Bu məqaləni lazımdır. |
Naxçıvan üsyanı — 1920-1930-cu illərdə Naxçıvanda Sovet hakimiyyətinə qarşı baş tutmuş üsyanlar.
1920-ci il
Üsyanı yaradan səbəblər
1920-ci il iyulun 28-də Naxçıvan şəhərində sovet hakimiyyəti elan edilməsinə, iyulun 29-da isə Hərbi İnqilab Komitəsi və Hərbi Əmək Müdafiə Şurası yaradılmasına baxmayaraq, yeni hakimiyyət yalnız diyarın ərazisinin 20 faizində təsir gücünə malik idi. Bunu Ordubadda ancaq oktyabrın 19-da, Şərurda isə dekabrın 2-də inqilab komitələri və yerli sovet hakimiyyəti orqanları yaradılması faktından da görmək olar; çünki bu ərazilərdə yeni hakimiyyəti qurmazdan əvvəl daşnak təhlükəsi və işğalının nəticələrini ləğv etmək tələb olunmuşdu. Digər tərəfdən, Ermənistanın daşnak hökuməti silahlı qüvvələrinin mütəmadi hücumlarının qarşısının qətiyyətlə alınmaması, yeni hakimiyyətin diktaturaya meyil etməsi hallarının güclənməsi də diyarın əhalisini hiddətləndirirdi; onlar nicat dolu nəzərlərini getdikcə daha çox Naxçıvanda olan türk qoşun hissələrinə yönəldirdilər. Oktyabrın 5-də Sovet Rusiyasının tərəfdarı sayılan Bahadır Vəlibəyovun XI Qızıl Ordunun əlavə hissələri ilə fövqəladə komissar kimi Naxçıvan şəhərinə gəlməsi və cəza tədbirlərini gücləndirərək, türk hərbi hissələrinin Naxçıvandan çıxarılmasını tələb etməsi azərbaycanlı əhalinin qəzəbini daha da artırırdı. Naxçıvan ictimaiyyətinin tələbilə Bahadır Vəlibəyov vəzifəsindən uzaqlaşdırılsa da, az sonra Q. Orconikidzenin köməyi ilə yenidən vəzifəsinə bərpa olundu.
1920-ci il dekabrın 1-də Bakı Sovetinin təntənəli iclasında Azərbaycan İnqilab Komitəsinin elan etdiyi bəyannamədə Zəngəzur və Naxçıvan qəzalarının Ermənistana verilməsi xəbəri əhalinin sovet hakimiyyətindən narazılığını son həddə çatdırdı. Yenidən Ermənistanın əsarəti altına düşmək təhlükəsi ilə üzləşən Naxçıvan əhalisi inqilab komitəsi qarşısında toplaşaraq buna qəti etirazını bildirdi və rəsmi izahat tələb etdi. Vəziyyətin gərginləşəcəyindən qorxuya düşən Azərbaycan İnqilab Komitəsi Naxçıvana yaxşı bələd olan Azərbaycan SSR Xalq Ədliyyə komissarı Behbud Şahtaxtinski-Naxçıvanı Tədqiq və Tətəbbö Cəmiyyətini fövqəladə səlahiyyətlə diyara ezam etdi. Behbud Şahtaxtinski Naxçıvan əhalisinin qarşısında çıxış edərkən hətta bildirmişdi ki,
Siz torpağınızla birlikdə öz müstəqilliyinizi saxlamaq istəyirsinizsə, burada istinad edə biləcəyiniz yeganə qüvvə Türkiyə qoşunlarıdır. Xalq bu qoşunların ətrafında sıx birləşməlidir... |
.
B. Naxçıvanski Naxçıvan şəhərində Şərur-Dərələyəz və Ordubad əhalisinin də mitinqlərini keçirmişdi. Mitinqlərdə əhalinin böyük əksəriyyəti Naxçıvanın Azərbaycan SSR qəyyumluğunda müstəqil respublika kimi təşkil olunmasını istədiyini bildirdi. Mitinqlərin nəticələri barədə Azərbaycan və Ermənistan inqilab komitələrinə müvafiq məlumatlar verilmişdi. Görünür, Naxçıvan əhalisinin türk hərbi hissəsi tərəfindən dəstəklənən bu qətiyyəti artıq Naxçıvana öz ərazisi kimi baxan Ermənistan İnqilab Komitəsini dekabrın 28-də bəyanat verərək Naxçıvanı müstəqil sovet respublikası kimi tanımağa və daşnakların bu ərazi ilə bağlı iddialarından imtina etdiyini bütün dünyaya bildirməyə məcbur etmişdi.
Gedişat
Kommunist rejiminin yeritdiyi anti-Azərbaycan, antimilli siyasətə etiraz əlaməti olaraq 1920-ci il mayın 26-dan iyunun 20-dək Şəmkir, Lənkəran, Astara, Quba, Qusar, Naxçıvan, Gəncə, Ağdaş, Göyçay, Nuxa, Ağdam, Şuşa, Tərtər və Zaqatalada silahlı üsyanlar baş verdi. 1920-ci illərin əvvəllərində erməni özbaşınalıqlarına mərkəzin laqeyd münasibətinə, kollektivləşmə əleyhinə və Naxçıvanda sovetləşməyə qarşı müqavimət hərəkatı güclü olmuşdur. Belə etiraz aksiyalarından birincisi Cəhri kəndində həyata keçirildi. Belə ki, XI Qırmızı Ordunun Naxçıvandakı özbaşınalıqlarına, talanlarına, əhali ilə sərt rəftarlarına etiraz əlaməti olaraq 1921-ci ilin yanvar ayının 28-də Cəhrililər qiyam qaldırdılar. Bu qiyamın başında türk zabitləri dururdular. Qiyamçılar dairə inqilab komitəsinin, torpaq komitəsinin və ərzaq komitəsinin üzvlərini həbsə aldılar. Onlar Tırkeş və Qızılboğaz məntəqələrində olan əks-inqilabçılarla birləşib Naxçıvan şəhəri üzərinə yeriməyi nəzərdə tuturdular. Üsyançılar qısa müddətə də olsa, Cəhridə sovet hakimiyyətini devirə bildilər. Onların planları daha geniş idi və çalışırdılar ki, qiyamın coğrafiyası getdikcə genişlənsin və bu işə bötüvlükdə Naxçıvan bölgəsi qoşulsun. Bu məqsədlə onlar Naxçıvanda olan türklərlə də danışıqlar aparmış və razılaşmışdılar ki, etiraz aksiyaları başlandığı təqdirdə türklər də onlara qoşulacaq və qüvvələrini birləşdirərək bolşevik hakimiyyətinə son qoyacaqlar. Qiyamın daha da genişlənəcəyindən qorxuya düşən bolşeviklər, xüsusilə də Qırmızı Ordunun və Fövqəladə Komissiyanın gördüyü tədbirlər nəticəsində onun qarşısı silahla alındı və qiyam yatırıldıqdan sonra onlarla qiyamçı Naxçıvanın hüquq-mühafizə orqanları tərəfindən həbs edildi.
Qiyamın yatırılması müvəqqəti olaraq müqavimət hərəkatını sakitləşdirsə də, onu bütövlükdə dayandıra bilmədi. Naxçıvanın müxtəlif yerlərində qısa müddətli və qeyri-kütləvi də olsa etiraz aksiyaları baş verdi. Lakin Cəhri hadisələrinin davamı 1921-ci ilin fevral ayının 18-də Qaraçuq və Tırkeş kəndlərində oldu. Bu dəfə qiyamçılar yalnız türklərə deyil, eyni zamanda bolşevik təqiblərindən qorunmaq üçün İranda mühacirətdə olan dəstələrə də ümid bəsləyirdilər. Maraqlıdır ki, qiyam zamanı sovet hərbi hissələrində olan qüvvələrin də bir qismi qiyamçıların tərəfinə keçmişdilər. Bütün qüvvələrini səfərbər edən sovet hərbi birləşmələri və xüsusi xidmət orqanlarının silahlı dəstələri Qaraçuq qiyamını yatıra bilsələr də, Tırkeşdə bunu bir müddət edə bilmədilər. Naxçıvan Diyar Partiya Komitəsi, İnqilab Komitəsi, Naxçıvan Fövqəladə Komissiyası və Qırmızı Ordunun komandanlığı mühasirəyə alınmış, qırmızı döyüşçülərə yardım etmək çağrışı ilə ölkənin bütün zəhmətkeşlərinə müraciət etdilər. Kommunist partiyası və sovet hakimiyyətinin çağrışına cavab olaraq Şahbuz, Cəhri, Sələsüz və s. kəndlərin əhalisi antisovet qiyamçı dəstələrinə qarşı mübarizəyə cəlb edildilər. Sovet hakimiyyətinə qarşı mübarizə aparan üsyançılar o dövrün mətbuatında "quldur" adı ilə damğalanırdılar. Təkcə bu ifadə belə haqsızlıq əleyhinə çıxış edən hər kəsin katorqaya göndərilməsi üçün kifayət edirdi.
Naxçıvan Fövqəladə Komissiyası və hüquq-mühafizə orqanları üsyanlar yatırılıdıqdan sonra Qaraçuq və Tırkeş kəndlərinin üsyançılarının böyük əksəriyyətini həbs etdi. Onların bir çoxu məsuliyyətə cəlb edildi, bəziləri cərimələndi, qalanları isə müxtəlif müddətlərdə islah əmək koloniyalarında və ya həbs düşərgələrində saxlanıldıqdan sonra buraxıldı. Azadlığa buraxılanların hamısı bir nəfər kimi nəzarətə götürüldü. Onların bəzilərinə rayonu tərk etmək qadağan edildi. Həmin üsyanlarda iştirak edənlərin bir neçəsi üsyandan bir neçə il sonra həbs edildi.
Mir Cəfər Bağırov 1925-ci ildə Mərkəzi Komitəyə göndərdiyi məktubda bildirirdi ki, 1925-ci ilə kimi Azərbaycanın müxtəlif yerlərində 52 üsyan hadisəsi baş vermişdir. Bu fakt bir daha təsdiqləyir ki, bolşevizmə qarşı mübarizə heç də ötəri, keçici xarakter daşımamış, o güclü və mütəşəkkil olmuşdur. Azərbaycanda bolşevikləşməyə qarşı mübarizənin yeni və ən güclü dalğası 1930-cu ildə baş verdi. Belə ki, kolxoz quruculuğunda qolçomaqlara, mülkədarlara və ortabab kəndlilərə qarşı zorakılıq, inzibatçılıq, qeyri-insani rəftar və repressiyalar onların narazılığına səbəb olurdu. 1930-cu ilin əvvəllərində Şəki-Zaqatala mahalında, Xızının Ağdərə, Şəmkirin Bitdili, Cəbrayılın Sirik, Naxçıvanın isə Keçili, Milax, Ərəfsə və s. kəndlərində üsyanlar baş vermişdi. Bu üsyanlar Azərbaycanda ictimai-siyasi vəziyyəti pozmuş və xeyli gərginləşdirmişdi.
Vəziyyəti gərginləşdirən səbəblər sırasında Moskvanın apardığı ruslaşdırma siyasəti və sovetlərin 1928–1929-cu illərdə keçirdiyi seçkilər idi. Xalqın demək olar ki, 86 faizi seçki hüququndan məhrum edilmişdi. Seçkilərdə yalnız fəhlə və yoxsul kəndlilər iştirak edə bilərdi. Ziyalılar, ortabablar, tacirlər, qolçomaqlar, mülkədarlar və s. isə seçkiyə buraxılmırdı. 1929-cu ilin sonlarından bütün ortabab kəndlilərə məxsus torpaq, əmlak, heyvan və digər məhsullar nə varsa, müsadirə edilib kollektivlərə verilməyə başladı. Həmin vaxt, xüsusi ilə 1930-cu ilin fevral, mart və aprel aylarında geniş və qanlı qiyamlar oldu. Bu dövrdə tez-tez baş verən kəndli qiyamlarını partizan hərəkatı davam etdirirdi. Bu hərəkatların bəziləri əhalinin daha çox sayını özündə birləşdirirdi.
O dövrdə partiya və hökumətin siyasi və iqtisadi cəhətdən əhalinin mənafeyinə zidd olan qərarlarının qəbul olunması mövcud narazılıqları daha da artırırdı. Məsələn, 1930-cu ilin fevralında AK(b)P MK-nin fərdi təsərrüfatlarda olan mal-qaranın ictimailəşdirilməsi barədə qərarı kəndlilərin ciddi narazılığına səbəb olmuşdu. Bu dövrdə Naxçıvan, Şərur, Ordubad rayonlarının dağ kəndlərində silahlı çıxışlar daha da güclənmişdi.
1930-cu il martın 18-də Naxçıvanın Qızılboğaz ərazisində Qasım və Əlibəylərin idarə etdiyi partizanlarla Qırmızı Ordu arasında iki gün davam edən qanlı döyüş baş verdi. Rus əsgərləri sonradan günahsız insanları qılıncdan keçirmişdilər. Bu səbəbdən mart-may aylarında bir sıra yerlərdə əhali tərəfindən kolxozlar ləğv edilirdi. 1930-cu il martın 20–22-də Şahbuz rayonunda cəmlənmiş 500-ə qədər silahlı kəndlinin müqavimət dəstəsinə qarşı hökumət nizami ordu hissələri yeritmişdi. MTN-in arxivində qorunub saxlanılan 270 saylı istintaq işi də bir çox mətləblərə aydınlıq gətirir. Həmin istintaq işində göstərilir ki, Naxçıvan MSSR-də sovet hakimiyyətini devirmək məqsədilə Nəhəcir dəstəsi Naxçıvan mahalında üsyana başlayır. Üsyançılar qonşu Əbrəqunus rayonunun Sirab, Ərəzin, eyni zamanda Şahbuz rayonunun Keçili və s. kəndlərinin üsyançılarını birləşdirərək bolşevizmə qarşı mübarizə aparmışdır. İstintaq materiallarından aydın görünür ki, üsyan yatırıldıqdan sonra Dövlət Siyasi İdarəsinin əməkdaşları, xüsusilə də Orbelyan üsyançılara qarşı amansız olmuş, onların böyük əksəriyyəti güllələnmiş, bir çoxu isə müxtəlif müddətlərə azadlıqdan məhrum edilmişdi. Belə ki, həbs olunan 89 nəfərdən 50 nəfəri güllələnmiş, 6 nəfər üç il, 17 nəfər beş il, 4 nəfər altı il, 3 nəfər yeddi il, 3 nəfər səkkiz il, 3 nəfər on il azadlıqdan məhrum edilmişdi. Böyük "işgəncələrlə 40 ailə, o cümlədən uşaqlar, körpələr, 90 yaşlı qocalar, xəstələr, hamilə gəlin və qadınlar vaqonlara doldurulub həmişəlik yaşamaq üçün sürgünə göndərilirdi". Bu cür aksiyalar respublikanın digər bölgələrində də davam etdirilirdi.
Azərbaycanda, o cümlədən Naxçıvanda bolşevizmə qarşı kütləvi aksiyaların başlanması üçün bütün şəraiti hakimiyyət nümayəndələrinin özü yaratmışdı.
Üsyanların yatırılması
1920–30-cu illərdə sovet hakimiyyətinin Azərbaycan ictimai-siyasi və mənəvi həyatı ilə uzlaşmayan sərt tədbirləri Naxçıvan əhalisinin müqaviməti ilə qarşılaşmış, dəfələrlə iğtişaş və üsyanlara səbəb olmuşdu. 1925-ci ilin mart ayında Naxçıvan diyarının bir sıra şəhər və kəndlərini iğtişaşlar bürümüşdü. Naxçıvanda, Türkeşdə, Vənənddə və s. yerlərdə kəndli iğtişaşları zor gücünə yatırıldı. Sonralar aparılmış saysız-hesabsız istintaqlarda erməni müstəntiqləri heç bir günahı olmayan dinc əhalinin cəzalandırılmasında xüsusilə fərqlənmişdilər. Culfa rayonunun Milax kəndində onların əli ilə 38 nəfər güllələnmiş, 38 nəfər isə müxtəlif cəzalara məhkum olunmuşdu. Şərurda kəndli iğtişaşlarına 1918–20-ci illərdə erməni işğalçılarına qarşı mübarizədə misilsiz xidmətləri olmuş Fətulla bəy Hüseynov rəhbərlik etmişdir. Naxçıvan-Dərələyəz bölgəsində genişlənən kəndli hərəkatına Şahbuzun Türkeş, Keçili, Kolanı, Culfanın Əbrəqunus, Milax, Ərəfsə, Ordubadın Tivi və digər kəndlərinin sakinləri də qoşulmuşdu. Bu çıxışlar amansızlıqla yatırılmışdı.
30-cu illərin əvvəllərində kollektivləşmə xəttinin zorla həyata keçirilməsi bütün Azərbaycanda olduğu kimi, Naxçıvan MR-də də kütləvi narazılıqlara və həyəcanlara səbəb olmuşdu. 1929-cu ilin sonundan başlanan silahlı müqavimət halları 1930-cu ilin yayında genişlənmişdi. Sovet hakimiyyətinə qarşı silahlı müqavimət Şahbuz rayonunda xüsusilə güclü olmuşdu. Naxçıvan, Şərur, Ordubad rayonlarının dağ kəndləri silahlı müqavimət tərəfdarlarının sığınacaq məntəqələrinə çevrilmişdi. 1930-cu ildə Naxçıvanda əhali kommunist hakimiyyətini devirməyə cəhd göstərmiş, yalnız sovet qoşun hissələrinin müdaxiləsi bolşevik hakimiyyətini yenidən bərpa etməyə imkan vermişdi; bu zaman daxili müqavimət hərəkatını xaricdəki mühacir təşkilatlarının fəaliyyəti ilə əlaqələndirmək üçün də təşəbbüslər göstərilmişdi. Müqavimət hərəkatı muxtar respublikada kolxoz hərəkatını xeyli zəiflətmişdi.
Heç də təsadüfi deyildir ki, muxtar respublikada yaranmış təhlükəli vəziyyət sovet hakimiyyəti orqanlarında yüksək səviyyədə dəfələrlə müzakirə olunmuş və bu məqsədlə Azərbaycan SSR MİK-in sədri Qəzənfər Musabəyov SSRİ və ZSFSR MİK-ləri adından tam səlahiyyətlə Naxçıvana təhkim edilmişdi. Yalnız təbliğat və təşviqat vasitələrinin tam qüvvəsi ilə işə salınması, kömək üçün hərbi hissələrə müraciət edilməsi vəziyyətin daha təhlükəli hala düşməsinin qarşısını almış, sovet hakimiyyətini qoruyub saxlamağa imkan vermişdi. 1930-cu il martın 20–22-də sayı 500 nəfərə çatan və ən çox Şahbuz rayonunda toplaşan silahlı müqavimət dəstələrinə qarşı nizami ordu hissələrinin yeridilməsi isə döyüşləri, təbii olaraq, sovet hakimiyyətinin xeyrinə həll etmişdi. Görünür, 1937–38-ci illər repressiyaları zamanı Naxçıvan əhalisinin sovet hakimiyyətinə qarşı bu cür fəal çıxışları da yada salınmış və 1937-ci ilin avqust ayının təkcə 10 günündə (5–15-i) Naxçıvan kəndlilərindən 9950 nəfəri həbs edilərək repressiyaya məruz qalmışdı.
İstinadlar
- Sadiqov S. H Naxçıvan Muxtar Respublikası tarixindən. Bakı: İrşad, 1995, 144 s.
- Hüseynbəyli N. M, Behbudlu Q. N. Naxçıvanda milli-mənəvi dəyərlərin repressiyalara məruz qalması // NDU-nun "Elmi əsərlər"i, Naxçıvan: 2012, No 2, səh.175–182
- Mədətov Q. Naxçıvanda Sovet hakimiyyətinin qələbəsi və Naxçıvan MSSR-in təşkili. Bakı: Çənlibel, 2001, 220 s.
- Hüseynbəyli N. M, Behbudlu Q. N. Naxçıvanda milli-mənəvi dəyərlərin repressiyalara məruz qalması// NDU-nun "Elmi əsərlər"i, Naxçıvan: 2012, No 2, səh.175–182
- NMR DA , f. 116 s iy.1, iş 250
- Rəhimov K. Sadıxov S. Naxçıvan 1920-ci illərin burulğanında. "Dirçəliş" — XXI əsr, 1992 № 1, s.40–46
- Hüseynbəyli N. M, Behbudlu Q. N. Naxçıvanda milli-mənəvi dəyərlərin repressiyalara məruz qalması // NDU-nun "Elmi əsərlər"i, Naxçıvan: 2012, № 2, səh.175–182
- [197, s. 147]Yaqublu N. Ağrılı ömürlər. Bakı: Yazıçı, 1990, 272 s.
- Yaqublu N. Ağrılı ömürlər. Bakı: Yazıçı, 1990, 272 s.
- Hüseynbəyli N. M, Behbudlu Q. N. Naxçıvanda milli-mənəvi dəyərlərin repressiyalara məruz qalması// NDU-nun "Elmi əsərlər"i, Naxçıvan: 2012, № 2, səh.175–182
- Qasımov C. Yaddaşın bərpası. Bakı: Mütərcim, 1999, 256 s.
- Hüseynbəyli N. M, Behbudlu Q. N. Naxçıvanda milli-mənəvi dəyərlərin repressiyalara məruz qalması // NВГ-nun "Elmi əsərlər"i, Naxçıvan: 2012, № 2, səh.175–182
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu meqaleni vikilesdirmek lazimdir Lutfen meqaleni umumvikipediya ve redakte qaydalarina uygun sekilde tertib edin Naxcivan usyani 1920 1930 cu illerde Naxcivanda Sovet hakimiyyetine qarsi bas tutmus usyanlar 1920 ci ilUsyani yaradan sebebler 1920 ci il iyulun 28 de Naxcivan seherinde sovet hakimiyyeti elan edilmesine iyulun 29 da ise Herbi Inqilab Komitesi ve Herbi Emek Mudafie Surasi yaradilmasina baxmayaraq yeni hakimiyyet yalniz diyarin erazisinin 20 faizinde tesir gucune malik idi Bunu Ordubadda ancaq oktyabrin 19 da Serurda ise dekabrin 2 de inqilab komiteleri ve yerli sovet hakimiyyeti orqanlari yaradilmasi faktindan da gormek olar cunki bu erazilerde yeni hakimiyyeti qurmazdan evvel dasnak tehlukesi ve isgalinin neticelerini legv etmek teleb olunmusdu Diger terefden Ermenistanin dasnak hokumeti silahli quvvelerinin mutemadi hucumlarinin qarsisinin qetiyyetle alinmamasi yeni hakimiyyetin diktaturaya meyil etmesi hallarinin guclenmesi de diyarin ehalisini hiddetlendirirdi onlar nicat dolu nezerlerini getdikce daha cox Naxcivanda olan turk qosun hisselerine yoneldirdiler Oktyabrin 5 de Sovet Rusiyasinin terefdari sayilan Bahadir Velibeyovun XI Qizil Ordunun elave hisseleri ile fovqelade komissar kimi Naxcivan seherine gelmesi ve ceza tedbirlerini guclendirerek turk herbi hisselerinin Naxcivandan cixarilmasini teleb etmesi azerbaycanli ehalinin qezebini daha da artirirdi Naxcivan ictimaiyyetinin telebile Bahadir Velibeyov vezifesinden uzaqlasdirilsa da az sonra Q Orconikidzenin komeyi ile yeniden vezifesine berpa olundu 1920 ci il dekabrin 1 de Baki Sovetinin tenteneli iclasinda Azerbaycan Inqilab Komitesinin elan etdiyi beyannamede Zengezur ve Naxcivan qezalarinin Ermenistana verilmesi xeberi ehalinin sovet hakimiyyetinden naraziligini son hedde catdirdi Yeniden Ermenistanin esareti altina dusmek tehlukesi ile uzlesen Naxcivan ehalisi inqilab komitesi qarsisinda toplasaraq buna qeti etirazini bildirdi ve resmi izahat teleb etdi Veziyyetin gerginleseceyinden qorxuya dusen Azerbaycan Inqilab Komitesi Naxcivana yaxsi beled olan Azerbaycan SSR Xalq Edliyye komissari Behbud Sahtaxtinski Naxcivani Tedqiq ve Tetebbo Cemiyyetini fovqelade selahiyyetle diyara ezam etdi Behbud Sahtaxtinski Naxcivan ehalisinin qarsisinda cixis ederken hetta bildirmisdi ki Siz torpaginizla birlikde oz musteqilliyinizi saxlamaq isteyirsinizse burada istinad ede bileceyiniz yegane quvve Turkiye qosunlaridir Xalq bu qosunlarin etrafinda six birlesmelidir B Naxcivanski Naxcivan seherinde Serur Dereleyez ve Ordubad ehalisinin de mitinqlerini kecirmisdi Mitinqlerde ehalinin boyuk ekseriyyeti Naxcivanin Azerbaycan SSR qeyyumlugunda musteqil respublika kimi teskil olunmasini istediyini bildirdi Mitinqlerin neticeleri barede Azerbaycan ve Ermenistan inqilab komitelerine muvafiq melumatlar verilmisdi Gorunur Naxcivan ehalisinin turk herbi hissesi terefinden desteklenen bu qetiyyeti artiq Naxcivana oz erazisi kimi baxan Ermenistan Inqilab Komitesini dekabrin 28 de beyanat vererek Naxcivani musteqil sovet respublikasi kimi tanimaga ve dasnaklarin bu erazi ile bagli iddialarindan imtina etdiyini butun dunyaya bildirmeye mecbur etmisdi Gedisat Kommunist rejiminin yeritdiyi anti Azerbaycan antimilli siyasete etiraz elameti olaraq 1920 ci il mayin 26 dan iyunun 20 dek Semkir Lenkeran Astara Quba Qusar Naxcivan Gence Agdas Goycay Nuxa Agdam Susa Terter ve Zaqatalada silahli usyanlar bas verdi 1920 ci illerin evvellerinde ermeni ozbasinaliqlarina merkezin laqeyd munasibetine kollektivlesme eleyhine ve Naxcivanda sovetlesmeye qarsi muqavimet herekati guclu olmusdur Bele etiraz aksiyalarindan birincisi Cehri kendinde heyata kecirildi Bele ki XI Qirmizi Ordunun Naxcivandaki ozbasinaliqlarina talanlarina ehali ile sert reftarlarina etiraz elameti olaraq 1921 ci ilin yanvar ayinin 28 de Cehrililer qiyam qaldirdilar Bu qiyamin basinda turk zabitleri dururdular Qiyamcilar daire inqilab komitesinin torpaq komitesinin ve erzaq komitesinin uzvlerini hebse aldilar Onlar Tirkes ve Qizilbogaz menteqelerinde olan eks inqilabcilarla birlesib Naxcivan seheri uzerine yerimeyi nezerde tuturdular Usyancilar qisa muddete de olsa Cehride sovet hakimiyyetini devire bildiler Onlarin planlari daha genis idi ve calisirdilar ki qiyamin cografiyasi getdikce genislensin ve bu ise botuvlukde Naxcivan bolgesi qosulsun Bu meqsedle onlar Naxcivanda olan turklerle de danisiqlar aparmis ve razilasmisdilar ki etiraz aksiyalari baslandigi teqdirde turkler de onlara qosulacaq ve quvvelerini birlesdirerek bolsevik hakimiyyetine son qoyacaqlar Qiyamin daha da genisleneceyinden qorxuya dusen bolsevikler xususile de Qirmizi Ordunun ve Fovqelade Komissiyanin gorduyu tedbirler neticesinde onun qarsisi silahla alindi ve qiyam yatirildiqdan sonra onlarla qiyamci Naxcivanin huquq muhafize orqanlari terefinden hebs edildi Qiyamin yatirilmasi muveqqeti olaraq muqavimet herekatini sakitlesdirse de onu butovlukde dayandira bilmedi Naxcivanin muxtelif yerlerinde qisa muddetli ve qeyri kutlevi de olsa etiraz aksiyalari bas verdi Lakin Cehri hadiselerinin davami 1921 ci ilin fevral ayinin 18 de Qaracuq ve Tirkes kendlerinde oldu Bu defe qiyamcilar yalniz turklere deyil eyni zamanda bolsevik teqiblerinden qorunmaq ucun Iranda muhaciretde olan destelere de umid besleyirdiler Maraqlidir ki qiyam zamani sovet herbi hisselerinde olan quvvelerin de bir qismi qiyamcilarin terefine kecmisdiler Butun quvvelerini seferber eden sovet herbi birlesmeleri ve xususi xidmet orqanlarinin silahli desteleri Qaracuq qiyamini yatira bilseler de Tirkesde bunu bir muddet ede bilmediler Naxcivan Diyar Partiya Komitesi Inqilab Komitesi Naxcivan Fovqelade Komissiyasi ve Qirmizi Ordunun komandanligi muhasireye alinmis qirmizi doyusculere yardim etmek cagrisi ile olkenin butun zehmetkeslerine muraciet etdiler Kommunist partiyasi ve sovet hakimiyyetinin cagrisina cavab olaraq Sahbuz Cehri Selesuz ve s kendlerin ehalisi antisovet qiyamci destelerine qarsi mubarizeye celb edildiler Sovet hakimiyyetine qarsi mubarize aparan usyancilar o dovrun metbuatinda quldur adi ile damgalanirdilar Tekce bu ifade bele haqsizliq eleyhine cixis eden her kesin katorqaya gonderilmesi ucun kifayet edirdi Naxcivan Fovqelade Komissiyasi ve huquq muhafize orqanlari usyanlar yatirilidiqdan sonra Qaracuq ve Tirkes kendlerinin usyancilarinin boyuk ekseriyyetini hebs etdi Onlarin bir coxu mesuliyyete celb edildi bezileri cerimelendi qalanlari ise muxtelif muddetlerde islah emek koloniyalarinda ve ya hebs dusergelerinde saxlanildiqdan sonra buraxildi Azadliga buraxilanlarin hamisi bir nefer kimi nezarete goturuldu Onlarin bezilerine rayonu terk etmek qadagan edildi Hemin usyanlarda istirak edenlerin bir necesi usyandan bir nece il sonra hebs edildi Mir Cefer Bagirov 1925 ci ilde Merkezi Komiteye gonderdiyi mektubda bildirirdi ki 1925 ci ile kimi Azerbaycanin muxtelif yerlerinde 52 usyan hadisesi bas vermisdir Bu fakt bir daha tesdiqleyir ki bolsevizme qarsi mubarize hec de oteri kecici xarakter dasimamis o guclu ve mutesekkil olmusdur Azerbaycanda bolseviklesmeye qarsi mubarizenin yeni ve en guclu dalgasi 1930 cu ilde bas verdi Bele ki kolxoz quruculugunda qolcomaqlara mulkedarlara ve ortabab kendlilere qarsi zorakiliq inzibatciliq qeyri insani reftar ve repressiyalar onlarin naraziligina sebeb olurdu 1930 cu ilin evvellerinde Seki Zaqatala mahalinda Xizinin Agdere Semkirin Bitdili Cebrayilin Sirik Naxcivanin ise Kecili Milax Erefse ve s kendlerinde usyanlar bas vermisdi Bu usyanlar Azerbaycanda ictimai siyasi veziyyeti pozmus ve xeyli gerginlesdirmisdi Veziyyeti gerginlesdiren sebebler sirasinda Moskvanin apardigi ruslasdirma siyaseti ve sovetlerin 1928 1929 cu illerde kecirdiyi seckiler idi Xalqin demek olar ki 86 faizi secki huququndan mehrum edilmisdi Seckilerde yalniz fehle ve yoxsul kendliler istirak ede bilerdi Ziyalilar ortabablar tacirler qolcomaqlar mulkedarlar ve s ise seckiye buraxilmirdi 1929 cu ilin sonlarindan butun ortabab kendlilere mexsus torpaq emlak heyvan ve diger mehsullar ne varsa musadire edilib kollektivlere verilmeye basladi Hemin vaxt xususi ile 1930 cu ilin fevral mart ve aprel aylarinda genis ve qanli qiyamlar oldu Bu dovrde tez tez bas veren kendli qiyamlarini partizan herekati davam etdirirdi Bu herekatlarin bezileri ehalinin daha cox sayini ozunde birlesdirirdi O dovrde partiya ve hokumetin siyasi ve iqtisadi cehetden ehalinin menafeyine zidd olan qerarlarinin qebul olunmasi movcud naraziliqlari daha da artirirdi Meselen 1930 cu ilin fevralinda AK b P MK nin ferdi teserrufatlarda olan mal qaranin ictimailesdirilmesi barede qerari kendlilerin ciddi naraziligina sebeb olmusdu Bu dovrde Naxcivan Serur Ordubad rayonlarinin dag kendlerinde silahli cixislar daha da guclenmisdi 1930 cu il martin 18 de Naxcivanin Qizilbogaz erazisinde Qasim ve Elibeylerin idare etdiyi partizanlarla Qirmizi Ordu arasinda iki gun davam eden qanli doyus bas verdi Rus esgerleri sonradan gunahsiz insanlari qilincdan kecirmisdiler Bu sebebden mart may aylarinda bir sira yerlerde ehali terefinden kolxozlar legv edilirdi 1930 cu il martin 20 22 de Sahbuz rayonunda cemlenmis 500 e qeder silahli kendlinin muqavimet destesine qarsi hokumet nizami ordu hisseleri yeritmisdi MTN in arxivinde qorunub saxlanilan 270 sayli istintaq isi de bir cox metleblere aydinliq getirir Hemin istintaq isinde gosterilir ki Naxcivan MSSR de sovet hakimiyyetini devirmek meqsedile Nehecir destesi Naxcivan mahalinda usyana baslayir Usyancilar qonsu Ebrequnus rayonunun Sirab Erezin eyni zamanda Sahbuz rayonunun Kecili ve s kendlerinin usyancilarini birlesdirerek bolsevizme qarsi mubarize aparmisdir Istintaq materiallarindan aydin gorunur ki usyan yatirildiqdan sonra Dovlet Siyasi Idaresinin emekdaslari xususile de Orbelyan usyancilara qarsi amansiz olmus onlarin boyuk ekseriyyeti gullelenmis bir coxu ise muxtelif muddetlere azadliqdan mehrum edilmisdi Bele ki hebs olunan 89 neferden 50 neferi gullelenmis 6 nefer uc il 17 nefer bes il 4 nefer alti il 3 nefer yeddi il 3 nefer sekkiz il 3 nefer on il azadliqdan mehrum edilmisdi Boyuk isgencelerle 40 aile o cumleden usaqlar korpeler 90 yasli qocalar xesteler hamile gelin ve qadinlar vaqonlara doldurulub hemiselik yasamaq ucun surgune gonderilirdi Bu cur aksiyalar respublikanin diger bolgelerinde de davam etdirilirdi Azerbaycanda o cumleden Naxcivanda bolsevizme qarsi kutlevi aksiyalarin baslanmasi ucun butun seraiti hakimiyyet numayendelerinin ozu yaratmisdi Usyanlarin yatirilmasi 1920 30 cu illerde sovet hakimiyyetinin Azerbaycan ictimai siyasi ve menevi heyati ile uzlasmayan sert tedbirleri Naxcivan ehalisinin muqavimeti ile qarsilasmis defelerle igtisas ve usyanlara sebeb olmusdu 1925 ci ilin mart ayinda Naxcivan diyarinin bir sira seher ve kendlerini igtisaslar burumusdu Naxcivanda Turkesde Venendde ve s yerlerde kendli igtisaslari zor gucune yatirildi Sonralar aparilmis saysiz hesabsiz istintaqlarda ermeni mustentiqleri hec bir gunahi olmayan dinc ehalinin cezalandirilmasinda xususile ferqlenmisdiler Culfa rayonunun Milax kendinde onlarin eli ile 38 nefer gullelenmis 38 nefer ise muxtelif cezalara mehkum olunmusdu Serurda kendli igtisaslarina 1918 20 ci illerde ermeni isgalcilarina qarsi mubarizede misilsiz xidmetleri olmus Fetulla bey Huseynov rehberlik etmisdir Naxcivan Dereleyez bolgesinde genislenen kendli herekatina Sahbuzun Turkes Kecili Kolani Culfanin Ebrequnus Milax Erefse Ordubadin Tivi ve diger kendlerinin sakinleri de qosulmusdu Bu cixislar amansizliqla yatirilmisdi 30 cu illerin evvellerinde kollektivlesme xettinin zorla heyata kecirilmesi butun Azerbaycanda oldugu kimi Naxcivan MR de de kutlevi naraziliqlara ve heyecanlara sebeb olmusdu 1929 cu ilin sonundan baslanan silahli muqavimet hallari 1930 cu ilin yayinda genislenmisdi Sovet hakimiyyetine qarsi silahli muqavimet Sahbuz rayonunda xususile guclu olmusdu Naxcivan Serur Ordubad rayonlarinin dag kendleri silahli muqavimet terefdarlarinin siginacaq menteqelerine cevrilmisdi 1930 cu ilde Naxcivanda ehali kommunist hakimiyyetini devirmeye cehd gostermis yalniz sovet qosun hisselerinin mudaxilesi bolsevik hakimiyyetini yeniden berpa etmeye imkan vermisdi bu zaman daxili muqavimet herekatini xaricdeki muhacir teskilatlarinin fealiyyeti ile elaqelendirmek ucun de tesebbusler gosterilmisdi Muqavimet herekati muxtar respublikada kolxoz herekatini xeyli zeifletmisdi Hec de tesadufi deyildir ki muxtar respublikada yaranmis tehlukeli veziyyet sovet hakimiyyeti orqanlarinda yuksek seviyyede defelerle muzakire olunmus ve bu meqsedle Azerbaycan SSR MIK in sedri Qezenfer Musabeyov SSRI ve ZSFSR MIK leri adindan tam selahiyyetle Naxcivana tehkim edilmisdi Yalniz tebligat ve tesviqat vasitelerinin tam quvvesi ile ise salinmasi komek ucun herbi hisselere muraciet edilmesi veziyyetin daha tehlukeli hala dusmesinin qarsisini almis sovet hakimiyyetini qoruyub saxlamaga imkan vermisdi 1930 cu il martin 20 22 de sayi 500 nefere catan ve en cox Sahbuz rayonunda toplasan silahli muqavimet destelerine qarsi nizami ordu hisselerinin yeridilmesi ise doyusleri tebii olaraq sovet hakimiyyetinin xeyrine hell etmisdi Gorunur 1937 38 ci iller repressiyalari zamani Naxcivan ehalisinin sovet hakimiyyetine qarsi bu cur feal cixislari da yada salinmis ve 1937 ci ilin avqust ayinin tekce 10 gununde 5 15 i Naxcivan kendlilerinden 9950 neferi hebs edilerek repressiyaya meruz qalmisdi IstinadlarSadiqov S H Naxcivan Muxtar Respublikasi tarixinden Baki Irsad 1995 144 s Huseynbeyli N M Behbudlu Q N Naxcivanda milli menevi deyerlerin repressiyalara meruz qalmasi NDU nun Elmi eserler i Naxcivan 2012 No 2 seh 175 182 Medetov Q Naxcivanda Sovet hakimiyyetinin qelebesi ve Naxcivan MSSR in teskili Baki Cenlibel 2001 220 s Huseynbeyli N M Behbudlu Q N Naxcivanda milli menevi deyerlerin repressiyalara meruz qalmasi NDU nun Elmi eserler i Naxcivan 2012 No 2 seh 175 182 NMR DA f 116 s iy 1 is 250 Rehimov K Sadixov S Naxcivan 1920 ci illerin burulganinda Dircelis XXI esr 1992 1 s 40 46 Huseynbeyli N M Behbudlu Q N Naxcivanda milli menevi deyerlerin repressiyalara meruz qalmasi NDU nun Elmi eserler i Naxcivan 2012 2 seh 175 182 197 s 147 Yaqublu N Agrili omurler Baki Yazici 1990 272 s Yaqublu N Agrili omurler Baki Yazici 1990 272 s Huseynbeyli N M Behbudlu Q N Naxcivanda milli menevi deyerlerin repressiyalara meruz qalmasi NDU nun Elmi eserler i Naxcivan 2012 2 seh 175 182 Qasimov C Yaddasin berpasi Baki Mutercim 1999 256 s Huseynbeyli N M Behbudlu Q N Naxcivanda milli menevi deyerlerin repressiyalara meruz qalmasi NVG nun Elmi eserler i Naxcivan 2012 2 seh 175 182