılar. Köç işinə bol məhsulun əsası kimi baxan maldarlar bunun üçün ciddi hazırlıq görürdülər. İlk növbədə köçə lazım olan avadanlıqlar seçilib yığılırdı. Qoyunların hansı yol ilə köçürülməsi, hansı düşərgələrdə dayanması, örüş və yataq yerləri, nəqliyyat vasitələri, alaçıqların harada qurulması, ümumiyyətlə, köçlə bağlı məsələlər yaşlılar və təcrübəli çobanlar tərəfindən müəyyən edilirdi.
Köç yola düşərkən çobanlar heyvanları sağmal, subay, quzu, qaramalı ayrı-ayrılıqda yaylaqlara qaldırırdılar. Naxçıvan bölgəsində köç yola düşən günü sürüdə olan erkək qoçların buynuzlarına qırmızı rəngli parçalar, göz muncuğu, dağdağan bağlayar, keçilərin boynuna zınqırovlar asarmışlar. Həmin gün bayramı xatırladarmış. Əhali buna "köç bayramı"da deyərmiş. Sonra isə, köç yola düşərmiş. Aran kəndlərdə yaşayan əhali ilə dağ və dağətəyi kəndlərin əhalisinin yaylağa köçmə vaxtı və köç qaydalarında müəyyən fərqlər var idi. Belə ki, dağ və dağətəyi kəndlər yaylaqlara yaxın olduğu üçün istər əhali, istərsə də heyvanlar həmin mühitə tez alışır, lakin aranla dağ iqlimi arasında kəskin fərq olduğundan aran kəndlərinin maldarları və sürüləri isə iqlim fərqinə görə nisbətən gec alışırdı. Xalq arasında deyirlər ki, havanı bilməyən heyvandarlar mal-qaranı, qoyun-quzunu borana salar. Çobanlar coğrafi şəraitə uyğun olaraq əvvəlcə dağların ətəklərində düşərgə salıb bir müddət heyvanları orada otarırlar. Sonra bir qədər yuxarı dağın döşünə qaxır, müəyyən müddət də orada düşərgə salırlar. Nəhayət, hava isindikdən sonra dağın başına, yaylağa qalxırlar. Heyvanları yaylağa aparanda təcrübəli çobanların seçilməsinin böyük əhəmiyyəti var. Etnoqraf alim Asəf Orucov yazır ki, çobanlar aşağıdakı adlarla bilinirdi: Sərkar, Qart, Fitnə və s. Təcrübəli sərkar çobanlar otlaqların necə seçilməsinin böyük əhəmiyyəti olduğunu bilirlər. Heyvanların gümrah saxlanılması, onların məhsuldarlığı, yayda və qışda saxlanıldığı şəraitdən, yemlə təmin olunmasından asılıdır. Bununla yanaşı, çoban otlaqları da yaxşı tanımalı, onların hansından nə vaxt istifadə edəcəyini bilməlidir.
Ümumiyyətlə, köç prоsesi qоyunçuluq təsərrüfаtındа ən incə mərhələdir. Bu mərhələnin həyаtа keçirilməsində cüzi bir ehtiyаtsızlıq təsərrüfаtа ciddi ziyаn vurа bilərdi. Ona görə də, yaylağa köçərkən yolun uzaqlığından asılı olaraq maldarlar müəyyən bir yerdə düşərgə salır və heyvanları iqlim şəraitinə uyğunlaşdıra-uyğunlaşdıra aparırdılar. Yaylaqdan enəndə isə maldarlar həmin düşərgələrdə qala-qala tədriclə aşağı enirlər. Yaylaqada yay fəslinin son ayından, təxminən avqust ayının 15-dən etibarən havalar dəyişməyə başlayır, soyuq külək əsir, bu müddətdə tez-tez çən düşür, dağlardan duman-çiskin əskik olmur, gecələr şeh düşür. Maldarlıq təsərrüfatına uyğun olaraq xalq təqvimində, "quyruqdoğdu"dan sonra "quzuqıran", "oğlaqqıran"dövrü başlanır. Naxçıvan ərazisində "oğlaqqıran" ayı avqustun ortalarından sentyabr ayının əvvəllərinə qədər davam edir. Artıq bu dövrdən etibarən köç yaylaqdan arana yenməyə hazırlaşır.
Naxçıvan bölgəsinin maldarları yaylaqlara getmək üçün hələ qədim zamanlardan müxtəlif istiqamətlərə uzanan köç yollarından istifadə etmişlər. Ordubad köç yollarından bəhs edən A. Seyidov onları aşağıdakı kimi xarakterizə edir:
Nəsirvaz kəndindən Gəmiqayanın Qaranquş yaylağına uzanan birinci yol bu ərazilərdən keçir: Nəsirvaz, Zərnabad çayı, Bədəl demisi (sahəsi), Şamlar, Narzan bulağı, Şorlar (qırmızı sulu yer)", Göllər, Kəngərli düzü, Dik yurd, Qaranquş yaylağı.
İkinci yol aşağıdakı ərazilərdən keçir: Nəsirvaz, Çeşmə başı, Daş başı, Şırlan çayı, Qəzər yurdu, Qazan köç, Camışölən, Nəbi yurdu, Dava daşı, Novruz güneyi, Qaranquş yaylağı, Qız-gəlin çuxuru, Qapıcıq keçidi.
Üçüncü yol Nəsirvazdan şimala Göygölədək uzanır: Gülüm-gülüm dağı, Ələngəz, Eşşək meydanı, Qəhrəman çuxuru, Təvəkkəl, Gözcük, Qartal oturan, Göygöl. Göllər adlanan ərazidən Gəmiqayaya gedən yol Göllər, Şorlar (bu ikinci Şorlardır), Hasarlar və Çürüklüdən keçərək, Gəmiqayada tamamlanır. Ordubadın Göygöl yaylağına uzanan başqa bir yol isə Türbələr, Meşə, Murad ağlı, Çuxur çimən, Soltanlı, Çaqqallar yurdu, Gen yurd, Xan bulağı, Göygöl, Sil gəz ərazilərindən keçir.
Ordubad ərazisinin yaylaqlarına bir neçə istiqamətdə köç yolları olmuşdur. Bunun da səbəbi Ordubadın və Naxçıvanın ayrı-ayrı ərazilərindən olan maldarların müxtəlif istiqamətdə yaylaqlara qalxmaları idi.
İstər keçmişdə, istərsə də günümüzdə Ordubad ərazisində olan yaylaqlardan Ordubad maldarları ilə yanaşı, muxtar respublikanın Babək, Kəngərli və Culfa rayonlarının maldarları da istifadə edirlər. Bu barədə Abbas Seyidov yazır: "Babək rayonunun Qahab və Nəhəcir kəndlərindən Gəmiqaya və ətraf yaylaqlara əsasən Qahab-Qotur Dizə-Sürəməlik-Kəlbə Rza-Davılı yer-Bağırsaqdərə-Nəhəcir-İydəli ağıl-Qızıl ağıl-Atuçan, Təpələrarsı (burada beş təpə var)-Tap (dağların üstü belə adlanır)-Sarı dərə-Aralıq, Qazançı-Ərəfsə kəndləri. Buradanda zirvəyə Saqqar su (ağ köpüklü olduğuna görə belə adlanır)-Qanlı zəmi-Seyid yurdu-Təndirli-Çimənlər-Əyriçay-Əhməd xan boğulan-Qaraçı yurdu-Şah bulağ-Çadır daş-Qaranlıq dərə-Sarı dərə-Keçi qalası-Şıppırlı-Əliölən-Süleyman yurdu-Sallı dərə-Boğazyurd və Nefitlidən keçməklə çatmaq olar.
Araşdırmalar nəticəsində aydın olur ki, hələ qədim zamanlardan Kəngərli rayonunun heyvandarlarının bir qismi Ordubadın Göygöl və ətrafdakı yaylaqlarına getmək üçün Sirab, Nəhəcir, Qazançı və Boyəhməd istiqamətində hərəkət edərək Göygölə gedirmişlər. Xok kəndindən Ordubadın Tüklü çimən yaylağından istifadə etmək üçün Xok-Sust-Payız-Türkeş-Naxçıvançay-Vayxır-Sirab-Nəhəcir-Qazançı-Teyvaz-Göydağ köç yollarından istifadə edirlər. Yaylaqdan arana yenərkən eyni köç yolları ilə yenirlər.
Kəngərli rayonun bəzi maldarları təkcə Ordubad yaylaqlarından deyil, Culfa və Şahbuz rayonlarının yaylaqlarından da istifadə edirlər. Rayonun Çalxanqala kənd sakini Abdullayev Lətif hər il sürülərini Culfa rayonunun Dəmirli yaylağına aparır. Çobanlarla apardığımız sorğulardan məlum olur ki, o ərazidən keçən köç yolları Çalxanqala-Türkeş-Payız-Naxçıvançay-Vayxır-Sirab-Nəhəcir-Qazançı-Milax-Teyvaz-Göydağ-Boyəhməd istiqamətində uzanır.
Naxçıvan MR-in Şərur, Kəngərli, Culfa və Babək rayonlarının heyvandarlarının bir qismi müxtəlif köç yollarından istifadə etməklə yay aylarında Şahbuz yaylaqlarına qalxırlar. Apardığımız çöl-etnoqrafik məlumatlara əsasən deyə bilərik ki, Babək və Culfa rayonlarından uzanan köç yollarından biri vaxtilə Şahbuz rayonun Porttan və Ayı Dərəsi yaylaqları istiqamətində olmuşdur. Bu yaylaqlardan hələ qədim zamanlarda, həmçinin sovet hakimiyyəti illərində də istifadə edilirdi. Yaşlıların dediyinə görə, köç yolları Qahab, Şiyran arxacı (Şahbuzkənd ərazisi), Sarıbulaq selovu, Külüs, Keçili çayı boyunca, Böyük düz (Külüs ərazisi), Palçıqlı, Hamar quzey aşırımı, Toğlu qayası, Şah bulağı, Porttan yaylağı, Xuda Kərim yurdu, Ayı dərəsi istiqamətində uzanırdı. Köç edənlərin bəziləri Keçili ərazisindəki Porttan ətrafı yaylaqlara, bəziləri isə Salvartı və Ayı dərəsi yaylağına qalxırdılar. Arxeoloq, tarix elmləri doktoru V.Baxşəliyev yazır ki, Keçili yaxınlığındakı Bulaq başı yurd yerində mədəni təbəqənin olması bu yaylaqdan uzun müddət istifadə olunduğunu təsdiq edir [5, s.180]. Adı qeyd olunan bu köç yolundan Qahab və Sirab, Culfa rayonunun heyvandarları ilə yanaşı, Şahbuzkənd, Külüs heyvandarları da istifadə etmişdir.
Şərur maldarları yaxın keçmişdə və günümüzdə Şahbuz rayonun Salvartı, Keçəl dağ, Qanlı göl, Ayı dərəsi və digər yaylaqlarından istifadə edirdilər. Bu yaylaqlara müxtəlif istiqamətdə köç yolları uzanırdı. Mənbələrdə göstərilir ki, hələ keçmişdə Şərur rayonunun maldarları Salvartı yaylaqlarından istifadə etmək üçün Kəngərli rayonunun Qarabağlar, Çalxanqala, Babək rayonunun Payız kəndindən keçən dağ yollarından istifadə etmişlər [5, s.181]. Bu yolla eyni zamanda əks istiqmətə qayıdanda da istifadə etmişlər.
Çöl məlumatlarına əsasən deyə bilərik ki, Şərur rayonun Cəlilkəndindən Batabat yaylaqlarından biri olan Yeli (Kələkli) yurduna Cəlilkənd-Tənənəm-Qarayuş-Cəhri-Türkeş- Badamlı-Kükü-Keçəl dağ-Dana boynu-Dəmirçi-İbadullah yurdu-Biçənək istiqamətində gedən köç yolundan istifadə edirlər. Bu yolla Şərurun digər kəndlərindən olan maldarlar da istifadə edirlər. Məlumatçıların dediklərinə görə onlar payızda sürüləri yaylaqdan yendirəndə gəldikləri köç yolundan deyil, başqa yolla- Yeli yurd-Gömür-Cin dağının ətəyi-Nurs-Kolanı-Ayrınc körpüsü-1 km Şahbuz şəhər şösse yolu-Şahbuz dağ yolu- Daylaqlı kəndinin üstü-Badamlı-Türkeş-Çalxanqala-Cəlilkənd istiqamətində gedirlər.
Vaxtilə Çalxanqala, Xıncab, Sust, Qarabağlar kəndlərinin maldarları ilə yanaşı, Cəhri, Nəzərabad, Didivar, Aşağı və Yuxarı Uzunoba heyvandarlarının yaylaqları əsasən Şərqi Dərələyəz idi. Bu ərazinin heyvandarları daha çox Gülü düzünə, el arasında Cəhri yurdu deyilən yurda, Qazan yaylağına, Yanıxlıya, Dəmirliyə, sonralar şərqə doğru Keçəl dağa, XX yuzillikdə Salvartı istiqamətində Qulu yurdu, Yeli yurd (Kələkli) və s. gedirdilər. Bu barədə H.Q.Qədirzadə yazır: "Çalxanqala, Xıncab, Sust, Qarabağlar kəndlərinin sürülərinin köç yolları Cəhriçay hövzəsindən keçirdi. Dərələyəz istiqamətində gedən sürüləri Çalxanın arxasında bir-iki gün dayanıb sonra Canıçay, Mövlu dərə, Gərməçataq, Sultanbəy, Gülü düzü, Yazı Yurdu, Hasarlı, Matəm ağacı, Böyük, Kiçik qəbirli, Qanlı göl, Keçəl dağ istiqamətində köç edirdilər".
Mənbələrin və yaşlıların verdiyi məlumatlardan aydın olur ki, Naxçıvan ərazisinin maldarları yay aylarında Azərbaycanın qədim və əzəli torpağı olan İrəvanın, Göyçə gölünün ətrafında olan yaylaqlardan da istifadə etmişlər. Məsələn, Göyçə gölünün ətrafına Kültəpə sakinləri Payız dərəsindən Sust-Qarabağlar-Ovçular istiqamətində gedə bilərdilər.
Günümüzdə də sahibkarlar, fermerlər mal-qaranı, qoyun-quzunu yaylaqlara qaldırmaq məqsədilə köç yollarından istifadə edirlər, lakin müvəqqəti yaşamaq üçün aparılan ev avadanlıqları, toyuq-cücə, arı qutuları isə maşınla yaylaqlara aparılır. Əvvəllər yaylaqlara minik vasitələrindən və yük avtomobillərindən istifadə edilirdisə, günümüzdə isə minik avtomobilləri də yaylaqlara qalxa bilir. Bu gün yaylaqlara qalxanlar əsasən heyvandarlıqla məşğul olan fermerlər və sahibkarlardı. Bundan əlavə yaylaqlara müasir dövrümüzdə istirahət məqsədilə gedənlər də vardır ki, onlar avtomobil yolları ilə yaylaqlara gedirlər.
Nəticə etibarı Naxçıvanda maldarlıq uzun əsrlər boyu əhalinin təsərrüfat məişətində mühüm rol oynamış və ərazinin iqlim şəraitindən asılı olaraq daha keyfiyyətli maldarlıq məhsulları əldə etmək məqsədi ilə yaylaq və qışlaq otlaqlarından istifadə etmişlər. Naxçıvan maldarları uzaq keçmişdən Ordubad, Culfa, Şahbuz, Dərələyəz və Göyçə gölü ətrafındakı yaylaqlardan istifadə etmiş, günümüzdə də bu köç yollarının bir qismindən istifadə edirlər. Bu gün dövlətin qayğısı nəticəsində təssərrüfatın maldarlıq sahəsi daha da inkişaf etdirilir, əhali keyfiyyətli maldarlıq məhsulları ilə təmin edilir.
İstinadlar
- Аzərbаycаn Milli Ensiklоpediyаsı. Bаkı: "Аzərbаycаn Milli Ensiklоpediyаsı" Bаkı: Elm, 2004, s.115
- Budaqova S. Naxçıvan diyarının coğrafiyası (XVIII əsrin ikinci yarısı-XX əsrin birinci qərinəsi). Bakı: Elm, 1995, s.24
- Orucov A. Köçmənçilik və yaxud köçmə mərasimi haqqında bəzi qeydlər // AMEA Naxçıvan Bölməsi. Xəbərlər (İctimai və humanitar elmlər seriyası). Naxçıvan: Tusi, 2010, №3, s.127
- Azərbaycan etnoqrafiyası. 3 cilddə. II c., Bakı: Şərq-Qərb, 2007, s.282
- Orucov A. Xalq təqvimi (adətlər, inanclar, mərasimlər). Bakı: Elm və təhsil, 2013, s. 130
- Azərbaycan etnoqrafiyası. 3 cilddə. III c., Bakı: Şərq-Qərb, 2007, s.520
- Orucov A. Köçmənçilik və yaxud köçmə mərasimi haqqında bəzi qeydlər // AMEA Naxçıvan Bölməsi. Xəbərlər (İctimai və humanitar elmlər seriyası). Naxçıvan: Tusi, 2010, №3, s.129
- Orucov A. Xalq təqvimi (adətlər, inanclar, mərasimlər). Bakı: Elm və təhsil, 2013, s.31–32
- Orucov A. Xalq təqvimi (adətlər, inanclar, mərasimlər). Bakı: Elm və təhsil, 2013, s.31–320
- Baxşəliyev V. Naxçıvanın qədim köç yollarının tədqiqi // "Naxçıvan " Universitetinin Elmi Əsərləri. Naxçıvan: Nuh, 2017, № 2, s.178–179
- Qədirzadə Q. Cəhriçay vadisi: M.Ö.IV minilliklərdən günümüzədək (tarixi-etnoqrafik araşdırma). Naxçıvan: Qızıl dağ, 2007, s.84
- Baxşəliyev V.Naxçıvanın qədim köç yollarının tədqiqi // "Naxçıvan " Universitetinin Elmi Əsərləri. Naxçıvan: Nuh, 2017, № 2, s.181
Ədəbiyyat
- Аzərbаycаn Milli Ensiklоpediyаsı. Bаkı: "Аzərbаycаn Milli Ensiklоpediyаsı" Bаkı: Elm, 2004, 320 s.
- Azərbaycan etnoqrafiyası. 3 cilddə. II c., Bakı: Şərq-Qərb, 2007, 384 s.
- Azərbaycan etnoqrafiyası. 3 cilddə. III c., Bakı: Şərq-Qərb, 2007, 568 s.
- Budaqova S. Naxçıvan diyarının coğrafiyası (XVIII əsrin ikinci yarısı-XX əsrin birinci qərinəsi). Bakı: Elm, 1995, 96 s.
- Baxşəliyev V.Naxçıvanın qədim köç yollarının tədqiqi // "Naxçıvan " Universitetinin Elmi Əsərləri. Naxçıvan: Nuh, 2017, № 2, 177–184.
- Qədirzadə Q. Cəhriçay vadisi: M.Ö.IV minilliklərdən günümüzədək (tarixi-etnoqrafik araşdırma). Naxçıvan: Qızıl dağ, 2007, 160 s.
- Orucov A. Köçmənçilik və yaxud köçmə mərasimi haqqında bəzi qeydlər // AMEA Naxçıvan Bölməsi. Xəbərlər (İctimai və humanitar elmlər seriyası). Naxçıvan: Tusi, 2010, №3, s.127–132
- Orucov A. Xalq təqvimi (adətlər, inanclar, mərasimlər). Bakı: Elm və təhsil, 2013, 200 s.
- Seyidov A. Gəmiqaya ( toponimlər, qədim köç yolları). Bakı: İqtisad Universiteti, 2003, 130 s.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Naxcivanin koc yollari Azerbaycanda basqa teserrufat saheleri ile yanasi maldarligin inkisafi tebii cografi seraitle uzvi suretde bagli olmusdur Burada maldarliq esas etibari ile Mezolit dovrunde yaranmis Neolit dovrunden yerli ehalinin teserrufat fealiyyetinde ve guzeraninda daha genis yer tutmaga baslamisdir Aparilan tedqiqatlar subut edir ki Azerbaycanda hele qedim dovrlerden maldarliq uzre zengin teserrufat medeniyyeti olmusdur Azerbaycanin diger bolgelerinde oldugu kimi XIX esrin evvellerinde Nahcivanda da maldarliq teserrufati sahesinde hirdabuynuzlu heyvanlar ustunluk teskil edirdi Menbelerin melumatina gore Naxcivan diyarinda qoyunculuq daha cox inkisaf etmisdir Xirdabuynuzlu maldarligin ustunluk teskil etmesi bolgede kocme yaylaq maldarliginin esasini qoymusdur Naxcivanda maldarliq teserrufati esasen oturaq formada olmaqla yaylaq ve qislaq xarakteri dasimisdir Oturaq maldarligin esas seciyyevi hususiyyeti ondan ibaretdir ki heyvanlar ilboyu daimi yasayis meskenleri erazisinde olur Gunduz etrafdaki otlaqlarda otlayir ahsam ise geri qayidir Maldarliq teserrufatinin bu formasi ile mesgul olan ehalinin daimi yasayis meskenleri evleri ekincilik saheleri ve oturaq harakterli teserrufat meiset avadanliqlari olur Oturaq heyvandarliqla mesgul olan ehali teserrufatin diger saheleri ile xususile ekincilik ve bagciliqla da mesgul olurdular Movsumle elaqedar olaraq Naxcivan maldarlarinin az bir qismi muveqqeti olaraq heyvanlari daha yaxsi qidalandirmaq onlardan yuksek ve keyfiyyetli mehsul goturmek meqsedi ile daimi yasayis meskenlerinden 2 3 ayliq suruleri ile birge yerlerini deyiserek yaylaga kocur ve yayin axirlari payizin evveli ise yaylaqdan geri qayidirlar Demek yerdeyisme maldarliq tipi oturaq maldarligin forma muxtelifliyidir Yeni kocme yaylaq maldarligi oturaq maldarligin bir formasidir Bu tip heyvandarligin meydana gelmesinin esas sebebleri movcud erazideki otlaqlarin telebati odememesi yem qitligi yay aylarinda havanin isti kecmesi bunun neticesinde heyvanlarin muhtelif hesteliklere tutulmasi ve yuksek mehsul elde etmemesi idi Elmi tedqiqatlar subut etmisdir ki mal qaranin ilboyu otlaqda yemlenmesi heyvanlarin herterefli inkisafina omrunun artmasina mehsuldarligin yukselmesine ve mehsullarin keyfiyyetli olmasina musbet tesir gosterir Hemcinin onu da qeyd etmek lazimdir ki hec bir basqa yem suni vitamin goy otlaq otunu evez ede bilmez Tebii otlaqlar ve bicenekler heyvandarligin inkisafi ucun muhum ehemiyyete malikdir Naxcivan erazisi oz cografi movqeyine gore dagliq dageteyi sahelere ve duzenlik zonalara bolunur Bu zonalarda iqlim seraiti bitki ortuyu ehalinin teserrufat mesguliyyetine gore bir birinden ferqlenir Duzenlik erazilerde yasayan ehalinin teserrufat mesguliyyetinin ve iqtisadiyyatinin esasini ekincilik teskil etdiyi halda dagliq zonada yasayan ehalinin baslica teserrufat mesguliyyetinin esasini maldarliq teskil edir Dageteyi zonalarda ise ehalinin teserrufat ve iqtisadi heyatinda hem ekincilik hem de maldarliq muhum rol oynayir Naxcivan diyarinin teserrufat meisetinde ekincilikle yanasi maldarliq da muhum teserrufat sahesi oldugundan kocme maldarliq ucun seciyyevi olan koc yollari daxili elaqe yollarinin bir qismini teskil edirdi Koc yollarinin daxili yollardan ferqli xususiyyeti ondan ibaredir ki bu yollar movsumi xarakter dasiyir Kecmisde Azerbaycanin maldarliqla mesgul olan her bir bolgesinde muxtelif istiqametlere geden coxlu koc yollari olmusdur Koc yollarindan maldarlar istifade etseler de kend ehalisinin de iqtisadi heyatinda onlarin mustesna ehemiyyeti var idi Vaxtile koc yollari ile hereket eden aran kendlerinin ehalisi oz mehsullarini taxili meyveni bostan terevezi ve s maldarliq mehsullarina yaga pendire yuna ete ve s deyismek ucun tez tez yaylaqlara qalxirdilar Naxcivan bolgesinin Ordubad Sahbuz ve Culfa yaylaqlarina koc yollari ile qalxan heyvandarlar uzun iller bu yollardan istifade etmisler ve bu gunde bir qisminden istifade edilir Naxcivanin yaylaqlarini qislaqlari ile birlesdiren koc yollarinin esas xususiyyeti onlarin daha cox cay boyu vadilerde salinmasi idi Esas koc yollari Naxcivancay Elincecay Gilancay boyunca uzanirdi Bununla yanasi bezi yerlerde ise koc yollari esasen dar cigirli dagliq erazilerden kecirdi Naxcivanin aran kendlerindeki qislaq yerlerinden serin ve sireli otlaqlari olan yaylaqlara qalxan koc yollari dolanbac eyri uyru enisli yoxuslu idi Etnoqrafik menbelere gore Azerbaycanin diger bolgelerinin yaylaqlari kimi Naxcivan bolgesinin yaylaqlarinin ve yurd yerlerinin de 7 8 minillik tarixi haqqinda melumatlar vardir Naxcivan maldarlari uzaq kecmisden bu gune kimi yaylaga ve qislaga xalq teqvimi esasinda gedib gelmisler Yaslilarin ve cobanlarin dediklerine gore yaz yari olanda ve ya sagmal heyvan tuk atandan sonra yaylaga qalxardilar Koc isine bol mehsulun esasi kimi baxan maldarlar bunun ucun ciddi hazirliq gorurduler Ilk novbede koce lazim olan avadanliqlar secilib yigilirdi Qoyunlarin hansi yol ile kocurulmesi hansi dusergelerde dayanmasi orus ve yataq yerleri neqliyyat vasiteleri alaciqlarin harada qurulmasi umumiyyetle kocle bagli meseleler yaslilar ve tecrubeli cobanlar terefinden mueyyen edilirdi Koc yola duserken cobanlar heyvanlari sagmal subay quzu qaramali ayri ayriliqda yaylaqlara qaldirirdilar Naxcivan bolgesinde koc yola dusen gunu surude olan erkek qoclarin buynuzlarina qirmizi rengli parcalar goz muncugu dagdagan baglayar kecilerin boynuna zinqirovlar asarmislar Hemin gun bayrami xatirladarmis Ehali buna koc bayrami da deyermis Sonra ise koc yola dusermis Aran kendlerde yasayan ehali ile dag ve dageteyi kendlerin ehalisinin yaylaga kocme vaxti ve koc qaydalarinda mueyyen ferqler var idi Bele ki dag ve dageteyi kendler yaylaqlara yaxin oldugu ucun ister ehali isterse de heyvanlar hemin muhite tez alisir lakin aranla dag iqlimi arasinda keskin ferq oldugundan aran kendlerinin maldarlari ve suruleri ise iqlim ferqine gore nisbeten gec alisirdi Xalq arasinda deyirler ki havani bilmeyen heyvandarlar mal qarani qoyun quzunu borana salar Cobanlar cografi seraite uygun olaraq evvelce daglarin eteklerinde duserge salib bir muddet heyvanlari orada otarirlar Sonra bir qeder yuxari dagin dosune qaxir mueyyen muddet de orada duserge salirlar Nehayet hava isindikden sonra dagin basina yaylaga qalxirlar Heyvanlari yaylaga aparanda tecrubeli cobanlarin secilmesinin boyuk ehemiyyeti var Etnoqraf alim Asef Orucov yazir ki cobanlar asagidaki adlarla bilinirdi Serkar Qart Fitne ve s Tecrubeli serkar cobanlar otlaqlarin nece secilmesinin boyuk ehemiyyeti oldugunu bilirler Heyvanlarin gumrah saxlanilmasi onlarin mehsuldarligi yayda ve qisda saxlanildigi seraitden yemle temin olunmasindan asilidir Bununla yanasi coban otlaqlari da yaxsi tanimali onlarin hansindan ne vaxt istifade edeceyini bilmelidir Umumiyyetle koc prosesi qoyunculuq teserrufatinda en ince merheledir Bu merhelenin heyata kecirilmesinde cuzi bir ehtiyatsizliq teserrufata ciddi ziyan vura bilerdi Ona gore de yaylaga kocerken yolun uzaqligindan asili olaraq maldarlar mueyyen bir yerde duserge salir ve heyvanlari iqlim seraitine uygunlasdira uygunlasdira aparirdilar Yaylaqdan enende ise maldarlar hemin dusergelerde qala qala tedricle asagi enirler Yaylaqada yay feslinin son ayindan texminen avqust ayinin 15 den etibaren havalar deyismeye baslayir soyuq kulek esir bu muddetde tez tez cen dusur daglardan duman ciskin eskik olmur geceler seh dusur Maldarliq teserrufatina uygun olaraq xalq teqviminde quyruqdogdu dan sonra quzuqiran oglaqqiran dovru baslanir Naxcivan erazisinde oglaqqiran ayi avqustun ortalarindan sentyabr ayinin evvellerine qeder davam edir Artiq bu dovrden etibaren koc yaylaqdan arana yenmeye hazirlasir Naxcivan bolgesinin maldarlari yaylaqlara getmek ucun hele qedim zamanlardan muxtelif istiqametlere uzanan koc yollarindan istifade etmisler Ordubad koc yollarindan behs eden A Seyidov onlari asagidaki kimi xarakterize edir Nesirvaz kendinden Gemiqayanin Qaranqus yaylagina uzanan birinci yol bu erazilerden kecir Nesirvaz Zernabad cayi Bedel demisi sahesi Samlar Narzan bulagi Sorlar qirmizi sulu yer Goller Kengerli duzu Dik yurd Qaranqus yaylagi Ikinci yol asagidaki erazilerden kecir Nesirvaz Cesme basi Das basi Sirlan cayi Qezer yurdu Qazan koc Camisolen Nebi yurdu Dava dasi Novruz guneyi Qaranqus yaylagi Qiz gelin cuxuru Qapiciq kecidi Ucuncu yol Nesirvazdan simala Goygoledek uzanir Gulum gulum dagi Elengez Essek meydani Qehreman cuxuru Tevekkel Gozcuk Qartal oturan Goygol Goller adlanan eraziden Gemiqayaya geden yol Goller Sorlar bu ikinci Sorlardir Hasarlar ve Curukluden kecerek Gemiqayada tamamlanir Ordubadin Goygol yaylagina uzanan basqa bir yol ise Turbeler Mese Murad agli Cuxur cimen Soltanli Caqqallar yurdu Gen yurd Xan bulagi Goygol Sil gez erazilerinden kecir Ordubad erazisinin yaylaqlarina bir nece istiqametde koc yollari olmusdur Bunun da sebebi Ordubadin ve Naxcivanin ayri ayri erazilerinden olan maldarlarin muxtelif istiqametde yaylaqlara qalxmalari idi Ister kecmisde isterse de gunumuzde Ordubad erazisinde olan yaylaqlardan Ordubad maldarlari ile yanasi muxtar respublikanin Babek Kengerli ve Culfa rayonlarinin maldarlari da istifade edirler Bu barede Abbas Seyidov yazir Babek rayonunun Qahab ve Nehecir kendlerinden Gemiqaya ve etraf yaylaqlara esasen Qahab Qotur Dize Suremelik Kelbe Rza Davili yer Bagirsaqdere Nehecir Iydeli agil Qizil agil Atucan Tepelerarsi burada bes tepe var Tap daglarin ustu bele adlanir Sari dere Araliq Qazanci Erefse kendleri Buradanda zirveye Saqqar su ag kopuklu olduguna gore bele adlanir Qanli zemi Seyid yurdu Tendirli Cimenler Eyricay Ehmed xan bogulan Qaraci yurdu Sah bulag Cadir das Qaranliq dere Sari dere Keci qalasi Sippirli Eliolen Suleyman yurdu Salli dere Bogazyurd ve Nefitliden kecmekle catmaq olar Arasdirmalar neticesinde aydin olur ki hele qedim zamanlardan Kengerli rayonunun heyvandarlarinin bir qismi Ordubadin Goygol ve etrafdaki yaylaqlarina getmek ucun Sirab Nehecir Qazanci ve Boyehmed istiqametinde hereket ederek Goygole gedirmisler Xok kendinden Ordubadin Tuklu cimen yaylagindan istifade etmek ucun Xok Sust Payiz Turkes Naxcivancay Vayxir Sirab Nehecir Qazanci Teyvaz Goydag koc yollarindan istifade edirler Yaylaqdan arana yenerken eyni koc yollari ile yenirler Kengerli rayonun bezi maldarlari tekce Ordubad yaylaqlarindan deyil Culfa ve Sahbuz rayonlarinin yaylaqlarindan da istifade edirler Rayonun Calxanqala kend sakini Abdullayev Letif her il surulerini Culfa rayonunun Demirli yaylagina aparir Cobanlarla apardigimiz sorgulardan melum olur ki o eraziden kecen koc yollari Calxanqala Turkes Payiz Naxcivancay Vayxir Sirab Nehecir Qazanci Milax Teyvaz Goydag Boyehmed istiqametinde uzanir Naxcivan MR in Serur Kengerli Culfa ve Babek rayonlarinin heyvandarlarinin bir qismi muxtelif koc yollarindan istifade etmekle yay aylarinda Sahbuz yaylaqlarina qalxirlar Apardigimiz col etnoqrafik melumatlara esasen deye bilerik ki Babek ve Culfa rayonlarindan uzanan koc yollarindan biri vaxtile Sahbuz rayonun Porttan ve Ayi Deresi yaylaqlari istiqametinde olmusdur Bu yaylaqlardan hele qedim zamanlarda hemcinin sovet hakimiyyeti illerinde de istifade edilirdi Yaslilarin dediyine gore koc yollari Qahab Siyran arxaci Sahbuzkend erazisi Saribulaq selovu Kulus Kecili cayi boyunca Boyuk duz Kulus erazisi Palciqli Hamar quzey asirimi Toglu qayasi Sah bulagi Porttan yaylagi Xuda Kerim yurdu Ayi deresi istiqametinde uzanirdi Koc edenlerin bezileri Kecili erazisindeki Porttan etrafi yaylaqlara bezileri ise Salvarti ve Ayi deresi yaylagina qalxirdilar Arxeoloq tarix elmleri doktoru V Baxseliyev yazir ki Kecili yaxinligindaki Bulaq basi yurd yerinde medeni tebeqenin olmasi bu yaylaqdan uzun muddet istifade olundugunu tesdiq edir 5 s 180 Adi qeyd olunan bu koc yolundan Qahab ve Sirab Culfa rayonunun heyvandarlari ile yanasi Sahbuzkend Kulus heyvandarlari da istifade etmisdir Serur maldarlari yaxin kecmisde ve gunumuzde Sahbuz rayonun Salvarti Kecel dag Qanli gol Ayi deresi ve diger yaylaqlarindan istifade edirdiler Bu yaylaqlara muxtelif istiqametde koc yollari uzanirdi Menbelerde gosterilir ki hele kecmisde Serur rayonunun maldarlari Salvarti yaylaqlarindan istifade etmek ucun Kengerli rayonunun Qarabaglar Calxanqala Babek rayonunun Payiz kendinden kecen dag yollarindan istifade etmisler 5 s 181 Bu yolla eyni zamanda eks istiqmete qayidanda da istifade etmisler Col melumatlarina esasen deye bilerik ki Serur rayonun Celilkendinden Batabat yaylaqlarindan biri olan Yeli Kelekli yurduna Celilkend Tenenem Qarayus Cehri Turkes Badamli Kuku Kecel dag Dana boynu Demirci Ibadullah yurdu Bicenek istiqametinde geden koc yolundan istifade edirler Bu yolla Serurun diger kendlerinden olan maldarlar da istifade edirler Melumatcilarin dediklerine gore onlar payizda suruleri yaylaqdan yendirende geldikleri koc yolundan deyil basqa yolla Yeli yurd Gomur Cin daginin eteyi Nurs Kolani Ayrinc korpusu 1 km Sahbuz seher sosse yolu Sahbuz dag yolu Daylaqli kendinin ustu Badamli Turkes Calxanqala Celilkend istiqametinde gedirler Vaxtile Calxanqala Xincab Sust Qarabaglar kendlerinin maldarlari ile yanasi Cehri Nezerabad Didivar Asagi ve Yuxari Uzunoba heyvandarlarinin yaylaqlari esasen Serqi Dereleyez idi Bu erazinin heyvandarlari daha cox Gulu duzune el arasinda Cehri yurdu deyilen yurda Qazan yaylagina Yanixliya Demirliye sonralar serqe dogru Kecel daga XX yuzillikde Salvarti istiqametinde Qulu yurdu Yeli yurd Kelekli ve s gedirdiler Bu barede H Q Qedirzade yazir Calxanqala Xincab Sust Qarabaglar kendlerinin surulerinin koc yollari Cehricay hovzesinden kecirdi Dereleyez istiqametinde geden suruleri Calxanin arxasinda bir iki gun dayanib sonra Canicay Movlu dere Germecataq Sultanbey Gulu duzu Yazi Yurdu Hasarli Matem agaci Boyuk Kicik qebirli Qanli gol Kecel dag istiqametinde koc edirdiler Menbelerin ve yaslilarin verdiyi melumatlardan aydin olur ki Naxcivan erazisinin maldarlari yay aylarinda Azerbaycanin qedim ve ezeli torpagi olan Irevanin Goyce golunun etrafinda olan yaylaqlardan da istifade etmisler Meselen Goyce golunun etrafina Kultepe sakinleri Payiz deresinden Sust Qarabaglar Ovcular istiqametinde gede bilerdiler Gunumuzde de sahibkarlar fermerler mal qarani qoyun quzunu yaylaqlara qaldirmaq meqsedile koc yollarindan istifade edirler lakin muveqqeti yasamaq ucun aparilan ev avadanliqlari toyuq cuce ari qutulari ise masinla yaylaqlara aparilir Evveller yaylaqlara minik vasitelerinden ve yuk avtomobillerinden istifade edilirdise gunumuzde ise minik avtomobilleri de yaylaqlara qalxa bilir Bu gun yaylaqlara qalxanlar esasen heyvandarliqla mesgul olan fermerler ve sahibkarlardi Bundan elave yaylaqlara muasir dovrumuzde istirahet meqsedile gedenler de vardir ki onlar avtomobil yollari ile yaylaqlara gedirler Netice etibari Naxcivanda maldarliq uzun esrler boyu ehalinin teserrufat meisetinde muhum rol oynamis ve erazinin iqlim seraitinden asili olaraq daha keyfiyyetli maldarliq mehsullari elde etmek meqsedi ile yaylaq ve qislaq otlaqlarindan istifade etmisler Naxcivan maldarlari uzaq kecmisden Ordubad Culfa Sahbuz Dereleyez ve Goyce golu etrafindaki yaylaqlardan istifade etmis gunumuzde de bu koc yollarinin bir qisminden istifade edirler Bu gun dovletin qaygisi neticesinde tesserrufatin maldarliq sahesi daha da inkisaf etdirilir ehali keyfiyyetli maldarliq mehsullari ile temin edilir IstinadlarAzerbaycan Milli Ensiklopediyasi Baki Azerbaycan Milli Ensiklopediyasi Baki Elm 2004 s 115 Budaqova S Naxcivan diyarinin cografiyasi XVIII esrin ikinci yarisi XX esrin birinci qerinesi Baki Elm 1995 s 24 Orucov A Kocmencilik ve yaxud kocme merasimi haqqinda bezi qeydler AMEA Naxcivan Bolmesi Xeberler Ictimai ve humanitar elmler seriyasi Naxcivan Tusi 2010 3 s 127 Azerbaycan etnoqrafiyasi 3 cildde II c Baki Serq Qerb 2007 s 282 Orucov A Xalq teqvimi adetler inanclar merasimler Baki Elm ve tehsil 2013 s 130 Azerbaycan etnoqrafiyasi 3 cildde III c Baki Serq Qerb 2007 s 520 Orucov A Kocmencilik ve yaxud kocme merasimi haqqinda bezi qeydler AMEA Naxcivan Bolmesi Xeberler Ictimai ve humanitar elmler seriyasi Naxcivan Tusi 2010 3 s 129 Orucov A Xalq teqvimi adetler inanclar merasimler Baki Elm ve tehsil 2013 s 31 32 Orucov A Xalq teqvimi adetler inanclar merasimler Baki Elm ve tehsil 2013 s 31 320 Baxseliyev V Naxcivanin qedim koc yollarinin tedqiqi Naxcivan Universitetinin Elmi Eserleri Naxcivan Nuh 2017 2 s 178 179 Qedirzade Q Cehricay vadisi M O IV minilliklerden gunumuzedek tarixi etnoqrafik arasdirma Naxcivan Qizil dag 2007 s 84 Baxseliyev V Naxcivanin qedim koc yollarinin tedqiqi Naxcivan Universitetinin Elmi Eserleri Naxcivan Nuh 2017 2 s 181EdebiyyatAzerbaycan Milli Ensiklopediyasi Baki Azerbaycan Milli Ensiklopediyasi Baki Elm 2004 320 s Azerbaycan etnoqrafiyasi 3 cildde II c Baki Serq Qerb 2007 384 s Azerbaycan etnoqrafiyasi 3 cildde III c Baki Serq Qerb 2007 568 s Budaqova S Naxcivan diyarinin cografiyasi XVIII esrin ikinci yarisi XX esrin birinci qerinesi Baki Elm 1995 96 s Baxseliyev V Naxcivanin qedim koc yollarinin tedqiqi Naxcivan Universitetinin Elmi Eserleri Naxcivan Nuh 2017 2 177 184 Qedirzade Q Cehricay vadisi M O IV minilliklerden gunumuzedek tarixi etnoqrafik arasdirma Naxcivan Qizil dag 2007 160 s Orucov A Kocmencilik ve yaxud kocme merasimi haqqinda bezi qeydler AMEA Naxcivan Bolmesi Xeberler Ictimai ve humanitar elmler seriyasi Naxcivan Tusi 2010 3 s 127 132 Orucov A Xalq teqvimi adetler inanclar merasimler Baki Elm ve tehsil 2013 200 s Seyidov A Gemiqaya toponimler qedim koc yollari Baki Iqtisad Universiteti 2003 130 s